Keçmiş Moskva meri Yuri Lujkov vəfat edib
RİA Novostinin verdiyi məlumata görə keçmiş Moskva meri Yuri Lujkov ömrünün 84-cü ilində vəfat edib.

Bu məlumatı Sergey Sobyanin bu informasiyanı təsdiqləyib. “Mən çox təəssüf edirəm ki, postsovet dövründə Moskvaya rəhbərlik edən və paytaxtmız üçün çöx işlər görən enerjili, həyat dolu bir adam itidirk. Doğmalraına və yaxınlaırna başsağlığı verirəm”-deyə özünün twitter səhifəsində yazıb.

Y
Яшар Сулейманлы--МЕДОВЫЙ МЕСЯЦ
Опустошив бутылку до последней капли, он, прищурившись, долго смотрел на пустую бутылку, и бросил её в море, волны которого нежно ласкали ему ноги.
Стояла поздняя ночь, и отражение луны окутало всё вокруг странным, желтоватым светом. На фоне этого света его тень создавала ощущение какого-то невиданного явления. Глядя со стороны, невозможно было бы распознать в его силуэте человека или животного.
Moskvada Afaq Şıxlının 50 illik yubileyi keçirildi
Həkim-şair-tərcümçi, 12 şeirlər və tərcümələr kitabının müəllifi, Azərbaycan yazıçılar birliyi Moskva bölməsinin katibi Afaq Şıxlının 50 illiyi ilə bağlı “Poeziya axşamı” Azərbaycan konqresinin konfrans zalında baş tutdu.

Tədbiri Azərbaycan Yazarlar Birliyi Moskva bölməsinin rəhbəri Abuzər Bağırov açaraq Afaq Şıxlı yaradıcılığının çoxşahəli olmasından danışdı. Onu sevgi-məhəbbət şairi adlandıran A.Bağırov yubiliyarın çoxsaylı şeirlər və təcrcümə kitabının müəllifi olduğu, adının ölkəmizdən kənarda tanındığı, kitablarının müxtəlif dillərə tərcümə edildiyi haqda qısa məlumat verdi.
AVRO-2020 Futbol turniri püşkatmasının nəticələri məlum oldu
Buxarestdə futbol üzrə Avropa Çempinatı-2020-nin püşkatması keçirilib. Turnirin 20 iştirakçısı artıq məlumdur. Daha 2 komanda isə 2020-ci il martın sonunda keçiriləcək qarşılaşma oyunlarından sonra bilinəcək.
Dörd ölkə Rusiyadan Ukraynanın süverenliyinə hörmət etməyi tələb etdi
Ukrayna, Estoniya, Litva və İsveçin xarici siyasət idarəsinin başçıları Rusiyanın Ukraynanın süverenliyinə hörmət etməsi tələbi ilə bəyanat imzalamışlar. Sənəd Ukrayna XİN-nin rəsmi saytında dərc olunub.


Bəyanatda RF-nin 2018-ci ildə Kerç boğazında saxladığı Ukrayna gəmisindəki dənizçiləri verilməsi tələbi əksini tapıb. Nazirlər nəinki Ukraynanın süverenliynə hörmət etməyi xahiş edir, həmçinin Azov dənizindən maneəsiz Ukrayna limanlarına keçid və sərbəst hərəkətin təmin edilməsini tələb edirlər. Onlar bununla guya Rusiya tərəfinin beynəlxalq hüquqlara və əsas prinsiplərə əməl etməsini istəyirlər.

Kipr milyarder  rusların "qızıl pasportlarını" ləğv etdi
Kiprin Politis qəzeti ilk dəfə olaraq vətəndaşlığı ləğv olunan milyarderlərin siyahısını dərc edib. Siyahıda üç vəsait qoyan rusiyalının adı da var. Bundan əlavə onların ailə üzvlərinin də vətəndaşlığı geri alınıb.

Rusiyada emiqrasiya  etmək əhval-ruhiyyəsi  artıb
Rusiyada getmək istəyələrin sayı artır. "Levada" sosial araşdırma mərkəzinin keçirdiyi sorğunun nəticələrinə görə 21 faiz ölkədən getmək istəyindədir. Xaricdə daimi yaşamaq istəyində olanların sayı may ayından bu yana dəyişib. . May ayında keçiriən sorğuda iştirak edənlərin 15 faizi bu istəkdə olduğunu bildirmişdi.

"Levada-mərkəz"in verdiyi məlumata görə 18-24 yaşında olanlar arasında keçirilən sorğuda 53 faiz emiqrasiya etmək iəhval-ruhiyyəsində olduğunu deyiblər. May ayında bu yaşda olanların 37 faiz ölkəni tərk etmək istəyində idi.

25-39 yaş arasında olanların 30 faizi, 40-54 yaş arasında olanların isə 19 faizi daimi yaşayış üçün xaricə getməyi düşünürlər. 55 və ondan yuxarı yaşdlıların cəmi 7 faizi 7 faiz bu fikridədir.
Günay Bəylərqızı  "O səs Türkiyə" də ifası ilə salonu  titrətdi- VİDEO
"O səs Türkiyə " yarışmasının bu gecı-24 noyabr tarixli bölümündə azərbaycanlı iştirakçı Günay Bəylərqızı "Saçlarımı yol gətir" şarkısıyla münsiflər heyətinin hamısını döndürməyi başardı. Populyar musiqi yarışmasının builki mövsümündə münsifləri səsinə ən az zaman aralığında-11 saniyə içərisində düyməyə basmağa vadar edən Günay Bəylərqızına əvvəl Murad Boz və Bəyazid Öztürk ardınca Seda Sayan, Hadisə döndü
SAMARADA AZƏRBAYCAN MƏDƏNİYYƏTİ GÜNLƏRİ KEÇİRİLDİ
Volqa-Xəzər sülhün görünməyən körpüsü

Körpülər təkcə qarşı sahilləri deyil millətləri, münasibətləri, sevgiləri birləşdirməyə götürən yoldur. Noyabrın 15-16-da Samarada Azərbaycan mədəniyyəti günlərinin “Volqa-Xəzər sülhün görünməz körpüsü” adı altında keçirilməsində əsas vurğu buna yönəlmişdi.

Əvvəldən də xəbər verildiyi kimi 14 regionu birləşdirən Privoljsk Federal dairəsinin milli-mədəni ictimai birlikləri belə bir tədbirin keçirilməsi üçün coğrafi cəhətdən mərkəzdə yerləşən və Rusiyanın ürəyi sayılan Samaranı məkan seçmişdilər.

Samarada Azərbaycan mədəniyyəti günləri çərçivəsində keçirilən tədbir şəhərin Şöhrət meydanında Böyük Vətən müharibəsində həlak olanların şərəfinə ucaldılmış naməlum əsgərin barelyefi qoyulmuş memorial abidə kompleksinin önünə əklil və çiçək dəstələri qoyma mərasimi ilə başlandı.
SAMARADA AZƏRBAYCAN MƏDƏNİYYƏTİ GÜNLƏRİ KEÇİRİLDİ

Sonra regionlarından gələn Azərbaycan təşkilatlarının nümayəndələr dəyirmi masanın keçirildiyi Samara Quberniya Dumasına gəldilər.

Forum ıştirakçılar Samara vilayətinin isqtisadi-sosial həyatındakı yeniliklərdən bəhs edən “Samara Rusiyanın döyünən qəlbidir” adlı videoçarxı izlədilər.
SAMARADA AZƏRBAYCAN MƏDƏNİYYƏTİ GÜNLƏRİ KEÇİRİLDİ
Tədbirin təşəbbüskarı və təşkilatşılarından olan Samara vilayəti Azərbaycanlıları Liqasının sədri, Samara vilayətı İctimai palatasının üzvü Şirvan Kərimov yığıncaqda iştirak edən Samara vilayəti qubernatorluğunun, Quberniya və şəhər Dumasının, vilayəti höküməti və şəhər administrasiyasının, Samara vilayəti İctimai palatasının, eləcə də regionlaradan gələn Azərbaycan ictimai birliklərinin nümayəndələrini və qonaqları salamlayaraq dəvətini qəbul etdiklərinə görə hər birinə ayrı-ayrılıqda təşəkkür etdi.

Şirvan Kərinov yığıncağın “Volqa-Xəzər – sülhün görünməz körpüsü” adı ilə keçirilməsinin təsadüfi olmadığına da diqqət çəkdi.

“Böyük Vətən mümharibəsi dövründə çətin şərtlər altında Bakı nefti Volqa –Xəzər yolu ilə Rusiyanın müxtəlif regionlarına çatdırılıb. Bizim ümumu qələbəmizin təmin olunmasında bu yolun böyük rolu olub. Volqa-Xəzər -bu yol sülhün, bərabərliyin, qardaşlığın görünməz körpüsüdür”.
Qarakənd faciəsindən ... keçir
Sayaraq keçirik, onsuzda.Nöqtələrin yerini də siz doldurun. Onların yerini biz doldura bilməyəndən sonra...

O gün nə olmuşdu ki?-soran varsa hələ aranızda, aramızda. İlləri geriyə sayın və...yenə keçin. Ya da o günün nəğməsini dilləndirin.

20 Noyabrın sadəcə bir nəğməsi var: 20 Yanvardan yol alan faciələrə köklənmiş, hər kəsin qəlbində sıxışan bir nidaya, bir ağıya, bir aha çevrilmiş ALI Mustafayevin fəryadını əks etdirən nəğmə!!!
Ərdoğan ABŞ-dan  "Patriot" almaq ehtimalı ola bilər deyib

Təbii ki, şərtlər əlverişli olarsa Türkiyə Amerikadan "Patriiot" zenit-raket sistemi almaq ehtimalını rədd etmir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampa bildirib ki, ABŞ-dan sərfəli təklif gəldiyi təqdirdə, ölkəsi "Patriot" zenit raket sistemini almaq variantı üzərində düşünə bilər.

"Biz C-400 və F-35 ətrafında yaranan anlaşmazlığı aradan qaldıra bilərik"-deyə Tükiyə lideri qeyd edib.

Bir müddət əvvəl xəbər verilişdi ki, Tramp və Ərdoğan öz nazirlərinə Türkiyənin havadan müdafiə sistemi С-400-ün Rusiyadan alınması ətrafındakı vəziyyətin nizamlanması üçün çalışmalara başlanmasını tapşırıblar.

Yenises.ru
В Самаре пройдут Дни азербайджанской культуры

В Самаре 15-16 ноября пройдет серия мероприятий в рамках Дней азербайджанской культуры под названием «Волга – Каспий: незримый мост мира» с участием руководителей азербайджанских национально-культурных объединений регионов Приволжского Федерального округа, сообщает Единый информационный портал азербайджанцев России AZRU.

Организатором мероприятий является Лига азербайджанцев Самарской области (ЛАСО).

Дни азербайджанской культуры начнутся с церемонии возложения цветов к Вечному Огню и горельефу «Скорбящей Матери-Родине». Затем пройдет круглый стол «Волга – Каспий: незримый мост мира», состоится экскурсия по городу и гала-концерт с участием азербайджанских творческих коллективов Самарской области.

Во второй день мероприятий состоится литературный меджлис, посвященный 650-летию азербайджанского поэта и мыслителя Имадеддина Насими. Завершатся мероприятия Дней азербайджанской культуры встречей актива Самарской областной общественной организации «Лига азербайджанцев Самарской области» (ЛАСО) с гостями из регионов Приволжского Федерального округа.
В Самаре пройдут Дни азербайджанской культуры
Надо отдать должное, что ЛАСО, созданная в 85-ю годовщину создания Азербайджанской Демократической Республики, т.е. 28 мая 2003 года, все эти годы успешно и на достойном уровне представляет азербайджанскую общину Самарской области. Пропаганда богатого историко-культурного наследия азербайджанского народа, защита прав соотечественников, развитие межнационального мира и согласия в регионе, последовательная работа с молодежью, популяризация здорового образа жизни на примере собственных блистательных спортивных достижений и многое другое как нельзя лучше характеризуют единственную признанную на всех уровнях власти и общества организацию азербайджанцев Самарской области. Любое мероприятие ЛАСО, будь то круглые столы на актуальные темы, научно-практические конференции, фестивали, концерты, выставки, по своему уровню и масштабу заслуживают огромного внимания и слов благодарности, деятельность ЛАСО всегда находится в центре внимания местных и региональных СМИ. У ЛАСО есть свой ансамбль, а футбольная команда организации по доброй традиции неоднократно становилась чемпионом. ЛАСО стала родным домом для местных азербайджанцев. Помимо всего прочего, ЛАСО по праву гордится тем, что стала площадкой для создания семей – молодые люди, познакомившись в ЛАСО, скрепили свою любовь семейными узами.

Председатель правления ЛАСО Ширван Керимов активно участвует в общественно-политической жизни города и области, представляя азербайджанскую общину в общественных структурах. Каждое крупное мероприятие ЛАСО проводится с участием губернатора области, руководства, официальных лиц, представителей общественности. Это – не хвалебные оды в адрес ЛАСО и его руководителя, а отражение того, что есть в действительности – как говорится на языке журналистов, основано на реальных событиях.
Sankt-Peterburq universitetinin dosenti tələbəsini doğrayıb

Cümə günü qonaq qəbul edən Sankt-Peterburq dövlət universitetinin dosenti Oleq Sokolovun öldürdüyü tələbəsinin meyidi evdə imiş. Qonaqlardan gizlətdiyi və doğradığı cəsədi hissə-hissə Moyka çayına atmağı planlayıbmış.
BILIRSİNİZMİ?  Moskva metrosunda dahi Azərbaycan şairinin adı çəkilən tablo

Nə olsun ki-deyib keçməyin. Etirafdır. Nizaminin adının azərbaycanlı kimi vurğulanması da "Turandot" nağılının ona aid olması da, 5 əsr sonra Karlo Qotssinin ona müraciət etməsi də . "Vaxtanqov ! teatrında tamaşaya qoyulmasının "teatr hadisəsi" adlandırılması isə bir ayrı mövzudur.

Moskvanın tam mərkəzinə gətirən "Arbat" və "Biblioteka imeni Lenina" adına metro stansiyalarının kəsişmə-keçidində asılan bu lövhəni görməmək mümkün deyil. 2019-cu il "Rusiyada teatr ili" elan edildiyindən təbliğedici lövhələrin asılmasında qəribə heç nə yoxdur. Lakin biz-azərbaycanlıların ədəbiyyat korifeylərinin tanıdılması baxımından çox əhəmiyyətlidir.
НОВЫЕ КНИГИ О КАВКАЗЕ

Кафедра стран Центральной Азии и Кавказа Института стран Азии и Африки МГУ имени М.В. Ломоносова совместно с Центром Восточной литературы Российской государственной библиотеки провели 24 октября 2019 года выставку-презентацию под названием «В фокусе - Кавказ», в ходе которой были представлены два новых научных труда профессоров Караева Таймураза Муссаевича и Зайцева Ильи Владимировича.
Dost təbriki
Türk dümyasının sevimli şairi, professor Məmməd İsmayılı bu il ayrıca təbrik edə bilmədik. Bu bəlkə də sosial şəbəkədəki təbriklərə qoşulmağımıza görə belə alındı. Amma Saratovdakı dostumuz professor Rafail Qəribov bizim bu "səhvimizi " xüsusi təbriklə düzəltdi və hələ biz az da bizi utandırdı.

Sevimli şairiiz Məmməd İsmayılın 80 illiyini YeniSəs-dəki salamımızla başlayırıq. Məmməd İsmayılın 80 illiyi davam edir. Və bizim onun haqqında yazımız olacaq.
Təbrizdə 80 min  azərbaycanlı  "Türkiyə" deyə səsləndi
İranın Təbriz şəhərində Mustafa Dənizlinin baş məşqmi olduğu “Traktor”futbol komandası ilə yerli “İstiqlal” komandası arasındakı görüş 80 minlik Səhənd idman meydanında keçirilib. Oyunu izləmək üçün Ərdəbil, Kozvin, Xoy, Şirazdan minlərlə tərəfdar gəlib.
Seyran Səxavətin “Yol” şeirinə klip çəkilib


Əməkdar artist Kəmalə Məmmədovanın ifasında səsləndirilən Seyran Səxavətin “Yol” şeirinin rejissoru Müsfiq Balayevdir. Rejissor iki sevən arasındakı ayrılığı susuzluqdan-sevgisizlikdən cadar olmuş torpağa bənzədərək, abadlıqdan viranəliyə götürən yolda taykeş ayaqqabı ilə yeriyən gənc qadını canladırıb.
“Həsrətin beş, ümidin bir xal” qazanmağına yol verməmək üçün çağırış-fəryad edilən klipdə rejissor bunu təzadlı səhnələrlə verib.
Aramızdakı məsafə bir qarışdır-deyərək o yaxınlıqla uzun bir yol qət eləmək varkən...
Tarix : 23-01-2014, 20:37
ANANIN DA BORCU VAR!
Əsgər gedə bilsin deyə, oğlunun gözlərini əməliyyat etdirən vətənpərvər qadın - dəyərli türk şairəsi Hasibə Kayanın 60-cı doğum gününə!

Ötən ilin sonlarında, daha dəqiq desəm, 2013-cü il dekabr ayının 11-də mən və Balkan Aydınları və Yazarlar Birliyi başqanı Osman Baymak Çanaqqala 18 mart universitetində keçirilən “Azərbaycandan Kosovaya. Türkiyə dışında çağdaş türk ədəbiyyatları” konfransına dəvət almışdıq.

Universitetin Türk dili və ədəbiyyatı fakültəsi tərəfindən təşkil olunmuş konfrans, Rektör Yardımcısı Prof. Dr. Ramazan Gülendamın, Prof. Dr. Məmməd İsmayılın, universitetin müəllim və tələbələrinin, eləcə də dəvətli qonaqların iştirakı ilə Troia Mədəniyyət Mərkəzində keçirildi.

Həmin vaxtlar, Çanaqqalada həm də V Beynəlxalq Şeir Axşamları və Beynəlxalq kitab yarmarkası təşkil olunmuşdu. Yarmarkada, istedadlı şair, yazıçı Mustafa Berçinin rəhbərlik etdiyi Akademi Şiir Ailəsi tərəfindən mənim Türkiyədə nəfis şəkildə çap edilmiş “Dostlarım bana da bahar göndərin” adlı kitabımın imza günü də planlaşdırılmışdı. Bütün bunlarla bərabər, önəmli olanı o idi ki, bir həftə davam edəcək ezamiyyətim ərzində köhnə əziz dostlarımla görüşəcək, ədəbi söhbətlər edəcək və ikinci Bakım dediyim gözəlim Çanaqqalanın füsunkarlığından bir daha həzz alacaqdım. Amma sən demə qarşıda məni daha gözəl hadisələr də gözləyirmiş...

Ümumiyyətlə, qarşıma çıxardığı sədaqətli və dürüst dostlara görə, hər zaman bəxtimdən razı qalmışam. Məncə, sağlam əqidəli, sadə və ziyalı insanlarla əhatə olunmaqdan böyük səadət yoxdur.

Bu dəfə də tale məni dünyanın müxtəlif yerlərindən olan çox gözəl insanlara rast gətirəcək və aramızda illərin dostluğu qədər isti və səmimi münasibətlər yaranacaqdı. Azərbaycanda çoxsağlı dostları olan, Bakını və İstambulu dünyanın ən gözəl iki şəhəri adlandıran professor Harid Fədai (Kıbrıs), Türk dilinə ömrünün 40 ilini sərf etmiş Arslan Bayır (Antaliya), Azərbaycan sevdalısı aşıq Temel Turabi (Bursa), Türkiyənin tanınmış şairi İsmayıl Tıkıroğlu (İzmir), ilk mini kitabın müəllifi və yaradıcısı Ümit Yaşar İşıkhan, incə ruhlu iki şairə: Öznur Keçici Demirel, Hasibə Kaya da və başqaları

Bu dəfəki söhbətim də elə Hasibə Kaya haqda olacaq.
ANANIN DA BORCU VAR!

Hasibə Kaya - şair, müəllim, radio aparıcı
Türkiyə “Akademi Şeir ailəsinin üzvü.
1954-cü ildə Çanaqqalanın Çan şəhərində Asmalı deyilən qəsəbədə dünyaya gəlmişdir. Çan şəhərində orta məktəbi, sonra isə Edirnədə müəllimlik məktəbini bitirmişdir. 1972-ci ildən Çanakkalada orta məktəblərdə, ən son “Kepez Mehmet Akif Ersoy” adına ibtidai məktəbdə müəllimə işləmişdir. Bunlarla yanaşı, “Radyo Işıl Fm net” radiosunda aparıcı kimi çalışmışdır. Əbəbiyyatı və poeziyanı, oxuduğu orta məktəbin ədəbiyyat müəllimi - şair Erdal Sezginin sayəsində sevmişdir.
Həyatının mənası və dayağı hesab etdiyi iki oğlu və iki nəvəsi var. Çoxsaylı şeirlərin və hekayələrin müəllifidir.
Hazırda təqaüdçüdür.

İlk görüşümüzdən öz istiqanlılığı və təbiiliyi ilə məni valeh edən Hasibə xanım, həm gözəl şeirlər müəllifi, həm də gözəl nitq ustasıdır. Bənzərsiz səsi və şeir oxuma qabiliyyətinə görə uzun illər yerli radioda aparıcı kimi fəailyyət göstərmişdir. Müəllimliyi isə hər şeydən üstün bir sənət hesab etmişdir. “Türk balalarına ədəbiyyat sevgisini aşılamaq – onları kobudluqdan, yalandan və pis hərəkətlərdən qorumaq deməkdir” – deyən şairə, ömrünü sevimli işinə həsr etdiyi üçün özünü indi də çox xoşbəxt sanır.

Bu incə, sərif və gözəl xanımın daxili aləmi də xarici görünüşü ilə həmahəng idi. Altmış illik yubileyini qeyd edəcək Hasibə xanıma 45-dən artıq yaş vermək olmazdı. Gənclərə olan rəğbəti, yeniliyi sevmək və qavramaq bacarığı, dəbin damarını tutmaq istedadıyla məni heyrətdə qoyan bu şən və şaqraq gülüşlü insanın yanında, özümü ondan daha dolğun və təmkinli hiss edirdim.

Lakin, məni bu xanıma bağlayan və onunla iltifat qurmağıma səbəb yalnızca ədəbiyyata, şerə sevgisi deyil, həm də Vətən eşqilə döyünən böyük ürəyi idi...
Şeir axşamlarından birində (Lapseki, Çardaq) mən çıxış edərkən, Qarabağ uğrunda şəhid olmuş vətən övladlarımızı anaraq belə demişdim: “Kaş bizim də şəhid oğullarımızın ruhu Çanaqqala şəhidlərinin ruhu kimi rahat və hüzurlu olaydı. Çanaqqala şəhidlərinin uğrunda qurban getdikləri torpaqda indi onların övladları, Türk soyundan olan bacı-qardaşları gəzib dolaşır. Bizim şəhidlərin qanı hopmuş torpaqlar isə hələ də namərd düşmən tapdağı altında əzilməkdədir. Yalnızca insan qərib olmur, vətən torpaqları da – düşmən əlindədirsə - qəriblikdədir demək!”

Bu sözlər Hasibə xanımı kövrəltmişdi. Görüşdən sonra, məni qucaqlayaraq dedi:“Əzizim, Qarabağ təkcə Azərbaycanın deyil, Türkiyəninin də ürək yarasıdır. Neçə ki, Azərbaycanın göz yaşı qurumayıb biz də rahat uyuya bilmərik. Sizin qəlbiniz sızlayarkən, bizim də qəlbimiz rahatlıq tapmaz. İnanıram ki,bir gün mütləq işğal olunmuş torpaqlarınızı geri alacaqsınız!”

Hasibə xanımın sözləri bir öyüd və çağrış dəyərində idi. O qürurla danışır, mən isə onun dediklərini ruhuma çəkirdim: “Düzdür, analar müqəddəsdir, hamı öz həyata gəlişinə görə Anaya borcludur. Amma anaların da borcu var. Analar da oğulları qədər Vətənə borcludurlar. Böyütdükləri oğulların Vətəni nə qədər sevməsi, onu necə qoruması məsuliyyəti Anaların çiynindədir. Mənim bir oğlumun gözləri çox zəif idi, eynəklə belə yaxşı görmürdü. Əsgər getməməsi üçün kağız verəcəkdilər. Mənsə bilirsinizmi nə etdim? Maşınımı satdım, oğlumun gözlərini əməliyyat etdirdim və ona sağlam olması haqda arayış aldım. “Ya öləcək, ya dönəcək, amma Vətəni qorumağa gedəcək!” – dedim. Getdi, Türkiyənin boranlı-sazaqlı bir diyarında əsgərliyini çəkdi. Oraya Tunceli Hozat deyərlər, qışda 1-2 m qalınlığında qar yağar, şaxta qılınc kimi kəsər. Oğlumun əsgər olduğu müddətdə gecələri yatmadım, saatlarla Allaha dualar etdim. Amma əsil Türk qadını kimi bir şeyi düşünürdüm: “O vətənin əsgəridir!” Şükürlər olsun ki, sağ-salim qayıtdı...”

Belə qadınları, anaları olan vətən əlbəttə basılmaz olacaq. Bu məğrur Türk anası danışdıqca, düşünürdüm: “Bəs mənimçün Vətən nədir?
Vətən – mənim və şeirlərimin canıdır! Onun həsrətidir məni şair edən. Sevdiyim, bacardığım qədər hər kəsə sevdirməyə və tanıtmağa çalışdığım həsrət qarışıq sevdamdır o mənim...Vətən, onu sevən insan üçün, hər zaman gözəldir. İstər qoynunda yaşa, istərsə də uzaqda. İstər varlı ol, istər kasıb. İstər varlı olsun, istər kasıb.Vətən – Vətəndir!
Bəs Ana kimdir?
Ana o kəsdir ki, kiçik bir insan gətirir dünyaya və onu saxlamağı öhdəsinə götürür. Buna görə də ana – Yaradandır!
Heç bir mənfəət güdmədən bu vəzifəsini yerinə yetirmək üçün səy göstərir. Çəkdiyi əziyyətlərin qarşılığında heç nə istəmir. Övladını həmişə qoruyur və ona xeyir arzulayır. Buna görə də, ana - Mələkdir.
Analıq qadını gündən-günə ucaldan bir hissdir. Ananın səhvi nəslin və cəmiyyətin qüsuruna səbəb olur. Əksinə, onun öz vəzifəsinə düzgün riayət etməsi xeyrxah bir cəmiyyətin yaranmasına zəmin yaradır. O, insan böyüdür, xəstələnərkən sağaldır, oxudur, ədəb verir, tərbiyələndirir, əxlaq öyrədir. Buna görə də ana - Müəllim, Tərbiyəçi, həm də Həkimdir.

Ana olmaq o qədər məsuliyyətli bir işdir ki! O, başqalarını tərbiyə etməzdən əvvəl gərək özünü tərbiyə etsin, özü xoşbəxt olmasa da, övladını xoşbəxt etməyi bacarsın! Qadın hamiləlik dövründən ta uşaq dünyaya gələnədək, süd verdiyi dövrdən övladın süddən kəsildiyi dövrə qədər Allah yolunda cihad etmiş hesab olunur. Əgər bu müddətdə ölsə - Şəhiddir ana.
Bizim İbad Hüseynovları, Mübariz İbrahimovları, Ramil Səfərovları doğub böyüdən, südüylə birgə vətən eşqi əmizdirən, torpaq sevgili, kişi qeyrətli Analarımız var. Elə oğulları yalnız özünü Vətənə borclu bilən analar dünyaya gətirə bilər və belə anaların oğlu – igid olar, ər olar!
Ana borcu – Vətən borcu deməkdir. Və biz hamımız Vətənə borcluyuq, çünki ən böyük Ana – odur!

Bir Türk şairinin, anasının, qadının misalında beləcə müqəddəs anaları xatırlayası, düşünəsi oldum. Bu gəzişmələrimin səbəbkarı isə Hasibə Kaya idi.
...Ondan, illərin dostu kimi ayrıldıq... Öz əliylə toxuduğu yun hörgüləri mənə verib “Qoy bunlar səni qışın soyuğunda isitsin. Baharda görüşmək üzərə!” - deyərkən boynuma sarılan rəfiqəm göz yaşlarını gizləyə bilmədi. Mən də kövrəldim. Ayrılıq - heç zaman öyrəşə bilməyəcəyim bir şeydir... amma bahara nə qaldı ki..
Sözlərimi Hasibə Kayanın ana dilimizə uyğunlaşdırdığım şeirlərdən birilə bitirirəm.

AYRILIQ

O səni düşünmək ki var,
Səni düşünmək... uzun gecələri,
Qaranlıqlara sarılmaq,
Sən deyə qucaqlamaq kölgələri...

O səni gözləmək ki var,
Sabahlaradək yuxusuz gözləmək,
Ayaq səslərini, qapı qıcırtılarını
Min dəfə dinləyib, min dəfə ölmək...

O səni gizləmək ki var,
Quşlardan, çiçəklərdən belə qısqanmaq,
Sevərək, səni sevərək
Küləkdən, yağışdan bu eşqə sığınıb saxlanmaq...

O sənsiz darıxmaq ki var,
Tellərindən, dodaqlarından ötrü darıxmaq,
Yenə də əl-ələ bərabər olmaq,
Mavi gözlərinə doya-doya baxmaq...

...Və səndən ayrılmaq ki var,
Yenicə tapmışkən itirmək,
Çağırsam da duymaz olduğun zamanlar
Tənha günləri ard-arda ötürmək...
Bax, onlardır məni yaxan, yıxan və solduran.
Sevgi bitdiyində,
Yalnızca Ayrılıqla baş-başa qalır insan...



14.01.14.
Moskva





Baxış: 1266 | Bölmə: Yazarlar, Afaq Şıxlı
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru