RUS ALİMLƏRİNİN XARİCİLƏRLƏ ÜNSİYYƏT QAYDALARI SƏRTLƏŞDİRİLİR
Rus ailmləri xarici həmkarlarları ilə elmi mübadilə aparmaq üçün xüsusi icazə almalı və bu prosesdə bütün danışıqlar qeydə alınıb ali təhsil və elm nazirliyinə təqdim edilməlidir. Bir sözlə alimlərin elmi -praktik konfransları, görüşləri tam nəzarətə götürülür.

Rusiya ali təhsil və elm nazirliyi rus elm adamlarının xarici həmkarları ilə əlaqə qaydalarını sərtləşdirən qanun hazırlayır. Sənədin surəti "Trotsk varınatı" ("Trotskiy varinat") qəzetində dərc olunub. Rusiya Elmlər Akademiyası texnika elmləri üzrə doktoru, professor Aleksandr Fradkovun bu əmrlə bağlı açıq etiraz məktubu da adıçəkilən qəzetdə yer alıb.

FACEBOOK  SƏSLI MESAJLARI GİZLİNCƏ DİNLƏYİRMİŞ
Bir həftə əvvələ qədər Facebook audio-faylları dinləyirmiş. Bunun da istifadəçi anlaşmasında razılaşdırıldığını deyib. Yəni istifadəçilərin bilgisi daxilində olduğu deyilir.

Bloomberg agentliyi Facebook kompaniyası istifadəçilərin səsli mesajlarını açmaq üçün buna yüzlərlə muzlu işçi cəlb etdiyi faktını açıqlayıb.

Anonim mənbə bildirib ki, korporasiyanın rəhbərliyi qarşısına səsli mesajların yer və zamanını gizli saxlamaqla audoi-faylların oxunması məsələsini qoyub. İşçilər bunun nəyə lazim olduğunu bilmədən təəccüblə dinləyiblər.
Mariya Zaxarova: Rusiyanın Qarabağın statusu haqqında fikri dəyişməzdir
Rusiya XİN yetkilisi Mariya Zaxarova bu fikri jurnalistlər üçün keçiridiyi bugüngü brifinqdə səsləndirib.

"Bizi Azərbaycan və Ermənistan münaqişə xəttində sakitliyin müşahidə olunması məmnun edir. Bununla yanaşı, tərəflərin müxtəlif yollarla bir-birini ittiham etməsi də narahatçılıq yaradır"-deyə Zaxarova qeyd edib.

Bu cür ritorikalar danışıqlar prosesində əlverişli şərtlərin formalaşdırılmasına və konfliktin həll olunmasında kompromiss variantlar axtarmağa imkan vermir- Rusiya xarici siyasət qurumundan qeyd ediblər.

"Rusiya Dağlıq Qarabağın son statusunun Azərbaycan və Ermənistan arasında danışıqlar yolu ilə müəyyən edilməsindən yanadır"-deyə XİN nümayəndəsi göstərib. Onu da əlavə edib ki, rəsmi Moskvanın mövqeyində heç bir dəyişiklik yoxdur.

Xarıtladaq ki, avqustun 7-də Ermənistan baş naziri Nikol Paşinyanın tanınmamış Dağlıq Qarabağ respublikası haqqında "Bura Ermənistandır"-deməsi Azərbaycan tərəfindən qəzəblə qarşılanıb.

Yenises.ru
Sabiq qırğız prezidenti Atambayevin rezidensiyasına basqın davam edir

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin rezidensiyasına basqında yaralananlar Dövlət Milli Təhlükəsizlik komitəsi əməkdaşlarının sayı artır. Almaz Atambayevi tutmaq üçün xüsusi əməliyyatda iştirak edən DTK əmdaşaları arasında yaralananların sayı 27 nəfərə çatdığı haqda RİA Novosti-yə komitənin mətbuat xidmətindən xəbər verilib.
Lukaşenkonun "oyunu" özünə baha başa gələ bilər
Lukaşenkonun Rusiyaya inteqrasiya məsələsini qarşı tərəfə təzyiq vasitəsinə çevirməsinə "Bulba Prestolov" Teleğram kanalı toxunub. Dni.ru iformasiya portalının Telegram kanala istnadən yazdığına görə Belorusiya prezidenti Aleksandr Lukaşenkonun başı üstündə qara buludlar dolaşır. Rusiya rəhbərliyi Batkanın şərtləri ilə inteqrasiyaya razı deyi-deyə ekspertlər xəbərdarlıq ediblər. Onların sözlərinə görə Rusiyada belorus liderinə kimsə güvənmir və onunla ünsiyyətdən qaçırlar.

Son zamanlar Belorusiyada qərbyönlü millətçilik baş qaldırıb-deyə "Bulba Prestolov "Telegram kanalın müəllifləri bildirirlər. Buna görə Rusiya Aleksandr Lukaşenko rejiminin maliyyələşdirilməsinin məqsədəuyğun olduğuna daha çox şübhə edirlər.
Rusiya XİN-dən ABŞ və Almaniyanın 3 avqust aksiyasını işıqlandırmasına   etiraz
RF Xarici işlər nazirliyinin ABŞ və Almaniyaya onların diplomatları və mediasının Rusiyanın daxili işiniə qarışması ilə bağlı rəsmi müracət göndərəcəyini qurumun nümayəndəsi Mariya Zaxarova "Bazar axşamı Vladimir Solovyevla" proqramında açıqlayıb. Bu avqustun 3-də Moskvada keçirilən icazəsiz mitinqin işıqlandırılması ilə əlaqəlidir.

Situasiyanı araşdırmağı xarici işlər nazirliyinin nümayəndəsi Mariya Zaxarova təklif edib.

"Mən düşünürəm ki, ABŞ rəhbərliyi onun diplomatlarının Rusiyanın daxili işinə qarışmalarına təəccüblənəcəklər"-deyə qeyd edib.

RUBRIKA: Belə də olur - SƏYYAR MAĞAR

Axşam aldığım xəbəri kənddən uzaqda yaşayan eloğlu ilə bölüşmək üçün zəng elədim:
--Salam, əmioğlu. Loxəbərlik olmasın, Məmmədəlinin ölümündən xəbərin var?
--Salam. Var, əmioğlu, var.
Moskvadakı icazəsiz mitinqdə 600 nəfər saxlanılıb
DİN-nin paytaxt rəhbərliyindən verilən məlumata görə avqustun 3-də Moskvada keçirilən icazəsiz aksiyada 1500 adam iştirak edib və onlardan 600 nəfərə yaxını saxlanılıb. Bu haqda RİA Novostinin məlumatında deyilir.
Moskvanın mərkəzində yanan binanın söndürülməsində 24 texnika və 2 vertolyotdan istifadə edilib
Bu gün səhər səhər saat 6:18 radələrində Moskvanın mərkəzində- Dubninsk küçəsi ev 41/4 ünvanında olan dördmərtəbəli binada yangın baş verib. Fövqəladə hallar nazirliyindən verilən məlumata görə yanğın 5 min kvadratmetr sahəni əhatə edib. Yanğını n söndürülməsində 80 nəfər yangınsöndürən, 24 texnika, o cümlədən 2 vertolyot iştirak edib. Xilasedicilər yanğının ətrafda yerləşən binalara və eləcəə də yaxınlıqdakı benzindoldurma məntəqəsinə keçməsi təhlükəsinin qarşısını almağa çalışıblar.
[right]Rusiya pasportu alan ukraynalılar sorğuya çəkilirlər
Ukraynanın hərbi prokuroru Anatoli Matios bəyan edib ki, Rusiya pasportu almaq üçün müraciət edən Donetsk və Luqansk vilayətinin sakinləri qurum tərəfindən sorğuya çağırılıb. O, bunu "Radio NV" -yə müsahibəsində söyləyib.

Hərbi prokuror müstəntiqlərin qanun çərçivəsində hərəkət etdiklərini qeyd edib. Matiosun sözlərinə görə hərbi prokurorluq baş verənlər haqqında tam təsəvvürə maikdir və Rusiya pasportu almaq üçün ərizə verən Ukrayna vətəndaşlarının şəxsiyyətini müəyyən etməklə məşğuldur.

ABŞ administrasiyasında Rusiyaya qarşı ikinici sanksiya  paketi hazırlanır
Birləşmiş Ştatlar Skripal işinə görə Rusiyaya qarşı ikinci sanksiya paketi hazırlayır. Bu haqda RİA Novostiyə ABŞ administrasiyasının nümayəndəsi məlumat verib.
Rusiya yığmasının azərbaycanlı oyunçusu Aleksandr Səmədov karyerasını başa  vurdu
35 yaşlı idmançı özünün bu qərarını İnstagram səhifəsindən açıqlayıb.

"Əziz dostllarım, yaxınlarım, azarkeşlərim! Futbolçu kimi özümün idman karyeramı başa vurmağın zamanı gəldi. Uzun illər sizin mənim yanımda olduğunuzu bilərək yaşadım, işlədim, oynadım,arzuladım, planlar qurdum. Sizin mənimlə və Rusiya futbolu ilə qürur duymağınız üçün qələbəyə nail olmağa çalışdım. Mən idmançı, futbolçu və şəxsiyyət kimi yetişmək istədim. Bu arzularım gerçəkləşdi. İstədiyimə çatdım! Mən xoşbəxtəm ki, siz hər zaman mənə inandınız, dəstəklədiz, həyəncanlandınız, irəli getmək, daha böyük uğurlar əldə etmək üçün güc verdiniz!"-deyə futbolçu yazıb.
Sobyanin icazəsiz mitində təxribat ola bilıcəyindən xəbər verib
Sobyanin xəbərdarlıq etdi. Mitinqi təşkil edənlərlər də, oara gələnlər də təxribat törətməyə hazırlaşırlar. Lakin bunun qarşısı alınacaq.

Bu günə təyin olunmuş icazəsiz mitinqində ciddi təxribat baş verəcəyi ehtimalından Moskva meri Sergey Sobyanin özünün Twitter səhifəsindən xəbər verib.


Vüqar Bayramov - Şairin dünyası qız qoxuludu!
Şairin dünyası qız qoxuludu!


Bu yay axşamında bahar havası,
Təbiət bu gecə yaz qoxuludu!
Hamının dilində şirin arzular,
Hamının dodağı söz qoxuludu!

Gözlər intizarda, qəlb həvəsdədi,
Hamı bir arzuda, bir nəfəsdədi.
Qulaqlar həsrətlə xırda səsdədi,
Həsrətin vüsalı naz qoxuludu!

Xəbəri titrətdi küləklər kimi,
Gəldi gecə yarı, mələklər kimi.
Muştuluq həvəsli ürəklər kimi,
Ocaq qoxuludu, köz qoxuludu!

Açıldı cığırım, izim dünyaya,
Qəlbimdən gələni yazım dünyaya.
Bu gecə göz açdı qızım dünyaya,
Şairin dünyası qız qoxuludu!


22.07.2018

Dünya mənim gözümdə bu baxışın boydadı.

Elə şirin baxırsan səddin, çəpərin yoxdur,
Sən elə bir duyğusan ölçün, qədərin yoxdur.
Səninlə gözəlləşib həyat xəbərin yoxdur,
Dünya mənim gözümdə bu baxışın boydadı.

Balalar gül doğulur, balalar çiçək olur,
Çirkin körpə görmədim, hamısı göyçək olur.
Bu məsum baxışında arzular gerçək olur,
Dünya mənim gözümdə bu baxışın boydadı.

Ömrümün hər saatı, dəqiqəsi, anısan,
Özünü çox sevərsən gözlərimdə tanısan!
Atanın gül qızısan,ürəyisən, canısan,
Dünya mənim gözümdə bu baxışın boydadı.

26.02.2019
Rusiya səfirliyi xəritədə Krımı Ukraynanınkı kimi göstərib
Rusiya səfriliyi Twitter səhifəsindəki paylaşımında Krımı xəritədə Ukrayna ərazisi kimi göstərdi. Ukrayna XİN-i də təşəkkür edərək davamını digər qurumlardan gözləyirik-deyə repost yazdı.

Rusiyanın Böyük Britaniyadakı səfriliyi Twitter səhifəsində Krımı Ukrayna əraizisi kimi göstərib.

Rusların yarısının əmək haqqı 35 min rubldan az imiş
Rosstat-ən məlumatlarına görə, böyük və orta müəssisələrdə işləyən rusların yarısı 34,335 rubldan az gəlir əldə edir. Nisbətən yüksək maaşı olan balıqçılardır.

Peskov Putinlə Zelenski arasındakı  telefon söhbətindən danışdı
Prezident seçilləndə təbrik etmədi, lakin prezident kimi qəbul edib telefonla danışdı. İlk cümləsi "Salam" olub-deyə yazır Rusiya mətbuatı. Salam verməkdə qeyri-adi nə olduğu anlaşılan deyil. Yəni "Alo" deməyibmi? Nə isə ki, prezidentlər arasında olan telefon söhbətini Peskov şərh edib.

Gürcüstan prezidentindən  Putinin sanksiyalara dair sözlərinə reaksiya
Zurabişvili Moskva ilə münasibətləri düzəltməyə hazırdır. Rusiyaya ilımlı mövqeyinin ölkəsində tənqidlə qarşlanacağına gəlincə "Kimsə mənə vətənpərvərlik öyrədə bilməz"-deyib.

Gürcüstan prezidenti Salome Zurabişvili rusiyalı həmkarı Vladimir Putinin Moskvanın Tiflisə qarşı sanksiyalar tətbiq etmək istəmədiyi bəyanatını alqışlayıb. Bu barədə Associated Press-ə müsahibəsində deyib.
Tarix : 27-07-2015, 11:30
AXI NİYƏ və ya GÜNAHSIZ GÜNAHKARLAR
Bəlkə də günahsız olmalarında bir az ifrata varıram. Söhbət cəmiyyət üçün təhlükə olan manyaklardan gedir. Niyə axı və niyə bu mövzü desəniz... Əslində uzun illər keçsə də hələ də xatırlayanda məni narahat edən, "axı niyə" sualına cavab axtarmagıma səbəb olan o gecəydi. Uşaq vaxtı şahidi olduğum və yaddaşımdan silinməyən o gecə.

O gecə-1997-ci ilin isti yay gecələrindən birində hər zamankı kimi qonşu uşaqlarla evimizin qarşısındakı çəmənlikdə oturub bir-birimizlə zarafatlaşır, deyib-gülürdük. Çox gec olmağına baxmayaraq istinin ucbatından heç kim evə getmək istəmirdi. Belə gecələrdə bəzən hansımızınsa valideyni gəlib danlayaraq evə aparmayana qədər dağılışmazdıq. Yenə də gecədən xeyli keçmişdi, söhbətin şirin yerinə birdən kimsə,- "susun, susun, qulaq asın"- dedi. Hamımız susub diqqətlə bağırtı səsinə qulaq kəsildik. Kimsə nalə çəkib, fəryad edirdi. Tez qalxıb səs gələn tərəfə qaçmağa başladıq. Səs bizdən bir az aralıda yaşayan qonşudan gəlirdi. Həyətləri adamla dolmuşdu. Hamı əllərində lampa və fənərlərlə nə isə axtarırdı. Yaxınlaşıb nə baş verdiyin soruşduq. Dedilər ki, qonşunun 9 yaşlı qızı yoxa çıxıb. Necə yani yoxa çıxıb? Hava isti olduğu üçün evin bütün pəncərələri açıq idi, deməli uşaq da evin qapısı bağlı olduğu üçün pəncərərdən çıxıb. Amma 9 yaşlı uşaq, həm də qız uşağı gecənin bu vaxtı hara gedə bilərdi ki?

Bir az keçmiş milislər (o zaman indiki polislər milis adlanırdı) gəlib çıxdı. Hər tərəfə baxıb, hamını sorğu- sual edəndən sonra uşağı axtarmaq üçün bizi quruplara böldülər. Səhərə qədər axtarmadığımız yer qalmadı. Amma uşağı gördüm deyən olmadı. Bu axtarışlar 3 gün davam elədi və üçüncü gün hamı dəhşətli bir xəbərdən şoka düşdü. Uşağın meydi sahibi Moskovada yaşayan başqa bir qonşunun evindən tapılıb. Ekspertiza üçün cəsədi mərkəzi xəstəxanaya apardılar. Ekspertiza otağından çığıraraq çıxan həkimin səsi hələ də qulaqlarımdadır. "Alçaq, şərəfsiz körpəni zorlayıb sonra amansızlıqla qətl edib. Ürəyinə 9 bıçaq zərbəsi vurandan sonra boğazın kəsib".

Hamı sözün əsil mənasında sarsılmşdı. Əksəriyyətin dilində bir sual vardı. Axı niyə??? Bəlkə də o zaman həyatımda ilk dəfə "manyak" sözünü eşitdim. Hamı bu cinayəti törədən manyakı axtarır, hamının tək marağı bu manyakın kim olması idi. Səhəri günü xəbər yayıldı. Manyakı tapıb və həbs ediblər. Düzü manyakın kimliyini biləndə şok keçirdim. Sən demə, bu manyak-manyak deyib axtardığımız bizimlə bir yerdə böyüyən, bizimlə gecələr səhərə kimi deyib- gülən, bizdən bir neçə yaş böyük olan qonşunun 20 yaşlı oğluymuş. Uşağın itkin sayıldığı bu 3 gün boyunca bizimlə birgə uşağı axtaran, hamıdan çox canfəşanlıq edən, hamıdan çox lənətlər və söyüş yağdıran da elə o olmuşdu. İnana bilmirdim. Hey öz-özümə sual verirdim, axı niyə? Nə məhkəmə dinləmələrində, nə də ömürlük həbs hökümü oxunarkən o dinmədi. Ona ünvanlanan-,axı niyə?- sualı cavabsız qaldı.

"Axı niyə?" sualıma cavab tapmaq üçün manyakların həyatını araşdırmağa başladım və maraqlı bir məqama rast gəldim. Bütün bu insanların bir ortaq taleləri var imiş, sən demə. Bu manyaklar uşaq vaxtı valideyinləri və ya yaxın ətrafı tərəfindən şiddətə məruz qalmış, cəmiyyət tərifindən aşağılanmış və çox vaxt təcavüz edilmiş insanlardırlar. Deməli, bu manyaklar əslində günahsız günahkarlardırlar. Yəni heç bir insan anadan qatil və günahkar doğulmur, qatil və günahkar kimi formalaşdırılırlar. Uşaq vaxtı təcavüz və şiddətə məruz qalmış bu gələcəyin manyakları böyüdükcə insanları və xüsusi ilə də uşaqları düşmən gözündə görür, fürsət düşən kimi onlardan öz intiqamların almağa çalışırlar. İlk qurbandan sonra daha da amansızlaşan bu manyaklar tam zərərsizləşdirilənə qədər öz çirkin əməllərindən əl çəkmir, islah olunmurlar. Çünki, onların gözündə bütün insanar pis və qəddardırlar. Bəlkə də özlüklərində haqlı olduqlarını düşünürlər. Çünki, onların manyak kimi formalaşmasında birbaşa cəmiyyət və insanlar günahkardırlar. Uşaqlarla rəftarda çox diqqətli olmaq, onlara nəvaziş və qayğı göstərmək lazımdır. Şiddətdən və uşağın psixikasına zərər verəcək, tərbiyəsini korlayacaq şeylərdən uzaq olmaq lazımdır. Əks halda gələcəyin manyakını, günahsız günahkarını özünüz yetişdirmiş olacaqsınız və bunun bədəlini də bir gün özünüz ödəməli olacaqsınız. Manyaklarsız bir toplum üçün uşaqlara şiddət yox, sevgi aşılayın.

Yaşar Süleymanlı
/Yenises.ru/




Baxış: 1882 | Bölmə: Yazarlar, Yaşar Süleymanlı
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ən çox oxunanlar
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru