31 MART AZƏRBAYCANLILARIN SOYQIRIM GÜNÜ  ŞƏKİLLƏRDƏ
31 MART dünya azərbaycanlılarının soyqırım günüdür.

31 MART AZƏRBAYCANLILARIN SOYQIRIM GÜNÜ  ŞƏKİLLƏRDƏ
31 MART AZƏRBAYCANLILARIN SOYQIRIM GÜNÜ  ŞƏKİLLƏRDƏ
31 MART AZƏRBAYCANLILARIN SOYQIRIM GÜNÜ  ŞƏKİLLƏRDƏ
31 MART AZƏRBAYCANLILARIN SOYQIRIM GÜNÜ  ŞƏKİLLƏRDƏ
31 MART AZƏRBAYCANLILARIN SOYQIRIM GÜNÜ  ŞƏKİLLƏRDƏ
Çelyabinskdə  karantin zamanı balkondan "Katyuşa"  mahnısı oxudular
Koronovirusla mübarizə şərçivəsində özünütəcrid rejimində olan Çelyabinsk sakinlərini balkondan "Katyuşa" mahnısı səsləndirməyə vadar edib.

Çelyabinsklilərin bu hərəkəti barədə videoçarx "Podyem" Teleqram kanalında paylaşılıb.




Çelyabinskidə öznütəcrid rejimində olanlar balkona çıxaraq yüksək səslə yayılan "Katyuşa " mahnısına qulaq asıblar. Mahnı bitdikdək sonra çoxmərtəbəli evin sakinləri "musiqili gecə" təşkil edəni və "solisti" balkonlarından alqışlayıblar.

"Bu gün "Katyuşa"! Sabah "Juravli" mahnısı! Tezliklə evbəev musiqi yarışması başlayacağıq"-deyə müğənni bəyan edib. O deyib ki, kimsə qarşıdakı binadan onun çıxışını vodeoya çəkib və ümimi qrupda yerləşdirib.

YENİSES.RU
Samara vilayəti  Azərbaycanlıları Liqasından   koronovirusla mübarizə tədbirlərinə dəstək
Samarada hökümət orqanlarının COVİD-19-la mübarizə və təhlükəsizlik tədbirlərində birbaşa iştirak etmək məqsədiylə Azэrbaycan diaspor təşkilatı qərargah yaratdı.

Bütün dünyanı “ağuşuna” alımış, əsrin ən qlobal bəlası olan COVİD-19 vurusunun yayılmasının qarşısını almaqdan ötrü ölkə bütünlükdə səfərbər olub. Səhiyyə işçilərinin əməyini yüngülləşdirmək, insanların virusdan qorunması və özünü izolə məqsədiylə sabahdan Rusiyada komendat saatının tətbiq edilməsi gözlənilir. Bu tarixi situasiyada müşahidəçi qalmamaqdan ötrəri Samara vilayəti Azərbaycanlılaır Liqası virusla mübarizə kompaniyasına dəstək üçün xüsusi Qərargah yaradıblar.
Məcburi köçkün Şəfiqə nənə yaşlılara qayğısından dolayı Mehriban xanıma  təşəkkür etdi
[i]Nənə minnətdarlığı. Əslində sosial şəbəkələrdə Azərbaycanda COVİD-19-la mübarizə tədbirləri ilə bağlı fərqli fikirlər səslənir. Təqdiri tənqidinə qarışan bu məlumatlar sırasında çox sevdiyim yaşlı bir nənənin dediklərinə biganə qala bilmədim. Zəngilandan məcburi köçkün düşən (bu arada yardım qaçqınlara verilir-deyə sual verəndə, qaçqın yox, köçkünəm mən-dedi- red. T.V) Şəfiqə nənə -"mənə və timsalımda bu günlərdə yaşlılara xüsusi qayğı və diqqətini əsirgəməyən prezidentə və xanımına təşəkkürümün çatdırılmasını istərəm"-dedi.
RUSİYADA ÜMUMTƏHSİL OCAQIARI BAĞLANIR-
Koronavirusun yayılması təhlükəsi üzündən Rusiya məktəblərində tətil martın 23-dən 12-dək elan ediləcək. Bunu Rusiyanın təhsil naziri Sergey Kravtsov regional təhsil şöbələri ilə koordinasiya və qarşılıqlı işçi qrupunun ilk iclasında çıxışı zamanı deyib.


"23 martdan (Bazar ertəsi )- aprelin 12nə qədər məktəblərdə tətil elan ediləcək. Eyni zamanda, məktəblilər üçün məsafədən (distansiya) təhsilin təşkili üçün dəstək veriləcək- deyə onun sözlərindən RİA Novosti sitat gətirib.

Bundan əlavə, Rosobrnadzor rəhbərinin səlahiyyətlərini müvəqqəti icra edən Anzor Muzayev Vahid Dövlət İmtahanının EQE ) erkən keçirilməsi ən əsas məsələ olaraq vurğulanıb. Sifariş Rusiya Ədliyyə Nazirliyinə göndərildi. Martın 18-də təsdiqlənib bölgələrə göndəriləcəyi gözlənilir.

YENİSES.RU
Rusiya Belorusiya ilə sərhəddini qismən bağlayır
Koronovirusun yayəlması fonunda Rusiya Belorusiya ilə sərhəddini qismın bağlamağı qərara alıb. Bu barədə martın 16-da RF baş naziri Mixail Mişustin hökümətin opertiv yığıncağında bəyan eidb.

"Biz insanların yerləşdirirlməsi üçün Belorusiya ilə sərhədləri bağlamağı qərara aldıq və digər təhükəsizlik addımları atdıq. Bundan sonra da ilk növbədə koronovirusun kütləvi şəkildə yayılmaması, ölkəmizi yeni təhlükələrdən qorumaq və onun qarşısını almaq üçün mümkün tədbirlər həayata keçirməyə davam edəcəyik"-deyə baş nazirin sözlərindən TASS sitat gətirib.

Nairlər kabinetinin başçısı onu da bəyan edib ki, yaxın günlərdə ölkədə vəziyyətin inkişafı barədə vətəndaşların davamlı məlumatlandərəlmasından ötəri onlayn bildiriş sistemi qurulacaq.



YENİSES.RU
Rusiyada düyü, çəltik və konserv məhsullarına tələbat artıb
Koronovirus təhlükəsi Rusiyada insanları ərzaq ehtiyatı toplamağa başladıb. Lakin ərzaq qıtlığı olmayacağı da deyilir. Baxmayaraq ki, ayrı-ayrı yerlərdə insanlar vitrinləri boşaldırlar...)) Marketlərdən gələn xəbərlər isə fərqidir.
Piterdə Konstitusiya dəyişilkliyi əleyhinə piketdə 20-yə yaxın adam saxlanılıb
Senat meydanında yerləşən Konstitusiya Məhkəsməsinin qarşısında Konstitusiya dəyişikliyi əleyhinə çıxan 22 nəfər piket iştirakçısı polislər tərəfindən saxlanılıb.

Bir müddət əvvəl həmin yerdə "Otkrıtaya Rossiya" ictimai təşkilatının sədri Anastasiya Brakov və aktivist Andrey Davıdov Konstitusiya Məhkəməsi önünə gül qoyduqları üçün tutulmuşdular.

Xatırladaq ki, martın 14-də RF prezidenti Vladimir Putin özünün təklif etdiyi Konstitusiya dəyişiklik edilməsi haqqında qanunu imzalayıb. Söhbət bu qanunda ediləcək 46 dəyşiklikdən, o cümlədən Putinin prezidentlik müddətinin sıfırlanmasından gedir.


YENİSES.RU
Dərbənddə aksiyaçılar qədim məscidin qapısını sındırıblar
Dərbənd sakinləri icazəsiz aksiya zamanı Rusiyanın ən qədim Cümə məscidinin qapılarını sındırıblar. Bu haqda şəhər administrasiyasından məlumat verilir.

Mitinq Dərbənd Muzey-Qoruğunun rəhbərliyi tərəfindən muzeydə işləyirmiş kimi göstərilən lakin işə gəlməyən işçilərin işdən çıxarılmasına etiaz olaraq keçirilib. Muzeyin direktoru Viktor Çesnokov mitinqçilərin qarşısına çıxaraq onlara nə baş verdiyini izah etməyə çalışdı. Ancaq mitinqçilər buna məhəl qoymayaraq daha da qəzəblənib və millətçi şüarlar səsləndiriblər.
ПОСЛЕ НЕГО ОСТАНЕТСЯ МОРЕ…
К 80-и летию Вагифа Самедоглы

Мы часто слышим: На детях великих людей природа отдыхает.

В действительности нет такого природного закона.

Существует множество династий, где потомки даже талантливее предков. Есть музыкальные и писательские династии… Томас Манн, его брат Генрих Манн, и их дети. А Элизабет Манн Боргезе? Природа наделила ее способностями сразу в нескольких областях. Алексанр Дюма отец и Александр Дюма сын, Валентин и Павел Катаевы, Виктор и Денис Драгунские…

Если перенестись в Азербайджан, то один из ярких примеров – Народные поэты Азербайджана Расул Рза, Нигяр Рафибейли и их сын – народный писатель Азербайджана Анар…
MİŞUSTİN POLŞA VƏ NORVEÇLƏ SƏRHƏDLƏRİ BAĞLAYIR

RF höküməti Polşa və Norveçlə quru sərhədlərini bağlamağa qərar verdi. Səbəb dünyanı dolaşan bəla -koronovirusla bağlıdır. Baş nazir bu barədə tapşırıq verib. Rusiaynın Norveç və Polşa arasında quru yolu ilə olan keçid sərhədləri sabah-aprelin 15-dən qapanacaq. STOP!

Rusiyanın baş naziri Mixail Mişustin xarici vətəndaşalırn Polşa və Norveçdən keçməsini dayandırmaq haqqında tapşırıq verib. Məlumat bu gün hökümətin saytında dərc olunub.
PUTİN KONSTİTUSİYA DƏYİŞİKLƏRİ QANUNUNU İMZALADI


Rusiya aprelin 22-də referenduma gedir... Putin bu qanunu imzaladı... Konstitusiya qanunu dəyişəcək. Sıfır nöqtəsinə gəldik...

Rusiya prezidenti Vladimir Putin konstitusiya dəyişiklikləri haqqında qanunu imzalayıb. Sənəd rəsmi məlumatlar portalında dərc olunub.

Bundan əvvəl, martın 14-də Federasiya Şurası növbədənkənar plenar iclasda Konstitusiyaya dəyişikliklər haqqında qanunun regional parlamentlərdə baxılmasının nəticələrinə dair qərar qəbul etmişdir.
Moskvada  polis şöbəsinin  müdiri meyitxanada meyitlərlə fotosessiyaya çəkildiyi üçün işdən çıxarıldı
 Daxili İşlər Nazirliyinin Moskva Şukino rayonu üzrə cinayət-axtarış şöbəsinin müdiri və tabeliyindəkilər meyitxanada cəsədləri ilə birlikdə fotoşəkillər çəkdirdikləri üçün polisdən qovulublar. Bu haqda İnterfaks agentliyinə Daxili İşlər Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vladimir Vasenin məlumat verib.

Onun sözlərinə görə, polis mayoru Vyaçeslav Gorneyevin və bu şöbənin baş polkovnik-leytenantı Tatyana Pulrışevanın cəsədlərin fonunda çəkdiyi foto Daxili İşlər Nazirliyinin Mərkəzi İdarəsinin daxili təhlükəsizlik şöbəsi tərəfindən aşkarlanıb. Mövcud məlumata görə, fotoşəkil Moskva xəstəxanalarının birinin patoloji şöbəsində çəkilib.

Xidməti yoxlamaların nəticələrinə görə, Gorneev və tabeçiliyində olan şəxslər daxili işlər orqanlarının işçisinin şərəfini ləkələyən qanunsuzluğa görə işdən azad ediliblər. Bundan əlavə, Moskvanın Şimal-Qərb İnzibati Dairəsində Daxili İşlər Müdirliyinin icra heyətinin bir sıra vəzifəli şəxsləri "kadr işindəki nöqsanlara" görə intizam məsuliyyətinə cəlb olunublar.

YENİSES.RU
İrandan  vətəninə gedən qırğızları  Rusiyada maşından çıxmağa qoymurlar
Qırğızıstan hakimiyyəti Rusiyadan koronavirus epidemiyasının yüksək həddində olan İranda qalan qırğızlara kömək istədi. Onlar Rusiya vasitəsilə vətənə qayıtmaq istəyirlər, lakin martın əvvəlində ölkəmiz xaricilərin İrandan gəlməsinə qadağa qoyub. Yoxsul yoldaşların taleyi hökumətin baş nazirinin müavini Tatyana Golikovanın rəhbərlik etdiyi Coronavirus Əməliyyat Qərargahının iclasında iclasda qərar veriləcək.

Nəticədə yığıncaqda belə bir qərar verildi: qırğızlara İrandan Rusiya yolu ilə ölkəsinə keçməyə icazə alındı, ancaq yollarda mühafizə dəstəsi müşayiət edəcək. Bundan əlavə, onlara bütün səyahət boyu avtomobillərdən çıxmaq qadağan ediləcək:

YENİSES.RU
Putin miqrasiya qanunvericiliyinin yenilənəcəyini elan etdi
Rusiya prezidenti Vladimir Putin, miqrasiya qanunununda reformalar edilməsi ilə bağlı göstəriş verib. Bu barədə Kremlin rəsmi saytında deyilir. Bu təlimatlar 2019 - 2025-ci illər üçün dövlət miqrasiya siyasətinin Konsepsiyasına aiddir.

Yaşayış icazəsi xarici vətəndaşa Rusiya vətəndaşlığına müraciət etmək hüququnu verən əsas sənəd olacaq. Bu müvəqqəti yaşayış icazəsi sənədinə şamil edilmir. Artıq müvəqqəti yaşayəş icazəsi almaq bu prosedurdan çıxarılacaq.
"Survivor- Panorama"da  Pərviz Abdullayevdən danışdılar
"Azərbaycanlı Pərviz Abdullayev Survivor yarışması tarixində ən karyeralı idmançıdır" . Türkiyənin bu yarışma proqramının iştirakçısı Pərviz haqqında xoş sözlər söylənildi.

Survivor Panorama'da danışan Sema Aydemir ünlüler komandasında səssiz və sakit şəkildə irəliləyən yarışmacısı Pərviz Abdulbayev ile bağlı önəmli açıqlama v
erib.

Pərvizın yarışmalarda göstərdiyi nəticə çokx yaxşıdır. Pərvizin belə bir durumu da var, o profesisonal bir idmançıdır. Onun haqqında bir neçə nəfərdən soruşdum. Bu ana qədər Survivor'a gelmiş- geçmiş en kariyerli kick boks dövüşçüsüymüş. Bundan əvvəlllər də ətrafında çox sayda heyranları olan biridir. Yunus Emre Pərviz haqda- onun heyranıyam demişdi. Amma onun professionallığından istifadə etmirlər.

YENİSES.RU
Suriya ilə bağlı  Rusiya və Türkiyə  memorandum imzaladı
Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadakı münaqişənin həlli üçün ortaq bir memorandum üzərində razılığa gəldilər. Təxminən altı saat davam edən danışıqlardan sonra cənab Putin razılaşmaya əsasən vilayətdəki hərbi əməliyyatlara son qoyacağına ümid etdiyini bildirdi. Sənədə əsasən, martın 6-sı gecə yarısından etibarən İdlibdə atəşkəs rejimi tətbiq ediləcək.

Memorandumun müddəaları iki ölkənin Xarici İşlər Nazirləri tərəfindən açıqlandı:

martın 6-da anlaşmanın başlanması ilə bütün təmas xətti boyu atəşkəs;

Suriyanın şimalında (şimaldan 6 km və 6km - Latakiya və Hələbi birləşdirən M4 magistral yolunun cənubunda) bir təhlükəsizlik dəhlizi qurulur;
martın 15-dən etibarən Rusiya və Türkiyə hərbçiləri M4 avtomobil yolu sahəsində birgə patrul xidmətinə başlayacaqlar.

Rusiya prezidentinin sözlərinə görə, Türkiyə ilə danışıqlar asan deyildi, lakin "müsbət" başa çatdı. “Əldə etdiyimiz kitərəfli münasibətlərin yüksək səviyyəsinə əsaslanaraq, bu günə qədər yaranmış mübahisəli məsələlərdə ortaq yol tapıb məsələni müsbət həll etdik. Bu dəfə də belə oldu ”dedi. Dövlət başçıları münaqişənin hərbi həllinin olmadığı barədə razılığa gəldilər.


Cənab Ərdoğan qeyd etdi ki, martın 5-dən 6-na keçən gecə İdlibdə atəşkəs rejimi tətbiq ediləcək və bundan sonra "növbəti addımlar" razılaşdırılacaq. Türkiyə prezidenti əlavə etdi ki, Ankara Suriya hökumət qüvvələrinin hərəkətlərinə reaksiya vermək hüququnu özündə saxlayır. Türkiyənin bu məsələdə Rusiya ilə əlaqə quracağına da söz verdi. "Bu müddətdə əziz dostumla əlaqə saxlayacağıq və müvafiq səlahiyyətlil orqanlarımız da əlaqə qurmağa davam edəcək" dedi cənab Ərdoğan.

Bundan əlavə, Türkiyə Rusiya ilə razılaşmaya əsasən İdlibə əlavə qüvvələr göndərib, orada müşahidə postları qurulub. “Bu müşahidəçi məntəqələri əraziyə nəzarət etmək üçün deyil, yanlız atəşkəs rejiminə nəzarət etməkdə mükəlləfiyyətlidirlər. Bir müddət biz Rusiya ilə regionun sabitliyi üçün ora əlavə qüvvələr göndərmək barədə razılığa gəldik "-dedi. Bundan əlavə, prezidentlər qaçqınların Suriyanın şimalına qaçqınların qaytarılmasını asanlaşdırmaq barədə razılığa gəliblər.

Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 100 illiyi ilə əlaqədar olaraq Vladimir Putini Türkiyəyə dəvət etdi. O qeyd edib ki, Ankara Moskva ilə qarşılıqlı hörmət əsasında əməkdaşlığı davam etdirmək istəyir.

YENİSES.RU
Putin Ərdoğanla anlaşmadan danışdı

Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar zamanı Suriyada vvəziyyəti nizama salınması ilə bağlı razıılığa gəldiklərini bəyan edib.

Putin, razılaşma protokolunun detallarını Rusiya və Türkiyə XİN başçılarının açıqlayacağını xəbər verib.

"Biz Suriyada baş verənlər mövzusunda heç də hər zaman türkiyəli həmkarlarımızla razılaşmırıq, lakin hər zaman bir kəsişmə nöqtəsi tapırıq ki, bu dəfə də belə oldu" -deyə Putin qeyd edib.

Rusiya lideri həmçinin Türkiyə prezidentinə Moskvaya gəldiyi üçün təşəkkürünü bildirib.

YENİSES.RU

Tarix : 5-02-2014, 00:48
KÖHNƏ ALBOM (Hekayə)
“Salam, əzizim El! Çoxdandır səndən heç bir xəbər ala bilməmişəm. Tez-tez yadıma düşürsən, uşaqlığımızın o qayğısız və xoşbəxt günləri üçün burnumun ucu göynəyir...
Dünən, nə vaxtdan bəri axtardığım məktəb albomum əlimə keçib. Köhnəlib... Elə bilirdim ki, yeni evə köçən zaman itirmişəm onu. Tapanda elə sevindim ki! Həvəslə əski şəkillərimizə baxmağa başladım. Birinci sinifdən son sinfədək – bütün həyatımız gözümün önündən gəlib keçdi...
Sanki çoxdan, lap çoxdan baxdığım maraqlı bir filmin kadrları idi bu şəkillər. Zamanın soldurduğu bu rəsmləri uzun-uzun seyr edərək, nəsə yeni bir şey, daha doğrusu unutduğum köhnə bir şeyi tapmağa çalışırdım.
Bax, indi yenə də, bizim köhnə albomumuzu vərəqləyirəm. Baxıb heyrətə gəlirəm - zaman bizlər neçə də dəyişir...
...Bax burada birinci sinifdəyik, sən və mən, yanaşı oturmuşuq. Hər ikimizin uzun hörükləri, ağ bantları... Mən obyektivə ürkək-ürkək baxıram, sən isə əksinə, şən-şən gülümsəyirsən.
Burda isə, Əlifba bayramındayıq. Başımızda kartondan düzəldilmiş taclar var: mənimkində İ hərfi, səninkində isə D hərfi yazılıb. Xatırımdadı, özümüz bu hərfləri istəmişdik müəllimdən, sən demişdin ki, bu İki Dost deməkdir.
Bu şəkildə isə artıq dördüncü sinifdəyik. Bütün sinif uşaqları ilə. İbtidai sinfin buraxılış günü bayramındayıq. Hamımız səliqəli və təmtəraqlı geymişik: qızlar - ağ kofta, qara ətək, oğlanlar isə ağ köynək, qara şalvar. Qəribə də olsa, mən bu günü aydınlıqla, bütün təfərrüatı ilə xatırlayıram. Yadımdadır, ilk müəlliməmiz Olqa Nikolayevna – o ciddi və təmkinli qadın - həmin gün yaman kövrəlmişdi. Şəhadətnamələrimizlə birgə, yazdığımız ilk imlaları və çəkdiyimi ilk rəsmləri bizə təqdim edəndə göz yaşlarını gizlətməyərək, bir-bir üzümüzdən öpmüşdü.

Hər şey elə dəyişir ki! Sən – mehriban və səmimi rəfiqəm, zamanla, hər kəsin diqqət mərkəzində olan cazibədar və şıltaq gənc qıza çevrilirdin. Məktəbdəki oğlanların əksəriyyəti sənə vurulmuşdu. Rəfiqən olduğum üçün, sənə çatacaq sevgi məktubları mənə verirdilər. Heyranlarının sayı gündən-günə artırdı. Əvvəllər, hər an səni izləyən yad nəzərlərdən, addımbaşı deyilən təriflərdən utanır, qıp-qırmızı olardın. Və bu xüsusiyyətin çox xoşuma gələrdi.
Xəbərin yoxdu ki, sən öz zehnin, savadın, gözəl yaddaşın, və özünü sevdirə bilmək qabiliyyətlərinlə həmişə mənə örnək olurdun. Düzdür, səninlə yanaşı mən sanki yox kimiydim, heç kimin diqqətini çəkmirdim, amma bu məni elə də narahat etmirdi. Çünki, səni bir rəfiqə kimi deyil, bacı kimi sevirdim.

Aylar, illər keçirdi, böyüyürdük.
İndi bir şəklə baxıram: sən, mən və paralel sinifdən olan iki oğlan. Onların hər ikisi səni sevirdi.
Əzizim El! Sənin xarici görünüşünlə birgə daxili aləmin də necə dəyişirdi! Qocaman tarix müəllimimiz (yadımdadı, bəzən sərkərdələrin adını dolaşıq saldığı üçün, sən ona “huşsuz” deyirdin) bir aforizmi tez-tez işlədərdi: «Honores mutant mores, sed raro in meliores». Bəli, sən yavaş-yavaş vurğunlarının baxışlarına, komplimentlərinə, qulluqdarlığına öyrəşirdin. Hətta, kiminsə sənə məhəl qoymaması, diqqət göstərməməsi səni özündən çıxarırdı. Adətən, sənin dediyinə görə, belə oğlanlar şir bürcündən olurdu. Qoroskoplarla, bürclərlə yaman maraqlanırdın, və İlahi, “şir”lərə necə də nifrət edirdin! Necə olur-olsun onları özünə məftun edib qələbə çalmaqdan həzz alır və özünə “şirləri ram edən qadın” deyib gülürdün.
Düzünü deyim ki, getdikcə sənin davranışların mənim xoşuma gəlməməyə başlayırdı, amma susurdum, çünki sən tənqidi sevmirdin. İndi başa düşürəm ki, heç də düzgün hərəkət etməmişəm... Bu dostluq deyil! İnsan öz dostu ilə yalnız həmfikir yox, həm də dürüst olmadır! Yeri gələndə, çatışmayan cəhətlərini üzünə deməli, səhvlərini göstərməlidir! Mənsə, bunları etməyə qorxurdum... və indi buna görə utanıram...

Yadındadırmı, onuncu sinifdə oxuyarkən, bir dəfə ədəbiyyat müəlliməmiz xəstələnmişdi, dərsimiz boş idi. Sinif uşaqları ilə oturub “evlilik” mövzusunu müzakirə edirdik. Onda sən öz sözlərinlə hər kəsi mat qoydun; dedin ki, ərin sənin xətrinə dəysə, şəksiz-şübhəsiz, onun başını yararsan. Bəlkə də bu sənin yersiz zarafatın idi, bilmirəm, amma elə sərt və qətiyyətlə demişdin ki, hamı sənə ikrahla baxmışdı. Sonra da demişdin ki, heç kim sənə ev işləri gördürə bilməz, yemək bişirmək, paltar yumaq – səninçün deyil. Bu ancaq qulluqçu işidir. Sənsə - xüsusi insansan, yalnız yüksək vəzifələrdə çalışmaq, məşhur olmaq üçün dünyaya gəlmisən. Özünü “taleyin ağası” adlandırdın.
O zaman mən dəhşətə gəldim və sənin təkəbbür və özündənrazılıq kimi pis xüsusiyyətlərini kəşf etdim. Lakin nə olur-olsun, özümü inandırmağa çalışırdım ki, bu müvəqqətidir və sən dəyişəcək, yenə də əvvəlki - sevdiyim və hörmət etdiyim insan olacaqsan. Ah, necə də yanılırammış!

Bax, həmin bu şəkil! Buraxılış sinifdə çəkilmişdi. Yenə də sən və mən, amma... sən üzünü yana tutub qürurla harasa baxırsan. Elə durmusan, sanki, yanaşı şəkil çəkdirməklə, mənə nəsə böyük bir yaxşılıq kimi...
Və elə bu ildən, sən özünə yeni bir əyləncə tapmışdın – sinfimizdəki iki sakit və fağır qıza lağlanmaq...
Düzdür. Onlar sənin kimi əlaçı deyildilər, amma pis də oxumurdular. Sənə neyləmişdilər, bilmirəm, amma müvafiq şərait düşən kimi, həyatlarını çəkilməz etmək üçün əlindən gələni əsirgəmirdin. Gah vurduqları ətrin iyindən ürəyinin bulandığını deyib, burnunu tutub otaqdan çıxır, gah geyimlərinin dəbdən düşmüş olmasına lağ edir, gah da saç düzümlərinə gülürdün.
Əlbəttə! Bu planda sən ideal idin: sənin ətirlərin bahalı və başgicəlləndirən olurdu, paltarların hər zaman mütənasib bədəninin üstündə gözəl oturur, uzun, ipək saçların isə sənə daha artıq yaraşıq verirdi. Lakin bu sənə ixtiyar vermirdi ki, özünə bənzəməyənləri incidə, könüllərini qırasan! Dəfələrə, sənin qabalıqlarından sonra, o bədbəxt qızların ağladıqlarının şahidi olurdum. Dəfələrlə sənin - ən yaxın rəfiqəm bildiyim insanın yerinə utanıb xəcalət çəkirdim.
Əgər bilsəydim ki, qəlbin də hərəkətlərin kimi çirkindir, and olsun Allaha ki, bir an belə tərəddüd etmədən, səninlə bütün əlaqələri kəsərdim. Lakin mən ayrı cür düşünürdüm, mən inanırdım ki, sənin etdiklərin – bizim də günahımızdır! Bizim - səni bütləşdirib təriflərlə gözə ucaldanların! İnsanın əqidəsi nə qədər yüksək olur-olsun, bu yaşda, gənckən “ulduz xəstəliyi”nə qarşı dura bilməzdi, sən də bacarmadın...
Bəli, dostum! Səni hər gün tərifləyib başqa şagirdlərə nümunə göstərən müəllimlərin, hər istəyini yerinə yetirib, oxşayıb əzizləyən valideynlərin, diqqətləri və məhəbbətlərilə göz açmağa aman verməyən heyranların və... yanında ola bilmək üçün hər sözünlə razılaşan, bəzən hiddətlənmək əvəzinə susan rəfirələrin – heç də səndən az günahkar deyildilər!

Alicənab və mədəni insanlar olan valideynlərini çox yaxşı tanıyırdım. Və bilirdim ki, son vaxtlar sən onları da kədərləndirirsən. Düzdür, əvvəlki kimi yenə də yalnız əla qiymətlər alır, onların sevdiyi kimi, çoxlu kitab oxuyur, klassik musiqilər dinləyir, səliqə-səhmanına hər zamankından da artıq diqqət yetirirdin. Lakin... getdikcə ata-anandan uzaqlaşmış kimiydin... soyuqluğunla, biganəliyinlə, laqeydliyinlə... Özünüsevən Nərgizgülü kimiydin - səni səndən başqa heç kim maraqlandırmırdı...

Bir dəfə dedin: “Mənimlə olmayan mənə qarşıdır!” Bu sözləri mənəmi eşirdirirdin? Bəlkə də yox, amma bununla da, səninlə çoxillik dostluğumuza son qoydun. Və mən səni tərk etdim. İllər öncə, birinci sinfə gəldiyimiz ilk gün, tanış olub əlimdən tutan əziz rəfiqəm bunu hiss edərdi, sənsə hiss etmədin, çünki artıq o sən deyildin. Acınacaqlısı da elə bu idi. Sən öz-özündən uzaqlaşdığın kimi, mən də eləcə, hiss etdirmədən səndən uzaqlaşdım.
Tanış olduğumuz o sentyabr günündə qorxmuş, həyəcanlanmış, bu qədər müəllimin və uşağın içində özümü itirmişdim. Sənsə bunu görüb arxayınca mənə yaxınlaşmış, adımı soruşmuşdun. Biz əl-ələ tutub sinfə birlikdə girmiş və bir parta arxasında oturmuşduq. Beləcə başlayan 11 illik dostluğumuzun bitməsini qəbul etmək çox ağır idi, El, çox ağır!...
Bircə onu bil ki, nə olur-olsun, səni heç zaman unutmayacam. Sən özün də bilmədən mənə çox şeylər verdin: dostluq hissi, əvəzsiz məktəb xatirələri, ən başlıcası isə - həyat dərsi! Mən başa düşdüm ki, dünyada ən vacib şey – özünü itirməməkdir! Və, həm də anladım - kimdir Dost! Səndən öndə, ya da arxada gedən insan Dost deyil. Dost - hər zaman səninlə yanaşı addımlaya biləndir!
Bütün bunlara görə, əzizim, sənə çox minnətdaram!
Ümid edirəm ki, heç olmasa hərdən bir məni xatırlayırsan. Bu sərt və qaçılmaz gerçəkliyi səninlə bölüşdüyümə görə məni bağışla! Hərçənd ki, bunu heç zaman nə eşitməyəcək, nə də oxumayacaqsan. Çünki, bu, köhnə məktəb albomumuzu vərəqləyərkən sənə yazdığım xəyalı məktub idi...”

Moskva, 2010




Baxış: 3196 | Bölmə: Yazarlar, Nilufər A.Şıxlı
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yazarlar
 
 
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru