Naz Dejin O Səs Türkiyədə “Sil baştan” ifasına Acun “mən də dönərdim” dedi – VİDEO


O Səs Türkiyə yarışmasının bazar günü proqramında Azərbaycandan gələn Naz Dej “İ Care” mahnısı ilə 4 münsifdən 3-nü özünə döndərə bildi. Məhz ingiliscə oxuyanların Hadisəni ya Muradı seçəcəklərini bildiyi üçün dönmədiyini bildirən Seda Sayan Nazın ifasında “Sil baştan” mahnısını dinlədikdən sonra “buna dönərdim”- etirafını etdi.

https://youtube.com/watch?v=Kn8YK1ZtOeI%3Frel%3D1%26wmode%3Dtransparent

Yarışmanın aparıcısı Acun İlicalı “buna mən də dönərdim”-deyib Nazın ifasını çox bəyəndiyini dilə gətirdi. Nazı öz komandasında görmək istəyən münsiflər onunla finala qədər gedəcəklərini vəd etdilər. Bu sezonda münsiflər heyətinə yeni qatılan məhşur şoumen Bəyazid Öztürk Nazı finala çıxartmaq üçün əlindən gələni edəcəyini və bunu ilk yarışmaçı olaraq ona söylədiyini dedi. Murad Boz da öz növbəsində “eyni vədi mən də verirəm” deyib Nazın onu seçməsini istədi.

http://www.youtube.com/embed/fb6MVRGZRLg?rel=1&wmode=transparent
Naz Dej Murad Bozu seçdi və onun komandasında yarışmaya davam edəcək.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir