Erməni müxalifətçiləri Paşinyanın baş nazir olmasını istəyirlər
Nikol Paşinyanın baş nazir olması üçün 13 səs çatmır. Onun başçılıq etdiyi "Elk" fraksiyası və "Sarukyan" bloku parlamentdə 40 mandata sahibdir.

"Elk" müxalifət fraksiyası Ermənistanın baş nazir postuna öz başçıları və etiraz hərəkatının rəhbəri Nikol Paşinyanın namizədliyini irəli sürüblər.
Etirazçılar Serj Sarqsyanı istefaya göndərdilər
Ermənistanın sabiq prezidenti və hazırkı baş naziri Serj Sarssyan istefa verdiyini elan edib.

S. Sarqsyan hökümətinin mətbuat xidmətindən verilən xəbərdə deyilir ki, o, son günlər Yerevanda etiraz aksiyası keçirənlər də daxil olmaqla bütün vətəndaşlara "axırınıcı dəfə" müraciət edib.
TƏCİLİ-Tver vilayətində yardıma möhtac 4 uşaqlı azərbaycanlı ailənin ANASI vəfat etdi
Bir müddət əvvəl Tverdə yaşayan çoxuşaqlı azərbaycanlı ailəsinin maddi durumunun acınacaqlı və yardıma ehtiyacı olduğu haqda məlumat vermişdik. Bu xahişlə redaksiyamıza bu ailəni tanıyan və uzun zamandır yardım edən bir türk dostu müraciət etmişdi. Saytımızda gedən xəbərdə o da deyirdi ki, Elman Babayevin həyat yoldaşı Nataşa ağır xəstəlikdən əziyyət çəkir və Moskva xəstəxanalarının birində müalicə olunur. Bu gün soydaşımızın xanımı müalicə olunduğu xəstəxanada vəfat edib.
Rusiyada Facebook qapadıla bilər
Telegramdan sonra Facebook ... Rusiyada Facebook qapadıla bilər... Roskomnadzor: "indidən təşvişə düşməyin"- deyir. Bu hələlik bir ehtimaldır...

Roskomnadzor: (Rabitə, Informasiya texnologiyaları və kütləvi kommunikasiya sahəsinə nəzarət üzrə federal xidməti) Facebook-u qapada bilər. Bunu idarənin rəhbəri Aleksandr Jarov "İzvestiya" qəzetinə müsahibəsində deyib. "Əgər Facebook sosial şəbəkəsi Rusiya qanunvericiliyinin tələblərinə tabe olmazsa, o zaman qapadıla bilər".
Başqırdıstan məktəbində olay-yeniyetmə sinif yoldaşlarını bıçaqla yaraladı, sinfə od vurdu
Başqırdıstanın Sterlitamak şəhərində əqli qüsurlu şagirdlərdən ibarət -korreksiya sinfində oxuyan 17 yaşlı yeniyetmə şagirdləri və müəllimi bıçaqla yaralayıb və sonra yanğın törədib.
Merkel yaxında Putinlə görüşəcəyini  anons etdi
Almaniyanın kansleri Angela Merkel jurnalistlərə yaxın gələcəkdə Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyini bəyan edib. Lakin hələ tarix müəyyən olunmayıb.
MQİMO-nun tələbəsi  Dağıstanın sabiq baş nazirinin oğluna görə intihara cəhd etdiyi düşünülür
Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun (MQİMO) 21 yaşlı tələbəsinin intihara cəhdi etməsi ilə bağlı Dağıstanın sabiq baş naziri Muxtar Məcidovun 22 yaşlı oğlu Murtuzəli istintaq tərəfindən sorğuya çağırılıb. Müstəntiqlər tələbə qızı intihar etmə dərəcəsinə onun çatdırdığını düşünürlər.

Amerikanın Rusiyaya qarşı sanksiya "hücumu" davam edir
Ağ Evdən məlumat veriblər ki, tezliklə Rusiyaya qarşı əlavə sanksiya tətbiq ediləcək.
Yerevanda polislə nümayişçilər arasındakı qarşıdurmada 46 adam xəsarət alıb
Yerevanda polislərlə nümayişçilər araşında baş verən qarşıdurmada 46 adam zədə alaraq xəstəxnaya yerləşdirilib. Bu haqda İnterfaks Ermənistanın Səhiyyə nazirliyinin məlumatına istinadən xəbər yayıb.

O da qeyd eolunur ki, xəsarət alanlardan 6-sı polisdir.
ФНКА АзерРос приглашает на Шестой Вечер русско-азербайджанской поэзии
В Москве, Есенин-центре, 28 апреля, 18-00 час. состоится традиционный Вечер русско-азербайджанской поэзии «Поэзия без границ» с участием известных русских и азербайджанских поэтов России и Азербайджана.
Ruslan Əliyev: “Azərbaycan Krasnoyarsk iqtisadi forum kimi nüfuzlu meydançalarda daha da fəal iştirakda maraqlıdır”
Artıq 15-ci dəfə keçirilən Krasnoyarsk iqtisadi forumu (KİF) bu günlərdə öz işini tamamlayıb və bu mötəbər tədbirdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı ticarət nümayəndəsi Ruslan Əliyev iştirak edib. Bu barədə Rusiya azərbaycanlılarının vahid informasiya portalı AzRu.org xəbər verir.
Akif Əhmədgil  - Çanaqqala, bağışla, mən Şuşadan gəlmişəm
(Çanaqqala savaşının 100 illiyinə)

Çanaqqala, bağışla, mən Şuşadan gəlmişəm.
Sinən üstə yazıldı qəhrəmanlıq dastanı.
Bilirəm bağışlamaz tökülən şəhid qanı –
O dastanı unutdum...
Məhkəmə Rusiyada Telegramın təcili bağlanmasına qərar verib
Telegram blok edildi. İstifadəçilərin şifrə açarını FSB-yə verəndən sonra blok qaldırıla bilər. Durov isə buna qəti etiraz edir. Məhkəmə isə bunu dövlətin və vətəndaşın təhlükəsizliyinə zərbə kimi dəyərləndirir.

Rusiyada   yoxlamalardan  sonra 15 ticarət mərkəzi bağlanıb

Kemerovoda baş verən yanğından sonra bütün Rusiyada kütləvi şəkildə yoxlamalara başlanb və 15 ticarət mərkəzində qayda pozulması aşkar edildiynə görə onlar qapadılıb. Bu barədə "Qovorit Moskva" radiostansiyasının efirindən Baş prokurorluğun rəsmi nümayəndəsi aleksandr Kurennoy bildirib.
Tramp Putini Ağ evə dəvət edib
Martın 20-də baş tutan telefon danışığı zamanı Donald Tramp Valdimir Putini ikitərəfli görüş üçün Vaşinqtona dəvət etmişdi. Bu haqda brifinqdə RF prezidentinin yardımçşısı Yuriy Uşakov danışıb.

Zirəddin Rzayev: Məhərrəm Quliyevin həbsi sifarişlidir- Eksklüziv -VİDEO
Moskvadakı tanınmış azərbaycanlı iş adamı Məhərrəm Quliyevin həbs olunması xəbəri gündəmə bomba kimi düşüb. Saytlar həmyerlimizin hüquq mühafizə orqanları tərəfindən həbs edilməsi anı qeyd edilmiş video materala istinadən onun bu vəziyyətdə tutulmasını - diz çökdürüldüyünü “Pokrov Məhərrəm “belə tutuldu””- başlığıyla manşet edib.
Peskov Putinin Kemerovoya getməsi xəbərini təkzib etdi

Rusiya prezidenti Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov "Vedomosti"-yə ölkə başçısının Kemerovoya getmə xəbərinin yalan olduğunu deyib. "Hələ yox. Bu doğru deyil"-deyə nəşrin bu barədə sualı ilə bağlı cavab verib.
Putin Kemerovoya getdi
Rusiya prezidentinin təyyarəsi Kemerova hava limanına enib.

Məlumatda qısaca bildirilir ki, dövlət başçısının təyyarəsi faciəli hadisənin baş verdiyi şəhərə enib.

"Vladimir Putinin təyyarəsi Kemerovada eniş edib"-deyə xəbərdə deyilir.

Bundan əvvəl KİV Valdimir Putinin mətbuat katibi Dmitri Peskovun sözlərinə istinadən məlumat vermişdi ki, ölkə başçısı 64 nəfərin ölümü ilə nəticələn yanğın yerinə baş çəkməyi qərara alib.

Yenises.ru
Tarix : 1-12-2016, 00:01
Bacımın (elə mənim də) axtardığı
Yazılarım yaşmaqlı olub. Cəsarətli sözü, kəskin ifadəni abıra büküb təqdim etmək kimi bir xasiyyəti də Tanrımı verib, həyatmı diktə edib, bilmirəm. Haradan başlasam və ya mövzuya girmək üçün vəsilə olsun- deyə yazmadım bunları. Məğzini mövzunun içində anlayacaqsınız.

“Mənim istədyimi, axtardığımı yaz”-deyə rica etmişdi məndən, bacım. Adını çəksəm onu reklam etmiş olmaram ki... Uzun illər Rusiyada yaşayan, bir qurumun rəhbəri olan İlhamə Bayramova. Və mən ona yazmağa söz vermişdim.

Nədənsə onun dediyini hər beynimdə dolandırdığımda Konstantin Simonovun məhşur “Jdi menya, i ya vernus” (“Gözlə məni, qayıdacağam”) şeirini xatırlayırdım. Müharibənin odu-alovu içərisindən şairi qurtaran inandığı və inandırdığı bu sevgi ismarıcını...

Gedənləri, itənləri “Jdi menya” (“Gözlə məni”) ifadəsinin altında aramalarında da o şeirdəki inam və sevgi vurğusu var.

Eynisinin Azərbaycan variantı “Səni axtarıram”dan (verilişindən təbii ki ) yazmaq, çox səmimi deyəcəm, özümə qarşı getmək kimi gəlirdi mənə və bacıma verdiyim bu sözü ertələməyimin bir səbəbi bu idi. Başqa səbəbləri haqqında isə indilik susuram...

Bu gün sadəcə onun istədyini və onun axtardığını onun dilindən ərz edəcəm.

“Dilim təmiz, yazmaq qabiliyyətim də pis deyil”-dedi. Sadəcə jurnalist olduğun üçün bunu yazmaq sənə düşər və fikrimin mənim dilimdən, sənin qələminlə çatdırılmasını istəyirəm.

“Əlimə bir çoxumuzun yaddaşının əzbəri olmayan işğal tarixlərindən bəhs edən bu rəsmi alsam və iddialı verilişin qapısında dayansam... Mənim, bizim itirdiklərimizi mənə qaytarmaqda yardımçı olarlarmı?
Bacımın (elə mənim də) axtardığı
Mən o diyarda doğulmadım, böyümədim. Vətənimin o dilbər guşəsiylə sadəcə bir dəfə məktəb gəzintisində tanış oldum. Şuşa dolanbaclarından dolanıb, Topxana meşəsinə endim, İsa bulağından su içdim, Vaqifin muzeyini gəzdim, Xuramanın özünü atdığı qayanı gördüm, Cıdır düzünün düzəngahına heyran qaldım. Gülünün, gülşəninin qoxusunu bir dəfə nəfəsimə çəkdiyim yerləri – mənə, bizə məxsus olan bu gözəllikləri hər kəsə göstərmək coşğusu vardı içimdə. Bir də o yerləri təkrar gəzmək...

Əlində doğmasının şəklini tutub, harada olduğundan xəbərsiz olaraq yanğıyla axtaranlarla eyni hissi paylaşsam da, onlardan fərqli, mənim itirdiklərimin yeri, itmə saati, güzərgahı, kimin əlində girov olduğu bəllidi.

Xatirələri xatirində yaşananların sonuncuları bu dünyayla vidalaşmadan, ismətini başı dumanlardan kəlağayılı, ağzının yaşmağını yamaclı dağlardan almış nənələrin yurdunu axtarıram.

Sarsılmazlığı, sərtliyi qaya timsallı babalara məskən olmuş yurdlarla bərabər itirilən maddi-mənəvi dəyərləri axtarıram.

O ellərlə birgə tapdaq olan heysiyyatımızın mənzərəsini əlimdə tutub gəlsəm...

Nə istəyirəm deyimmi?

1992-ci il—

fevralın 18-də itirilən Xocavəndi, fevralın 25-26-da qanına bələnən Xocalını, mayın 8-də başımızdan tac kimi alınan Şuşanı, mayın 17-18-də viran olan Laçını;

1993-cü il—

aprelın 2-də talanan Kəlbəcəri, iyunun 17-də verilən Agdərəni, iyulun 23-də damları başlarına uçurulan Ağdamı, avqustun 18-də sinəsi parçalanan Cəbrayılı, avqustun 23-də “çeşmi-giryanı od tutan” Füzulini, avqustun 30-31-də yurdu köçən Qubadlını, oktyabrın 29-da elsiz qalan Zəngilanı. Qaytararlarmı?

Şeirlərimizin sah beyti, cümlələrimizə mübtəda olan əzizlərimizin- o torpaq paylarımızın xəbəri –“döndü, geri qaytarıldı” ilə bitən cümlələr qursunlar. Xəbərlərin keçmiş, qeyri-qəti gələcək şəkilçisi ilə bitməməsini istəyirəm. Bacararlarmı?

Coğrafiyanı bilməsi ilə prezidentini heyran qoyan rus uşağına “Rusiyanın sərhədləri tükənməz”- dedi Putin. Öz coğrafiyasında-hüdudları sərhəddində kiçilən- “Buradan o yana yol yoxdur”-lövhəsini qoymağa məcbur buraxılan Vətəndən-Azərbaycandan olan bəndənizin (bacımın) o işğallardan sonra Rusiyada doğulan, illərlə bir parta arxasında oturduğu erməniylə niyə məsafəli davrandığının səbəbini bilən oğluma bir sözüm var. Tanımadığı o yerlərlə tanış etmək sözü. O yerləri gəzmək, görmək, ona doğma olanlara sarılmaq istəyində olan bütün övladlara bunları borcluyuq.

Verilişə getməsəm də, Rusiyanın möhtəşəm şəhərlərində, hüdudsuz sərhədlərində nə qədər dolaşsam da gözüm-könlüm o yerləri axtarır, yuxumu o intizar ərşə çəkir.

Tünzalə Vəliqızı
Moskva,
30.11.2016


P.S. Nəsib Nəbioğlunun şeirlərinin təsviri olan Kəlbəcər küçələrini peykdən seyr edib kövrəldiyini görmək acıdır qəlbimi. Otları, çiçəkləri min bir dərdə dərman olduğuna inanıb bu inancla loğman olan Əməkdar Həkim Sabir Həbibovun doğulduğu yurdda həyata göz yummaq istəyi göynədir insanı.




Baxış: 1044 | Bölmə: Yazarlar, Tünzalə Vəliqızı, slayd1
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru