O DÜNYA-HƏR KƏSİN ÖZ DÜNYASIDIR!

AFAQ ŞIXLI

O dünya - hər kəsin öz dünyasıdır!

Daha maraqlıdır o dünya mənə!
Orada atam var, anam var mənim.
Orada üzünü görə bilməyib,
Sevə bilmədiyim balam var mənim.

Orada şıx babam, vəfalı nənəm,
Nəslimdən, soyumdan neçə igid var.
Orada bu yurdu vətən eyləyən,
Minlərlə, canından keçən şəhid var.

Orada kimsəni əzməz ki, dövran,
O, gözüdönmüşlər dünyası deyil.
Mənsəbə sığınan, pula tutunan,
Diriykən ölmüşlər dünyası deyil!

Yamana – cəhənnəm, yaxşıya – cənnət,
Həqiqət, ədalət, düz dünyasıdır!
Nə qərib yox orda, nə də ki, qürbət,
O dünya - hər kəsin öz dünyasıdır!



05.06.2020
M Ü Ş F İ Q...
Bu gün Azərbaycan ədəbiyyatının ən nakam və ən çox sevilən şairi Mikayıl Müşfiqin doğum gündür.

Hüseyin Cavid demişkən: - " Müşfiq bir oddur ki, öz-özünü yandıracaq..."

Müşfiq bütün mənalarda od idi,kişilikdə,dosta əhdə vəfada,ləyaqətdə hər şeydə,hər şeydə.Onun H.Cavidə vəfası bir ləyaqət,gözəl əxlaq nümunəsidir.Aşağıdakı xatirə qanınızı donduracaq həyəcandan...

Mikayıl Müşfiq həbs olunmamışdan 2-3 ay öncə Ayna Sultanova Müşfqi öz yanına çağırıb demişdi ki,artıq biz Hüseyn Cavidi itiririk,onu həbs eliyəcəklər,sən onun əleyhinə bir iki yazı yaz səni repressiyadan qurtara bilərik.O zaman otaqda Mikayıl Müşfiq bu sözləri deyir:“ Mənim sağ əlim Cavid əleyhinə bir söz yazsa, sol əlimlə onu baltalayaram”.

Hətta Ayna Sultanova bu hadisədən sonra hönkür-hönkür ağlamışdı.

Bu hadisə Ayna Sultanovanın öz xatirələrində var.

Birdə M.Müşfiqin " Tərtərhes nəğmələri"ndən aşağıdakı misraları paylaşıram:

Bu nə yoldur, daşnaq yolu…
Hər dərəsi qanla dolu,
Nə acıdır bunun adı.
O dənizdən bu dənizə
Deyib çıxdı sinəmizə,
Bir tapdadı, bir doğradı.
Orda dəhşət , burda vəhşət,
Əlində baş, dişində ət,
Tanırsınız o cəlladı.
Nə bağ qaldı, nə də bağban…
Qurşun, ölüm, atəş, duman
Yaxamızı parçaladı.
Bilən bilir, bu zülmətə,
Bu uğursuz fəlakətə
Kim əl çaldı, kim ağladı…


MÜHÜM QEYD.Bu əsərdə ilkin variant " Tanırsınız o cəlladı" olub.Müşfiq burada yüzlərə türkün qanını axıdan erməni qatil Andronik Ozanyanı nəzərdə tutaraq yazıb.Amma Sovet senzurası "cəlladı" sözünü " müsavat"la dəyişdirib ki bu da misraların ruhuna uyğun gəlmir.Çünki dərindən diqqət yetirsəniz görərsiniz ki misralarda şəxsdən,ermənilərin "dənizlərdən dənizlərə" utopiyasından bəhs olunur," Müsavat" partiyasından deyi.
Mərhum gözəl şairimiz Rəfiq Zəka Xəndan da bunun belə olduğunu xatirələrində də vurğulayıb.
Nur içində yat Mikayıl Müşfiq!

Məhəmməd İsrafiloğlu
05.06.2020
Фильм бакинца Исмаила Меликова признан победителем в одной из номинаций в США
Решением жюри 3-го Международного Юго-Восточного регионального кинофестиваля (Southeast Regional Film Festival, Джексонвилль, Флорида, США) короткометражный фильм "UP" ("Свыше", оригинальное название дается на английском языке) бакинца Исмаила Меликова признан сегодня победителем в номинации "Лучший экспериментальный фильм и виртуальная реальность". Исмаил является режиссером, продюсером фильма, а также художником по спецэффектам.
MEYDAN TÜLKÜ MEYDANIDI...
İslam Türkay

Meydan tülkü meydanıdı...


[i]Zəmanə bəd gəldi ,lələ,
Meydan tülkü meydanıdı.
Ömrüm yanıb döndü külə,
Meydan tülkü meydanıdı...

Unuda bilmədiyim dost

Moskvada 40 ildən çox yaşadığımdan, burada çoxlu dostlarım, tanışlarım olub. Uzun illərdir dostluq etdiyim, oturub-durduğum, keçirdiyimiz müxtəlif tədbirlərdə fikrlərimi bölüşdüyüm adamlar da az deyil. O adamlardan biri də Vladislav İvanoviç Şvetsov idi. Biz Moskvada Aeroport metrosunun yaxınlığında Usiyeviç küçəsi ev 12/14 yerləşən “Bakı” kinoteatrında keçirilən növbəti tədbirlərimizin birində görüşüb tanış olmuşduq. O tədbirdə ikimizin də çıxış etməyimiz bizi tanış etdi və dostluğumuzun təməlini qoydu. O vaxt “Bakı” kinoteatrı bağlanmamışdır və bir sıra tədbirlərimizi orada keçirirdik.

Vladislav İvanoviç Şvetsov Azərbaycanda anadan olmuşdur. Yeniyetmə çağlarından idmanla məşqul olmuş, ucaboylu, cüssəli bir adamdı. Uzun illər Bakıda hüquq - mühafizə orqanlarında çalışımış, daxili işlər nazirinin müavini olmuşdu. İşinə, peşəsinə sədaqətli insan idi. O vaxtlar Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü seçilmişdir.

Hər yerdə özünün Heydər Əliyevin kadrı olduğunu vurğulayardı. Həmişə işə götürüldüyü günü maraqla xatırlayardı: “Məni Daxili İşlər nazirinin müavini vəzifəsinə Heydər Əliyev özü götürmüşdü. Məni yanına çağırtdırıb sorğu - suala başladı: –Sən Azərbaycanda doğulmusan, de görüm azərbaycanca bilirsənmi? Mən azərbaycan dilində dedim ki, Heydər Əliyeviç, belə də, babat bilirəm. Heydər Əliyev gülümsəyib dedi ki, əgər sən babat sözünü bilirsənsə, səni işə qəbil elədik.

Azərbaycandan gedəndən sonra SSRİ Daxili İşlər Nazirliyinin Ural, Sibir və Uzaq Şərq bölgələri üzrə kuratoru vəzifəsində çalışıb. Rusiya vəkillər kollegiyasının üzvü idi.

Bir neçə gün bundan əvvəl Ramiz Abutalıbovla Vladislav İvanoviçi xatırladıq. Xatirəsini etiramla yad etdik, rəhmət dilədik. Ramiz müəllim Vladislav İvanoviçi çoxdan tanıdığını, hətta onun böyük qardaşı Stanislav İvanoviçlə bir sinifdə oxuduğunu dedi. Bakıda 29 - saylı orta məktəbin 4-cü sinifdə oxuduqları vaxt çəkdirdikləri bir şəkli mənə göndərdi.
Unuda bilmədiyim dost
Vladislav İvanoviç Şvetsov həmişə doğulduğu Azərbaycandan, orada işləməsindən, dostluq etdiyi insanlardan böyük məhəbbətlə, canlı, maraqlı xatirələr danışardı. Qarabağın işğalıyla barışmırdı. Son dövrlərdə günahsız insanların haqsız yerə yurd-yuvalarından didərgin düşməsindən, onların üzləşdiyi problemlərdən söz salar, haqsızlıqlara məruz qaldıqlarını ürək yanğısıyla bildirərdi. Məndən yaşca böyük olmasına baxmayaraq bizim aramızda yaxın dostluq münasibəti yaranmışdır. Müntəzəm olaraq bir-birimizə zəng edib hal-əhval tuturduq, bir balaca başım qarışıq olsaydı, gec zəng eləsəydim, özü mənə telefon açardı.

Moskvada vaxt tapıb görüşür, söhbət edir, siyasətdən, poeziyadan, təhsildən, bizi narahat edən problemlərdən söz açardıq. Onun keçirəcəyimiz tədbirlərlə bağlı təklifləri o qədər maraqlı idi ki, onu dinləyərkən böyük zövq alırdıq. Şvetsovu yaxından tanıyan başqa azərbaycanlılar da bizə yol göstərən, bizə doğru məsləhət verən belə bir insanın dostluğundan qürur hissi keçirirdilər. Vladislav İvanoviçin sözübütövlüyü, möhkəm iradəsi, prinsipiallığı hamımıza bəlli idi. Onun geniş dünyagörüşü məni valeh edirdi. Onun da mənimlə ünsiyyət saxlamaqdan, həmsöhbət olmaqdan xoşlandığını hiss etdiyimdən bundan qürurlanırdım. Bizim diasporayla bağlı planlarımız var idi. Moskvada planlarımızı, görəcək işlərimizi müzakirə edirdik, təəssüf ki, bizim o planlarımız həyata keçmədi.Vladislav İvanoviçin qəflətən və vaxtsız ölümü hər şeyə nöqtə qoydu. Onunla bağlı yaddaşımda bir çox işıqlı xatirələr qalıb. Taleyimə minnətdaram ki, o, mənə həyatda belə bir dost bəxş etdi.

Dostluğumuzun möhkəmliyinin bir səbəbi də var idi. Vladislav İvanoviç mənim Kəlbəcərdən olduğumu biləndən sonra aramızda dostluğumuz daha da möhkəmlənmişdir. Və elə ilk tanışlığımızda mənə bildirdi ki, məni Kəlbəcərdən tanıyır. Bir hadisəni mənə danışdı. Sonra 2014-cü ildə may ayının 17 – də Moskvada Mərkəzi Ədiblər evinin böyük zalında mənim 60 –illik yubileyimdə öz çıxışnda bunu bir daha xatırlatdı. Vladislav İvanoviçin həmin çıxışı haqda gözəl qələm sahibi olan jurnalistimiz Tünzalə Vəliqızı geniş bir yazı yazıb “Yenisəs.ru” saytında yerləşdirmişdir.
Unuda bilmədiyim dost
Vladislav İvanoviç danışırdı ki, 1982 - ci ildə Kəlbəcərdə bir cinayət hadisəsi baş vermişdir. O işi araşdırmaq üçün məni Mərkəzi Komitənin tapşırığıla Kəlbəcərə göndərdilər. Mənə xüsusi vertolyot da ayırmışdılar. Pilot vertolyotu şəhərə endirə bilmədi. Kəlbəcərdən bir az aralı bir düzdə yerə endik. Mənim rayona gəlməyimi artıq rayon rəhbərliyi bilirdi. Bir az keşmişdir ki, Qaz-69 "Vilis" markalı maşınla rayondan dalımca gəldilər. Mən işi araşdırırdım və rayon rəhbərliyinin məni ələ alacaqlarından ehtiyat edirdim. Hətta onların yeməyə dəvətlərinə də etiraz eləmişdim. Orada mənə dedilər ki, Kəlbəcər şəhərində Kəlbəcər tarix diyarşünaslıq muzeyi açılıb. Məni maraq götürdü, muzeyə baxmq üçün oraya getdim. Muzeyin direktoru məni çox həvəslə qarşıladı. Sonradan bildim ki, o Kəlbəcərin ən tanınmış simalarından olan Şamil Əsgərovdur. “Nəsib, Şamil müəllim mənə sənin muzeydə şəklini göstərdi, bizim də Moskvada bir şairimiz var”,- dedi. Bu ad o vaxtdan yadımda qalıb. İndi sevinirəm ki, o vaxt adını Kəlbəcərdə eşitdiyim həmin o kəlbəcərli şairin Moskvada yubileyində şıxış etmək mənə qismət olub.

Vladislav İvanoviç adətən çıxışlarını azərbaycan dilində böyük şairimiz S. Vurğunun “Azərbaycan” şeiriylə bitirərdi. İnsanlara Allahın verdiyi ən yüksək keyfiyyətlərdən biri əsl ziyalılıq və müdriklikdir. Bunları qazanan insanların üzündən-gözündən ətrafına işıq yağar. Və belə adamları nurlu adam deyib çağırarlar. Vladislav İvanoviç Şvetsov da mənim yaxından tanıdığım nurlu insanlardan idi.

Vladilav İvanoviç tez-tez mənə xatırladırdı ki, Nəsib, ikimizində həyatımızda bir oxşarlıq var: - Mən Azərbaycanda doğulmuşam, ömrümün çoxunu orada yaşamış rusam. Sən isə Azərbaycanda doğulub, ömrünün çoxunu Rusiyada yaşayan azərbaycanlısan. İkimizdə Rusiyada yaşasaq da nədənsə Azərbaycanı daha çox sevirik.

2011-ci ilin iyulun 5-də Dünya azərbaycanlılarının III qurultayında iştirak etmək üçün Moskvadan Bakıya gələn nümayəndələrdən arasında Vladislav İvanoviç də vardı. İkimizdə “Park-İnn” otelində qalırdıq. Demək olar ki, hər gün bir yerdəydik və tədbirlərdə bərabər iştirak edirdik.

Qurultay günlərində Vladislav İvanoviç o vaxt Bakıda əldə edilmiş nailiyyətlərə sevinir, dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsini ürəkdən alqışlayırdı. Onun tədbirlərdə ki, çıxışları Rusiyada yaşayan soydaşlarımızı daha da ruhlandırırdı, hər görüşümüzdə Azərbaycanımızın milli maraqları ətrafında sıx birləşməyimizi bizə tövsiyyə edirdi. Ömrünün son illərini Azərbaycanda yaşamağı arzulayırdı.

Allah Vladislav İvanoviçə rəhmət elə¬sin! Qəbri nurla dolsun!


Nəsib Nəbioğlu
Moskva, 29 may, 2020




Samara vilayəti  qubernatoru  Şirvan Kərimovu  Azərbaycanın Respublika günü münasibətilə təbrik edib
Dünən -mayın 28-də Samara vilayəti qubernatoru Dmitri Azarov millətlərarası münasibətlər üzrə regional şuranın iclasını keçirib. Pandemiya şəraitində ilk dəfə videokonfrans şəklində keçirilən yığıncaqda milli ictimai cəmiyyətlərin liderləri iştirak ediblər. Onu da qeyd edək ki, regionda 120-də artıq milli və millətlərarası ictimai birlik fəaliyyət göstərir.
Putin əyani təhsilin distansiyalı olacağı xəbərini təkzib etdi
Valdimir Putin koronavirus pandemiyasından sonra Rusiyada əyanı təhsilin distansiyalı olacağı xəbərini təxribat və şayiə hesab edir.

Bu barədə o təhsil sferasının koronavirus pandemiyası şəraitinə həsr olunmuş yığıncağında söyləyib..
Türkiyə  ölkəsinə müalicəyə gələn  rusiyalılara izn verdi
"Anadolu " agentliyinin verdiyi məlumata görə Türkiyə Rusiya da daxil olmaqla tibbi müayinə üçün ölkəsinə gəlmək isttəyən 31 ölkə vətəndaşına icazə verib. Hökümətin qərarında belə deyilir.

Qadağa mayın 20-də götürüləcək. Rusiya vətəndaşlarından başqa Azərbaycan, Gürcüstan, Qazağıstan, Almaniya, Böyük Britaniya, Niderland və bir sıra ölkə vətəndaşlaırı sərhədii keçə biləcəklər.
Peskov da koronavirusa yoluxdu
Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov COVİD-19-a yoluxduğu haqqında məlumat verib. Bundan əvvəl onun virusu qoruyan paltar geyindiyi qeyd edilirdi.

"Bəli mən xəstələnmişəm. Müalicə olunuram"-deyə TASS agentliyinin suallarında onda koronavirus aşkarlandığını bəyab edib. Peskov onu da qeyd edib ki, şəxsən Vladimir Putinlə bir aydan artıq danışmadığını təsdiqləyib.

"RİA Novosti" prezidentin mətbuat katibinin xəstəxanada olduğunu məlumat verib.

YENİSES.RU
В Москве скончался известный Скульптор ФАХРАДДИН РЗАЕВ
В Москве на 71-м году жизни после продолжительной болезни скончался известный азербайджанский художник-скульптор, член Московского союза художников Рзаев Фахраддин Рзахан-оглы.

Rusiyanın baş naziri Mişustində  koronavirus aşkar edildi
Baş nazir Mixail Misşustin koronavirusa tutulub. Bu barədə "Rossiya 24" televiziya kanalı məlumat yayıb.

Baş nazir özü bu məlumatı Rusiya rrezidenti Vladimir Putinlə söhbətində təsdiqləyib. Onun sözlərinə görə, koronavirus üçün etdirrdiyi test müsbət nəticə göstərib.

Mişustinin xəstə olduğu müddətdə müvəqqəti olaraq baş nazir vəzifəsini Andrey Belousov icra edəcək. Müvafiq təklif dövlət başçısı tərəfindən dəstəklənib.

Mişustin rusları evdə qalmağa və sağlamlıqlarına daha diqqətli olmağa çağırıb.


Yenises.ru
Zirəddin Rzayev  onu tənqid edən həkimə: Mən onu tanımıram!

Tanınmış rusiaylı ekstrasens Zirəddin Rzayev onun klinik psixoloq kimi təqdim olunmasını "biabırçılıq" sayan həkim-nevroloq Qalib Əsədovu “tanımadığını” söylədi.

"Mənim adımla özünü reklam etməkdənsə" xəstələrdə özünüzə inam yaradın ki, başqa yerlərə üz tutmasınlar mesajını da çatdırdı. Və sizin məntiqiniz şikəstdirsə, bunun günahı məndə deyil dedi.
Və nəhayət... Moskvadan  “Evəgedirəm”
Yazıya qoyulmuş bu şəkil yoldur-uzanıb gedir. Gecənin qaranlığında foto effekti zəif olan bir kadr. Amma bu yol koronavirus bəlasının işsiz və “evdə qapalı qalmaq" məcburiyyətində qoyduğu soydaşlarımızı evinə götürən yoldur!

Sentimental səslənir, bəli. Məlum epidemiyanın yaratdığı maddi və mənəvi sıxıntıların doğurduğu əks-səda belədir, təəssüf ki.
Putin Rusiyada  koronavirusun yayılmasının  ləngidiyindən  danışdı
RF prezidentu Vladimir Putin Rusiyada koronavirusa qarşı görülən tədbirlərin onun yayılmasını ləngitdiyini bəyan edib. Lakinn ölkə başçısı onu da qeyd edib ki, epidemiyanın yüksəlişi (pik həddi ) hələ qabaqdadır.

"Koronavirusun yayılması yalnız Moskvada deyil, Rusiyanın digər regionlarında da davam etməkdədir. Lakin hazırlıqlar sayəsində bu prosesi ləngidə bilmişik". Putin bu fikirləri ölkədə sanitar-epidemoloji vəziyyətə həsr olunmuş yığıncaqda söyləyib.

"Vəziyyət gərgin olaraq qalır və təəssüf ki, epidemiyanın yayılması və koronavirusa yoluxanların sayı artmaqda davam edir. Profilaktik tədbirlərin hesabina biz bunu ləngidə, prosesi durdura bilmişik. Lakin virus hətta bir dənə olsa belə Rusiyanın bütün 85 regionunda qeydə alınıb"-deyə prezidentin sözlərindən TASS sitat gətirib.

Prezident onu da vurğulayıb ki, epidemiyanın qarşıda gözlənilən yüksəkliyini yumşaldaraq bunu keçmək vacibdir.

RF başçısı - "Mütəxəssislərin dediyi kimi, xəstəliyin pik həddi hələ qarşıdadır və yeni yoluxanların qeyd alındığı bir dönəmdə və bizə indi bu yükəslişi yumşaltmaq və onun keçmə müddətini azalatmaq lazımdır"-deyib.

YENİSES.RU
Qonşunun  "sənin həyətinə düşən almanı yiğa bilmən" haqqında qanun-Rusiyada
Rusiyada "bağ qonşuluğu" münasibətlərini tənzimləyən qanunlar paketi hazırlanır.

Mülki Məcəllədə qonşuların hüquqlarını tənzimləyən dəyişikliklər paketinin hazırlanması planlaşdırılır. Bunu "Rossiyskaya qazeta" ya müsahibəsində Dövlət Dumasının Dövlət quruculuğu və qanunvericilik komitəsinin sədri Pavel Kraşeninnikov söyləyib.

[/i]
UNUDULMAZLAR: "Həqiqətlərin qətlindən ötən 29 il" - Aydın Məmmədov və Dilarə Əliyeva
“Bir insan ömrü həm Yol, həm də son mənzildir.”
Rüstəm Behrudi.


Uşaqlığımdan bu günümədək qəribə bir xasiyyət daşıyıram. Sanki bütün yaşadığım günlər bir xronolji cədvəl kimi həmişəlik beynimə həkk olunub. Bütün ayrıntı və incə detallarıyla kopiyalanmış şəkildə yatır, yatır və həmin rəqəmə tuş gələn gündə qəfil oyanır, ayağa qalxır. Bu şakərimdən heç bir zaman qurtula bilmirəm ki, bilmirəm.

Bəlkə də tarixçilikdən qaynaqlanan bir vərdişdir ki, özlüyümdə bunu heç də yaxşı vərdiş saymıram. Çünki sevib itirdiyim Dost və Əzizlərimi xatırladan günlərin tarixi o zaman təkcə rəqəmi ifadə etmir, ağır bir daş, qurğuşun kimi qəlbimdən asılır.

Aydın Məmmədov və Dilarə Əliyeva! Şəxsi olaraq tanımadığım, amma ictimai-siyasi fəaliyyətlərindən, cəsur vətəndaş mövqeyindən irəli gələn əsl ziyalı duruşlarıyla ürəyimdə taxt quraraq, əziz və doğma insanlar olaraq yaddaşıma daimi olaraq qazındı, qaldı və mən var olduqca orada qalacaqlar.

Moskvada yaşayan çox dəyərli, milli fikirlərə sahib tələbə dostum İqbal Aslanov keçənlərdə Şəkinin Kiş kəndində Aydın Məmmədovun məzarını ziyarət etmişdi. Və ziyarəti zamanı çəkdiyi videonu mənə də göndərmişdi. Düzü çox təsirlənmişdim bu videodan, rəsmən alt-üst olmuşdum. Onsuzda bu erkən itkinin acısını yuxarıda da söylədyim kimi, zaman-zaman yaşayırdım.

Bir ay əvvəl İqballa aramızda keçən telefon söhbətində Aydın Məmmədov və Dilarə Əliyevanı xatırladım. O da mənə - yeri gəlmişkən, onların ölümlərinin ildönümü ərəfəsində bəlkə bu ağırını bir xatirə yazısına tökəsən- dedi.

Aydın Məmmədovlu günlər bir kino lenti kimi canlandı gözümdə. Və o xatirələrdən bu yazı ərsəyə gəldi. Onu da deyim ki, tələbə dostum İqballa bu mövzuda ortaq sevgimiz var hər iki mərhum ziyalımıza qarşı. Sağ olsun İqbal Aslanov. Haqlı istəyiylə hiss və duyğularımı körüklədi əməlli başlı...

1991-ci il aprelin 19-da müəmmalı avtomobil qəzasına “qurban edilən”, xalq hərəkatının liderlərindən olan Aydın Məmmədov və Dilarə Əliyevanın ölümlərindən 29 il keçir...

“Xalq öz qəhrəmanlarını daim gözünün önündə olmağını istəyir- ya tribunada, ya da dar ağacında.”- Aydın Məmmədov

Bu yazı xalqının YOLUNDA ömrünü şam kimi əridən, sözün müstəqim anlamında əsl ziyalı, özünün parlaq zəkasıyla qaranlıqlarımızı aydınladan və bu YOLDA şəhid olan azman şəxsiyyətlər - xalq hərəkatının liderlərindən olan Aydın Məmmədov və Dilarə Əliyevanın əziz və işıqlı xatirələrinə həsr olunur...
UNUDULMAZLAR: "Həqiqətlərin qətlindən ötən 29 il" - Aydın Məmmədov və Dilarə Əliyeva
İndiki gənc nəsil belə parlaq aydınları mütləq tanımalı və işığımızın sönməməsi adına örnək almalı. Gör biz kimləri itirdik, İlahi?! Milli azadlıq hərəkatının ən öndə gedən, parlaq, məşhur çıxışlarıyla milyonların ürəyində taxt quran olduqca cəsur bir alimimiz, ziyalımız, millət vəkilimiz vardı-AYDIN MƏMMƏDOV. Azadlıq meydanının, parlamentin xitabət kürsüsünə qalxıb nitq söyləyəndə Azərbaycanda yeddidən yetmiş yeddiyədək hər kəs ovsunlanardı onun çıxışının sehrində. Xalqın dərdlərini də, vəziyyətdən çıxış yollarını da elə məntiqli, təkrar olunmayan dillə anladar, izah edərdi ki, hamıya adı kimi “aydın” olardı hər şey. Qurduğu cümlələr hər kəsin içindən keçənlərin sadə, saf ifadəsiydi.

1991 ci ildə məşhur “4- cü mikrofon”un yaraşığıydı. Hər dəfə televiziya qarşısnda onu seyr edərkən anam iş -gücünü atıb, bütün diqqətiylə Aydın Məmmədovun çıxışlarına qulaq kəsilərdi. Hamımız nəfəsimizi içimizə çəkərdik O danışanda. Cəmiyyətin bütün kəsimləri qeyri-şərtsiz Onu sevirdi, qəbul edirdi. Özü həmişə deyərdi ki, mən orta müxalifətin nümayəndəsiyəm.Yəni hakimiyyətdə və müxalifətdə olan mütərəqqi qüvvələrin birləşdiricisi. Heç şübhəsiz öldürülmə səbəbi də bu oldu bəlkə, kim bilir. Çünki nə mərkəzi hakimiyyətin, nə də müxalifətin dağıdıcı, radikal qüvvələri Aydın Məmmədovun yaşamasından rahat ola bilməzdilər. Eyni avtomobildə başqa bir parlaq ziyalı, alimimiz, millət vəkilimiz Dilarə Əliyeva ilə 1991- ci il aprelin 19-da avtomobil qəzasına qurban edildi bu iki mümtaz şəxsiyyət.

Şuşada Aydın Məmmədovun mindiyi vertolyotu da vurmuşdular, o zaman ölümün və yaxud da sui-qəsdin pəncəsindən qurtulmuşdu. Amma şər qüvvələrin növbəti ölüm tələsindən qurtula bilmədi bu böyük insan. Aydın Məmmədovu olduqca gözəl anladan bir yazısında jurnalist Aydın Canıyev eynən belə sərrastcasına, həm də böyük ürək ağrısıyla onu belə xatırlatmışdı: “Aydın Məmmədovun varlığı və əlimizdən alınması yüzlərlə cavabsız sualın meydana çıxmasıdı. Yarımçıqlığın təntənəsidi! Başa çatmayan layihələrdi. Bitməyən arzulardı. Zənnə-gümana qapılmağa əsasdı. Həqiqətlərin qətlidi!”

Aydın Bəyin bir də Alim tərəfi vardı. Aydın Məmmədovun bir alim-türkoloq kimi araşdırma və düşüncələrinin üfüqləri olduqca geniş və heyrətamiz biri idi.
Moskvada oxuduğu illərdə gənc olmasında baxmayaraq məşhur alim-türkoloq Lev Qumilyovla dostluq etmişdi. Tələbə olarkən əfsanəvi, ensiklopedik biliyə malik olan L. Qumilyovun diqqətətini çəkə bilmişdi. A.Məmmədovun görkəmli qazax şairi Oljas Süleymanovla da yaxın dostluğu vardı. O, ciddi dilşünas alim kimi azərbaycan dili ilə bağlı,eləcə də şumer diliylə türk dilləri arasında fundamental araşdırmalar aparmaq istəyirdi, bunu inandırıcı dəlillərlə ortaya qoymağa çalışırdı.

Dilarə Əliyeva milli-azadlıq hərəkatına ən ilk qatılan alim, ədəbiyyatşünas, tərcüməçi idi. Elm cəbhəsində özünün olduqca mükəmməl tədqiqat və araşdırmalarıyla böyük işlər görürdü. “Aslanın erkəyi, dişisi olmaz” timsalında ən qətiyyətli, cəsarətli duruşa, samballı ictimai-siyasi dünyagörüşə sahib ziyalılarımızdandı. Eyni zamanda Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin qurucularından və rəhbərlərindən biri olmuşdur. Olduqca elitar bir mədəniyyətə sahib, oturuş-duruşundan aristokratlıq yağan bir xanım olaraq hamı tərəfindən sevilən və təqdir olunandı.

Aydın Bəylə Dilarə Xanımın ölüm xəbəri həmin dövrdə toplumu, xalqımızı yasa boğmuşdur. Mən bu acı xəbər yayılanda BDU-da tarix fakültəsinin I kurs tələbəsiydim. Hər iki mərhumun Elmlər Akademiyasında təşkil olunmuş vida mərasimində göz yaşları içində iştirak etmişdim. Aydın Bəy doğulduğu Kiş kəndində, Dilarə xanımsa on minlərlə izdihamın çiyinlərində İkinci Fəxri Xiyabanda dəfn edildi.

Bu gün də hefslənmədən xatırlaya bilmirsən! Heyf Aydın Bəy və Dilarə Xanım kimi ziaylı olaraq milli azadlıq mübarizəsinin önündə gedən cəsarətli DƏYƏRLƏRDƏN! Xalqın kisəsindən ən parlaq zəkali iki ziyali, alim, cəsur vətəndaş getdi. Olduqca unikal səxsiyyətlər idi hər ikisi.

AĞRILI QEYD. Hələ 1990-cı il avqustun 28-də Culfa rayonunun Yaycı kəndində Arazda çimərkən xüsusi tapşırıqla rus zabitinin snayperindən açılan atəşlə qətlə yetirilən böyük türkçü, fizika elmləri üzrə alim Tağı Qasımoğlu ilk şəhidlərimizdən oldu. Görkəmli türkoloq alimlərimiz, o dövrdə milli azadlıq hərəkatının ən aktiv ziyalıları Aydın Məmmədov və Dilarə Əliyevanın 1991-ci ilin aprelində müəmmalı avtomobil qəzasına qurban edilməsindən sonra ölüm dalğası Qarakənd faciəsinədək davam etdirildi. Özü də ən amansız bir şəkildə. 1991 ci il noyabrın 20-də baş verən Qarakənd faciəsi də düşünən başların şüurlu şəkildə kəsilməsinə yönəlmişdi. Əslində bu hadisə Sovet rus imperiyasının Azərbaycanın hakimiyyətdə təmsil olunan mütərəqqi, milli vətənpərvər kadrlarına qarşı həyata keçirdiyi qəddar terror aktıydı. Onların satılmayacağını, Vətən naminə xalqın yanında sonunadək olacaqlarını bildikləri üçün də məhv edildilər. Təsadüfi deyil ki, sonralar yəni bu sui -qəsdlər bir dalğa kimi Azərbaycanın milli məfkurə daşıyan övladlarını əlimizdən aldı. Onsuz da az bir qisim olan bu cür cəsarətli aydınların aradan götürülməsi toplumda çox böyük boşluqlar yaratdı. Bu gün də o ziyalıarın yeri görünür! Maddi marağını xalqın-millətin mənəvi marağına qurban verməyən insanları çıraqla gəzdiyimiz bir vaxtda-geriyə boylanıb- bizim belə ZİYALILARımız vardı, yaşadılar və getdilər-demək də tarixçi kimi sadəcə xronoloji xatırlatmadan başqa bir şeyə yararmı? Tarix təkrarlarda təkrarlanar ümidiylə, örnəklərdən YOLA çıxıb YOL aldığımız çox TARİX olanlar var. Bu yöndən çox şeyə yarar, məncə.

Bu faciədə dünyasını dəyişənlərin ruhları şad olsun! İşıqlar içində yatsınlar!

Məhəmməd İsrafiloğlu,
Ukrayna

Öz pasportundan imtina etmədən RF vətəndaşlığı -gözlənilən qanun gəldi

Rusiya vətəndaşlığı almaq istəyənlər üçün gözlənilən qanun gəldi. Bir müddət əvvəl prezident PUtinin RF vətəndaşlığını asanlaşdırmaq təklifi ilə çıxış etdiyi və bunun martın ortalarında qəbul ediləcəyi söylənən qanun nəhayət ki bu gün Dövlət Dumasından keçib.

RF vətəndaşlığı almaq haqqında qanunda əsaslı dəyişiklər- asanlaşdırmalar hansılardır.

Əvvəlki qanunda RF vətəndaşlığı üçün müraciət edən xarici ölkə vətəndaşları və eləcə də vətəndaşlığı olmayan şəxslərdən ölkə ərazisində ən azı 5 il yaşama tələbi olunurdu. Bundan başqa RF vətəndaşı olmaq istəyən öz maddi durmunu özünu təmin edəcəyini təsdiq edən sənəd verməli-ən azı bankda 250 min rubl civarında pulu olmalıydı. Tələblər sırasında vətəndaşlığa müraciət edənin öz ölkəsinin vətəndaşlığında imtina etməsi də vardı.


Dövlət Duması Rusiya vətəndaşlığı alma qaydalarını asanlaşdıran qanunu ikinci və üçüncü oxunuşda qəbul edib. Dumanın qəbul etdiyi qanunun yekun variantında RF vətənbaşı olmaq istəyən şəxslərdən öz ölkəsinin pasportundan imtina etməsi tələb olunmayacaq. Əvvəlki qanunda RF vətənbaşlığı üçün müraciət edən şəxslərdən öz ölkəsinin vətəndaşlığndan imtina etməsi ilə bağlı sənəd tələb edilirdi.

Qanunda RF vətəndaşı olmaq üçün ölkədə 5 il daimi yaşama və qanuni dolanışıq mənbəyinin mövcudluğunu təsdiqlənməsi tələbləri də ləgv edilir. L akin bu SSRİ vətəndaşlığı olub, keçmiş SSRİ ölkələrinin heç birinin vətəndaşı olmayanlar üçün keçərlidir. Bundan əlavə, belə bir tələb, Rusiya Federasiyasında yaşayan bir rusla evlənən əcnəbilərdən və ortaq övladları olanlardan bu sənədlər tələb olunmayacaq.

Həmçinin, qanuna görə Ukrayna, Belarusiya, Moldova və Qazaxıstan vətəndaşlarına yaşayış icazəsi aldıqları zaman güzəştlər edilri və onalrın birbaşa vətəndəaşlıq alması mümkündür.


Tünzalə Vəliqızı
Yenises.ru
Domenlərin savaşı:  “org”-dan “info”ya  ötürülən informasiya
Və ya azru.org saytının azru.info varinatı- AzerRos rəhbərliyinə namizədləri kim qarşı-qarşıya gətirmək istəyir?


AzerRosun aprelin 24-nə təyin edilən qurultayı məlum pandemiya səbəbindən qeyri-müəyyən vaxta keçirilsə də, koronavirus qlobal bəlası belə bu mövzunu gündəmdə kölgələyə bilməyib.
Tarix : 21-05-2020, 01:15
Açılma, sabahım, açılma...
Hələ dünyanın sonu deyil, amma buna da “sənin qiyamətindir” demirsənsə...

Namusum, qeyrətimdir, Qarabağı vermərəm!!! Nə çox yazdıq, nə çox oxuduq, nə çox ağladıq, ağlatdıq. Və nəhayətdə deyib-deyib yabısı yorulmuş ərəb kimi durduq.

Durğunlaşdıq. Barışmadıq dedik, amma həyatın axarına qarışdıq. Arabir acı öz bacamızdan çıxmayana kimi, razılaşdıq da. Bayrağa bükülüb torpağa verilən şəhidlər təkrar yaramızı sızlatdı, qanatdı, xatırlatdı. Sonra yenə yeni günün ritminə döndük.


Satira, sarkazm deyil, bayağı lağlağıya çevirdik tale yüklü- “namusum, qeyrətimdir”- dediyimiz məsələyə münasibəti “lazım gələrsə”-deyə. Başqa çarə də yoxdur. Çünki Milli Məclisindən “ağılsız köpəklər ulduza hürər”-deyib düşmən hədəsinə verilən cavabımızın səviyyəsi sıradan oldu. Sözü dediyimiz yer ali olsa da.

Bir yandan da “Qarabağ” deməyə gözümüzü qorxutdular. Sakit-sakit, xısın-xısın “bir də daha dönən deyil” – deyib korun-korun tüstüləndik.

Dünyanın yüksək tribunalarındakı siyasətçilərin hazırcavablığına, çevikliyinə, artistizminə qibtə ilə baxdığım çox oldu, nə yalan deyim. Bizimkilər də -adam təkrarlamağa da utanır- iş əvəzinə aş, aşina dalınca gediblərmiş kimi, bölə bilmədiyi kar payının davasında “pəhləvan” oldular.

20-30 il ölkə mediasını əlinə alıb, istədyini qaldırıb, istədyini endirməyə hökm edənin bizə münasibətinin necəliyinə qaldıq. Onun oyununun qaydalarına uyğun ya tamaşaçı, ya da kütləvi səhnələrin iştirakçısı kimi özümüzdən xəbərsiz “oynadıldıq”.

Sonra nə oldu? Hara qədər?! Örkən gəlib doğanaqdan keçənə qədərmi? Bu gün o örkən də, o doğanaq da hamımızın boynuna dolanıb, bizi “namusum, qeyrətimdir”-deyilən yerdə bizə qurulan dar ağacına götürür.

Barışmadıq! Hələ Şuşanın işğalı ilə heç barışmadıq. Amma əlimizə bel-yaba alıb heç vuruşmadıq da. Demək ki, razılaşdıq. Karl Marksın yeri deyil bəlkə. Amma onun “Köləyə, sən kölə, qul deyilsən, muzdlu işçisən deyib idarə etmək daha asandır”- təbirincə mütiləşdik.

Barışmadıq! Ara-ara alışdıq da. Lap elə bu gecə yatağına qor düşən, tüstüsüz yananlar kimi!

Barışmadıq, amma. 28 ilin arxasınca su atıb, gedənimizin geri gəlməsini gözləyən kimi gözlədik.

Mən aylarla, illərlə yana-yana yazdım. Bir-birimizin paxırını çıxarmağı “qəhərmanlıqdan sayanları” arabir əsəblə, arabir səbrlə izlədim.

Biz buyuqmu? Biz bu gün o yurdda əsgərinə xitabən, “bizim olanı geri aldıq və vermərik”-deyənlərin qələbənin nəşəsindən başı gicəllənib -növbədə Gəncə, daha haralar var –deyə diş qıcayanlara meydan verdik sulamağa. Arxasınca su atdığımız o illərin geri gəlməsini gözləyərək həm də.

Eh, nə deyim. Bu gecənin sabahı nə olacaq... Qruplarda, sosial şəbəkələrdə içinin alovu özünü, üzünü qarsıyanlar, ürəyinin atəşini söndürə bilməyənlərim!

Yatağına qor dolub dualarında sabahdan möcüzə gözləyənlərim!

Tarixin döngələrində “verdik-alarıq”-la qarşılaşdırma aparan özünütəsəlli edənlərim!

Hanı, tanka daş atan uşaqlar?! Onların uşaqlığı hara getdi?! Kim ixtisara saldı onların ömrünü?! Kim ömründən montaj etdi-boş illəri?!

Bitməmiş fikrə nə deyilir? “Bitmiş fikri ifadə edəni” bilirəm də. Lakin, yarımçıq olanı...

ŞUŞA həssas yerimizdir! Qibləmizdir, səcdəmizdir! Onsuz hər şey yarımçıq! Elə bu yazı da...

Tünzalə Vəliqızı,
Moskva
20.05.2020





Baxış: 451 | Bölmə: Yazarlar, Tünzalə Vəliqızı, slayd1
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru