Putinin Merkelə  gül buketi bağışlamasını almanlar təhqir saydılar
Rusiya prezidenti Vladimir Putinin Soçi görüşməsindən əvvəl Almaniyanın kansleri Angela Merkelə bir dəstə ağ gül bağışlaması xarici mətbuatda birmənalı qarşılanmayıb. Almaniyanın "Bild" nəşrinin jurnalisti Rusiya prezidentinin bu jestini "Bu nəzakət deyil, gizli məna daşıyır"-deyə dəyərləndirib.

İsrailli jurnalsitlərə Türkiyənin Taksim meydanında hücum etdilər
İsrail televiziyasının "Reşet-13" kanalının İstanbula ezam olunmuş xəbər komandası Türkiyənin Taksim meydanında kütlələr tərəfindən döyülüb. Jurnalistlər İsrail ilə Türkiyə arasındakı böhranı işıqlandırmaq üçün İstanbula göndəriliblər. İsrail KİV-nın verdiyi məlumata görə jurnalistlərə hücum edənlər "İsrailliləri öldürməyə gəlmişik"-deyə bağırırlarmış.
Mənbə: Siyasətçi Yuri Kotler  Moskvada  evində ölü tapılıb
Moskvada siyasətçi evində ölü tapıldı. Yanında silahi və başından vurulmuş vəziyyətdə. Hadisəsinin motivi hələ məlum deyil.

Rusiyalı siyasətçi Yuri Kotler Moskvanın mərkəzində Böyük Nikitsk küçəsində yerləşən evdə ölü tapılıb. Bu barədə REN TV ona
yaxın olan mənbəyə istinadən məlumat verib.
Amerika mediası Krım körpüsünü partlatmağa çağırıb
В марте 2014 года в Крыму прошел референдум, по итогам которого полуостров стал территориальной частью России, а Севастополь — городом федерального значения.

Amerika mühafizəkar siyasi həftəlik mətbu orqanı olan "Washington Examiner" in müəllifi Tom Rogan Ukraynanı Krım körpüsünü bombalaya çağırması haqda RİA "Novosti" xəbər verib.
В Президент-Отеле состоится танцевальный спектакль «Связь времен и народов: стань частью танцевальной истории»

В Красном зале столичного Президент-Отеля 18 мая в 18-00 час. состоится показ спектакля «Связь времен и народов: стань частью танцевальной истории».
Mixail Leontiev Ermənistanın baş naziri Nikol Paşinyandan  üzr istədi
Mixail Leontiev Ermənistanın baş naziri Nikol Paşinyandan ölkədəki son hadisələrə dair sözlərinə görə üzr istədi

Putin və Ərdoğan ABŞ-ın İranın nüvə razılığından çəkilməsini səhv addım hesab edirlər
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin ABŞ-ın İranla nüvə razılaşması müqaviləsindən çıxmasını telefonda müzakirə ediblər. Onlar Donald Trumpın bu qərarının səhv olduğunu bildiriblər. Türkiyənin prezident Administrasiyasından olan mənbəyə istinadən "RİA Novosti" məlumat yayıb. Kremlin mətbuat xidməti liderlər arasında telefon danışığı olduğu barədə hələ məlumat verməyib.
Meydandan baş nazirliyə- Paşinyan  seçildi
Ermənistan Milli Məclisi (parlament) müxalifət lideri Nikol Paşinyanı baş nazir vəzifəsinə seçdi. Bu haqda Mayın 8-də News.am xəbər verib.

Putin  ənənəni pozmadı- namizədi Medvedev oldu
Bu gün rəsmi şəkildə prezident kürsüsünə oturan Putin Dövlət Dumasına hökümətin başına Dmitri Medvedevin gətirilməsini təklif edib. Bu haqda məlumat Kremlin saytında dərc olunub.
Dmitri Medvedevin höküməti istefaya getdi
Medvedevi qalır, yoxsa gedir? Prezident Putin əvvəlki ənənəsini pozmazsa, yaxın iki saata baş nazir postuna yeni namizədin adını verəcək.

Prezident Vladimir Putinin yeni müddətdə işə başlaması ilə əlaqədar Dmitri Medvedevin başçılıq etdiyi Rusiya höküməti istafaya getdi. Konstitusiyanın 116-cı maddəsinə uyğun olaraq hökümət başçısı yenilənəndə nazirlər kabineti istefa etməsi ilə bağlı müraciət yazır.
Putin 4-cü dəfə prezident kimi and içdi
Yüksəliş, azad cəmiyyət, vətəndaşların hüquqlarının qorunması. Rusiyada 4-cü dəfə rəsmən perzident vəzifəsinə başlayan Vladimir Putin bunları vəd etdi.
Səfirlikdən Yuliya Latınınanın çıxışı ilə bağlı kəskin reaksiya
Polad Bülbüloğlu “Exo Moskvı” radio stansiyasının baş redaktoru Aleksey Venediktovdan cavab istədi

“Yuliya Latıninanın “Exo Moskvı” efirindən Azərbaycan xalqını təhqir etməsi nə jurnalist, nə də vətəndaş mövqeyinə yaraşan deyil”.


“Exo Moskvı” radiostansiyasının “Kod dostupa” müəllif proqramının 28 aprel 2018-cı il tarixli buraxılışında şərhçi Yuliya Latınina son zamanlar Ermənistanda baş verən daxili siyasi böhranla bağlı Qarabağ probleminə də toxunaraq tarixi təhriflərə yol vermişdi. Bir sıra hadisələrə birtərəfli –ermənipərəst mövqe bildirən Yuliya Latınina “Exo Moskvı”nın efirindən Azərbaycan xalqının ünvanına böhtan dolu ittihamlar səsləndirməklə qalmamış və hətta daha irəli gedərək xalqımızı “ruhi xəstə” adlandırmaqdan belə şəkinməmişdi.
WhatsApp şirkətinin həmtəsisçisi  postunu tərk edib
Messenger və WhatsApp şirkətinin həmtəsisçisi Jan Kum, Facebook ilə fikir ayrılığı səbəbiylə baş direktorluq vəzifəsindən ayrıldığını açıqlayıb.
Erməni müxalifətçiləri Paşinyanın baş nazir olmasını istəyirlər
Nikol Paşinyanın baş nazir olması üçün 13 səs çatmır. Onun başçılıq etdiyi "Elk" fraksiyası və "Sarukyan" bloku parlamentdə 40 mandata sahibdir.

"Elk" müxalifət fraksiyası Ermənistanın baş nazir postuna öz başçıları və etiraz hərəkatının rəhbəri Nikol Paşinyanın namizədliyini irəli sürüblər.
Etirazçılar Serj Sarqsyanı istefaya göndərdilər
Ermənistanın sabiq prezidenti və hazırkı baş naziri Serj Sarssyan istefa verdiyini elan edib.

S. Sarqsyan hökümətinin mətbuat xidmətindən verilən xəbərdə deyilir ki, o, son günlər Yerevanda etiraz aksiyası keçirənlər də daxil olmaqla bütün vətəndaşlara "axırınıcı dəfə" müraciət edib.
TƏCİLİ-Tver vilayətində yardıma möhtac 4 uşaqlı azərbaycanlı ailənin ANASI vəfat etdi
Bir müddət əvvəl Tverdə yaşayan çoxuşaqlı azərbaycanlı ailəsinin maddi durumunun acınacaqlı və yardıma ehtiyacı olduğu haqda məlumat vermişdik. Bu xahişlə redaksiyamıza bu ailəni tanıyan və uzun zamandır yardım edən bir türk dostu müraciət etmişdi. Saytımızda gedən xəbərdə o da deyirdi ki, Elman Babayevin həyat yoldaşı Nataşa ağır xəstəlikdən əziyyət çəkir və Moskva xəstəxanalarının birində müalicə olunur. Bu gün soydaşımızın xanımı müalicə olunduğu xəstəxanada vəfat edib.
Rusiyada Facebook qapadıla bilər
Telegramdan sonra Facebook ... Rusiyada Facebook qapadıla bilər... Roskomnadzor: "indidən təşvişə düşməyin"- deyir. Bu hələlik bir ehtimaldır...

Roskomnadzor: (Rabitə, Informasiya texnologiyaları və kütləvi kommunikasiya sahəsinə nəzarət üzrə federal xidməti) Facebook-u qapada bilər. Bunu idarənin rəhbəri Aleksandr Jarov "İzvestiya" qəzetinə müsahibəsində deyib. "Əgər Facebook sosial şəbəkəsi Rusiya qanunvericiliyinin tələblərinə tabe olmazsa, o zaman qapadıla bilər".
Başqırdıstan məktəbində olay-yeniyetmə sinif yoldaşlarını bıçaqla yaraladı, sinfə od vurdu
Başqırdıstanın Sterlitamak şəhərində əqli qüsurlu şagirdlərdən ibarət -korreksiya sinfində oxuyan 17 yaşlı yeniyetmə şagirdləri və müəllimi bıçaqla yaralayıb və sonra yanğın törədib.
Tarix : 26-02-2014, 14:26
Xocalı monoloqu
Tarixin uzun sürən müharibələri olub, bəli. Amma o keçmişdən təsəlli umaraq gələcəyə köklənməklə torpaq qayıdarmı? Əgər torpaq tapdaq altında, qəbirlər qəribdirsə, hələ Xocalıya doğru gedən yol zaman keçdikcə qısalmırsa, hələ orada ölən baba, şişə taxılan nəvə, əmcəyi kəsilən ana, sinəsini sipər edən əsgərin yarasından qan axırsa...

Monoloqumuzun şah ifadəsi –“Siyasətin uğuru”ndan danışmağa utanıram. Hələ dilimizin ağılarını yenidən aranjiman edib, faciənin çözümü sanki kim daha yanğılı yazar, çalar, oxuyub ağlada bilərlə məhdudlaşırsa... Hələ oradayıqsa... Hələ də, cümlələrimizi -sa-sə şəkliçisiylə yazıb üsyanımıza belə şərt qoşuruqsa... O zaman bu monoloqda dəyişən nədir?

O gecədən bu ğunə şəkillərdən boyalanan tarixlə təxəyyülümüzdə qurduğumuz mono-dialoqa nə əlavə edə bilmişik ki...

Xocalı Azərbaycanın faciə monoloqudur. Hər il fərqli-fərqli ifalarda səsləndirib, naləli cümlələri xəbərin yanına gətirib vurğusunu artırmaqla beləcə bir ili yola salırıq.

O gecə ona nağıl danışan babasının başı üstündə ağlayaraq: "-Dur, baba, dur, gedək! Bu soyuq torpaq üstündə yatdığın yetər! Davalı kino, dava-dava oyunu bitəndə hamı yenidən dirilir, axı!-deyən uşağın monoloqundakı vurğu isə dəyişməyib. Onun sözü və özü vurulub,yerə sərilib. Onun keçmişinin təsəllisi yerdən qalxmayacaq, müharibəni nağıl kimi anladan babasından “nağıl da gerçək olurmu?” sualına cavab almayacaq. Onun oyununun qaydasını pozan düşməndir, dəyişəcək yerinə qoyacaq olan bizsə hələ yol gedirik neçə ildir. Nə fərqi var 2, ya 22 il olsun.

Biz hardayıq? 22 il əvvəl haradaydıqsa yenə orada.
Əslində Xocalı haqqında yazmaq üçün hər kəs 1-2...22 il bundan əvvəl yazdıqlarının böyür -başını rəndələyib, naxışlayıb, qara şərçivəyə salıb yenə yaddaşının divarından assın.

O baba və onun başı üstündəki uşaq böyüməyib. Onlar üçün dayanan zaman o torpaq üçün də dayanıb. Xocalıda hələ də 1992-ci ildir.Hələ də orada insanları öldürürlər. Hələ də səslər eşidilmir.

Biz... Biz də yenə ordayıq. Kitab arasına sıxışmış ütülü kəlmələrdən Xocalıya boylanıb dilin bədii təsvir və üslubunun imkan verdiyi qədər cəzbedici sözlərlə Xocalıya ismarıc yollayırıq.

Faciənin rəngini sifətin gücləndirmə dərəcəsində olan sözlərdən istifadə etməklə Xocalıya ismarıc göndərərək illərdir yazırıq. Yenə sözlərin Xocalıya elçi göndərildiyi gündəyik, yerdəyik. Bəs biz-özümüz nə zaman gedəcəyik Xocalıya?!

Faciə yaşın gəldi, bala. Sən yenə -Baba dur, dava-dava oyunu, kinosu bitəndə ölənlər qalxır. Sən də qalx. Bu neçə illərdə danışanlara bir ismarıc da sən göndər. De ki, gerçək mən, nağıl olan sizsiniz. Hələ də “siyasətin uğuru” vurğusunda Məlikməmmədi quyudan çıxaracaq ipi gözləyirsiniz. İpin ucu kimin əlində olduğunu bilə-bilə.


Tünzalə Vəliqızı, Moskva
26.02.2014




Baxış: 1331 | Bölmə: Yazarlar, Tünzalə Vəliqızı, slayd1
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yazarlar
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru