SƏN DƏ Mİ, NİZAMİ?
Beləmi danışmışdıq Səninlə? Bu nə yır-yığış, bu nə əcələ? Səni gördükcə yaşamaq eşqimizin artdığını bilirdin deyə, bizə sitəm eləməyəmi hökm verdin? Sən bizim üzündən günəş şövqü çəkilməyən “Qaraca oğlan”ımız idin. Bilirsən, türk qardaşlarımız Bülənt Ecevitə belə ad qoymuşdular. Sənin o əsmər çöhrən heç vaxt bədbinlik yağdırmırdı.

"Həyatla savaşını " tatami üzərinə daşıyan güləşçi- Xanım- EKSKLÜZİV
Ən böyük azarkeşi anası, dəstəksizi isə dayısıdır!

Oğlanlara güləşən azərbaycanlı Xanım güləşçi bu gün çempiondur. Rusiyanı təmsilən adını Avropa çempionu siyahısına yazdırıb.

Dəfələrlə Dünya ikincisi, Avropa ikincisi, iki dəfə Rusiya birincisi, Rusiya kubokunun sahibi olub. Tatamidə onunla döyüşə çıxan qadın yarışmaçılar arasında qarşıdurma başlamadan oyunu tərk edənlər də olub.
Qəlbimizdə yaşayan Rasim Kərimli
[i]Sürət əsrində yaşayırıq. Və bu sürət bizi qovduğundandırmı, yoxsa bizmi təsəldiyimizdən, hər şeyin üçtündən qaçaraq keçirik. Bu mətbuata aiddir. Bir yazını, bir postu oxumadan ilk gözümüzlə həcmini müəyyənləşdirir və... Amma bütün bu qaçaqaç qovhaqovda heç bitməsini istəmədiyin, səni ozündə ovsunlayıb buraxmayan yazılar da var, yazarlar da.
Şair Yaşar Süleymanlı  Moskvada  “Anna Axmatova- 130 il” medalına layiq görülüb
Rusiyada yaşayan həmyerlimiz şair Yasar Sülyemanlı ədəbiyyat sahəsində göstərdiyi fəaliyyətinə görə Rusya Yazıçılar Birliyi tərəfindən “Anna Axmatova” medalına layiq görülüb. O, bu xəbəri özünün Facebook səhifəsindən paylaşıb.

Onu da qeyd edək ki, Anna Axmatovanın 130 illiyi şərəfinə 2019-cu il Rusiyada “Anna Axmatova ili” elan edilmişdi. "Anna Axmatova -130 il" medalı Rusiya Federasiyasının "İctimai birliklər haqqında" Federal Qanununun 24-cü maddəsinə uyğun olaraq təsis edilmiş və rus ədəbiyyatının inkişafına verdiyi töhfəyə görə verilən ictimai mükafat statusuna malikdir.

Medal Rusiya Yazıçılar Birliyi Rəyasət Heyətinin 31 yanvar 2020 –ci il tarixli qərarına əsasən "İlin yazıçısı" milli ədəbi mükafatı namizədlərinə verilir.
Mükafat 22 Mart Ümudünya Poeziya gününə həsr olunmuş Moskva Hökümətinin konsert salonunda keçiriləcək təntənəli mərasimdə təqdim ediləcək.

YENİSES.RU
AD GÜNÜN MÜBARƏK!
Bu gün 32 yaşın olur. On ildir Sənin rəşadətin dilimizin əzbəri, Mübariz adın qürur yerimizdi. Amma əfsuslar olsun ki, uğrunda Şəhid olduğun o dilbər güşələrə gedib çatmamışıq, qəddimizi dikəldə, şərəfsizlik ləkəsini silə bilməmişik. Sənin yüksəltdiyin ada, qalxdığın mərtəbəyə ucalmaq bu gün hər birimizin əlçatmaz arzusu olsa da artıq göz yaşı tökməyin, ağı deyib, nalə eləməyin vaxtı deyil. Səni özünə örnək seçən yüzlərlə, minlərlə gəncimiz, ahılımız var və Vətən onlar üçün sadəcə quru səs, söz deyil, Şərəf, Ləyaqət, Qəhrəmanlıq meydanıdır. Addımına, qarışına göz dikənə savaş meydanıdır. Əsirini xilas etmək, torpağını azad etmək üçün ölümə yox, şanlı qələbə döyüşünə getməyə hazır olan Mübarizlərin meydanıdır. O böyük ürəyinlə bizi anlamağa çalış. Yanına üzüağ gəlmək istəyirik. Ona qədər ölmək yoxdur! Sən Şəhid oldun ki, torpaqlar azad olsun! Qalanlar o arzunu çin eləməlidir. Ümidini itirmə! O gün uzaq deyil! Ruhun şad olsun!

Mübariz

19 avqust 2010-cu il Mübarək ramazan ayında Sənin xatirənə müraciət etmək, Ruhun qarşısında səcdə etmək, gücsüzlüyümüzü etiraf etmək, sağkən vətən uğrunda qurban verdiyin o əzəmətli və məsum bədənini belə mənfur düşmənin əlindən ala bilməməyimizin acısını yaşaya-yaşaya gündə min dəfə ölmək də bizim payımıza düşən qismətdir. Sən doğulanda Qarabağ yanırdı, hələ yanır. Sən doğulanda İbrahimovların sevincinə nankor düşmənlər zəhər qatmışdılar artıq. Sənin dünyaya gəlişin o ailə üçün qaranlıq quyuya düşən gün işığı oldu. Varlığınla, hər gün atdığın addımlarla, arşın kürəyinlə, dəmir biləyinlə ətrafını, həndəvərini, elini-obanı dirçəltdin. Kimin ağlına gəldi Sənə “Mübariz” adı vermək? Yoxsa kiməsə Sənin təyinatın vəhylə gəlmişdi? İyirmi iki yaşında adını milyon qat doğrultdun, Mübariz! Gündə ölə-ölə yüz il yaşamaqdansa, Mübariz kimi, kişi kimi, ər kimi, nər kimi ölməyi seçdin. Keşkə o vaxt bizim kimi qorxaqlardan bir-ikisi olaydı qarşında, dayandıraydı Səni, “a bala, tələsmə, hər şey düzələcək, səbr elə”, deyəydi. O yerdə o qorxaqlığın bir təsəllisi olardı: Sən sağ qalardın. Düzdür, onda Sən də Sən olmazdın, bizlərdən biri olardın. “Lazım gəlsə” düşüncəsini daşıyanın biri də artardı. Bilmirsən ki, hansı yaxşıdır. Üzünü belə görməmişdik, adını belə bilmirdik çoxumuz. Bağışla ki, öz qorxaq xislətimizlə Sənə və yaşıdlarına “cavansınız, Qarabağ dərdini başa düşməzsiniz” deyə ümidsiz baxdığımız dəqiqələr az olmamışdı. Sanki özümüz çox başa düşüb bir şey eləmişik! Səni başqa bir şəxsə bənzətməyə, oxşadığın başqa qəhrəmanı axtarmağa adamın vicdanı yol vermir. Sən heç kimə oxşamağa çalışmadın, çünki Sən bənzərsiz, taysız-bərabərsiz Mübariz idin. Qəhrəmanlıq salnaməsinə də öz şərəfli səhifəni yazdın. İndi sevib-sevilən vıxtındı. Neçə dilbər gözəlin gizli baxışları sığallamışdı enli kürəyini. Göndərilmiş və göndərilməmiş neçə məktublar ünvanlanmışdı Sənə. Neçə qız anası ananın bir təbəssümünə göz dikmişdi qohum olacaq deyə. Sən başqa dilbəri seçdin. Əzilən, inləyən, yad tapdağı altda qalan, təravətini itirməsə də ləyaqəti ayaqlara düşmüş dilbəri. Dağlarında atları vəhşiləşmiş, bulaqlarının gözü tutulmuş, İstisuyu “soyumuş”, zəngin yataqları oyulmuş, tikililəri sökülmüş, yollarına yeni uydurma “tarixi abidələr” qoyulmuş, bədəninə minalar, mərmilər xərçəng şişləri kimi döşənmiş obanı seçdin sevgin üçün. Görüşünə getdin, canını verdin. “Sən bu halda olduğun müddətdə mənə yaşamaq düşməz” dedin. Nə desəm hüzurunda aciz, zəif, solğun, bayağı, sönük, dadsız-duzsuz görünür. Sadəcə bu sözlərin arxasına gizlənirəm ki, cılızlığım, qərarsızlığım, cəsarətsizliyim görünməsin. Kimdən gizlənirəm ki? Baba Pünhan vardı, ruhu şad olsun, dözmədi Qarabağsızlığa, əbədiyyətə qovuşdu. Hikkəsindən əsir qıza müraciətlə yazmışdı ki, sən əsir düşdüyün gündən köçdüm Bakıya, bilmədim sən bilmisən. Başımızı dəvə quşu timsalı soxmuşuq quma, deyirik gizlənmişik. Çoxumuz heç gizlənməyi də fikirləşmir. Sənin ruhunu belə söhbətlərlə narahat etmək də kişilikdən deyil. Sən ki, şikayət eləmədin. Nəyi necə eləməyi hamımıza nümunə göstərdin. Sənin qovuşduğun dünyaya haqq dünyası deyirlər. Ateizm zəhəri ilə yaralanmış ağlımla bunun doğruluğuna şübhə eləmək keçir içimdən. İnamımız da iradəmiz kimi alayarımçıqdır. Sən vətəni bizə miras qoyub köçmüş əcdadlarımızın yanına üzüağ getdin. Nəmərd düşmən tənini, gül bədənini vermək istəməsə də. Bizsə oraya aparılası ağ üzümüz olmadığına görə ağ kəfən pulunu dünyanın minbir ölkəsində qazanırıq. İndi şəhid olanlardan üzr istəmək, onların ruhu qarşısında “günahkarlığı” etiraf etmək də bir cür dəb düşüb. Vətəni azad etmək vəzifəsini çox “optimallaşdırmışıq”, – ya məclislərdə oturub şərabın növbəti qədəhini azad olmuş Qarabağda içmək şərəfinə tostlar deyirik, ya da günü-gündən üzərinə təzə xal düşən genofondumuzun sağlam toxumlarını itirib ah-vay edirik. Amma bizim yerimizə bu Qarabağı kim azad edəcək sualını dilimizə belə gətirməyə cürət etmirik. Deyirəm, yazıram və əlim-ayağım titrəyir, bilirəm ki, Qarabağdakı erməninin kölgəsinə söz deməyə cəsarəti olmayanlar məni parçalamağa hazırdırlar... Olsun! Tofiqlərin, İsmətlərin, Ramillərin, Alıların, Kazımağaların, Mübarizlərin, torpağımızı Vətən etmiş yüzlərlə qeyrətli oğulların qanı ilə mayalanmış qədim Azərbaycan işğaldan qurtulacaq, təbii haqqı olan ləyaqətinə qovuşacaq! Müvəqqəti də olsa məğlub olmuş elin-obanın əyilmiş qəddi, Mübariz, Sizlərin sayənizdə düzələcək. Sənin xatirəni əbədiləşdirmək üçün Prezidentin fərmanından tutmuş, mübarək adını daşıyan gəmiyə, idmançılarımızın uğurlarına qədər atılan hər addım Sənin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş hər bir azərbaycanlının ruhu qarşısında paklaşmağa doğru gedən yolu qısaldır.

Cəfər SADİQ, Moskva
Rusiya vətəndaşlıq  almaq prosedurunu asanlaşdırır
Çoxpaspotrlu sistemə keçilməsi astanadadır

Rusiya vətəndaşlığı almaq üçün artıq xarici ölkə vətəndaşlığından imtina etmək gərəkməyəcək. Rusiya vətəndaşlığına qəbul olunmaq proseduru çox sadələşdiriləcək.
Milyonların səsi olan Mirzə  Xəzər  vəfat etdi
Tanınmış jurnalist, publisist Mirzə Xəzər Münhendə dünyasını dəyişib. Bu haqda ilk xəbər "Azadlıq qəzeti" nin Facebook səhifəsində məlumat verilib.

1947-ci ildə Azərbaycanın Göyçay şəhərində doğulan Mirzə Kərim oğlu Mikayılov 1973-cü ildə Baki Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
Roskomnadzor "Facebook" və "Twitter" ə qarşı inzibati məhkəmə işi açıb
i, "Facebook" və "Twitter" şirkətlərini altı milyon rubla qədər cərimə gözləyir .

Roskomnadzor qeyd edir ki, "Facebook" və "Twitter" rusların şəxsi məlumatlarının Rusiya serverlərinə vaxtında ötürülməməsi barədə xəbər vermədiklərinə görə cərimə oluna bilərlər . Bu, "Şəxsi məlumatlar haqqında" qanunda nəzərdə tutulmuşdur. İdarə üç iş günü ərzində inzibati protokolu məhkəməyə göndərir. Sənəd Twitter nümayəndəsinin iştirakı ilə hazırlanmışdı, amma Facebook nümayəndəsi gəlmədi və sənədi imzalamadı. Protokolun bir nüsxəsi onlara göndəriləcək. Cəza olaraq, inzibati maddə birdən altı milyon rubla qədər cərimə nəzərdə tutur.

Daha əvvəl Roskomnadzorun rəhbəri Alexander Jarov şirkətlərə Rusiya istifadəçilərinin məlumatların lokallaşdırılması tələbinə cavab vermək üçün yanvarın 31-dək vaxt
verildiyi xəbərdarlığını etmişdi. Qurumdan onu da bildiriblər ki, digər bütün operatorlar bu tələbi yerinə yetiriblər. Hələ yazda Roskomnadzor Facebook və Twitter şirkətlərinin onların tələbini yerinə yetirməkdən imtina etdiyinə görə inzibati protokollar hazırlamışdı. Məhkəmə qərarı ilə şirkətlərin hər biri 3000 rubl cərimə olunmuşdu.

Rusiyada lokalizasiya tələblərini pozduğuna görə, LinkedIn sosial şəbəkəsi də bloklanıb.


YENİSES.RU
Kreml Surkovun istefası ilə bağlı xəbəri şaiyə hesab edir
Politoloq Aleksey Çesnakovun Vladislav Surkovun dövlət qulluğundan istefa etdiyi barədə verdiyi xəbəri RF prezidentinin mətbuat katibi Dmitri Peskov təkzib etdi.

Vladimir Putinin mətbuat katibi Dmitri Peskov prezident köməkçisi Vladislav Surkovun istefası barədə xəbərlərə cavab verib. Peskov TASS-a bildirib ki, Surkovun istefası barədə hər hansı bir qərar yoxdur. O, prezident köməkçisinin istefası haqda məlumatının olmadığını da vurğulayıb.
Putinin köməkçisi Surkov dövlət qulluğundan istefa verdi
Rusiya prezidentinin köməkçisi Vladimir Putinin köməkçisi Vladislav Surkov dövlət qulluğundan istefa edib. İnterfaks xəbər verir ki, bu barədə Siyasi şərait Mərkəzinin direktoru Aleksey Çesnakov açıqlama verib.

Çesnakov qeyd edib ki, bu qərar Ukrayna istiqamətində siyasi kursun dəyişməsi ilə əlaqədar verilib. Surkov bu addımın səbəbləri və gələcək planları barədə bir aydan sonra məlumat verəcəyini deyib.


"Növbəti ay ərzində o, meditasiya ilə məşğul olacaqdır", - Chesnakov öz Telegram kanalında bunları yazıb.

Yanvar ayında Vladislav Surkov Abxaziyadakı siyasi böhranı həll etmək üçün Suxumiyə gəlmişdi.

Vladislav Surkov 2013-cü ildən bəri Rusiya prezidentinin köməkçisidir. Abxaziya və Cənubi Osetiya ilə sosial-iqtisadi əməkdaşlıq, habelə Ukraynanın şərqindəki münaqişənin nizamlanması məsələlərinə nəzarət onun səlahiyyətində idi. Bundan əvvəl, 2011-ci ildən Rusiya hökuməti sədrinin müavini, 2012-ci ildən isə Rusiya hökuməti aparatının rəhbəri vəzifələrində çalışıb. 2004-2008-ci illərdə də prezidentin köməkçisi olub.

YENİSES.RU
Türkiyənin Elazığ bölgəsində güclü  zəlzələ baş verib
Elazığda zəlzələ nəticəsində ölənlərin sayı artır.

Türkiyə, dünən axşam saat 20.55 radələrində Elazığdan gələn zəlzələ xəbəriylə sarsıldı. Kandillidən veriən məlumatlarına görə Elazığda baş verən zələzələ 6.8 bal gücündə olub. Kilisdən Samsuna İraqdan Suriyaya qədər çox böyük bir bölgədə hiss edilən zəlzələ Elazığ və Malatyada dağıntılar yaradıb. İlkin xəbəbrlərdə zəlzələdə i 18 nəfər ölmüş, 555 nəfər yaralanmışdır. Zəlzələ sonrası yeraltı təkanlar 97 dəfə təkrar olunub. Təbii fəlakət bölgəsinə yollanan daxili işlər naziri Süleyman Soylu, Səhiyyə naziri Fahrettin Koca, Ətraf və şəhərsalma üzrə naziri Murat Kurum, Elazığdakı zəlzələdən sonra açıqlama veriblər.

Nazir Soylu, "İndiyə qədər Malatyada 5 və Elazığda 10 adam öldüyünü bildirib. O, Elazığda 30 vətəndaşın axtarış və xilasetmə işləri davam etdiyini də qeyd edib. Səhiyyə naziri Fahrettin Koca, "Ağır yaralılardan üçünün Malatyadan, ikisinin Elazığdan olduğunu deyib. . Ölü sayının artacağı da verilən xəbərlər sırasındadır.

Son məlumatlara görə Elazığda 2 nəfər infarktan , 13 nəfər isə zəlzələnin dağıntıları nəticəsində həyatını itirib. Malatyada isə ölü sayı 5 nəfərdir.

Yenises.ru

Deputalığa namizəd İbrahim Xəlil Balayoğulları  vəd vermir-istəklərinizə körpü ola bilərəm -deyir- VİDEO
"Mənim varlığım bütün türk varlığına ərməğan olsun! ", "Mən türk dünyasında qardaşlarımın ayaqları altındakı körpüyəm, birləşmək üçün mənim üstümdən keçin"-deyir.



Medvedevin yeni vəzifəsi-Təhlükəsizlik şurasında  müavin
Bu gün Rusiya höküməti nazirlər kabinetinin tam tərkibdə istefa verdiyini alan edən Dmitri Medvedevə ölkə başçısı Təhlükəszilik Şurası sədrinin müavini vəzifəsini tutmağı və müdafiə və təhlükəsizlik mövzularını həll etməyi təklif edib. Prezident Vladimir Putin onu da izah edib ki, , yeni vəzifə üçün qanuna düzəlişlər etmək lazımdırsa, bu ediləcək.

Federasiya Şurası beynəlxalq komitəsi rəhbərinin birinci müavini Vladimir Cabarov RİA Novosti-yə bildirib ki, əslində Medvedevə vitse-prezident vəzifəsi təklif olunub. Senator "dövlət başçısının Təhlükəsizlik Şurasının sədri olduğunu nəzərə alaraq bunun ən yüksək vəzifə olduğunu"- deyib.

"Bu çox şərəfli və vacib bir təyinatdır". Cabarov onu da qeyd edib ki, Medvedev təcrübəli siyasətçidir və "özünün qazandığı böyük təcrübəsini yeni vəzifəsində tətbiq edə biləcək".

YENİSES.RU
Rusiyada nazirlər kabineti istefa etdi
Baş nazir Dmitri Medvedev prezident Vladimir Putinə bütün hökumətin istefa etdiyini bildirib.

Bu, dövlət başçısının Federal Məclisə müraciəti zamanı Konstitusiyaya bir sıra əsaslı dəyişikliklər olacağı açıqlamasından sonra baş verib. Medvedevə görə, bu islahatlar ölkədə güc balansını dəyişdirəcək.

"İcra, qanunverici və məhkəmə hakimiyyəti. Bu konterksdə biz hökumət olaraq, ölkə başçısına lazım olan bütün qərarlar qəbul etmək imkanı verməliyik"- deyə o, qeyd edib.

Buna cavab olaraq Putin hökumət üzvlərinə birlikdə çalışdıqlarına görə təşəkkür edib, lakin onu da vurğulayıb ki, "hər şey bitmədi". O, yaxın vaxtlarda nazirlərin hər biri ilə ayrı-ayrılıqda görüş keçirəcəyinə söz verib.

Prezident, həmçinin hökumətdən yeni tərkib formalaşana qədər vəzifəsini davam etdirməyi istəyib.

Prezidentin Dövlət Dumasındakı səlahiyyətli nümayəndəsi Harry Minh RİA Novosti-yə açıqlamasında əgər hökumətin istefası əvvəldən hazırlanmış bir prosesdirsə, o zaman yeni Nazirlər Kabinetinin formalaşdırılmasının uzun çəkməyəcəyini söyləyib.

"Unutmayın ki, prezident seçkiləri keçirildi - hökumət istefa verdi və əslində ertəsi gün yeni kabinet formalaşdı"-deyə xatırladıb.


YENİSES.RU



Bu gün Şırvan Kərimovun ad günüdür
Bu gün günlərdən o gün! Hardasa dünyanın kiçik bir guşəsində böyük bir insan doğulur, Ve... Ssenariləşmiş həyatlardan fərqli bir yol vardı qarşısında...Doğulduğu o kiçik yer bir gün əlçatmaz olacaq desəydilər...

Rəssam olsam Sizin portretinizi Göy Qurşağı olaraq çəkərdim. Ya da Səhər Şəfəqi, yox bəlkə də Üfüqdən boylanıb Aya əl edən Günəş. Ya da tablonu ağ buraxardım. Hər kəsə bir toxunmuşluğunuz var, qoy onlar çəksinler... Rəssam deyiləm. Amma sözlə tablonuzu çəkməkdə dilim kasıb deyil də, sadəcə Siz çox Varlıqlısınız! Nə yaxşı doğulmusunuz!

Fərqli doğulmaq alın yazısıdır. Amma Fərq yaratmaq fərdidir. Sizin dostunuz, bacınız olmaq xoşbəxtlikdir. Doğum gününüz mübarək olsun, Şirvan Kərimov!!!

Tünzalə Vəliqızı

VİDEO
Rusiyada qara çörək bahalanacaq
Aqrar sənaye sferasının mütəxəssisləri qara çörəyin bahlanacağı proqnozunu verirlər. Onları belə düşünməyə vadar edən ötən il covdar məhsulunun və ehtiyatının az olmasıdır. Bu haqda Yenises.ru RİA Novosti-yə istinadən xəbər verib.
Kiyev İranda  Boeing təyyarəsinin  bilərəkdən vurulduğu fikrindədir

İran 3 gün keçdikdən sonra Ukrayna təyyarəsnin səhvən raketlə vurulduğunu etiraf etdi. Ukrayna tərəfi isə bu qəzanın düşünülmüş olduğu qənaətindədir. Təyyarənin vurulması ilə bağlı açılmış İstintaq axtarış işinin də istiqaməti dəyişdirilidi.

Bu haqda Telegram kanalda yayımlanan mesajda bildirilir.


İran raketlə layneri səhvən vurduğunu etiraf etdikdən sonra Ukrayna Baş Prokurorluğu qəzanın araşdırılması ilə bağlı olan maddəni dəyişdirib.

Ukrayna Baş Prokurorluğu İrandan PS752 reysi ilə uçan təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin araşdırılması maddəsini dəyişdirib. . Bu barədə Ukraynanın nəzarət orqanının Telegram kanalında yayımlanan mesajda deyilir.

"İstintaq Cinayət Məcəlləsinin iki və ya daha çox insanın qəsdən öldürülməsinə və təyyarənin məhv edilməsinə görə məsuliyyəti nəzərdə tutan maddələrə əsasən davam etdiriləcək" deyə məlumat verilib.

Əvvəlcə, təyyarənin əqzaya uğraması faktı ilə Ukraynada "Hərəkətin təhlükəsizliyi qaydalarının pozulması və ya insanların ölümü ilə nəticələnən hava nəqliyyatının istismarı" maddəsi ilə cinayət işi açılmışdı

Xəbərdə, həmçinin, Ukrayna Təhlükəsizlik Xidmətinin Baş İstintaq İdarəsinin bu işi araşdıracağı bildirilib.


Yanvarın 11-də, laynerin qəzasından üç gün sonra, İran hakimiyyəti Ukrayna Beynəlxalq Hava Yollarına məxsus Boeing 737-nin səhvən raketlə vurulduğunu etiraf etdi. İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Kosmik Qüvvələrinin komandiri Əmir Əli Hacızadənin izah etdiyi kimi, hava hücumundan müdafiə sistemi operatoru Tehran hava limanından uçan təyyarəni qanadlı raketi kimi təsbit edib. Rabitə əlaqəsi kəsilməsi səbəbindən operator komandanlığa hesabat vermədən müstəqil olaraq laynerin vurulmasına qərar verib. İran prezidenti bunu "bağışlanmaz bir səhv" adlandırıb.


YENİSES.RU
Putin Liviyada rus muzdlularının ola biləcəyini dedi

Liviyadakı ÇVK Vagner-in muzdluları ilə bağlı sualı cavablandırıb. Vladimir Putin və Angela Merkelin Moskvadakı danışıqlardan sonra keçirdiyi birgə mətbuat konfransında Liviyada vətəndaş müharibəsi, hətta Vagnerin muzdluları məsələsi də qaldırıldı.

Rusiya Prezidenti Vladimir Putin Liviyada hərbi əməliyyatlarda iştirak edən rusların ola biləcəyini, lakin onların Rusiyanın maraqlarını təmsil etmədiklərini bildirib. Beləliklə, ijurnalistlərin dövlət başçısıı Liviyada ÇVK Vagnerin muzdlu muzdluların olduğunu təsdiqləyə bilərmi-sualına cavabını prezident belə cavablandırıb.

"Əgər (Liviyada - RBC) Rusiya vətəndaşı varsa, onlar Rusiya dövlətinin maraqlarını təmsil etmirlər" deyə Putin söyləyib. . Həniçinin onlar "Rusiya dövlətindən pul almırlar" deyə əlavə edib.


YENİSES.RU
Tarix : 14-02-2020, 15:30
SEÇKİLƏR -  FEVRALİN 9-DA YAĞAN QAR

Nə təmizləyə bildi, nə də gizlədə. Kiri qaysaq bağlamış salon, yumşaq yeri mandatlı kürsüyə yapışmış bir bölük insan qəfil gələn buraxılma xəbərinin şokunu iki ay içində adladamayınca, heç olmasa oturduqları yerin xatirinə bir az cidd-cəhd göstərməyincə, 10, 15, 20 ildə görmədikləri işin məşqini seçkilərə üç gün qalana qədər yeniləməyincə olanlar oldu.

Onlar deyiləni eləsəydilər çayçı da, qəssab da, üçüncü dərəcəli müqənni də, vaqon-palatkanın fanta satıcısı da, Prezidentə “Ə, yekə oğlansan, Məzahirə de, reklam vərəqinə verdiyim kredit pulunu qaytarsın” zəkasında olanlar da deputatlığın, qanunverici orqanda çalışmağın nə olduğunu dərk edər, namizədlik, deputatlıq havasına girməzdilər. Niyə küll halında namizəd oldu? Çünki onların böyük əksəriyyətinin əmin olduğu bir həqiqət var: Ağahüseyn Kazımlı düşüncəli bir adam on illərlə orada otura bilirsə, bu işi görməyə nə var? İmamverdi İsmayılov kimi işğal olunmuş ərazini təmsil edərək bu torpağın bir zərrə problemindən danışmamaq mümkünsə, niyə mən də deputat olmayım? Ərazimizdəki erməniləri qovmaq yolları təklif etmək yerinə “Mənim torpağımda erməni əyilə-əyilə gəzməlidir” sloqanı ilə yaşayan Elman Nəsirov söylədiyi cəfəngiyata gündə bir don geydirməyə çalışırsa, niyə halal çörəyini zəhmətilə qazanan, lakin Vətənin işğalına dözə bilməyən çayçı “ondan yaxşı deputat olaram” məntiqini güdməsin? Namizədlərin ən az yetmiş faizi mandata ölkənin düşdüyü vəziyyətdən qanuni yolla çıxmasına yardım vasitəsi kimi deyil, kreditlərini bağlamaq, yaxınlarına gün ağlamaq, Xəzərin sahilində boş qalan yeri hasarlamaq, xaricdə mülk, Bakıda şadlıq sarayi almaq imkanı kimi baxır. Çünki son iyirmi beş ildə gördükləri deputat klişesi, standartı bu olub!

Sovet vaxtı da yağlı yerlərə işə düzəlmək asan deyildi, ən azından partiyanın üzvü olmalıydın. Adamları da partiyaya rayon, şəhər komitələrində, büroda təsdiqləyib qəbul edirdilər. Bir il namizədlik müddəti verilir, sonra büro adamı partiyanın üzvlüyünə qəbul edirdi. Bir kişi ilkin mərhələləri keçib büronun son iclasına qədər gəlib çatır, kimə nə haqq veriləsidisə verib, indi son mərhələni keçməlidir. O zaman belə bir qayda da vardı. Partiyaya daxil olmaq istəyən ərizəsində qərarının səbəbini belə göstərirdi: Kommünizm qurucularının ön cəbhəsində olmaq istəyirəm. Bu pafosu eşitmək üçün də büroda adətən sonda adama bu sualı təkrar verirdilər, namizəd də cavab verir və xeyir-dua alırdı. Raykomun katibi cansıxıcı mərasimə son qoymaq üçün kişiyə bu son sualı verir. O da yazmaq-oxumaq bilməyən, “haqqını” birtəhər düzəldib bura qədər gələn adam. Ətrafa boylanıb kabineti gözdən keçirərək yavaşdan cavab verir: başına dönüm, ay katib, vallah dolana bilmirəm”.

Demokratiyanın nə olduğunu bilən, əsil qanunvericilik sənədləri yaratmağın çətinliklərini dərk edən cəmiyyətdə deputat olmaq istəyənlərin sayı bir yerə on namizəd nisbətində ola bilməz. Yaxasına asdığı vəsiqədəki partiya adının açıqlamasını bilməyən adamdan seçki dairəsində müşahidəçi olmaz! Səsinin “dəyərını” bülleteni cibində saxlamaqda görəndən seçici olmaz! Müəllimini bu qədər aşağılayan cəmiyyət sabaha açıq alınla, ağ üzlə gedə bilməz! Müəllimini 100 manatla oğruluğa, vicdansızlığa sürükləyənlər, baxın, nəyə səbəb olursunuz? Sağlamlığını Qarabaq döyüşlərində itirmiş, ruhu, vicdanı ilə dimdik duran zabitimiz bacısını və gəlinini o şərəfsizlikdən uzaq tutmaq üçün ozünün 200 manat pensiyasını onlara verib seçki günü məktəbə getməyə qoymayıb. Növbəti pensiyanı ayın sonunda alacaq deyə kredit götürməyə məcbur olub. Bankın onu əzməsinə razı olub yaxınlarının seçki palçığına bulaşmasına yox! Bibisi olmuş şərəfli müəllimənin vicdanı, ruhu sızlamasın deyə, onun adına söz deyilməsin deyə. İnsan Mübariz olanda onu aclıqla da imtahana çəkmək çətindir. Hərçənd ki, insanın aclığından, ehtiyac içində olmasından sui-istifadə etmək ən böyük vicdansızlıqdır. Vətənindən didərgin düşsə də uzaqda belə onun dərdinə yananların arxasına casuslar salan dövlət öz insanına, xalqına xoş güzəran qura bilməz!

Seçki xəmiri hələ çox su aparacaq. Dairələrində şübhə yaranan namizədlərin lider olanları seçicilərinə, öz şərəflərinə əmindirlərsə istefa verməli, yenidən yarışa girməlidirlər. Bu, onların son şərəf, vicdan nümayişi imkanıdır. Daha rəzalətlə getməkdənsə, “üzüsulu” getmək doğru olmazmı? Xalq bunu anlayar. Xalq bağışlamağı bacarandır. Lakin tarixdə xalğın səbrini zorlamanın necə acı nəticələr verdiyini göstərən minlərlə dəlil var. Azərbaycan xalqının bu gün ehtiyac duyduğu amil birlikdir. Seçki nadürüstlüyü bu birliyə gedən yolun önünə daş qoyur, insanların inamını yaralayır. Lakin vəziyyətin düzəlməsinə, düzələcəyinə böyük ümidlər bəslənir. Bu ümidləri qırmaq ölkəni xaosa sürükləməkdir. Düşmənin dəyirmanına su tökmək, Qarabağı unutmaq, qaçqınların, əsirlərin gözlərini yenə yolda qoymaq, gələcək qarşısında lənət yeri olmaq deməkdir. Xalqının qədərini düşünən hər kəs, namizəd də, vəkil də, məmur da, prezident də xalqı birliyə aparan amallara xidmət etməlidir.

Fevralın doqquzunda yağan qar eyiblərimizi örtmədən əriyib getdi. Günəşın bu üfunəti yox etməsinə də hələ çox var. Özümüzə gəlməsək, koronavirusa ehtiyacımız qalmayacaq. Şərəfsiz, namussuz, heysiyyatsız, Vətən eşqi, qeyrəti olmayan məxluq yaşasa nə yazar, millət vəkili olsa nə yazar?

Cəfər Sadıq,
Moskva, 14 fevral 2020-ci il





Baxış: 114 | Bölmə: Yazarlar, Cəfər Sadıq, slayd1
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ən çox oxunanlar
Yazarlar
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru