Xəstələnəndə bol-bol su içmək ziyanmış


“Adi infeksion xətəliklər ilə mübarizədə yaxşı üsul sayılan “”bolluca su için”” məsləhətinin minimum xeyrini görmüşük. Çox sayda ölümləri və kəskin hoponatremiyanın artmasıyla sağlamlıqda yaranan ağır problemləri nəzərə alsaq, belə aldadıcı məsləhətlərə qarşı mübarizə aparmağa dəyər””-deyə araşdırma müəlliflərindən biri Laura Linin sözlərindən RİA Novosti sitat gətirib.

Sidik kanalının xronoloji soyuqlamasından əziyyət çəkən 59 yaşlı qadının müraciətindən sonra həkimlər bu nəticəyə gəliblər. Həkimlər xəstəyə müalicə təyin ediblər, lakin qadının vəziyyəti günü-gündən pisləşib. Qan analizi aparan zaman həkimlər aydınlaşdırıblar ki, onun tərkibində natrium lazim olandan 10% aşağıdır, bu da hiponatremiyanın inkişafına səbəb olur.

Bundan sonra xəstəyə bir litrdən artıq su içməyi qadağan ediblər, onun vəziyyəti nəzərəçarpacaq dərəcədə yaxşılaşıb və ertəsi gün onu evə buraxıblar.

Bu kimi xəstəliklərlə çox az hallarda rastlanılır, ondan yüngül atletika ilə məşğul olanlar əziyyət çəkmir. Lakin tibbi təcrübə göstərir ki, çoxlu su içmək xroniki xəstəliklər fonunda hiponatremiya yarada bilər.

Hiponatremiya-çoxlu içmə nəticəsində bədəndə duzun tükənməsi ilə bağlı yaranan xəstəlikdir.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir