Ukrayna prezidenti yenə gülüş hədəfi oldu
Poroşenkoya bu dəfə boş zalda çəkdirdiyi şəkil üzündən gülüş obyektinə çevrilib. Belə ki, "diqqətli" internet izləyiciləri Ukrayna prezidentini daha kimsə dinləmək istəmir deyə lağa qoyublar.
DNR Putinin Trampla görüşü ərəfəsində Ukraynanın təxribat törədəcəyindən ehtiyat lanır
DNR rəsmiləri Rusiya prezidenti Vladimir Putin və amerikalı həmkarı Donald Trampun görüşü ərəfəsində Ukrayna ordusunun yeni təxribatlar törədəcəyindən qorxur. Bu barədə şənbə günü DNR-in əməliyyat komandanlığının rəsmi nümayəndəsi Daniel Bessonov bildirib.
Беспредел ФСБ в Екатеринбурге – побои, пытки и насильственная депортация в Баку
Беспредел ФСБ в Екатеринбурге – побои, пытки и насильственная депортация в Баку (ЭКСКЛЮЗИВ)
В редакцию Единого информационного портала азербайджанцев России AZRU обратился проживающий в Екатеринбурге гражданин Азербайджана Интизам Сулейманов. Сказать, что случившееся с ним, как говорится, «на ровном месте» вызывает возмущение – не сказать ничего. Законопослушный человек, тренирующий детей в спортивной школе Екатеринбурга, добропорядочный семьянин подвергся неописуемому насилию – нет, не со стороны преступников, людей криминального мира, а со стороны… государства, в частности, представителей Федеральной Службы Безопасности (ФСБ) – людей, законом страны призванных обеспечивать безопасность государства и проживающих в ней граждан. Толпа обезумевших от вседозволенности и уверенных в своей безнаказанности фсбшников, которые, опираясь на силу своих «корочек», считают своим долгом не служение государству и обществу, а обслуживание очередного грязного заказа любыми, повторюсь, любыми методами, обрушилась на голову ни в чем не повинного Сулейманова.

Amerika  Rusiyanı Türkiyəni öz tərəfinə çəkməkdə günahlandırır
NATO sammiti ərəfəsində ABŞ yenə Rusiyanı digər dünya ölkələrini öz tərəfinə çəkməkdə ittiham edib.

Hazırda Rusiya Türkiyə və ABŞ -ın NATO-dakı digər müttəfiqlərini özünə tərəf döndərməyə çalışır. Bu barədə ABŞ-ın Alyansdakı səfiri Kay Balli Xatçison bildirib.
Suriyalı rəssam dünya liderlərini qaçqın obrazında canlandırıb FOTO
Suriyanın Dəməşq şəhərində doğulub hazırda Belçikada yaşayan Abdulla al-Omari dünya liderlərini qaçqın obrazında çəkməyi qərara alıb. Suriyalı rəssamın fikrincə hər bir insan və hər bir bir ölkə həssasdır.
Elmar Vəliyev helikopterlə Bakıya göndərilir
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı edilən silahlı hücumun digər təfərrüatları məlum olub.
Gununsesi.info “Report”a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, hadisə nəticəsində icra başçısı ağır yaralanıb, polis əməkdaşı olan mühafizəçisi Qasım Aşbazov isə hadisə yerində ölüb.

İcra başçısı yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib. Lakin vəziyyəti ağır olduğundan vertolyotla Bakıya göndərilib.

Kreml Putinin Helsinkidə Trampla görüşəcəyini istisna etmir
Razılıq əldə olunduğu halda Rusiya prezidenti Vladimir Putin və ABŞ-lı həmkarı Donald Trampın Helsinki sammitində təkbətək görüşü baş tuta bilər. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Putinin  rus hərbi hissələrini  fəxri adlarla adlandırmasına  Ukraynadan etiraz
Ukrayna Müdafiə Nazirliyi buna nə reaksiya verəcəyini müəyyən edə bilmir. Ukrayna Baş qərargah rəisi isə bunu tarix və şöhrət oğurlamaq kimi dəyərləndirir.

Ukraynanın Baş qərargah rəisi Viktor Mujenko Rusiya prezidenti Vladimir Putinin 11 rus hərbi hissəsinin Ukrayna, Belorus və Polşa şəhərlərinin şərəfinə adlandırılması qərarını şərh edib. Bu barədə o, Facebook-un səhifəsində yazıb.

Rusiya məktəblərində üz tanınması elektron sistemi tətbiq ediləcək

Rusiya Təhsil Nazirliyi məktəblərdə elektron üz tanıma sistemi tətbiq etməyi planlaşdırır. Bu haqda qurumun başçısı Olga Vasilyevanın sözlərinə istinadən "Regnum" agentliyi məlumat verib.

Nazir onu da qeyd edib ki, hazırda Rusiya məktblərində onlarla mühafizə sistemindən istifadə edilir, lakin üzün tanınması nəinki daha güvənlidir, həm də ucuz başa gələn üsuldur.

"Əsas məqsəd - təhlükəsizlikdir. Rəqəmsal məktəblərdə o video eyniləşdirmə sistemi vasitəsilə nəzarət ediləcək ", - deyə Vasilyev bildirib.

Yenises.ru
Rusiya Misir yığmasını məğlub edərək  8/1 finala vəsiqə qazandı
Bu gün Dünya Çempionatına ev sahibliyi edən Rusiya millisi ikinci turda Misir yığması ilə qarşılaşıb. Sankt-Peterburqda keçirilən qarşılaşmanın birinci hissəsində Misir komandası güclü görünsə də, Rusiya yığması oyunun birinci hissəsinin ikinci yarısında təşəbbüsü ələ ala bilib. Lakin komandalar birinci hissəni qolsuz başa vurublar.
Alimlikdə və insanlıqda Xalıq Koroğlu nümunəsi


Hər bir şagirdin, tələbənin öz sevimli müəllimləri olur. Mən, nə az-nə çox, 23 il təhsil almışam.

On il orta məktəbdə Kəlbəcərdə, beş il Bakıda M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda, beş il Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda, üç il isə Rusiya Mədəniyyət, İncəsənət və Turizm Akademiyasında aspiranturada oxumuşam. Tələbəlik dövründə çoxsayda adlı-sanlı, çox savadlı, unudulmaz, hətta dünya miqyasında tanınan pedaqoqlar, alimlər mənə dərs deyib. O vaxt Ədəbiyyat institutunda Viktor Pozov, Lev Ozerov, Lev Oşanin, Yevgeni Dolmatovski, Andrey Dementyev, Stanislav Cimbinov, Lyusian Klimoviç, Feliks Kuznetsov, Yuri Kuznestov, Vladimir Qusev, Vladimir Smirnov, Larisa Vasilyeva, Yevgeniy Vinokurov, Aleksandr Vlasenko, Aza Taxo - Qodi, Xalıq Koroğlu, İqor Peçenev, Yevgeniy Sidorov, Aleksandr Baskakov və digərləri dərs deyirdilər. Həmin illərdə Ədəbiyyat İnstitutunda zəngin, qeyri-adi kitabların müəllifləri olan Mixail Yeryomin, Vladimir Smirnov, Sergey Bondi, Aza Taxo-Qodi, Sergey Artamanov, Çingiz Hüseynov, Mixail İşutin mühazirə oxuyurdular. Bizə dərs deyənlərin hamısı həqiqi akademiklər idi. Onların dərsinə girmək, onların dərsinə qulaq asmaq məsuliyyət idi.
НЕЗАБЫВАЕМАЯ ПОЕЗДКА- ФОТО
Конец весны и первый день лета стали незабываемыми для десяти воспитанников школы-интерната № 2 для детей лишенных родительской опеки. Интернат находится в поселке Мардакяны недалеко от Баку. Под руководством директора школы-интерната Диляры Мешадиевой и воспитателя Саяры Мамедовой группа воспитанников представляла Азербайджан среди бывших стран СНГ в праздничных мероприятиях, посвященных Международному дню защиты детей.
Moskvada  məhşur türk  müğənnilərinin konserti olacaq
Moskvada VIII dəfə Artistlər arasında keçirilən futbol üzrə Dünya Çempionatı "ART-Futbol" festivalı finala yaxınlaşır. İyunun 3-də başa çatacaq festivalda Türkiyənin məhşur sənətçilərindən ibarət futbol komandasının qatılması haqqında da saytımızda məlumat vermişdik. Furbol meydanını coşdura bilməsələr də, mahnıları ilə moskvalıları çoşduracaqlar. Moskvanın "Lokomotiv" futbol arenasında 6 türk müğənnisi paytaxt tamaşaçıları qarşısında konsert verəcək.

Halil Sezai bu arenadan "Usyanı" ilə hayqıracaq, Cem Kılıc "Nasil bir insansın" deyə aşkı ilə "yakacak", Burgahan Çayır "Kal Yanımda" deyə durduracaq, Deniz Cem "Git dedim olmadı" deyə sitəm edəcək , Mustafa K Öztürk "Azize"sı ile yaraları saracaq və Umut Zen "Allahu Allah" deyə sakitləşdirəcək mahnılarıyla müsiqi həyacanı yaşadacaqlar.

On milyonlarla pərəstişkarları olan Türkiyənin tanınmış müğənnilərinin konserti Moskvanın "Lokomotiv" stadionunda saat 19:00 da başlayır. Konsertə giriş pulsuzdur.


Yenises.ru
AzerRos ADR-in 100 illiyi ilə bağlı dəyirmi masa keçirdi
Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyi çərçivısində tədbirlər davam edir. Bu gün (dünən)Moskvada Azərbaycanlıların Federal Milli Mədəni Muxtariyyəti (AzərRoss) ADR-nın yubileyinə həsr olunmuş dəyirmi masa keçirtdi.

Dəyirmi masanın iştirakçıları arasında son günlər “Kafkazskie trio” (“Qafqaz üçlüyü”) filmnə görə ittihamlara məruz qalan tanınmış kinorejissor Rüstəm İbrahimbəyov da vardı. Yığıncağa bir az gec gəlib tez gedən kinorejissorun “baxılmamış” filminə “baxmasam da pisdir” prizmasından yanaşıb onun burada olmasına etiraz edən də tapıldı. Bu haqda bir azdan.
Azərbaycan Demokratik Cümhuriyyəti 100 yaşında
Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə

«Ey Gənclik! Sənin öhdəndə böyük bir vəzifə var! Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı və onu min müşkülatla yüksəldərək dedi ki, BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ! Əlbəttə sən onun bu ümidini qırmayacaq, Azəri türklərinin yanıqlı nəğmələrinə mövzu olmuş bu bayrağı bir daha o bina üzərinə dikəcək, bu yolda ya qazi, ya şəhid olacaqsan!».
Cansel Elçin: Mən kinoya gülmək üçün yox, düşünmək üçün getmək istəyirəm.
Onunla ünsiyyətdə olmaq bir ayrı zövqdür. Onun başardığının 100-dən birini belə başarmayıb ədasından paltarına sığmayanlar var. Bu insan isə sadə və səmimidir. Sanki sıradan biriymiş kimi danışır. Təvazökarcasına bunu başardımmı-deyə sormağa ürpənməz. Sənətinin fədaisi və olduğu kimi olan ADAM. Həyata baxışı da, filmə baxışı ilə eyni. Mən qurama -xəyal ürünləri deyilənlərindən deyil, rastalaşdığım və ya başqalarınn yaşadıqları hekayələrdən bir bütöv tablo yaratdım. O tabloda həyatımızda iz buraxmış sağalmaz yaraları əks etdirmək və hər kəsə göstərmək istəyirəm. Görsünlər və nəticə çıxarsınlar. Bəlkə o zaman yeni Hasanların doğulmaz -yeni faciələr yaşanmaz. O üzdən mən kinoya gülmək üçün yox, düşünmək üçün getmək istəyirəm. Moskvada kinosunun təqdimatında bunları dedi, bunları yaşatdı.

Cansel Elçinin  “Melekleri taşıyan adam”ı  Moskvada nümayiş olundu (eksklüziv)-VİDEO
Hindistan və Bolqarıstandan sonra “Melekleri taşıyan adam” Moskva seyrçilərinin qonağı oldu.
Moskvada keçirilən “Art Futbol” festivalı çərçivsində nümayiş olunacağı xəbər verilən “Melekleri taşıyan adam”ın premyerası Moskvanın “Yunost” kinoteatrında baş tutdu.
Moskvada  VIII Artistlər arasında futbol üzrə DÇ çərçivəsində  Türkiyə ilə Polşa komandaları qarşılaşacaq

Səhnədən meydana! Bu da oyundur, təbii ki, amma...

Türk sənət ulduzları futbol meydançasında. Moskvanın yaşıl futbol meydanlarında istedad deyil, futbol bacarığı sınanacaq. Türkiyəni yarışmada həm də futbolun "ən yaxşıları" olan məhşurlar təmsil edir. Onlar kimlrdir? Bir az sonra...
Tarix : 17-11-2016, 13:11
Deyingən     ŞİFERKƏSƏNSonra ağız büzənlər tapılır ki, “az deyinsənə. Sən bu dünyanı düzəldən deyilsən axı. Bəlkə heç sənin səhv hesab elədiyin şey səhv deyil. Sən hardan bilirsən işin içini?” Ay başınıza dönüm, nə qədər demişəm sizə, yenə deyirəm: Qayğanağın keyfiyyətindən danışmaq üçün mütləq yumurtlamaq lazım deyil! Öz ağzının dadını bilmək kifayətdir ki, sənə konfet kağızına bükülüb verilənin həqiqətdə nə olduğunu biləsən. Rəhmətlik anam bir atalar sözünü təkrarlamağı xoşlayardı (üzr istəyəcəm, hərçənd atalar sözünü xalq min illər ərzində rəndələyir və adı çəkilən heyvan gündə gördüyümüz ikiayaqlı mənəvi qüsurlulardan daha məsumdur): Eşşəyi nə qədər bəzəsən ya burnu görünəcək, ya da qulağı.

]Nədir məni yenə hədəqədən çıxardan? Bu günlərdə böyük iftixar və dəbdəbə ilə Azərbaycanda Bayraq günü qeyd olundu. Özünü azərbaycanlı hiss edən və dünyanın harasında yaşamasından asılı olmayaraq o üçrəngli bayraqla öyünən hər kəs bayramı öz içində, evində, çevrəsində qeyd elədi. Onu ücaldanlara, qoruyanlara, müqəddəs tutanlara düalar etdi, qorumağı vicdan borcu saydı. Və... Dünyanı bürüyən feysbuk şəbəkəsi bizə və dünyaya rəzalət dolu bir süjet gətirdi. Sən demə öz bayrağını sevmək, başqasının bayrağına tüpürmək anlamına da gəlirmiş bəzi dardüşüncəlilərin fikrincə. Əvvəla, öz dəyərinə dəyər verməyin meyarı başqasını alçaltmaqdan keçməməlidir. İkincisi, bir dövlətin rəsmi məqamlarda səlahiyyət verib yerləşdirdiyi insanlar özlərindən daha çox dövlətin mövqeyi, adı, şərəfi uğrunda çalışmalıdırlar və bu müzakirə mövzusu olmamalıdır. Üçüncüsü, dövlətin adından çıxış etməli olan insanlar öslərini onlara verilən səlahiyyətə layiq və müvafiq səviyyəyə çatdırmaq üçün, pafoslu səslənməsin, gecə-gündüz çalışmalıdırlar. Mətləbin nədən ibarət olduğunu hələ də anlamamış olanlara qısa izahat verim. Dövlət bayrağı günü münasibətilə Azərbaycan ordusunun özəl təyinatlı əskərləri qarşısında çıxış edən Daşkəsən Rayon İçra Hakimiyyətinin başçısı üzərinə guya Ermənistanın, əslində Kolumbiyanın bayrağının şəkli çəkilmiş asbest parçasını (şiferi) əskərlər həmin parçanın üstünə tüpürdükdən sonra boksçu pozası alaraq yumruqla qırır və bu səhnənin videogörüntüsü televiziya kanalında dəbdəbə ilə nümayiş etdirilir. Videogörüntüdə icra başçısı boksçuluq edərkən nədənsə üç əskər də çöməltmə oturaraq sanki bir qeyri-adi vəziyyət olacağını gözləyir. Süjeti təqdim edən diktor da yanılmıramsa bir ara deputat olmuş jurnalistdir və elə şövq və həvəslə “bayrağın darmadağın” olmasını deyir ki, sanki Qarabağın işqaldan azad olunması haqqında rəsmi məlumat oxuyur. Niyə biz bir məmurun savadsızlığı, şöhrətpərəstliyi, reklam azarkeşliyi üzündən özümüzü bu qədər gülünc vəziyyətə qoyuruq? Kolumbiyanın etirazı özünü çox gözlətmədi. Halbuki bu eybəcər şounu hazırlayanların heç biri o asbest parçasını yuxarıdan aşağı çevirmək barədə düşünməyib. Çünki o şounu hazırlayanların böyük əksəriyyəti Kolumbiya adlı dövlətin olduğunun, onların da bayrağı ola biləcəyinin, yanlış hərəkətin onların heysiyyatına toxunacağının fərqində deyil. Feysbuk ermənilərin rişxəndlərindən, istehzalarından, sarkazmından, bizi ələ salmalarından dağılır. Daşkəsən kimi füsunkar bir rayona rəhbərlik edən adamın ekran qarşısında şifer kəsməsi yaxın günlərdə ideolji meydanda, media sahəsində bizi nokaut eləmək istəyənlərin əlinə yaxşı girəvə verdi. Mən deyinəndə ağzıgöyçəklər məni nəyəsə iddialı olmaqda təqsirləndirir, paxıllıqda suçlandırır. Halbuki mən nəyə istəyirsiniz and içim, tənqid elədiyim, səhvinə güzgü tutduğum adamların yerinə göz dikmək kimi niyyətim yoxdur. Çünki o “yuksəkliklərdə” hansı qaydaların hökm sürdüyünü tam olmasa da bir az bilirəm. Sadəcə olaraq Daşkəsən olayı ilə bağlı demək istəyirəm ki, ey bu fərdi o məqama gətirən insanlar, heç olmasa bir rayonun başına Milli Məclisdə söyüş söyəni gətirməyin, savadsızı gətirməyin, axı elə onun həndəvərində yaxşı axtarsaz həm sədaqətli, həm də adam içinə çıxacaq qədər qabiliyyətli olanını tapa bilərsiniz. Sizə ağıl öyrətmirəm, əstəğfürullah. Sadəcə sizin xeyrinizə deyirəm. Məhəl qoymadığınız adamların sözlərinin heç olmasa onda birinə qulaq versəniz daşkəsənlərdə hələ uzun müddət qızıl, mis və başqa mədən məmulatı kəsərsiniz, şifer kəsmək isə kanserogenlik (yəni xərçəng yaratmaq) səbəbi ilə ömrünüzü daha tez qısaldacaq.


Cəfər Sadıq,
Moskva, 11.11.2016




Baxış: 323 | Bölmə: Yazarlar, Cəfər Sadıq
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yazarlar
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru