Sankt-Peterburq universitetinin dosenti tələbəsini doğrayıb

Cümə günü qonaq qəbul edən Sankt-Peterburq dövlət universitetinin dosenti Oleq Sokolovun öldürdüyü tələbəsinin meyidi evdə imiş. Qonaqlardan gizlətdiyi və doğradığı cəsədi hissə-hissə Moyka çayına atmağı planlayıbmış.
BILIRSİNİZMİ?  Moskva metrosunda dahi Azərbaycan şairinin adı çəkilən tablo

Nə olsun ki-deyib keçməyin. Etirafdır. Nizaminin adının azərbaycanlı kimi vurğulanması da "Turandot" nağılının ona aid olması da, 5 əsr sonra Karlo Qotssinin ona müraciət etməsi də . "Vaxtanqov ! teatrında tamaşaya qoyulmasının "teatr hadisəsi" adlandırılması isə bir ayrı mövzudur.

Moskvanın tam mərkəzinə gətirən "Arbat" və "Biblioteka imeni Lenina" adına metro stansiyalarının kəsişmə-keçidində asılan bu lövhəni görməmək mümkün deyil. 2019-cu il "Rusiyada teatr ili" elan edildiyindən təbliğedici lövhələrin asılmasında qəribə heç nə yoxdur. Lakin biz-azərbaycanlıların ədəbiyyat korifeylərinin tanıdılması baxımından çox əhəmiyyətlidir.
НОВЫЕ КНИГИ О КАВКАЗЕ

Кафедра стран Центральной Азии и Кавказа Института стран Азии и Африки МГУ имени М.В. Ломоносова совместно с Центром Восточной литературы Российской государственной библиотеки провели 24 октября 2019 года выставку-презентацию под названием «В фокусе - Кавказ», в ходе которой были представлены два новых научных труда профессоров Караева Таймураза Муссаевича и Зайцева Ильи Владимировича.
Dost təbriki
Türk dümyasının sevimli şairi, professor Məmməd İsmayılı bu il ayrıca təbrik edə bilmədik. Bu bəlkə də sosial şəbəkədəki təbriklərə qoşulmağımıza görə belə alındı. Amma Saratovdakı dostumuz professor Rafail Qəribov bizim bu "səhvimizi " xüsusi təbriklə düzəltdi və hələ biz az da bizi utandırdı.

Sevimli şairiiz Məmməd İsmayılın 80 illiyini YeniSəs-dəki salamımızla başlayırıq. Məmməd İsmayılın 80 illiyi davam edir. Və bizim onun haqqında yazımız olacaq.
Təbrizdə 80 min  azərbaycanlı  "Türkiyə" deyə səsləndi
İranın Təbriz şəhərində Mustafa Dənizlinin baş məşqmi olduğu “Traktor”futbol komandası ilə yerli “İstiqlal” komandası arasındakı görüş 80 minlik Səhənd idman meydanında keçirilib. Oyunu izləmək üçün Ərdəbil, Kozvin, Xoy, Şirazdan minlərlə tərəfdar gəlib.
Seyran Səxavətin “Yol” şeirinə klip çəkilib


Əməkdar artist Kəmalə Məmmədovanın ifasında səsləndirilən Seyran Səxavətin “Yol” şeirinin rejissoru Müsfiq Balayevdir. Rejissor iki sevən arasındakı ayrılığı susuzluqdan-sevgisizlikdən cadar olmuş torpağa bənzədərək, abadlıqdan viranəliyə götürən yolda taykeş ayaqqabı ilə yeriyən gənc qadını canladırıb.
“Həsrətin beş, ümidin bir xal” qazanmağına yol verməmək üçün çağırış-fəryad edilən klipdə rejissor bunu təzadlı səhnələrlə verib.
Aramızdakı məsafə bir qarışdır-deyərək o yaxınlıqla uzun bir yol qət eləmək varkən...
Sonuncusu Zəngilan..dı və ya  Durmaq gərəkirsə, burda dur!
(Zəngilanın işğalından 26 il də ötdü)

29.10.2019. Bir doğum, bir düyün tarixi kimi parıltılı rəqəmlərdir, eləmi. Bəs, işğal tarixinin ildönümü kimi necə?!

“Bu il yenə gələmmədim, bizim dağlara, bağlara...” Beləmi oxunur bu mahnı? Bu gün-dağ çəkilən dağlarını itirənlərin qəlbində, ruhunda.bu mahnı oxunur, yəqn ki..

Acı soğan soymuş, yemiş kimidirlər bu gün... Bəlkə hər gün yuxudan hövlanak oyanıb, yenidən bir də o qorxulu reallığın əvvəli yaşanan günə qayıtmaq üçün gözlərini yumurlar.
Putinlə  Ərdoğan arasında 6 saatdan artıq davam edən görüş başa çatdı
Rusiya prezidenti Vladimir Putinin Soçidəki rezidentsiyasında türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla keçirilən görüşü başa çatıb. Görüş altı saatadan artıq çəkib.

Görüşün əvvəlində Putin Suriyadakı vəziyyətin gərginliyi fonunda Ərdoğanla məsləhətləşmənin vacibliyini vurğulayıb.

Rusiya lideri ona ümid etdiyini bildirib ki, "son zamanlarda Rusiya ilə Türkiyə arasında əldə olunan münasibətlərinin səviyyəsi bu gün bölgədə yaranan bütün mürəkkəb məsələlərin həllində böyük rol oynayır və bu həm Türkiyənin, həm Rusiyanın, həm də bölgənin bütün ölkələrinin maraqlarına uyğun olaraq ən çətin suallara cavab tapmağa yardım edəcək ".

Ərdoğan da inamla qeyd edib ki, Soçi görüşü kəskinləşmiş vəziyyətin xeyrinə olacaq.

"Bugünkü görüş bizə hazırkı vəziyyəti geniş müzakirə etməyə imkan verir və şübhəsiz sülhün təmin olunmasını təmin edəcək".

Bundan bir müddət əvvəl RF prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, bu danışıqlarda "Rusiya Suriyanın şimal-şərqindəki vəziyyəti müzakirə etməyi, baş verənləri tam aydınlığı ilə başa düşməyi, Tükiyənin planları haqqında məlumat almağı və Suriyada siyasi proseslərin ümumi həlli planındakı irəliləyişləri razılaşdırmaq istəyir. O danışıqların heç də asan olmayacağını da söyləyib.

Rusiya prezdentinin beynəlxalq işlər üzrə köməkçisi Yuri Uşakov bazar ertəsi bildirmişdi ki, ilin əvvəlindən iki lider arasında baş tutan səkkizinci əyanı görüşdür. Onun sözlərinə görə görüşdə Suriyanın şimalında Türk ordusunun keçirdiyi hərbi əməliyyat konteksində vəziyyət müzakirə olunacaq.

Yenises.ru
Putin Ərdoğanla görüşdə Suriya məsələsini "kəskin" adlandırıb
Suriya məsələsi kəskindir, lakin Rusiya-Türkiyə münasibətlərinin səviyyəsi bunun çözülməsində ortaq məxrəcə gəlinəcəyinə yardım edəcək.

Rusiya lideri Vladimir Putin, bu gün 22 oktyabrda Rusiya Prezidentinin Soçidəki iqamətgahında türkiyəli həmkarı Tayyib Ərdoğanla görüşü zamanı Suriyadakı vəziyyətin kəskin olduğuna diqqət çəkib. Hər kəs bunu görür və başa düşür, buna görə də bu məsələ ətrafında Moskva ilə Ankara arasında məsləhətləşmələr tələb olunandır. Bu barədə RİA Novosti məlumat yayıb.

Putin ona da ümidvar oldğunu bildirib ki, "Son zamanlarda Rusiya ilə Türkiyə arasında əldə olunan münasibətlərinin səviyyəsi bu gün bölgədə yaranan bütün mürəkkəb məsələlərin həllində rol oynayır və bu həm Türkiyənin, həm Rusiyanın, həm də bölgənin bütün ölkələrinin maraqlarına uyğun olaraq ən çətin suallara cavab tapmağa yardım edəcək ".

Ərdoğan, öz növbəsində, danışıqlarda tərəflər gələcəkdə də sülhün təmin edilməsi məqsədi ilə bölgədəki mövcud vəziyyəti müzakirə edəcəyini bildirib.

YENİSES.RU
iran səfrinin qıaı Moskvada ölü tapıldı
İran səfirinin qızı infarktdanmı öldü, yoxsa özünümü öldürdü? Rusiya KİV-i ziddiyətli xəbər yayıb. İran diplomatik korpusundan verilən məlumatda səfirin qızının infarktdan öldüyünü bildirir. Media qurumlarına məlumat ötürən mənbələr isə psixoliji problemi olan səfir qızının canına qəsd etdiyini deyirlər.

Bu gün səhər -oktaybrın 22-də Rusiya KİV-i İranın Moskvadakı səfirinin qızının intihar etməsi xəbərini yaydı. İran diplomatik korpusundan verilən məlumatda isə onun infarktdan öldüyü xəbər verildi.
Bəşər Əsəd Ərdoğanı oğru adlandıdı
Bəşər Əsəd kürdlərlə əlaqəsindn danışdı. Türklərə qarşı vuruşan bütün qüvvələrlə tərəfdaşıq.

Suriyanın legitim prezidenti Bəşər Əsəd Türkiyə iıə Suriya arasındakı srhəddə hökümət hərbi qüvvəlıri yerləşdirilməsini siysi addım olmadığını açıqlayıb. Dəməşqin Ankaranın hərbi əməliyyatlara başladığı ilk gündən kürdlərlə əlaqədə olduğunu qeyd edib. Bu haqda RİA Novosti məlumat verib.
Solovyev teleefiri "zəbt" edib Ginnesin rekordlar kitabına düşdü
Rossiya-1 kanalının qalmaqalli teleaparıcısı Vladimir Solovyev u Ginneson rekordlar kitabına saliblar. Bu haqda təşkilatn rəsmi saytında məlumat verilir.

Qeyd edilir ki, teleaparıcı bir həftə ərzində efirdə ən uzun müddətdə olmaqla rekorda imza atıb. Dərc olunan məlumatda o da göstərilir ki, bu ilin mart ayının 18-i ilə 24-ü arasında Solovyevin iştirakı ilə olan kadrlar 23 saat 53 dədiqə 57 saniyə təşkil edib. Rusiyalı teleaparıcı 4 saatdan artıq vaxt fərqi ilə yapon Monto Minonun rekordunu ötüb keçib.

Yenises.ru
AzerRoss-un   20 illiyinə həsr olunmuş elmi-praktik konfransdan
Ayrılıqdan doğan birlik və ya...

Bəzi məqamlar

“Məndən olan” , “Mənlə olan” paradoksu...
Iki təşkilat bir konfederasiya ...

“Qarabağ problemi”ni qaldırmaq, ona cavab istəmək istimai təşkilatın işi deyil” “tədrisi”

İctimai təşkilat siyasiləşdirmək yolverilməzdir tezisi və dahası...
Pentaqon Manbiji Rusiya ordusunun  nəzarətinə verdi

Türk ordusunun Suriya azad qüvvələri ilə birgə Manbijdə keçirdiyi əməliyyata Rusiyanın dəstək verdiynə eyham edən Pentaqon amerikalıların həmin ərazini faktiki olaraq ruslara verildiyini deyib. Kürd yaraqlılarının təmsil olunduğu "Suriya demokratik qüvvləri" qruplaşması isə amerikalı hərbçilərin oradan çıxarılması, onlara vəd edilən dəstəyin kəsilməsini "bıçaqla arxadan vurulan zərbə" kimi dəyərləndirib.
Rusiyada  elektron poçt  yazışmaları "süzgəncdən" keçiriləcək
Belə bir qaydanın tətbiq olunması təklifi senatorlardan gəlib. Rusiyada yayımlanması qadağan edilən xəbərləri ötürənlərin elektron poçtları bloklanacaq. Bu qadağan olunmuş məlumatların yayılmaısnın qarşısını almaqla bərabər, vətəndaşları daşıyacaqları məsuliyyətdən bir növ qurtarmağa xidmət edir. Yeni qanun layihəsini Dövlət Dumasına təqdim edən müəlliflər belə düşünür.
Macarıstan ukraynalılara verdiyi  pasportunu  geri alır
Macarıstan höküməti saxta sənədlə özünü etnik macar kimi təqdim edən ukraynalı Zakarpatya sakinlərinə verdiyi pasportları geri qaytarmaq məcburiyyətindədir. Bu haqda Obzor TV -nin efirində Zakarpatya vilayət dövlət administrasiyasının rəhbəri Gennadi Moskal deyib.

"İndi onlar birini verir, 20-30 digərini ləğv edir"-deyə o, əlavə edib ki, Macarıstan vətəndaşlığına dair qanunu pozan icra başçısı rəhbərlərinə qarşı məhkəmə araşdırması gedir.

Moskalın sözlərinə görə polislərə göstəriş verilib ki, macar dilində danışa və başa düşməyən insanların sənədləri geri alındı.

O onu da qeyd edib ki, "Macarıstan prezidentinin gündəliyi" mövcuddur və onun hər buraxılışında hansı insanların vətəndaşlığının ləğv olunması iki-üç səhifədə verilir.

Rəsmi Budapeşlə Kiyev arasında növbəti münaqişə 2018-ci ildə internetdə Macarıstan konsulluğunda ukraynalılara macar pasportu verilməsi ilə bağlı video yayımlanandan sonra gərginləşmişdi.

Yenises.ru
Müqayisə olunmayacaq ünvanın adı: Müəllim!
Müəllim- bizə şəkil verən Yaradanın işinə qarışmadan o şəkli anlamla yükləyən İNSANdan bir pillə yüksək Tanrıdan ayrıcalığını haqq edən MÖCÜZƏ kimi gördüyümdü. Valideynlərimdən sonra ilk dəfə danışdığım kəlmələrin şəkli olduğunu, düşündüyümün bir də sözlərə çevrilib yazıya töküldüynü anladandı. Fərqli bir dünyadan fərq yaratmaq üçün gələndi.
Fransa tarixində iki dəfə baş nazir olmuş  sabiq  prezident Jak Şirak vəfat edib
Bu haqa Frans Press agentliyi ailəsindən aldığı xəbərə istinadən məlumat verib. onun 86 yaşı vardı. Jak Şirak 1995-ci ildən 2017-ci ilə kimi ölkəyə başçılıq edib.

Fransa Milli yığıncağı sabiq liderin xatirəsini bir dəqiqəlik sükutla anıb. Jak Şirak ölkənin cənubunda dpğulub. Təhil aldıqdan və hərbi xidmət keçdikdən sonra siyasətə atılıb. Gənc yaşlarında kommunistlərə rəgbəti olub, sonradan sağçıların liderinə çevrilib.

Şarl de Qoll və Jorj Pompidin seçki kampaniyalarında böyük rol oynayıb. İkincinin zamanında kənd təsərrüfatı naziri kimi fəaliyyət göstərib.

Sonrakı prezident Jikar de Estenn zamanında baş nazir təyin edilib. Sonra onu oradan uzaqlaşıdırblar və da "Resublikaya yardım və birləşdirmə" müxalifət partiyasına rəhbər seçilib.

Tarix : 4-11-2015, 18:47
Deyingən  MƏN PAXILAM
Deyingən olmağım bir yana, qocaldıqca özümdə daha bir mənfi sifətin də olduğunu qətiləşdirirəm. Ölüm-itim dünyasıdı, deyirəm, bunu da kağız üstünə töküm ki, sonra çox təəssüf eləməyəsiniz bilmədiyinizə. Məsələ bundadır ki, mən paxılam. Hər şeyə paxıllığım tutur.

Biri ilə tanış olmuram? Elə iki-üç kəlmə kəsməmiş hiss eləyirəm ki, ağzı söz tutmur. Nə demək olar, insandı da, düşünürsən hamı dilli-dilavər, savadlı olmaz ki? Belə ona haqq qazandırmaq istədiyim yerdə əlini bahalı pencəyinin cibinə salıb qızıl haşiyəli bir vizit kartı verir. Kartın üstündə boş yer tapana əhsən demək olar. Sən demə təzə tanışım o məşhur filmdəki kimi, həm loqopeddi, həm vəkildi, həm şairdi, həm naşirdi. O saat içimdə bir paxıllıq qurdu tərpənir.

Son vaxtlar dəbdən düşsəm də arabir bəzi yığıncaqlara dəvət alıram. Çox vaxt həmin dəvətli məclisə gələndə bir qəribə hissə qapılıram. Elə bilirəm burda bir dəfə olmuşam. Mistikaya elə o qədər inanan da döyüləm. Sonra baxanda baxıb görürəm ki, bu məclisdəkilər elə bir il qabaqkı məclisdə gördüklərimdi. Çıxış eləyənlər də. İnanmazsınız, çıxışlar da. Yenə paxıllıqdan ürəyim partlayır. Adamlar nə qədər sözübir olarmış. Amma yox, ədalət naminə demək lazımdır hər növbəti dəfə çıxış eləyənin təqdimatında bir-iki titul əlavə olur. İnsanların haqqını yemək olmaz.
Deyingən  MƏN PAXILAM
Bir dostumuz var, təxminən əlli il bündan əvvəl Mirzə Şəfi Vazehdən, imanımı yandıra bilmərəm, diplom işimi, dissertasiyamı, nəsə yazıb. O vaxt Mirzə Şəfi də indikindən düz əlli il cavan idi. İlahi, bu adamın Vazeh vurğunluğuna necə paxıllıq eləməyəsən ki, xeyirdə də, şərdə də onun sitatları kişinin işinə yarayır.

Hələ bizim buradakı konqresin prezidentinin Azərbaycan dilində danışmağını eşidəsiniz. Paxıllığım tutur ki, pensiya yaşına çatıram, bu gün də dilimizdə elə danışa bilmirəm.

Özümlə bacara bilmirəm. Adını yazmağı bilməyən adamın şeir yazmağını görəndə paxıllığım tutur. Şair Nəsib Nəbioğlunun təqdimatı ilə Azərbaycan Yazıçılar Birliyinə, Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasına üzv olanların siyahısına baxanda paxıllığımı cilovlamaq bir az da çətinləşir.

Biri başqasının arxasınca olmazın sözləri deyib, “ağ yuyub, qara sərib” o başqasını görən kimi sarılıb öpüşəndə hərarətim paxıllıqdan çıxır kəlləçarxa.

Moskvadakı cəmiyyətlərin adından musiqiçilərimizin milli geyimdə Jirinovskinin hüzuruna toy-bayrama aparıldığını görəndə, niyə mən bünü bacarmıram deyə özümü danlayıram.

Bu gün səsi-sədası azalan bir “lider” məni saytında işə dəvət elədi, hamının da yanında yazım üçün qonorar vəd elədi. Qonorarı verməməyinə yanmadım, amma mənim yazılarımı yoxlamaq istəyinə paxıllığım tutdu. Çünki hələ də mənim ana dilində və rus dilində yazdıqlarımın heç olmasa yarısını axıradək başa düşdüyünə belə əmin deyiləm, amma məni sınaqdan keçirmək kimi iddiası var.

Hələ bu harasıdır? Bu mərəz mənə baha başa gəlir. Məndən xahiş edirlər, haqq vəd edirlər, yazılarımı oxunaqlı hala gətir deyirlər, sonra o yazılarla Azərbaycan Yazıçılar birliyinin üzvü vəsiqəsini alıb mənə dil, üslub dərsi keçməyə təşəbbüs göstərirlər.

Son vaxtlar ədəbi məclisləri restoranda keçirmək dəbə düşüb. Həm də məclisi keçirən də, səbəbkar da maddi imkan sarıdan əksəriyyət kimidir, yəni pulları yoxdur. Amma nədənsə dilimizdə xüsusi çalar qazanmış TƏDBİRİ yeməksiz keçirmək ağıllarına belə gəlmir. Hətta elə tədbir keçiriləndə də axırda çıxışlar, ifalar müzakirə olunmur, “yəqin furşet başqa yerdədi” deyən mızltılar eşidilir. Mənim isə pulu olmaya-olmaya belə məclis keçirənlərə, ora dəvət olunanlara, özümün çağırılmamağıma paxıllığım tutur.

Furşet demişkən, son illərin mübahisəli furşetləri də bir başqa aləmdi. Yanılmıramsa azərrosların ucsuz-bucaqsız davası səngidi, əjdahalar hərəsi bir tərəfdə yaralarını yalamaqla məşğuldur və elə meydan furşet təşkil edənlərə qaldı. Səhv edə bilərəm, amma mənim paxıl fəhmim mənə bunu deyir.

Uzun müddət əvvəl yaranmış bir cəmiyyətimiz də var. “Ocaq”. Bəzən gur yanır, bəzən öləziyir. Əvəzsiz lideri də onu gah Türkiyədən idarə edir, gah Azərbaycandan. Vaxtilə sədaqətli ocaqçısı olduğum bu təşkilatın uğurlarına ayrıca qısqanc paxıllığım var. Banan dövlətlərinin iqtidar partiyası kimi, hamını işlədib özünün adına çıxmaq məharətinə paxıllığım tutur.

Əslində “Sehirli xalat” filmində deyildiyi kimi, misilsiz zəmanədə yaşayırıq. Birini irəli seçdikmi, başımızda qoz qırsa da, qul haqqını yesə də, əlində rüşvət tutulsa da son nəfəsimizə kimi sədaqətlə qulluğunda durarıq. Mənim kimi paxıllar olmasa.

Cəfər Sadıq,
4 noyabr 2015-ci il

P.S. Yazdım, oxudum, paxıllığımın miqyasına baxdım, paxıllığıma da paxıllığım tutdu.




Baxış: 1480 | Bölmə: Yazarlar, Cəfər Sadıq, slayd1
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru