Yaponiya Rusiya ilə arasında olan bərə keçidini bağlayır


Yaponiya  Rusiya ilə arasında olan bərə keçidini  bağlayır
Yaponiya ilə Rusiya arasındakı münasibətlərin isti olmayan fonunda Tokio iki ölkəni birləşdirən yeganə bərə keçidindəki işləri dayandırmağa qərar verib. Bu haqda Uzaq Şərq, Sibir və Yaponiyanın qərb sahilləri şəhərləri merlərinin növbəti görüşündə Cənubi Saxalinin başçısı Sergey Nasadkin məlumat verib. Söhbət Xokkaydo adasındakı Vakkanay limanı ilə Saxalinin Korsakov limanı arasındakı xətdən gedir.

Merin sözlərinə görə yaponların bu qərarı siyasi deyil, mövcud iqtisadi situasiya ilə bağlıdır. “Yapon tərəfindən daşıma ilə məşğul olan şirkət 2016-cı ilə qədər fəaliyyətini dayandırdığını bəyan edib-deyə şəhər meri bildirib.–Biz belə hesab edirik ki, var gücümüzlə Rusiya və Yaponiya arasında 15 ildir işləyən yeganə beynəlxalq bərə naviqasiyasını saxlamağa çalışmalıyıq””.

Onun sözlərinə görə İki qonşu ölkənin şəhərləri arasında əməkdaşlıqda turizm onun ayrılmaz hissəsinə çevrilib. Saxalinə səfər edən xarici turistlərin 90 faizini yaponlar təşkil edir. Bununla yanaşı Saxalin vilayəti Yaponiya ilə 20 il ərzində vizasız nümayəndə mübadiləsini həyata keçirir. Bu unikal bir faktdır-deyə Nasadkin əlavə edib.

Nasadkin onu da qeyd edib ki, Rusiya tərəfi bu istiqamətdə xidmətlər və təkliflər strukturunu genşləndirəcək bütün imkanlara malikdir. Korsakov- Vakkanay-Kosrakov bərə reysi 1999-cü ildən həyata keçirilir. 2014-cü ildə bərənin orta yüklənməsi özünün maksimumuna çatıb. Bu yay bərə Korsakova 28 səfəri yerinə yetirib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir