Qazaxıstandan Rusiyaya gələn avtobus yandı: 52 ölü FOTO-VIDEO


Adamlar avtobusda diri-diri yanıblar

Qazaxıstanda avtobusun yanması nəticəsində 52 nəfər ölüb. Bu barədə “İnterfaxs” Fövqəladə hallar komitəsinin nümayəndəsi Ruslan İmankulova istinadən xəbər verib. Avtobusun nə səbəbdən yanması haqda bir şey deyilmir.

Nur.kz nəşrinin məlumatında qeyd edilir ki, Aktyubinsk vilayətinin İrgiz rayonunun Kalibay qəsəbəsinin 10 kilometrliyindəki Samara-Şimkənd yolunda avtobus yanmağa başlayıb.
Qazaxıstandaт Rusiyaya gələn  avtobus yandı: 52 ölü FOTO-VIDEO
“Bu gün 10:30 radələrində “İkarus” markalı sərnişin avtobusunda yanğın baş verib və nəticədə 52 nəfər həlak olub, daha 5 nəfər xəsarət alıb”-deyə Fövqəladə hallar departamentinin mətbuat xidmətindən məlumat verilib.

Beş nəfər özü avtobusdan çıxmağa müvəffəq olub. O da bildirilir ki, avtobusda olan sərnişinlərin çoxu Özbəkistan vətəndaşlarıdır.

Faciəli hadisədən sonra Qazaxıstanın Aktyubinsk vilayəti üzrə Fövqəladə hallar idarəsinin xəbərində yanğının cıxmasına səbəb olaraq naqillərin qısa qapanması göstərilib.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir