RUS ALİMLƏRİNİN XARİCİLƏRLƏ ÜNSİYYƏT QAYDALARI SƏRTLƏŞDİRİLİR
Rus ailmləri xarici həmkarlarları ilə elmi mübadilə aparmaq üçün xüsusi icazə almalı və bu prosesdə bütün danışıqlar qeydə alınıb ali təhsil və elm nazirliyinə təqdim edilməlidir. Bir sözlə alimlərin elmi -praktik konfransları, görüşləri tam nəzarətə götürülür.

Rusiya ali təhsil və elm nazirliyi rus elm adamlarının xarici həmkarları ilə əlaqə qaydalarını sərtləşdirən qanun hazırlayır. Sənədin surəti "Trotsk varınatı" ("Trotskiy varinat") qəzetində dərc olunub. Rusiya Elmlər Akademiyası texnika elmləri üzrə doktoru, professor Aleksandr Fradkovun bu əmrlə bağlı açıq etiraz məktubu da adıçəkilən qəzetdə yer alıb.

FACEBOOK  SƏSLI MESAJLARI GİZLİNCƏ DİNLƏYİRMİŞ
Bir həftə əvvələ qədər Facebook audio-faylları dinləyirmiş. Bunun da istifadəçi anlaşmasında razılaşdırıldığını deyib. Yəni istifadəçilərin bilgisi daxilində olduğu deyilir.

Bloomberg agentliyi Facebook kompaniyası istifadəçilərin səsli mesajlarını açmaq üçün buna yüzlərlə muzlu işçi cəlb etdiyi faktını açıqlayıb.

Anonim mənbə bildirib ki, korporasiyanın rəhbərliyi qarşısına səsli mesajların yer və zamanını gizli saxlamaqla audoi-faylların oxunması məsələsini qoyub. İşçilər bunun nəyə lazim olduğunu bilmədən təəccüblə dinləyiblər.
Mariya Zaxarova: Rusiyanın Qarabağın statusu haqqında fikri dəyişməzdir
Rusiya XİN yetkilisi Mariya Zaxarova bu fikri jurnalistlər üçün keçiridiyi bugüngü brifinqdə səsləndirib.

"Bizi Azərbaycan və Ermənistan münaqişə xəttində sakitliyin müşahidə olunması məmnun edir. Bununla yanaşı, tərəflərin müxtəlif yollarla bir-birini ittiham etməsi də narahatçılıq yaradır"-deyə Zaxarova qeyd edib.

Bu cür ritorikalar danışıqlar prosesində əlverişli şərtlərin formalaşdırılmasına və konfliktin həll olunmasında kompromiss variantlar axtarmağa imkan vermir- Rusiya xarici siyasət qurumundan qeyd ediblər.

"Rusiya Dağlıq Qarabağın son statusunun Azərbaycan və Ermənistan arasında danışıqlar yolu ilə müəyyən edilməsindən yanadır"-deyə XİN nümayəndəsi göstərib. Onu da əlavə edib ki, rəsmi Moskvanın mövqeyində heç bir dəyişiklik yoxdur.

Xarıtladaq ki, avqustun 7-də Ermənistan baş naziri Nikol Paşinyanın tanınmamış Dağlıq Qarabağ respublikası haqqında "Bura Ermənistandır"-deməsi Azərbaycan tərəfindən qəzəblə qarşılanıb.

Yenises.ru
Sabiq qırğız prezidenti Atambayevin rezidensiyasına basqın davam edir

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin rezidensiyasına basqında yaralananlar Dövlət Milli Təhlükəsizlik komitəsi əməkdaşlarının sayı artır. Almaz Atambayevi tutmaq üçün xüsusi əməliyyatda iştirak edən DTK əmdaşaları arasında yaralananların sayı 27 nəfərə çatdığı haqda RİA Novosti-yə komitənin mətbuat xidmətindən xəbər verilib.
Lukaşenkonun "oyunu" özünə baha başa gələ bilər
Lukaşenkonun Rusiyaya inteqrasiya məsələsini qarşı tərəfə təzyiq vasitəsinə çevirməsinə "Bulba Prestolov" Teleğram kanalı toxunub. Dni.ru iformasiya portalının Telegram kanala istnadən yazdığına görə Belorusiya prezidenti Aleksandr Lukaşenkonun başı üstündə qara buludlar dolaşır. Rusiya rəhbərliyi Batkanın şərtləri ilə inteqrasiyaya razı deyi-deyə ekspertlər xəbərdarlıq ediblər. Onların sözlərinə görə Rusiyada belorus liderinə kimsə güvənmir və onunla ünsiyyətdən qaçırlar.

Son zamanlar Belorusiyada qərbyönlü millətçilik baş qaldırıb-deyə "Bulba Prestolov "Telegram kanalın müəllifləri bildirirlər. Buna görə Rusiya Aleksandr Lukaşenko rejiminin maliyyələşdirilməsinin məqsədəuyğun olduğuna daha çox şübhə edirlər.
Rusiya XİN-dən ABŞ və Almaniyanın 3 avqust aksiyasını işıqlandırmasına   etiraz
RF Xarici işlər nazirliyinin ABŞ və Almaniyaya onların diplomatları və mediasının Rusiyanın daxili işiniə qarışması ilə bağlı rəsmi müracət göndərəcəyini qurumun nümayəndəsi Mariya Zaxarova "Bazar axşamı Vladimir Solovyevla" proqramında açıqlayıb. Bu avqustun 3-də Moskvada keçirilən icazəsiz mitinqin işıqlandırılması ilə əlaqəlidir.

Situasiyanı araşdırmağı xarici işlər nazirliyinin nümayəndəsi Mariya Zaxarova təklif edib.

"Mən düşünürəm ki, ABŞ rəhbərliyi onun diplomatlarının Rusiyanın daxili işinə qarışmalarına təəccüblənəcəklər"-deyə qeyd edib.

RUBRIKA: Belə də olur - SƏYYAR MAĞAR

Axşam aldığım xəbəri kənddən uzaqda yaşayan eloğlu ilə bölüşmək üçün zəng elədim:
--Salam, əmioğlu. Loxəbərlik olmasın, Məmmədəlinin ölümündən xəbərin var?
--Salam. Var, əmioğlu, var.
Moskvadakı icazəsiz mitinqdə 600 nəfər saxlanılıb
DİN-nin paytaxt rəhbərliyindən verilən məlumata görə avqustun 3-də Moskvada keçirilən icazəsiz aksiyada 1500 adam iştirak edib və onlardan 600 nəfərə yaxını saxlanılıb. Bu haqda RİA Novostinin məlumatında deyilir.
Moskvanın mərkəzində yanan binanın söndürülməsində 24 texnika və 2 vertolyotdan istifadə edilib
Bu gün səhər səhər saat 6:18 radələrində Moskvanın mərkəzində- Dubninsk küçəsi ev 41/4 ünvanında olan dördmərtəbəli binada yangın baş verib. Fövqəladə hallar nazirliyindən verilən məlumata görə yanğın 5 min kvadratmetr sahəni əhatə edib. Yanğını n söndürülməsində 80 nəfər yangınsöndürən, 24 texnika, o cümlədən 2 vertolyot iştirak edib. Xilasedicilər yanğının ətrafda yerləşən binalara və eləcəə də yaxınlıqdakı benzindoldurma məntəqəsinə keçməsi təhlükəsinin qarşısını almağa çalışıblar.
[right]Rusiya pasportu alan ukraynalılar sorğuya çəkilirlər
Ukraynanın hərbi prokuroru Anatoli Matios bəyan edib ki, Rusiya pasportu almaq üçün müraciət edən Donetsk və Luqansk vilayətinin sakinləri qurum tərəfindən sorğuya çağırılıb. O, bunu "Radio NV" -yə müsahibəsində söyləyib.

Hərbi prokuror müstəntiqlərin qanun çərçivəsində hərəkət etdiklərini qeyd edib. Matiosun sözlərinə görə hərbi prokurorluq baş verənlər haqqında tam təsəvvürə maikdir və Rusiya pasportu almaq üçün ərizə verən Ukrayna vətəndaşlarının şəxsiyyətini müəyyən etməklə məşğuldur.

ABŞ administrasiyasında Rusiyaya qarşı ikinici sanksiya  paketi hazırlanır
Birləşmiş Ştatlar Skripal işinə görə Rusiyaya qarşı ikinci sanksiya paketi hazırlayır. Bu haqda RİA Novostiyə ABŞ administrasiyasının nümayəndəsi məlumat verib.
Rusiya yığmasının azərbaycanlı oyunçusu Aleksandr Səmədov karyerasını başa  vurdu
35 yaşlı idmançı özünün bu qərarını İnstagram səhifəsindən açıqlayıb.

"Əziz dostllarım, yaxınlarım, azarkeşlərim! Futbolçu kimi özümün idman karyeramı başa vurmağın zamanı gəldi. Uzun illər sizin mənim yanımda olduğunuzu bilərək yaşadım, işlədim, oynadım,arzuladım, planlar qurdum. Sizin mənimlə və Rusiya futbolu ilə qürur duymağınız üçün qələbəyə nail olmağa çalışdım. Mən idmançı, futbolçu və şəxsiyyət kimi yetişmək istədim. Bu arzularım gerçəkləşdi. İstədiyimə çatdım! Mən xoşbəxtəm ki, siz hər zaman mənə inandınız, dəstəklədiz, həyəncanlandınız, irəli getmək, daha böyük uğurlar əldə etmək üçün güc verdiniz!"-deyə futbolçu yazıb.
Sobyanin icazəsiz mitində təxribat ola bilıcəyindən xəbər verib
Sobyanin xəbərdarlıq etdi. Mitinqi təşkil edənlərlər də, oara gələnlər də təxribat törətməyə hazırlaşırlar. Lakin bunun qarşısı alınacaq.

Bu günə təyin olunmuş icazəsiz mitinqində ciddi təxribat baş verəcəyi ehtimalından Moskva meri Sergey Sobyanin özünün Twitter səhifəsindən xəbər verib.


Vüqar Bayramov - Şairin dünyası qız qoxuludu!
Şairin dünyası qız qoxuludu!


Bu yay axşamında bahar havası,
Təbiət bu gecə yaz qoxuludu!
Hamının dilində şirin arzular,
Hamının dodağı söz qoxuludu!

Gözlər intizarda, qəlb həvəsdədi,
Hamı bir arzuda, bir nəfəsdədi.
Qulaqlar həsrətlə xırda səsdədi,
Həsrətin vüsalı naz qoxuludu!

Xəbəri titrətdi küləklər kimi,
Gəldi gecə yarı, mələklər kimi.
Muştuluq həvəsli ürəklər kimi,
Ocaq qoxuludu, köz qoxuludu!

Açıldı cığırım, izim dünyaya,
Qəlbimdən gələni yazım dünyaya.
Bu gecə göz açdı qızım dünyaya,
Şairin dünyası qız qoxuludu!


22.07.2018

Dünya mənim gözümdə bu baxışın boydadı.

Elə şirin baxırsan səddin, çəpərin yoxdur,
Sən elə bir duyğusan ölçün, qədərin yoxdur.
Səninlə gözəlləşib həyat xəbərin yoxdur,
Dünya mənim gözümdə bu baxışın boydadı.

Balalar gül doğulur, balalar çiçək olur,
Çirkin körpə görmədim, hamısı göyçək olur.
Bu məsum baxışında arzular gerçək olur,
Dünya mənim gözümdə bu baxışın boydadı.

Ömrümün hər saatı, dəqiqəsi, anısan,
Özünü çox sevərsən gözlərimdə tanısan!
Atanın gül qızısan,ürəyisən, canısan,
Dünya mənim gözümdə bu baxışın boydadı.

26.02.2019
Rusiya səfirliyi xəritədə Krımı Ukraynanınkı kimi göstərib
Rusiya səfriliyi Twitter səhifəsindəki paylaşımında Krımı xəritədə Ukrayna ərazisi kimi göstərdi. Ukrayna XİN-i də təşəkkür edərək davamını digər qurumlardan gözləyirik-deyə repost yazdı.

Rusiyanın Böyük Britaniyadakı səfriliyi Twitter səhifəsində Krımı Ukrayna əraizisi kimi göstərib.

Rusların yarısının əmək haqqı 35 min rubldan az imiş
Rosstat-ən məlumatlarına görə, böyük və orta müəssisələrdə işləyən rusların yarısı 34,335 rubldan az gəlir əldə edir. Nisbətən yüksək maaşı olan balıqçılardır.

Peskov Putinlə Zelenski arasındakı  telefon söhbətindən danışdı
Prezident seçilləndə təbrik etmədi, lakin prezident kimi qəbul edib telefonla danışdı. İlk cümləsi "Salam" olub-deyə yazır Rusiya mətbuatı. Salam verməkdə qeyri-adi nə olduğu anlaşılan deyil. Yəni "Alo" deməyibmi? Nə isə ki, prezidentlər arasında olan telefon söhbətini Peskov şərh edib.

Gürcüstan prezidentindən  Putinin sanksiyalara dair sözlərinə reaksiya
Zurabişvili Moskva ilə münasibətləri düzəltməyə hazırdır. Rusiyaya ilımlı mövqeyinin ölkəsində tənqidlə qarşlanacağına gəlincə "Kimsə mənə vətənpərvərlik öyrədə bilməz"-deyib.

Gürcüstan prezidenti Salome Zurabişvili rusiyalı həmkarı Vladimir Putinin Moskvanın Tiflisə qarşı sanksiyalar tətbiq etmək istəmədiyi bəyanatını alqışlayıb. Bu barədə Associated Press-ə müsahibəsində deyib.
Tarix : 17-07-2015, 11:16
ŞEİR KİMİ HEKAYƏLƏR
Hər dəfə Bakıdan Moskvaya qayıdarkən keçirdiyim hissləri açıqlamaqda acizəm. Tək onu deyə bilərəm ki, hər qayıdışda camadanımdakı yükün yarıdan çoxu kitab olur və dostlarımın bu qiymətsiz hədiyyələri olur məni ovudan, Vətənmlə növbəti görüşədək yaşadan.
Qələm yoldaşlarım, özləri də bilmədən, bəlkə də bilərəkdən, qəlblərinin istisini, mehr-məhəbbətini kitablarına hopdurub qürbətimə ünvanlayırlar və, onlar da, mənim gecələr gündüzüm, qışda baharım olurlar. Hər birini sevgi və hörmətlə oxuyur, bəzən də, məni titrədən misralara biganə qala bilməyib ürək sözlərimi kağıza köçürürəm.
Bu dəfə qürbətdə sirdaşlıq edəcəyim kitablardan biri - Sevil Gültənin “Uşaqlıq illərimin şəkilləri” adlı kiçik hekayələr toplusu oldu; sadə, amma çox qəribə üslubda, gözəl şeir qədər axıcı dildə yazılmış hekayələr...

***

Sevil Gültən –
1961- ci il aprelin 22-də Zərdabın Təzəkənd kəndində dünyaya gəlib.
1978-ci ildə orta məkəbi bitirib ve həmin il Bakı Xarici Dillər universitetinə qəbul olub.
1984-cü ildə İnstututu bitirərək öz rayonlarının Dıkkoba, İsaqbağı, Bıçaqçı,Yuxarı Seyidlər, Təzəkənd məktəblərində müəlim işləyib.
2002-ci ildə Hamlet İsaxanlının rəhbərlik etdiyi Xəzər universitetinə məktub göndərir və Hamlet müəllimin təklifi ilə həmin universitetdə işləmək üçün Bakıya köçür. Xəzər Xəbər jurnalında korrektor vəzifəsində çalışmağa başlayır.
2005- ci ildən Muğam tatrında ədəbi dram hissə müdiri işləyib, daha sonra Xalça muzeyində fəaliyyət göstərib.

Tələbəliyin ilk illərindən tərcümə işi ilə məşğuldur.
Gənc yaşlarından şeir yazır. İlk yazıları Zərdab rayonunda nəşr olunan” Pambıqçı” (indiki“Əkinçi”) qəzetində çap olunub.
İngilis dilindən Azərbaycan dilinə 8 kitab, Azərbaycan dilindən inglis dilinə isə 30-a yaxın kitab (şeir, hekayə, roman) tərcümə edib.
Dörd kitab müəllifidir.
Azərbaycan Yazarlar birliyinin üzvüdür.
İki övlad anasıdır.

***

Sevil haqda yazarkən Tomas Karleylin sözlərini xatırlayıram: “Bəşər övladının yaradıcılıq nümunələrindən ən maraqlısı və diqqətəlayiqi – kitabdır. Kitablarda keçmişin düşüncələri yaşayır; ruhları artıq çoxdan bir yuxu kimi göylərə çəkilmiş insanların səsi açıq-aydın eşidilir. Bəşəriyyətin bacardığı, icad etdiyi, nail olduğu hər şey – bir möcüzə kimi, kitab səhifələrində saxlanılıb”.

Doğru fikirdir. “Uşaqlıq illərimin şəkilləri”ni varaqladıqca sanki Sevilin öz dünyasına daxil olur, onun evindəki otaqları bir-bir gəzir, toz basmış, xatirəyə çevrilmiş əşyalara əl gəzdirir, kəndlərindəki çölü-düzü dolaşırsan. Onun bir vaxtlar gördüyü insanlara Sevil Gültən gözü ilə baxır, onlarla tanış olur..., bir sözlə keçmişə toxunursan: ağrılı-sevincli, qayğılı-qayğısız, uzaq-yaxın keçmişə... O zamanlara ki, Sevili indi də rahat buraxmır, yadddaşını varaqlayır, qələminə hökm edirlər. O üzdən də, “kitab – tam olaraq, müəllifin qəlbindəkilərin izharıdır” desək yanılmarıq.
Müəllifin varaqlara süzülən “dünən”i bugün olub qarşımıza çıxır, hər birimizin iç dünyasıyla ortaqlaşır, ümumiləşir. “Uşaqlıq illərimin şəkilləri” kitabı ikinci dəfə oxuyarkən, adətim üzrə özüm bəzi qeydlər etmişdim və indi də onlardan bir neçəsini sizinlə paylaşacağam.
Əvvəla onu deyim ki, bu kitab, Eyvaz Zeynalovun “Cəza” hekayəsindən sonra oxuduğum ən yaxşı nəsr nümunələrindən idi. Son vaxtlar esse yazaraq, cümlələri alt-alta misralayaraq adına şeir demək dəbə düşüb. Sevil Gültən isə bu lirik, axıcı və səmimi hekayələrə esse demək cürəti tapıb özündə, yazıçılıq dəyərlərinə qiymət verib, hekayə janrını bir daha sevdirib bizlərə. Əsər qıtlığı olmayan bir dövrdə nəsrin bütün gözəlliklərini ortaya çıxarmaq - Sevil xanımın üstünlüklərindən biridir.

Hekayələr heyranlıq, şükranlıq və rəhm doludur. Oxuduqca, təsvir olunan bütün səhnələr, qəhrəmanlar dəqiqliyilə yadda qalır.
Mən rəhmətlik İsmayıl Şıxlının tələbəsi olmuş, tam qırx il Azərbaycan dili və ədəbiyyatından dərs demiş bibim – Afitab xanım Şıxlinskayanın tərbiyəsini almışam. Odur ki, müəllim adı mənim üçün hər zaman uca olub! Məktəb illərini, müəllim həyatını əks etdirən “Dərs” hekayəsi kövrək xatirələr canlandırdı yaddaşımda:

“Sinfimizə, çox pis oxuyan və səliqəsiz geyinən, Vahid adlı bir oğlan gəlmişdi. Hər dəfə dərs danışmağa durğuzanda başını aşağı salıb “oxumamışam” deməyindən müəllimlər də, biz də zinhara gəlmişdik. Bəzən ürəyimdə arzu edirdim ki, kaş möcüzə baş verəydi və Vahid heç olmasa bir dəfə dərsə hazır gələydi.

Bir gün, ədəbiyyat dərsindəvAfitab xanım (bibim mənim də ədəbiyyat müəllimim idi) Vahidi ayağa qaldırıb Füzulinin “Məni candan usandırdı” qəzəlini oxuyub oxumadığını soruşdu. Vahid gözlərini bərəldib qəzəlin adını belə təkarlaya bilmədiyində bütün uşaqlar gülüşdülər. O özü də, utanmaq əvəzinə, arsızcasına gülməyə başladı. Müəllimə hirslənib Vahidin qolundan yapışdı və direktorun yanına aparmaq istədi. Bu zaman oğlanın köhnəlib əfrimiş məktəbli geyiminin qolu müəllimənin əlində qaldı. Bircə onu xatırlayıram ki, Vahid partaya çökdü və başını qucaqlayaraq hönkür-hönkür ağlamağa başladı. Hamımız kövrəlmişdik.

Məlum oldu ki, o, çox kasıb, güclə dolanan çoxuşaqlı bir ailənin sonuncu övladıdır. Anası işləmir, yaşlı fəhlə atası isə zavodda çalışır. Və böyük qardaşlarından qalan bu köhnə pencəyin cırılması Vahid üçün əsil faciə idi.
Bibim onu birtəhər sakitləşdirdi. Dərsdən sonra evimizə aparıb pencəyin qolunu tikdi, onun süzülmüş pioner qalstukunu çıxarıb, əvəzində mənim təptəzə qalstuklarımdan birini verdi və həmin il, imkansız ailələr üçün nəzərdə tutulan pulsuz məktəbli geyimlərindən bir dəst Vahidə verildi...”

Bu sətirləri yazarkən sanki özüm də keçmişə qayıtdım və Sevil Gültənin səbəbkarlığı ilə, mən də uşaqlıq illərimin albomunu vərəqləmiş oldum...

“Sevda, nisgil, giley...” Bu hekayəni təkcə bədii əsər nümunəsi deyil, həm də Sevil xanımın dilçilikdə araşdırma işi kimi qəbul edə bilərik.
Müəllifin “Könül dəftərimin saralmış vərəqləri”, “Keçmişdən gələn qız”, “Ünvanına çatmayan kitab” adlı kövrək hekayələri; vətən və onun vətəndaşlarını anladan “Haradan başlanır Vətən?”, “Kim deyir ki, müharibələr qurtarır?!”, “Nurməmməd əmi”; ülvi və müqəddəs məhəbbət mövzulu “Qoşa qarıyanlar”, “Kakay – ölmüş bir sevginin ruhu” , eləcə də digər hekayələri, onu yaxşı müşahidəçi, gözəl bir rəssam kimi tanıdır bizə. Kitab, məişət qayğılarını və mürəkkəb insan xarakterlərini anladan hekayələrlə də zəngindir.

Haqqında söhbət açdığım “Uşaqlıq illərimin şəkilləri” “Kitabsız evlər” hekayəsilə tamamlanır. Məncə bu heç də təsadüfi deyil. Ümumiyyətlə, uca “Kitab” məfhumu – bu kitabın baş qəhrəmanıdır desəm – yanılmaram, çünki, Sevil xanım onu ən böyük dəyər, ən qiymətli xəzinə, insan ola bilmək üçün ən başlıca amil hesab edir! “Kitab olmayan ev – ruhsuz bir bədən misalıdır!” – demişdir dahi Siseron. Həqiqətən də, ev – onun sakinlərinin aynasıdır. Kitab olmayan ev isə bu sakinlər haqda bizə nələr deyir, nələr söyləyir...

“Dahiyanəlik – ilhamın bircə faizidir, qalan doxsan doqquzu isə əməkdir” – demişlər. Sevil xanımın tanıyan hər kəs onun həm istedadlı, həm də çalışqan olduğunu çox yaxşı bilir. Onun gecə-gündüz bilmədən ədəbiyyata və tərcümə işinə qurban etdiyi ömür, göstərdiyi fədakarlıq nəzərdən kənarda qala bilməz. Lakin, əlbəttə ki, zamanımızın müxtəlif çətinlikləri yazı adamlarının layiq olduqları səviyyədə yaşaya bilməsinə əngəllər törədir. Kitabı yaradan müəllif olsa da, onun taleyini cəmiyyət həll edir. Və çox heyif ki, bir çox dəyərli müəlliflərimizin həyat tərzi onların istedadları ilə düz mütənasib deyil! Amma gələcəyə inamla yaşamaq da bir bacarıqdır! Ümid və inam isə uğurun meyarlarıdır!

Mən inanıram ki, hörmətli qələm dostumuz Sevil Gültənin necə ki, köhnə, eləcə də yeni şəkillərlə dolu albomlarını hələ çox varaqlayacağıq!

Moskva
10.07.15.




Baxış: 1227 | Bölmə: Yazarlar, Afaq Şıxlı, slayd1
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru