Putinin prezident seçkilərində iştirakının qeydə alınmasından şikayət edənlərin sayı artır
RF Ali məhkəməsi Putinin prezidentliyə namizədliyinin qeydə alınması ilə bağlı üçüncü şikayəti qəbul edib.

Ali Məhkəmədən "İnterfaks"a bildiriblər ki, Vladimir Putinin nazmizəd kimi qeydiyyatının qanunsuz hesab edilməsi ilə əlaqəli üçüncü müraciəti dərc edilib.
İkona alveri, teatrın kreslo dərisini oğurlamaq, 30 dollar  üstündə yolu həbsxanadan keçən Sovet aktyorları
Sovetlərin tanınmış kino və teatr aktyorları- heç də hamısı doğru həyat tərzi keçirməyiblər. Onlardan bir neçəsi həyatlarını qanunsuz hərəkətləri ilə "doldurublar". Bir dəfə səhv edib və nəticədə həbs olunan aktyorları xatırlayaq.
İkona alveri, teatrın kreslo dərisini oğurlamaq, 30 dollar  üstündə yolu həbsxanadan keçən Sovet aktyorları
NATO   Avropada  "Hərbi Şengen"  yaradır
NATO ğlkələri "hərbi Şengen" yaratmaq üçün razılığa gəliblər.

NATO üzvü ölkələrinin müdafiə nazirləri alyansın Avropa sərhədlərində hansısa "hərbi Şengen" yaratmaq üçün razılaşdırları haqda
Brüsseldəki hərbi-diplomatik mənbə məlumat verib.
Putin rusların Suriyada olması ilə bağlı informasıyanı gizlətməyib
PutiniSuriyada Rusiya vətəndaşları olması barədə xəbərlərin gizlədilməsi kimi bir qərar verməyib.

Prezidentin mətbuta katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında Putinin rusların Suriyada olması barədə informasiynı gizlətlək kimi bir qərar qəbul etmədiyini söyləyib.
Hjde, Dro və Andronikin  soydaşı  Şarmazanov Azərbaycan prezidentinin Yerevanla bağlı bəyanatından vəlvələyə düşdü
Azərbaycan prezidenti İlham Əlieyin "Yeni Azərbaycan" iqtidar partiyasının qurultayında Yerevanın geri qaytarılması xalqımızın strateji məqsədi olduğunu bəyan edib.
Vurulmuş  Su-25-in  pilotunun dəfnində 30 mindən çox adam  iştirak edib-FOTOLAR
Suriyada vurulmuş Su-25-in pilotu Roman Filipov doğulduğu Voronej şəhərində dəfn edilib. Bu haqda Rusiya Müdafiə nazirliyindən məlumat verilib.
Памяти МАРДАНА ФЕЙЗУЛЛЕВА
Сегодня (3 февраля) День Рождения моего друга. Хорошо бы, как обычно, съездить к нему в театр, зайти в магазин, взять бутылку и пойти в один из многочисленных кафе в Сокольниках. Бармен привычно улыбнется и скажет, что нам можно с собой, только не светитесь и бутылку на столик не ставьте. И так за бутылочкой с хорошей закусью проговорить не час и не два, а гораздо дольше и нам не будет скучно, нам будет хорошо рядом друг с другом. Разговоры будут об искусстве, о поэзии.и конечно о театре, о котором моему другу было известно все. Ему ведомы и тонкости режиссерского мастерства Брука, и приемы театра Брехта, и различия между японскими театрами НО и Кабуки. Я подниму тост за здоровье моего друга и отмечу, что через год мы будем отмечать его 60-и летний юбилей. Но...
Xatirə - MƏRDANIM ÇATMIR...
Yarım il olmağa az qalıb. Aramızdan getdiyi gündən bəri keçən vaxt.

MH17  təyyarəsində ölənlərin qohumları Sterlkova qarşı  iddianı udublar
Donetsk vilayəti yaxınlığında Malayziya aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların yaxınları Igor Girkinə ( Strelkov ləqəbi ilə tanınır) qarşı iddia qaldırmışdılar. Bu barədə Hollandiyanın Zambla mətbu orqanı xəbər verib.

Ölənlərin 25 yaxın qohumları kollektiv şəkildə İllinoys çimal dairəsinin məhkəməsinə şikayət ərizəsi veriblər. Onların nümayəndəsi - Floyd Visnerin vəkillər firması Girkinin sərnişinlərin və ekipajın ölümünə görə məsuliyyət daşıdığını təsdiqləyib və təzminat tələb edibi. 2014-cü ilin iyul ayında MH17 təyyarəsi qəzaya uğrayan zaman Girkin qondarma Donetsk Xalq Respublikasının qoşunlarına komandanlıq edirdi.
ABŞ-ın "Kremlin  hesabatı" siyahısında azərbaycanlı oliqarxların da adları var
Amerikanın maliyyə nazirliyi "Kremlin hesabatı"nı konqressə təqdim edib. Sənəddə Rusiya prezidenti Vladimir Putinə yaxən olab 210 nəfərin adı var. Onlardan 114 nəfəri RF məmurları və dövlət müəssiələrinin rəhbərləri, 96 nəfəri isə oliqarxlardır.
Tver vilayətində yaşayan çoxuşaqlı azərbaycanlı ailəsinin  yardıma ehtiyacı var
Bu xahişlə redaksiyamıza Tver vilayətində bu ailəni tanıyan və uzun zamandır yardım edən bir türk qardaşımız müraciət edib. Onun bildirdiyinə görə Elman Babayevin 4 azyaşlı uşağı var. Həyat yoldaşı isə xəstədir və hazırda xəstəxanada yatıır.
Ermənilər  "dolmanı" özününküləşdirməkdən doymur

Ötən ilin dekabrın əvvəllərində dolmanın Azərbaycana məxsus kulinariya növü kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilməsindən sonra da ermənilər onu özününkü kimi təbliğ edirlər.
Ağ Ev yaxın saatlarda "Kremlin hesabatı"nı dərc  edəcəyini vəd edir
Kreml Ağ Evin hesabatından narahat deyil. Bu Rusiyada prezident seçkiləri öncəsi ölkədə vəziyyətə təsir etmək cəhdi kimi qiymətləndirilir.

Ağ Ev yaxın saatlarda "Kremlin hesabatı" adlı sənədin dərc ediləcəyini bildirib. Ehtimal edilir ki, adıçkilən sənəddə Rusiya rəhbərliyinə yaxın olan bir sıra şəxs və kompaniyaların siyahısı var. Bu siyahı Rusiyaya qarşı yeni sanksiyalar tətiq etməyə əsas verə bilər.
Moskvada  güclü qar nəqliyyatın gedişini çətinləşdirib
Moskva hökuməti bu gün-bazar ertəsi güclü qar yağını olduğundan şəxsi avtomobili olan vətəndaşlardan ictimai nəqliyyatdan istifadə etməyi xahiş edib. Paytaxtın nəqliyyat kompleksi çətin hava şəraitində işləməyə tam hazırdır.
В Москве скончался известный журналист Олег Мамедов
Российская и азербайджанская общественность понесла тяжелую утрату, 19 января 2018 - года в Москве на 69-м году жизни, после продолжительной болезни скончался известный журналист Олег Хокуматович Мамедов.
Zaxarçenko: Donbassın reinteqrasiyası hərbi vəziyyət tətbiq etməyə yönəlib

Ukrayna Radasında Donbassın reinteqrasiyası ilə bağlı qanunun qəbul edilməsinin ardından qondarma Donetsk Xalq Respublikasının başçısı Aleksandr Zaxarçenko bu qanunu şərh edib.
Qazaxıstandaт Rusiyaya gələn  avtobus yandı: 52 ölü FOTO-VIDEO

Adamlar avtobusda diri-diri yanıblar
ОБРАЩЕНИЕ К АЗЕРБАЙДЖАНЦАМ РОССИИ
Многоуважаемые соотечественники! Дорогие друзья!

Мы гордимся успехами друг друга и учимся взаимной поддержке!

Ни для кого не секрет, что наша многочисленная община на сегодняшний день так и не смогла превратить количество в качество. Потенциал, которым мы на самом деле обладаем, так и не выявлен в той достаточной степени, чтобы мы говорили о множественности и многогранности наших успешных достижений.
Tarix : 29-08-2012, 15:17
Bu gün onun...
Bəzi insanlar var ki, bir də ölən gün yenidən doğulurlar. Bir ailədə doğulub kiçik bir ortam üçün gəlişi bayram olan insanların hamı üçün doğulub kəşf olunduğu günlər olur. O qəbildən olan insanlardan olmaq üçün bir də əməlinlə doğulmalısan. Təkrar-təkrar və yenidən.

Bu gün onun dögum günüdür! O, bu tarixdən başqa bir də nə zaman doğuldu bizim üçün? Bütün Azərbaycan üçün? Indi mikrofonunu kimlərəsə uzadıb soruşsan, hamıdan fəqrli tarix və ya hadisə ilə bağlı cavab ala bilərsən, lakin nəticə eyni olacaq. Biri üçün “Qarabağa getmək istəyən sabah.... gəlsin” çağırışında, biri üçün Laçının işgal olundugu zaman yorgun və xırıltılı səslə “Hamınız qorxaqsınız”-deyə repartyorluq deyil, komandirlik etdiyi vaxt, biri üçün Xocalıda öldürülmüş qocaya, qadina, uşağa hönkür-hönkür ağlayıb “Ay Allah” fəryadı edəndə... Onun həyatında özünün iştirakı ilə özünün çəkdiyiklərindən çıxan çox misallar var.

Əslində tarix olaraq bu günləri yadda saxlaya bilməyənlər, hadisə- əməl olaraq və bir də onu kadrlarında heç unutmadılar. Uzun illər keçsə belə. Hətta neçə belə illər keçəcək , amma Çingiz Mustafayev adı çəkiləndə ilk əvvəl sadəcə onun kadrları göz önünə gələcək. Əməlini adının üsündə yazdıran və göstərənlərdən idi, O!

Heç xatirə yazanlardan deyiləm. Xatirə yazmaq həmdə xatırladığın insanın kölgəsində özünü xatırlatmaq kimi gəlir mənə. Həm də mənim üçün xatırə bir ömrün sonunda gəncləri başına yığıb ötənlərdən, keçənlərdən, yaddaşında ilişib qalanlardan danışmaqdır. Bir çoxları kimi mənim onunla şəxsi tanışlığım və ünsiyyətim olmadığını nəzərə alsaq, onun haqqında xatirə danışmaq haqqım belə yoxdur. Ona görə onunla bağlı olan xatirələrim əsərini oxuyub təsirləndiyimiz və sevdiyimiz müəllifə duyduğumuz hissdən doğan “xatirdə qalma” timsallı olacaq.

Məni onunla sənətim görüşdürdü. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində diplom işim “Çingiz Mustafayev yaradıcılığında operator və jurnalist sənətinin vəhdəti” mövzusunda idi. Mən onun yaradıcılığını təhlil etməklə bu iki sənəti bir araya gətirən və mikrafonla kamerani eyni anda tutub hər iksinin işini sənətkarlıqla yerinə yetirməkdən ötrü operator-jurnalistdən nə tələb olunduğunu araşdıracaqdım. Jurnalistlərin kumiri olan Milli Qəhrəman haqqındakı diplom işi bir çox tələbələr üçün maraqlı olsa da mənim payıma düşmüşdü.

Elə o vaxtlar həyəcanla ANS teleşirkətinə getdiyimi və Vahid Naxışla olan görüşümü xatırlayıram. Milli Qəhrəman haqqında və ya sadəcə qardaşı haqqında diplom işi yazanın buna layiq olduğunu öyrənmək baxımındandırmı, ya nədənsə Vahid bəy mənə yardım etmək əvəzinə “Nə yazacaqsan ki ?!-dedi. “Sizin üçün kumirdirmi, o?” Hətta onun mənə söylədiyi bu günə qədər heç yerdə heç kimə demədiyim bu cümləsi də xatirimdədir. “Biz heykəllərin daşında siqaret söndürəcək qədər o “kumirlərə” hörmətsizlik edə bilirik illər sonra”. Onun o zaman dediklərini “Yazmağı bacaracaqsanmı” ironiyası kimi qəbul etdim. Mirşahini də ilk dəfə o zaman görmüşdüm. Hətta Vahid Müstafayev (Naxış) gülə-gülə elə tutduğum ironiya ilə bu “Çingizdən diplom işi yazmaq istəyir”-deyəndə o zamanlar çoxlarının sevimlisi olan Mirşahin də eyni ironik gülüşlə baxmışdı mənə.

Vahid Mustafayevə “siz mənə onun çəkdikləri kadrları verməklə yardımçı ola bilərsiniz, başqa bir şey istəmirəm”-dedim. O, qarşısındakı vərəqə telefon nömrələri yazıb mənə uzatdı. “Seyfullanın ev və cib telefonlarıdır, ona zəng elə, o sənə kömək edər”-dedi.

Mən Seyfulla Mustafayevlə görüşmək üçün evlərinin yanına qədər getsəm də, “Gəl deyib, sonra indi işim çıxdı, başqa vaxt” –deyib ötüşdürdüyü situasiyalarla hələ çox qarşılaşacaqdım və onların sayını itirmişdim. Səbrimimi sınamaq istəyirdi? ”Bu adamlar özlərini bütmü sayırlar “-deyə içimdə bir hirs oyanmışdı. Necə olur-olsun məndən qaçanı sonuna kimi qovacaqdım. Görünür o da bunu istəyirdi. Bir gün özü zəng edib, özünün işlədiyi səsyazma studiyasına çağırdı məni.

Və nəhayət... Söhbət 1999-cu ildən gedir. Mən gözləyiridm ki, Çingiz Mustafayevin çəkdiyi kadrlar olan bütün videokassetləri mənə verib, “baxıb sonra qaytararsan”- deyəcək. O, “birlikdə baxaq və sənə lazim olan kardları göstər yazaq və sən götür”- dedi. Əslində məni bununla bir yükdən, kasset yazdırmaq yükündən azad etmişdi. O əsnada mənə söhbətləri ilə də yardım edəcək qədər həlimləşmişdi bu adam. Mən onun çəkdiyi kadrlara baxib, “burada saxlayın, bunu köçürək”- deyincə, hər dəfəsində maraqla üzümə baxırdı. Tutduğum kadrlar onun marağını çəkməkdən əlavə deyəsən xoşuna gəlmişdi.

Bütün bunları xatırlamaqda məqsədim mənim Çingizlə yaxılığımı onun yaradıcılıından dolayi göstərməkdi.
Demək istədiyini kadrların dili ilə ifadə etmək, deyilməsi o zaman üçün bəlkə də mümkün olmayan bir çox mətləbləri işarə dili ilə anlatmaq vardı yaradıcılığında. “Teatr asılqandan başlayır”- deyən Stanislavski sayaq qarderobda duran qadını danışdırmaqla bir tezis də o yazdı. “ Milli məclis qarderobdan başlayır”-tezisi.

O kadrda “siyasət və qarderob” – “siyasətçi ilə paltarasan ” qarşılaşması və ya qarşıdurması yaratmaq istəmişdi.
Mən o diplom işini yazanda opertor və ya jurnalist peşəkarlığından daha çox işini yanğı və tutqu ilə görən sadə bir azərbaycanlı gördüm. Təbii ki, onun da bu dünyada özü üçün müəyyən etdiyi bəlli hədəfləri olmamış deyildi. Amma səmiliyyətdən doğan sevgi və cəsarətlə xüsusi istəklərini unudub–şəxsi mənafeyini ümum üçün qurban vermək vardı onda-bu idi onun özünəməxsusluğu.

Onun haqqında bəlkə ən zəif yazılan yazıdır. Bu gün dünyaya göz açıb bir başqa həyat düşünən, bəlkə o həyatın içində məşhurluq istəyi olmayan, bəlkə tam tərsi dünyanı qucaqlamaq istəyində olan hər dövr, hər zaman üçün gənc qalacaq, Milli Qəhrəmanlığını özü öz kadrlarıyla qazanan qarşısında borc saymadığım rəgbətimi göstərmək istədim, bu yazımda.

O cəsarəti üçün əfv diləməyən, haqq üçün susmayan, getdiyi yolun ölümünü, qazamatını gözə alaraq bu günün “qəhrəmanlarından” və “qəhrəmanlıqlarından” fərqli, fərqində olmadan sadəcə Vətən sevgisiylə bazarlıq etmədən, mükafat gözləmədən bir yola çıxdı. Operativ, eksklüziv kadrlar çəkib üstündə Çingiz yazılsın deyə yox, Çingiz olaraq çəkdi. “Kadrlar Çingiz Müstafayevindir” cümləsi ilə “Çingiz Mustafayevin kadrlarıdır” arasında fərq görünməyə bilər, amma bir də vurgüya baxın, o zaman nə demək istədiyimi anlarsınız.

Çəkdiyi kadrın qəhrəmanı olmaq! “Çingiz Mustafayevin kadrlarıdır!” –bu!


Tünzalə Vəliqızı, Moskva
29.08.2012




Baxış: 1014 | Bölmə: Yazarlar, Tünzalə Vəliqızı
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru