Xatırla!- Afaq Şıxlı


Həkimlik sənətdir, şairlik vergi. Və təsadüfi deyil ki, həkimlər bədəni,  yazarlar-şairlər isə ruhu-qəlbi  müayinə edir- deyirlər. Tarix bizə həkimlikdən  ədəbi mühitə yönəlib o sahədə şöhrət olan  çox tanınmışları göstərdi. Fransua Rable, Anton Çexov, Stanislav Lem, Mixail Bulqakov, Konan Doyl, Arçibald Kronun kimi. Və Azərbaycan ədəbiyyatında buna parlaq nümunə olaraq Nəriman Nərimanov  gəlir.

Bu uku bir-birinə  elmi nöqteyi -nəzərdən zidd olan sahəni birləşdirən ortaq nöqtə insan həyatıdır. Onun taleyinə müdaxilədir. Cismini dərmanla ruhunu  sözlə müalicə edib toxunur onlar.

Bu mövzuya qısaca ekskurs etməyimin səbəbi onlarla şeir kitabının, bir çox tərcümələrin müəllifi olan dəyərli  həkim-şair Afaq Şıxlıdır. Şeirlərinə yazılmış çoxlu mahnılar da tanınmış mügənnilərin ifasında səsləndirilib.  Bu gün Afaq Şıxlının doğum gününə təbrik əvəzi özünün son şeiri ilə xitab edirəm.

Illər Sizə bir ömrə imza atdığınız yüzlərlə misra, o misralardakı hissi-həyəcanı qazandırdı. Ömür də bir qazancdır. Qazandığınız ömürdə bizə bir  Afaq Şıxlı imzasını qazandırdığınlz üçün sağ olun!

XATIRLA!

Afaq Şıxlı

Xatırla yaşını şəklinə baxıb,
Bir də eynəyini gözünə taxıb,
Əlində bir yanıq yeri görəndə,
Saçındakı dəni biri görəndə,
Tapsan barmağında bıçaq kəsiyi,
Unutsan evdəki əyər-əksiyi…
İnsan nə dönəsi, nə qaçasıdır –
Qocalıq da ömrün bir parçasıdır.

Gizlə keçən günə göz yaşlarını,
İstər səni satan qırışlarını…
Hər nə olur olsun, ürəyindəki
Olğun duyğuları gizlətmə təki.
Dinləmə həyatı boş sananları,
Yaxşı-pis, unutma yaşananları!

Tünzalə Vəliqızı, Moskva,
25.06.2022


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir