Bakı Ulitskaya, Federmesser və Jukovanı "qara siyahıya" saldı
Qarabağa səfərindən sonra Ulitskaya, Federmesser və Jurovanın Azərbaycana girişinə qadağa qoyuldu.

Azərbaycan Xarici işlər nazirliyi Svetlana Jurova, Lyudmila Ulitskaya və Nyut Federmesserin Ermənistanın baş nairi Nikol Paşinyanın həyat yoldaşının dəvəti ilə Qarabağa səfərindən sonra onları qara siyahıya salıb.
Navalnı azadlıqda-50 gündən sonra

Çıxdım, amma durmayacam. 50 günlük nəzarətdən sonra Navalnının ilk ismarışı belə oldu.
Repçi 50 Cent-dən Nurməhəmmədova böyük təklif
Amerikalı repçi 50 Cent rusiyalı döyüşçü Həbib Nurməhəmmədovun UFC-dən çıxıb Bellator turnirinə keçməsi üçün 2 miyon dollar təklif etdi.

O, "UFC-nin Nurməhəmmədova qarşı özünü düzgün aparmadığını, Markqreqoru fərqli yanaşdığını" və rusiyalı döyüşçü Bellator-a keçməyə razı olarsa, "bu gün" nəğd olaraq 2 milyon dollar ödəməyə hazır olduğunu bildirib.
Türkiyə məhkəməsi amerikalı pastor Bransonu azad etdi
Məhkəmə formal olaraq rahibi 3 il həbs cəzasına məhkum etmişdi və o, cəza müddəti başa çatdığı üçün azad edilib. ABŞ prezidenti Donald Tramp pastor Bransonun azad ediləcəyi haqda məlumat verib: O tezliklə evdə olacaq.

Qırğızıstanın XİN başçısı Erlan Abdıldayev istefa verdi
Qırğızıstanın xarici işlər naziri Erlan Abdıldayev ölkənin Cənubi Koreyadakı səfirinin bəyanatı fonunda istefa edib. Bu haqa RİA "Novosti" məlumat yayıb.

Ramzan Kadırov Nurməhəmmədova  "Mersedes" hədiyyə etdi-VİDEO
UFC-nin yünğül çəki dərəcəsində qaydasız döyüş üzrə çempionu Həbib Nurməhəmmədov dünən Çeçenistan rəhbəri Ramzan Kadırovun qonağı olub və Qroznı şəhərinin fəxri vətəndaşı seçilib.
"3,5 min rubla yaşamaq olar" deyən nazir işindən azad edildi
Minimum 3,5 min rubla yaşamağın mümkünlüyünü bəyan edib bunu öz üz üzərində eksperiment etməkdən imtina edən Saratovun Əmək, məşğulluq və miqrasya naziri Natalya Sokolova vəifəsindən azad edildi. Bu haqda RBK-ya region qubernatorluğunun mətbuat xidmətindən məlumat verilib.


Saratovun naziri 3,5 min rubla bir ay yaşamaq olar dedi və...
Saratov vilayəti Əmək və məşğulluq naziri Natalya Sokolova 3,5 min rublun "minimla fiziki tələbat üçün" tam yetərli olduğunu söyləyib. Bu haqda yerli "Obşestvennoe mnenie" ( "İctimai rəy") nəşri onun danışığının videoyazısını təqdim edib.

Sokolova bu deyimi vilayət Dumasının sosial siyasət komitəsinin yığıncağında işləməyən təqaüdçülərin yaşayış minimumunu qaldırmaq məsələsinin müzakirəsi zamanı səsləndirib.

İştirakçılar arasında bir ayda hansı məbləğlə keçinməyin mümkün olması ilə bağlı gərgin mübahisə gedib.

Sokolova "minimal fikziki tələbat üçün" 3,5 min rublun yetərli olması fikri ilə çıxış edib.

Ukrayna  prezident seçkilərində MDB müşahidəçilərindən imtina etdi
Ukrayna tərəfinin 2019-cu il prezident seçkilərində MDB moritorinq qrupu müşahidəçilərinin iştirakından imtina etməsi barədə birliyin idarətmə komitəsinin başçısı Segey Lebedev RİA "Novosti"-yə məlumat verib.

Moskva vilayətinində baş müstəntiq güllələndi
Rusiya DİN Nəqliyyat idarətməsi xüsusi işlər idarəsinin Mərkəzi Federal dairəsindəki bölməsinin müstəntiqi Yevqeniya Şişkina Moskva vilyətinin Krasnoqorski rayonunda evinin qarısındaca güllələnib. Bu barədə RF İstintaq Komitəsinin Moskva vilayəti üzrə nümayəndəliyinin yetkilisi Olqa Vradiy TASS-a məlumat verib.
Peskov Petrov və Boşirov barədə sual-cavabın gözlənilməz olduğunu deyib
Kremlin sözçüçü Dmitri Peskovun sözlərinə görə Böyük Britaniyanın Skripal işində şübhəli bildiyi ruslar haqqıdna Vladivostok forumunda verilən sual və Putinin cavabı gözlənilməz i."Biz bu haqda heç nə bilmirdik"-deyə Rossiya-1 kanalına verdiyi müsahibsində deyib.

Rosqvardiyanın başçısı Navalnını duellə hədələdi

"Zabit ortamında" belə təhqirlərə duellə cavab verilir. Mən də səni duelə çağırır və səndən döyülmüş ət qiyməsi edəcəyimə söz verirəm. İylənmiş, çürük birisiniz. Zolotov Navalnını belə hədələdi.

Rosqvardiyanın başçısı Viktor Zolotov Korrupsiyaya qarşı mübarizə fondunu (FBK) rəhbəri Aleksey Navalnıya videomüraciət ünvanlayaraq onu hədələyib. Bununla o, müxalifətçinin Rosqvardiya döyüşçülərinə alınan qida məhsulları ilə bağlı apardığı araşdırmaya və onun şəxsinə qarşı işlədilmiş "təhqiredici" və "böhtan xarakterli" ittihamlara cavab verib.
Ermənistan Amerikanın pulu ilə tikilən biolaboratoriyanın qapısını  Rusiyaya açdı
«Ъ»-a müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsində Amerika vəsaiti ilə tikilən biolaboratoriyanı rus ekspertlərinin ziyarət etdiyi barədə məlumat verib.
Putin Sobyanini təbrik etdi

Rusiya prezidenti Vladimir Putin senytabrın 9-da keçirilən mer çekilərində Sergey Sobyanini qalib gəlməsi münasibətilə təbrik edib. Bu haqda TASS agentliyinin məlumatında deyilir.

Ukrayna mətbuatı Zaxarçenkonun ölmədiyindən şübhələnir
Ukrayna KIV-nin qondarma DNR-in başçısı Aleksandr Zaxarçenkonun ölümünün səhnələşdirildiyindən (tamaşa olduğundan) şübhləndiyi haqda Dni.ru qəzeti yazıb.
Dinlə bağlı  zarafat edəni həbs gözləyir

Səudiyyə Ərəbistanında dinlə bağlı zarafat edəni həbsə atmağı düşünürlər.
Moskva əyalətində qubernatorluğa namizədlə görüş zamanı atışma olub

"Yaşıllar alyansı" partiyasından Moskva vilayəti qubernatorluğuna namizəd olan Liliya Belova Sergiyev-Posad rayonunun Mexovo kəndində seçiciləri ilə gğrüç zamanı silahlı insident müşahidə olunub. Bu haqda TASS agentliyinə namizıdin qərargahından məlumat verilib.
İsveç siyasətçiləri "Şimal axını-2"-yə  qarşı
İsveçin parlament partiyalarının əksəriyyəti Rusiyanın "Şimal axını-2" qaz kəmərinin tikintisinin dayandırılmasını istəyir. Bu barədə Sveriges Radio radisotansiyası xəbər verib. İsveçli siyasətçilər bunua səbəb olaraq təhlükəsizlik və Avropa Şurasının yenilənən enerji mənbələrinin istehlak payının artırması məsələlərini önə sürürlər.
Tarix : 25-12-2016, 23:54
Elə "otxod", belə "podxod"
Rusiyada yaşayan azərbaycanlıdan

Oğul, fayda yoxdur, mən qoyan addan,
Çalış, hünər göstər, özün ad qazan.
O. Sarıvəlli

Bəzən qazandığımızda uduzduğumuzu bilsəydik...

Azərbaycan Respublikasının Konstitusiyasında dövlət dili Azərbaycan dili göstərilir. O dövlətin qanunverici orqanı olan Ali məclisində həmin maddəyə əməl etmək birinici orada oturanlara düşər- o cümlədən Sizə. “Otxod”- yad kəlməsi ilə dilimizi zibilləyən, deputat...

Üç nöqtənin yerinə qoyulacaq ifadəni tapmaq o qədər də çətin deyil. Hətta Rusiyaya gedənlərə təhqir sayılan o tör-töküntü sözündən hiddətlənənlərdən fərqli sizə qəzəbli də deyiləm. Sadəcə...

Sadəcə dilimi dolaşdırıb, fikirlərimi qarışdıran, məni çətinə salan bilirsinizmi nədir, deputat...?

Heç həyatımda bu qədər fikir get-gəli arasında qalmamışdım. Təhqir etməyə tərəddüd etməyən - Siz bilməzsiniz. Nəyi? Mənim beynimdəki bu get-gəlin səbəbini.

Mənə sizin yüksək tribunasında oturduğunuz doğulduğum o məmləkətdə böyüyə hörmət etməyi öyrətməklə yanaşı, bir də böyükdən öyrənmək öyrədiblər. Deyirlər düşdüyü mühit insanı dəyişir. (Sizi də bəlkə məclis havası dəyişib-T.V.) Bəli, biz Rusiyaya gələnləri buranın sərt iqlimi ilə bərabər, sərt insanı, yad baxışı da dəyişdirdi. Oradakı keçinməzlikdən –ailəsini keçindirmək üçün gələnlər yaşamaq uğrunda savaş verərək çabaladılar, çalışdılar və bu gün də o mücadilə davam edir. Sadəcə onlar üçün bir şey dəyişmədi. Milli mentalitet. O milli mentalitet ki, sizin oturduğunuz Milli Məclisin çıxardığı qanunlarında hökm kimi yazılmır. O insanla birgə doğulan, genindən gələn insanlığın meyarı, ölçüsü olandır- adına milli mənəvi dəyər deyirik. Onun sinif, mərtəbə fərqi yoxdur. Onun varlığı ilə insan mərtəbələnər.

Deputat...

Mən-biz Rusiyaya gələnlər sadaladığım o dəyərləri insan beyninin ən yüksək tribunası olan ağılın, düşüncənin baş köşəsində oturtduq. O üç nöqtənin yerinə hər hansı bir təyini qoymağa imkan verməyən də odur.

Deputat...

Əslində o sözün ağırılığı deyil, bir “ağsaqqalın” özünə rəva gördüyü bu durumun xəcaləti incidir məni. “Ağsaqqal” sözünü dirnaq arasında yazmağa məcbur qoymağınız qəlbimi parçalayır. Siz bizi parçalamanızla müqayisədə inanın, bu daha əzabvericisidir.

Deputat...

Birinin süfrəsinin qırıntılarından imtina edib, qabarlı əlləri ilə ailəsinə çörək qazananlar millətin tör-töküntüsü ola bilməz. Sizlərin 100 kvadratmetrlik qapı kandarınızın 4 mislindən də kiçik -darısqal otaqda ailə saxlayan-o bazardakıların dizlərini parta edən övladları burada orta məktəbi qızıl medalla bitirir, ali məktəblərdə ən yüksək qiymətlərlə oxuyurlar.

Millətin gələcəyini təyin edən gənclər yetişdirənlərin bunu haqq etmədiklərini bilirkən, bunu sizə sübut etməyə niyə çalışım, niyə qəzəblənim ki...

Deputat...

Baxın, yazının sonuna kimi adınız, soyadınızla müraciət etmədim sizə. Sizə hörmətdə də qüsur etmədim. Çünki hər kəs özünə yaraşan kimi davranar. Bu günə kimi sizi tanımırdım. Siz adda bir deputatın olduğundan da xəbərim yoxdu. Və bəlkə bundan sonra da olmaycaqdı. Çünki təmsil etməli olduğunuz xalqdan o qədər uzaqsınız ki... İnformasiya üçün oxucunu məlumatlandırmağa isə... məncə, “otxod” sözü yetərlidir.

Nə yazıq ki...

Bəlkə də o xalqa yaxınlaşmaq, ünsiyyətdə olmaq şansını yaxaladınız o çıxışınızla. Və xalqın xəbəri olmayan simanızı nümayiş etdirdiniz.

Deputat...

O üç nöqtənin yerinə qoymağa epitet, (etiket) möhürü boş verək getsin. Əsas odur ki, uzun bir yolun üfüqündə kimsə belə bir təyinlə xatırlanmaq istəməzdi. Bu gündən sonra hansı adla, ayama, ləqəblə çağırılmaq qazancının ziyanı yetər. Özünü bilənə, məncə, bundan böyük cəza olmaz.

Bir də ona yazıq.

Tünzalə Vəliqızı
Moskva


P.S. Elə “otxod”a da belə “podxod” yaraşar.




Baxış: 5017 | Bölmə: Yazarlar, Tünzalə Vəliqızı
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yazarlar
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru