RUS ALİMLƏRİNİN XARİCİLƏRLƏ ÜNSİYYƏT QAYDALARI SƏRTLƏŞDİRİLİR
Rus ailmləri xarici həmkarlarları ilə elmi mübadilə aparmaq üçün xüsusi icazə almalı və bu prosesdə bütün danışıqlar qeydə alınıb ali təhsil və elm nazirliyinə təqdim edilməlidir. Bir sözlə alimlərin elmi -praktik konfransları, görüşləri tam nəzarətə götürülür.

Rusiya ali təhsil və elm nazirliyi rus elm adamlarının xarici həmkarları ilə əlaqə qaydalarını sərtləşdirən qanun hazırlayır. Sənədin surəti "Trotsk varınatı" ("Trotskiy varinat") qəzetində dərc olunub. Rusiya Elmlər Akademiyası texnika elmləri üzrə doktoru, professor Aleksandr Fradkovun bu əmrlə bağlı açıq etiraz məktubu da adıçəkilən qəzetdə yer alıb.

FACEBOOK  SƏSLI MESAJLARI GİZLİNCƏ DİNLƏYİRMİŞ
Bir həftə əvvələ qədər Facebook audio-faylları dinləyirmiş. Bunun da istifadəçi anlaşmasında razılaşdırıldığını deyib. Yəni istifadəçilərin bilgisi daxilində olduğu deyilir.

Bloomberg agentliyi Facebook kompaniyası istifadəçilərin səsli mesajlarını açmaq üçün buna yüzlərlə muzlu işçi cəlb etdiyi faktını açıqlayıb.

Anonim mənbə bildirib ki, korporasiyanın rəhbərliyi qarşısına səsli mesajların yer və zamanını gizli saxlamaqla audoi-faylların oxunması məsələsini qoyub. İşçilər bunun nəyə lazim olduğunu bilmədən təəccüblə dinləyiblər.
Mariya Zaxarova: Rusiyanın Qarabağın statusu haqqında fikri dəyişməzdir
Rusiya XİN yetkilisi Mariya Zaxarova bu fikri jurnalistlər üçün keçiridiyi bugüngü brifinqdə səsləndirib.

"Bizi Azərbaycan və Ermənistan münaqişə xəttində sakitliyin müşahidə olunması məmnun edir. Bununla yanaşı, tərəflərin müxtəlif yollarla bir-birini ittiham etməsi də narahatçılıq yaradır"-deyə Zaxarova qeyd edib.

Bu cür ritorikalar danışıqlar prosesində əlverişli şərtlərin formalaşdırılmasına və konfliktin həll olunmasında kompromiss variantlar axtarmağa imkan vermir- Rusiya xarici siyasət qurumundan qeyd ediblər.

"Rusiya Dağlıq Qarabağın son statusunun Azərbaycan və Ermənistan arasında danışıqlar yolu ilə müəyyən edilməsindən yanadır"-deyə XİN nümayəndəsi göstərib. Onu da əlavə edib ki, rəsmi Moskvanın mövqeyində heç bir dəyişiklik yoxdur.

Xarıtladaq ki, avqustun 7-də Ermənistan baş naziri Nikol Paşinyanın tanınmamış Dağlıq Qarabağ respublikası haqqında "Bura Ermənistandır"-deməsi Azərbaycan tərəfindən qəzəblə qarşılanıb.

Yenises.ru
Sabiq qırğız prezidenti Atambayevin rezidensiyasına basqın davam edir

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin rezidensiyasına basqında yaralananlar Dövlət Milli Təhlükəsizlik komitəsi əməkdaşlarının sayı artır. Almaz Atambayevi tutmaq üçün xüsusi əməliyyatda iştirak edən DTK əmdaşaları arasında yaralananların sayı 27 nəfərə çatdığı haqda RİA Novosti-yə komitənin mətbuat xidmətindən xəbər verilib.
Lukaşenkonun "oyunu" özünə baha başa gələ bilər
Lukaşenkonun Rusiyaya inteqrasiya məsələsini qarşı tərəfə təzyiq vasitəsinə çevirməsinə "Bulba Prestolov" Teleğram kanalı toxunub. Dni.ru iformasiya portalının Telegram kanala istnadən yazdığına görə Belorusiya prezidenti Aleksandr Lukaşenkonun başı üstündə qara buludlar dolaşır. Rusiya rəhbərliyi Batkanın şərtləri ilə inteqrasiyaya razı deyi-deyə ekspertlər xəbərdarlıq ediblər. Onların sözlərinə görə Rusiyada belorus liderinə kimsə güvənmir və onunla ünsiyyətdən qaçırlar.

Son zamanlar Belorusiyada qərbyönlü millətçilik baş qaldırıb-deyə "Bulba Prestolov "Telegram kanalın müəllifləri bildirirlər. Buna görə Rusiya Aleksandr Lukaşenko rejiminin maliyyələşdirilməsinin məqsədəuyğun olduğuna daha çox şübhə edirlər.
Rusiya XİN-dən ABŞ və Almaniyanın 3 avqust aksiyasını işıqlandırmasına   etiraz
RF Xarici işlər nazirliyinin ABŞ və Almaniyaya onların diplomatları və mediasının Rusiyanın daxili işiniə qarışması ilə bağlı rəsmi müracət göndərəcəyini qurumun nümayəndəsi Mariya Zaxarova "Bazar axşamı Vladimir Solovyevla" proqramında açıqlayıb. Bu avqustun 3-də Moskvada keçirilən icazəsiz mitinqin işıqlandırılması ilə əlaqəlidir.

Situasiyanı araşdırmağı xarici işlər nazirliyinin nümayəndəsi Mariya Zaxarova təklif edib.

"Mən düşünürəm ki, ABŞ rəhbərliyi onun diplomatlarının Rusiyanın daxili işinə qarışmalarına təəccüblənəcəklər"-deyə qeyd edib.

RUBRIKA: Belə də olur - SƏYYAR MAĞAR

Axşam aldığım xəbəri kənddən uzaqda yaşayan eloğlu ilə bölüşmək üçün zəng elədim:
--Salam, əmioğlu. Loxəbərlik olmasın, Məmmədəlinin ölümündən xəbərin var?
--Salam. Var, əmioğlu, var.
Moskvadakı icazəsiz mitinqdə 600 nəfər saxlanılıb
DİN-nin paytaxt rəhbərliyindən verilən məlumata görə avqustun 3-də Moskvada keçirilən icazəsiz aksiyada 1500 adam iştirak edib və onlardan 600 nəfərə yaxını saxlanılıb. Bu haqda RİA Novostinin məlumatında deyilir.
Moskvanın mərkəzində yanan binanın söndürülməsində 24 texnika və 2 vertolyotdan istifadə edilib
Bu gün səhər səhər saat 6:18 radələrində Moskvanın mərkəzində- Dubninsk küçəsi ev 41/4 ünvanında olan dördmərtəbəli binada yangın baş verib. Fövqəladə hallar nazirliyindən verilən məlumata görə yanğın 5 min kvadratmetr sahəni əhatə edib. Yanğını n söndürülməsində 80 nəfər yangınsöndürən, 24 texnika, o cümlədən 2 vertolyot iştirak edib. Xilasedicilər yanğının ətrafda yerləşən binalara və eləcəə də yaxınlıqdakı benzindoldurma məntəqəsinə keçməsi təhlükəsinin qarşısını almağa çalışıblar.
[right]Rusiya pasportu alan ukraynalılar sorğuya çəkilirlər
Ukraynanın hərbi prokuroru Anatoli Matios bəyan edib ki, Rusiya pasportu almaq üçün müraciət edən Donetsk və Luqansk vilayətinin sakinləri qurum tərəfindən sorğuya çağırılıb. O, bunu "Radio NV" -yə müsahibəsində söyləyib.

Hərbi prokuror müstəntiqlərin qanun çərçivəsində hərəkət etdiklərini qeyd edib. Matiosun sözlərinə görə hərbi prokurorluq baş verənlər haqqında tam təsəvvürə maikdir və Rusiya pasportu almaq üçün ərizə verən Ukrayna vətəndaşlarının şəxsiyyətini müəyyən etməklə məşğuldur.

ABŞ administrasiyasında Rusiyaya qarşı ikinici sanksiya  paketi hazırlanır
Birləşmiş Ştatlar Skripal işinə görə Rusiyaya qarşı ikinci sanksiya paketi hazırlayır. Bu haqda RİA Novostiyə ABŞ administrasiyasının nümayəndəsi məlumat verib.
Rusiya yığmasının azərbaycanlı oyunçusu Aleksandr Səmədov karyerasını başa  vurdu
35 yaşlı idmançı özünün bu qərarını İnstagram səhifəsindən açıqlayıb.

"Əziz dostllarım, yaxınlarım, azarkeşlərim! Futbolçu kimi özümün idman karyeramı başa vurmağın zamanı gəldi. Uzun illər sizin mənim yanımda olduğunuzu bilərək yaşadım, işlədim, oynadım,arzuladım, planlar qurdum. Sizin mənimlə və Rusiya futbolu ilə qürur duymağınız üçün qələbəyə nail olmağa çalışdım. Mən idmançı, futbolçu və şəxsiyyət kimi yetişmək istədim. Bu arzularım gerçəkləşdi. İstədiyimə çatdım! Mən xoşbəxtəm ki, siz hər zaman mənə inandınız, dəstəklədiz, həyəncanlandınız, irəli getmək, daha böyük uğurlar əldə etmək üçün güc verdiniz!"-deyə futbolçu yazıb.
Sobyanin icazəsiz mitində təxribat ola bilıcəyindən xəbər verib
Sobyanin xəbərdarlıq etdi. Mitinqi təşkil edənlərlər də, oara gələnlər də təxribat törətməyə hazırlaşırlar. Lakin bunun qarşısı alınacaq.

Bu günə təyin olunmuş icazəsiz mitinqində ciddi təxribat baş verəcəyi ehtimalından Moskva meri Sergey Sobyanin özünün Twitter səhifəsindən xəbər verib.


Vüqar Bayramov - Şairin dünyası qız qoxuludu!
Şairin dünyası qız qoxuludu!


Bu yay axşamında bahar havası,
Təbiət bu gecə yaz qoxuludu!
Hamının dilində şirin arzular,
Hamının dodağı söz qoxuludu!

Gözlər intizarda, qəlb həvəsdədi,
Hamı bir arzuda, bir nəfəsdədi.
Qulaqlar həsrətlə xırda səsdədi,
Həsrətin vüsalı naz qoxuludu!

Xəbəri titrətdi küləklər kimi,
Gəldi gecə yarı, mələklər kimi.
Muştuluq həvəsli ürəklər kimi,
Ocaq qoxuludu, köz qoxuludu!

Açıldı cığırım, izim dünyaya,
Qəlbimdən gələni yazım dünyaya.
Bu gecə göz açdı qızım dünyaya,
Şairin dünyası qız qoxuludu!


22.07.2018

Dünya mənim gözümdə bu baxışın boydadı.

Elə şirin baxırsan səddin, çəpərin yoxdur,
Sən elə bir duyğusan ölçün, qədərin yoxdur.
Səninlə gözəlləşib həyat xəbərin yoxdur,
Dünya mənim gözümdə bu baxışın boydadı.

Balalar gül doğulur, balalar çiçək olur,
Çirkin körpə görmədim, hamısı göyçək olur.
Bu məsum baxışında arzular gerçək olur,
Dünya mənim gözümdə bu baxışın boydadı.

Ömrümün hər saatı, dəqiqəsi, anısan,
Özünü çox sevərsən gözlərimdə tanısan!
Atanın gül qızısan,ürəyisən, canısan,
Dünya mənim gözümdə bu baxışın boydadı.

26.02.2019
Rusiya səfirliyi xəritədə Krımı Ukraynanınkı kimi göstərib
Rusiya səfriliyi Twitter səhifəsindəki paylaşımında Krımı xəritədə Ukrayna ərazisi kimi göstərdi. Ukrayna XİN-i də təşəkkür edərək davamını digər qurumlardan gözləyirik-deyə repost yazdı.

Rusiyanın Böyük Britaniyadakı səfriliyi Twitter səhifəsində Krımı Ukrayna əraizisi kimi göstərib.

Rusların yarısının əmək haqqı 35 min rubldan az imiş
Rosstat-ən məlumatlarına görə, böyük və orta müəssisələrdə işləyən rusların yarısı 34,335 rubldan az gəlir əldə edir. Nisbətən yüksək maaşı olan balıqçılardır.

Peskov Putinlə Zelenski arasındakı  telefon söhbətindən danışdı
Prezident seçilləndə təbrik etmədi, lakin prezident kimi qəbul edib telefonla danışdı. İlk cümləsi "Salam" olub-deyə yazır Rusiya mətbuatı. Salam verməkdə qeyri-adi nə olduğu anlaşılan deyil. Yəni "Alo" deməyibmi? Nə isə ki, prezidentlər arasında olan telefon söhbətini Peskov şərh edib.

Gürcüstan prezidentindən  Putinin sanksiyalara dair sözlərinə reaksiya
Zurabişvili Moskva ilə münasibətləri düzəltməyə hazırdır. Rusiyaya ilımlı mövqeyinin ölkəsində tənqidlə qarşlanacağına gəlincə "Kimsə mənə vətənpərvərlik öyrədə bilməz"-deyib.

Gürcüstan prezidenti Salome Zurabişvili rusiyalı həmkarı Vladimir Putinin Moskvanın Tiflisə qarşı sanksiyalar tətbiq etmək istəmədiyi bəyanatını alqışlayıb. Bu barədə Associated Press-ə müsahibəsində deyib.
Tarix : 21-04-2014, 23:45
 “YAZI” HAVASI
Qələm dostumuz Qulu AĞSƏSİN 45-ci doğum gününə...

“ - Ədəbiyyatda sevmədiyim janr – novelladır. Sonu gözlənilməzliyə aparır. Vaxt ıitirib oxumuram.
- Təsadüfə bax, mənim bir kitabım var, adı “Nabran novellası”dır. Vaxt tapıb oxuyarsan”.


...Həmişə zarafatcıl, söz altda qalmayan, gözlənilməzliklərlə dolu bir insan var.
İnsanları, hazırcavab olmasalar da, heç olmasa hazırsual görmək istəyir.
Sözü Allaha bənzədir, ona məsuliyyətlə yanaşır və hörmət edir.
Özünü yazmaqdan qoruyur, az yazması üçün Allah dua edir, öz-özünü heyrətləndirməyi sevir.
Bəlkə də, bazar günü dünyaya gəldiyindəndir ki, “Sözün də bazar günü var!” deyir.
Söhbətin kimdən getdiyini əlbəttə ki, bildiniz - bəzi fikir ayrılıqlarımıza və ədəbi çəkişmələrimizə baxmayaraq Dost və Qardaş dediyim, ailəsində - yaxşı ata və mehriban həyat yoldaşı, ədəbiyyatda - gözəl şair, istedadlı publisist, Cəfər Cabbarlını belə redaktə etməyə hazır olan redaktor, sayılan, seçilən ziyalılardan biri - Qulu Ağsəs.

1969-cu il aprelin 20-də “dünya” adlı kəşməkeşə baş vuran Qulu müəllim 45 yaşını qeyd edəcək bu ay.
45 yaş! Bu, nə azdır, nə də çox... Həyata keçirmədiyimiz arzularımız, yazmadığımız əsərlər, demədiyimiz sözlər baxımından - nə yaşdır ki, qırx beş! Etdiyimiz yalnışlıqlar, unutduğumuz vədlər baxımından isə - çoxdur...

İnsan, dünyaya gələrkən Tanrıdan savayı kimsə onun kim olacağını bilmir; müəllimmi, həkimmi, mühəndismi, yazarmı?.. Bəlkə də, yenicə doğulanda, bunu biz özümüz bilirik, amma zamanla unuduruq. Dünya o qədər müəmmalı və sirlidir ki... bəzən səhv peşə seçib sonadək mənasız ömür sürürük, bəzən yolun yarısında səhvimizi düzəldib sevdiyimiz sənətə dönürük... Qulu Ağsəs isə – ilk dəfədən sevdiyi sənəti seçən, ilk addımından düz yola qədəm qoyan və amalına inananlardandır.

“Qələm yazıçının aləti yox, bədəninin bir üzvüdür”, - deyən yazarın Frans Kafka olduğunu bilməsəydim, bu - Qulu Ağsəsin sözləridir, deyə düşünərdim.

Qulu Ağsəs yaradıcılığı haqqında bir çox kamil insanlar: Anar, F.Qoca, Ç.Əlioğlu, V.Bəhmənli maraqlı fikirlər söyləyiblər. O da, öz növbəsində tanıdığı şəxsiyyətlər haqda (V.Səmədoğlu, R. Rövşən, H. Əliyev, M. Müslümov və s...) gözəl yazılar yazmışdır.

O, həyatdan, zamandan, dövrün problemlərindən yazır, lakin elə qəribə, elə özünəməxsus tərzdə yazır ki, “biz niyə bu cür düşünmürdük”, – deyə təəccüblənirik. Hərdən mənə elə gəlir ki, Qulu Ağsəs üçün ağ rəngin spektrində yeddi deyil, doqquz və ya daha artıq rəng var. Onun eynəyindəki şüşələrin qeyri-adi olmamasına da şübhəm var, çünki bu insan hər şeyi daha fərqli görür və daha fərqli izah edir. O, mənim nəzərimdə həm də bir rəssamdır – bəzən reallığı nura boyayıb ürəkləri işıqlandırır, bəzənsə sirli bir duvağa bürüyüb, cözmək amacıyla baş sındırmağımıza kənardan tamaşa edir. Qəribəliklərdən biri də odur ki, onun yazılarını, hətta müsahibələrini oxuyarkən səsini eşidirsən sanki.

Qulu müəllimin qadınlar haqda fikirləri çox maraqlıdır. O, “qadın mənimçün kimdi...”, - deyə düşünür və belə yazır:
“Qadın mənimçün Anadı – doqquz ay sərasər bətnində böyümüşəm, döçündən süd içmişəm, laylasına uyumuşam, dizinə baş qoyub yatmışam, namusunu qorumuşam... alqışı üstümdə olub...

Qadın mənimçün Sevgidi – həmişə vüsalına can atdığım, başına döndüyüm, qadasını aldığım, gecəmi səhər eləyən, yatanda üzümü Allaha çevirən, sirrini ölüncə anlamadığım sevgi...

Qadın mənimçün Şeytandı – insanları yolundan çıxaran, müharibələrə sürükləyən, qanunları pozan, hər şeyi öz iradəsinə tabe etdirən, bəzən nə istədiyini özü də bilməyən mələk simalı Şeytan...

Qadın mənimçün Koddu – yığıb da heç yerə düşmədiyim, hər qatının altında bir qat da gizləyən, hərdən Allaha, hərdən Şeytana yığılan Kod...

Qadın mənimçün Örnəkdi – mən Kişiliyi arabir ondan öyrənirəm...”

...Mən, Günəşin öz nurunu doyasıya saçdığı, bol-bol isitdiyi zamanları çox sevirəm. Şeirlərimdə, hekayələrimdə göylərin o gözəl, nurlu çırağının adını dəfələrlə, sevə-sevə anıram. Bu, ilin doqquz ayının soyuq və qaranlıq keçən qürbət diyarda yaşamağımla bağlı deyil. Bəlkə, bir qədər təsiri var... amma elə yaddaşım iz tutalı Günəşin vurğunu olduğumu xatırlayıram. Elə bilirəm ki, onun qırılıb düşmüş bir parçasıyam... Hətta, belə bir möçüzəyə - “ulduz” deyiləndə, özümü təhqir olunmuş hesab edirəm. On beş-on altı yaşlarında bir şeir də yazmışdım:

Günəş, mən sənin qızınam,
Günəş, sən mənim anam!
İstəyirəm sənin kimi
Mən də göylərdə yanam.

Ya mənə aç qucağını,
Çağır yanına gəlim,
Ya da mənə elə od ver
Yerdə “göyə yüksəlim”
!


Belə bir sevgiyə Qulu Ağsəsdə də rast gəlmişəm: “...mənim üçün fəslin, havanın heç bir önəmi yoxdu. Əsas odur ki, Günəşi görüm. Günəşi görməyəndə özümü pis hiss edirəm. Günəş çıxmayanda, istəyirəm ona bir təqvim alıb göndərəm ki, baxıb işini görsün” Q. A.

Məhəmməd Füzuli ilə Məcnun yaşlarında görüşmək arzusunda olan Qulu Ağsəs, hər deyəndə sevgidən yazmır, lakin yazanda sarsılırsan... Onun sevgisinin taleyinə biganə qala bilmirsən. Şairin aşağıdakı misraları diqqətimi çəkir:

Urəyində.... bir arzu tut.....
Di ....böl onu iki yerə...
Eşqinnən dönən namərddir,
Yenə gəl həminki yerə.

və ya
Atdı məni o ağıllı,
Atmayıb neyləyəsiydi...
Təzədən mən divanəni
Dəlimi eyləyəsiydi?


Eşqindən dönməyi, “sevirəm” sözünü geri götürməyi – namərdlik sayır Qulu müəllim, sevənlərə divanə deyib, Məcnun zirvəsinə ucaldır.

İnsan üçün ən dəyərli və vazkeçilməz iki varlıq, iki məfhum var – Ana və Vətən. İnsan, körpəliyində Anasına, böyüdüyündə isə Vətəninə bağlanır və hər ikisinə ölüm gününəcən ehtiyac duyur. Qulu Ağsəsin Vətən məhəbbəti, torpaq həsrəti – açıb abartnadığı, yerli-yersiz dilinə almadığı, haradasa gizli, haradasa titrək və kövrək bir nisgilə bənzəyir. O, öz doğma kəndi Abdal Gülblıya olduqca incə, zərif bir sevgiylə yanaşır. Bu sevgi nə qədər zərifdirsə, bir o qədər də böyükdür, sonsuzdur. Abdal Gülablını insana bənzədir Qulu müəllim, sanki, bu sadəcə bir kəndin adı deyil, insan adı və soyadıdır - Abdal Gülablı!..
Ötən ilin iyun ayında “Kaspi” qəzetində Qulu müəllimin “Qarabağ şikəstəsi” seirini oxumuşdum. Sağalmayan ürək yaramız olan Qarabağa saysız-hesabsız şeirlər yazılıb, amma belə qəribəsinə ilk dəfəydi rast gəlirdim:

Balamın canına,
atamın goruna,
işğal gününə...
- gör nəyə and içirəm
səni çox sevdiyimdən şeir yazmadım şəninə.
Elə bilərsən
bayrağın qara rəngi olduğundan utanıb yazmadım,
azadlığın boynunda üzəngi olduğundan utanıb yazmadım.
Yoox!
Dedim, birdən şeirim
peşəkar ovçunun öz adaxlısını gülləylə vurub
qaçırmağına bənzəyər,
memarın, qurduğu qalanı
sevincdən öz başına uçurmağına bənzəyər.
Ona görə heç nə yazmadım şəninə.
Gör nəyə and içirəm:
balamın canına,
atamın goruna,
işğal gününə...
:


Nə demək olar?! Artıq şərhə ehtiyac yoxdur məncə. Bircə onu demək istəyirəm ki, kaş elə bir gün gəlsin ki, hamımızın müqəddəs and yerimiz - Qələbə günü olsun! Və bu andı kimsə poza bilməsin!

Əslində, bütün şairlər, dünyaya gələndən fərqli bililəridir. Kimsəyə bənzəməyən həyati görüşlərilə, üsyankar, amma çox kövrək ruhlarıyla, ən bəsit şeyə belə müstəsna baxışlarıyla... Bütün insanlar adi çümlələrlə, şairlər isə - misralarla danışarlar. Hər kəs eyni mövzuda söhbət edərkən, şairin fikri tamam başqa bir yerdə olar. Hamı məişət qayğılarıyla dolu olarkən, şairin xəyalı azad bir aləmdə dolaşar. Budur şair aqibəti, şair taleyi!
Qulu Ağsəsin öz müsahibələrindən birində dediyi kimi: “Ağlı başında olan arvadın heç biri şair və ya yazıçı ərindən məişət problemləri barədə soruşmaz...” Bu əlbəttə ki, zarafatcıl şairin zarafatla dediyi cümlədir, amma hər zarafatda müəyyən faiz həqiqətin var olması da bəllidir.

Bir qayda olaraq, Qazağı - şairlər diyarı, Qarabağı - musiqiçilər və nəğməkarlar diyarı düşünürük. Qulu Ağsəs də, hər bir qarabağlı kimi, musiqini çox sevir. Səxavət Məmmədovun pərəstişkarı və təbliğçisidir. Ötən ilin noyabr ayında mərhum xanəndənin 60 illik yubileyinin təşkilində böyük əzmlə və cidd-cəhdlə çalışmışdı. Təvazökarlığındandırmı, yoxsa həqiqətdirmi, bilmirəm, amma dediyinə görə, özünün mahnı oxumaq istedadı yoxdu. “Ürəyimdə yaxşı oxuyuram və mənə elə gəlir ki, elə hamıdan yaxşı mən oxuyuram. Əslində hamının qəlbində öz havası var”, - deyir.
Nə deyir desin, adını daha mükəmməl edən Ağsəs təxəllüsü ( bunun onun atasının adı olduğunu çoxları bilir) təsadüfi deyil. Bəlkə, mahnıda olmasa da, şeirlərində bütün səslər, vurğular və durğular yerli-yerindədir. Hər necə olsa, bir onu bilirəm ki, Qulu Ağsəsin yazmaq havası var; bu hava təbəssüm təravətli və həqiqət ətirlidir. Onun üçün “yaz havası deyil, yazı havası” önəmlidir.

«Həqiqət qarşısında çoxu baş əyir. Sevdiyindən yox, həqiqətin gözünün içinə baxa bilmədiyindən», - deyən və çox şeyi zarafatyana desə də, qərar vermək anında soyuqqanlı və qətiyyətli olan dostuma üz tuturam:
Dünya - həm amansız ciddiyyət, həm də böyük zarafatdır! Belə dünyanı hər yönüylə maraqlı yaşaya bildiyinçün sənə qibtə edirəm! Bu, bir istedaddır və o istedad hər adama nəsib deyil. Hər kəs eyni olsaydı, Qulu Ağsəslər kimi seçilmişlər də olmazdı.

45 yaşın mübarək olsun, qardaşım! Özün dediyin kimi: “Hələ ömrün günortasıdır!”

Sənə, hər şeydən öncə, uzun, mənalı illər və təkrarı olmayan gözəl mövzular düşünə bilmən üçün yenilməz ruh diləyirəm! “Gözüm Tanrı taxtındadır”, - desən də, sənə şeir taxtı, şair baxtı arzulayıram!”
Və... şairdən şairə, qələmdən qələmə - bu şeiri hədiyyəm olaraq qəbul et...

Ərkim elə sənə çatır, ay qələmim!
Elə sənə sığınıram söz düşəndə ürəyimə...
Yerdən-göydən üzüləndə əl-ayağım,
Köz düşəndə ürəyimə..

Şad günümdə,
nur çiləyib sətirlərə, süslənirsən...
Şərik olub sevincimə,
Sevgi dolu,
Günəş dolu şeirlərin arasında gizlənirsən.
Şənim – şənin,
Təbim - təbin!
Qurumaz ki, mürəkkəbin, -
ürəyimin qanı ilə bəslənirsən.
Sirdaşımsan!
Sağlığımda tutalqacım,
öldüyümdə baş daşımsan!

İlhamımın xəbərçisi, ya nəyisən?
İlahinin söz oxumu,
yoxsa durna lələyisən?
Ya sumusan, havamısan?
Varlığımdan axıb gələn
duyğuların davamısan!
Barmağımın ucundasan...
Urəyimin döyüntüsü gücündəsən...

Bəzən olur,
bu dünyaya küsən zaman
əl yorulur, qol yorulur.
Ürəyimdən sənə gələn yol yorulur;
Ərkim yenə sənə çatır,
tullayıram bir tərəfə,
gözlərimdən itirirəm.
Nə gizlədim,
sənsizlikdə özümü də bitirirəm.
Sənsə, yenə incimirsən, dönəcəyi yaxın dostum!
Bağışlayıb məni könül yarasına,
barışırsan...
Yenə keçib barmaqlarım arasına,
yol gedirsən qarasına;
Ağ vərəğə misra-misra sığal çəkir,
göz yaşıma qarışırsan...”
.


14.03.14.
Moskva




Baxış: 1426 | Bölmə: Yazarlar, Afaq Şıxlı
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ən çox oxunanlar
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru