Günay Bəylərqızı “O Səs Türkiyə” yarışmasında münsiflərin hamısını döndürməyi başardı



“O səs Türkiyə “” yarışmasının bu gecı-24 noyabr tarixli bölümündə azərbaycanlı iştirakçı Günay Bəylərqızı “”Saçlarını yol gətir”” mahnısıyla münsiflər heyətinin hamısını döndürməyi başardı. Populyar musiqi yarışmasının builki mövsümündə münsifləri səsinə ən az zaman aralığında-11 saniyə içərisində düyməyə basmağa vadar edən Günay Bəylərqızına əvvəl Murad Boz və Bəyazid Öztürk , ardınca Seda Sayan, Hadisə döndü.

Bəyazid Öztürk isə azərbaycanlı yarışmaçıdan belə müsiqi yarışması Azərbaycanda da keçirilirmi- deyə soruşdu. Günay Bəylərqızı  “O səs Azərbaycan”  var və 2015-ci ildə mən o yarışmanın finalisti olmuşam- deyə məlumat verdi. Acun İlıcalı isə “Bir gün bizi dəvət etsinlər gedək” təklifini etdi. “Çox sevdiyimiz və özəl dəyər verdyimiz ölkədir -Azərbaycan”-deməyi də unutmadı. Dörd münsif içərsindən Murad Bozu seçən Günay Bəylərqızı bu yarışmada onunla yoluna davam edəcək. Onu da qeyd edək ki, 2017-ci ildə Günay Bəylərqızının N saylı hərbi hissədə oxuduğu “”Çırpınırdı Qaradəniz”” mahnısını Rəcəb Tayyib Ərdoğan öz Facebook səhifəsində paylaşmışdı.

İfası salonun “”Bir daha, bir daha”” deyə alqışlarıyla qaşılanan Günay Bəylərqızıdan Acun İlicalı tamaşaçının istəyini nəzərə alıb mahnını təkrar oxumasını istədi.

Azərbaycanlı yarışmaçının ifasını qiymətləndirən Seda Sayan isə “”seni dinləyəndə Belkis Akkale qürur duyacaq və alqışlayacaq. Bu qirtlaq Belkis Akkale qırtlağıdır””-deyə onu təriflədi.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir