Azərbaycanlı Azər Nəsibov “Qolos-deti” yarışmasında bütün münsifləri döndürdü VİDEO


Rusiyada keçirilən “Qolos-Deti” (“Səs-Uşaqlar”) müsiqi yarışmasının dünənki buraxılışında 15 yaşlı soydaşımız Azər Nəsibov “Maybe I Maybe You” ilə iştirak edib. mükəmməl səsi və ifası ilə bütün münsifləri özünə döndürən Azər Nəsibov proqramda: “Mən onu da demək istəyirəm ki, milliyətcə azərbaycanlıyam”-deyə qururla bildirib.

“Onu dahi Müslüm Maqomayevlə eyni Vətən, eyni dil və ən əsası musiqiyə olan məhəbbət bağlayır- bu da hələ bütün gələcəyi qabaqda olan azərbaycanlı oğlan üçün az şey deyil. Azər Nəsibov öz milliyəti ilə o qədər fəxr edir ki, onu ictimai şəkildə bütün ölkəyə bidlirməkdən çəkinmədi. Və öz çıxışından sonra Vətəni haqqında necə böyük məhəbbətlə oxudu”. Bunları azərbaycanlı ifaçı haqqında Rusiyanın “Qolos-Deti” musiqi yarışmasının rəsmi saytı yazıb.

15 yaşlı azərbaycanlı iştirakçının səsinə Dima Bilan 15-ci saniyədə dönüb. O, Azər Nəsibovun qüsursuz ifasını və sözləri düzgün tələffüz etdiyini nəzərə çatdıraraq, onu gənc ifaçılara örnək göstərib.

Ailəsində 3 nəslin musiqi ilə heç bir əlaqəsi olmadığını deyən Azər Nəsibov isə Müslüm Maqomayevin onun idealı olduğunu söyləyib.

Azərin ifasına dönən digər münsiflər-Pelageya və Leonid Aqutin də onun səs tembrini, intonasiyanı düzgün saxlamasını, vokal texnikasını yüksək dəyərləndiriblər. Münsiflər soydaşımızdan doğma dilində mahnı oxumasını xahiş ediblər. Azər Müslüm Maqomayevin repertuarından “Azərbaycan” mahnısını səsləndirib.

3 münsifdən birini seçməli olan Azər Nəsibov, onların hər birini ayrı-ayrılıqda sevdiyini və dinlədiyini bildirib. Lakin Pelageyanın komandasında olmağı çox-çox istədiyini deyərək, onu seçib.

Tünzalə
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir