Navalniyı zəhərlədiər,  ya zəhərləndi

Alkesey Navalniyla eyni təyyarədə uçan tomsklu Djey Pavel Lebedev bloggerin zəhərlənməsi ilə bağlı foto və video paylaşıb. O bu kadrları öz instagram səhifəsinə yerləşdirib.
Lebedev Navalniyin Tomsk aeroportunda kafe içəndən sonra təyyarəyə getdiyini videoya çəkib. “Tomskdan Moskvaya Aleksey Navalniyla eyni təyyarədə uçurduq. Uçuş başlananda o tualetə getdi və geri dönmədi. Özünü pis hiss edirdi. Onu güclə özünə gətiməyə çalışdılar”-deyə yazıb. Lebedev.

Videogörüntüdə Navalniy ağrıdan qışqırır və həkim ona yaxınlaşır.

Navalnıy Tomskdan Moskvaya uçarkən özünü pis hiss edib. Təyyarə təcili Omsk aeroportunda enməli olub. Navalniyin mətbuat katibi Kira Yarmışın rəyinə görə bloggeri zəhərləmiş ola bilərlər. O ehtimal edib ki, içdiyi çaya toksin qatılıb. Bununla yanaşı jurnalist Yuliya Vityazovanın fikrincə, Navalniyin zəhərlənməsi yalniz onun kuratoruna faydalı ola bilər.

“Hazırkı zaman üçün bu boş güllə ola bilərdi”-deyəo, yazıb. Vityazovanın sözlərinə görə bloggerin xəstəxanaya yerləşdirilməsi özünə diqqət çəkmək üçündür və həmçinin sağlamlığında real problem də ola bilər.

Xəbərlərdə o da bildirilir ki, Omsk xəstəxanasına yerləşdirilən Navalniyin huşu özündə deyil. Onun ağ ciyərlərini süni ventilyasiya aparatına qoşulub.

Yenises.ru
"BİZƏ KRAL LAZIM DEYİL" -DEYƏN LOTU QULİ  QƏTLƏ YETİRİLDİ

Türkiyə mediyasının verdiyi məlumata görə Lotu Quli ləqəbli Nadir Əslifov avqustun 20-si gecəyarısı Antaliydakı restoranların birində birlikdə yemək yediyi adam tərəfindən güllələnib.

Türkiyə hüquq mühafizə orqanları əməkdaşlarını versiyasına görə Xan Əhmədlinskiy ləqəbli onu kriminal avtoritet Elmar Vəliyevin qətlə yetirdiyi bildirilir.

“Avqustun 20-də gecə yarısı Nadir Səlifov- Lotu Quli tapançadan açılan 4 güllə ilə vurulub. Onu təcili yardımla xəstəxanaya çatdırsalar da, reanimasiyda başından aldığı yara ğldürücü olduğundan həyatını xilas etmək mümkün olmayıb.

Türkiyə KİV-də yer alan xəbərlərə görə qətli törədən şəxs hadisə yerindən qaçmağa müvəffəq olsa da, türk polisləri tərəfindən Antaliya –Dənizli şossesində saxlanılıb.

Qeyd edək ki, bu N.Salifova qarşı dəfələrlə sui-qəsd hazırlanıb. Elə bu ilin fevralında İstanbul polisi Quram Çixladzenin rəhbərliyi ilə onu öldürmək istəyən 17 nəfərlik qrupu həbs etmişdi.

Rusiya KİV-nin məlumatında isə Azərbaycanda 22 il həbsdən sonra Nadir Səlifovun 2017-ci ilin payızında azadlığa buraxıldığı yazılır. Elə oradan birbaşa Türkiyəyə gəlib. Hələ həbsdə yatdığı zaman Rusiyanın bütün tərəvəz bazarının rəhbərliyini ələ keçirib və milyard dollar qazanıb. Ən birinci ona haqq verən ticarətçilər isə Sverdlovsk vilayəti olub, sonra o, Sibir və Rusiyanın cənubunu nəzarətə götürüb.

Quli postsovet məkanında 1 nömrəli “qanuni oğru” yerinə namizəd idi və 2018-ci ilin avqustunda Lujnikidə keçirilən seçkilərdə 54 yaşlı Şişkan ləqəbli Oleq Şişkanovun (o həm də Oleq Ramenskiydi) 1 nömrəli qanuni oğru olmasını qəbul etməmişdi. O zaman “bütün şeflərin şefi” seçilən Şişkan haqqında “Bizə kral lazım deyil”-deyə bəyan etmişdi.

Yenises.ru

“Sevilya” futbolçuları “Avropa Liqa”sı seriyasında “Manşester Yunayted” konamdasını 2:1 hesabı ilə məğlub edərək finala çıxıb. Oyun dünən- avqustun 17-də Almaniyanın Köln şəhərində keçirilib. Oyun ispan komnadasının qələbəsi ilə başa çatıb.

Avropa Liqasının final mərhələsinə keçmək üçün keçirilən qarşıdurmada “Mançester Yunayted” komnadasının oyunçusu Brunu Fernandeşin 11 mertlik cərimə zərbsindən vurduğu bir topa “Sevilya” oyunçuları Suso və Lyuka de Yonqa iki sərrast qolla cavab veriblər.

Beləliklə “Sevilya” finala vəsiqə qazanıb.

Yenises.ru


Mişustin jurnalistlərini koronavirusa yoluxdurub?
Rusiya höküməti jurnalistlərinin bir neçəsinin koronavirusa yoluxmasından şübhələnirlər. Bu haqda “İzvestiya” qəzetinə hökümətin mətbuat xidmətindən xəbər veriblər.
Ölkəni 26 illik vəhşətdə saxlayan Lukaşenko istefa verməlidir!
Belorusiyada prezident seçkiləri zamanı saxlanılanlar dərhal buraxılsın! Lukaşenko istefa versin! Bu tələbi Belorusiya prezidentliyinə namizəd Tixonovskayanın xələfi Mariya Kolesnikova səsləndirib. O, etiraz aksiyasından sonra saxlanılanların sayı haqqında da məlumat verib. Bu haqda TASS agentliyinin müxbirinə danışıb.

Kolesnikovanın bildirdiyinə görə 4 mindən çox vətəndaş hələ də nəzarətxanada saxlanılır. O, prezident seçkilərinə qədər tutulanlar da daxil olmaqla, siyasi məhbusların dərhal azad olunmasını tələb edib.

Bir müddət əvvəl Kolesnikova hazırkı prezident Lukaşenkonun istefa verməsi tələbi ilə çıxış etmişdi. “26 illik vəhşətə son verilməlidir, o, ölkəni təcavüzdə boğub. Bu belə davam etməməlidir”-deyə bildirib.

Avqustun 13-də axşam Minskdə müvvəqqəti tədricxanada saxlanılanları azad etməyə başlamışdılar. Buraxılanlar güc strukturu nümayəndələrinin onları döyməsi nəticəsində bədənlərində olan çoxsaylı zədələri göstəriblər.

Xatırladaq ki, Belorusiyada artıq bir həftədən artıqdır ki, kütləvi etiraz aksiyaları keçirilir. Və OMON-la qarşıdurma davam edir. Onlar prezident seçkiləri zamanı Aleksandr Lukaşenko tərəfindən çağırılıb. Seçkilərdə Lukaşenko 80 faiz səs topalyıb.

Yenises.ru

Abbas Abbasovdan açıqlama - Eksklüziv
"Abbas Ababsovun həbs olunması xəbəri"nin yayılması ilə bağlı Abbas Abbasov danışdı.

Saytımza yaxınlarından aldığımız məlumatla kifayətlənməyib bir də bu xəbərə münasibəti Abbas Abbasovun özündən öyrənmək istədik.

Abbas müəllim bizimlə telefon əlaqəsində haqqında çıxan bu növbəti şaiyənin ona qarşı təxribat olduğunu dilə gətirdi.

“Mən artıq uzun illərdir nə aktiv, nə də passiv şəkildə siyasətlə məşğul olmuram. 72 yaşında 9 nəvənin babasıyam. Və bu çıxan xoşəgəlməz xəbərlər təbii ki, məni, ailəmi narahat edir. Heç bir əsası olmayan bu tipli xəbərlər suyu bulandırmaqdır”-deyə Abbas Ababsov bildirdi.

Abbas Abbasov onu da qeyd etdi ki, heç bir şeyə qarışmır, ailəsi, nəvələri ilə tədaüdçü həyatını yaşayır. “Adımı belə yalan –böhtan xəbərlərlə hallandıranlar da kimə və nəyə xidmət edir, onu bilmirəm”-bunları da xüsusilə vurğuladı.

Tünzalə Vəliqızı,
Moskva
15.08.2020



Abbas Abbasovun həbs olması xəbəri...  Eksklüziv
Gerçəkdir, yoxsa ehtimal... Eldar Həsənovun tutulması xəbərindən sonra gündəmə bir də Abbas Abbasovun həbsi xəbəri düşdü.

Bəzi Azərbaycan mediya qurumlarına istinadən xəbər ağızdan-ağıza gəzərək hər kəsin diqqətini çəkdi.

Moskvada yaşadığımı nəzərə alaraq dünyanın bir çox ölkələrindən mənə zəng edərək bu xəbərin doğru və ya yanlış olması barədə bir məlumatın olub-olmadığını soruşdular.

Abbas Abbasovun yaxınlarının verdiyi açıqlamaya görə onun həbs olması xəbəri təxribat xarakteri daşıyır.

“Abbas Abbasov həbs olunmayıb. Bu tipli xəbərlər vaxtaşırı mətbuatda ( "bilərərkdən və ya bilməyərəkdənmi" onu da yayanlar bilir) yayılır və növbəti feykdir”.

Saytımıza açıqlamasında Abbas Abbasovun yaxını belə söylədi.

Xatırladaq ki, bəzi saytlarda yer alan xəbər sonradan qaldırılıb.

YENİSES.RU

İsraildə  "Azərbaycana dəstək"  aksiyası keçirilib
"Qarabag Azərbaycanındır", "Şəhidlər ölməz, Vətən bölünməz", "Ermənistan təcavuzunə son" şüarları ilə İsraildə "Azərbaycan Evi " aksiya keçirib. Bu haqda tanınmış siyasi analitik Arye Qut Facebook səhifəsində məlumat verib.

Ermənistan təcavüzü pislənən aksiyada - Xocalı soyqırımını törədənlərin bu vəhşiliyinin cavabsız qalmasının nəticəsidir ki, onlar hələ də işğalçı siyasətlərini davam etdirməkdən çəkinmirlər. Dünya da bu haqsızlığa qarşı susur. Bizsə susmayacağıq. Hər kəsin duyması üçün haq səsimizi ucaldacağıq."-mesajı verilib.


Arye Qut yazıb ki, İsraildə yaşayan Azərbaycan əsilli soydaşlarımız Ermənistanın işğalıçı siyasətinə son qoyulması, onların cəzalandırılması tələbi ilə çıxış ediiblər. İsraildəki "Azərbaycan Evinin" təşkil etdiyi etiraz aksiyasında 500-600 nəfərə qədər adamın iştirak etdiyi bildirilir.


Arye Qutun paylaşımından sətirlər:

" Azərbaycan və İsrail dövlət bayraqlarının, Tovuz döyüşlərində həlak olan şəhidlərimizin şəkillərinin və müxtəlif şüarların nümayiş etdirildiyi mitinqdə çıxış edənlər Ermənistanın işğalçı və təcavüzkar siyasətini kəskin şəkildə pisləyiblər.

Çıxış edənlər Qarabağın Azərbaycan torpağı olduğunu bir daha bəyan edərək, Israil hökumətindən və dünya birliyindən Xocalı kimi dəhşətli soyqırımı törədən Ermənistanın ciddi şəkildə cəzalandırılması, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün qətiyyətli addımlar atılmasını tələb ediblər."

Arye Qur iştirak etdiyi təbdirdən şəkillər də paylaşıb.

YENİSES.RU

İsraildə  "Azərbaycana dəstək"  aksiyası keçirilib
İsraildə  "Azərbaycana dəstək"  aksiyası keçirilib
İsraildə  "Azərbaycana dəstək"  aksiyası keçirilib
İsraildə  "Azərbaycana dəstək"  aksiyası keçirilib
İsraildə  "Azərbaycana dəstək"  aksiyası keçirilib
İsraildə  "Azərbaycana dəstək"  aksiyası keçirilib
İsraildə  "Azərbaycana dəstək"  aksiyası keçirilib


Kasıb balalarının əsgər çiynində dayanır bu dövlət !!!

YENİSES.RU

Avropa və Amerikada başlanan erməni təxribatının Moskva davamı
Siyasi müstəvidən küçə savaşına...

Restoranlar bağlandı-bir günlük

Moskva şəhər DİN cənub-şərq dairəsində toplanan yığıncaqda belə qərara alındı.

Nə baş verdi? Keçən günlərdə ermənilərlə-azırbaycanlıalr arasıdna artıq siyasi-səfirliklər qarşısında etiraz nümayiişlər ilə kifayətlənməyib onu küçə savaşında davamının sıçrayışları Rusiyanı alovlandırdı.
Elşən Qəni - 55  - Olduğu kimi görünən adam...

Tanınmış jurnalist, yazıçı-ssenarist
Elşən Qəniyevin 55 yaşına dost sözü

… Deyirlər, hər bir insan həyatda öz taleyini yaşayır. Zaman isə hər kəsə qiymət verməyi bacaran müəllim rolunda çıxış edir. Xoşbəxt o insandı ki, zamanın süzgəcindən keçir, işlədiyi hər yerdə xoş təəssürat yaradır, insanların sevgisini qazanır, sədaqətli dostluğu və öz sahəsində peşəkarlığı ilə seçilir, müəyyən iz qoyur. Tanınmış jurnalist, qələm dostumuz, yazıçı-publisist, ssenarist Elşən Qəniyev (Elşən Qəni) də məhz belə yaradıcı insanlarımızdandır.

Bu böyük qəlbli peşəkar qələm adamının və eyni zamanda, fədakar insanın imzası ilə tanışlığım tələbəlik illərindən – BDU-nin tələbəsi olduğumuz 1983-cü ildən başlanır.

****

Elşən mənim üçün çox dogma, əziz bir insandı. Ona görə yox ki, həmkarıq, ikimiz də Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişik, eyni azman müəllimlərdən həyat və peşə dərsləri almışıq, uzun illərdi eyni sahədə işləyirik, xoş gündə, çətin məqamda hər zaman bir-birimizə arxa-dayağıq. Yox, təkcə bu deyil...
Elşən 55 il əvvəl Ucar rayonunun Qazyan kəndində ziyalı, nurlu bir ailədə dünyaya gəlib. Ucar... İsmayıllı... Ulu Şirvanın hər iki məkanı hamımız üçün Azərbaycanın bir parçası kimi doğmadı, əzizdi. Amma bizim üçün ikiqat doğma, ürəyimizdə məxsusi yeri olan şəhərlərdir. Doğulduğumuz yurd yeri kimi ruhən bağlandığımız bu rayonlar bizim üçün müqəddəsdi, fərqli bir məkandı. Spesifik evləri, dalanları, küçələri, məhəllələri, məscidləri, təbiət guşələri hər an gözlərimizin önündədir. Allah adamı olan, hədsiz dərəcədə saf, ürəyigeniş, mehriban, yanımcıl sakinlərinin də sözlə ifadə olunmayacaq dərəcədə yeri var ürəyimizdə...
***
Elşən Qəninin tərcümeyi-halından:

1982-ci ildə Qazyan kəndindəki Nizami adına kolxozda kolxozçu kimi ilk əmək fəaliyyətinə başlayıb. 1983-cü ildə o zamankı Azərbaycan Dövlət Universitetinin, indiki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə (qiyabi) daxil olub. 1984-1986-cı illərdə Rusiyanın Çita vilayətində Sovet ordusu sıralarında xidmət edib. Orduda nümunəvi xidmətinə görə o zamankı SSRİ-nin Müdafiə Nazirliyi tərəfindən “Əla hərbi inşaatçı” döş nişanı, qiymətli hədiyyələr, eləcə də ÜİLKGİ MK-nın laureatı adına layiq görülüb. 1986-cı ildə Sovet ordusundan tərxis olunduqdan sonra Ucar rayonunun “Nizami” kolxozunda komsomol komitəsinin katibi işləyib.

E.Qəni 1987-ci ilin oktyabr ayından 1991-ci ilin avqust ayına kimi Ucar rayonunda çıxan “Yeni söz” qəzetində Yerli radio verilişlərinin diktoru, Teletaypçı müxbir, kiçik ədəbi işçi, ədəbi işçi, müxbir və kənd təsərrüfatı şöbəsinin müdiri vəzifələrində çalışıb. O, daha sonra 1991-ci ilin avqust ayında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının orqanı olan “Ülfət” qəzetinə işə dəvət olunub və 1992-ci ilin avqust ayına kimi orada müxbir vəzifəsində işləyib.

Elşən Qəni 1992-ci ilin avqust ayından 1994-cü ilin fevralına kimi Ucar rayon İcra Hakimiyyəti başçısının köməkçisi və müavini vəzifələrində çalışıb. 1994-cü ildən 2000-ci ilə kimi təsərrüfat fəaliyyəti ilə məşğul olub. “Rəmzi” Kəndli fermer təsərrüfatının və “Rəmzi İstehsalat ticarət firması”nın təsisçisi və direktoru olub.

2000-ci ildən 2003-cü ilə kimi ”Şirvanın səsi” MMC-ni təsis etməklə, eyni adlı regional qəzetin baş redaktoru vəzifələrində çalışıb.

2003-cü ildən 2010-cu ilə kimi Rusiya Federasiyasının Moskva şəhərində yaşamaqla biznes fəaliyyəti ilə məşğul olub.

E. Qəni 2010-cu ildən 2014-cü ilə kimi Bakı şəhərində yaşamaqla təsisçisi və baş redaktoru olduğu “Demokrat” qəzetində çalışıb.

2014-cü ildən müstəqil jurnalist kimi fəaliyyət göstərir. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Ailəlidir, Rəmzi və Türkay adlı iki övladı var.

***

Hər dəfə Elşənlə həmsöhbət olanda böyük Mövlananın bir məşhur düsturunu xatırlayıram: Comərdlikdə “axar su”, əsəbdə “ölü”, təvazökarlıqda “torpaq”, ünsiyyətdə “dəniz” kimi ol, və nəhayət, “ya olduğun kimi görün, ya da göründüyün kimi ol”. Elşən “olduğu kimi görünən, göründüyü kimi olan adam”dır. Olduqca təmkinli, az danışıb çox iş görən və öz işini sevə-sevə görən Elşən təmənnasız, iddiasız, halal, sadə, zəhmətkeş bir jurnalist ömrü yaşayıb və yaşayır. Çox uzun olsun bu ömür...
Həyatda Elşən kimi qaynar, ünsiyyətcil insanlara çox az rast gəlmişəm, o, ilk dəfə gördüyü adamla ilk ünsiyyətdcə dostlaşa bilir, bir az sonra isə uzun illərin dostları kimi ayrılırlar və bu görüş heç zaman unudulmur. Şirin danışığı, duzlu, məzəli söhbətləri ilə hamıda özünə qarşı rəğbət hissi oyada bilir. Onun güclü yaddaşına isə ancaq həsəd aparmaq olar. Hərdən 30 -35 il əvvəllərdə olmuş hadisələrdən, birgə görüşlərdən bəhs edəndə elə xırda detalları xatırlayır ki, adam onda olan dəmir yaddaşa heyrət edir.

55 yaş isə... Deyəsən, çox tez gəldi. Neyləməli, artıq vaxtla, zamanla ayaqlaşmaq olmur, vaxt yel qanadlıdı, “uçur”, bizə ancaq onun arxasınca baxmaq qalır. Amma 55-i yola salmaq, şübhəsiz ki, çox xoşdur Elşən üçün. Çünki illəri havayı xərcləməyib. Qazandığı mövqe və hörmət, “olduğu kimi görünən, göründüyü kimi olan adam” kimi tanınıb qəbul edilməsi, gözəl ailəsi, övladları, ... Ən vacib olanı bax, budur, məncə...

***

Elşən Qəni olduqca səliqə-sahmanlı, səbrli, təmkinli, tədbirlidir. Vəzifədə işlədiyi dövrlədə doğulduğu bölgəni, adamları yetərincə tanıyıb, hər kəslə “öz dili”ndə, səviyyəsində danışıb. İstər ucqar kənddə sadə zəhmət adamı, yaxud yaylaqda çoban olsun, istərsə də rayon mərkəzində, şəhərdə müəllim, qulluq, vəzifə sahibi olsun, fərqi yoxdu, hamısı ilə ünsiyyət, işgüzar münasibət yarada bilib. Elşən tələbkar olduğu qədər də qayğıkeş və diqqətcil olub. Yüksək mədəniyyəti, mərifəti, insani keyfiyyətləri adamlarda xoş ovqat yaradıb. Həmişə kabinetinin qapısı onların üzünə açıq olub. Özü də tez-tez yerlərə gedib, camaatın dərd-sərinə qalıb, irili-xırdalı problemlərinin həllinə çalışıb, köməyini əsirgəməyib.

Xoşuma gələn xüsusi bir cəhəti ilə də xatirimdə qalıb Elşən Qəni – bu da onun maaarifçilik fəaliyyəti, maarifçilik missiyasıdır! Maarifçiliyinin məqsədi isə xalqa təmənnasız xidmət etməkdir.

Heç şübhəsiz, Elşən Qəninin yaradıcılıq fəaliyyəti daha böyük söhbətin mövzusudu. Ancaq 55 ilin hesabatında az da olsa, bəhs etmək pis olmaz məncə...
Yaşadığı illərdə bir sıra mətbuat orqanlarında “Azadlıq hökmü” adlı povesti, “İki tale” hekayəsi, onlarca publisistik məqalələri dərc olunub. “Ağarəhim yaradıcılığının özəllikləri” adlı monoqrafiyası çap olunub.

Yazıçı-ssenarist Elşən Qəni həmçinin “Xalqa həsr olunmuş ömür” (2016-cı il), “Səngərdə açılan səhər” (2017-ci il), “Ruhum sözümdür” (2017-ci il), “Qəhrəman Tərtər” (2018-ci il), ”Zirvəyə doğru” (2018-ci il), “Sumqayıt-Xəyalların gerçəkləşdiyi şəhər” (2018-ci il), “Zirvədən zirvəyə” (2018-ci il), “Qələbəyə gedən yol-Müsüslü döyüşləri” (2018-ci il), ”Vətən üçün yaşanmış ömür” (2019-cu il) sənədli filmlərinin müəllifidir.

Bütün bu əziyyətlərinin, yuxusuz gecələrinin nəticəsi kimi, mətbuatda çoxillik səmərəli fəaliyyətinə görə 2012-ci ildə Azərbaycan jurnalistlərinin “Qızıl qələm” mükafatı laureatı adına layiq görülüb.
***

Yazıçı-ssenarist Elşən Qəninin 55 illik yubileyi ilə bağlı, onun şəxsiyyəti, publisistik fəaliyyəti və bədii yaradıçılığı haqqında danışmaq ürəkaçandır. Elşənin yaradıcılıq spektri o qədər geniş və çoxşaxəlidir ki, onu xarakterizə etmək üçün təkcə ədəbiyyatşünas olmaq azdır, mənə elə gəlir ki, digər sahələri də bilmək gərəkdir. Sirr deyil ki, Elşən bəzi həmkarlarından fərqli olaraq, sözün həqiqi mənasında, cəmiyyətdə geniş tanınan, sevilən və hörmət bəslənilən ziyalıdır. O, jurnalist kimi də nüfuz qazanıb, publisist kimi də qəlblərə yol tapıb, ssenarist kimi də vaxtilə çəkdiyi filmlərdən tamaşaçıların sevimlisinə çevrilib, nəhayət, yetkin vətəndaş kimi də özünü təsdiqləyib və s. Hesab edirəm ki, çoxsahəli yaradıcılıq istiqamətlərində peşəkarlıq nümayiş etdirməyin kökündə iki vacib şərt dayanır: İstedad və zəhmət. Əgər bunlar olmasa, yaradıcı insan məqsədinə çata bilməz. Elşən Qəninin xoşbəxtliyi və uğurlarının səbəbi ondadı ki, ona Allah tərəfindən istedad bəxş edilib. Nəzərə alsaq ki, Elşən istedadı zəhmətdən güc alır, bu zaman onun uğurlarının səbəbi bizim üçün tam açıqlanar…

***

Saçlarımın rəngindədi gödəkçəm,
yarı bozdu, yarı qara, yarı ağ.
Təbiət öz saydığını sayacaq.
bir ömrün fəsilləri qarışmış, -
Yarı yazdı, yarı payız, yarı qış.


Uzaqdımı, yaxındımı mənzilim,
mən dağ qalxdım dağı aşan kimiyəm.
Dünya gördüm, dünyalaşan kimiyəm;
bələd oldum hər üzünə həyatın,
Gecəsinə, gündüzünə həyatın.


Bir az möhlət istəyirəm ömürdən,
nə qədər ki, bu dünyada biz varıq,
bu dünyanı yaşadarıq, yaşarıq, -
sən olarsan, mən olaram – ikimiz.
Həyat şirin, dünya gözəl, sən əziz...


İstər lirik, istərsə də epik səpkili əsərlərində həyat həqiqətlərini yüksək bədii həqiqət səviyyəsinə qaldırmağa qadir olan qüdrətli sənətkarımız Nəriman Həsənzadə bu gözəl şeirə müəlliflik edəndə elə bil dostumuz Elşən Qənini nəzərdə tutub. Çünki Elşənin sinəsində həmişə azərbaycanlı ürəyi döyünür…

İnsan Allahın ona bəxş etdiyi ömrü şərəflə yaşamaq üçün bu dünyaya gəlib və bu şərəfi daşımaq insanın adi borclarından biridir. Həmçinin, insanın içində daim bir ölməzlik arzusu, əbədilik istəyi də var. Həyatda həm şərəflə yaşamaq, həm də ölməzlik qazanmaq səlahiyyəti isə sənət adamlarının, sənətkarların çiyninə düşən yaradıcılıq yüküdür... Elşən Qəni bu yükü çiynində şərəflə, ləyaqətlə və bacarıqla daşıyan ziyalılarımızdandır.

Hərdən adama elə gəlir ki, “insanı ölümsüzliy”ə qovuşduran “dirilik suyu” elə sənətin bulağından axan büllur, saf, bütün könüllərin yanğısını söndürən “dirilik suyudur...” Və belə bir “dirilik suyu” bulağı Elşən Qəninin çoxsahəli yaradıcılığı ilə sevdalanan könül bulağından 55 ildir ki, axmaqda, çağlamaqdadır...

Kim nə düşünür-düşünsün, yaradıcılıq, düşüncə, jurnalistin – yaradıcı insanın həyatından, tərcümeyi-halindan keçən işıqlı, nurlu bir yoldur. Elşən Qəninin yazıçı-jurnalist şəxsiyyətində sözə sahib çıxan kəslərin işığı, nuru var. Əsrlər boyu böyük şəxsiyyətlərdən, ustad sənətkarlardan, həmyaşıdlarından, qələm dostlarının hərəsindən bir zərrə qopub onun yaradıcılıq şəxsiyyətinə hopan bir işıq. Bir nur...Və bu, hər kəsə nəsib olmur.

Belə baxanda, onun bir insan və jurnalist kimi həyatını nəzərdən keçirəndə Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı Elşən Qəninin çox xoşbəxt bir jurnalist olduğunu görürük.

Bəli, çoxlarına nəsib olmayan şərəfli bir ömür yaşayır Elşən Qəni…

Bu gün hörmətli dostum, qardaşım Elşən Qəni yaradıcılığının ən gözəl çağlarını yaşayır. Yaşı 55-ə çatsa da, ürəyi hələ ki, cavandır. Yaşamaq eşqi, yazıb-yaratmaq əzmi aşıb-daşır. Onun yaradıcılığı yuxarıda qeyd etdiyim kimi hərtərəfli və zəngindir.

Sonda Elşən qardaşıma 100 il ömür arzulayıram ki, hələ uzun illər uca Allah tərəfindən ona bəxş edilmiş istedadı onun yaşayıb-yaratmaq eşqindən, yaradıcılıq əzmindən, cəfasından və zəhmətindən güc-qüvvət alsın və bizi yeni-yeni əsərlərilə sevindirsin.

Uzun ömür və yaradıvcılıq uğurları arzusuyla

Daşdəmir ƏJDƏROĞLU

Bildiyim  kimi deyil -- Mətbuat -145
Bu günə bu gündən heç nə yazammadım. Epistolyar üsluba öyrəşmiş, yazdığımın redaksiyada süzgəcdən keçirilib “səhifəyə qoy” -redaktor "əmri" olmayanda məsuliyyət məsul olmur.

145 il əvvəl vəsait qıt, düşüncə, ideologiya zəngindir. Bu gün vasitə və vəsait hər evdə var... Bu peşəyə sahiblik edənlər də... Tik-Tok-da, Facebook-da. Kütləvilik anlayışının tərsindən anlayanlar üçün yazan çox, oxuyan yox... Oxunaqlı olması da ssensasiyaya hesablı. Yazıdığının “əmsalı” mətnin sonundakı hesablayıcıya – sosial şəbəkələrdəki baxış sayına görə müəyyənləşir.
Marqarita Simonyandan  Ermənistan hökümətinə qarşı sərt  reaksiya
Əcdadlarınızı doğrayan yanıçarlar astanadadır. Siz Krımı hələ də Rusiyanınkı kimi tanımamısınız.

Rusiyaya az qala yalvarış şəklində "Siz etsəniz də, onlar etməz"- vurğusuyla Ermənistanın Zaqafqaziyada özünü çıxılmaz duruma saldığını kəskin pisləyib.

RT- media rəhbərinin Telegram kanalından özünkülərə etdiyi sitəm diqqət çəkmndir.
MƏMMƏD İSMAYIL--- Bu vuruş haqq vuruşu, bu savaş haqq savaşı

Bu Vәtәnın nәyi var azı-çoxu döyüşәr,
Dağı, daşı, torpağı, varı, yoxu döyüşәr.
Neçә şәhid iğidin nakam ruhu döyüşәr,
Bir әskәrә çevrilәr burda hәr mәzar daşı,
Yetәrki ayağa qalx, sәn başla bu savaşı.

General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və daha 5 hərbçi şəhid olub - SİYAHI
Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov qəhrəmancasına şəhid olub.

Azərvaycan mediyası xəbər verir ki, bunu cəbhə bölgəsində jurnalistlərin suallarını cavablandıran Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev deyib.

"İki sutka ərzində düşmənə sarsıdıcı atəş zərbələri endirilmişdir. Düşmənin 100-dək canlı qüvvəsi məhv edilib, çoxlu sayda texnika, döyüş texnikası, nəqliyyatı mühüm obkeytlər darmadağın oilunub və məhv edilib. Bu gün səhər saatlarında döyüş zamanı Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev qəhrəmancasına şəhid olub", o bildirib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun aşağıdaları çəkilən hərbi qulluqçuları da şəhid olub:

1) Mayor Əhmədov Namiq Hajan oğlu

2) Mayor Novruzov Anar Gülverdi oğlu

3) Gizir Zeynallı ilqar Ayaz oğlu

4) Gizin Babayev Yaşar Vasif oğlu

5) Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mustafazadə Elçin Arif oğlu

YAD ET MƏNİ..
Vəqta ki, keçər bu leyli-zülmət,
İşraq edər əxtəri-həqiqət,
Elm ilə ziyalanar bu millət,
Qalxar bu təəssübü cəhalət,
Surət hamı ruh olar, məani,
Aləm hamı eşq olar, məhəbbət,
Ey dərk edən ol gözəl zəmani,
Qıllam sənə iştə bir vəsiyyət!
Yad et məni, qaibanə yad et!


Abbas Səhhət
ELEGİYA
Ömür gün yoldaşım Fatma xanımın əziz xatirəsinə ithaf edirəm


Nurlana Həşimovanın hekayəsi əsasında Ruhəngiz Hacıyevanın ssenariləşdirdiyi “Qaşıq” filmində hadisələr Azərbaycanın bir kəndində cərəyan edir. Filmin quruluşçu rejissoru Müşfiq Balayevdir.

Bu gündən dünənə uzanan keçmişin bir parçası əks olunan “Qaşıq” adlı qısametrajli bədii filmdə müharibə adlı kabusun insanları bir qaşıq ümidə həsrət qoyduğundan söz açılır.

“Neçə illər ötüb gərəsən, amma sən o qaşıq səslərini unuda bilmirsən...” - Sonda filmin qəhrəmanı Musanın dilindən səslənən bu ifadə ilə müəllif səni başlanğıca götürür. Mənə elə gəlir ki, “Qaşıq” filminin kilid nöqtəsinə açarı burada axtarmaq lazımdır.

Müharibənin üstündən əsrin 3-də biri qədər zaman keçib. Amma onun yaşatdığı vəhşət hələ də yuxularda bizi təqib edir, yaxamızı buraxmır...


Alman façizminə, rasizmə qarşı birgə savaşdığımız müharibənin çoxmillətli sövet ailələrində açdığı yaralar hələ də qapanmayıb. Lakin birgə-bərabərliyin hökm sürdüyü sovet cəmiyyətində -iki uşağın timsalında müəllif bu bərabərliyi pozur. Buna misal ilk baxışdan gözə çarpan uşaqların birinin arıq və digərinin kök olmasıdır. Və ocağında xaşıl bişən ananın “yeməyini yeməyə gəl” çağırışı ilə digər ananın buna susması həmin fikri təsdiqləyir. Müəllifin tamaşaçıya verdiyi mesaj budur.

Qaşıq. Bir evdə-həm də xaşıl olan evdə qaşığın olmaması inandırıcı deyil. Fikrimcə müəllif bilərəkdən tamaşaçının diqqətini istər-istəməz qaşığı bəhanə edib Musaya xaşıl vermək istəməyən Məsmə xalaya yönəldir..

Bəli. Müharibədə hər kəs – necə deyərlər süddən çıxan ağ qaşıq olmayıb. Aralarında Məsmə kimiləri də vardı-deyə razılaşmaq istəsən də...

Burda məntiq pozulur, məncə. Azərbaycan qadını, anasının, daha da irəli getsək, bir tikə loxmasını qonşusuyla, dostu ilə bölməyə tərəddüd etməyən bizi-mənəvi dəyərlərimizi ağır töhmət altında buraxmağa müəllifi vadar edın nədir? Nə demək istəyir?

Azərbaycanlı olaraq müharibənin kimsəsiz buraxdığı başqa millətlərin uşaqlarına sahib çıxan analarımıza qarşı - Məsmənin qoyulması hiddət doğurandır. Yenə beynini bir müəmma qurcalayır. Əcəba Məsmə bizimki deyilmi?

Filmin rejissor isə işi o dövrü əks etdirməsi baxımından uğurlu alınıb. Bizə sovet kinomotoqrafiya məktəbini xatırladır. Rüstəm İbrahimbəyov, Rasim Ocaqov məktəbinin izi görünür. Təbii ki, Gəncə məktəbinin Adil İsgəndərov, Mehdi Məmmədov, Əllədin Abbasov kimi kino karifeylərini də xatırlamaq yerinə düşəndir.

Filmin rejissoru Müşfiq Balayevin bir müddət Rusiyada fəaliyyətini də nəzərə alsaq bu professionallığı naxışlayan cizgilər aydın olur.

Azərbaycanın qərb paytaxtı Gəncə yaxınlığında bir kənd, yay fəsli , bir tərəf daşlıq, digəri saralmış susuz zəmi və tənha uşaq-remarkaya söz yox. Müharibənin yaşatdıqlarını təzadlarla əks etdirən kadrlar sanki sözü sıxışdırır, “səssiz film” təəssüratı yaradır. Personajları dilləndirmədən televiziyanın səsini qısıb filmə səssiz baxsan bir şey qaşırmazsan. Personajlar arasında keçən dialoqları təxmin edə, onların yerinə danışa bilərsən. Yəni bu qədər, amma bəsit deyil.

Olmuş həyat hekayəsi əsasında çəkilən filmdə bütöv bir tarixə baxış, bir nəslin faciəsi yaşanır. Bu əslində obyektivin kiçik pəncərəsindən geniş dünyaya açılmaq istəyinin haqqını verib- deməkdir.

Ssenari qısa mətnində müharibə leksikonu üçün xarakterik olan bütün kəlmələr bu kiçik sənədli-bədii parçada tamlığı ilə əksini tapıb. “Güllə”, “qara kağız”, “ölüm”, “aclıq”, “solğun, miskin həyat...” Bir-birinin ardınca sıralanan kadrlarda bu kabusun vəhşətləri iki uşağın, iki ailənin timsalında – rəngiz şəkildə gözümüz önündə sərgilənir. Bu tabloda yayın günəşi belə həyatın bənizini soldurub ...

Müəllif qanlı-qadalı müharibənin gətirdiyi səfalət, ölüm adlı gerçəklyin fonunda tənha xarabazar evdə uşaqlığı yeyilmiş yaşlı Musanın yaddaşından o illərin silinməməsinin səbəbini tamaşaçının ixtiyarına verir. Bu tipli sonluqlar dünya kinosu təcrübəsində var və düşündürücüdür.

Müharibənin qaşıq səsindəki əsk-sədası bizi hara götürür? Sovetlər dönəmində savaşdığın müharibədə verdiyin itkilərin əvəzində xoşbəxt, firavan həyata qovuşmamaq ümidsizliyinəmi? Yoxsa hər yerə basdırıan gülləylə bir ümidin gömülməsinəmi?

Musa niyə “gedim qaşıq gətirim” - deyil, “Mən qaşıq taparam” deyir. Çünki itirdiyin yerdə hər zaman bir tapmaq ümidi var...

Tünzalə Vəliqızı
Moskva
Tarix : 7-06-2012, 20:02
SEVİLMƏYƏ MƏHKUM ŞAİR!
Azərbaycan poeziyası taxtında özünəməxsus yer tutan, yaratdığı gözəl yazı nümunələri ilə hələ sağlığında ölümsüzlüyə qovuşan, yenilməz ruhlu, əyilməz iradəli böyük şair Məmməd İsmayılın yaradıcılığına oxucular hər zaman xüsusi maraq və məhəbbət göstərmişlər. Bu maraq son altı ay ərzində daha da güclənmiş və get-gedə artmaqdadır.
Bu ilin fevral ayında “Vmesto pisma” kitabının təqdimatı ilə əlaqədar Türkiyənin Çanaqqala şəhərindən Moskvaya dəvət olunan sevimli şairimiz, bu gəlişilə qürbətdə yaşayan həmvətənlərini sözün həqiqi mənasında heyrətə saldı. Bu görüşlərin canlı şahidi kimi deyə bilərəm ki, Yuri Kuznetsovun xatirə gecəsində, Marina Svetayevanın ev muzeyindəki öz görüşündə və Millətlər evində təşkil olunmuş yuxarıda adını çəkdiyim kitabın təqdimatında Məmməd İsmayıl fenomeni böyük dalğa yaratdı. Təntənəli gəlişilə həmvətənlərinə bir parça ümid, istilik və hərarət gətirən, rus və Azərbaycan dillərində etdiyi çıxışları, oxuduğu bir-birindən gözəl və mənalı şeirləri ilə qəlbləri təlatümə salan şair, öz gedişilə pozulması zaman aparan həsrət acılı bir sükuta səbəb oldu. Onun gedişilə onsuz da qarlı-boranlı qış günləri yaşayan Moskva, Günəşini itirmiş asiman kimi bom-boş göründü. Və bu ayrılıqdan sonra, hələ çox müddət ərzində, Məmməd İsmayıl ismi dillərdən düşmədi.
Poeziya səmasında hər zaman parlamaq üçün doğulmuş bir ulduz olan ustad şairimiz, Moskva görüşlərindən az sonra, bir-birinin ardınca müxtəlif respublikaların, şəhərlərin ədəbiyyat dərnəkləri, dərgiləri və təşkilatları tərəfindən, öz gəlişilə onları şərəfləndirmək təklifləri almağa başladı. Bunların sırasında, bu il sentyabrda Krımda Koktebel şəhərində keçiriləcək 10-cu Beynəlxalq Poeziya festivalına, oktyabr-noyabr aylarında Rusiyanın Saratov şəhərində nəşr olunacaq yeni kitabının təqdimatına dəvətlər də vardır.
Məmməd İsmayıl yaradıcılığının bpyük pərəstişkarlarından biri, Saratovda nəşr olunan “Literaturnıy Saratov” jurnalının
baş redaktoru Vladimir Quryanov, öz dərgisinin beşinci nömrəsinin çox hissəsini sevimli şairinin yaradıcılığına həsr etmiş, onun haqqında yazılan məqalə və tənqidi yazıları, eləcə də şairin onlarla şeirini dərc etdirmişdir. Jurnal V.Quryanovun Məmməd İsmayıl haqqında yazdığı belə bir yazıyla başlayır:

“Məmməd İsmayil –
Azərbaycan poeziyasinin parlaq ulduzu

Yazıçılar İttifaqlarının Beynəlxalq Birliyi – Rusiyanın, MDB ölkələrinin və bir sıra digər dövlətlərin yazıçılar birliklərini özündə birləşdirən yaradıcı təşkilatdır. Onun əsas vəzifəsi - bu dövlətlərdə vahid mədəni mühitin qorunub saxlanması və mənəvi əlaqələrin möhkəmlənməsidir.
Milli mədəniyyətin möhkəmlənməsi kimi möhtərəm məqsəd daşıyan “Literaturnıy Saratov” –un redaksiyası dərginin bu nömrəsində istedadlı Azərbaycan şairi Məmməd İsmayılın şeirlərini və onun haqqında rus şairi mərhum Yuri Kuznetsovun, Məmməd İsmayıl qələminin vurğunu texniki elmlər namizədi, professor, Rusiya Təbii elmlər akademiyasının müxbir üzvü, “21-ci əsr Elm” jurnalının məsul redaktoru Rəfail Başar oğlu Qəribovun yazdıqları məqalələri dərc edib.
Əziz oxucular, tanış olun! Azərbaycan poeziyasının parlaq simalarından biri, qeyri-adi poetik istedada, fəlsəfi ağıla malik, həyata saf və titrək münasibətlə yanaşan bir insan sizinlədir!

Vladimir Quryanov,
“Literaturnıy Saratov” jurnalının baş redaktoru.”

Bu yazıdan aydın olur ki, Məmməd İsmayıl şairləri, pomalarıı nəinki Azərbaycan və Türkiyədə tanınır, sevilir, eləcə də onun yaradıcılığını Rusiyada, Fransada və s... başqa ölkələrdə də izləyirlər. Çünki, Allahın verdiyi fitri istdad elə bir möcüzədir ki, onu nə gizləmək, nə də söndürmək olmaz. Belə bir insan harada yaşayır yaşasın, öz işığına yüzlərlə, minlərlə oxucunu cəlb edəcəkdir.

Bu arada, Məmməd müəllimin çox sevdiyi müdrik Konfusidən bir misal gətirmək istəyirəm. O deyir ki, kim ki, insafla davranar, o Şimal ulduzu kimi hər zaman öz yerində olar və digər ulduzlar hörmətlə onun dövrəsinə cəlb olarlar.
Bu kəlamı mən Məmməd İsmayıla şamil etmək istəyirəm. Çanaqqaladan, möhtəşəm bir ulduz timsalı, ətrafına və minlərlə km uzaqlara işıq saçaraq, hər kəsi - ədəbiyyata və şeiriyyətə ürəkdən bağlı olanları, sadə və səmimi insanları, dünyanı beş günlük gəlir məmbəyi deyil, əbədi vicdan məhkəməsi bilənləri – özünə cəlb edir.
Görkəmli Rus şairi, Məmməd İsmayılın ən yaxın dostlarından və onun şeirlərinin rus dilinə tərcüməçilərindən biri Yuriy Kuznetsov öz ““Layiqli adam” haqqinda söz “ məqaləsində haqqında belə yazır:
“Zamanınız olarsa, Azərbaycanın xəritəsini götürün, Tovuz rayonunu tapın. Kifayət qədər böyük olan bu rayonda Əsrik adlı kiçiçik bir kəndi axtarın. 1939-cu ilin payızında, məhz bu kənddə, kəndli ailəsində valideynlərinin ilk və son oğlu – Məmməd İsmayıl anadan olmuşdur. Yəqin ki, yeni doğulmuş körpənin səsi sazın sədaları ilə müşayət olmuşdur. Çünki, Tovuz – qədim aşıq diyarıdır, Əsrikdə isə, demək olar ki, hər kəs sazda çalmağı bacarırdı. O tərəflərdə belə bir məsəl vardı, deyirdilər ki, hər kənddən bir layiqli adam seçsəniz, Əsrikdən ilk qarşınıza çıxsa götürə bilərsiniz. Çünki, bu kənddə hər kəs layiqlidir. Və talenin seçiminə Məmməd İsmayıl düşdü”.
Və daha sonra belə qeyd edir:
“Şair həyatında təsadüfi heç nə olmur. Ad isə şair həyatında ən önəmli yerlərdən birini tutur. Məmməd İsmayılın adında isə Allahın rəsulunun (s.ə.s.) və dahi sərkərdə şah İsmayıl Xətainin adları birləşmişdir.
Əlbəttə ki, şair bununla qürur duyur. Amma Məmməd İsmayıl nə peyğəmbər olmadı, nə də ki, sərkərdə. Tale onun üçün başqa bir həyat hazırlamışdı...”

Doğrudan da tale ona başqa bir ömür hazırlamışdı - mükəmməl şair ömrü! Heç kəsə bənzəməyən misraları və hər kəsdən fərqli dünya görüşü olan, yenilməz, məğrur bir şair ömrü! Məmməd İsmayıl taleyi – uşaqlığı müharibə qoxulu, gəncliyi ilk məhəbbət acılı! Doğma anası - şairin qibləsidir. Üzünü görmədiyi atası – mərdlik, igidlik və həm də sonsuz həsrət timsalıdır. Səmalar – sehirli bir dünyanın əksi olaraq şeirlərində canlanır. Uşaqlığında saz səsilə mayalanmış xatirələr sonradan Yerin anlaşılmaz sirli səsilə qarışır.
Onun bütün duyğuları bax elə bu xatirələrdən su içmişdir...

Şairin şoxsaylı dostlarından biri, Moskva görüşlərinə xüsusi olaraq gəlmiş, “Elm: 21 əsr” jurnalının məsul redaktoru, texnika elmləri doktoru, professor Rəfail Qəribov o günləri xatırlayaraq, həmin görüşlərdə iştirak etdiyi üçün özünü xoşbəxt insan hesab edir və xatirələrində belə yazır:
“Mən artıq özüm üçün belə qənaətə gəlmişəm ki, hər bir azərbaycanlı, ömründə heç olmasa bir dəfə, şairlik etmişdir. Mənim xalqımı və dövlətimi poetik düşüncədən, gözəllikdən, gözəl sözdən və sözün “musiqisindən” ayrı xəyal etmək mümkün deyil. Azərbaycan dünyaya Nizami, Füzuli, Xaqani, Seid Əzim Şirvani, Sabir, S. Vurğun, Hüseyin Cavid, Rəsul Rza və s... kimi dahi şairlər bəxş etmişdir. Və elə indi də odlar yurdumuz mükəmməl söz ustaları yetirməkdədir. Bəzən hələ çox gənc olan istedadların yazılarını oxuyub, fikirlərin və duyğuların dərinliyinə təəccüb edirsən. Yəqin ki, torpağımız özü övladlarına ətrafındakı gözəllikləri görmək və kainatın dərinliyini duymaq qabiliyyəti verir.
Hazırda yaşayan Azərbaycan ədəbiyyatı klassikləri sırasında Məmməd İsmayıl adı parlaq bir ulduz kimi parlayır!”

Bir insanı müxtəlif baxış nöqtələrindən müxtəlif cür görmək olar və ona qarşı müxtəlif hisslərə malik olmaq olar. Mən bəzən öz-özümə düşünürdüm, nədən Məmməd müəllimdən bəzən bu qədər çəkinir və hətta qorxuram (axı o buna heç bir zəmin yaratmır və bundan xəbərsizdir), bəzən isə ürəyimin ən ümdə arzularını aça biləcək qədər yaxın oluram. Bəlkə də bu sual, onu tanıyan çoxlarını düşündürüb. Axır ki, müşahidələrim mənə bu qənaətə gəlməyə imkan verdi: öz düçüncələrini, fikir və amalını bölüşərkən o, tamam ayrı bir insan olur - möhtəşəm bir natiq, əlçatmaq və yenilməz zirvələr qədər uzaq bir alim...; qalan vaxtlar, doğmalarının və yoldaşlarının arasında isə - hətta “yumurtalı sucuq” bişirəcək, manqal yapacaq qədər sadədən sadə, doğmadan-doğma, ata mehrli, dost ətirli yaxın bir insan...Və ikinci şəxs – mehriban dostdursa, birinci şəxs – inkarolunmaz dahidir!
Söhbətlərinin birində Məmməd müəllim demişdi ki, bizim gözlə görə bilmədiyimiz inanılmaz bir güç var, o güc ki, Mərmərə və Egey dənizləri dediyimiz iki məğlubolmaz nəhəngi bir boğazda birləşdirir.
Şairanə müdrikliklə və Məmməd İsmayıl tərzində deyilmiş bu kəlmələri elə onun özünə də aid etmək olar: ilahi bir güc şairlik və insanlıq deyilən iki anlamı bir şəxsin timsalında var etmiş, bir ömürdə cəmləşdirmiş və ... onu hər zaman sevilməyə məhkum etmişdir!
İstəyirəm ki, uzun-uzun illər boyu Məmməd İsmayılın – sevimli şair və gözəl insanın varlığına görə ulu Tanrıya şükürlər deyə bilək və hələ neçə-neçə yeni əsərlərinin, kitablarının oxucusu olaq!

Afaq Şıxlı

/Yenises.ru/




Baxış: 1897 | Bölmə: Yazarlar, Afaq Şıxlı
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ən çox oxunanlar
Yazarlar
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru