AİHM Navalnıya görə Rusiyaya cərimə kəsdi- 63,7 min avro
Avropa insan hüquqları məhkəməsinin rəsmi internet saytının yaydığı xəbərə görə, qurum müxalifət lideri Aleksey Navalninın Rusiyaya qarşı iddiasının lehinə qərar çıxardıb. Rusiya siyasətçiyə mitinqlərdə içtirak etdiyindən dolayı qeyri-qanuni həbs edilməsi üçün 63,7 min avro cərimə ödəməlidir. Məhkəmə siyasətçinin bir neçə hallarda həbsinin Rusiyada "siyasi plüralizmi əzmək" məqsədi daşıdığını təsdiq edib.

"Məhkəmə qərara gəldi ki, Rusiya iddiaçıya mənəvi zərər vurduğu üçün 50 min avro təzminat ödəməlidir. Eyni zamanda maddi zərərə görə 1025 avro və hüquqi xərclərin ödənilməsi üçün 12,653 avro ödəməsi vacibdir".

Noyabrın 3-də AİHM qərarını elan etməsi üçün Strasburqa getməyə cəhd edən siyasətçini "Kirovles" işinə görə 2.1 milyon rubl ödəmədiyi bəhanə edib ölkədən çıxmasına qadağa qoyulmuşdu. Daha sonra borcunu ödədiyi üçün Aleksey Navalnının bütün məhdudiyyətləri qaldırıldı.

Yenises.ru
ГОЛОСУЕМ ЗА ФАРМАНА САЛМАНОВА!!!
ГОЛОСУЕМ ЗА ФАРМАНА САЛМАНОВА!!!
НАЧАЛСЯ ФИНАЛЬНЫЙ ЭТАП ОБЩЕРОССИЙСКОГО КОНКУРСА «ВЕЛИКИЕ ИМЕНА РОССИИ».

ПРИЗЫВАЕМ НАШИХ СООТЕЧЕСТВЕННИКОВ ПРОГОЛОСОВАТЬ ЗА ПРИСВОЕНИЕ АЭРОПОРТУ ГОРОДА СУРГУТ ИМЕНИ НАШЕГО ЛЕГЕНДАРНОГО ЗЕМЛЯКА — ФАРМАНА САЛМАНОВА!

Для этого необходимо выбрать аэропорт города СУРГУТ из общего списка и проголосовать за имя ФАРМАН САЛМАНОВ по принципу «один голос – один аэропорт – одно имя» (на сайте великиеимена.рф, в социальных сетях, позвонив на «горячую линию» 8-800-707-93-17; путём заполнения анкеты в СМИ и на борту самолета, на постах «Волонтеров Победы», расположенных в аэропортах и ж/д вокзалах).

Путем народного голосования определим имена выдающихся соотечественников, которые будут присвоены крупным аэропортам страны. Имена, которые выберут россияне, дополнят официальные наименования 47 самых крупных аэропортов России международного и федерального значения с совокупным пассажиропотоком более 170 миллионов человек.
Ermənistan "Qazprom"a  dava açdı

Erməni hakimiyyət orqanları ölkə ərazisində olan Rusiyanın "Qazprom" dövlət şirkətinin törəmə strukturları ilə bağlı yoxlamalar apararaq onların vergilərdən yayındıqlarını aşkar ediblər. Dövlət gəlirləri komitəsinin təşəbbüsü ilə şirkətə qarşı iş başladılıb.
AZƏRBAYCAN BAYRAĞI 100
Bir kərə yüksələn bayraq bir daha enməz!!!

9 noyabr Azərbaycan Üçrəngli Bayrağının yaranması günüdür. 1918-ci ilin noyabrın 9-da qəbul edilmiş bu bayrağ bu gün müstəqil Azərbaycan Respublikasının rəsmi dövlət bayrağıdır.

TÜRKÇÜLÜK, AZADLIQ və İSLAM istiqamətində qurulan bayrağımızın rənglərinin müəllifi Əli bəy Hüseynzadədir.
Moskvada liftdə qətlə yetirilən qadının qatili azərbaycanlıdır
Moskvada polis əməkdaşları liftdə qətlə yetirilən qadının cinayətində şübhəli bilinən şəxsi saxlayıblar. Bu haqda REN TV məlumat verib.

Polislər qətldə şübhəli bilinən kişini Novo-Peredelkino rayonunda yeni bir cinayət törədərkən tutublar. O cinayət törətdiyini boynuna alıb.

"İnterfaks"ın məlumatına öprə saxlanılan şəxs Azərbaycan hüquq-mühafizə orqanının keçmiş əməkdaşıdır və ondan Moskvanın cənubunda bir bir neçə soyğun hadisəsi törətməkdə şübhələnilir.
Kiyev "Şimal axını-2"-nin  Avropa üçün təhlükə olduğunu deyir

Kiyev Avropanı "Şimal axını-2" layihəsindən imtina etməyə çağırıb. Ölkə hökümətinin fikrincə Rusiya bu lahiyədən "enerji qamçısı" kimi istifadə edə bilər-deyə Ali Radanın başçısı Andrey Parubiy xəbərdarlıq edib.

"Hibrit onilliyinin dərslərı: irəliyə doğru uğurlu inkişaf üçün nəyi bilməli" konfransında Parubiy bəyan edib ki, hökümət və ölkə başçısı Petr Poroşenko "Avropanı "Şimal axını-2" layihəsində iştirakdan imtinaya çağırır"-deyə Ukrinform xəbər verib.

Onun sözlərinə görə Kiyev "Rusiyanın enerji qamçısından istifadə etməklə korrupsiya üçün və yuxarıdakı siyasilərə necə təsir edəcəyini" bilir.

Ukraynalı siyasətçinin fikrincə, enerji təhlükəsizliyi təkcə Ukrayna üçün deyil, bütün azad dünya üçün vacib elementdir.

O, həmçinin Amerikanı Rusiyadan qorumaq üçün Ukrayna qaznəqliyyat sistemindən istifadə etmək ideyasını ortaya atıb.

Yenises.ru
Putin Davosa getmir
RF prezidenti Vladimir Putinin 2019-cu ilin yanvarında İsveçrənin Davos şəhərində keçiriləcək ümumdünya iqtisadi forumunda iştirak etməməsinə mətbuat xidmətinin rəhbəri Dmitri Peskova aydınlıq gətirib.

Putinin sözçüsü ölkə başçısının Davos forumundan imtina etmədyini, sadəcə ora iş qrafikinin uyğun olmadığı üçün getməyəcəyini səbəb göstərib.

O, onu da əlavə edib ki, Davos forumu bu sahədə yeganə deyil və Rusiya bu səpkidə rəqabətçi ölkə kimi təmsil olunandır.

Yenises.ru


Böyük Britaniya mağazada 16 milyon avro xərcləyən Zamirə Hacıyevanı həbs etdi
Tutulan qadın Azərbaycan Beynəlxalq bankının sabiq başçısı hazırda Azərbaycanda həbsxanada cəza çəkəm Cahangir Hacıyevin həyat yoldaşıdır. Zamira Hacıyeva Londonda mağazada böyük məbləğdə pul xərcləməkdə və bahalı daşınmaz əmlak almaqda ittiham olunur.
Qazaxıstanlı dəfnindən iki ay sonra evinə qayıtdı


Qazaxıstanın Tomarlı kəndinin sakini Ayqalı Supuqaliyev iyun ayının sonunda evdən çıxıb və bir daha geri dönməyib. Qohumları polisə ərizə yazıb onun itdiyini xəbər veriblər. Tezliklə polsidən cavab gəlib və qohumları meyidi tanıma q üçün morqa çağırıblar. Bu haqda yerli "Ak-Jayık" qəzeti yazıb.


İstidən kişinin meyidi tanınmaz hala düşüb və meyidin kimə aid olduğunu ayırd edə bilməyiblər. DNH testi isə ölənin 99,92 faiz Ayqali Supuqaliyevə aid oluğunu göstərib.

"Biz meyidi evə gətirdik və senytabrın 4--də Ulduz mikrorayonundakı müsəlman qəbristanlığında dəfn etdik. Bütün ayinləri yerinə yetirdik və ölüm şəhadətnaməsi aldıq"-deyə itənin kiçik qardaşı Yesenqali söyləyib. Qohumlar qəbrüstü lövhə hazırladıb və və kişi axtarışda olduğu müddətdə verilən təqaüd pulunuda dövlətə geri qaytarıblar.

Lakin ötən həftə Ayqalı evinə qayıdıb. O nəql edib ki, bazarda bir kişi ilə tanış olub və o, onu Atırauyski vilayətinin yaxn rayonlarından birində müvəqqəti kənd təssərüfatı işində işləməyə razı salıb. Dörd aydan sonra Ayqalı evə dönməyi qərara alıb.

Supuqaliyevin ailəsi ölənin dirnağından nümunə götürən tibbi -etspertiza institutunu və ölüm kağızı verən eksperti məhkəməyə verməyə hazırlaşır. Ayqalinin yerinə kimi dəfn edildiyi haqqında isə məlumat yoxdur.

Yenises.ru

Merkel Rusiyaya qarşı sanksiyanı uzadacağını vəd edir
Almaniyanın kansleri Angela Merkel Berlinin antirusiya sanksiyasını uzatmaq tərəfdarı olduğunu söyləyib. Bu haqda "112 Ukrayna" kanalı məlumat verib. Kansler bunu noyabrın 1-də Ukrayna prezidenti Petr Poroşenko ilə Kievdə keçirilən görüşdə bəyan edib.

Onun sözlərinə görə Moskvann Minsk anlaşmasına əməl etməsi alman trəfini qane eləmir. Bu məsələ ilə bağlı müsbət yöndə hər hansı inkişaf görünərsə, o zaman Almaniya "sanksiyanın yumşalamsını müzakirə edə bilər".

Yenises.ru
Moskvada qudurlar mənzildən ötəri  9 nəfəri diri-diri basdırıblar


Pieltorlardan ibarət quldur dəstəsi tək yaşayan moskvalıların evini satdıqdan sonra onların bəzilərini boğub, bəzilərini güllələyib, bəzilərini isə diri-diri basdırıblar.

Hüquq-mühafizə orqanı əməkdaşları mənzil sahiblərinin əmlakına yiyələnməkdən ötəri onları qətlə yetirənlər 16 nəfər "qara rieltordan" ibarət quldur dəstəsini yaxalayıblar. Bu haqda noyabrın 1-də İstinaq komitəsinin saytında məlumat verilir.
Arxangelskdə  FSB-nin binasında terror
Bu gün səhər Arxangelsk vilayəti Federal Təhlükəsizlik xidməti (FSB) binasının girişində partlayış baş verib. Verilən məlumata görə partlayışı hadisə yerində ölən 17 yaşlı gənc tərədib.
Türk təyyarələri Yeni İstanbul Hava Limanının açılışı üçün havada

İstanbul Yeni Hava Limanının açılışı ilə bağlı Türk hava Ulduzları şou göstərməyə hazırlaşır.

Türkiyə vaxtı ilə 16:30-da başlanacaq açılış mərasimidən əvvəl Türk pilotlar havada şou-tamaşa nümayiş etdirirlər.

Qafqazlını FSB çantasında 34 milyon rublluq qızılla Yakutiya meşəsində tutdu
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları Yakutiya meşəsində çantasında külçə və toz halında milyonlarla dəyərdə qızıl olan qafqazlını yaxalayıblar. Bu haqda 29 oktyabr -bazar ertəsi FSB-nin regional idarəsinin mətbuat xidmətindən RİA "Novosti"yə məlumat daxil olub.

Naz Dejin  O Səs Türkiyədə  "Sil baştan" ifasına Acun "mən də dönərdim" dedi - VİDEO
O Səs Türkiyə yarışmasının bazar günü proqramında Azərbaycandan gələn Naz Dejin ingilscə "İ Care" mahnısı ilə 4 münsifdən 3-nü özünə döndərə bildi. Məhz ingilscə oxuduğu və ona görə Hadisəni ya Muradı seçəcəklərini bildiyi üçün dönmədiyini deyən Seda Sayan Nazın ifasında "Sil baştan" mahnısını dinlədikdən sonra "buna dönərdim"-dedi.
Mərkəzi Afrika yaraqlılarından hökümətə sərt ultimatum -rus hərbiçlər çıxarılsın
Müsəlman yaraqlıları hökümətə sərt ultimatum ünvanlayıb. Mərkəzi Afrika Respublikası parlamentinin müsəlman başçısının vəzifəsindən uzaqlaşdırılması onları qəzəbləndirib. Ölkə başçısı Tuaderdən ərazidə olan xarici hərbi qüvvələr, o cümlədən "rus muzlularının" dərhal çıxarılması tələb olunur.

Aktyor Nikolay Karaçentsov vəfat etdi

Dögüm gününə bir gün qalmış aktyor Nikolya Karaçentsov ömrünün 74 yaşında vvəfat edib. Artist konoda 100-dən artıq obraza can verib. Onlar arasında "Böyük oğul", Samanlıqdakı köpək", "Kaputsinov bulvarındakı adam" və s. var.
Miqrantları "saxta qeydiyyata"  almağa  görə cinayət cəzası qanunu
Rusiya Dövlət Duması miqrantların "rezin ofislərdə" qeydiyyatı ilə bağlı cinayət məsuliyyətinə cəlb olunmağı tələb edən qanunu təsdiqləyib.

Xarici vətəndaşların yaşayış yeri olmayan binalarda saxta qeydiyyata alınmasından dolayı həbs cəzası istənilən qanun layihəsi Dövlət Dumasında üçüncü oxunuşda qəbul edilib. Bu haqda məlumat parlamentin aşağı palatasının rəsmi saytında dərc olunub.
Tarix : 6-05-2018, 10:46
Yumor - MOLLA MÖHSÜNÜN ATI
Qardaşım oğlunun iki qızının müxtəlif illərdə eyni gündə doğulduğunu eşidəndə ona: “Eyni gündə iki gözəl qızın dünyaya gəlib. Bunu hesablaya bilmisiniz, bir oğlan olmasını da hesablasaydın, üç qız atası əminə oxşamazdın”—deyib zarafat elədim. Əvəzində onun mənə danışdığı əhvalatın mütləq sizlərlə paylaşılacaq bir hekayə olduğuna əminəm.

Dedi ki, Seymur məndən beş-altı yaş böyükdür. Səmimiyyətimiz var, hətta bəzən yaş fərqimizi belə unutduracaq qədər. Gözəl ailə sahibidir. Məclislərdə də hər kəsi lal kəsdirəcək, gülməkdən qıracaq qədər gözəl danışığı var. Bir gün yenə yoldaşlardan biri oğul atası, qız atası söhbəti açdı. Söz-sözü çəkdi və nəhayət Seymur öz həyatından danışmağa başladı:

“Üç qızım vardı, biri-birindən kiçik. Artıq kənddə adam içinə çıxa bilmirdim. Heç kim mənə tənə eləməsə də, söz atmasa da elə bilirdim, mən üzümü çevirən kimi arxamda dedi-qodu edirlər ki, kişinin oğlu olar, bu da dalbadal üç qız gətirib. Hələ Dədə Qorqudda qızı olana elə baxırdılar, övladı olmayana belə baxırdılar məsələlərini də bildiyimdən əməlli-başlı kompleksə girmişdim. Sanki bir marafona çıxmışdım, oğlan doğulması finiş olmalı idi. Yoldaşım da yenə ağırayaq idi, bizlərdə də ultrason-filan olmadığından kənd çoxbilmişlərinin təxminlərindən və “Ya Allah, səndən mədət” nidalarından başqa çarə tanımırdıq. Bir gün qonşu ilə həyətdə söhbət elədiyim yerdə arvad məni işarə ilə çağırdı ki, məsələ ciddidi, qonağımız gəlir, gedək həkimə. Tez qonşunun üstünə cumdum ki, UAZı xoda sal, həkimə gedirik. Maşın bizim həyətə gələnə qədər sanki bir saat keçdi. Arvadın yerini rahatlayıb həyətdən çıxanda kəndin fırıldaqçı mollası Möhsün kişi qara atla evimizin qabağından keçdi. Qonşuya,--adı Feyruzdu,--sanki bir maşın bağışladılar.

--Ay Seymur,--dedi,--muştuluq mənim, oğlun olacaq, heç şübhən olmasın.
--Nədən bildin, ay Feyruz?
Başını xanıma tərəf çevirib bizi eşidib-eşitməməsini yoxlayırmış kimi baxdı, sonra da mənə tərəf əyilib:
--Molla Möhsünün erkək atı qabağımıza çıxdı,--dedi.
Bəlkə başqa vaxt gülərdim, inanmazdım, zarafat hesab edərdim. Amma indi elə özüm də bir bəhanə gəzirdim ki, gələn qonağın oğlan olacağının işartısını versin. Ona görə Feyruzun sözü məni qanadlandırdı. “Muştuluq sənin, bir az cəld tərpən. Gədəni gözlətmiyək” dedim.

Mingəçevir xəstəxanasına getməzdən əvvəl yolüstü baldızımı da götürmək qərarına gəldik. Baldızım da, maşallah, bir tank kimidi. O maşına oturanda UAZ bir tərəfə səntirlədi. Qərəz gəlib çıxdıq doğum evinin qabağına. Baldızımla yoldaşımı içəri ötürüb həyətdə gözləməyə başladıq. Elə rahatam ki, üç qızdan sonra, nəhayət oğlan gəlir. Bununla da istehsalı dayandırırıq, deyirəm öz-özümə. İndiki vaxtda dörd uşaq böyütmək asan döyül. Yenə şükr edirəm və gözümü qapıdan çəkmirəm. Bir az keçmiş qapı aralandı və bizim tank peyda oldu. Bir gizli sirr açacaqmış kimi məni əl işarəsi ilə çağırdı.

İki addıma yanında bitdim. Baldızım günahkar kimi, “a yeznə, sən Allah, hirslənmə, qız oldu”, dedi. Sanki yuxudaydım. Necə qız? Yenə qız? Bəs? Bəs Molla Möhsün? Bəs erkək at?

Görünür, sifətimin ifadəsi elə dəyişdi ki, baldızımın da rəngi ağardı. Dili topuq vura-vura: amma biri də var dedi və cavab gözləmədən qapının arxasında gözdən itdi. Ayaqlarımı sürüyə-sürüyə Feyruza tərəf gəldim. Köhnə bir stolun arxasında metal ayaqlı stulda oturmuşdu. Məni görən kimi, müştuluq mənimdimi, dedi. Özümü Feyruzun üstünə atılmaqdan zorla saxladım. Çünki yanında iki tanımadığım adam da oturmuşdu. Onlar da içəridən cavab gözləyirdilər. Sakitcə, bu da qızdı, dedim və o bir söz deməyə macal tapmamış tamamladım, biri də gəlirmiş.

Feyruz ağır xəstəyə baxırmış kimi gözünü üzümə zillədi. Bir söz demədi. Beləcə bir yarım saat da gözlədik. Qapı təkrar aralandı, baldızım üzümə baxır, heç nə demirdi. Yanına gəldim. Baş verənlərdə bunun da günahı varmış kimi, “sən Allah, özünü ələ al, yaradanın işinə qarışmaq olmaz, bu da qızdı” dedi. Akuşerə, tibb bacılarına vermək üçün pul istədi. Nə verdim, necə verdim bilmirəm, onu içəri yola salıb Feyruzun yanına yaxınlaşdım. Bu dəfə mən deyəndi, dedi, molla Möhsün boşuna çıxmamışdı qabağımıza, muştuluğumu ver,--deyən kimi onun oturduğu stula necə təpik vurduğum anı xatırlamıram. Sağ olsun, amma mənə bir cavab qaytarmadı.

Evə qayıtdıq. İndi heç kəslə danışmaqa halım yoxdu. Məni sorğu-sual eləməsinlər deyə, bəhanə ilə Xaldana, xalamgilə getdim. Qapını açan xalam quzğun kimi üstümə yeridi:
--Əəə, sən nağarmısan?
--Ay xala, vallah hamının elədiyinnən eləmişəm,--sözlərini deyəndən sonra nə qələt elədiyimi anladım və içəri girmədən dönüb qayıtdım.”

Hamı Seymura qulaq asır, uğunub gedir, onun soyuqqanlı danışığına heyran qalırdı. Bəlkə ona görəydi ki, Seymur artıq böyük qızlarını nişanlamış, altıncı övladına, indi on yaşına girmiş öğluna Möhsün adı qoymuşdu. Erkək qara atı olan molla Möhsünün şərəfinə deyil, səhnəmizin unudulmaz ulduzu Möhsün Sənaninin şərəfinə.

Moskva,
05.05.2018





Baxış: 290 | Bölmə: Yazarlar, Cəfər Sadıq, slayd1
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru