Moskvada türk sənətçisi Mustafa Sandalın möhtəşəm konserti gözlənilir


Moskvada türk sənətçisi Mustafa Sandalın möhtəşəm konserti gözlənilir
Adı çəkiləndə -“Onun arabası var””- mahnısıyla üzlərdə təbəssüm oyadan Mustafa Sandal yenidən Moskvadakı pərəstişkarlarının qonağı olacaq.

Moskvada tanınmış türk sənətçisi -pop müsiqisi ifaçısı Mustafa Sandalın möhtəşəm konserti gözlənilir. Noyabr ayının 20-də saat 19:00-da Rusiya paytaxtının böyük konsert salonu -Krokus Siti Holl-da gerçəkləşəcək konsertdə müğənnini canlı orkestr müşaiyət edəcək.

Səhnədə coşan və coşduran sənətkar rusiyalı tamaşaçılarının qarşısına rəngarəng proqramla çıxacaq. Moskvada xüsusi pərəstişkarlar kütləsinə sahib olan Mustafa Sandal solo-gecəsində yeni mahnılar səsləndirəcək.

Onu da qeyd edək ki, bu türk sənətçisinin Moskvaya ilk səfəri deyil.

Əsl musiqi bayramına cevriləcək konserti Moskvadakı Azərbaycan milli-mədəniyyət mərkəzi təşkil edib.

VİDEO


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir