Xatirəmdən boylanır dünyasını dəyişənlər…


 (Və bir də “İstiqlal” marşını  yazan Mehmet Akif Ersoyun anım gününə)

Mehmet Akif Ersoy haqqında məni ən çox  həyəcanlandıran  onun həmmüasiri Servet-i Fünun dönəminin şairlərindən Süleyman Nazifin  (1870-1927) bu sözləri omuşdu:

 “Allahın şəhidləri olduğu kimi şairləri də var.” Mehmet Akif Ersoyun “ Çanaqqala şəhidləri” poeması  bunun ən gözəl isbatıdır, sanki,  Akif hər bir misrasını müqəddəs şəhidlərin qanına batırıb yazıb:

Vurulup tertemiz alnından, uzanmış yatıyor,
Bir hilâl uğruna, yâ Rab, ne güneşler batıyor!
Ey, bu topraklar için toprağa düşmüş asker!
Gökten ecdâd inerek öpse o pâk alnı değer.
Ne büyüksün ki kanın kurtarıyor tevhidi…
Bedr’in arslanları ancak, bu kadar şanlı idi.
Sana dar gelmiyecek makberi kimler kazsın?
Gömelim gel seni tarihe desem sığmazsın.

“Nutuk” un  və Mehmet Akifin məni heç bir zaman tərk etməyəcək xatirəsini paylaşıram sizlərlə. 1992-ci illərdə hərbi xidmət illərim idi. Türkiyədən bizim hərbi hissəyə  hərbi-döyüş təlimləri keçən zabit heyəti gəlmişdi. Olduqca mehriban səmimi münasiibətlərimiz yaranmışdı, Atatürk və Kurtuluş savaşı haqqında bildiklərimi dinlədiyində əməlli şaşırmışdılar, buna eləsinə sevinmişdilər ki. Nafiz Üstegmenlə söhbətimiz daha yaxşı baş tuturdu. Nutukdan bəhs etdi, oxumaq üçün rica etdim, verərəm dedi. İki gün gözlədim səs çıxmadı. Sonra ilk gördüyümdə:- Üstegmenim Bize Atatürkün “Nutuk”u yasakmı?- sualını verdim. Diksindi rəsmən, -bekle Muhammed- söyledi. Əlində Atatürk rəsmi olan qalın qırmızı Nutuku mənə gətirdi :-Tamam Muhammed ne yasağı, oku geriverirsin- söyledi. Mənsə: Nafis Üstegmenim, ktabı yazıb hediyye etseniz, Siz nasıl olsa Türkiyədə bulursunuz-dedim.

 Kitaba gözəl ürək sözlərini yazdı hədiyyə etdi və boynuma sarıldı. Atatürkün “Nutuku”milli kurtuluş və siyasi özgürlük idealları uğrunda mübarizəni anlatmaqda eşi bərabəri bulunmayan bir xitabətdir. Kaş ki siyasilərimiz bir səhifəsini belə olsa aydın bir təfəkkürlə oxuyub idrak etsələr.  Daha bir görüşməmizdə Mehmet Akif Ersoyun “ İstiklal Marşını” əzbərə, həmdə böyük bir coşquyla söylədiyimdə Nafis Bəy, Orbay Bölək, Tamer Durmuş  hamısı birdən sarılmışdı mənə. Mən Mehmet Akifin ölüm yatağında İstiklal Marşıyla bağlı hekayəsini danışanda lap çox şaşırmışdılar, “bütün bunları nereden biliyorsun Muhammed”- deyə sormuşdular.Bir gün sonra Nafis Üstegmenim mənə Türkiyənin “ Milliyət” qəzetindən Mehmet Akif Ersoya həsr olunmuş: “ Allah bu millete bir daha İstiklal marşı yazdırmasın!” başlıqlı qəzetdən səliqəylə kəsilmiş məqaləni vermişdi. Göz bəbəyi kimi qoruyub saxlayıram Culfadakı şəxsi  kitabxanamdadır. Sonradan eşitdim ki, Nafis Bəy PKK-ya qarşı döyüşlərdə şəhid olub.  Hər “Nutuk” adı, Mehmet Akif adı keçəndə rəhmətlik Nafiz Üstegmenimi xatırlaram kövrələrək. İşıqlar içində yatsınlar bu xatirəmdən boylananlar, dünyasını dəyişənlər.

Məhəmməd İSRAFİLOĞLU


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir