Xalq yazıçısı Anarın 75 illik yubileyi Moskvada keçiriləcək


Xalq yazıçısı  Anarın 75 illik yubileyi Moskvada keçiriləcək
Azərbaycan Yazıçılar Birliyi Moskva bölməsi, “Ocaq” mədəni cəmiyyəti, Moskva vilayəti azərbaycanlıların milli mədəni müxtariyəti Azərbaycanın Rusiyadakı səfirliyi ilə birgə Moskva Millətlər evində yazıçı- dramaturq Anarın 75 illik yubileyini keçirməyi planlaşdırır.

Yubileydə Anarla birlikdə Bakıdan gələn heyət içərisində yazıçının ssenari müəllifi olduğu M.F. Axundovun 200 illik yubileyi ərəfəsində çəkilmiş “Sübhün səfiri” filminin aktryorlarının da iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, Anarın 70 illik yubileyi də Moskvada qeyd edilmişdi.

Leyla, Moskva
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir