Rusiya Misir yığmasını məğlub edərək  8/1 finala vəsiqə qazandı
Bu gün Dünya Çempionatına ev sahibliyi edən Rusiya millisi ikinci turda Misir yığması ilə qarşılaşıb. Sankt-Peterburqda keçirilən qarşılaşmanın birinci hissəsində Misir komandası güclü görünsə də, Rusiya yığması oyunun birinci hissəsinin ikinci yarısında təşəbbüsü ələ ala bilib. Lakin komandalar birinci hissəni qolsuz başa vurublar.
Alimlikdə və insanlıqda Xalıq Koroğlu nümunəsi


Hər bir şagirdin, tələbənin öz sevimli müəllimləri olur. Mən, nə az-nə çox, 23 il təhsil almışam.

On il orta məktəbdə Kəlbəcərdə, beş il Bakıda M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda, beş il Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda, üç il isə Rusiya Mədəniyyət, İncəsənət və Turizm Akademiyasında aspiranturada oxumuşam. Tələbəlik dövründə çoxsayda adlı-sanlı, çox savadlı, unudulmaz, hətta dünya miqyasında tanınan pedaqoqlar, alimlər mənə dərs deyib. O vaxt Ədəbiyyat institutunda Viktor Pozov, Lev Ozerov, Lev Oşanin, Yevgeni Dolmatovski, Andrey Dementyev, Stanislav Cimbinov, Lyusian Klimoviç, Feliks Kuznetsov, Yuri Kuznestov, Vladimir Qusev, Vladimir Smirnov, Larisa Vasilyeva, Yevgeniy Vinokurov, Aleksandr Vlasenko, Aza Taxo - Qodi, Xalıq Koroğlu, İqor Peçenev, Yevgeniy Sidorov, Aleksandr Baskakov və digərləri dərs deyirdilər. Həmin illərdə Ədəbiyyat İnstitutunda zəngin, qeyri-adi kitabların müəllifləri olan Mixail Yeryomin, Vladimir Smirnov, Sergey Bondi, Aza Taxo-Qodi, Sergey Artamanov, Çingiz Hüseynov, Mixail İşutin mühazirə oxuyurdular. Bizə dərs deyənlərin hamısı həqiqi akademiklər idi. Onların dərsinə girmək, onların dərsinə qulaq asmaq məsuliyyət idi.
НЕЗАБЫВАЕМАЯ ПОЕЗДКА- ФОТО
Конец весны и первый день лета стали незабываемыми для десяти воспитанников школы-интерната № 2 для детей лишенных родительской опеки. Интернат находится в поселке Мардакяны недалеко от Баку. Под руководством директора школы-интерната Диляры Мешадиевой и воспитателя Саяры Мамедовой группа воспитанников представляла Азербайджан среди бывших стран СНГ в праздничных мероприятиях, посвященных Международному дню защиты детей.
Moskvada  məhşur türk  müğənnilərinin konserti olacaq
Moskvada VIII dəfə Artistlər arasında keçirilən futbol üzrə Dünya Çempionatı "ART-Futbol" festivalı finala yaxınlaşır. İyunun 3-də başa çatacaq festivalda Türkiyənin məhşur sənətçilərindən ibarət futbol komandasının qatılması haqqında da saytımızda məlumat vermişdik. Furbol meydanını coşdura bilməsələr də, mahnıları ilə moskvalıları çoşduracaqlar. Moskvanın "Lokomotiv" futbol arenasında 6 türk müğənnisi paytaxt tamaşaçıları qarşısında konsert verəcək.

Halil Sezai bu arenadan "Usyanı" ilə hayqıracaq, Cem Kılıc "Nasil bir insansın" deyə aşkı ilə "yakacak", Burgahan Çayır "Kal Yanımda" deyə durduracaq, Deniz Cem "Git dedim olmadı" deyə sitəm edəcək , Mustafa K Öztürk "Azize"sı ile yaraları saracaq və Umut Zen "Allahu Allah" deyə sakitləşdirəcək mahnılarıyla müsiqi həyacanı yaşadacaqlar.

On milyonlarla pərəstişkarları olan Türkiyənin tanınmış müğənnilərinin konserti Moskvanın "Lokomotiv" stadionunda saat 19:00 da başlayır. Konsertə giriş pulsuzdur.


Yenises.ru
AzerRos ADR-in 100 illiyi ilə bağlı dəyirmi masa keçirdi
Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyi çərçivısində tədbirlər davam edir. Bu gün (dünən)Moskvada Azərbaycanlıların Federal Milli Mədəni Muxtariyyəti (AzərRoss) ADR-nın yubileyinə həsr olunmuş dəyirmi masa keçirtdi.

Dəyirmi masanın iştirakçıları arasında son günlər “Kafkazskie trio” (“Qafqaz üçlüyü”) filmnə görə ittihamlara məruz qalan tanınmış kinorejissor Rüstəm İbrahimbəyov da vardı. Yığıncağa bir az gec gəlib tez gedən kinorejissorun “baxılmamış” filminə “baxmasam da pisdir” prizmasından yanaşıb onun burada olmasına etiraz edən də tapıldı. Bu haqda bir azdan.
Azərbaycan Demokratik Cümhuriyyəti 100 yaşında
Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə

«Ey Gənclik! Sənin öhdəndə böyük bir vəzifə var! Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı və onu min müşkülatla yüksəldərək dedi ki, BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ! Əlbəttə sən onun bu ümidini qırmayacaq, Azəri türklərinin yanıqlı nəğmələrinə mövzu olmuş bu bayrağı bir daha o bina üzərinə dikəcək, bu yolda ya qazi, ya şəhid olacaqsan!».
Cansel Elçin: Mən kinoya gülmək üçün yox, düşünmək üçün getmək istəyirəm.
Onunla ünsiyyətdə olmaq bir ayrı zövqdür. Onun başardığının 100-dən birini belə başarmayıb ədasından paltarına sığmayanlar var. Bu insan isə sadə və səmimidir. Sanki sıradan biriymiş kimi danışır. Təvazökarcasına bunu başardımmı-deyə sormağa ürpənməz. Sənətinin fədaisi və olduğu kimi olan ADAM. Həyata baxışı da, filmə baxışı ilə eyni. Mən qurama -xəyal ürünləri deyilənlərindən deyil, rastalaşdığım və ya başqalarınn yaşadıqları hekayələrdən bir bütöv tablo yaratdım. O tabloda həyatımızda iz buraxmış sağalmaz yaraları əks etdirmək və hər kəsə göstərmək istəyirəm. Görsünlər və nəticə çıxarsınlar. Bəlkə o zaman yeni Hasanların doğulmaz -yeni faciələr yaşanmaz. O üzdən mən kinoya gülmək üçün yox, düşünmək üçün getmək istəyirəm. Moskvada kinosunun təqdimatında bunları dedi, bunları yaşatdı.

Cansel Elçinin  “Melekleri taşıyan adam”ı  Moskvada nümayiş olundu (eksklüziv)-VİDEO
Hindistan və Bolqarıstandan sonra “Melekleri taşıyan adam” Moskva seyrçilərinin qonağı oldu.
Moskvada keçirilən “Art Futbol” festivalı çərçivsində nümayiş olunacağı xəbər verilən “Melekleri taşıyan adam”ın premyerası Moskvanın “Yunost” kinoteatrında baş tutdu.
Moskvada  VIII Artistlər arasında futbol üzrə DÇ çərçivəsində  Türkiyə ilə Polşa komandaları qarşılaşacaq

Səhnədən meydana! Bu da oyundur, təbii ki, amma...

Türk sənət ulduzları futbol meydançasında. Moskvanın yaşıl futbol meydanlarında istedad deyil, futbol bacarığı sınanacaq. Türkiyəni yarışmada həm də futbolun "ən yaxşıları" olan məhşurlar təmsil edir. Onlar kimlrdir? Bir az sonra...
KİV Kalininqrad bölgəsini  NATO-nun  "ən pis kabusu" adlandırdı
National Interest nəşrinin müəllifinin fikrincə, "dişinə qədər silahlanmış" Kaliningrad bölgəsi NATO "ən pis kabusu"dur. Nəşr Rusiyanın təkcə Baltikdə flotunun Polşanın ümumi filotundan daha güclü olduğunu qeyd edib. Müəllif ona da diqqət çəkib ki, Kalininqrad bölgəsindəki rus raketləri və gəmiləri regionda ABŞ və Avropa əsgərlərinin manevr dairəsini məhdudlaşdırır.
ADSIZ ADAM
Bilmirəm jurnalist kimi sərtmi olmaq, cəsarətlimi olmaq, ya "düzələn deyil"-deyib olanlara müşahidəçi kimi qalmaqmı-hansını hansı yerdə işlətmək gərəkirdi? Mövlana deyirdi ki, İki şey ağıla nöqsan sayılır, yersiz susmaq ilə yersiz söz demək.
"Rossiya  Seqodnya" və "RIA Novosti Ukrayna"  Ukraynada  qapadıldı
"Rossiya Seqodnya" və "RIA Novosti Ukrayna" informasiya agentlikləri Kiyevin sanksiyalar siyahısına daxil edilib. Hazırda hər iki sayt Ukraynanın ərazisində bağıanıb. Bu barədə məlumat ölkənin prezidenti Petro Poroşenkonun saytında yerləşdirilib.
Putinin Merkelə  gül buketi bağışlamasını almanlar təhqir saydılar
Rusiya prezidenti Vladimir Putinin Soçi görüşməsindən əvvəl Almaniyanın kansleri Angela Merkelə bir dəstə ağ gül bağışlaması xarici mətbuatda birmənalı qarşılanmayıb. Almaniyanın "Bild" nəşrinin jurnalisti Rusiya prezidentinin bu jestini "Bu nəzakət deyil, gizli məna daşıyır"-deyə dəyərləndirib.

İsrailli jurnalsitlərə Türkiyənin Taksim meydanında hücum etdilər
İsrail televiziyasının "Reşet-13" kanalının İstanbula ezam olunmuş xəbər komandası Türkiyənin Taksim meydanında kütlələr tərəfindən döyülüb. Jurnalistlər İsrail ilə Türkiyə arasındakı böhranı işıqlandırmaq üçün İstanbula göndəriliblər. İsrail KİV-nın verdiyi məlumata görə jurnalistlərə hücum edənlər "İsrailliləri öldürməyə gəlmişik"-deyə bağırırlarmış.
Mənbə: Siyasətçi Yuri Kotler  Moskvada  evində ölü tapılıb
Moskvada siyasətçi evində ölü tapıldı. Yanında silahi və başından vurulmuş vəziyyətdə. Hadisəsinin motivi hələ məlum deyil.

Rusiyalı siyasətçi Yuri Kotler Moskvanın mərkəzində Böyük Nikitsk küçəsində yerləşən evdə ölü tapılıb. Bu barədə REN TV ona
yaxın olan mənbəyə istinadən məlumat verib.
Amerika mediası Krım körpüsünü partlatmağa çağırıb
В марте 2014 года в Крыму прошел референдум, по итогам которого полуостров стал территориальной частью России, а Севастополь — городом федерального значения.

Amerika mühafizəkar siyasi həftəlik mətbu orqanı olan "Washington Examiner" in müəllifi Tom Rogan Ukraynanı Krım körpüsünü bombalaya çağırması haqda RİA "Novosti" xəbər verib.
В Президент-Отеле состоится танцевальный спектакль «Связь времен и народов: стань частью танцевальной истории»

В Красном зале столичного Президент-Отеля 18 мая в 18-00 час. состоится показ спектакля «Связь времен и народов: стань частью танцевальной истории».
Mixail Leontiev Ermənistanın baş naziri Nikol Paşinyandan  üzr istədi
Mixail Leontiev Ermənistanın baş naziri Nikol Paşinyandan ölkədəki son hadisələrə dair sözlərinə görə üzr istədi
Tarix : 26-01-2018, 02:13
Deyingən - BİLMİRƏM YADINIZDA NECƏ QALACAM
Bəlkə şən, nəşəli bir insan kimi. Bəlkə ədalət axtaran bir sadəlövh kimi. Bəlkə... nə bilim.

Ona görə bu sətirləri kağıza tökməyə qərar verdim.

Deyirlər insanın özünə tənqidi yanaşması lazımdı, amma hər uğursuzluqda özünü günahlandırması da doğru deyil. Bunlar hamısı bəhanədir. Bir İNSAN var, bir də kütləni təşkil edən ikiayaqlı, şüurlu, nitqi, mülahizəsi olan boz fərdlər. Ayrı-ayrılıqda dindirərsən, əməlli-başlı səni qane edəcək ağlı var, hətta səni təəccübləndirən təqdirəlayiq fikirləri var. Məmurdu, müəllimdi, alimdi, həkimdi, amma bozdu. Onlardan biri də bəndənizdi.

Qorxaqların öndə gedəni. Özünün rahatlığı üçün münaqişədən qaçan, atdığı addımı yüz ölçən, bir biçən. Sözdə ədalət axtaran, amma ədaləti tapdalayanla göz-gözə gələndə, gah etikanı, gah diplomatiyanı bəhanə edib vəziyyəti “yola verən”. Dünyanı bozlar dəyişdirəmməz. Özlərinə qurd deməklə hər bozdan qurd olmur, əslində qurd heç boz olmur. Mübarizlər ölümə şərəf, şan-şöhrət arxasınca getmir, başqa cür yaşamağı qəbul edə bilmədiyinə görə gedirlər. Bozlarınsa min bir bəhanəsi var: hər şeyi savaşla həll etməzlər, biri od olanda biri su olar, biz sülhsevər insanlarıq, hələ gündə bir forma da fikirləşirlər, ay bu “tolerantlıqdı”, ay bu multikulturalizm qaydalarına ziddi, ay bu qonaqdı, ay bu uşaqdı və sairə və sairə.

Heç düşünmüsünüzmü, Nizami Gəncəvinin qonşusunun adı nə idi, Gəncədə o vaxt neçə İlyas var idi? Onların bacı-qardaşı kim idi, nə iş görərdilər? Əlbəttə, bu barədə ağlı yormaq kimin nəyinə lazımdı? Hələ üstəlik Nizaminin adı ilə elm taxtına çıxmaq istəyən, yüzlərlə olub-olmayan şaiyələr uyduran minlərlə çağdaş bozlar varkən.

Bu cəfəngiyatı niyə yazıram?

Gücsüzlüyümün, cılızlığımın etirafı üçün. Əsgəranda iki həmyerlimizin öldürüldüyü SSRİ-nin əsas televiziya xəbərində deyiləndə, yəni erməni-azərbaycanlı qanlı qarşıdurmasına yuxarıdan start veriləndə 31 yaşım vardı. Amma bu qanlı xəbərin start olduğunu nə mən, nə də milyonlarla həmvətənim dərk etdik. Dediyim o bozluq üzündən. Bizi qarşı tərəfə nifrət cərəyanına qoşdular. Qarşı tərəfi qoşmağa belə ehtiyac yoxdu.

Bir qərinə 33 ildi deyirlər. Azərbaycan torpaqlarının son işğalının başlanması bir qərinəni haqlamaq üzrədi. Təkcə Xocalı faciəsi 26 ildir cəzasız, cavabsiz qalır. Biz bozlar onların ildönümünü qeyd eləməklə özümüzü borcdan, məsuliyyətdən silkinmiş hesab edirik. Daha tünd bozlarımız Xocalı, 20 Yanvar şəhidlərinin dəhşət saçan hekayələrinin, şəkillərinin önünə gül dəstəsi qoymalarının foto sərgisini paylaşır, o biri bozların “biz sizin kimi MƏRD oğullarla fəxr edirik” təqdirlərini alır. Beləcə yaşayırıq.

Dünyada baş verən hadisələrin çox hissəsinin gərginlik naqilləri Moskvadan keçir. Azərbaycanın uğurunun da, uğursuzluğunun da yeraltı dalğalarının keçdiyi məkanın böyük hissəsi buradadır. Və biz bu məkanda təxminən iki milyon bozla təmsil olunuruq. Göz almacıqlarınıza yazığınız gəlsin, hədəqədən çıxarmayın gözünüzü. Xüsusən özünü bozdan başqa rəngdə görənlər, boşuna havalanmayın. Bu bir-iki kəlmə sizin ahənginizi pozan deyil. Yenə aliminiz alim, məmürünüz məmur, yaltağınız yaltaq, qorxağınız qorxaq, agentiniz agent, casusunuz casus olaraq yaşayışına davam edəcək. Hə, bir az fərq mütləq olacaq. Təqaüdə çıxandan sonra adının önünə Mir əlavə edənlər, həkim mədəsindəki xoradan dolayı içkini qadağan edəndən sonra təsbeh alıb namaz qılmasını gözə soxanlər, əlbəttə çoxalacaq. Amma bu onların bozluğunu dəyişən amil olmayacaq. Bir də bu bozluq Moskvada və ya Şəkidə, Vaşinqtonda və ya Gədəbəydə olmaqla dəyişən əlamət deyil ki. Moskvanı ona görə misal çəkirəm ki, burdakılar öz bozlarımızdı və demək olar hər gün üz-üzə, göz-gozə gəlirik. Birimiz Dövlət Dumasına girə bilməyimizlə, digərimiz Jirinovski ilə şəkil çəkdirməyimizlə, üçüncümüz deputat köməkçisinin köməkçisi vəsiqəmizlə gündəmə gətiririk özümüzü. Hansı gündəmə? Feysbuk gündəminə. Hələ bir böyük ekrana çıxanımızı görəsiniz. Bu yerdə bir səciyyəvi misal düşdü yadıma. Misal deyəndə ki, olmuş hadisədi, bilmirəm olduğu andakı atmosferi sizin təsəvvürünüzdə canlanacaq şəkildə təsvir edə biləcəmmi. Moskva hökümətində icraçı məmur olan bir həmyerlimiz şəhərdə inşaatla (belə deyək) məşğul olan başqa həmyerlimizə iş sifarişi almaqda yardım edir. İnşaatçı qardaş özünü sifarişi verəcək adama təqdim edəndə bir vizit kartı verir. Adam vizit kartında “...iya-...ya elmləri doktoru” ünvanını görəndə bir az ciddiləşir. Yardımçı həmyerlimiz tez müdaxilə edir: bəri başdan deyirəm, mən sizi inşaatçı ilə tanış edirəm, elmlər doktoru ünvanına zəmanət vermirəm!
Görüş bitir, iki həmyerli məsul adamdan ayrılıb yola düzələndə “doktor” incik halda, “sən niyə elə dedin o adama” deyə soruşur. Birinci də cavabında “mən sənin inşaatçılığına bələdəm, ona da zəmanət verirəm, amma vizit kartında yazılan ünvanı belə düz oxumadığını bilə-bilə səni doktor kimi təqdim edə bilmərəm, incimə” deyir. Sözüm odur ki, ey dili-qafil, inşaatçı kimi özünü isbat elədiyin halda bir ətək pul verib məğzini anlamadığın elm sahəsinin doktoru diplomunu almaq sənə nə verir?

Yenə uzaq düşdüm mətləbdən. Belə onlarla hüquq elmləri doktorumuz var, amma bir Qorbaçov üçün iş qaldırmaq cəsarəti, qabiliyyəti, səriştəsi olanımız yoxdur. Elə onlardan biri də mənəm. Hüquq elmləri doktoru yox, səriştəsiz, cəsarətsiz ziyalı. Hamını qaralama deyən də haqlıdır. Söhbət sıradan rutin icraatdan getmir. Dünyaya səs salacaq əməldən gedir. Yoxsa yüz il sonra Moskvadakı bu qədər adamdan ensiklopediyaya ya Jirinovski düşəcək, ya Voloçkova.

25 yanvar 2018-ci il,
Moskva




Baxış: 347 | Bölmə: Yazarlar, Cəfər Sadıq, slayd1
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ən çox oxunanlar
Yazarlar
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru