Tramp  G7-nin Rusiya barədə  məxfi məlumatını sızdırdı
Dünya "Böyük 7-lər"ə geri dönməyə can atmayan Rusiya haqqında müzakirərlərdə ikiyə bölünüb. Amerika lideri gizlilik pərdəsini qaldırıb.

RF-nın G7-yə dönməsi məsələsinin qızğın müzakirəsi fonunda Donald Tramp ola bilsin ki, təşkilatın növbəti sammitində Vladimir Putinin də dəvət olunacağını xəbər verib. Amerika liderinin sözlərindən Blumber agetliyi sitat gətirib. Eyni zamanda Peyter agentliyi də məlumat verib ki, G7-lərdə Moskva haqqında danışıqlar olduğunu Tramp təsdiq edib, lakin qeyd edib ki, Rusiyanın "Böyük yeddilərə" dönəcəyi haqqında bir şey deyə bilməz.

RUS ALİMLƏRİNİN XARİCİLƏRLƏ ÜNSİYYƏT QAYDALARI SƏRTLƏŞDİRİLİR
Rus ailmləri xarici həmkarlarları ilə elmi mübadilə aparmaq üçün xüsusi icazə almalı və bu prosesdə bütün danışıqlar qeydə alınıb ali təhsil və elm nazirliyinə təqdim edilməlidir. Bir sözlə alimlərin elmi -praktik konfransları, görüşləri tam nəzarətə götürülür.

Rusiya ali təhsil və elm nazirliyi rus elm adamlarının xarici həmkarları ilə əlaqə qaydalarını sərtləşdirən qanun hazırlayır. Sənədin surəti "Trotsk varınatı" ("Trotskiy varinat") qəzetində dərc olunub. Rusiya Elmlər Akademiyası texnika elmləri üzrə doktoru, professor Aleksandr Fradkovun bu əmrlə bağlı açıq etiraz məktubu da adıçəkilən qəzetdə yer alıb.

FACEBOOK  SƏSLI MESAJLARI GİZLİNCƏ DİNLƏYİRMİŞ
Bir həftə əvvələ qədər Facebook audio-faylları dinləyirmiş. Bunun da istifadəçi anlaşmasında razılaşdırıldığını deyib. Yəni istifadəçilərin bilgisi daxilində olduğu deyilir.

Bloomberg agentliyi Facebook kompaniyası istifadəçilərin səsli mesajlarını açmaq üçün buna yüzlərlə muzlu işçi cəlb etdiyi faktını açıqlayıb.

Anonim mənbə bildirib ki, korporasiyanın rəhbərliyi qarşısına səsli mesajların yer və zamanını gizli saxlamaqla audoi-faylların oxunması məsələsini qoyub. İşçilər bunun nəyə lazim olduğunu bilmədən təəccüblə dinləyiblər.
Mariya Zaxarova: Rusiyanın Qarabağın statusu haqqında fikri dəyişməzdir
Rusiya XİN yetkilisi Mariya Zaxarova bu fikri jurnalistlər üçün keçiridiyi bugüngü brifinqdə səsləndirib.

"Bizi Azərbaycan və Ermənistan münaqişə xəttində sakitliyin müşahidə olunması məmnun edir. Bununla yanaşı, tərəflərin müxtəlif yollarla bir-birini ittiham etməsi də narahatçılıq yaradır"-deyə Zaxarova qeyd edib.

Bu cür ritorikalar danışıqlar prosesində əlverişli şərtlərin formalaşdırılmasına və konfliktin həll olunmasında kompromiss variantlar axtarmağa imkan vermir- Rusiya xarici siyasət qurumundan qeyd ediblər.

"Rusiya Dağlıq Qarabağın son statusunun Azərbaycan və Ermənistan arasında danışıqlar yolu ilə müəyyən edilməsindən yanadır"-deyə XİN nümayəndəsi göstərib. Onu da əlavə edib ki, rəsmi Moskvanın mövqeyində heç bir dəyişiklik yoxdur.

Xarıtladaq ki, avqustun 7-də Ermənistan baş naziri Nikol Paşinyanın tanınmamış Dağlıq Qarabağ respublikası haqqında "Bura Ermənistandır"-deməsi Azərbaycan tərəfindən qəzəblə qarşılanıb.

Yenises.ru
Sabiq qırğız prezidenti Atambayevin rezidensiyasına basqın davam edir

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin rezidensiyasına basqında yaralananlar Dövlət Milli Təhlükəsizlik komitəsi əməkdaşlarının sayı artır. Almaz Atambayevi tutmaq üçün xüsusi əməliyyatda iştirak edən DTK əmdaşaları arasında yaralananların sayı 27 nəfərə çatdığı haqda RİA Novosti-yə komitənin mətbuat xidmətindən xəbər verilib.
Lukaşenkonun "oyunu" özünə baha başa gələ bilər
Lukaşenkonun Rusiyaya inteqrasiya məsələsini qarşı tərəfə təzyiq vasitəsinə çevirməsinə "Bulba Prestolov" Teleğram kanalı toxunub. Dni.ru iformasiya portalının Telegram kanala istnadən yazdığına görə Belorusiya prezidenti Aleksandr Lukaşenkonun başı üstündə qara buludlar dolaşır. Rusiya rəhbərliyi Batkanın şərtləri ilə inteqrasiyaya razı deyi-deyə ekspertlər xəbərdarlıq ediblər. Onların sözlərinə görə Rusiyada belorus liderinə kimsə güvənmir və onunla ünsiyyətdən qaçırlar.

Son zamanlar Belorusiyada qərbyönlü millətçilik baş qaldırıb-deyə "Bulba Prestolov "Telegram kanalın müəllifləri bildirirlər. Buna görə Rusiya Aleksandr Lukaşenko rejiminin maliyyələşdirilməsinin məqsədəuyğun olduğuna daha çox şübhə edirlər.
Rusiya XİN-dən ABŞ və Almaniyanın 3 avqust aksiyasını işıqlandırmasına   etiraz
RF Xarici işlər nazirliyinin ABŞ və Almaniyaya onların diplomatları və mediasının Rusiyanın daxili işiniə qarışması ilə bağlı rəsmi müracət göndərəcəyini qurumun nümayəndəsi Mariya Zaxarova "Bazar axşamı Vladimir Solovyevla" proqramında açıqlayıb. Bu avqustun 3-də Moskvada keçirilən icazəsiz mitinqin işıqlandırılması ilə əlaqəlidir.

Situasiyanı araşdırmağı xarici işlər nazirliyinin nümayəndəsi Mariya Zaxarova təklif edib.

"Mən düşünürəm ki, ABŞ rəhbərliyi onun diplomatlarının Rusiyanın daxili işinə qarışmalarına təəccüblənəcəklər"-deyə qeyd edib.

RUBRIKA: Belə də olur - SƏYYAR MAĞAR

Axşam aldığım xəbəri kənddən uzaqda yaşayan eloğlu ilə bölüşmək üçün zəng elədim:
--Salam, əmioğlu. Loxəbərlik olmasın, Məmmədəlinin ölümündən xəbərin var?
--Salam. Var, əmioğlu, var.
Moskvadakı icazəsiz mitinqdə 600 nəfər saxlanılıb
DİN-nin paytaxt rəhbərliyindən verilən məlumata görə avqustun 3-də Moskvada keçirilən icazəsiz aksiyada 1500 adam iştirak edib və onlardan 600 nəfərə yaxını saxlanılıb. Bu haqda RİA Novostinin məlumatında deyilir.
Moskvanın mərkəzində yanan binanın söndürülməsində 24 texnika və 2 vertolyotdan istifadə edilib
Bu gün səhər səhər saat 6:18 radələrində Moskvanın mərkəzində- Dubninsk küçəsi ev 41/4 ünvanında olan dördmərtəbəli binada yangın baş verib. Fövqəladə hallar nazirliyindən verilən məlumata görə yanğın 5 min kvadratmetr sahəni əhatə edib. Yanğını n söndürülməsində 80 nəfər yangınsöndürən, 24 texnika, o cümlədən 2 vertolyot iştirak edib. Xilasedicilər yanğının ətrafda yerləşən binalara və eləcəə də yaxınlıqdakı benzindoldurma məntəqəsinə keçməsi təhlükəsinin qarşısını almağa çalışıblar.
[right]Rusiya pasportu alan ukraynalılar sorğuya çəkilirlər
Ukraynanın hərbi prokuroru Anatoli Matios bəyan edib ki, Rusiya pasportu almaq üçün müraciət edən Donetsk və Luqansk vilayətinin sakinləri qurum tərəfindən sorğuya çağırılıb. O, bunu "Radio NV" -yə müsahibəsində söyləyib.

Hərbi prokuror müstəntiqlərin qanun çərçivəsində hərəkət etdiklərini qeyd edib. Matiosun sözlərinə görə hərbi prokurorluq baş verənlər haqqında tam təsəvvürə maikdir və Rusiya pasportu almaq üçün ərizə verən Ukrayna vətəndaşlarının şəxsiyyətini müəyyən etməklə məşğuldur.

ABŞ administrasiyasında Rusiyaya qarşı ikinici sanksiya  paketi hazırlanır
Birləşmiş Ştatlar Skripal işinə görə Rusiyaya qarşı ikinci sanksiya paketi hazırlayır. Bu haqda RİA Novostiyə ABŞ administrasiyasının nümayəndəsi məlumat verib.
Rusiya yığmasının azərbaycanlı oyunçusu Aleksandr Səmədov karyerasını başa  vurdu
35 yaşlı idmançı özünün bu qərarını İnstagram səhifəsindən açıqlayıb.

"Əziz dostllarım, yaxınlarım, azarkeşlərim! Futbolçu kimi özümün idman karyeramı başa vurmağın zamanı gəldi. Uzun illər sizin mənim yanımda olduğunuzu bilərək yaşadım, işlədim, oynadım,arzuladım, planlar qurdum. Sizin mənimlə və Rusiya futbolu ilə qürur duymağınız üçün qələbəyə nail olmağa çalışdım. Mən idmançı, futbolçu və şəxsiyyət kimi yetişmək istədim. Bu arzularım gerçəkləşdi. İstədiyimə çatdım! Mən xoşbəxtəm ki, siz hər zaman mənə inandınız, dəstəklədiz, həyəncanlandınız, irəli getmək, daha böyük uğurlar əldə etmək üçün güc verdiniz!"-deyə futbolçu yazıb.
Sobyanin icazəsiz mitində təxribat ola bilıcəyindən xəbər verib
Sobyanin xəbərdarlıq etdi. Mitinqi təşkil edənlərlər də, oara gələnlər də təxribat törətməyə hazırlaşırlar. Lakin bunun qarşısı alınacaq.

Bu günə təyin olunmuş icazəsiz mitinqində ciddi təxribat baş verəcəyi ehtimalından Moskva meri Sergey Sobyanin özünün Twitter səhifəsindən xəbər verib.


Vüqar Bayramov - Şairin dünyası qız qoxuludu!
Şairin dünyası qız qoxuludu!


Bu yay axşamında bahar havası,
Təbiət bu gecə yaz qoxuludu!
Hamının dilində şirin arzular,
Hamının dodağı söz qoxuludu!

Gözlər intizarda, qəlb həvəsdədi,
Hamı bir arzuda, bir nəfəsdədi.
Qulaqlar həsrətlə xırda səsdədi,
Həsrətin vüsalı naz qoxuludu!

Xəbəri titrətdi küləklər kimi,
Gəldi gecə yarı, mələklər kimi.
Muştuluq həvəsli ürəklər kimi,
Ocaq qoxuludu, köz qoxuludu!

Açıldı cığırım, izim dünyaya,
Qəlbimdən gələni yazım dünyaya.
Bu gecə göz açdı qızım dünyaya,
Şairin dünyası qız qoxuludu!


22.07.2018

Dünya mənim gözümdə bu baxışın boydadı.

Elə şirin baxırsan səddin, çəpərin yoxdur,
Sən elə bir duyğusan ölçün, qədərin yoxdur.
Səninlə gözəlləşib həyat xəbərin yoxdur,
Dünya mənim gözümdə bu baxışın boydadı.

Balalar gül doğulur, balalar çiçək olur,
Çirkin körpə görmədim, hamısı göyçək olur.
Bu məsum baxışında arzular gerçək olur,
Dünya mənim gözümdə bu baxışın boydadı.

Ömrümün hər saatı, dəqiqəsi, anısan,
Özünü çox sevərsən gözlərimdə tanısan!
Atanın gül qızısan,ürəyisən, canısan,
Dünya mənim gözümdə bu baxışın boydadı.

26.02.2019
Rusiya səfirliyi xəritədə Krımı Ukraynanınkı kimi göstərib
Rusiya səfriliyi Twitter səhifəsindəki paylaşımında Krımı xəritədə Ukrayna ərazisi kimi göstərdi. Ukrayna XİN-i də təşəkkür edərək davamını digər qurumlardan gözləyirik-deyə repost yazdı.

Rusiyanın Böyük Britaniyadakı səfriliyi Twitter səhifəsində Krımı Ukrayna əraizisi kimi göstərib.

Rusların yarısının əmək haqqı 35 min rubldan az imiş
Rosstat-ən məlumatlarına görə, böyük və orta müəssisələrdə işləyən rusların yarısı 34,335 rubldan az gəlir əldə edir. Nisbətən yüksək maaşı olan balıqçılardır.

Peskov Putinlə Zelenski arasındakı  telefon söhbətindən danışdı
Prezident seçilləndə təbrik etmədi, lakin prezident kimi qəbul edib telefonla danışdı. İlk cümləsi "Salam" olub-deyə yazır Rusiya mətbuatı. Salam verməkdə qeyri-adi nə olduğu anlaşılan deyil. Yəni "Alo" deməyibmi? Nə isə ki, prezidentlər arasında olan telefon söhbətini Peskov şərh edib.

Tarix : 5-10-2014, 16:48
Ey hörmətli müəllim!  (Mənim ilk müəllimimə)
Hər gün xatırlananlardansınız. Əlifbanın “ə”sini, “a”-sını “be”sini sizdən öyrəndik biz.

Mənim üçün bir müqəddəs kəlmədən başqa öyrəndiyimə məndən daha çox sevinən, öyrənə bilmədiyimə daha çox üzüləndiniz.

Müəllim olan yerdə nə lazım günəş,
Onsuzda günəşdir, özü müəllimin.
Müəllim olan yerdə nə lazım atəş
Bir oddur, alovdur, sözü müəllimin.

Qəlbi bir dəryadır, arzusu ümman
Onda var məğrurluq, onda var inam
Bir şagird məktəbə gəlməyən zaman
Dikilər yollara gözü müəllimin.


Bax əlimə əzbərləmək üçün verdiyiniz o şeir hələ də o zaman tərtəmiz kağız kimi olan yaddaşımdan silinməyib. Sualının cavabından gülümsəyən gözləriniz də, tapmadığım cavablara bir az hirsli, bir az təəssüflü baxışlarınız da yadımdadır. Əlinizin arxası ilə qızdırmamı yolxadığınız, yerimi dəyişdirib sobaya daha yaxın yerdəki partaya oturtduğunuz... Bu mənimlə oxuyan 32 şagirdin də yadında olmalıdır. (Həyatda olanlarının(((-T.V.) Bəli 32. Sizin sinfinizdə şagirdin sayı partadakı yerlərin sayından çox idi. O biri siniflərdə 3-5 şagird daha az olsa da. Hamı məhz Sizin sinfinizə düşmək üçün ya illəri tezləşdirər, ya gecikdirərdi. Bəlkə yeganə sinif idi ki, şagirdləri bir-birindən yaşca fərqlənərdi. Bir yaş böyuk, bir yaş kiçik və məktəb yaşı uyğun olanlar onun sinifindəydi. Niyəsi hər 3 ildən bir yenidən sinif toplaması. Və şagirdlərinə təhsil verməkdən başqa, onları həyata “əsl insan” kimi yetişdirməyi...

Bünövrəsini o qoyduğu sinif, şagirdlər başqa olurdu. Yuxarı siniflərdə başqa müəllimlər səni bir cavabından “onun sinfindənsiniz”-deyə tanıyardılar. Hətta ibtidai sinifdə onun şagirdi olmaq qınaq da gətirərdi. Bizi valideynimizlə deyil, ona şikayət etməklə təhdid edərdilər. Çünki onun yetişdirdiyi “əsl növ”dən sayılırdı.

Mən yaşda ən kiçiyi idim. Elə ən cılızı da. Bilmirəm mənə qayğınız bu üzdənmiydi? Mənə qəddarlığınız nədən idi, o zaman? Bəli, qəddarlıq. Ən uzun şeiri mənə əzbərlədər, ən çətin tələffüz olunan sözü mənə oxudardınız. Bu balaca çiynimi bir də Siz yüklərdiniz.

Yenə Sizi sevərdim. Çünki xəstə-xəstə israrla dərsə gəldiyimi görüb çiçəklərdən dəmlənmiş, moruqlu, limonlu çay gətirib içirdəcəkdiniz, bilirdim. Həkimi sinfə çağıracaqdınız, onu da bilirdim. Bilmək üçün o qədər çox şeylər öyrətmişdiniz ki... (Mən sözün düz yazılışını sizin qırmızı qələmlə dəftərimizin kənarına etdiyiniz qeydlərdən öyrənmişdim. O qeydlərdə dərslikdə yazılanlardan daha çox şey vardı-T.V.).

Bu mənə ayrıcalıq deyildi. Mən ilk ilməmi hörməyi ondan öyrəndim, sapa ilk düyün vurmağı, əlimə ilk iynə batmasını...Sadaladıqca bitməyən nələri, nələri. Bəlkə çözulməsi çətin olan düyünlərin açılmasına, tikanlar sancanda ağrısına tab gətirmək sizin öyrətdiyiniz vərdişlərdən qalandır.

Müəllimlərinizdən hansı vərdişlər qalıb Sizə? Bu sualı mənə versələr "insan kimi yaşamaq vərdişi"- deyərdim. İnsan-ac olduğunu gizlədən, ağrı içində qovrulanda dözən, ismətdən qızaran, riyadan utanan, uğurdan qürrələnməyən...şöhrətə əsir, pafosa kəm-kəsir kimi baxandır. "Müəllim" deyəndə onun qəlibini insanlığa belə tərif verən, belə insan yetişdirənlərdən tökmək gərək. Qəlbi qəlibindən daha böyük olanlardan.

Müəllimim! Bizə istədiyini deyil, verdiyini alanda gözündəki uşaq sevincini görüb, əlinin saçlarımızdakı tumarını da, lövhə qarşısında karıxmış, lal-dinməz qalanda partaya çırpılan nar cubuğunun qulağımızda ildırıma dönən səsini də hiss etdirən dahi insan! Bizə dahiləri anladanda mənə elə gəlib ki, o dahilərin müəllimi belə Siz olmusunuz. Uşaqcasına ifratamı vardım? Nə olar qınamayın məni? Bu gün ilk dəfə Sizin öyrətdiklərinizdən çıxış edib Sizə yazıram.

“Niyə oxumursan, bala”- deyib, sosializmin bərabərlik dediyi dönəmdə, eyni məktəbli forması geysək də, üzümüzdəki fağir-varlı ifadəsində ayrılan bərabərsizlikdə bizimlə fərqsiz davranan müəllimim. Ədaləti, həqiqəti, qururu, isməti, qeyrəti, mərdliyi riyaziyyata, ədəbiyyata, tarixə, çoğrafiyaya, əmək təliminə və s. qatan neçə müəllim var? Şagirdinin hər birinin ayrı-ayrılıqda onu daha çox sevdiyini xəyal edən müəllim necə? Biz sanki onun bütov rəsminin mozaik parçalarıydıq. O zamanlar “pazl” deyilən parçalanmış fiqurlar yox idi. Amma O bizə kollektiv bütöv bir rəsmi qayçı ilə kəsib sonra o kəsilən parçaları birləşdirməklə tamlığı, birliyi öyrətmişdi.

Onunla bağlı bu günə- bir günə, bir dəfəyə sığmayan çox şeylər var xatirimdə. Mənim ilk sinif müəllimim-Nurəddin Ələkbərov. O həyatda olanda müəllimlər günü varmıydı, bilmirəm. Amma mənim üçün o hər zaman, hər gün mənə öyrətdiyi vərdişləri ilə yanımdadır.

Əməkdar müəllim deyildi, niyə olmadı? Baxmayaq ki, oğlu-Azərbaycan komsomolunun birinci katibi Sahib Ələkbərovu yetişdirmişdi. Neçə-neçə yetirmələri var. Amma hər zaman Nurəddin müəllim kimi xatırlanır. Onun şagirdlərinin uşaqlarına belə “sənin atan Nurəddin müəllimin sinfindəmi oxumuşdu?” sualı verilir.

“Bar verən ağac başını gövdəsinə əyər”. Baş əymək- qədirbilənlikdir, baş əymək ucalıqlara çatdırana minnətdarlıqdır. Hər zirvənin başlandığı ilk pillə var. Yüksəkliyə gedən yol oradan başlanır.

İlk sinif müəllimim, ruhunuz qarşısında baş əyirəm. Nə qədər ki, qəlbimdən söz qələmimə yansıyacaq, o zamana qədər məndə yaşayacaqsınız.

Tünzalə Vəliqızı, Moskva
05.10.2014




Baxış: 113781 | Bölmə: Yazarlar, Tünzalə Vəliqızı
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru