AntiNEKROLOQ

Bu yaxınlarda saytımızda Cəfər Sadıq həmkarı Aydın Canıyevə “Aydın, mənə nekroloq yaz” –deyə müraciət etmişdi. Aydın Canıyevin yazıya cavabı yubanmadı: “Yazdım, Ustad, yazdım! Sənin Sağlığında və Sənin Sağlığına yazdım!”

Tünzalə Vəliqızı
Harda qalmısınız, kəlbəcərlilər?

Harda qalmısınız, kəlbəcərlilər?-deyə fəryad edən Nəsib Nəbioğlunun harayına harayla

Xocalını fevraldan-fevrala, Kəlbəcəri apreldən-aprelə, Şuşanı maydan-maya xatırlaya-xatırlaya otuz ili verdik düşmənin səfasına. Harda qalmısınız, kəlbəcərlilər? Necə qalmısınız,neçə nəfər qalmısınız? Bilən varmı? Qayğınızı çəkən varmı? Qəm piyaləsini siznən birgə içən varmı? Xəyallarda siznən birgə Dəlidağa köçən varmı? Yaz gəlməmiş o əlçatmaz zirvələrə çixan, gədiklərdən keçən varmı? Şair Nəsib Nəbioğlunun yad diyarda nə çəkdiyini bilən varmı? İstisuda donan varmı? Qarlı dağda yanan varmı?

Cəfər Sadıq
Dönüşün tarixi nöqtəsi - Kəlbəcər olsaydı
İndi neçə yaşın oldu? İndi neçə yasın oldu? Yenə sputnikdən evinin yerində yeni bina edilmiş evlərə baxırsanmı? Yarana duz basırsanmı?

Keçən il də elə bu günlə bağlı anım, ildönümü, işğalının daha bir yaşı (nə deyirsinizsə deyin- red.T.V.) məzmunu ilə yazdığım yazının sonuna bir ümid işarəsi qoymadan üç nöqtəylə nöqtələmişdim. Söz qınamadan qınamışdım özümü: Niyə “Allah qoysa”lara bağlayıb, “Bu tarixin dönüşü olacaq” ümidinə kökləmədim cümlələri deyə?
AFAQ XANIMA HÜZNLƏ
Moskvada yaşayan tanınmış şairə, həkim, Azərbaycan və Rusiya Yazarlar birliklərinin üzvü, AYB Moskva bölməsinin katibi çox sevidiyim Afaq Şıxlının anası

MIRVARI XANIMIN
31 MART AZƏRBAYCANLILARIN SOYQIRIM GÜNÜ  ŞƏKİLLƏRDƏ
31 MART dünya azərbaycanlılarının soyqırım günüdür.

31 MART AZƏRBAYCANLILARIN SOYQIRIM GÜNÜ  ŞƏKİLLƏRDƏ
31 MART AZƏRBAYCANLILARIN SOYQIRIM GÜNÜ  ŞƏKİLLƏRDƏ
31 MART AZƏRBAYCANLILARIN SOYQIRIM GÜNÜ  ŞƏKİLLƏRDƏ
31 MART AZƏRBAYCANLILARIN SOYQIRIM GÜNÜ  ŞƏKİLLƏRDƏ
31 MART AZƏRBAYCANLILARIN SOYQIRIM GÜNÜ  ŞƏKİLLƏRDƏ
Çelyabinskdə  karantin zamanı balkondan "Katyuşa"  mahnısı oxudular
Koronovirusla mübarizə şərçivəsində özünütəcrid rejimində olan Çelyabinsk sakinlərini balkondan "Katyuşa" mahnısı səsləndirməyə vadar edib.

Çelyabinsklilərin bu hərəkəti barədə videoçarx "Podyem" Teleqram kanalında paylaşılıb.




Çelyabinskidə öznütəcrid rejimində olanlar balkona çıxaraq yüksək səslə yayılan "Katyuşa " mahnısına qulaq asıblar. Mahnı bitdikdək sonra çoxmərtəbəli evin sakinləri "musiqili gecə" təşkil edəni və "solisti" balkonlarından alqışlayıblar.

"Bu gün "Katyuşa"! Sabah "Juravli" mahnısı! Tezliklə evbəev musiqi yarışması başlayacağıq"-deyə müğənni bəyan edib. O deyib ki, kimsə qarşıdakı binadan onun çıxışını vodeoya çəkib və ümimi qrupda yerləşdirib.

YENİSES.RU
Samara vilayəti  Azərbaycanlıları Liqasından   koronovirusla mübarizə tədbirlərinə dəstək
Samarada hökümət orqanlarının COVİD-19-la mübarizə və təhlükəsizlik tədbirlərində birbaşa iştirak etmək məqsədiylə Azэrbaycan diaspor təşkilatı qərargah yaratdı.

Bütün dünyanı “ağuşuna” alımış, əsrin ən qlobal bəlası olan COVİD-19 vurusunun yayılmasının qarşısını almaqdan ötrü ölkə bütünlükdə səfərbər olub. Səhiyyə işçilərinin əməyini yüngülləşdirmək, insanların virusdan qorunması və özünü izolə məqsədiylə sabahdan Rusiyada komendat saatının tətbiq edilməsi gözlənilir. Bu tarixi situasiyada müşahidəçi qalmamaqdan ötrəri Samara vilayəti Azərbaycanlılaır Liqası virusla mübarizə kompaniyasına dəstək üçün xüsusi Qərargah yaradıblar.
Məcburi köçkün Şəfiqə nənə yaşlılara qayğısından dolayı Mehriban xanıma  təşəkkür etdi
[i]Nənə minnətdarlığı. Əslində sosial şəbəkələrdə Azərbaycanda COVİD-19-la mübarizə tədbirləri ilə bağlı fərqli fikirlər səslənir. Təqdiri tənqidinə qarışan bu məlumatlar sırasında çox sevdiyim yaşlı bir nənənin dediklərinə biganə qala bilmədim. Zəngilandan məcburi köçkün düşən (bu arada yardım qaçqınlara verilir-deyə sual verəndə, qaçqın yox, köçkünəm mən-dedi- red. T.V) Şəfiqə nənə -"mənə və timsalımda bu günlərdə yaşlılara xüsusi qayğı və diqqətini əsirgəməyən prezidentə və xanımına təşəkkürümün çatdırılmasını istərəm"-dedi.
RUSİYADA ÜMUMTƏHSİL OCAQIARI BAĞLANIR-
Koronavirusun yayılması təhlükəsi üzündən Rusiya məktəblərində tətil martın 23-dən 12-dək elan ediləcək. Bunu Rusiyanın təhsil naziri Sergey Kravtsov regional təhsil şöbələri ilə koordinasiya və qarşılıqlı işçi qrupunun ilk iclasında çıxışı zamanı deyib.


"23 martdan (Bazar ertəsi )- aprelin 12nə qədər məktəblərdə tətil elan ediləcək. Eyni zamanda, məktəblilər üçün məsafədən (distansiya) təhsilin təşkili üçün dəstək veriləcək- deyə onun sözlərindən RİA Novosti sitat gətirib.

Bundan əlavə, Rosobrnadzor rəhbərinin səlahiyyətlərini müvəqqəti icra edən Anzor Muzayev Vahid Dövlət İmtahanının EQE ) erkən keçirilməsi ən əsas məsələ olaraq vurğulanıb. Sifariş Rusiya Ədliyyə Nazirliyinə göndərildi. Martın 18-də təsdiqlənib bölgələrə göndəriləcəyi gözlənilir.

YENİSES.RU
Rusiya Belorusiya ilə sərhəddini qismən bağlayır
Koronovirusun yayəlması fonunda Rusiya Belorusiya ilə sərhəddini qismın bağlamağı qərara alıb. Bu barədə martın 16-da RF baş naziri Mixail Mişustin hökümətin opertiv yığıncağında bəyan eidb.

"Biz insanların yerləşdirirlməsi üçün Belorusiya ilə sərhədləri bağlamağı qərara aldıq və digər təhükəsizlik addımları atdıq. Bundan sonra da ilk növbədə koronovirusun kütləvi şəkildə yayılmaması, ölkəmizi yeni təhlükələrdən qorumaq və onun qarşısını almaq üçün mümkün tədbirlər həayata keçirməyə davam edəcəyik"-deyə baş nazirin sözlərindən TASS sitat gətirib.

Nairlər kabinetinin başçısı onu da bəyan edib ki, yaxın günlərdə ölkədə vəziyyətin inkişafı barədə vətəndaşların davamlı məlumatlandərəlmasından ötəri onlayn bildiriş sistemi qurulacaq.



YENİSES.RU
Rusiyada düyü, çəltik və konserv məhsullarına tələbat artıb
Koronovirus təhlükəsi Rusiyada insanları ərzaq ehtiyatı toplamağa başladıb. Lakin ərzaq qıtlığı olmayacağı da deyilir. Baxmayaraq ki, ayrı-ayrı yerlərdə insanlar vitrinləri boşaldırlar...)) Marketlərdən gələn xəbərlər isə fərqidir.
Piterdə Konstitusiya dəyişilkliyi əleyhinə piketdə 20-yə yaxın adam saxlanılıb
Senat meydanında yerləşən Konstitusiya Məhkəsməsinin qarşısında Konstitusiya dəyişikliyi əleyhinə çıxan 22 nəfər piket iştirakçısı polislər tərəfindən saxlanılıb.

Bir müddət əvvəl həmin yerdə "Otkrıtaya Rossiya" ictimai təşkilatının sədri Anastasiya Brakov və aktivist Andrey Davıdov Konstitusiya Məhkəməsi önünə gül qoyduqları üçün tutulmuşdular.

Xatırladaq ki, martın 14-də RF prezidenti Vladimir Putin özünün təklif etdiyi Konstitusiya dəyişiklik edilməsi haqqında qanunu imzalayıb. Söhbət bu qanunda ediləcək 46 dəyşiklikdən, o cümlədən Putinin prezidentlik müddətinin sıfırlanmasından gedir.


YENİSES.RU
Dərbənddə aksiyaçılar qədim məscidin qapısını sındırıblar
Dərbənd sakinləri icazəsiz aksiya zamanı Rusiyanın ən qədim Cümə məscidinin qapılarını sındırıblar. Bu haqda şəhər administrasiyasından məlumat verilir.

Mitinq Dərbənd Muzey-Qoruğunun rəhbərliyi tərəfindən muzeydə işləyirmiş kimi göstərilən lakin işə gəlməyən işçilərin işdən çıxarılmasına etiaz olaraq keçirilib. Muzeyin direktoru Viktor Çesnokov mitinqçilərin qarşısına çıxaraq onlara nə baş verdiyini izah etməyə çalışdı. Ancaq mitinqçilər buna məhəl qoymayaraq daha da qəzəblənib və millətçi şüarlar səsləndiriblər.
ПОСЛЕ НЕГО ОСТАНЕТСЯ МОРЕ…
К 80-и летию Вагифа Самедоглы

Мы часто слышим: На детях великих людей природа отдыхает.

В действительности нет такого природного закона.

Существует множество династий, где потомки даже талантливее предков. Есть музыкальные и писательские династии… Томас Манн, его брат Генрих Манн, и их дети. А Элизабет Манн Боргезе? Природа наделила ее способностями сразу в нескольких областях. Алексанр Дюма отец и Александр Дюма сын, Валентин и Павел Катаевы, Виктор и Денис Драгунские…

Если перенестись в Азербайджан, то один из ярких примеров – Народные поэты Азербайджана Расул Рза, Нигяр Рафибейли и их сын – народный писатель Азербайджана Анар…
MİŞUSTİN POLŞA VƏ NORVEÇLƏ SƏRHƏDLƏRİ BAĞLAYIR

RF höküməti Polşa və Norveçlə quru sərhədlərini bağlamağa qərar verdi. Səbəb dünyanı dolaşan bəla -koronovirusla bağlıdır. Baş nazir bu barədə tapşırıq verib. Rusiaynın Norveç və Polşa arasında quru yolu ilə olan keçid sərhədləri sabah-aprelin 15-dən qapanacaq. STOP!

Rusiyanın baş naziri Mixail Mişustin xarici vətəndaşalırn Polşa və Norveçdən keçməsini dayandırmaq haqqında tapşırıq verib. Məlumat bu gün hökümətin saytında dərc olunub.
PUTİN KONSTİTUSİYA DƏYİŞİKLƏRİ QANUNUNU İMZALADI


Rusiya aprelin 22-də referenduma gedir... Putin bu qanunu imzaladı... Konstitusiya qanunu dəyişəcək. Sıfır nöqtəsinə gəldik...

Rusiya prezidenti Vladimir Putin konstitusiya dəyişiklikləri haqqında qanunu imzalayıb. Sənəd rəsmi məlumatlar portalında dərc olunub.

Bundan əvvəl, martın 14-də Federasiya Şurası növbədənkənar plenar iclasda Konstitusiyaya dəyişikliklər haqqında qanunun regional parlamentlərdə baxılmasının nəticələrinə dair qərar qəbul etmişdir.
Moskvada  polis şöbəsinin  müdiri meyitxanada meyitlərlə fotosessiyaya çəkildiyi üçün işdən çıxarıldı
 Daxili İşlər Nazirliyinin Moskva Şukino rayonu üzrə cinayət-axtarış şöbəsinin müdiri və tabeliyindəkilər meyitxanada cəsədləri ilə birlikdə fotoşəkillər çəkdirdikləri üçün polisdən qovulublar. Bu haqda İnterfaks agentliyinə Daxili İşlər Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vladimir Vasenin məlumat verib.

Onun sözlərinə görə, polis mayoru Vyaçeslav Gorneyevin və bu şöbənin baş polkovnik-leytenantı Tatyana Pulrışevanın cəsədlərin fonunda çəkdiyi foto Daxili İşlər Nazirliyinin Mərkəzi İdarəsinin daxili təhlükəsizlik şöbəsi tərəfindən aşkarlanıb. Mövcud məlumata görə, fotoşəkil Moskva xəstəxanalarının birinin patoloji şöbəsində çəkilib.

Xidməti yoxlamaların nəticələrinə görə, Gorneev və tabeçiliyində olan şəxslər daxili işlər orqanlarının işçisinin şərəfini ləkələyən qanunsuzluğa görə işdən azad ediliblər. Bundan əlavə, Moskvanın Şimal-Qərb İnzibati Dairəsində Daxili İşlər Müdirliyinin icra heyətinin bir sıra vəzifəli şəxsləri "kadr işindəki nöqsanlara" görə intizam məsuliyyətinə cəlb olunublar.

YENİSES.RU
İrandan  vətəninə gedən qırğızları  Rusiyada maşından çıxmağa qoymurlar
Qırğızıstan hakimiyyəti Rusiyadan koronavirus epidemiyasının yüksək həddində olan İranda qalan qırğızlara kömək istədi. Onlar Rusiya vasitəsilə vətənə qayıtmaq istəyirlər, lakin martın əvvəlində ölkəmiz xaricilərin İrandan gəlməsinə qadağa qoyub. Yoxsul yoldaşların taleyi hökumətin baş nazirinin müavini Tatyana Golikovanın rəhbərlik etdiyi Coronavirus Əməliyyat Qərargahının iclasında iclasda qərar veriləcək.

Nəticədə yığıncaqda belə bir qərar verildi: qırğızlara İrandan Rusiya yolu ilə ölkəsinə keçməyə icazə alındı, ancaq yollarda mühafizə dəstəsi müşayiət edəcək. Bundan əlavə, onlara bütün səyahət boyu avtomobillərdən çıxmaq qadağan ediləcək:

YENİSES.RU
Tarix : 25-07-2013, 19:15
“GEDƏNLƏR …”
Yəqin ki, şeir yazmaq insanı lokanik olmağa alışdırır zamanla. Və yəqin o səbəbdəndir ki, düşündüklərimi, ürəyimdən keçənləri, susa bilmədiklərimi bir məqalə və ya hekayə kimi yazdığım hallar az olur. Onlar adətən misralara süzülür və şeirə çevrilirlər. Lakin elə sözlər var ki, onları beləcə sətir-sətir incələmək və bölüşmək istəyir insan...

Bu yazının adını nə qoyacağımı düşündüyümdə, uzun illər öncə Gənclik jurnalında işləyən rəhmətlik Hüseyn Əfəndinin yazdığı bir məqalə yadıma düşdü və bu ürək sözlərimə həmin məqalənin adını qoymağı qərara aldım.

***
Hər kəsin öz uşaqlıq xatirələri var: şirinli-acılı, az və ya çox, aydın ya da dumanlı... amma var. Və bu xatirələrin içində kiminsə surəti daha çox yadda qalmış olur, düşüncələrində elə bir iz qoyur ki, onu unutmaq qeyri-mümkün olur. Mənim də uşaqlıq xatirələrimin belə bir aydın, işıqlı, nurlu surəti var – Məsumə nənəm.
Nənəm nağıllarda, filmlərdə, əsərlərdə təsvir olunan ən təmiz, ən müqəddəs Azərbaycan qadını obrazı idi. Dünyada elə bir qadın müqəddəsliyi zirvəsi ola bilməız ki, mənim nənəmim durduğu zirvədən uca olaydı.
Yaddaşıma bir şey ilişib qalmışdı... ta bu günlərədək. Və mən bu sirrin açmasını yalnız bu baharda anamdan öyrəndim... tamamilə təsadüfən. Öyrəndiyimdə sarsıldım, dilim söz tutmadı, gözlərimdən sel kimi yaşlar axdı. Bir kişi məhəbbətinin və bir qadın sədaqətinin neçə güclü ola biləcəyini kəşf etdim özüm üçün...

***
Hələ körpəliyindən atadan və anadan yetim qalan Məsumə xanım 25 yaşından da dul və himayəsiz qalmışdı (1937-38-ci illər) babam Şərif bəy Şıxlinskini və atası Abdulla ağa Şixlinskini həbs etmişdilər. Beş uşaqla çarəsiz qalan nənəmi hələ üstəlik də, öz evindən – Şıxlıdakı şəxsi mülklərindən çıxarmış, evi müsadirə etmişdilər. Xalq düşməni kimi həbs olunmuş Şərif bəyin ailəsini isə Ağstafanın bir kəndinə, kişik bir daxmaya yerləşdirmişdilər. Aclıqdan və səfalətdən beş uşaqdan ikisi (iki kişik qızlar – Həqiqət və Klara) rəhmətə getmiş, nənəm isə qalan üç yetimlə birgə yarıaç-yarı tox birtəhər keçinib getmişdir.

Sovet dövrünün dəhşətlərindən biri də bu idi ki, bəy ailəsi kimi onların hüquqlarını necə gəldi tapdalayırmışlar. Nənəmi kolxoza işə götürmək istəmir, övladlarını məktəbdə gözümçıxdıya salırmışlar. Deyirlər, yetim böyüyür, Allahın pisliyi yerdə qalır. Düzdü, yetimlər böyümüşdülər, amma ürəklərində elə bir dərin yara qalmışdı ki, hər dəfə “ata” kəlməsi eşidəndə bu yara qövr edir, qanayır və içlərini qan-yaşla doldururdu.

Bütün çətinliklərə baxmayaraq nənəm övladlarının üçünə də ali savad verə bilmişdi. Şıxlılar nəslinin bu üç tərənnümçüsü orta məktəbi onlarla komissiyanın önündə, öz bilikləri hesabına, qızıl medalla, ali məktəbi isə qırmızı diplomla bitirmişdilər.
Pis günlər ötmüş, Günəşli aydın günlər doğmuşdu. İndi, əllərinin qabarıyla, gözlərinin yaşıyla övlad böyüdən ananın yerinə, nəvələrini başına yığıb nağıl danışan nurani nənəmiz vardı.

Mən uşaqlıqdan nənəmim balası idim. Yanında oturar, söhbətlərini dinləyər, ona dərd ortağı olardım. Kimsə, bəlkə inanmaya bilər, amma hətta orta məktəb savadı belə olmayan nənəm universitet təhsilli insandan daha ağıllı, uzaqqörən və məntiqli idi. O, rus dilini, elmin müxtəlif sahələrini mükəmməl bilən, öz dövrünün savadlı və mütərəqqi ziyalısı olan babamdan – öz həyat yoldaşı Şərif bəydən 2-3 il evdə dərs almışdı, amma heyif ki, yalnız əski əlifba ilə yazmağı bacarırdı. Məni bəzən yanında oturdar, Qurani kərimdən ayələr yazmağ öyrədərdi...
“GEDƏNLƏR …”

“Bir gün sən böyüyəndə mənim həyatımı yazacaqsan”, - deyərdi tez-tez. Qəribəmə gələrdi. O qədər nəvənin içində bu sözü hər dəfə ancaq mənə deyərdi nənəm. Bu daxili hissiyyat idimi, gələcəyi görmək idimi... bilmirəm. Amma mən indi bu sətirləri yazarkən, gözlərim dolur. Ömrün ən təmiz və ən məsum çağlarında sevimli insanımın sözlərini yenidən duyurammış kimi oluram...

***
Keçən əsrin bir çox yaşlı qadınlarının adəti üzrə, çimən zaman nənəmin başına su tökərdik. Uzunluğu qalmış, gurluğu isə çoxdan itib getmiş hörüklərinin üstündə əsərdi nənəm. Onları əzizləyər, ehmalca açıb darayıb, yenidən suyun altında lap ucuna kimi hörərdi. Yaş saçlar eləcə də hörükdə quruduğundan gələn dəfəyə kimi açılmazdılar.
Bu iş əsnasında məni maraqlandıran bir məqam olardı: nənəm heç zaman suyu başının ortasından tökməyə qoymazdı. “ Yavaş, ay bala, çaşıb ortadan tökərsən, yazıq olaram”, - deyərdi həmişə. Uşaqdıq, soruşmazdıq niyə. Sakitcə bir az sağ tərəfə, bir az da sol tərəfə meyllədərdik şırnağı. Kim bilərdi ki, bu sözlərin arxasında nələr durur... Verilməmiş bu sualı nənəm bəlkə də gözləyərmiş...

Bu bahar anam bizə gəlmişdi. Geyinib gedəsiydik. Saçlarımı darayırdım (hamı deyir ki, saçlarımım uzunluğu, gurluğu və buruqluğu rəhmətlik nənəmin cavanlığındakı kimidir). Məni seyr edən anam saçlarımı tumarladı. Nədənsə heç nəyin heçinə, bu məqam gəldi yadıma düşdü.

- Ana, Məsumə nənəm niyə başına ortadan su tökməyə qoymurdu?
Anamın əlləri üzündə qaldı... Gözləri doldu...

- Bunu bir dəfə ondan soruşmuşdum təzə gəlin olanda, ay bala. Rəhmətlik qaynanam ağlamışdı... və danışmışdı: “Tutulan günü Şərif bəyə gizlindən xəbər gətirdilər ki, ay Şərif bəy bu gecə səni aparacaqlar. Nə işin varsa gör, evdəkilərlə halallaş... O da sakit-sakit bəzi kağızlarını səliqəyə saldı, Şəkidəki bacısına məktub yazdı, bəzi dostlarına çatası şeyləri sahmanladı. Mən isə özümü öldürürdüm, dəli olmuşdum, ağlayıb saçlarımı yolurdum. İşlərini bitirdikdən sonra məni çağırdı. Sakitləşdirib gözlərimi sildi və əlimdən tutub güzgünün qarşısına çəkdi. Arxama keçdi, darağı götürüb saçlarımı daradı və ortadan ayırıb öz əlləriylə hördü. “Bax, quzum, dedi, mən tez qayıdacam. Günahım yoxdu. Hər şeyi ayırd edib buraxacaqlar. Mən gəlincə isə saçlarının ivini pozma. Mən necə ayırdımsa eləcə qalsın. Yaxşımı?” Mən hönkürməyə himə bənd idim. Yaxşı, - dedim. Və o gün bu gün onun ayırdığı səfi pozmadım. Bu ivi Şərif bəy ayırıb. Qayıdana kimi də eləcə qalacaq”.

Anam qaynanasının o zaman söylədiyi bu sözləri deyərək ağladı. Keşmişlər yadına düşdü yəqin... Bəlkə də öz gəlin çağları, bəlkə də nənəmin sağ vaxtları...

Mənsə sarsılmışdım. Nənəm bu sözləri danışan zaman, haradasa, 25 il idi ki, babamdan xəbər-ətər yoxdu. O isə, “Şərif bəy özü qayıdanda...” deyirmiş, hələ də... Bu qədər böyük ümid, ancaq və ancaq dünyalara sığmayan böyük məhəbbətdən yarana bilərmiş!

(Babam Şərif bəy tutulduqdan bir neçə gün sonra xalq düşməni kimi güllələnmiş, atası Abdulla ağa isə, Sibirə sürgünə göndərilmişdi. Lakin babamın ölüm xəbərini ailəsi yalnız ölümündən tərqibən 30 il sonra oyrənəcəkdi və nənəm bu xəbərlə ömrünün sonuna qədər barışmayacaqdı. Son nəfəsində də, sayıqlayaraq, “Şərif gəldimi...?” - deyib dünyasını dəyişəcəkdi...)

***
Bu il, Novruz bayramında Çanaqqalada Məmməd İsmayılın evində qonaq olduğum zaman, ürəyimi titrədən bu sözləri ona da danışdım və bu haqda yazmaq istədiyimi bildirdim. Tez-tez öz əzizi rəhmətlik Gülzar anadan söz açan, onun, öz itkin düşmüş həyat yoldaşını 30 il sədaqətlə gözləməsini təəsirlənərək danışan və hər dəfəsində də gözləri dolan Məmməd müəllimə bu əhvalat bəlkə də daha çox təsir etdi və biz sevimli insanlarımızın ruhuna birgə dua etdik!

Bəli! Gedənlər getdilər... Bu namus, ismət, tərbiyə mücəssəmələri, insanlığın ən saf ən ülvi parçalarının yarıdan daha çox hissəsini də, sanki özləriylə göylərin uca qatlarına çəkib apardılar... Qalanlar kimlər oldu?
İllah da tarixə düşəcəm deyə qızlıq iffətini heç-nəyin heçinə itirənlər, ev yıxanlar, ocaq söndürənlər, özlərini kozetta adlandırıb kozettanın yuxusuna belə girməyəcək qədər iştahla para sümürənlər, xəyanətkarlar, nankorlar, bezdikləri insanları onların silahdaşlarına dəyişib sonradan namus pərdəsinə bürünmək istəyənlər, kişi heysiyyətinə tüpürənlər, analıq adına ləkə vuranlar, kiminsə göz yaşları üzərində özlərinə sevinc sarayı qurmaq istəyənlər... və daha kimlər... daha kimlər...

ÖZlərini itirmiş belə “qadınlar” “məhəbbət” adı arxasında gizlənir, öz ehtiraslarını bütləşdirib onlara yeni don geydirmək istəyirlər. Əslində isə “Məhəbbət” sözünün mənasını başa da düşmürlər.
MƏHƏBBƏT – ürəkdə yaşayan canlı, isti və təmiz bir varlıqdır. Və bu varliq kimsəyə əsla zərər vura bilməz. O nurdan, baxışlarımızın təmasından, qəlbimizin döyüntülərindən, əllərimizin hərarətindən, həsrətimizdən, intizarımızdan və xəyallarımızdan qidalanır. Bizə isə yalnız və yalnız təmiz duyğular bəxş edir. İllərlə yol gözləməkdir, özünü özgəyə qurban etməkdir, saçlarının telindəki ivi pozmamaqdır, dünyanın ləzzətlərini bir köynəyə çökmüş ətrə dəyişməkdir, gözləriylə qor götürmək, bir solmuş şəklin önündə diz çökməkdir! Budur Məhəbbət! Və onu kirlətmək lazım deyil!

Bu sözlərim əlbəttə ki, dəyərli və ismətli qadınlarımızın xətrinə heç də toxunmayacaq. Çünki, özünə aid olan sözü yiyəsi yaxşı tanıyır. Aid olmayanlar isə, ürəklərindən keçənin deyildiyinə görə daha da sevinib rahat olurlar...

Yazıma verdiyim ada görə mütləq ki, rəhmətlik Hüseyn Əfəndinin ruhu şad olmuşdur. Çünki, o da namuslu bir insan kimi, əsil Azərbaycan qadınının - namusunu hər çeydən üstün tutan qadınlarımızın dəyərini bilməmiş deyildi.
Mən öz adı və qeyrəti ilə övladlarının başını uca edən analarımızın, nənələrimizin əllərindən öpürəm! Kaş biz hər birimiz elə yaşayaq ki, balalrımız namusumuza and içə bilsin, biz dünyadan köçdükdən sonra belə, adımızla fəxr etsinlər! Və düşünürəm ki, əgər cürət edib bu qədər tikanlı sözlər yazdımsa, qələmim bu sərtliyə davam gətirdisə yəqin ki, mən də Məsumə nənəmin zirvəsinə hələ ucala bilməmişəm. Bəlkə bir gün... amma hələ ki, yox...
Onun xatirəsinə həsr etdiyim bir şeirlə bütün Gedənlərin – Gülzar analarımızın, Məsumə nənələrimizin ruhu qarşısında ehtiramla baş əyirəm!

Səni məndən alıb aparsalar da, Səni gözlədim...
Qohumlar yorulub darılsalar da, Səni gözlədim...

Əlimdə körpələr yurdsuz da qaldım,
Yiyəsiz, ocaqsız-odsuz da qaldım, Səni gözlədim...

Qara tellərimə ağ dənlər düşdü,
Adını çəkməkdən dilim uyuşdu, Səni gözlədim...

Elə baxa-baxa qaldım yollara,
Arxa çevirmədim sənli illərə, Səni gözlədim...

Əcəl də qapımı döyəndə bir gün,
Yenə son nəfəsdə səni düşündüm... Səni gözlədim...



23.07.13.
Moskva




Baxış: 2155 | Bölmə: Yazarlar, Afaq Şıxlı
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yazarlar
Aydın Caniyev
 
 
 
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru