“Xəzər-Lənkəran”da nələr baş verir?


“Xəzər-Lənkəran”da nələr baş verir?
Ölkə mətbuatını yenə də “Xəzər-Lənkəran” inqilabı buruyub. Bu böhran o qədər güclüdür ki, hətta siyasətdən dəm vuran jurnalistlər və portallar da son zamanlar Azərbaycanda baş verənləri unudub “Xəzər-Lənkəran”dan yazırlar. Klubda son zamanlar baş verənlərə nəzər salsaq klubun turşulu aş qazanına bənzədiyinin şahifi olarıq. Klub oyun alqı-satqısında ittiham olunur, Kamran Ağayev yenə də acıq edərək klubun düşərgəsini özbaşına tərk edir, Tuyğun Nadirov jurnalist Elçin Cəlilovu məhkəmə ilə hədələyir, azarkeşlər baş məşqçini istefaya səsləyir, stadiona giriş üçün biletin qiyməti ikiqat qaldırılır, məşqçi oyunçuya məşq keçməkdən imtina edir, ölkə idman mətbuatında komandaya yeni türk baş məşqçinin gətiriləcəyini barədə məlumatlar yazırlar.

Bu qədər hadisələr içində qaynayıb get-gedə buxarlanan klub və Lənkəran azarkeşləri olurlar. Yarandığı gündən həmişə yüksək yerlərdə qərarlaşan “Qafqazın Çelsi”sı indi son pillələrdə çapalanır. Həmişə stadionda sayı on minlərlə olan Lənkəran azarkeşlərinin sayı son zamanlar 2-3 mini keçmir. Klubun əvəzedici və aşağı yaş qrupları da vəziyyət heç də ürəkaçan deyil. Bütün bunların günahkarı klubda işlərin yolunda getməməsi və rəhbərliyin futboldan uzaq simalar olmasından irəli gəlir.

“Xəzər-Lənkəran”in oyun alıb-satmağı haqda söz-söhbətlər neçə ildir ki, gedir, amma bir nəfər də olsun çıxıb faktlarla bunu sübut etməyi bacarmayıb. Bu da belə boş şeylərlə azarkeşlər arasında çaxnaşma salaraq onların başını qatırlar ki, bu da rəhbərliyə sərf edir. Son zamanlar rəhbərliyiylə arası olmayan azarkeşlər rəhbərlik haqda unudub klubun ticarəti barədə düşünürlər.

Kamran Ağayev yenə də həmişəki kimi aranı qatıb tez Bakıya gedərək efirə çıxıb özünü düzlüyə çıxarır. Son iki ildə Kamran gah gedir, gah qayıdır, gah özünü zədəli hesab edərək lazımi oyunlarda komandaya dəstək olmur, gah baş məşqçını istefaya göndərmək üçün əlindən gələni edir, gah Lənkəran azarkeşlərinə qarşı söz atır. Yunus Hüseynov təfəfindən transferə çıxarılır, Rövnəq Abdullayevin xahişi və Mübariz Mənsimovun razılığı ilə komandaya qayıdır. İki gün keçəndən sonra heç kimi saymayaraq klubun düşərgəsini tərk edir, klubda olmaq yerinə televeziya kanallarının idman verlişlərini gəzir. Azarkeşlər bu siçan-pişik oyunundan artıq beziblər. Kamran komandadan birdəfəlik getməli və bütün sör-söhbətlərə son qoymalıdır.

Tuyğun Nadirov və Elçin Cəlilov arasında baş verən mubahisələr son zamanlar heç də ürəkaçan deyil. Bu hadisələrdə uduzan Elçin Cəlilov və klubun azarkeşləridir. Elçin Cəlilov reklamdan qazanan bir-iki quruşu itirdi. Azarkeşlər isə klubun adının oyun alqı-satqısında hallanmasına görə itirilmiş tərəf sayılır. Tuyğun Nadirov isə postunda qalmaqda davam edir və Mənsimov qardaşları onu dəstəkləməkdə davam edirlər. Baxmayaraq ki, Nadirovun klub üçün çalışan “apasport.az” saytına verdiyi klub haqqındakı məlumatlar heç zaman doğruluğunu tapmayıb. Bunlara misal Vobayın getməsi haqqında verilən açıqlamanı göstərmək olar. Bunun kimi verilən məlumatlar çoxdur. Elçin Cəlilov ölkədə oz dəsti- xətti ilə yazan savadlı jurnalistlərimizdəndir. Amma o, klubun xeyrinə olaraq klub daxilində olanları yazmaqla öz büdcəsinə ziyan vurdu. Bunu da hər bir jurnalist etməz. Buna ürək lazımdır!

Azərbaycanda komanda məğlub olan kimi tez məşqçi üçün “İSTEFA” şüarları səsləndirilir. Hətta bu Rednikin dövründə komanda 7 xalla irəlidə olaraq bir oyun uduzan zaman da baş verdi. Tez-tez məşqçı dəyişiliyi heç bir komandaya xeyir gətirməyib və “Xəzər-Lənkəran” da onlar kimi. Amma indiki qışqırılan istefa doğru addımdır. Klub neçə oyundur ki, turnir cədvəlində bataqlıqdadır və layiq olmadığı yerdən yuxarı qalxa bilmir. Bu da klub tarixində ilk dəfə bu rast gəlinən haldır. Rəhbərlik dünyada analoqu olmayan bir addım atdı. Baş məşqçinin yerinə onun gətirdiyi köməkçiləri iş başından uzaqlaşdırdı, yerinə futbolçu kimi nizam-intizama riayət etməyən birini gətirdi, özü də klubun nizam-intizamına riayət etmək üçün. Yunus müəllim istefa verdi, amma Rednik kimi verdiyi istefanı sona qədər dəstəkləyə bilmədi. Bunun üçün onda cəsarət çatmadı. Bəlkə də pulu öz təmiz adından üstün tutdu. Nazim Süleymanov kimi, Rednik kimi verdiyi qərardan dönməməyə və özünə hörmət bəsləyən məşqçi olmağı bacarmaq çətin məsələdir, Yunus Hüseynov üçün.

Azərbaycanda bilet alaraq futbola getmək yalnız “Xəzər-Lənkəran” azarkeşlərinə məxsusdur. Digər klublar məktəbli uşaqları gücnlə stadiona gətirdikləri halda, Lənkəran klubu on minlərlə azarkeşləri özündən küsdürməkdə davam edir. Ailəsinin boğazından kəsib bilet alan azarkeşləri gördükdə rəhbərlik daha da çox pul qazanmaq fikrinə düşüb bilet qiymətini ikiqat artırib. Bunun nəticəsidir ki, son zamanlar “Fırtınalar meydanı” azarkeş sayına görə get-gedə şam kimi əriyərək azalır. Rəhbərlik futbolçu yertişdirib onları satmağı bacarmır və bu cür ucuz yollara əl atır.

“Xəzər-Lənkəran”ın qapıçılarla işləyən məşqçisi Hafiz Əliyev da son olaylardan kənarda qalmadı. Onun Kamran Ağayevə məşq keçməyəcəyi barədə verdiyi açıqlama mətbuatda yayıldı. Amma nədənsə Hafiz müəllim bunun səbəbini açıqlamayıb. Hafiz Əliyev vaxtilə regionda gözəl oyunu ilə azarkeşlərin sevimlisi olub. Məşqçi kimi də bacarığı göz qabağındadır. Təsaduf deyil ki, Kamran və Orxan kimi qapıçıları hazırlaşdıraraq milliyə yola salıb. Hafiz bəyin insanlıq qabiliyyəti də yüksək səviyyədədir. Amma azarkeşlərə qaranlıq qalan onun Kamrana niyə məşq keçmək istəməməsidir. Əgər buna Hafiz Əliyev aydınlıq gətirsə çox yaxşı olar və onu qınayan bəzi insanları da yerlərində otuzduracaq.

Son günlər mətbuat “Beşiktaş””ın keçmiş baş məşqçisi Tayfur Havutçunun “Xəzər-Lənkəran” rəhbərliyi ilə danışıqlara başlandığı barədə məlumatlar bəzi idman portallarında yer alıb. Sonuncu dəfə İstanbul təmsilçisinin baş məşqçisi işləyən Havutçu oyun alqı-satqısına görə günahlandırılaraq bir neçə ay həbsdə qalmışdı. Bəraət aldıqdan sonra isə bir müddət “”Beşıiktaş””da məşqçi işlədikdən sonra oradan ayrılımışdır. Oyun alqı-satqısında adı hallanan bir şəxsin adı oyun alqı-satqısında hallanan bir kluba baş məşqçi gətirilməsi məşhur atalar sözünü xatırladır: “Su axar çuxurunu tapar”!”


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir