Vüqar Bayramov - Şairin dünyası qız qoxuludu!
Şairin dünyası qız qoxuludu!


Bu yay axşamında bahar havası,
Təbiət bu gecə yaz qoxuludu!
Hamının dilində şirin arzular,
Hamının dodağı söz qoxuludu!

Gözlər intizarda, qəlb həvəsdədi,
Hamı bir arzuda, bir nəfəsdədi.
Qulaqlar həsrətlə xırda səsdədi,
Həsrətin vüsalı naz qoxuludu!

Xəbəri titrətdi küləklər kimi,
Gəldi gecə yarı, mələklər kimi.
Muştuluq həvəsli ürəklər kimi,
Ocaq qoxuludu, köz qoxuludu!

Açıldı cığırım, izim dünyaya,
Qəlbimdən gələni yazım dünyaya.
Bu gecə göz açdı qızım dünyaya,
Şairin dünyası qız qoxuludu!


22.07.2018

Dünya mənim gözümdə bu baxışın boydadı.

Elə şirin baxırsan səddin, çəpərin yoxdur,
Sən elə bir duyğusan ölçün, qədərin yoxdur.
Səninlə gözəlləşib həyat xəbərin yoxdur,
Dünya mənim gözümdə bu baxışın boydadı.

Balalar gül doğulur, balalar çiçək olur,
Çirkin körpə görmədim, hamısı göyçək olur.
Bu məsum baxışında arzular gerçək olur,
Dünya mənim gözümdə bu baxışın boydadı.

Ömrümün hər saatı, dəqiqəsi, anısan,
Özünü çox sevərsən gözlərimdə tanısan!
Atanın gül qızısan,ürəyisən, canısan,
Dünya mənim gözümdə bu baxışın boydadı.

26.02.2019
Rusiya səfirliyi xəritədə Krımı Ukraynanınkı kimi göstərib
Rusiya səfriliyi Twitter səhifəsindəki paylaşımında Krımı xəritədə Ukrayna ərazisi kimi göstərdi. Ukrayna XİN-i də təşəkkür edərək davamını digər qurumlardan gözləyirik-deyə repost yazdı.

Rusiyanın Böyük Britaniyadakı səfriliyi Twitter səhifəsində Krımı Ukrayna əraizisi kimi göstərib.

Rusların yarısının əmək haqqı 35 min rubldan az imiş
Rosstat-ən məlumatlarına görə, böyük və orta müəssisələrdə işləyən rusların yarısı 34,335 rubldan az gəlir əldə edir. Nisbətən yüksək maaşı olan balıqçılardır.

Peskov Putinlə Zelenski arasındakı  telefon söhbətindən danışdı
Prezident seçilləndə təbrik etmədi, lakin prezident kimi qəbul edib telefonla danışdı. İlk cümləsi "Salam" olub-deyə yazır Rusiya mətbuatı. Salam verməkdə qeyri-adi nə olduğu anlaşılan deyil. Yəni "Alo" deməyibmi? Nə isə ki, prezidentlər arasında olan telefon söhbətini Peskov şərh edib.

Gürcüstan prezidentindən  Putinin sanksiyalara dair sözlərinə reaksiya
Zurabişvili Moskva ilə münasibətləri düzəltməyə hazırdır. Rusiyaya ilımlı mövqeyinin ölkəsində tənqidlə qarşlanacağına gəlincə "Kimsə mənə vətənpərvərlik öyrədə bilməz"-deyib.

Gürcüstan prezidenti Salome Zurabişvili rusiyalı həmkarı Vladimir Putinin Moskvanın Tiflisə qarşı sanksiyalar tətbiq etmək istəmədiyi bəyanatını alqışlayıb. Bu barədə Associated Press-ə müsahibəsində deyib.
Putin Gürcüstana qarşı sanksiyanın əleyhinədir, amma
RF prezidenti Vladimir Putin ilk dəfə olaraq Gürcüstana qarşı sankisya əleyhinə çıxış edib. Onun Gürcüstana sanksiya tətbiq edilməsini istəmədiyi barədə RİA Novosti yazıb.

Rusiya lideri qeyd edib ki, o, sanksiya tətbiq etmək istəməzdi.
Yavər Həsən - QARABAĞ
Ey mənim viran olan cahü cəlalım, Qarabağ!
Ey mənim ağrım-acım, dərdü məlalım, Qarabağ!

Ey mənim rəngi kömür rənginə dönmüş Günəşim,
Ey mənim bəxti sönük qarə hilalım, Qarabağ!

Ey mənim gülşəninə güllə yağan Şah yurdum,
Ey mənim zəhrə dönən şəhdi-zülalım, Qarabağ!

Ey mənim gözlərimin Ərşə çəkilmiş yuxusu,
Ey mənim şamü səhər fikrü xəyalım, Qarabağ!

Ey mənim surəti Həq surətini rəsm edənim,
Ey mənim hər qarışı Tanrı sayalım, Qarabağ!

Ey mənim qəfləti şər gülləsinə rast olanım,
Ey mənim qanı süzən vəhşi maralım, Qarabağ!

Ey mənim Xaliqimin nəqşi, təbiət gözəli,
Ey mənim Ruh yerim, əcdadi mahalım, Qarabağ!

Sənsizəm, can pətəyim boş yuvadır, Səndə imiş,
Həm arım, həm çiçəyim, həm də ki, balım, Qarabağ.

Xarıbülbül qoxusundan nəfəs almır ciyərim,
Bihalam, ölməyə də yoxdu, ta halım, Qarabağ.

Şuşasız şişə kimi sındı çilikləndi könül,
Oldu dünya evi bağrımdakı xalım, Qarabağ.

Qarabağ atları kişnəşmədədir ahim ilə,
Oyadırlar ki məni, dərdimə dalım, Qarabağ.

Əlimi Səndən üzərsəm, fəqirin mağmınıyam,
Olsa da cümlə cahan sərvətü malım, Qarabağ.

Sən əsirsən, Səni azad eləmək istəməsəm,
Olmasın bircə nəfəs alma macalım, Qarabağ.

Sözü Həq Yavər Həsəntək girirəm meydana ki,
Tanrıdan güc, qarı düşməndən öc alım, Qarabağ!
Türkiyədə İŞİD-lə əlaqəsi olduğu güman edilən iki rusiyalı qadın saxlanılıb
Türkiyədə "İslam dövləti" terror təşkilatının üzvü olmaqda şübhəli bilinən iki rusiyalı qadın saxlanılıb. Bu haqda RİA Novosti xəbər verib.

Rusiya vətəndaşlarının Suriya ilə həmsərhədd olan Şanlıurfada saxlanıldıqları qeyd edilir. O da bildirilir ki, qadınların ad və familiyalarının baş hərfləri B.İ. Və F.B-dır. Onlar qeyri-leqal şəkildə Suriyadan Türkiyəyə keçməyə cəhd ediblər.

Bundan başqa qadınların yanında doqquz uşaq da olub. Rusiyalılar özləri bəyan ediblər ki, ərləri Suriyada ölüb və onlar öz vətənlərinə -Rusiyaya qayıtmaq istəyirlər.

Sorğudan sonra qadınları polis şöbəsinə aparıblar.

Bir müddət əvvəl FSB-nın Zabaykalyedə "İslam Dövləti " tərəfdarını saxladığı haqda məlumat verilmişdi.

Yenises.ru
İnternetdə Gürcüstanda  rus ailəsinə hücum olunduğunu əks etdirən video yayınlanıb
İnternetdə Gürcüstana gəzməyə gələn rus ailəsinin avtomobilinə hücum edildiyini əks etdirən videoyazı yayınlanıb. Bu haqda gazeta.ru portalı yazıb.

Videodan göründüyü kimi hücuma səbəb maşının salonundan asılan Georgiev lenti olub. Gənclər avtomobilin yolunu kəsərək lentin çıxarılmasını və onlara verilməsini tələb ediblər. Sürücü bundan imtina etdiyi üçün olay böyüyüb.
Şoyqu: Dənizçilər yanan gəmini xilası üçün sonuna kimi mübarizə aparıblar
Müfadiə nazirliyin başçısı Sergey Şoyqu Severomorskyə gəlib. Dərin sualtı elmi -təqiqat gəmisində baş verən yanğının səbəbləri ilə bağlı komissiya üzvləri ilə yığncaq keşirən Sergey Şoyqu yanan sualtı gəmidə həlak olan 14 dənizçinin qəhrəmanlıqlarından danışıb. Onun sözlərinə görə bu dənzçilər öz həyatları bahasına gəmini və yoldaşlarını xilas ediblər.
Türkiyədə Məmməd Əmin Rəsulzadəni daha çox  Menderesə bənzətdilər-VİDEO
Bu bayraq haranın, bu şəkil kimindir?

Anlara küçələrində aparılan sorğuda bir çoxları bayrağımızı tanısa da, Azərbaycan Demokratik Cümhiriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadəni tanımayıb.


Ankaranın Əsri məzarlığında uyuyan Azərbaycan Demokratik Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadəni Türkiyədə tanıyırlarmı?

Youtube üzərindən yayımlanan Harun Yazıcı ilə ortaq layihəmiz olan və bu günə qədər 70 mindən artıq izləyici toplayan “Dunyaya sorduk” proqramı çərçivsində bu dəfə Ankara sakinlərinə Azərbaycan Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadəninin kim olduğu sorulub.

Ankaranın Əsri məzarlığında uyuyan böüyk lider haqqında oranın işçisi Halil Gümüşçivi Azərbaycan Cümhuriyyətinin yaradıcısı Məmməd Əmin Rəsulzadəyə xidmət etməkdən qürur duyduğunu söyləyib.

Harun Yazıcı Ankara küçələrində apardığı sorğuda üzərində Məmməd Əmin Rəsulzadənin şəkli olan bayrağı göstərərək bu bayrağın hansı dövlətə aid və şəkildəki şəxsin kim olduğunu soruşub. Bir çoxları “bayraq türk çümhuriyyətlərundən birinindir”- deyib. Məmməd Əmin Rəsulzadəni isə Türkiyənin baş naziri olmuş Adnan Menderesə bənzədiblər.

Soğuda iştirak edənlər arasında Məmməd Əmin və Azərbaycan sevdalısı olanlar da var.

Maraqlı məqamlardan biri isə əcnəbi-qaradərili tələbələrin həm bayrağımızı, həm də liderimiz haqqında tam məlumatlı olmaları diqqət çəkib. Onlara bu məlumatı universitetdə birgə təhsil alıdqları azərbaycanlı tələbə yoldaşlarından öyrəndiklərini bildiriblər.

Tünzalə Vəliqızı
Yenises.ru
27.06.2019


Hüzn - AĞLA, GÖZÜM, AĞLA
Şirməmməd Müəllim...Adı ilə, varlığı ilə, məntiqi və yaddaşı ilə, ədəbi-ərkanı ilə, natiqliyi və kübar sadəliyi ilə, cümhuriyyət və istiqlal sevgisi ilə, Məmməd Əmin vurğunluğu və Azərbaycan sevdası ilə, yorulmadan, usanmadan öyrənmək, öyrətmək qabiliyyəti ilə, dünyanın siyasi portretini qırx beş dəqiqədə rəngarəng şəkildə canlandırmaq məharəti ilə, dostluğa sədaqəti, ailəyə məhəbbəti ilə, cümhuriyyət tariximizin hər səhifəsini ən dəyərli inci kimi əzizləyib günümüzə gətirməsi ilə, bizi biz olmağımızla qürurlandırması ilə, daha min bir fəziləti və məziyyəti ilə hafizələrdə, gözlərdə, qəlblərdə taxt qurmuş insan əbədiyyətə qovuşdu.
BİR GÜN SƏNİN YANINA ÜRƏK AĞRIMLA GƏLSƏM. . .
(ŞAİRƏ AFAQ ŞIXLININ 50 İLLİK YUBİLEYİNƏ)

Ramthanın belə bir sözü var: “İnsanlar yaşayıb öldüyü halda, günəşin daima var olmasının tək səbəbi – günəşin əsla ölümü düşünməməsidir”.
MƏHMƏT BAŞAQ: "SEVDİNMİ, ADAM KİMİ SEVƏCƏKSƏN!"
Türkiyəli iş adamı, eyni zamanda “MD Produksion” şirkətinin sahibi incəsənət cameəsində Məhmət Dayı kimi tanınan Məhmət Başaq məlum 15 Temmuz olayları zamanı Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğana “Uzun adam” şeirini yazan və onun özündən təqdir alan biridir. İş adamıyla bir də seirin, musqisinin hesabını etdik. “Pul olan yerdə ruh olmaz”a köklənmiş mövqeyimi sarsıdan cavablarıyla baxin, məni necə razı saldı.
Moskvanın mərkəzində tarixi bina yandıMoskvanın Periçistenko küçəsində bərpa edilməkdə olan tarixi bina bu gün yanıb. Bu hqada RİA Novosti-yə təcili təcili yardım xidmətinin nümayəndəsi məlumat verib.

Donetsk sakinlərinin vətəndaşlıq almaq üçün Rusiyaya ilk gəlişi başlandıDonetsk sakinlərinin vətəndaşlıq almaq üçün Rusiyaya ilk gəlişi başlandı
Qondarma Donetsk Xalq Respublikasının 34 sakini ilk dəfə olaraq vətəndaşlıq almaq üçün Rusiya sərhəddini keçikdikləri barədə DNR-in miqrasiya xidmətinin rəhbəri Vladimir Krasnoşenko məlumat verib.

Özünümüdafiə gününüz mübarək və ya ...
Urəkləri məzar yeri olan Uşaqlar

Günün nəşəsini pozmağa dəyərmi? Hər günü hər gündə yaşamaq varkən. Dünənin kədəri, bü günün sevinci... Dərdini basdır, pərdələ... Hissini ələ al, cilovla...
SABİRANƏ
Ay həzərat, gəlin sizə söyləyim:
Məmləkətin pərsəngini pozublar.
Millət gözlərini bunlara dikib,
Bunlar andlarını tərsə yozublar.

Sözdə erməniyə nifrət edirlər,
Ona qız verəni töhmət edirlər,
Düz otuz mininə biət edirlər,
Hayların adını mömin yazıblar.

Bir vəkilimiz var adı Arazdı,
Ta oralardan bir namə yazdı,
Elçi bu naməyə qızdı nə qızdı
Sanki dərisinə bir dağ basıblar.

Əsəbdən elçinin nitqi dolaşdı,
Hərcayi kəlmələr ağzından qaçdı.
İki məsul adam sözlə tutaşdı.
Görənlər də dedi: bunlar azıblar.

Bilinmir kim öndə, kimisi dalda,
Fuad yalan oldu bu qalmaqalda,
Deport olunurkən o yarı yolda
Ayağın altını yaman qazıblar.

Yeni üslubdadı “Arşın mal alan”
Biri “Oxu” deyir, biri: “Sus, olan!”
Hərənin ağzında bir çuval yalan.
Düz deyəni bunlar çoxdan asıblar.

SİDQİ
Tarix : 16-06-2012, 14:25
BALACA MƏSLƏHƏTÇI (Güləndam İsaxanlıya həsr edirəm)


Qış uzunu yayı arzulasaq da, istilər düşən kimi sərin bir yer axtarırıq ki dincəlməyə gedək.
Belə vaxtlarda Xəzərimizin sahilləri boyu yerləşən bağlardan, istirahət evlərindən gözəl nə ola bilər?!
Düzdür, dünyada gəzməli, görməli yerlər çoxdur, amma inandırıram ki, doğma vətənimdə aldığım ləzzəti mən heç yerdə ala bilmirəm. Axı, özgə harada hava belə yumşaq, külək belə isti və eyni zamanda ruhu oxşayacaq qədər sərin, dənizin səsi isə sevimli bir musiqi qədər xoş ola bilər? Harada insan özünü bu qədər doğma və rahat hiss edə bilər? Əlbəttə ki, öz vətənində.

Bu yay, yenə də, ruhum məni çəkib öz doğma Bakıma gətirmişdi. Hələ təyyarədə ikən ürəyim bir quş kimi çırpınır, gözlərim tez-tez saata baxırdı. Yerə enəcəyimiz dəqiqələri sayırdım. Bu anlar neçə də həyacanlı və sevincli olur. Çünki, biz, sevdiklərimizin və bizi sevənlərin yanına qayıdırıq, vətənimizə, böyüyüb boya-başa çatdığımız torpağımıza qayıdırıq. Mənim bu hisslərim övladlarıma da aşılanmışdı. Azərbaycana hər gəlişimizdə onların da kiçicik qəlbləri dağa dönürdü. Hətta bir dəfə oğlum Bakı hava limanında: “Ana, havadan vətən ətri gəlir”, - demişdi. Onun bu sözlərinə mən həm heyrətlənmiş, həm də çox sevinmişdim. Bəzən uşaqların dediyi sözlər müdrik bir filosofun kəlamları qədər hikmətli olur. Uşaqlar yalan danışa, riyakarlıq edə bilmirlər. Onların qəlbləri təmiz bir ayna kimi olur. Bu aynada əks olunacaq hər bir şey – yaxşı da, pis də - ətraf mühitdən, insanlardan və biz valideyinlərdən aslıdır. Uşaqların düşündüklərini demək qabilliyətləri əvəzolunmaz bir xəzinədir. Təəssuf ki, biz onların sözlərinə çox vaxt məhəl qoymuruq, halbuki, onlar da bizi kimi insanlardır – kiçik insanlar. İstəsək, bizə həmsöhbət də ola bilərlər, dost da, sirdaş da. Mən də indi sizə öz balaca dostum haqqında danışmaq istəyirəm.

Əhvalat üç il bundan əvvəl, Xəzərin sahilindəki istirahət evlərindən birində baş verib. Onun valideyinləri bizim ailə dostlarımızdır. O vaxt onun altı yaşı vardı. Bəli, bəli, təəccublənməyin, mənim dostumun nə az, nə çox altıca yaşı vardı. Özündən dəfələrlə böyuk olan bir adamın dostu olmaq şərəfini o özü qazanmışdı: təmiz ürəyi, ağıllı gözləri, şirin danışığı və dərrakəsiylə. Mən onunla uşaq dilində danışa və ya uşaq oyunları oynaya bilmirdim. Biz bir-birimizə şeir söyləyir, hekayə, nağıl danışırdıq. Gözlərini üzümə dikib baxanda, yanımda altı yaşlı uşaq deyil, böyük bir adam təsəvvür edirdim. Özü də, o mənə inanırdı. Onu aldatmaq, ağılkəstirici cavablar vermək ağlıma belə gəlmirdi. Dostum da bunu hiss edir, suallarına doğru cavab verəcəyimi bilirdi. Suallarının da ardı-arası kəsilmirdi: - Necə olur ki, yağış yağır? Bəs o su sonra hara gedir? Axşam düşəndə günəş harada gizlənir? Və sairə, və sairə...
Verilən cavabları maqnitofon lenti kimi yaddaşına yazır, sonra da gedib kiçik qardaşını imtahan edir, öz üstünlüklərindən ləzzət alır və yeni öyrəndiyi şeylərlə fəxr edirdi.
Öz övladlarını hamı sevər. Amma dostunun, rəfiqəsinin uşağını, mənim onu sevdiyim qədər, bəlkə də heç kim sevə bilməz. O şeytan da bunu gözəl hiss edir, bəzən pişik kimi qoynuma girir, bəzən də, mənim yatağımda yataraq öz otaqlarına getmək istəmirdi. Bir iş üçün buyuranda məsuliyyətindən rahatlıq tapmırdı. Şıltaqlığı və dəcəlliyi də o qədər təbii, o qədər şirin olurdu ki, onu sevməmək mümkün deyildi.
Gözəl yay günlərindən biri idi. Hava dəniz qoxusu ilə dolmuşdu. Göyün üzü tərtəmizdi. Dəniz dalğasız olduğundan sahildə iynə atsan yerə düşməzdi. Kişilər və uşaqlar çimərliyə getmişdi. Biz qadınlar isə eyvanda əyləşib çay içir, söhbət edirdik. Balaca dostum dənizə getməyib bizimlə qalmışdı. Alboma nə isə çəkir, pozur, öz-özünə danışırdı. Mən sevimli şairimiz Hamlet İsaxanlının “Təzadlar” adlı yeni kitabını oxuyurdum. “Susma, danış, ay ana” adlı şeir diqqətimi cəlb etmişdi. Bu şeiri bir neçə dəfə oxudum, oxudum...
Anamın vəfatından illər də keçsə, harada ana haqqında təsirləndirici mahni, şeir eşitsəydim, kövrəlib uşaq kimi ağlayırdım.

Səssizliyə dözmək olmur, ay ana!
Eşitməsəm səsini,
Duymasam nəfəsini,
Gen dünyada
Rahat-rahat gəzmək olmur, ay ana!

Bu misraları oxuduqca gəncliyim, analı günlərim gözümün önündən gəlib keçdi. Doluxsundum. Heç kimə bildirməmək üçün durub sakitcə öz otağıma keçdim. Üzümü balınca söykəyib ürəyimin yanğısını göz yaşlarımla söndürdüm.
Birdən arxada bir hənirti hiss etdim. Tez başımı qaldırıb gözlərimi sildim. Bu o idi. Gülümsəməyə çalışıb:
- Gəl yanıma, canım, - dedim.
Boynunu büküb irəli gəldi, dizimin üstündə oturdu. Gözlərimə baxıb:
- Ağlayırsan? – deyə soruşdu.
- Yox, çox oxudum deyə gözlərim qızarıb.
Susdu. Birdən başını qaldırıb:
- Mən bilirəm, sən əmimin ana haqqında yazdığı şeiri oxuyub ağladın, - dedi.
Elə təəccübləndim ki, deməyə söz tapmadım. Axı mən kitab oxuyanda, onun başı rəsm çəkməyə qarışmışdı. Bəs, mənim ağlamağımı, özü də nə üçün ağlamağımı o hardan bildi? Qəlbimdə nə baş verdiyini anlata bilməyəcəyəm: bunu sözlə ifadə edib qələmlə yazmaq mümkün deyil. Amma bilirəm ki, onu bağrıma basıb duz kimi yaladım. O da özünəməxsus mehribanlıqla qucağıma girib saçlarımı sağalladı, yanaqlarımı sildi.
- Sənin anan yoxdur deyə sən belə ağlayırsan, düzdür? Ağlama, yoxsa ürəyin ağrıyar, sən də ölərsən.
Birdən qorxmuş kimi üzümə baxıb əlavə etdi:
- Hamı öləcək, onsuz da. Amma gəl, bilirsən neyləyək?
- Neyləyək, ay çoxbilmiş? – deyə burnunun ucunu sıxdım.
- Mənim anam deyir ki, adam çoxlu alma yeyəndə gec qocalır. Gəl, biz də səninlə çoxlu alma yeyək, cavan qalaq, ölməyək.
Qəmli vaxtımda məni gülmək tutdu. Kefimi aça bildiyi üçün, bu balaca məsləhətçim, özündən çox məmnun halda, məni bir də qucaqladı:
- Gəl, üzünü yu, gedək çayımızı içək, - dedi.
Onun xətrinə ayağa qalxıb güzgünün qabağına keçdim. Gəlib yanımda duraraq süni bir ah çəkdi:
- Eh, mən də heç qəşəng deyiləm.
Açiq-aşkar öz ünvanına tərif istəyirdi: qəşəng olduğunu özü çox yaxşı bilirdi. Qucağıma alıb kətilin üstünə çıxardım. İkimiz də bir boyda olduq. Saçlarını darayıb hördüm, üz-gözündən öpüb:
- Dünyada belə qız cəmi bir dənədir, - dedim.
- Bəs sənin qızın? – deyə təəccübləndi.
- Əlbəttə, lap yadımdan çıxmışdı, cəmi iki gözəl qız var.
Şeytan-şeytan gülümsəyib yerə hoppandı, əlimdən tutub tullana-tullana eşiyə çıxdı.
Məsələ burasındadır ki, çıxıb heç kimə, heç nə demədi. Gəlib yanımda əyləşdi. Qənd qabından iki konfet götürüb birini mənim qabağıma qoydu, birini isə özü açıb körpə uşaq şıltaqlığı ilə xırtaxırtla yeməyə başladı.
Bu əhvalatdan bir neçə il keçsə də, unuda bilmədiyim üçün bu sətirləri qələmə almaq qərarına gəldim. Mənim balaca dostum isə artıq böyüyüb, daha ağıllı və gözəl bir qız olub.

Afaq Şıxlı.
Moskva.




Baxış: 1561 | Bölmə: Yazarlar, Afaq Şıxlı
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yazarlar
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru