Xocalı faciəsinin 23 illiyi Moskvada anıldı


Xocalı faciəsinin 23 illiyi   Moskvada  anıldı
Moskvada “Xocalıya ədalət” beynəlxalq kampaniyası şərçivəsində Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Rusiyadakı səfirliyi, Rusiya-Azərbaycan Gənclər Təşkilatı (AMOR) Ümumrusiya Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Xocalı faciəsinin 23-cü ildönümü qeyd edildi.

Paytaxtın mərkəzində yerləşən Ukrayna otelinin “Konfrans park” zalında keçirilən tədbir faciə qurbanlaırnın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.

Tədbirdə çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva XXI əsrin ən qanlı hadisəsi olan Xocalı soyqırımının baş verməsi şəraiti, o faciəli gecədə amasızlıq və vəhşiliklə qətlə yetirilənlər, bu dəhşətlərin içindın keçib ona şahid olan, uşaqlıqlarını itirənlər haqqında ürək ağrısı ilə söz açdı. Leyla xanım, təəssüflə onu da əlavə etdi ki, faciədən 23 il keçməsinə baxmayaraq, bu ədalətsizlik hələ də özünün siyasi və hüquqi qiymətini almayıb. “Biz Xocalı faciəsinə beynəlxalq səviyyədə siyasi və hüquqi qiymət veriləmsini istəyirik. Məqsədimiz qisas deyil, ədalətin bərpasına nail olmaqdır”-dedi.

Leyla Əliyeva “Xocalıya ədalət” beynəlxalq kampaniyasının bu sahədə gördüyü işlərə diqqət yetirərək, müxtəlif aksiyalarla bu həqiqətləri dünyaya çatdırmaq üçün xeyli yol qət etdiklərini, bunun nəticəsidir ki, bu illər ərzində dünyanın bir sıra ölklərində və ABŞ-ın ona yaxın ştatında soyqırımın tanınması haqqında müvafiq qətnamə qəbul edildiyini bildirdi.

Sonra o, bu gün Xocalı faciəsini yeni çəkimiş sənədli fillmin təqdimatı ilə yanaşı, Xocalya həsr olunmu. Azərbaycan muğamı və klassik musiqisi ilə bir daha yad etməyə dəvət etdi.

Təqdim olunan dünyanın yaşadığı oxşar faciələrlə yanaşı qoyulan Xocalı qətliamını əks etdirən canlı kadrlar, Ermənistanın Azərbaycan torpaqlarına yerləşdirilməsi və onun mərkəzində etnik erməni məskəni yaradılmasıyla içimizə yerləşdirilən bu millətin niyyətinin kökündə hansı məqsədin durdugunu anladan və onlaırn törətdikləri faciədən bəhs edən səndəli film böyük maraqla izləndi.

Azərbaycan Respublikasının Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu çıxışına sənədli filmdə də əks olunduğu kimi insanlığna sığmayan vəhşilyin dəhşətlərini bu gün də həyəcansız xatırlamağın mümkün olmadığını ifadə edərək başladı. “Erməni vəhşiliyinin bariz nümunsi kimi təqdim olunan o filmdəki acını yaşayan, yer üzündən silinən bir obanın faciəsini neçə illərdir ki, dünyanın qulağına çatdırırıq. Lakin hələ də o qanlı cinayətə cavab verilməyib, cəzasız qalıb”.

Polad Bülbüloğlu Azərbaycanın tarixi irsi, mədəniyyət abilərəinin dağıldığını qedy edərək, dünyada bu gün də tarixə, insanlğa qarşı hücumların davam etdiyini dedi. Musiqili anım mərasimi formatının doğru bir seçim olduğunu toxunan səfir: “Burada musiqi səslənəcək. Musiqinin dili universaldır və tərcümə tələb etmir” ,- “Ruha hoparaq ürəklərə nüfuz edən musiqi bu faciəni daha dərindən hiss etdirmə gücünə malikdir”,-deyə qeyd etdi. Polad Bülbüloğlu: “ Xocalya ədalət” beynəlxalq kampaniyası çərçivəsində keçiriən aksiyalar öz bəhrəsini verəcək və mən inanıram ki, bizim musiqinin səsi doğma Şuşamızdan, Qarabağımızdan gələcək”-inamıyla fikrini yekunlaşdırdı.

Tədbirdə Azərbaycanın və Rusiyanın tanınmış musiqiçiləri – Alim Qasımov, Fərqanə Qasımova, Fərhad Bədəlbəyli, Dimirti Yablonski və Rain Sultanovun ifasında Xocalıya həsr olunmuş muğam və etno-caz janrında musiqi parçaları səsləndi.

“Xocalı faciəsi azərbaycanlı və rusiyalı uşaqların gözü ilə” mövzusunda çəkilmiş şəkillərdən ibarət şərgi ilə əhatə olunmuş foyedə faciə qurbanlarının ruhuna açılmış ehsan süfrəsi arxasında davam etdi.

Tədbirdə bir çox xarici ölkələrin Rusiyada səfriliklərinin başçıları, Rusiya və Azərbaycan ictimai təşkilatlarının nümayəndələri, siyasətçilər, tələbə gənclər iştirak edirdilər.

Tünzalə Vəliqızı
/Yenises.ru/

VİDEO


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir