Xorvatiya dövlət başçısı Serbiya prezidentinin inauqurasiyasına getməyəcək


Xorvatiya dövlət başçısı  Serbiya prezidentinin inauqurasiyasına getməyəcək
Xorvatiya prezidenti İvo Yosipoviç Serbiya prezidentinin inauqurasiyasına getməyəcəyini rəsmən təsdiq edib. Bun onunla bir neçə məsələdə baxış ayrılıqları olduğunu əsas gətirib.

“Mən məlum səbəblərə görə inauqurasiyaya getməyəcəyəm”- Yosipoviç bunu jurnlaistlərə Zaqrebdə Kosovo prezidenti Atifet Yaxyaqo ilə görüşündən sonra deyib.

“Təəssüf ki, seçkilərdən sonrakı çixişlarından da göründüyü kimi Nikoliçin baxışları Avropa dəyərlərindən uzaqdır” -deyə Yosipoviç bildirib.

Xarici qonaqların da iştrakı edəcəyi təntənəli inauqurasiya mərasimi 11 iyunda Belqradda keçiriləcək.
Yosipoviç inauqurasiyada iştirak etməkdən imtina edən ilk regional liderdir.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir