RUS ALİMLƏRİNİN XARİCİLƏRLƏ ÜNSİYYƏT QAYDALARI SƏRTLƏŞDİRİLİR
Rus ailmləri xarici həmkarlarları ilə elmi mübadilə aparmaq üçün xüsusi icazə almalı və bu prosesdə bütün danışıqlar qeydə alınıb ali təhsil və elm nazirliyinə təqdim edilməlidir. Bir sözlə alimlərin elmi -praktik konfransları, görüşləri tam nəzarətə götürülür.

Rusiya ali təhsil və elm nazirliyi rus elm adamlarının xarici həmkarları ilə əlaqə qaydalarını sərtləşdirən qanun hazırlayır. Sənədin surəti "Trotsk varınatı" ("Trotskiy varinat") qəzetində dərc olunub. Rusiya Elmlər Akademiyası texnika elmləri üzrə doktoru, professor Aleksandr Fradkovun bu əmrlə bağlı açıq etiraz məktubu da adıçəkilən qəzetdə yer alıb.

FACEBOOK  SƏSLI MESAJLARI GİZLİNCƏ DİNLƏYİRMİŞ
Bir həftə əvvələ qədər Facebook audio-faylları dinləyirmiş. Bunun da istifadəçi anlaşmasında razılaşdırıldığını deyib. Yəni istifadəçilərin bilgisi daxilində olduğu deyilir.

Bloomberg agentliyi Facebook kompaniyası istifadəçilərin səsli mesajlarını açmaq üçün buna yüzlərlə muzlu işçi cəlb etdiyi faktını açıqlayıb.

Anonim mənbə bildirib ki, korporasiyanın rəhbərliyi qarşısına səsli mesajların yer və zamanını gizli saxlamaqla audoi-faylların oxunması məsələsini qoyub. İşçilər bunun nəyə lazim olduğunu bilmədən təəccüblə dinləyiblər.
Mariya Zaxarova: Rusiyanın Qarabağın statusu haqqında fikri dəyişməzdir
Rusiya XİN yetkilisi Mariya Zaxarova bu fikri jurnalistlər üçün keçiridiyi bugüngü brifinqdə səsləndirib.

"Bizi Azərbaycan və Ermənistan münaqişə xəttində sakitliyin müşahidə olunması məmnun edir. Bununla yanaşı, tərəflərin müxtəlif yollarla bir-birini ittiham etməsi də narahatçılıq yaradır"-deyə Zaxarova qeyd edib.

Bu cür ritorikalar danışıqlar prosesində əlverişli şərtlərin formalaşdırılmasına və konfliktin həll olunmasında kompromiss variantlar axtarmağa imkan vermir- Rusiya xarici siyasət qurumundan qeyd ediblər.

"Rusiya Dağlıq Qarabağın son statusunun Azərbaycan və Ermənistan arasında danışıqlar yolu ilə müəyyən edilməsindən yanadır"-deyə XİN nümayəndəsi göstərib. Onu da əlavə edib ki, rəsmi Moskvanın mövqeyində heç bir dəyişiklik yoxdur.

Xarıtladaq ki, avqustun 7-də Ermənistan baş naziri Nikol Paşinyanın tanınmamış Dağlıq Qarabağ respublikası haqqında "Bura Ermənistandır"-deməsi Azərbaycan tərəfindən qəzəblə qarşılanıb.

Yenises.ru
Sabiq qırğız prezidenti Atambayevin rezidensiyasına basqın davam edir

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin rezidensiyasına basqında yaralananlar Dövlət Milli Təhlükəsizlik komitəsi əməkdaşlarının sayı artır. Almaz Atambayevi tutmaq üçün xüsusi əməliyyatda iştirak edən DTK əmdaşaları arasında yaralananların sayı 27 nəfərə çatdığı haqda RİA Novosti-yə komitənin mətbuat xidmətindən xəbər verilib.
Lukaşenkonun "oyunu" özünə baha başa gələ bilər
Lukaşenkonun Rusiyaya inteqrasiya məsələsini qarşı tərəfə təzyiq vasitəsinə çevirməsinə "Bulba Prestolov" Teleğram kanalı toxunub. Dni.ru iformasiya portalının Telegram kanala istnadən yazdığına görə Belorusiya prezidenti Aleksandr Lukaşenkonun başı üstündə qara buludlar dolaşır. Rusiya rəhbərliyi Batkanın şərtləri ilə inteqrasiyaya razı deyi-deyə ekspertlər xəbərdarlıq ediblər. Onların sözlərinə görə Rusiyada belorus liderinə kimsə güvənmir və onunla ünsiyyətdən qaçırlar.

Son zamanlar Belorusiyada qərbyönlü millətçilik baş qaldırıb-deyə "Bulba Prestolov "Telegram kanalın müəllifləri bildirirlər. Buna görə Rusiya Aleksandr Lukaşenko rejiminin maliyyələşdirilməsinin məqsədəuyğun olduğuna daha çox şübhə edirlər.
Rusiya XİN-dən ABŞ və Almaniyanın 3 avqust aksiyasını işıqlandırmasına   etiraz
RF Xarici işlər nazirliyinin ABŞ və Almaniyaya onların diplomatları və mediasının Rusiyanın daxili işiniə qarışması ilə bağlı rəsmi müracət göndərəcəyini qurumun nümayəndəsi Mariya Zaxarova "Bazar axşamı Vladimir Solovyevla" proqramında açıqlayıb. Bu avqustun 3-də Moskvada keçirilən icazəsiz mitinqin işıqlandırılması ilə əlaqəlidir.

Situasiyanı araşdırmağı xarici işlər nazirliyinin nümayəndəsi Mariya Zaxarova təklif edib.

"Mən düşünürəm ki, ABŞ rəhbərliyi onun diplomatlarının Rusiyanın daxili işinə qarışmalarına təəccüblənəcəklər"-deyə qeyd edib.

RUBRIKA: Belə də olur - SƏYYAR MAĞAR

Axşam aldığım xəbəri kənddən uzaqda yaşayan eloğlu ilə bölüşmək üçün zəng elədim:
--Salam, əmioğlu. Loxəbərlik olmasın, Məmmədəlinin ölümündən xəbərin var?
--Salam. Var, əmioğlu, var.
Moskvadakı icazəsiz mitinqdə 600 nəfər saxlanılıb
DİN-nin paytaxt rəhbərliyindən verilən məlumata görə avqustun 3-də Moskvada keçirilən icazəsiz aksiyada 1500 adam iştirak edib və onlardan 600 nəfərə yaxını saxlanılıb. Bu haqda RİA Novostinin məlumatında deyilir.
Moskvanın mərkəzində yanan binanın söndürülməsində 24 texnika və 2 vertolyotdan istifadə edilib
Bu gün səhər səhər saat 6:18 radələrində Moskvanın mərkəzində- Dubninsk küçəsi ev 41/4 ünvanında olan dördmərtəbəli binada yangın baş verib. Fövqəladə hallar nazirliyindən verilən məlumata görə yanğın 5 min kvadratmetr sahəni əhatə edib. Yanğını n söndürülməsində 80 nəfər yangınsöndürən, 24 texnika, o cümlədən 2 vertolyot iştirak edib. Xilasedicilər yanğının ətrafda yerləşən binalara və eləcəə də yaxınlıqdakı benzindoldurma məntəqəsinə keçməsi təhlükəsinin qarşısını almağa çalışıblar.
[right]Rusiya pasportu alan ukraynalılar sorğuya çəkilirlər
Ukraynanın hərbi prokuroru Anatoli Matios bəyan edib ki, Rusiya pasportu almaq üçün müraciət edən Donetsk və Luqansk vilayətinin sakinləri qurum tərəfindən sorğuya çağırılıb. O, bunu "Radio NV" -yə müsahibəsində söyləyib.

Hərbi prokuror müstəntiqlərin qanun çərçivəsində hərəkət etdiklərini qeyd edib. Matiosun sözlərinə görə hərbi prokurorluq baş verənlər haqqında tam təsəvvürə maikdir və Rusiya pasportu almaq üçün ərizə verən Ukrayna vətəndaşlarının şəxsiyyətini müəyyən etməklə məşğuldur.

ABŞ administrasiyasında Rusiyaya qarşı ikinici sanksiya  paketi hazırlanır
Birləşmiş Ştatlar Skripal işinə görə Rusiyaya qarşı ikinci sanksiya paketi hazırlayır. Bu haqda RİA Novostiyə ABŞ administrasiyasının nümayəndəsi məlumat verib.
Rusiya yığmasının azərbaycanlı oyunçusu Aleksandr Səmədov karyerasını başa  vurdu
35 yaşlı idmançı özünün bu qərarını İnstagram səhifəsindən açıqlayıb.

"Əziz dostllarım, yaxınlarım, azarkeşlərim! Futbolçu kimi özümün idman karyeramı başa vurmağın zamanı gəldi. Uzun illər sizin mənim yanımda olduğunuzu bilərək yaşadım, işlədim, oynadım,arzuladım, planlar qurdum. Sizin mənimlə və Rusiya futbolu ilə qürur duymağınız üçün qələbəyə nail olmağa çalışdım. Mən idmançı, futbolçu və şəxsiyyət kimi yetişmək istədim. Bu arzularım gerçəkləşdi. İstədiyimə çatdım! Mən xoşbəxtəm ki, siz hər zaman mənə inandınız, dəstəklədiz, həyəncanlandınız, irəli getmək, daha böyük uğurlar əldə etmək üçün güc verdiniz!"-deyə futbolçu yazıb.
Sobyanin icazəsiz mitində təxribat ola bilıcəyindən xəbər verib
Sobyanin xəbərdarlıq etdi. Mitinqi təşkil edənlərlər də, oara gələnlər də təxribat törətməyə hazırlaşırlar. Lakin bunun qarşısı alınacaq.

Bu günə təyin olunmuş icazəsiz mitinqində ciddi təxribat baş verəcəyi ehtimalından Moskva meri Sergey Sobyanin özünün Twitter səhifəsindən xəbər verib.


Vüqar Bayramov - Şairin dünyası qız qoxuludu!
Şairin dünyası qız qoxuludu!


Bu yay axşamında bahar havası,
Təbiət bu gecə yaz qoxuludu!
Hamının dilində şirin arzular,
Hamının dodağı söz qoxuludu!

Gözlər intizarda, qəlb həvəsdədi,
Hamı bir arzuda, bir nəfəsdədi.
Qulaqlar həsrətlə xırda səsdədi,
Həsrətin vüsalı naz qoxuludu!

Xəbəri titrətdi küləklər kimi,
Gəldi gecə yarı, mələklər kimi.
Muştuluq həvəsli ürəklər kimi,
Ocaq qoxuludu, köz qoxuludu!

Açıldı cığırım, izim dünyaya,
Qəlbimdən gələni yazım dünyaya.
Bu gecə göz açdı qızım dünyaya,
Şairin dünyası qız qoxuludu!


22.07.2018

Dünya mənim gözümdə bu baxışın boydadı.

Elə şirin baxırsan səddin, çəpərin yoxdur,
Sən elə bir duyğusan ölçün, qədərin yoxdur.
Səninlə gözəlləşib həyat xəbərin yoxdur,
Dünya mənim gözümdə bu baxışın boydadı.

Balalar gül doğulur, balalar çiçək olur,
Çirkin körpə görmədim, hamısı göyçək olur.
Bu məsum baxışında arzular gerçək olur,
Dünya mənim gözümdə bu baxışın boydadı.

Ömrümün hər saatı, dəqiqəsi, anısan,
Özünü çox sevərsən gözlərimdə tanısan!
Atanın gül qızısan,ürəyisən, canısan,
Dünya mənim gözümdə bu baxışın boydadı.

26.02.2019
Rusiya səfirliyi xəritədə Krımı Ukraynanınkı kimi göstərib
Rusiya səfriliyi Twitter səhifəsindəki paylaşımında Krımı xəritədə Ukrayna ərazisi kimi göstərdi. Ukrayna XİN-i də təşəkkür edərək davamını digər qurumlardan gözləyirik-deyə repost yazdı.

Rusiyanın Böyük Britaniyadakı səfriliyi Twitter səhifəsində Krımı Ukrayna əraizisi kimi göstərib.

Rusların yarısının əmək haqqı 35 min rubldan az imiş
Rosstat-ən məlumatlarına görə, böyük və orta müəssisələrdə işləyən rusların yarısı 34,335 rubldan az gəlir əldə edir. Nisbətən yüksək maaşı olan balıqçılardır.

Peskov Putinlə Zelenski arasındakı  telefon söhbətindən danışdı
Prezident seçilləndə təbrik etmədi, lakin prezident kimi qəbul edib telefonla danışdı. İlk cümləsi "Salam" olub-deyə yazır Rusiya mətbuatı. Salam verməkdə qeyri-adi nə olduğu anlaşılan deyil. Yəni "Alo" deməyibmi? Nə isə ki, prezidentlər arasında olan telefon söhbətini Peskov şərh edib.

Gürcüstan prezidentindən  Putinin sanksiyalara dair sözlərinə reaksiya
Zurabişvili Moskva ilə münasibətləri düzəltməyə hazırdır. Rusiyaya ilımlı mövqeyinin ölkəsində tənqidlə qarşlanacağına gəlincə "Kimsə mənə vətənpərvərlik öyrədə bilməz"-deyib.

Gürcüstan prezidenti Salome Zurabişvili rusiyalı həmkarı Vladimir Putinin Moskvanın Tiflisə qarşı sanksiyalar tətbiq etmək istəmədiyi bəyanatını alqışlayıb. Bu barədə Associated Press-ə müsahibəsində deyib.
Tarix : 22-08-2012, 15:31
Pişiyin yediyi oğlan – Hekayə
Azərbaycanın istedadlı jurnalisti Ceyhun Musaoğlu yeni yazdığı “Pişiyin yediyi oğlan” hekayəsini “Qafqazinfo”ya təqdim edib. Hekayənin özünəməxsus üslubu diqqətimizi çəkdiyindən biz də paylaşmağı qərara aldıq.



Qapalı idi. Yeriyəndə başını yuxarı qaldırmazdı. Hündürboylu adamın başı sinəsinə doğru 10 dərəcə əyilib. Bəbək çərçivəsinin üst tərəfi ağlayan smaylikin göz yerinə çəkilmiş qövsə oxşayır. Alnındakı qırışlar sayılır. “Nə maraqlı xətlərdi, lap üzgüçülük hovuzundakı kanata oxşayır”- özünü aşırma çantaya qucaqlatdıran dayanacaqdakı qızın piçıltsıdı. Ancaq mən eşitdim. Müəllifəm axı.

Davam edək: sifətində yeniyetməlik barmağının üzərində ekspedisiya apardığı çivzələrin çuxurları qalıb. Elə də çox deyil. Lap bir dənə də olsa, gözdən düşən şüa o çuxurda sınmalıdı.

Monitordakı hərflər bostanda müqəvvanı saymayan sərçələrin lobyaların şaquli istiqamətdə bağlandığı ipdəki rəqsləri xatırladır. Son vaxtlar o sərçələri tez-tez görürəm. Əminəm, gözümün şüası çuxurlarda sınıb qalıb. Hər sifətdən geriyə nə qayıdıbsa, indi onun işığı ilə baxıram. Smaylik oğlanı təsvir edəndə təcrübəmə söykənirəm. Yerim rahatdı.

Qızın dili yenə dinc dayanmır: “Saçına bağladığı lenti versəydin, pişiyimin boynundakı zınqrovun ipini dəyişərdim”. Bu dəfə pıçıldamadı, oğlanın özünə dedi.

Lap dəqiqini bilmək istəyirsiz? Lap dəqiqi olduqca sadədi. Kameranın gözü ilə baxaq: Arxa şüşəsindən dayanacağın içərisini göstəririk. Uzaq məsafəyə qaçış zolağında start vəziyyətdən əvvəlki pozanı almış idmançıları xatırladan iki nəfər. Qızlar oğlanlarla, oğlanlarsa qızlarla yarışmırlar - aydındı. Mənzərəyə arxa tərəfdən baxırıq axı. Hər ikisi şalvarda və gödəkçədə, saçları da uzun...Qız oğlana yaxınlaşır. Operator kameranı əsdirir. Peşəkar deyil, tamaşaçıya elə gəlir ki, qız oğlanın üstünə yıxılacaq. Aaaaa, yıxılır ki... bax mənim bundan xəbərim yoxdu.
- Bağışlayın, ayaqqabılarım...- qzı nə deyəcəyini bilmir...
- Olur. Ayağınız əzilmədi ki?..- oğlan qamətini bir az da əyir.
- Deyəsən əzildi - qızın gözü oğlanın sifətindəki çuxurlardan birinə ilişir. Çox çalışır çəkib çıxara bilmir. Başını sağa-sola fırladır...
- Deyəsən özünüzü pis hiss... Bir-birini əvəz edən avtobusların səsi imkan vermir eşidim... Belədə ki, “hiss”- dən sonra “edirsiz” gələr də...

Kameranı dayanacağın qarşısında qururuq. Ağlayan smaylik gülür. Oğlan gözlərinin quruluşuna yaraşmayan qəhqəhə çəkir. Qız da ona qoşulub.
- Nə dedin, saçımdakı lenti verim pişiyinin boynuna bağlayasan?- oğlan əlini qızın başına çəkir - sən nə maraqlı qızsan.
- Belə dedim - qız təkrar edir: “Düşünürəm bu oğlan saçına bağladığı lenti versəydi, pişiyimin boynundakı zınqrovun ipini dəyişərdim”.
- Bəs qorxmursan, hirslənərəm? - oğlan daha gülmürdü.
- Elə adama oxşamırsan - qız əlini oğlanın saçındakı lentə uzatdı.

İndi kameranı yığışdıraq. Bu mənzərəni az adam görsə yaxşıdı. Film kütlənin marağına hesablanır. Kütlə isə kütdü. Bizim oğlan lenti çıxarıb qıza verəcək. Filmə baxan kütlənin gəldiyi yeganə qənaət: oğlan qıza vuruldu.

37 yaşdayam. Ailəliyəm. Övladım da var. Həyat yoldaşımı çox sevirəm. Saçımdakı qara tüklər yalnız başımı yuyanda güzgüyə baxsam görünür. Tükləri hövkələyirəm, ağların arasında qaraltılar güzgüdə əksini tapır. Qarnım da çıxıb, hətta redaksiyların birində iş yoldaşım olan 52 yaşlı xadimə xanım mənə 50 yaş vermişdi. Çox pərt oldum. Həmkarlarım mövzu tapmışdı. Doğrusu qıcıqlanırdım. Vəziyyətdən çıxmaq üçün yaşımı çoxaldan xanıma dedim: “Deyəsən özünə yoldaş axtarırsan ha...”.

12 cümləlik mətindən gördüz də məni... Sevməyin, vurulmağın qanadlarında gələn mövzu bu kişinin harasına yaraşır ki, onların əlindən tutub aşağı düşürsün, sonra ədəb-ərkanla hekayəsinə qonaq aparsın... Bu kişi uzağı sexdən yazar, o da çox primitiv alınacaq. Oxucu cənnət həzzi əvəzinə “Jalə” şirələrnin dadını hiss edəcək damağında. İstedadım ancaq ona çatar ki, məsələ bitəndən sonra qızı çarpayıdan qaldırıb, soyuducuya tərəf aparım, ordan “Jalə” götürüb içsin. Bildiyim budu: o məsələdən sonra xanımlar yanğıyla su istəyir. Gördünüz, nə qədər bəsitəm... İnsana cənnət həzzini dadızdıran, dünyanı yaradan və dağıdan prosesə “o məsələ” deyirəm.

Gözümə barmaq uzanır. Əlimin arxası ilə qarşısını kəsirəm. Barmaq soruşur: “Hardan bilirsən cənnət həzzidir, cənnətdə olmusan? Tanış gəlir. Hə, bizimkidi, kütlədən qopub gələndi. “Bizi Allah yaradıbsa, bəs Allahı kim yaradıb?” “fəlsəfəsinin” daşından, qumundan özünə ev tikib, nə qapı qoyub nə baca...
Əlbəttə, o belə qənaətə gələcək: oğlan qıza vurulub. Vurulmayıb. Qız lenti oğlanın əlindən alıb, üzündən öpmək istəyir. Qabağa doğru əyilir, dabanlarını qaldırır, yox, boyu çatmır. Oğlansa qımıldanmır. Gözlərinin ağı çoxalıb, kərtənkələ dilinə oxşayan burnunun pərləri tərpənir. Çənəsi ilə sinəsi arasındakı 10 dərəcənin yaratdığ trapes şəkilli “pəncərə” dən baxanda hülqumunun olub-olmadığını müəyyənləşdirmək çətindir. Amma nəsə batır-çıxır. Hovuzdakı üzgüçülərin başına oxşayır. Bilirsiz, hansının? Yazım da: qələbəyə ikinci çatacağını yəqinləşdirib azərkeşlərə imitasiya xarakterli baş rəqsi göstərən üzgüçünün. O, uduzub, başını suya salıb çıxarmasının qabağa getməyə dəxli yoxdu. Hər şey baş məşqçinin təəcübünə “neyniyim e...” cavabı vermək üçündü.
Lent qızın əlindədi. Oğlan yenə gülür ardından soruşur:
- Daha nə lazımdı?
- Heç nə...yox...hə də... heç nə...- qız kəkələyir, bu fikrini isə səlis şəkildə ifadə edir - burdasızsa, aparım bunu zınqrova keçirib pişiyimin boynunda gətirim.
- Buyurun - smaylik diyirlənə-diyirlənə dayanacaqdakı oturacağa qalxır və oturur.

...Oxuyursan. “Undum qoğal olmuşam, süd ilə yoğrulmuşam...”. Sizi yaxşı tanıyıram. Mütəfəkkirinizin ədəbiyyatada miras qoyduğu üslubdan çıxa bilmirsiz... Maraqlı olsun deyə, ciddi hekayəmdə, ciddi bir oğlanı diyirlədirəm, sən mahiyyəti ayağının altına qoyub “qoğal nağılı”nın sauntrekini oxuyursan... Şüuraltı istək: təhsil olmasın, yurdun böyrünə “murd” yapışdırıb, doğulduğu obanı “yurd-murd” qəbiristanlığında basdırasan, mənəviyyatın iniltisində uşaq yatızdırasan, “laylay”ın sözlərini də bu iniltinin musiqisində zümzümə edəsən. Bircə qoğalla rəftarın düzgündü. Bircə qoğal olsun. Bildiyin bircədi: yemək.

Smaylik oğlan acdığını hiss edir. Yaxınlıqda “Fast fud” var. Getmir. Tam 8 dəqiqə keçir. Zınqrov səsi gəlir. Bu da həmin pişik. Artıq dayanacaqdadı. Qız da sağ tərəfdən çıxır.
-Bu da o - pişiyi göstərir.

Oğlan əyilib pişiyi qucağına götürür. Ayağa durmur, eləcə 45 dərəcəlik bucaq altında qatlanan dizlərindən budunun sonuna qədər uzanan iki tilin üstündə oturub, arxasını aşağı-yuxarı yelləyir. Əvvəl pişiyin zınqrovunu oynadır. “Zınq-zınq”. Qız isə belə reaksiya verir: “Dup-dup”. Sonra əlinin içini onun burnuna yapışdırır. Əlini burunun ətrafında “Pole Çudes” çarxı kimi fırlatdıqca dırnaqları ilə heyvanın sifətində sanki mina axtarır. Pişiyin üzü şümaldı, dırnağına heç nə dəymir. Gözlərini alnına zilləyir, qırış deyil. Gözünə baxır - yupyumurudu. Pişiyin saçı da yoxdu ki, onun uzun və qısa olduğunu bilsin. Hülqumuna baxmaq istəyir, görmür. Heyvanın çənəsi ilə sinəsi arasındakı 10 dərəcənin yaratdığ trapes şəkilli “pəncərə” dən baxanda hülqumunun olub-olmadığını müəyynləşdirmək çətindir.
- Təkcə burasından mənə oxşayır-pişiyin xirtdəyindən yapışan oğlan bu sözləri qızın qulağına deyir.

Hə, gur səslə deyir. Qız diksinir. Onun kənara çəkilmək istəyinə başına çırpılan pişik təkan verir. Smaylik pişiyi qızın başına çırpır. Miyoltu adamın beyninə Brejnev basdırılanda orkestrin ifa etdiyi marş təsiri göstərir. Qız fərarilik etməyə hazırlaşan əsgər sayaq arxaya doğru hərəkətə başlayır. İkinci addımda kürəyi dayanacağın yan pəncərəsinə söykənir. Bir dəqiqə qabaq qızın boyu məsafəsindən böyrü üstə yerə dəyən pişik ani olaraq ayağa qalxır və sahibinin ayaqlarından başlayaraq başına doğru yol alır. Çatır. Yerini rahatlayandan sonra qalxıb bir neçə dəfə özünü qızın başına çırpır. Qızın yaxasından tutmaq istəyən ağlayan smaylik pişiyin uzaqgörənliyinə ucadan “əhsən” deyir. Qız küncə büzüşüb ağlayır. Pişik gözə dəymir. Oğlan pişiyi axtarır. Öz-özünə deyinir: “İt balası hara getdi?..” “İt balası” sözündən özü də diksinir. Ağzından selik tökülən qızın hıçqırtılarına əhəmiyyət vermədən ordan uzaqlaşmağa hazırlaşanda pişiyin ona doğru qaçdığını arxasınca isə sarılı- qırmızılı tüksüz it düşdüyün görür. Heyvanlar dayanacağa yaxınlaşır. Sifəti qan içində, sallanan dilinin ucundakı pulcuqların qar dənələrini xatırladan, pəncələrindən qarışıq paroduya olduğu aydın sezilən, boğazında xaltası olan iti yaxından görəndə oğlanı vahimə basır.

Artıq gecdi. Pişik hələ də dayanacağın küncünə qısılmış vəziyyətdə qalan qızı qucaqlayan çantaya girir. İt oğlanın kərtənkələ dilinə bənzəyən burnunu gəmirir. Dəhşətli bağırtı boğuşma başlayandan ilk dəfə dayanacağa gələn avtobusdakı sərnişinlərin bir anda qapılardan tökülüşməsinə səbəb olur. İt arxası üstə yerə yıxdığı oğlanın sağ qulağnı qoparıb. Heç kim yaxınlaşmır. Dayanacaqda nə qız var, nə də pişik...
Uzaqdan təcili yardım maşınının həyacan siqnalı eşidilir... Sərnişinlər növbəti avtobusa doluşurlar. İndi görürəm, deyəsən hamısında qulaqcıq var. Dingildəyirlər. Təkcə bir nəfərdən başqa. Tərpənmir. Sanki yerindəcə ölüb. Dayanacaqdan səs gəlmir. İt smaylik oğlanın sinəsindən axan qanı yalayır, oğlansa ancaq sol ayağını tərpədir. Avtobus hələ tərpənməyib. Qulaqcığı olmayan sərnişin də həmin vəziyyətdədi. Pəncərəyə yaxınlaşıram. Bunun qulağı yox imiş ki... Bir qulağı...Qulaq?.. Yerdə var ki... əyilib itin qopardığı qulağı dayanacağın ortasından götürürəm. Bu an avtobus tərpənir. Özümü tez içəri atıram. Qulaqsız oğlana yaxınlaşıb əlimdəkini ona uzadıram. Gülümsünür. Qulağı məndən alıb, yanındakı boş oturacaqdakı zənbilə qoyur.

Təcili yardım maşını çatıb. İki həkim oğlanı qaldırıb xərəyə qoymağa çalışır. Daha sol ayağı da tərpənmir. İt qanlı dilini sallayıb mənzərəni seyr edir.

Daha heç nə görmürəm. Avtobus ordan uzaqlaşıb. Hara gedirəm ki... Avtobus ilk saxladığında düşməyə hazırlaşıram. Dayanacaq. Bir nəfər var, o da xanım...

Qafqazinfo.az




Baxış: 1466 | Bölmə: Yazarlar, Ceyhun Musaoğlu
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru