RUS ALİMLƏRİNİN XARİCİLƏRLƏ ÜNSİYYƏT QAYDALARI SƏRTLƏŞDİRİLİR
Rus ailmləri xarici həmkarlarları ilə elmi mübadilə aparmaq üçün xüsusi icazə almalı və bu prosesdə bütün danışıqlar qeydə alınıb ali təhsil və elm nazirliyinə təqdim edilməlidir. Bir sözlə alimlərin elmi -praktik konfransları, görüşləri tam nəzarətə götürülür.

Rusiya ali təhsil və elm nazirliyi rus elm adamlarının xarici həmkarları ilə əlaqə qaydalarını sərtləşdirən qanun hazırlayır. Sənədin surəti "Trotsk varınatı" ("Trotskiy varinat") qəzetində dərc olunub. Rusiya Elmlər Akademiyası texnika elmləri üzrə doktoru, professor Aleksandr Fradkovun bu əmrlə bağlı açıq etiraz məktubu da adıçəkilən qəzetdə yer alıb.

FACEBOOK  SƏSLI MESAJLARI GİZLİNCƏ DİNLƏYİRMİŞ
Bir həftə əvvələ qədər Facebook audio-faylları dinləyirmiş. Bunun da istifadəçi anlaşmasında razılaşdırıldığını deyib. Yəni istifadəçilərin bilgisi daxilində olduğu deyilir.

Bloomberg agentliyi Facebook kompaniyası istifadəçilərin səsli mesajlarını açmaq üçün buna yüzlərlə muzlu işçi cəlb etdiyi faktını açıqlayıb.

Anonim mənbə bildirib ki, korporasiyanın rəhbərliyi qarşısına səsli mesajların yer və zamanını gizli saxlamaqla audoi-faylların oxunması məsələsini qoyub. İşçilər bunun nəyə lazim olduğunu bilmədən təəccüblə dinləyiblər.
Mariya Zaxarova: Rusiyanın Qarabağın statusu haqqında fikri dəyişməzdir
Rusiya XİN yetkilisi Mariya Zaxarova bu fikri jurnalistlər üçün keçiridiyi bugüngü brifinqdə səsləndirib.

"Bizi Azərbaycan və Ermənistan münaqişə xəttində sakitliyin müşahidə olunması məmnun edir. Bununla yanaşı, tərəflərin müxtəlif yollarla bir-birini ittiham etməsi də narahatçılıq yaradır"-deyə Zaxarova qeyd edib.

Bu cür ritorikalar danışıqlar prosesində əlverişli şərtlərin formalaşdırılmasına və konfliktin həll olunmasında kompromiss variantlar axtarmağa imkan vermir- Rusiya xarici siyasət qurumundan qeyd ediblər.

"Rusiya Dağlıq Qarabağın son statusunun Azərbaycan və Ermənistan arasında danışıqlar yolu ilə müəyyən edilməsindən yanadır"-deyə XİN nümayəndəsi göstərib. Onu da əlavə edib ki, rəsmi Moskvanın mövqeyində heç bir dəyişiklik yoxdur.

Xarıtladaq ki, avqustun 7-də Ermənistan baş naziri Nikol Paşinyanın tanınmamış Dağlıq Qarabağ respublikası haqqında "Bura Ermənistandır"-deməsi Azərbaycan tərəfindən qəzəblə qarşılanıb.

Yenises.ru
Sabiq qırğız prezidenti Atambayevin rezidensiyasına basqın davam edir

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin rezidensiyasına basqında yaralananlar Dövlət Milli Təhlükəsizlik komitəsi əməkdaşlarının sayı artır. Almaz Atambayevi tutmaq üçün xüsusi əməliyyatda iştirak edən DTK əmdaşaları arasında yaralananların sayı 27 nəfərə çatdığı haqda RİA Novosti-yə komitənin mətbuat xidmətindən xəbər verilib.
Lukaşenkonun "oyunu" özünə baha başa gələ bilər
Lukaşenkonun Rusiyaya inteqrasiya məsələsini qarşı tərəfə təzyiq vasitəsinə çevirməsinə "Bulba Prestolov" Teleğram kanalı toxunub. Dni.ru iformasiya portalının Telegram kanala istnadən yazdığına görə Belorusiya prezidenti Aleksandr Lukaşenkonun başı üstündə qara buludlar dolaşır. Rusiya rəhbərliyi Batkanın şərtləri ilə inteqrasiyaya razı deyi-deyə ekspertlər xəbərdarlıq ediblər. Onların sözlərinə görə Rusiyada belorus liderinə kimsə güvənmir və onunla ünsiyyətdən qaçırlar.

Son zamanlar Belorusiyada qərbyönlü millətçilik baş qaldırıb-deyə "Bulba Prestolov "Telegram kanalın müəllifləri bildirirlər. Buna görə Rusiya Aleksandr Lukaşenko rejiminin maliyyələşdirilməsinin məqsədəuyğun olduğuna daha çox şübhə edirlər.
Rusiya XİN-dən ABŞ və Almaniyanın 3 avqust aksiyasını işıqlandırmasına   etiraz
RF Xarici işlər nazirliyinin ABŞ və Almaniyaya onların diplomatları və mediasının Rusiyanın daxili işiniə qarışması ilə bağlı rəsmi müracət göndərəcəyini qurumun nümayəndəsi Mariya Zaxarova "Bazar axşamı Vladimir Solovyevla" proqramında açıqlayıb. Bu avqustun 3-də Moskvada keçirilən icazəsiz mitinqin işıqlandırılması ilə əlaqəlidir.

Situasiyanı araşdırmağı xarici işlər nazirliyinin nümayəndəsi Mariya Zaxarova təklif edib.

"Mən düşünürəm ki, ABŞ rəhbərliyi onun diplomatlarının Rusiyanın daxili işinə qarışmalarına təəccüblənəcəklər"-deyə qeyd edib.

RUBRIKA: Belə də olur - SƏYYAR MAĞAR

Axşam aldığım xəbəri kənddən uzaqda yaşayan eloğlu ilə bölüşmək üçün zəng elədim:
--Salam, əmioğlu. Loxəbərlik olmasın, Məmmədəlinin ölümündən xəbərin var?
--Salam. Var, əmioğlu, var.
Moskvadakı icazəsiz mitinqdə 600 nəfər saxlanılıb
DİN-nin paytaxt rəhbərliyindən verilən məlumata görə avqustun 3-də Moskvada keçirilən icazəsiz aksiyada 1500 adam iştirak edib və onlardan 600 nəfərə yaxını saxlanılıb. Bu haqda RİA Novostinin məlumatında deyilir.
Moskvanın mərkəzində yanan binanın söndürülməsində 24 texnika və 2 vertolyotdan istifadə edilib
Bu gün səhər səhər saat 6:18 radələrində Moskvanın mərkəzində- Dubninsk küçəsi ev 41/4 ünvanında olan dördmərtəbəli binada yangın baş verib. Fövqəladə hallar nazirliyindən verilən məlumata görə yanğın 5 min kvadratmetr sahəni əhatə edib. Yanğını n söndürülməsində 80 nəfər yangınsöndürən, 24 texnika, o cümlədən 2 vertolyot iştirak edib. Xilasedicilər yanğının ətrafda yerləşən binalara və eləcəə də yaxınlıqdakı benzindoldurma məntəqəsinə keçməsi təhlükəsinin qarşısını almağa çalışıblar.
[right]Rusiya pasportu alan ukraynalılar sorğuya çəkilirlər
Ukraynanın hərbi prokuroru Anatoli Matios bəyan edib ki, Rusiya pasportu almaq üçün müraciət edən Donetsk və Luqansk vilayətinin sakinləri qurum tərəfindən sorğuya çağırılıb. O, bunu "Radio NV" -yə müsahibəsində söyləyib.

Hərbi prokuror müstəntiqlərin qanun çərçivəsində hərəkət etdiklərini qeyd edib. Matiosun sözlərinə görə hərbi prokurorluq baş verənlər haqqında tam təsəvvürə maikdir və Rusiya pasportu almaq üçün ərizə verən Ukrayna vətəndaşlarının şəxsiyyətini müəyyən etməklə məşğuldur.

ABŞ administrasiyasında Rusiyaya qarşı ikinici sanksiya  paketi hazırlanır
Birləşmiş Ştatlar Skripal işinə görə Rusiyaya qarşı ikinci sanksiya paketi hazırlayır. Bu haqda RİA Novostiyə ABŞ administrasiyasının nümayəndəsi məlumat verib.
Rusiya yığmasının azərbaycanlı oyunçusu Aleksandr Səmədov karyerasını başa  vurdu
35 yaşlı idmançı özünün bu qərarını İnstagram səhifəsindən açıqlayıb.

"Əziz dostllarım, yaxınlarım, azarkeşlərim! Futbolçu kimi özümün idman karyeramı başa vurmağın zamanı gəldi. Uzun illər sizin mənim yanımda olduğunuzu bilərək yaşadım, işlədim, oynadım,arzuladım, planlar qurdum. Sizin mənimlə və Rusiya futbolu ilə qürur duymağınız üçün qələbəyə nail olmağa çalışdım. Mən idmançı, futbolçu və şəxsiyyət kimi yetişmək istədim. Bu arzularım gerçəkləşdi. İstədiyimə çatdım! Mən xoşbəxtəm ki, siz hər zaman mənə inandınız, dəstəklədiz, həyəncanlandınız, irəli getmək, daha böyük uğurlar əldə etmək üçün güc verdiniz!"-deyə futbolçu yazıb.
Sobyanin icazəsiz mitində təxribat ola bilıcəyindən xəbər verib
Sobyanin xəbərdarlıq etdi. Mitinqi təşkil edənlərlər də, oara gələnlər də təxribat törətməyə hazırlaşırlar. Lakin bunun qarşısı alınacaq.

Bu günə təyin olunmuş icazəsiz mitinqində ciddi təxribat baş verəcəyi ehtimalından Moskva meri Sergey Sobyanin özünün Twitter səhifəsindən xəbər verib.


Vüqar Bayramov - Şairin dünyası qız qoxuludu!
Şairin dünyası qız qoxuludu!


Bu yay axşamında bahar havası,
Təbiət bu gecə yaz qoxuludu!
Hamının dilində şirin arzular,
Hamının dodağı söz qoxuludu!

Gözlər intizarda, qəlb həvəsdədi,
Hamı bir arzuda, bir nəfəsdədi.
Qulaqlar həsrətlə xırda səsdədi,
Həsrətin vüsalı naz qoxuludu!

Xəbəri titrətdi küləklər kimi,
Gəldi gecə yarı, mələklər kimi.
Muştuluq həvəsli ürəklər kimi,
Ocaq qoxuludu, köz qoxuludu!

Açıldı cığırım, izim dünyaya,
Qəlbimdən gələni yazım dünyaya.
Bu gecə göz açdı qızım dünyaya,
Şairin dünyası qız qoxuludu!


22.07.2018

Dünya mənim gözümdə bu baxışın boydadı.

Elə şirin baxırsan səddin, çəpərin yoxdur,
Sən elə bir duyğusan ölçün, qədərin yoxdur.
Səninlə gözəlləşib həyat xəbərin yoxdur,
Dünya mənim gözümdə bu baxışın boydadı.

Balalar gül doğulur, balalar çiçək olur,
Çirkin körpə görmədim, hamısı göyçək olur.
Bu məsum baxışında arzular gerçək olur,
Dünya mənim gözümdə bu baxışın boydadı.

Ömrümün hər saatı, dəqiqəsi, anısan,
Özünü çox sevərsən gözlərimdə tanısan!
Atanın gül qızısan,ürəyisən, canısan,
Dünya mənim gözümdə bu baxışın boydadı.

26.02.2019
Rusiya səfirliyi xəritədə Krımı Ukraynanınkı kimi göstərib
Rusiya səfriliyi Twitter səhifəsindəki paylaşımında Krımı xəritədə Ukrayna ərazisi kimi göstərdi. Ukrayna XİN-i də təşəkkür edərək davamını digər qurumlardan gözləyirik-deyə repost yazdı.

Rusiyanın Böyük Britaniyadakı səfriliyi Twitter səhifəsində Krımı Ukrayna əraizisi kimi göstərib.

Rusların yarısının əmək haqqı 35 min rubldan az imiş
Rosstat-ən məlumatlarına görə, böyük və orta müəssisələrdə işləyən rusların yarısı 34,335 rubldan az gəlir əldə edir. Nisbətən yüksək maaşı olan balıqçılardır.

Peskov Putinlə Zelenski arasındakı  telefon söhbətindən danışdı
Prezident seçilləndə təbrik etmədi, lakin prezident kimi qəbul edib telefonla danışdı. İlk cümləsi "Salam" olub-deyə yazır Rusiya mətbuatı. Salam verməkdə qeyri-adi nə olduğu anlaşılan deyil. Yəni "Alo" deməyibmi? Nə isə ki, prezidentlər arasında olan telefon söhbətini Peskov şərh edib.

Gürcüstan prezidentindən  Putinin sanksiyalara dair sözlərinə reaksiya
Zurabişvili Moskva ilə münasibətləri düzəltməyə hazırdır. Rusiyaya ilımlı mövqeyinin ölkəsində tənqidlə qarşlanacağına gəlincə "Kimsə mənə vətənpərvərlik öyrədə bilməz"-deyib.

Gürcüstan prezidenti Salome Zurabişvili rusiyalı həmkarı Vladimir Putinin Moskvanın Tiflisə qarşı sanksiyalar tətbiq etmək istəmədiyi bəyanatını alqışlayıb. Bu barədə Associated Press-ə müsahibəsində deyib.
Tarix : 4-10-2015, 16:09
Hər zaman “sən” olmayacaq  Sizə...
Müəllimlərə, Müəllim gününə xitabən

Bu günün –Müəllimlər gününün xətrinə, bü gün onun adını incidəcək bir şey yazmayacam-deyib başlamışdım bu yazını. Maddi durumundanmı deyim, ona ayrılan büdcə payındanmı , yoxsa....qazandığı öz boğazını dolandırmadığı üçün öyrətdiklərindən öyrənməyib (bu onun dadına çatmadığını yaşayanda ) adının müqəddəsliyini unudanındanmı, ya yerində olmayanındanmı...

Nə deyim...? Yoxsa səbəbi nə olursa, bəşərin əsl insan qəlibini hazırlayan müəllim, məhz müəllim olduğun üçün öyrətdiyinin əksinə getməyə haqqın yoxdurmu deyə ittihammı edim...

Nə çətinə düşdüm. Heç yazmasammı...Məni yazmağa vadar edən nədir? Ona məhəbbətimdən, ona qayğılanmağımdandır bu.

Dünyanın hakimi olan, hökmdarlarına dərs verən, sınmayan, meydan oxuyan... Müəllim mənim üçün o varlıqdır. O obrazda, o statusda və heç zaman “sən” deyə müraciət edə biləcək qədər cəsarətim olmayacaq böyüklükdə...İndi onun adı keçən yerdə bu cümləni “idi” ilə tamamlamağa belə cəsarət etmirəm. Amma yazının məni məndən xəbərsiz götürdüyü yer istiqamətini sapdırıb.

Biri vardı, biri yoxdu... Nağılla başlayan ömrümüzə nağıl kimi girən bir də O vardı...Müqəddəs, üca, hər şeyi bilən, sirli-sehrli, göylərdən gələn göy adamı...

Təsəvvürümüzdə yemirdi, içmirdi, yatmırdı... Hər zaman oyaq, ayıq, hər müşkülü aça biləcək, bütün suallara cavab tapacaq...

Məlikməmmədi quyudan çıxardan da, Fitnəni buğanı çiyində daşımaq vərdişinə alışdıran da, Cırtdanın divi aldatmasına yardım edən də onun gizli əli idi.

Hətta ölümlü həyatın ölümsüzlüyü sadəcə onun simasında təcəlli tapırdı. Onlar ölmürlər... Təkcə bu ölümsüzlük üçün “Keşkə mən də O ola bilsəm”-kim deməyib ki?

“Fikrin yığcamı, mətləbin əsası, sözün qısası... məqbuldur”. Öyrədən olan o öyrətmişdi. İndi bu sətirləri yazan barmaqların üstündə əlinin hərarətini o ilk gündəki kimi hiss edirəm. İfrat deyil... Hər biriniz, hər birimizin əlinin üstündə əli olub. İlk hərfi, ilk kəlməni, ilk hecanı, ilk cümlədən başlanan həyatı onunla öyrənmişik. Müəllim adında gizlənən ecazkarlıq, sirr də bu olsun gərək...

Ona görə birinə xitab edəndə adının sonuna müraciət forması seçdiyimiz sizin adınızı qoyub-qoymamağı ölçüb biçmişəm. Sizin töküldüyünüz qəlibə hər kəsi sığışdıra bilməmişəm.

Çünki müqəddəslərdənsiniz. Eyni statusa çatıb, eyni yolda yürüyəcək olsaq belə, aramızdakı məsafələri paralel xətlər kimi yaxınlaşdırsaq da, yenə “Siz”dən “sən”ə keçmək cəsarətim olmazdı. Olmasına izn verməyən də Sizdən aldığım dərsdəndir.

Amma... Niyə nağıllarda “vardı”nı “yoxdu”nun əvvəlinə keçirdiniz ki? Niyə Öyrədən olaraq “biri yoxdu, biri vardı” kimi sıralamadınız bu başlanğıcı. Yoxdan var olacaqlar yetişdirirdiniz, axı?!

Əlsində bütün sualların cavabı Sizdə idi. Bəlkə əvvəlcədən niyyətləndirilimiş, indiki təbirlə desək kodlaşdırılmış o sonradan gələn yoxluq bizi ora sürükləyir.

Bu gün o yoxluğa sürüklənmədə müəllim adını xüsusilərin uniforma kimi geyinə biləcəyi deyil, hamının daşıyacağı gündəlik paltara dönməsi amili də var, sırasızların aranıza girib Sizi sıradan çıxması amili də.

Bu gün...bizim içimizdə yaşayan o uşaqlıq yenə müəllimin təxəyyülümüzdə cızdığımız o portretindəki kimi qalmasını istəyir. Lakin...bu günün müəllimini ayrı funksiyada görəndə iç dünyamızın sərgisində ən görkəmli yerdə asılan o portret yerə çaxılaraq parça-parça olur...Siz olan daxilimdə parçalanan rəsminizlə mən də parça parça oluram.

Kim qaytaracaq Sizə o müqəddəs adı? Kim yenə ən yüksək yerdən asacaq o ismi...? Bu günün məktəblisi üçün bizim uşaqlığımızda olan o müqəddəs çərçivədəsinizmi yenə? Və ən əsası uşaq fəhmi ilə hər şeyi duyan bugünkülərə bizim "örnək olmamaq kimi haqqı olmayan müəllim" modelimizi kim göstərəcək?

Sizi o ucalığa yenə əsl müəllim adını daşımaga layiq olan -Siz qaytara bilərsiniz. Nə qədər ki, müəllim adının müqəddsəliyini özündə yaşatmayanlara, hamının müəllim ola biləcəyi qədər bu sənətin qapılarını layiqli-layiqsizə ayrılmadan hamının üzünə açıq qoyacağıqsa... oradan girən külək beyinləri üşüdəcək .

Konfutsi müəllim haqqında deyir ki, kimlər ki köhnəni əzizləyərək yeniyə də nail olursa , ondan müəllim ola bilər.

Örnəkli cümlələrimizin örnəyi olan, yenə də köhnə xatirələrdə hər zaman təzələnən əziz müəllimlərim, Bayramınız mübarək!

Tünzalə Vəliqızı
Moskva, 4 oktyabr 2015




Baxış: 951 | Bölmə: Yazarlar, Tünzalə Vəliqızı
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru