RUS ALİMLƏRİNİN XARİCİLƏRLƏ ÜNSİYYƏT QAYDALARI SƏRTLƏŞDİRİLİR
Rus ailmləri xarici həmkarlarları ilə elmi mübadilə aparmaq üçün xüsusi icazə almalı və bu prosesdə bütün danışıqlar qeydə alınıb ali təhsil və elm nazirliyinə təqdim edilməlidir. Bir sözlə alimlərin elmi -praktik konfransları, görüşləri tam nəzarətə götürülür.

Rusiya ali təhsil və elm nazirliyi rus elm adamlarının xarici həmkarları ilə əlaqə qaydalarını sərtləşdirən qanun hazırlayır. Sənədin surəti "Trotsk varınatı" ("Trotskiy varinat") qəzetində dərc olunub. Rusiya Elmlər Akademiyası texnika elmləri üzrə doktoru, professor Aleksandr Fradkovun bu əmrlə bağlı açıq etiraz məktubu da adıçəkilən qəzetdə yer alıb.

FACEBOOK  SƏSLI MESAJLARI GİZLİNCƏ DİNLƏYİRMİŞ
Bir həftə əvvələ qədər Facebook audio-faylları dinləyirmiş. Bunun da istifadəçi anlaşmasında razılaşdırıldığını deyib. Yəni istifadəçilərin bilgisi daxilində olduğu deyilir.

Bloomberg agentliyi Facebook kompaniyası istifadəçilərin səsli mesajlarını açmaq üçün buna yüzlərlə muzlu işçi cəlb etdiyi faktını açıqlayıb.

Anonim mənbə bildirib ki, korporasiyanın rəhbərliyi qarşısına səsli mesajların yer və zamanını gizli saxlamaqla audoi-faylların oxunması məsələsini qoyub. İşçilər bunun nəyə lazim olduğunu bilmədən təəccüblə dinləyiblər.
Mariya Zaxarova: Rusiyanın Qarabağın statusu haqqında fikri dəyişməzdir
Rusiya XİN yetkilisi Mariya Zaxarova bu fikri jurnalistlər üçün keçiridiyi bugüngü brifinqdə səsləndirib.

"Bizi Azərbaycan və Ermənistan münaqişə xəttində sakitliyin müşahidə olunması məmnun edir. Bununla yanaşı, tərəflərin müxtəlif yollarla bir-birini ittiham etməsi də narahatçılıq yaradır"-deyə Zaxarova qeyd edib.

Bu cür ritorikalar danışıqlar prosesində əlverişli şərtlərin formalaşdırılmasına və konfliktin həll olunmasında kompromiss variantlar axtarmağa imkan vermir- Rusiya xarici siyasət qurumundan qeyd ediblər.

"Rusiya Dağlıq Qarabağın son statusunun Azərbaycan və Ermənistan arasında danışıqlar yolu ilə müəyyən edilməsindən yanadır"-deyə XİN nümayəndəsi göstərib. Onu da əlavə edib ki, rəsmi Moskvanın mövqeyində heç bir dəyişiklik yoxdur.

Xarıtladaq ki, avqustun 7-də Ermənistan baş naziri Nikol Paşinyanın tanınmamış Dağlıq Qarabağ respublikası haqqında "Bura Ermənistandır"-deməsi Azərbaycan tərəfindən qəzəblə qarşılanıb.

Yenises.ru
Sabiq qırğız prezidenti Atambayevin rezidensiyasına basqın davam edir

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin rezidensiyasına basqında yaralananlar Dövlət Milli Təhlükəsizlik komitəsi əməkdaşlarının sayı artır. Almaz Atambayevi tutmaq üçün xüsusi əməliyyatda iştirak edən DTK əmdaşaları arasında yaralananların sayı 27 nəfərə çatdığı haqda RİA Novosti-yə komitənin mətbuat xidmətindən xəbər verilib.
Lukaşenkonun "oyunu" özünə baha başa gələ bilər
Lukaşenkonun Rusiyaya inteqrasiya məsələsini qarşı tərəfə təzyiq vasitəsinə çevirməsinə "Bulba Prestolov" Teleğram kanalı toxunub. Dni.ru iformasiya portalının Telegram kanala istnadən yazdığına görə Belorusiya prezidenti Aleksandr Lukaşenkonun başı üstündə qara buludlar dolaşır. Rusiya rəhbərliyi Batkanın şərtləri ilə inteqrasiyaya razı deyi-deyə ekspertlər xəbərdarlıq ediblər. Onların sözlərinə görə Rusiyada belorus liderinə kimsə güvənmir və onunla ünsiyyətdən qaçırlar.

Son zamanlar Belorusiyada qərbyönlü millətçilik baş qaldırıb-deyə "Bulba Prestolov "Telegram kanalın müəllifləri bildirirlər. Buna görə Rusiya Aleksandr Lukaşenko rejiminin maliyyələşdirilməsinin məqsədəuyğun olduğuna daha çox şübhə edirlər.
Rusiya XİN-dən ABŞ və Almaniyanın 3 avqust aksiyasını işıqlandırmasına   etiraz
RF Xarici işlər nazirliyinin ABŞ və Almaniyaya onların diplomatları və mediasının Rusiyanın daxili işiniə qarışması ilə bağlı rəsmi müracət göndərəcəyini qurumun nümayəndəsi Mariya Zaxarova "Bazar axşamı Vladimir Solovyevla" proqramında açıqlayıb. Bu avqustun 3-də Moskvada keçirilən icazəsiz mitinqin işıqlandırılması ilə əlaqəlidir.

Situasiyanı araşdırmağı xarici işlər nazirliyinin nümayəndəsi Mariya Zaxarova təklif edib.

"Mən düşünürəm ki, ABŞ rəhbərliyi onun diplomatlarının Rusiyanın daxili işinə qarışmalarına təəccüblənəcəklər"-deyə qeyd edib.

RUBRIKA: Belə də olur - SƏYYAR MAĞAR

Axşam aldığım xəbəri kənddən uzaqda yaşayan eloğlu ilə bölüşmək üçün zəng elədim:
--Salam, əmioğlu. Loxəbərlik olmasın, Məmmədəlinin ölümündən xəbərin var?
--Salam. Var, əmioğlu, var.
Moskvadakı icazəsiz mitinqdə 600 nəfər saxlanılıb
DİN-nin paytaxt rəhbərliyindən verilən məlumata görə avqustun 3-də Moskvada keçirilən icazəsiz aksiyada 1500 adam iştirak edib və onlardan 600 nəfərə yaxını saxlanılıb. Bu haqda RİA Novostinin məlumatında deyilir.
Moskvanın mərkəzində yanan binanın söndürülməsində 24 texnika və 2 vertolyotdan istifadə edilib
Bu gün səhər səhər saat 6:18 radələrində Moskvanın mərkəzində- Dubninsk küçəsi ev 41/4 ünvanında olan dördmərtəbəli binada yangın baş verib. Fövqəladə hallar nazirliyindən verilən məlumata görə yanğın 5 min kvadratmetr sahəni əhatə edib. Yanğını n söndürülməsində 80 nəfər yangınsöndürən, 24 texnika, o cümlədən 2 vertolyot iştirak edib. Xilasedicilər yanğının ətrafda yerləşən binalara və eləcəə də yaxınlıqdakı benzindoldurma məntəqəsinə keçməsi təhlükəsinin qarşısını almağa çalışıblar.
[right]Rusiya pasportu alan ukraynalılar sorğuya çəkilirlər
Ukraynanın hərbi prokuroru Anatoli Matios bəyan edib ki, Rusiya pasportu almaq üçün müraciət edən Donetsk və Luqansk vilayətinin sakinləri qurum tərəfindən sorğuya çağırılıb. O, bunu "Radio NV" -yə müsahibəsində söyləyib.

Hərbi prokuror müstəntiqlərin qanun çərçivəsində hərəkət etdiklərini qeyd edib. Matiosun sözlərinə görə hərbi prokurorluq baş verənlər haqqında tam təsəvvürə maikdir və Rusiya pasportu almaq üçün ərizə verən Ukrayna vətəndaşlarının şəxsiyyətini müəyyən etməklə məşğuldur.

ABŞ administrasiyasında Rusiyaya qarşı ikinici sanksiya  paketi hazırlanır
Birləşmiş Ştatlar Skripal işinə görə Rusiyaya qarşı ikinci sanksiya paketi hazırlayır. Bu haqda RİA Novostiyə ABŞ administrasiyasının nümayəndəsi məlumat verib.
Rusiya yığmasının azərbaycanlı oyunçusu Aleksandr Səmədov karyerasını başa  vurdu
35 yaşlı idmançı özünün bu qərarını İnstagram səhifəsindən açıqlayıb.

"Əziz dostllarım, yaxınlarım, azarkeşlərim! Futbolçu kimi özümün idman karyeramı başa vurmağın zamanı gəldi. Uzun illər sizin mənim yanımda olduğunuzu bilərək yaşadım, işlədim, oynadım,arzuladım, planlar qurdum. Sizin mənimlə və Rusiya futbolu ilə qürur duymağınız üçün qələbəyə nail olmağa çalışdım. Mən idmançı, futbolçu və şəxsiyyət kimi yetişmək istədim. Bu arzularım gerçəkləşdi. İstədiyimə çatdım! Mən xoşbəxtəm ki, siz hər zaman mənə inandınız, dəstəklədiz, həyəncanlandınız, irəli getmək, daha böyük uğurlar əldə etmək üçün güc verdiniz!"-deyə futbolçu yazıb.
Sobyanin icazəsiz mitində təxribat ola bilıcəyindən xəbər verib
Sobyanin xəbərdarlıq etdi. Mitinqi təşkil edənlərlər də, oara gələnlər də təxribat törətməyə hazırlaşırlar. Lakin bunun qarşısı alınacaq.

Bu günə təyin olunmuş icazəsiz mitinqində ciddi təxribat baş verəcəyi ehtimalından Moskva meri Sergey Sobyanin özünün Twitter səhifəsindən xəbər verib.


Vüqar Bayramov - Şairin dünyası qız qoxuludu!
Şairin dünyası qız qoxuludu!


Bu yay axşamında bahar havası,
Təbiət bu gecə yaz qoxuludu!
Hamının dilində şirin arzular,
Hamının dodağı söz qoxuludu!

Gözlər intizarda, qəlb həvəsdədi,
Hamı bir arzuda, bir nəfəsdədi.
Qulaqlar həsrətlə xırda səsdədi,
Həsrətin vüsalı naz qoxuludu!

Xəbəri titrətdi küləklər kimi,
Gəldi gecə yarı, mələklər kimi.
Muştuluq həvəsli ürəklər kimi,
Ocaq qoxuludu, köz qoxuludu!

Açıldı cığırım, izim dünyaya,
Qəlbimdən gələni yazım dünyaya.
Bu gecə göz açdı qızım dünyaya,
Şairin dünyası qız qoxuludu!


22.07.2018

Dünya mənim gözümdə bu baxışın boydadı.

Elə şirin baxırsan səddin, çəpərin yoxdur,
Sən elə bir duyğusan ölçün, qədərin yoxdur.
Səninlə gözəlləşib həyat xəbərin yoxdur,
Dünya mənim gözümdə bu baxışın boydadı.

Balalar gül doğulur, balalar çiçək olur,
Çirkin körpə görmədim, hamısı göyçək olur.
Bu məsum baxışında arzular gerçək olur,
Dünya mənim gözümdə bu baxışın boydadı.

Ömrümün hər saatı, dəqiqəsi, anısan,
Özünü çox sevərsən gözlərimdə tanısan!
Atanın gül qızısan,ürəyisən, canısan,
Dünya mənim gözümdə bu baxışın boydadı.

26.02.2019
Rusiya səfirliyi xəritədə Krımı Ukraynanınkı kimi göstərib
Rusiya səfriliyi Twitter səhifəsindəki paylaşımında Krımı xəritədə Ukrayna ərazisi kimi göstərdi. Ukrayna XİN-i də təşəkkür edərək davamını digər qurumlardan gözləyirik-deyə repost yazdı.

Rusiyanın Böyük Britaniyadakı səfriliyi Twitter səhifəsində Krımı Ukrayna əraizisi kimi göstərib.

Rusların yarısının əmək haqqı 35 min rubldan az imiş
Rosstat-ən məlumatlarına görə, böyük və orta müəssisələrdə işləyən rusların yarısı 34,335 rubldan az gəlir əldə edir. Nisbətən yüksək maaşı olan balıqçılardır.

Peskov Putinlə Zelenski arasındakı  telefon söhbətindən danışdı
Prezident seçilləndə təbrik etmədi, lakin prezident kimi qəbul edib telefonla danışdı. İlk cümləsi "Salam" olub-deyə yazır Rusiya mətbuatı. Salam verməkdə qeyri-adi nə olduğu anlaşılan deyil. Yəni "Alo" deməyibmi? Nə isə ki, prezidentlər arasında olan telefon söhbətini Peskov şərh edib.

Gürcüstan prezidentindən  Putinin sanksiyalara dair sözlərinə reaksiya
Zurabişvili Moskva ilə münasibətləri düzəltməyə hazırdır. Rusiyaya ilımlı mövqeyinin ölkəsində tənqidlə qarşlanacağına gəlincə "Kimsə mənə vətənpərvərlik öyrədə bilməz"-deyib.

Gürcüstan prezidenti Salome Zurabişvili rusiyalı həmkarı Vladimir Putinin Moskvanın Tiflisə qarşı sanksiyalar tətbiq etmək istəmədiyi bəyanatını alqışlayıb. Bu barədə Associated Press-ə müsahibəsində deyib.
Paşinyan “Havalandı”, yoxsa məğlubiyyətimizin SON NİDASI?
Diplomatiyanın missiyası bir çox hallarda sülhə deyil, müharibəyə xidmət etməkdir ki, bunun təsdiqini Paşinyan göstərdi. Onun alovlu çıxışına Facebook statusları kükrədi. Milli məclisdə oturmaqdan kürsüsü surtulmuş vəkillərmiz bu gecə səhərə kimi yatmayaraq azərbaycan- dili lüğətinin siyasi terminlər bölümündən kəsərli söz axtarmağa başladılar. Paşinayanla indi hansı sözü güləşdirəcəklər bilmirəm. Eşitməyə belə təhəmmül etmədiyim “lazım”, “təmkin” sözlərinin məndə ikrah və allergiya yaratdığını önyarğım kimi qəbul edərdim. Amma… Etiraf edək ki, o “yüksək potensiallı, irəligörüşlü” taktiki ifadələrə rəğmən elə o tatamidə bir daha nakauta düşdük. 1992-ci ildən bu yana istər söz, istər siyasi meydanda məğlubiyyətmizin son nidası Paşinyandan gəldi. “Ermənistan özü belə Qarabağı tanımadığını”- bayraq etdiyiniz bir istinad nöqtəmizin (.)üstünə Paşinyan bir dayaq (!) sancıb, bizim olanı niyə tanımalıyam (!) nidasını qoydu.
MÜVƏQQƏTİDİR... ÖLƏNƏ KİMİ
Şikayət eləməkdən yoruldum. Deyinməkdən də. Hələ bunların heç kimə təsir eləmədiyinin acısını demirəm. Nikbinlə bədbinin “bardaq yarıya qədər doludur/boşdur” çəkişməsindən də bezmişəm. Yalançı cəsarətdən uzaqlaşmaq, öz qabından başqa bir şeyi çatlada bilməyən sirkəlikdən çıxmaq istəyir adam. Ramiz Rövşənin “Qoyun olmaya-olmaya qoyun olmaq çətinliyindən” qurtulmaq. Özünə demək ki, qardaş, qəbul elə cılızlığını, həşəratlığını, öz vızıltınla sadəcə yay cırcıramasına bənzədiyini.Və otur yerində. Nə olsun ki, çox şeyi anlayırsan. Ağlın deyir ki, belə olmamalıdı. Deyə-deyə dursun! Onun daşı ilə tərəzi tutan var? Dünyada iki mindən çox olan xalqdan cəmi iki yüzə yaxınının (BMT-də 193 dövlət təmsil olunur) dövləti var, onlardan biri də sənin tarixi vətənindir. Sevin, qürurlan. Və otur yerində! Guya oturmasan nəsə olacaq.

Ağdam Tanrının “Səxavət”iydi
Səhər feysdə Brodskinin bir kəlamını paylaşdım. “Çoğrafiyasını bilməyən millət işğal olunmağa layiqdir”. Nə qədər uğurlu təcrümə etdim bilmirəm. Amma...

Azərbaycanlı və Azərbaycandan olsam da (bu iki vurğunu işlətməyimin səbəbləri var-T.V.) ölkəmin sərhəddinin “haradan başlayıb harada bitdiyini” nəzəri tərəfdən öyrəndim. İndi nə zamansa gedərəm-deyə görmək arzusunda olduğum yerlərə getməməyimin səbəbi- “budur- buradır də, qaçmir kı..” olub. Halbuki, yaddaşınızı vərəqləsəniz, siz də mənim kimi “bizimkidir, qaçmir ki”, məntiqi ilə dünyanın olmasa da, MDB-nin bir çox ölkələrini gəzmisiniz. Mən də o zamanlar ailəmiz ora ilə bağlı olduğundan Ukraynanı Azərbaycandan daha çox gəzmiş və tanıyır kimi idim.
Hüzn - AĞLA, GÖZÜM, AĞLA
Şirməmməd Müəllim...Adı ilə, varlığı ilə, məntiqi və yaddaşı ilə, ədəbi-ərkanı ilə, natiqliyi və kübar sadəliyi ilə, cümhuriyyət və istiqlal sevgisi ilə, Məmməd Əmin vurğunluğu və Azərbaycan sevdası ilə, yorulmadan, usanmadan öyrənmək, öyrətmək qabiliyyəti ilə, dünyanın siyasi portretini qırx beş dəqiqədə rəngarəng şəkildə canlandırmaq məharəti ilə, dostluğa sədaqəti, ailəyə məhəbbəti ilə, cümhuriyyət tariximizin hər səhifəsini ən dəyərli inci kimi əzizləyib günümüzə gətirməsi ilə, bizi biz olmağımızla qürurlandırması ilə, daha min bir fəziləti və məziyyəti ilə hafizələrdə, gözlərdə, qəlblərdə taxt qurmuş insan əbədiyyətə qovuşdu.
DEYİNGƏN -- Dİ GƏL DEYİNMƏ

Yayın cırcıraması adamda deyinməyə də hal saxlamır. Moskvanın altı-yeddi aylıq ağlı-qaralı qışı gözünün önünə gələndə də fikirləşirsən ki, burada hər günəşli gün Yaradanın lütfüdü və bundan şikayətçi olmaq nankorluq olar. Son günlərin hadisələri elə sürətlə cərəyan edir ki, nəyə necə qiymət verməyə macal tapmırsan. Bir də bura yaşı, bir də anadangəlmə tənbəllik mərəzini əlavə et, dur tamaşasına. Amma, ancaq və lakin... Elə məsələlər var ki, yanından keçmək asan deyil.
Özünümüdafiə gününüz mübarək və ya ...
Urəkləri məzar yeri olan Uşaqlar

Günün nəşəsini pozmağa dəyərmi? Hər günü hər gündə yaşamaq varkən. Dünənin kədəri, bü günün sevinci... Dərdini basdır, pərdələ... Hissini ələ al, cilovla...
Təhlil  - BU RAMAZANDA
Allahı sevirsiz, yaxud şeytana xidmət edirsiz, fərqi yoxdur, əvvəlcə bir gözlərinizi açın!

Zatən Yaradan da, ona “qafa tutan” da nə yuvanın quşu olduğumuzu açıq gözlə baxsaq da, qəflət yuxusunda olsaq da bilirlər. Əsas olan bizim özümüzü aldatmağımıza son qoymaqdır.
“SOZRET” ELƏSƏK...
Ağası gülüm olanın
Fuad Abbasov son həftənin gündəmində ən müxtəlif nöqteyi-nəzərdən müzakirə olunur. Bu “nöqtələrin” birindən başlayaq.
LAÇIN-Bu günün nağılının  var olanının  yoxluğu

Düz 971 il əvvəl 18 Mayda Ömər Xəyyam doğuldu...
Düz 215 il əvvəl bu gün Napaleon Fransanın imperatoru oldu.
Düz 424 il əvvəl bu tarixdə Rusiya ilə İsveç arasında Tyavzin sülh müqaviləsi bağlandı, Rusiya itirilmiş torpaqlarını geri aldı...
Və bu günün 27 il gerisində Ermənistan ordusu Laçın karidorunu ələ keçirtdi..(Sonuncu bizim üçün yazılan, bizim tariximizin payına düşən bu günün xronologiyasıdır).
Yallı, ballı, cahi-cəlallı və ya  Yandım, elə yandım
Paşinyan oynadı. Ayağının altında bütov bir tarix süründü. O gün üzümüz yerə düşdü. Aynada hələ üzünüzə baxa bilirsinizsə... O gün neçə nəfər ürəyini tutdu, neçə nəfərin ürəyi tutdu.

Bu sakitliyə baxsan ... Bəlkə yeri deyil, amma...
Biz sənə gələ bilmədik, barı sən gəl, Şuşam!

Biz sənə gələ bilmədik, barı sən gəl, Şuşam!

Sabah olacaq.. Bu gecənin səhəri üzümüzə Şuşanın yoxluğu ilə açılacaq.
Уголок Ворчуна -- ВЕСЕННЕЕ ОБОСТРЕНИЕ
Вопреки сложившейся традиции, сегодня Ворчун затронет разные темы. Все желающие вольны в трактовке отхода от краткой определенной зарисовки: тем же весенним обострением; приближающейся старостью; желанием объять необъятное и так далее.
Уголок Ворчуна - ХОДЖАЛЫ—КРОВАВЫЙ ОТСТРЕЛ ПЕРЕСТРОЙКИ
Ходжалинская трагедия 1992-го года—результат и продолжение горбачевской перестройки. Не счесть различные изощренные изуверства армянских головорезов, учиненных в одном отдельно взятом мирном городе с мощной поддержкой потерявших ориентиры вместе с совестью солдат страны под названием СССР. Страны, обрекавшей себя к гибели назначением недавнего комбайнера, хоть и с юридическим образованием, на высшую ступень управления. Его назначение не было закономерным ни по одному пункту даже тогдашней Конституции и сложившейся практики. Устав от многочисленных похорон генсеков за короткий период времени, старики из политбюро не смогли протащить своего очередного кандидата на трон.
SUSUM, AMMA....
Bütün qərib məzarlar gözlərini yollardan yığdıqdan SONRA DANIŞARIQ

Vallah deyirəm susum, amma olmur. Mən susacam. Susmaq üçün bu qədər səbəbim varkən, həm də. Reytinqə -zada da oynayan deyiləm.
SİNFİMİZİN GÖZÜ TUTULUB
Dünən bir acı xəbər eşıtdim: Sinif yoldaşımın və dostumun anası Antı xala əbədiyyətə qovuşub. İçimdən bir sızıltı, beynimdən ağlı-qaralı, şirinli-acılı, baharlı-qışlı bir kino lenti keçdi. Sovet dövrünün Qəhrəman anası, on övlad doğub araya-ərsəyə gətirmiş, əksəriyyətinə ali təhsil vermiş, hamısının ailə səadətinə qovuşmasını görmüş, nəvə, nəticə ləzzətini dadmış bir ana, nənə, ulu nənə, kəndimizin əsas dirəklərindən biri həyata göz yumdu.

OVQAT- XAS POLADIN QƏLƏM DİLİ
Çox pəjmürdəyəm bu günlər. Yanvar qırğınının acısı da, alovu içimizdə, xəcaləti vicdanımızda, əsir harayları qulağımızda Qarabağın faciəsi də son bir həftədə bambaşqa çalarlarda gəlib keçib gözlərimin önündən. Pəjmürdəliyimin bir səbəbi də bu oda “gec tutuşmağımdır”. Bir neçə ay bundan əvvəl jürnalist Anar Həsənov Qarabağ döyüşlərinin iştirakçısı, indiyədək cəmi bir dəfə görüşmək şərəfinə nail olduğum Abuzər Əbilovun kitabının elektron variantı ilə tanış olmağı məsləhət gördü və gələcəkdə kitabı ruscaya tərcümə et(dir)mək arzusunda olduğunu dedi. Söhbətimiz elə axarda idi ki, mən nədənsə (açığı məsuliyyətsizlikdən) bu işin tələsik olmadığı qənaətinə gəldim və gündəlik qayğıların içində itib-bataraq kitabın oxunmasını bu günlərə qədər gecikdirdim. Ona görə də ilk növbədə bu münasibətimə görə həm istedadlı jurnalist Anar Həsənovdan, həm də oddan-alovdan keçib, mənliyini, vüqarını, vətənsevərliyini daha da yüksək mərtəbəyə qaldırmış müəllif Abuzər Əbilovdan üzr istəyirəm. Çünki bu etirafsız nə desəm özümə bağışlaya bilmərəm. Çünki əsəri oxuduqca, onun hər səhifəsindən boylanan mərd, səmimi, etibarlı, həssas, qayğıkeş, şən, qəmgin, qətiyyətli (bu sifətləri daha çox sadalamaq olar və hamısı da düz olar) qəhrəmanı gördükcə özümün “gündəlik qayğılar” cildinə saldığım çabaların nə qədər cılız olduğuna inandım.
OVQAT- XAS POLADIN QƏLƏM DİLİ
Söhbət Abuzər Əbilovun avtobioqrafik “Əfqan gündəliyi”ndən və “Vətən döyüşü gündəliyi”ndən gedir. Davamını mütləq görəcəyim bu gündəliklərə təhlil rəyi yazmaq fikrində deyiləm. Sadəcə son onillik(lər) ərzində məni ana dilimdə yazılmış və bu qədər çılpaqlığı, təbiiliyi ilə sarsıdan ikinci əsər görmədiyimdən hiss etdiklərimin bir qismini sizlərlə bölüşmək istədim.

УГОЛОК ВОРЧУНА-АРМЕНИЯ ВЫБИРАЕТ 3Д

9 декабря в Армении состоятся досрочные выборы в парламент
MƏQAMLARIN MƏRAMLARA QURBAN VERİLDİYİ
Girişə hazırlıq: Bilmirəm niyə. Amma elə ilk "tanışlığımda" Helen Kelleri sevdim. Bəlkə dünyaya qüsursuz gəlib, uşaqkən xəstəlik keçirməsi nəticəsində insan üçün vacib olan əsas hisslərdən 3-nü, eşitmə görmə, nitq qabiliyyətini itirəndən sonra, bununla mübarizə edib adını tarixə yazdıran qadına rəğbətim bundandı. Mark Tven onun haqqında boşüna deməyib." ХIХ əsrin iki böyük şəxsiyyəti var: Napaleon və Keller". Hər ikisi dünya haqqında düşüncələri dəyişib və imkanların sərhədsizliyini göstəriblər. [/i]

Məqamların məramlara qurban verildiyi yer
-.
.
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ən çox oxunanlar
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru