Xurqada otellərindən birində 40-dan çox rusiyalı turist zəhərlənib


Rusiya KİV-nin verdiyi məlumata görə Misirin Xurqada şəhərində onlarla rusiyalı turist zəhərlənib. İzvestiya qəzetinin Telegram kanalından yaydığı videoda otelin restoranı görünür və kadr arxasından danışan biri “hamı heç nə olmamış kimi çalışmağa davam edir”-deyir.

Bundan əvvəl 30-dan artıq rusiyalı turist Xurqadanın “AMC Royal Hotel” indən ağır zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib. Hər kəsdə yüksək tempratur, susuzluq əlamətləri müşahidə olunub. Həkimlər onlara iynə vurub, sistem qoyublar.

Nahardan sonra insanlar özlərini pis hiss ediblər. Turistlərdən biri söyləyib ki, oteldə tez-tez çirkli qablar olurdu və “xırda şeylərin” antisanitar vəziyyətdə olduğunu görmək mümkündü.

Rusiya Baş Konsulluğu bildirib ki, hazırda zərərçəkənlərin vəziyyəti qənaətbəxşdir.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir