World Press Photo 2017- fotomüsabiqəsinin baş mükafatını türk fotomüxbiri alıb


World Press Photo 2017- fotomüsabiqəsinin  baş mükafatını türk fotomüxbiri alıb
Bu il 60-cısı keçırılən illik “World Press Photo 2017″” beynəlxalq fotojurnalistika müsabiqəsinin qalibləri elan edilib. Müsabiqənin baş mükafatına Burxan Özbilicinin Türkiyədə rus səfiri Andrey Karlovun qətlini əks etdirən fotosu layiq görülüb. Bu haqda Associated Press yazıb.

Həmçinin dörd rusiyalı fotoqraf da müsabiqənin laureatı olublar: Yelena Anosova, Sergey Ponomoryov, Valeri Melnikov və Kristina Kormilitsına. Y. Anosovanın “”Gündəlik həyat”” kateqoriyasından olan Nijnıy Tunquska yaxınlığındakı qəsəbə həyatından bəhs edən “”Yolumuz bir deyil”” fotoreportajı ikinci yeri tutub.
S. Ponomaryovun İrakdan Mosulun azadlığı uğrunda mübarizədən bəhs edən fotoreportajı “”Hadisə”” kateqoriyasında ikinci yerə namizəd olub. V.Melnikov “”Uzunmüddətli layihə”” nominasiyasında “”Ukraynanın qara günləri”” fotoreportajı ilə qalib seçilib. K. Kormilitsına “”İnsanlar”” nominasiyasında başının üstündə Fidel Kastronun şəkli asılmış qadınla qız fotosuna görə 3-cü yerin sahibi olub.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir