AVRO-2020 Futbol turniri püşkatmasının nəticələri məlum oldu
Buxarestdə futbol üzrə Avropa Çempinatı-2020-nin püşkatması keçirilib. Turnirin 20 iştirakçısı artıq məlumdur. Daha 2 komanda isə 2020-ci il martın sonunda keçiriləcək qarşılaşma oyunlarından sonra bilinəcək.
Dörd ölkə Rusiyadan Ukraynanın süverenliyinə hörmət etməyi tələb etdi
Ukrayna, Estoniya, Litva və İsveçin xarici siyasət idarəsinin başçıları Rusiyanın Ukraynanın süverenliyinə hörmət etməsi tələbi ilə bəyanat imzalamışlar. Sənəd Ukrayna XİN-nin rəsmi saytında dərc olunub.


Bəyanatda RF-nin 2018-ci ildə Kerç boğazında saxladığı Ukrayna gəmisindəki dənizçiləri verilməsi tələbi əksini tapıb. Nazirlər nəinki Ukraynanın süverenliynə hörmət etməyi xahiş edir, həmçinin Azov dənizindən maneəsiz Ukrayna limanlarına keçid və sərbəst hərəkətin təmin edilməsini tələb edirlər. Onlar bununla guya Rusiya tərəfinin beynəlxalq hüquqlara və əsas prinsiplərə əməl etməsini istəyirlər.

Kipr milyarder  rusların "qızıl pasportlarını" ləğv etdi
Kiprin Politis qəzeti ilk dəfə olaraq vətəndaşlığı ləğv olunan milyarderlərin siyahısını dərc edib. Siyahıda üç vəsait qoyan rusiyalının adı da var. Bundan əlavə onların ailə üzvlərinin də vətəndaşlığı geri alınıb.

Rusiyada emiqrasiya  etmək əhval-ruhiyyəsi  artıb
Rusiyada getmək istəyələrin sayı artır. "Levada" sosial araşdırma mərkəzinin keçirdiyi sorğunun nəticələrinə görə 21 faiz ölkədən getmək istəyindədir. Xaricdə daimi yaşamaq istəyində olanların sayı may ayından bu yana dəyişib. . May ayında keçiriən sorğuda iştirak edənlərin 15 faizi bu istəkdə olduğunu bildirmişdi.

"Levada-mərkəz"in verdiyi məlumata görə 18-24 yaşında olanlar arasında keçirilən sorğuda 53 faiz emiqrasiya etmək iəhval-ruhiyyəsində olduğunu deyiblər. May ayında bu yaşda olanların 37 faiz ölkəni tərk etmək istəyində idi.

25-39 yaş arasında olanların 30 faizi, 40-54 yaş arasında olanların isə 19 faizi daimi yaşayış üçün xaricə getməyi düşünürlər. 55 və ondan yuxarı yaşdlıların cəmi 7 faizi 7 faiz bu fikridədir.
Günay Bəylərqızı  "O səs Türkiyə" də ifası ilə salonu  titrətdi- VİDEO
"O səs Türkiyə " yarışmasının bu gecı-24 noyabr tarixli bölümündə azərbaycanlı iştirakçı Günay Bəylərqızı "Saçlarımı yol gətir" şarkısıyla münsiflər heyətinin hamısını döndürməyi başardı. Populyar musiqi yarışmasının builki mövsümündə münsifləri səsinə ən az zaman aralığında-11 saniyə içərisində düyməyə basmağa vadar edən Günay Bəylərqızına əvvəl Murad Boz və Bəyazid Öztürk ardınca Seda Sayan, Hadisə döndü
SAMARADA AZƏRBAYCAN MƏDƏNİYYƏTİ GÜNLƏRİ KEÇİRİLDİ
Volqa-Xəzər sülhün görünməyən körpüsü

Körpülər təkcə qarşı sahilləri deyil millətləri, münasibətləri, sevgiləri birləşdirməyə götürən yoldur. Noyabrın 15-16-da Samarada Azərbaycan mədəniyyəti günlərinin “Volqa-Xəzər sülhün görünməz körpüsü” adı altında keçirilməsində əsas vurğu buna yönəlmişdi.

Əvvəldən də xəbər verildiyi kimi 14 regionu birləşdirən Privoljsk Federal dairəsinin milli-mədəni ictimai birlikləri belə bir tədbirin keçirilməsi üçün coğrafi cəhətdən mərkəzdə yerləşən və Rusiyanın ürəyi sayılan Samaranı məkan seçmişdilər.

Samarada Azərbaycan mədəniyyəti günləri çərçivəsində keçirilən tədbir şəhərin Şöhrət meydanında Böyük Vətən müharibəsində həlak olanların şərəfinə ucaldılmış naməlum əsgərin barelyefi qoyulmuş memorial abidə kompleksinin önünə əklil və çiçək dəstələri qoyma mərasimi ilə başlandı.
SAMARADA AZƏRBAYCAN MƏDƏNİYYƏTİ GÜNLƏRİ KEÇİRİLDİ

Sonra regionlarından gələn Azərbaycan təşkilatlarının nümayəndələr dəyirmi masanın keçirildiyi Samara Quberniya Dumasına gəldilər.

Forum ıştirakçılar Samara vilayətinin isqtisadi-sosial həyatındakı yeniliklərdən bəhs edən “Samara Rusiyanın döyünən qəlbidir” adlı videoçarxı izlədilər.
SAMARADA AZƏRBAYCAN MƏDƏNİYYƏTİ GÜNLƏRİ KEÇİRİLDİ
Tədbirin təşəbbüskarı və təşkilatşılarından olan Samara vilayəti Azərbaycanlıları Liqasının sədri, Samara vilayətı İctimai palatasının üzvü Şirvan Kərimov yığıncaqda iştirak edən Samara vilayəti qubernatorluğunun, Quberniya və şəhər Dumasının, vilayəti höküməti və şəhər administrasiyasının, Samara vilayəti İctimai palatasının, eləcə də regionlaradan gələn Azərbaycan ictimai birliklərinin nümayəndələrini və qonaqları salamlayaraq dəvətini qəbul etdiklərinə görə hər birinə ayrı-ayrılıqda təşəkkür etdi.

Şirvan Kərinov yığıncağın “Volqa-Xəzər – sülhün görünməz körpüsü” adı ilə keçirilməsinin təsadüfi olmadığına da diqqət çəkdi.

“Böyük Vətən mümharibəsi dövründə çətin şərtlər altında Bakı nefti Volqa –Xəzər yolu ilə Rusiyanın müxtəlif regionlarına çatdırılıb. Bizim ümumu qələbəmizin təmin olunmasında bu yolun böyük rolu olub. Volqa-Xəzər -bu yol sülhün, bərabərliyin, qardaşlığın görünməz körpüsüdür”.
Qarakənd faciəsindən ... keçir
Sayaraq keçirik, onsuzda.Nöqtələrin yerini də siz doldurun. Onların yerini biz doldura bilməyəndən sonra...

O gün nə olmuşdu ki?-soran varsa hələ aranızda, aramızda. İlləri geriyə sayın və...yenə keçin. Ya da o günün nəğməsini dilləndirin.

20 Noyabrın sadəcə bir nəğməsi var: 20 Yanvardan yol alan faciələrə köklənmiş, hər kəsin qəlbində sıxışan bir nidaya, bir ağıya, bir aha çevrilmiş ALI Mustafayevin fəryadını əks etdirən nəğmə!!!
Ərdoğan ABŞ-dan  "Patriot" almaq ehtimalı ola bilər deyib

Təbii ki, şərtlər əlverişli olarsa Türkiyə Amerikadan "Patriiot" zenit-raket sistemi almaq ehtimalını rədd etmir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampa bildirib ki, ABŞ-dan sərfəli təklif gəldiyi təqdirdə, ölkəsi "Patriot" zenit raket sistemini almaq variantı üzərində düşünə bilər.

"Biz C-400 və F-35 ətrafında yaranan anlaşmazlığı aradan qaldıra bilərik"-deyə Tükiyə lideri qeyd edib.

Bir müddət əvvəl xəbər verilişdi ki, Tramp və Ərdoğan öz nazirlərinə Türkiyənin havadan müdafiə sistemi С-400-ün Rusiyadan alınması ətrafındakı vəziyyətin nizamlanması üçün çalışmalara başlanmasını tapşırıblar.

Yenises.ru
В Самаре пройдут Дни азербайджанской культуры

В Самаре 15-16 ноября пройдет серия мероприятий в рамках Дней азербайджанской культуры под названием «Волга – Каспий: незримый мост мира» с участием руководителей азербайджанских национально-культурных объединений регионов Приволжского Федерального округа, сообщает Единый информационный портал азербайджанцев России AZRU.

Организатором мероприятий является Лига азербайджанцев Самарской области (ЛАСО).

Дни азербайджанской культуры начнутся с церемонии возложения цветов к Вечному Огню и горельефу «Скорбящей Матери-Родине». Затем пройдет круглый стол «Волга – Каспий: незримый мост мира», состоится экскурсия по городу и гала-концерт с участием азербайджанских творческих коллективов Самарской области.

Во второй день мероприятий состоится литературный меджлис, посвященный 650-летию азербайджанского поэта и мыслителя Имадеддина Насими. Завершатся мероприятия Дней азербайджанской культуры встречей актива Самарской областной общественной организации «Лига азербайджанцев Самарской области» (ЛАСО) с гостями из регионов Приволжского Федерального округа.
В Самаре пройдут Дни азербайджанской культуры
Надо отдать должное, что ЛАСО, созданная в 85-ю годовщину создания Азербайджанской Демократической Республики, т.е. 28 мая 2003 года, все эти годы успешно и на достойном уровне представляет азербайджанскую общину Самарской области. Пропаганда богатого историко-культурного наследия азербайджанского народа, защита прав соотечественников, развитие межнационального мира и согласия в регионе, последовательная работа с молодежью, популяризация здорового образа жизни на примере собственных блистательных спортивных достижений и многое другое как нельзя лучше характеризуют единственную признанную на всех уровнях власти и общества организацию азербайджанцев Самарской области. Любое мероприятие ЛАСО, будь то круглые столы на актуальные темы, научно-практические конференции, фестивали, концерты, выставки, по своему уровню и масштабу заслуживают огромного внимания и слов благодарности, деятельность ЛАСО всегда находится в центре внимания местных и региональных СМИ. У ЛАСО есть свой ансамбль, а футбольная команда организации по доброй традиции неоднократно становилась чемпионом. ЛАСО стала родным домом для местных азербайджанцев. Помимо всего прочего, ЛАСО по праву гордится тем, что стала площадкой для создания семей – молодые люди, познакомившись в ЛАСО, скрепили свою любовь семейными узами.

Председатель правления ЛАСО Ширван Керимов активно участвует в общественно-политической жизни города и области, представляя азербайджанскую общину в общественных структурах. Каждое крупное мероприятие ЛАСО проводится с участием губернатора области, руководства, официальных лиц, представителей общественности. Это – не хвалебные оды в адрес ЛАСО и его руководителя, а отражение того, что есть в действительности – как говорится на языке журналистов, основано на реальных событиях.
Sankt-Peterburq universitetinin dosenti tələbəsini doğrayıb

Cümə günü qonaq qəbul edən Sankt-Peterburq dövlət universitetinin dosenti Oleq Sokolovun öldürdüyü tələbəsinin meyidi evdə imiş. Qonaqlardan gizlətdiyi və doğradığı cəsədi hissə-hissə Moyka çayına atmağı planlayıbmış.
BILIRSİNİZMİ?  Moskva metrosunda dahi Azərbaycan şairinin adı çəkilən tablo

Nə olsun ki-deyib keçməyin. Etirafdır. Nizaminin adının azərbaycanlı kimi vurğulanması da "Turandot" nağılının ona aid olması da, 5 əsr sonra Karlo Qotssinin ona müraciət etməsi də . "Vaxtanqov ! teatrında tamaşaya qoyulmasının "teatr hadisəsi" adlandırılması isə bir ayrı mövzudur.

Moskvanın tam mərkəzinə gətirən "Arbat" və "Biblioteka imeni Lenina" adına metro stansiyalarının kəsişmə-keçidində asılan bu lövhəni görməmək mümkün deyil. 2019-cu il "Rusiyada teatr ili" elan edildiyindən təbliğedici lövhələrin asılmasında qəribə heç nə yoxdur. Lakin biz-azərbaycanlıların ədəbiyyat korifeylərinin tanıdılması baxımından çox əhəmiyyətlidir.
НОВЫЕ КНИГИ О КАВКАЗЕ

Кафедра стран Центральной Азии и Кавказа Института стран Азии и Африки МГУ имени М.В. Ломоносова совместно с Центром Восточной литературы Российской государственной библиотеки провели 24 октября 2019 года выставку-презентацию под названием «В фокусе - Кавказ», в ходе которой были представлены два новых научных труда профессоров Караева Таймураза Муссаевича и Зайцева Ильи Владимировича.
Dost təbriki
Türk dümyasının sevimli şairi, professor Məmməd İsmayılı bu il ayrıca təbrik edə bilmədik. Bu bəlkə də sosial şəbəkədəki təbriklərə qoşulmağımıza görə belə alındı. Amma Saratovdakı dostumuz professor Rafail Qəribov bizim bu "səhvimizi " xüsusi təbriklə düzəltdi və hələ biz az da bizi utandırdı.

Sevimli şairiiz Məmməd İsmayılın 80 illiyini YeniSəs-dəki salamımızla başlayırıq. Məmməd İsmayılın 80 illiyi davam edir. Və bizim onun haqqında yazımız olacaq.
Təbrizdə 80 min  azərbaycanlı  "Türkiyə" deyə səsləndi
İranın Təbriz şəhərində Mustafa Dənizlinin baş məşqmi olduğu “Traktor”futbol komandası ilə yerli “İstiqlal” komandası arasındakı görüş 80 minlik Səhənd idman meydanında keçirilib. Oyunu izləmək üçün Ərdəbil, Kozvin, Xoy, Şirazdan minlərlə tərəfdar gəlib.
Seyran Səxavətin “Yol” şeirinə klip çəkilib


Əməkdar artist Kəmalə Məmmədovanın ifasında səsləndirilən Seyran Səxavətin “Yol” şeirinin rejissoru Müsfiq Balayevdir. Rejissor iki sevən arasındakı ayrılığı susuzluqdan-sevgisizlikdən cadar olmuş torpağa bənzədərək, abadlıqdan viranəliyə götürən yolda taykeş ayaqqabı ilə yeriyən gənc qadını canladırıb.
“Həsrətin beş, ümidin bir xal” qazanmağına yol verməmək üçün çağırış-fəryad edilən klipdə rejissor bunu təzadlı səhnələrlə verib.
Aramızdakı məsafə bir qarışdır-deyərək o yaxınlıqla uzun bir yol qət eləmək varkən...
Sonuncusu Zəngilan..dı və ya  Durmaq gərəkirsə, burda dur!
(Zəngilanın işğalından 26 il də ötdü)

29.10.2019. Bir doğum, bir düyün tarixi kimi parıltılı rəqəmlərdir, eləmi. Bəs, işğal tarixinin ildönümü kimi necə?!

“Bu il yenə gələmmədim, bizim dağlara, bağlara...” Beləmi oxunur bu mahnı? Bu gün-dağ çəkilən dağlarını itirənlərin qəlbində, ruhunda.bu mahnı oxunur, yəqn ki..

Acı soğan soymuş, yemiş kimidirlər bu gün... Bəlkə hər gün yuxudan hövlanak oyanıb, yenidən bir də o qorxulu reallığın əvvəli yaşanan günə qayıtmaq üçün gözlərini yumurlar.
Putinlə  Ərdoğan arasında 6 saatdan artıq davam edən görüş başa çatdı
Rusiya prezidenti Vladimir Putinin Soçidəki rezidentsiyasında türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla keçirilən görüşü başa çatıb. Görüş altı saatadan artıq çəkib.

Görüşün əvvəlində Putin Suriyadakı vəziyyətin gərginliyi fonunda Ərdoğanla məsləhətləşmənin vacibliyini vurğulayıb.

Rusiya lideri ona ümid etdiyini bildirib ki, "son zamanlarda Rusiya ilə Türkiyə arasında əldə olunan münasibətlərinin səviyyəsi bu gün bölgədə yaranan bütün mürəkkəb məsələlərin həllində böyük rol oynayır və bu həm Türkiyənin, həm Rusiyanın, həm də bölgənin bütün ölkələrinin maraqlarına uyğun olaraq ən çətin suallara cavab tapmağa yardım edəcək ".

Ərdoğan da inamla qeyd edib ki, Soçi görüşü kəskinləşmiş vəziyyətin xeyrinə olacaq.

"Bugünkü görüş bizə hazırkı vəziyyəti geniş müzakirə etməyə imkan verir və şübhəsiz sülhün təmin olunmasını təmin edəcək".

Bundan bir müddət əvvəl RF prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, bu danışıqlarda "Rusiya Suriyanın şimal-şərqindəki vəziyyəti müzakirə etməyi, baş verənləri tam aydınlığı ilə başa düşməyi, Tükiyənin planları haqqında məlumat almağı və Suriyada siyasi proseslərin ümumi həlli planındakı irəliləyişləri razılaşdırmaq istəyir. O danışıqların heç də asan olmayacağını da söyləyib.

Rusiya prezdentinin beynəlxalq işlər üzrə köməkçisi Yuri Uşakov bazar ertəsi bildirmişdi ki, ilin əvvəlindən iki lider arasında baş tutan səkkizinci əyanı görüşdür. Onun sözlərinə görə görüşdə Suriyanın şimalında Türk ordusunun keçirdiyi hərbi əməliyyat konteksində vəziyyət müzakirə olunacaq.

Yenises.ru
Putin Ərdoğanla görüşdə Suriya məsələsini "kəskin" adlandırıb
Suriya məsələsi kəskindir, lakin Rusiya-Türkiyə münasibətlərinin səviyyəsi bunun çözülməsində ortaq məxrəcə gəlinəcəyinə yardım edəcək.

Rusiya lideri Vladimir Putin, bu gün 22 oktyabrda Rusiya Prezidentinin Soçidəki iqamətgahında türkiyəli həmkarı Tayyib Ərdoğanla görüşü zamanı Suriyadakı vəziyyətin kəskin olduğuna diqqət çəkib. Hər kəs bunu görür və başa düşür, buna görə də bu məsələ ətrafında Moskva ilə Ankara arasında məsləhətləşmələr tələb olunandır. Bu barədə RİA Novosti məlumat yayıb.

Putin ona da ümidvar oldğunu bildirib ki, "Son zamanlarda Rusiya ilə Türkiyə arasında əldə olunan münasibətlərinin səviyyəsi bu gün bölgədə yaranan bütün mürəkkəb məsələlərin həllində rol oynayır və bu həm Türkiyənin, həm Rusiyanın, həm də bölgənin bütün ölkələrinin maraqlarına uyğun olaraq ən çətin suallara cavab tapmağa yardım edəcək ".

Ərdoğan, öz növbəsində, danışıqlarda tərəflər gələcəkdə də sülhün təmin edilməsi məqsədi ilə bölgədəki mövcud vəziyyəti müzakirə edəcəyini bildirib.

YENİSES.RU
Tarix : 9-01-2014, 14:56
“YAZ, QƏLƏMİM, YAZ!”
Qadın talelərindən yazmaq, taleyimə yazılıb. Yazmaya bilmirəm, çünki qələm özü məni buna vadar edir; mənsə, onun tabesindəyəm. Tolstoyun belə bir kəlamı var: "Qadın elə bir mövzudur ki, onu nə qədər müzakirə etsən də həmişə yepyenidir". Yaxşı anlamda bu, tamamilə doğrudur!

Qadınların qismətinə nələr düşmür ki... Hər şeyin ən çətini, ən mürəkkəbi, ən əlçatmazı. Dünyaya qadın olaraq gəlmək, elə özü bir imtahan, bir sınaq deyilmi? Güçlü ola-ola zəif görünmək, zərif ola-ola çətinliklərə sinə gərmək, bir canda bir neçə ruhu yaşatmaq, bir ürəkdə min dərd daşımaq...

Feminist deyiləm, yox, amma qadın dünyasının sirlərinə bələdəm və bu sirli-sehirli dünyanı dəyərləndirməyə bilmərəm! Övlad olar qadın – valideynlərinə bir oğul qədər və daha artıq bəhrə verər, qayğı göstərər. Sevər qadın – ürəyini isməti yolunda şam edib yandırar, susub sönər. Ana olar qadın – yeri gələndə övladını öz xeyir-duasıyla ikinci ananın – Vətənin yolunda şəhid verər. Şair olar qadın – qələmini ailəsinə, balalarına qurban edər.

Kimdən yazdığımı açıqlamadan öncə, bu sözlərə, bu kəlmələrə ehtiyac duydum. Çünki, haqqında yazacağım insan, sözün əsil mənasında, adı böyük hərflərlə yazılacaq bir qadındır - Tamaşa Xəyali - gözəl insan, maarifçi xanım, istedadlı şairə. Bununla yanaşı, o, həm də hörmətli qələm dostum Xəyal Rzanın anasıdır. Oxuyacaqlarınızın çoxunu dostumun öz dilindən eşitmişəm. Hər zaman söhbət düşəndə, onun böyük məhəbbət və ehtiramla söz açdığı anasının – gözəl şeirlər, poemalar müəllifi, iti və kəskin publisistik yazıların sahibi Tamaşa xanımın adı, taleyin gərdişindən və təvazökarlığından ədəbiyyat dünyasında yetərincə tanınmayıb. Lakin, onun Vətənimizin ən ağrılı, qanlı-qadalı günlərində susmayan qələmi, həqiqətən də örnək ola biləcək qədər mükəmməl və təsirlidir.
“YAZ, QƏLƏMİM, YAZ!”
Tamaşa Xəyali – Qarabağ mahalında 1954-cü il iyul ayının 15-də dünyaya gəlib. Şeirləri, məqalə və oçerkləri “Azərbaycan gəncləri”, “Kommunist”, “Novruz” qəzetlərində və “Ulduz”, “Azərbaycan”, “Elm və həyat” jurnallarında çap olunmuş, oxucular tərəfindən maraqla qarşılanmışdır. 1991-ci ildə şairənin “Bu dünyada nələr gördüm...” adlı şeirlər və poemalar kitabı (“Yazıçı” nəşriyyatı), 1999-cu ildə isə “Qara Yanvar şıkəstəsi” adlı kitabı (Hərbi nəşriyyat) nəşr olunub.
“Aşıq Pəri” ədəbi məclisinin və Respublika Aşıqlar Birliyinin üzvüdür.

“Qara Yanvar şikəstəsi” kitabı indi də masamın üzərindədir. Hər dəfə ürək ağrısıyla oxuduğum bu kitabda nələr var! Ana naləsi, qadın iztirabı, acı göz yaşları, şəhid dağı, vətən yarası, torpaq dərdi...

Ay analar, ay bacılar!
Könlüm yaman pərişandır.
Dəlik-dəlik olub qəlbim,
Sinəm hədəfə nişandır.

Qan ağlayır, qan, gözlərim!
Dolaşır, çaşır sözlərim.
Şəhid oldu əzizlərim!
Bu hal bizə yaraşandır?

...Kor olaydım, Azərbaycan!
Sinən üstə gölləndi qan.
Milyonlartək bu gün yanan
Öz balandır - Tamaşandır!

Qədim Qarabağ torpağının abu-havasıyla nəfəs alan, aşıq şeiri, şifahi xalq ədəbiyyatı qaynaqlarından bəhrələnən şairənin dili rəvan, fikirləri maraqlıdır.

Kim gətirdi bu xəbəri,
Dili dolaşa-dolaşa?
Məndən ötrümü gəlirmiş
Yolu dolaşa, dolaşa?

Ayrılığın nə yamandı,
Fikrin başımda dumandı.
Getmə gözümdən, amandı,
Yolu dolaşa-dolaşa!

...Tamaşa gül kimi soldu,
Hara baxdı – gözü doldu.
Bu müsibət bizim oldu
Eli dolaşa-dolaşa!


Mən, söz açdığım bu kitabı ilk dəfə üç il bundan öncə oxumuşdum və mənə çox qəribə gəlmişdi ki, belə misralar sahibi bir şairənin adını indiyədək eşitməmişəm. O zaman təəccübümü Xəyal Rzadan gizlətməmişdim, eşitdiyim sözlər isə məni çox təəsirləndirmişdi: “Afaq, biz anamızı yazmağa qoymurduq. Bilərəkdən deyil, sevdiyimizdən. Hey bizimlə olsun istəyirdik, bizimlə məşğul olsun. Bəzən, mətbəxə yollanıb “qabları yuyum, gəlirəm” - deyirdi. Amma bilirdik ki, əslində, qəlbinə dolmuş hansı misralarısa vərəqə köçürməyə gedir.

...İndi o mənə baxıb fərəhlənir. Hər uğuruma sevinir. Mənə həmişə “Yaz, Qələmim, yaz!” - deyir. Sanki, mən yazanda, anamın qəlbində, demədiyi sözlərin, yazmadığı misraların acısı azalır...”

Hörmətli yazıçımız Anar müəllimin "Əslim, nəslim, əsrim" romanında anası haqqında yazdığı sözlər yadıma düşür: "Onun (Nigar xanımın) hər yazılmamış əsərinin, yaranmamış şeirinin günahı bizdədir. Bizim hamımızda və bəlkə də ən çox məndə. Biz onun vaxtını qarət edirdik, yaradıcılığa aid olan hisslərini talan edirdik. Həmişə yanındaydıq, həmişə onu fikirlərindən ayırırdıq, daxili dünyası ilə baş-başa qalmağa imkan vermirdik".

Xəyal da eyni sözləri danışmışdı. Bu sözləri yəqin ki, mənim də oğlum və digər şairlərin də oğulları söyləyər. Çətindir həm ana, həm ev xanımı, həyat yoldaşı və bunlarla yanaşı, həm də şairə olmaq! Çətindir, amma şərəflidir, ucadır! Viktor Hüqonun sözlərilə desək: "Qadınlar zəifdir, amma analar qüvvətlidir!" Oğluna “Yaz, qələmim, yaz!” deyib gələcəyə ruhlandıran, şair balasının ədəbiyyatdakı hər bir uğuruna, kövrək ana qəlbiylə, öz uğuru kimi sevinən qəhrəman ürəkli, yenilməz ruhlu şairə bacıma gözəl əsərlər və həyat əzmi diləyirəm!

Bir neçə ay sonra Tamaşa Xəyalinin yubileyidir. Şairə altmış yaşını qeyd edəcək və bu yaxın zamanlarda onun “Ölməzliyə gedən yol” adlı möhtəşəm bir poeması işıq üzü görəcək. Poemadan bəzi məqamlarla tanış olduğum üçün bu sözü qətiyyətlə deyə bilirəm.
Yazımı Tamaşa Xəyalinin klassik bir şeirilə tamamlayır və bundan sonra, onun təlatümlü və duyğulu şeirlərinə mətbuatda daha tez-tez rastlayacağımıza ümid edirəm:

QALDI!

Bu necə zülmətdi, Ay hara getdi?
Oxlandı ürəyim, yaya hara getdi?
Yazım nə tez keçir, yay hara getdi?
Baharım dağların qışında qaldı!

Biz gəzib dolandıq qeyrət içində,
Ayrılıq qoymadıq millət içində!
Qonağı bəslədik nemət içində,
Gözü torpağımda, daşımda qaldı!

Əzəldən xainmış ürəyi demə!
Yaman qalxdı zilə, enmədi bəmə.
Uzandı əlləri ta keçmişimə,
İzləri xarixin yaşında qaldı!

Analar - narahat, körpələr - ağlar!
Ürək tab etməyər, min qubar bağlar.
Gözümdən qanlı yaş sel kimi çağlar...
Kədər kirpiyimdə, qaşımda qaldı!

Düşmən birə kimi qana daraşdı,
Hiddətdən xalqımın qəlbi alışdı.
Tamaşa, bu aləm yaman qarışdı,
Əlin ürəyinin başında qaldı!


-----------

Afaq ŞIXLI
Moskva
03.12.13.




Baxış: 1422 | Bölmə: Yazarlar, Afaq Şıxlı
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ən çox oxunanlar
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru