RUS ALİMLƏRİNİN XARİCİLƏRLƏ ÜNSİYYƏT QAYDALARI SƏRTLƏŞDİRİLİR
Rus ailmləri xarici həmkarlarları ilə elmi mübadilə aparmaq üçün xüsusi icazə almalı və bu prosesdə bütün danışıqlar qeydə alınıb ali təhsil və elm nazirliyinə təqdim edilməlidir. Bir sözlə alimlərin elmi -praktik konfransları, görüşləri tam nəzarətə götürülür.

Rusiya ali təhsil və elm nazirliyi rus elm adamlarının xarici həmkarları ilə əlaqə qaydalarını sərtləşdirən qanun hazırlayır. Sənədin surəti "Trotsk varınatı" ("Trotskiy varinat") qəzetində dərc olunub. Rusiya Elmlər Akademiyası texnika elmləri üzrə doktoru, professor Aleksandr Fradkovun bu əmrlə bağlı açıq etiraz məktubu da adıçəkilən qəzetdə yer alıb.

FACEBOOK  SƏSLI MESAJLARI GİZLİNCƏ DİNLƏYİRMİŞ
Bir həftə əvvələ qədər Facebook audio-faylları dinləyirmiş. Bunun da istifadəçi anlaşmasında razılaşdırıldığını deyib. Yəni istifadəçilərin bilgisi daxilində olduğu deyilir.

Bloomberg agentliyi Facebook kompaniyası istifadəçilərin səsli mesajlarını açmaq üçün buna yüzlərlə muzlu işçi cəlb etdiyi faktını açıqlayıb.

Anonim mənbə bildirib ki, korporasiyanın rəhbərliyi qarşısına səsli mesajların yer və zamanını gizli saxlamaqla audoi-faylların oxunması məsələsini qoyub. İşçilər bunun nəyə lazim olduğunu bilmədən təəccüblə dinləyiblər.
Mariya Zaxarova: Rusiyanın Qarabağın statusu haqqında fikri dəyişməzdir
Rusiya XİN yetkilisi Mariya Zaxarova bu fikri jurnalistlər üçün keçiridiyi bugüngü brifinqdə səsləndirib.

"Bizi Azərbaycan və Ermənistan münaqişə xəttində sakitliyin müşahidə olunması məmnun edir. Bununla yanaşı, tərəflərin müxtəlif yollarla bir-birini ittiham etməsi də narahatçılıq yaradır"-deyə Zaxarova qeyd edib.

Bu cür ritorikalar danışıqlar prosesində əlverişli şərtlərin formalaşdırılmasına və konfliktin həll olunmasında kompromiss variantlar axtarmağa imkan vermir- Rusiya xarici siyasət qurumundan qeyd ediblər.

"Rusiya Dağlıq Qarabağın son statusunun Azərbaycan və Ermənistan arasında danışıqlar yolu ilə müəyyən edilməsindən yanadır"-deyə XİN nümayəndəsi göstərib. Onu da əlavə edib ki, rəsmi Moskvanın mövqeyində heç bir dəyişiklik yoxdur.

Xarıtladaq ki, avqustun 7-də Ermənistan baş naziri Nikol Paşinyanın tanınmamış Dağlıq Qarabağ respublikası haqqında "Bura Ermənistandır"-deməsi Azərbaycan tərəfindən qəzəblə qarşılanıb.

Yenises.ru
Sabiq qırğız prezidenti Atambayevin rezidensiyasına basqın davam edir

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin rezidensiyasına basqında yaralananlar Dövlət Milli Təhlükəsizlik komitəsi əməkdaşlarının sayı artır. Almaz Atambayevi tutmaq üçün xüsusi əməliyyatda iştirak edən DTK əmdaşaları arasında yaralananların sayı 27 nəfərə çatdığı haqda RİA Novosti-yə komitənin mətbuat xidmətindən xəbər verilib.
Lukaşenkonun "oyunu" özünə baha başa gələ bilər
Lukaşenkonun Rusiyaya inteqrasiya məsələsini qarşı tərəfə təzyiq vasitəsinə çevirməsinə "Bulba Prestolov" Teleğram kanalı toxunub. Dni.ru iformasiya portalının Telegram kanala istnadən yazdığına görə Belorusiya prezidenti Aleksandr Lukaşenkonun başı üstündə qara buludlar dolaşır. Rusiya rəhbərliyi Batkanın şərtləri ilə inteqrasiyaya razı deyi-deyə ekspertlər xəbərdarlıq ediblər. Onların sözlərinə görə Rusiyada belorus liderinə kimsə güvənmir və onunla ünsiyyətdən qaçırlar.

Son zamanlar Belorusiyada qərbyönlü millətçilik baş qaldırıb-deyə "Bulba Prestolov "Telegram kanalın müəllifləri bildirirlər. Buna görə Rusiya Aleksandr Lukaşenko rejiminin maliyyələşdirilməsinin məqsədəuyğun olduğuna daha çox şübhə edirlər.
Rusiya XİN-dən ABŞ və Almaniyanın 3 avqust aksiyasını işıqlandırmasına   etiraz
RF Xarici işlər nazirliyinin ABŞ və Almaniyaya onların diplomatları və mediasının Rusiyanın daxili işiniə qarışması ilə bağlı rəsmi müracət göndərəcəyini qurumun nümayəndəsi Mariya Zaxarova "Bazar axşamı Vladimir Solovyevla" proqramında açıqlayıb. Bu avqustun 3-də Moskvada keçirilən icazəsiz mitinqin işıqlandırılması ilə əlaqəlidir.

Situasiyanı araşdırmağı xarici işlər nazirliyinin nümayəndəsi Mariya Zaxarova təklif edib.

"Mən düşünürəm ki, ABŞ rəhbərliyi onun diplomatlarının Rusiyanın daxili işinə qarışmalarına təəccüblənəcəklər"-deyə qeyd edib.

RUBRIKA: Belə də olur - SƏYYAR MAĞAR

Axşam aldığım xəbəri kənddən uzaqda yaşayan eloğlu ilə bölüşmək üçün zəng elədim:
--Salam, əmioğlu. Loxəbərlik olmasın, Məmmədəlinin ölümündən xəbərin var?
--Salam. Var, əmioğlu, var.
Moskvadakı icazəsiz mitinqdə 600 nəfər saxlanılıb
DİN-nin paytaxt rəhbərliyindən verilən məlumata görə avqustun 3-də Moskvada keçirilən icazəsiz aksiyada 1500 adam iştirak edib və onlardan 600 nəfərə yaxını saxlanılıb. Bu haqda RİA Novostinin məlumatında deyilir.
Moskvanın mərkəzində yanan binanın söndürülməsində 24 texnika və 2 vertolyotdan istifadə edilib
Bu gün səhər səhər saat 6:18 radələrində Moskvanın mərkəzində- Dubninsk küçəsi ev 41/4 ünvanında olan dördmərtəbəli binada yangın baş verib. Fövqəladə hallar nazirliyindən verilən məlumata görə yanğın 5 min kvadratmetr sahəni əhatə edib. Yanğını n söndürülməsində 80 nəfər yangınsöndürən, 24 texnika, o cümlədən 2 vertolyot iştirak edib. Xilasedicilər yanğının ətrafda yerləşən binalara və eləcəə də yaxınlıqdakı benzindoldurma məntəqəsinə keçməsi təhlükəsinin qarşısını almağa çalışıblar.
[right]Rusiya pasportu alan ukraynalılar sorğuya çəkilirlər
Ukraynanın hərbi prokuroru Anatoli Matios bəyan edib ki, Rusiya pasportu almaq üçün müraciət edən Donetsk və Luqansk vilayətinin sakinləri qurum tərəfindən sorğuya çağırılıb. O, bunu "Radio NV" -yə müsahibəsində söyləyib.

Hərbi prokuror müstəntiqlərin qanun çərçivəsində hərəkət etdiklərini qeyd edib. Matiosun sözlərinə görə hərbi prokurorluq baş verənlər haqqında tam təsəvvürə maikdir və Rusiya pasportu almaq üçün ərizə verən Ukrayna vətəndaşlarının şəxsiyyətini müəyyən etməklə məşğuldur.

ABŞ administrasiyasında Rusiyaya qarşı ikinici sanksiya  paketi hazırlanır
Birləşmiş Ştatlar Skripal işinə görə Rusiyaya qarşı ikinci sanksiya paketi hazırlayır. Bu haqda RİA Novostiyə ABŞ administrasiyasının nümayəndəsi məlumat verib.
Rusiya yığmasının azərbaycanlı oyunçusu Aleksandr Səmədov karyerasını başa  vurdu
35 yaşlı idmançı özünün bu qərarını İnstagram səhifəsindən açıqlayıb.

"Əziz dostllarım, yaxınlarım, azarkeşlərim! Futbolçu kimi özümün idman karyeramı başa vurmağın zamanı gəldi. Uzun illər sizin mənim yanımda olduğunuzu bilərək yaşadım, işlədim, oynadım,arzuladım, planlar qurdum. Sizin mənimlə və Rusiya futbolu ilə qürur duymağınız üçün qələbəyə nail olmağa çalışdım. Mən idmançı, futbolçu və şəxsiyyət kimi yetişmək istədim. Bu arzularım gerçəkləşdi. İstədiyimə çatdım! Mən xoşbəxtəm ki, siz hər zaman mənə inandınız, dəstəklədiz, həyəncanlandınız, irəli getmək, daha böyük uğurlar əldə etmək üçün güc verdiniz!"-deyə futbolçu yazıb.
Sobyanin icazəsiz mitində təxribat ola bilıcəyindən xəbər verib
Sobyanin xəbərdarlıq etdi. Mitinqi təşkil edənlərlər də, oara gələnlər də təxribat törətməyə hazırlaşırlar. Lakin bunun qarşısı alınacaq.

Bu günə təyin olunmuş icazəsiz mitinqində ciddi təxribat baş verəcəyi ehtimalından Moskva meri Sergey Sobyanin özünün Twitter səhifəsindən xəbər verib.


Vüqar Bayramov - Şairin dünyası qız qoxuludu!
Şairin dünyası qız qoxuludu!


Bu yay axşamında bahar havası,
Təbiət bu gecə yaz qoxuludu!
Hamının dilində şirin arzular,
Hamının dodağı söz qoxuludu!

Gözlər intizarda, qəlb həvəsdədi,
Hamı bir arzuda, bir nəfəsdədi.
Qulaqlar həsrətlə xırda səsdədi,
Həsrətin vüsalı naz qoxuludu!

Xəbəri titrətdi küləklər kimi,
Gəldi gecə yarı, mələklər kimi.
Muştuluq həvəsli ürəklər kimi,
Ocaq qoxuludu, köz qoxuludu!

Açıldı cığırım, izim dünyaya,
Qəlbimdən gələni yazım dünyaya.
Bu gecə göz açdı qızım dünyaya,
Şairin dünyası qız qoxuludu!


22.07.2018

Dünya mənim gözümdə bu baxışın boydadı.

Elə şirin baxırsan səddin, çəpərin yoxdur,
Sən elə bir duyğusan ölçün, qədərin yoxdur.
Səninlə gözəlləşib həyat xəbərin yoxdur,
Dünya mənim gözümdə bu baxışın boydadı.

Balalar gül doğulur, balalar çiçək olur,
Çirkin körpə görmədim, hamısı göyçək olur.
Bu məsum baxışında arzular gerçək olur,
Dünya mənim gözümdə bu baxışın boydadı.

Ömrümün hər saatı, dəqiqəsi, anısan,
Özünü çox sevərsən gözlərimdə tanısan!
Atanın gül qızısan,ürəyisən, canısan,
Dünya mənim gözümdə bu baxışın boydadı.

26.02.2019
Rusiya səfirliyi xəritədə Krımı Ukraynanınkı kimi göstərib
Rusiya səfriliyi Twitter səhifəsindəki paylaşımında Krımı xəritədə Ukrayna ərazisi kimi göstərdi. Ukrayna XİN-i də təşəkkür edərək davamını digər qurumlardan gözləyirik-deyə repost yazdı.

Rusiyanın Böyük Britaniyadakı səfriliyi Twitter səhifəsində Krımı Ukrayna əraizisi kimi göstərib.

Rusların yarısının əmək haqqı 35 min rubldan az imiş
Rosstat-ən məlumatlarına görə, böyük və orta müəssisələrdə işləyən rusların yarısı 34,335 rubldan az gəlir əldə edir. Nisbətən yüksək maaşı olan balıqçılardır.

Peskov Putinlə Zelenski arasındakı  telefon söhbətindən danışdı
Prezident seçilləndə təbrik etmədi, lakin prezident kimi qəbul edib telefonla danışdı. İlk cümləsi "Salam" olub-deyə yazır Rusiya mətbuatı. Salam verməkdə qeyri-adi nə olduğu anlaşılan deyil. Yəni "Alo" deməyibmi? Nə isə ki, prezidentlər arasında olan telefon söhbətini Peskov şərh edib.

Gürcüstan prezidentindən  Putinin sanksiyalara dair sözlərinə reaksiya
Zurabişvili Moskva ilə münasibətləri düzəltməyə hazırdır. Rusiyaya ilımlı mövqeyinin ölkəsində tənqidlə qarşlanacağına gəlincə "Kimsə mənə vətənpərvərlik öyrədə bilməz"-deyib.

Gürcüstan prezidenti Salome Zurabişvili rusiyalı həmkarı Vladimir Putinin Moskvanın Tiflisə qarşı sanksiyalar tətbiq etmək istəmədiyi bəyanatını alqışlayıb. Bu barədə Associated Press-ə müsahibəsində deyib.
Tarix : 13-07-2012, 00:04
MOSKVADAN CANAQQALAYA 3-CU MƏKTUB
Əzizim Məmməd İsmayıl! Hərdən düşünürəm ki, bir zamanlar insanlar dərd-sərlərini öz qohumlarına, əzizlərinə danışar, təsəlli tapar, məsləhət alardılar. İndi isə hər şey yaman dəyişib, öz ürək sözlərini psixoloqa danışmağı daha məqsədəuyğun bilirlər, nəinki kiməsə ürək açmağı. Bilmirəm bu nə ilə əlaqədardır… Bəlkə dinləməyi, kiminsə kədərinə, hiss və həyəcanına ortaq olmağı bacaranlar azalıb, bəlkə də ətrafdakıların sirdaşlığına adamların inamı itib?

Amma yaxşı ki, hələ də, saatına filan qədər pul alıb sənə qulaq asmağa hazır olan psixoloqlardan savayı, sədaqətli dostlar da var! Yaxşı ki, hələ də müəyyən qədər sirrini-sözünü kiməsə etibar edə bildiklərin var. Belə dostların sayı çox olmur, ola da bilməz, çünki səni sənin qədər anlayacaq, çox yöntəmlərilə sənə uyğun gələcək insanlar bir və ya iki olar ancaq.

Əgər mənə, “Dünya nəyin üstündə durur?” - deyə qəribə bir sual versəydilər, “Xeyirxahlıq və etibar üzərində durur” - deyərdim.

Bu gün bir şeiriniz nəzər-diqqətimi cəlb elədi, daha doğrusu, ruhumu titrətdi:

Özü də məəttəl qalıbdır buna,
Çıxır yavaş-yavaş yuxuları çin.
Dəmir pul atmışdı qürbət suyuna -
Bir də o yerlərə qayıtmaq üçün…

Aman Allah! Deməli, kimliyindən və mənsubiyyətindən asılı olmayaraq insanlar eyni şəraitdə eyni gür davranmaq xüsusiyyətlərinə malikdirlər.

Sulara pul atmaq və arzu diləmək yeni adət deyil, amma qürbət suyuna pul atan zaman içdən keçən arzu - nə var-dövlət, nə sevgi payı, nə də başqa bir şey deyil... Yalnız və yalnız Vətənə bir də dönə bilməkdir.

Vətən! Yaşadığın zaman, bəlkə də qədrini bilmədiyin, havasını udub günəşində qızındığın zaman, bunları olacaq adiliklər kimi qəbul etdiyin, bir addım aralı düşdüyündə isə burnunun ucu göynədiyi Ana torpaq!

Bəs görəsən, övladlarından kimlərisə daha çoxmu, kimlərisə daha azmı sevir Vətən? Ana da öz balaları arasında fərq qoyarmı? Nədir bizi ondan aralı salan? Nədir qəlbimizə dağ üstdən dağ çəkən? Hansı həqiqətlərdir, hansı səbəblərdir, hansı qaçılmazlıqlardır bunlar?
Amma həyat çox qəribədir, əziz şairim! Qürbətdə yaşamaq hələ Vətən həsrətlisi olmaq deyil.

Yad ölkədə yaşayaraq Vətəninin qeybətini edənlər, onu yada salmayanlar, salanda isə ağız büzənlər, öz ailələrini tənha qoyub haramçılıq edənlər və s... və s... namussuzlar, biganələr, amöblər nə çoxdur!

Vətəndə yaşamaq da hələ qərib olmamaq deyil.
Bəzən öz vətənində “vətənsiz” qəribsəyənlər olur - Güney Azərbaycanımızda yaşayan qardaş-bacılarımız kimi. Öz dilini kullanmadan, öz haqlarını görmədən yaşamaq da elə qəriblikdir. Və ya doğulduqları, böyüdükləri, babalarının ruhunu tapşırdığı el-obasından erməni faşistləri üzündən didərgin düşən Kəlbəcərlilərimiz, Laçınlılarımız, Ağdamlılarımız, Qubadlılarımız........... kimi.
(Bu sözlərin Azərbaycan dili qrammatikasına görə kiçik hərflərlə yazılmalı olduqlarını bilməmiş deyiləm, amma əlim gəlmir. Onsuz da əlimizdən verdiyimiz, ümid və arzuları kiçildilib nöqtəyə dönmüş Qarabağımız və müqəddəs ana torpağımızın yeddi parçası – nisgilli və könlüsınıqdır.)

Vətən həsrətlisi olmaq isə dəhşətdir.
Babək filmində bir epizod var. Orada Babək öz oğluna azadlığın nə olduğunu anlatmaq istəyir və belə deyir: "Zavalli, sən heç vaxt anlamadin ki, azadliq yanğisi nə deməkdir! O dəhşətli yanği ki, ürəyi yandirib külə döndərir! Azadliq! İstər aci olsun, istər şirin... Yalniz o idi məni döyüşdən-döyüşə aparan! Elə güman eləyirdim ki, sən də bu yolun yolçusu olacaqsan! Lakin sən anlamadin ki, bu dünyada bircə gün azad yaşamaq qırx il boyunduruq altinda sürünməkdən daha üstundür!"

İnanmıram elə bir azərbaycanlı olsun ki, bu sözləri dinləyərkən ürəyi titrəməsin, qamarlarında qanı coşumasın! Heyhat! Arzumuz haradadır, özümüz harada...

...Amma hər şeyə rəğmən inanıram! İnanıram ki, bir gün Vətənli vətənsizlərimiz, qəribanlarımız və sənlə mən də bir gün arzusunda olduğumuz, arzuladığımız kimi bir Vətənə dönəcəyik!

Ümumi dostumuz İmdat Afşarın dediyi bu sözləri xatırladım: “Memmed İsmayıl'in insan sevgisi büyür ve millet olur... Onun toprak sevgisi de Vatan olur aniden...”

P.S. Yuxarıda qeyd etdiyim şeirinizi oxuduqdan sonra bu misralar gəldi içimdən:

QÜRBƏT SULARI

Qürbətdə sulara pul atan qərib,
Nə olub, üstünü buludlar alıb?!
Yenə bahar gəlib, dərdin göyərib,
Tənhalıq ruhunu qəfəsə salıb?!

Eh, dostum… dəyişib o sən görənlər...
Dərdini qəriban anlayar ancaq.
Vətəndə yaşayıb - ömür sürənlər
Bir də uşaq kimi danlayar ancaq.

“Gedişin səbəbsiz” deyərlər sənə,
Qayıtmaq yolunu göstərən olmaz.
Ümidin dolaşar fələk çərxinə,
Elə tapdanar ki, yeri də qalmaz.

Gözlərin yol çəkər gələndə payız,
Gözlərsən Günəşi can həsrətiylə.
Səni səsləsə də hər cığır, hər iz,
Həsrət divar olar əsarətiylə.

Şaxtalar ruhunu qılınctək kəsər,
Solarsan anasız körpələr kimi.
Nə Gilavar əsər, nə Xəzri əsər,
Susarsan oxunmaz nəğmələr kimi.

Deyərsən: “Təbiət gələr insafa,
Qayıdıb dönərəm doğma ellərə...”
Qayıda bilməzsən, amma, bir daha
O səndən xəbərsiz ötən illərə!

Səni uzaq salan bivəfa yollar
Eh, hələ çoxunu uzaq salacaq...
Qürbət sularına atdığın pullar
Elə arzular tək yatıb qalacaq...


HÖRMƏTLƏRIMLƏ: AFAQ ŞIXLI
MOSKVA.
12.07.12.




Baxış: 1664 | Bölmə: Yazarlar, Afaq Şıxlı
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ən çox oxunanlar
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru