Moskvada virtuoz skripkaçı Anar Yusifovun AzerRossun dəstəyi ilə konserti olacaq


AzerRsoun dəstəyi ilə virtuoz skripkaçı Anar Yusifov və məhşür The Moscow Jazz Passengers “İlin fəsilləri-caz mövsümü”” layihəsi çərçivəsində konsertlərini davam etdirir. 13 oktyabr axşamı saat 20:00-da Andrey Kozlov klubunda keçiriləcək konsertdə dahi musiqiçi Vivaldinin yaradıcılığının ən yüksək zirvəsi sayılan “”İlin fəsilləri”” yeni yorumda təqdim ediləcək.

Vivaldinin musiqisi 300 ildən çoxdur ki, dünyanın konsert salonlarında səslənir. Çoxlarının onun yaradıcılığıın zirvəsi hesab etdiyi dörd skripka konsertindən ibarət “”İlin fəsilləri”” dünya mədəniyyətinin dəyişməsi, yenilənməsi fonunda 3 əsrdir dəyişmədən könülləri oxşayır.

XX əsrdə Avropa özü üçün improvizasiyanın dominantlığını və ani özünüifadə prinsipini özündə birləşdirən Сazı kəşf etdi. Caz özünə qapanıb qalmadı və Qədim Dünyanın akademik musiqisi də daxil olmaqla yeni üfüqlərə yol açdı.

AzerRosun dəstəyi ilə Anar Yusifov və The Moscow Jazz Passengers qrupunun -“”İlin fəsilləri-caz mövsümü”” layihəsi çərçivəsində keçirdiyi konsertdə azərbaycanlı virtuoz Vivaldinin “”İlin fəsilləri”” müəllif musiqisinə ehtiyatla yanaşaraq, sadəcə onu yeni caz elemetleri, improvizasiya və ritmlə doldurub. Dörd konsertin hər üçhissəli strukturu dəyişilməz qalıb, lakin Anar instrumental heyəti dəyişib. Solo ifa edən skripkadan başqa fortopiano, zərb aləti, saksafon və kontrabasa da ifa verib.

Anar özü bunu belə ifadə edib: “”Bu Cazın güclü fenomeni, dahi sənətkarını yaradıcı nöqteyi -nəzərdən anlatmaq və yorumlamağa cəhddən başqa bir şey deyil””. Moskvada virtuoz skripkaçı Anar Yusifovun   AzerRossun dəstəyi  ilə  konserti olacaq-

Onu da xatırladaq ki, soydaşımız Anar Yusifov “”Qızıl skripka”” şou -layihəsindən sonra məhşurluq qazanıb. Tanınmış The Moscow Jazz Passengers 1998-ci ildə pianoçu Yevqeni Qreçişevski və saksafonçu Dmitri Kondraşov tərəfindən yaradılıb. Bu kollektivin pepertuarlarının əsas hissəsini təşkil bəstələri caz klassiklərininki ilə bir sırada yer alır. Ansamblın bir neçə diski, kino üçün yazılmış musiqiləri var. Sıralarında Yuriy Parfeyonov, Valeri Bukreyev, Petr Vostokov, Artyom Kovalçuk, Maksim Piqanov, Bob Malmkovskiy (İsrail), Petr İvşin, Aleksey Kvartsov, Pavel Timofeyev, İqor İqantyev, Makar Novikov, Darya Çernakova, Sergey Vasiliyev, və vokalçı Anna Levçina kimi ulduzlar yetişib və bu gün də parlayırlar.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir