“Xəzər-Lənkəran” heç-heçə oynadı


“Xəzər-Lənkəran”  heç-heçə oynadı
Bu gün Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına start verildi. Azərbaycanın çempionatının gümüş medalçısı olan “Xəzər-Lənkəran”” doğma meydanda Polşanın “Lex” klubunu qəbul etdi. Gərgin və yağışlı şəraitdə keçən oyun 1:1 hesabıyla başa çatdı.
Oyunun ilk dəqiqələrində Adrian Pitin ötürməsini Subaşiç qapıdan keçirərək “Xəzər-Lənkəran”ı hesabda önə çıxardı. Lakin buna baxmayaraq rəqib 19-cu dəqiqədə Matevzs Mozdrenin sayəsində hesabı bərabərləşdirdi və birinci hissə sona qədər dəyişməz qaldı.
Oyunun ikinci hissəsində hər iki komanda dəyişikliklərdən istifadə edərək oyuna yeni güc əlavə olunmasına baxmayaraq qapilardan qol keçirə bilmədilər. Oyunun sonunda rəqib oyunçu Drevnyak ikinci sarı kart alaraq komandasını azlıqda qoydu. Yunus Hüseynovun yetirmələri buna baxmayaraq hesabda irəli çıxa bilmədilər və oyun dəyişməz hesabla sona yetdi. Bununla da “Xəzər-Lənkəran” işini çətinləşdirərək mərhələ keçməyi cavab oyununa saxladı.
Xatırladaq ki,bu komandalar arasında cavab oyunu iyulun 26-da keçiriləcək.
Avroliqa, II təsnifat mərhələsi
İlk oyun
19 iyul
“”XƏZƏR LƏNKƏRAN”” (AZƏRBAYCAN) – “”LEX”” (POLŞA) – 1:1
Qollar: Subaşiç, 5 – Mozdzen, 19
Baş hakim: Robert Şörgenhofer (Avstriya)
Lənkəran. Şəhər mərkəzi stadionu

“”Xəzər Lənkəran””: 1. Kamran Ağayev, 5. Elnur Allahverdiyev, 6. Robert Alves, 7. Sadio Tounkara, 8. Eder Bonfim, 9. Branimir Subaşiç, 14. Rahid Əmiqruliyev (k), 15. Ruslan Abışov, 16. Adrian Pit, 21. Radomir Todorov, 27. Manuel Skarlatake
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 81. Rikardo Qomes, 11. Ramol Brenes, 10. Elnur Abdullayev, 4. Akif Tağıyev, 42. Kamran Abdullazadə, 18. Alim Qurbanov

Ramin Kazımov
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir