Tramp  G7-nin Rusiya barədə  məxfi məlumatını sızdırdı
Dünya "Böyük 7-lər"ə geri dönməyə can atmayan Rusiya haqqında müzakirərlərdə ikiyə bölünüb. Amerika lideri gizlilik pərdəsini qaldırıb.

RF-nın G7-yə dönməsi məsələsinin qızğın müzakirəsi fonunda Donald Tramp ola bilsin ki, təşkilatın növbəti sammitində Vladimir Putinin də dəvət olunacağını xəbər verib. Amerika liderinin sözlərindən Blumber agetliyi sitat gətirib. Eyni zamanda Peyter agentliyi də məlumat verib ki, G7-lərdə Moskva haqqında danışıqlar olduğunu Tramp təsdiq edib, lakin qeyd edib ki, Rusiyanın "Böyük yeddilərə" dönəcəyi haqqında bir şey deyə bilməz.

RUS ALİMLƏRİNİN XARİCİLƏRLƏ ÜNSİYYƏT QAYDALARI SƏRTLƏŞDİRİLİR
Rus ailmləri xarici həmkarlarları ilə elmi mübadilə aparmaq üçün xüsusi icazə almalı və bu prosesdə bütün danışıqlar qeydə alınıb ali təhsil və elm nazirliyinə təqdim edilməlidir. Bir sözlə alimlərin elmi -praktik konfransları, görüşləri tam nəzarətə götürülür.

Rusiya ali təhsil və elm nazirliyi rus elm adamlarının xarici həmkarları ilə əlaqə qaydalarını sərtləşdirən qanun hazırlayır. Sənədin surəti "Trotsk varınatı" ("Trotskiy varinat") qəzetində dərc olunub. Rusiya Elmlər Akademiyası texnika elmləri üzrə doktoru, professor Aleksandr Fradkovun bu əmrlə bağlı açıq etiraz məktubu da adıçəkilən qəzetdə yer alıb.

FACEBOOK  SƏSLI MESAJLARI GİZLİNCƏ DİNLƏYİRMİŞ
Bir həftə əvvələ qədər Facebook audio-faylları dinləyirmiş. Bunun da istifadəçi anlaşmasında razılaşdırıldığını deyib. Yəni istifadəçilərin bilgisi daxilində olduğu deyilir.

Bloomberg agentliyi Facebook kompaniyası istifadəçilərin səsli mesajlarını açmaq üçün buna yüzlərlə muzlu işçi cəlb etdiyi faktını açıqlayıb.

Anonim mənbə bildirib ki, korporasiyanın rəhbərliyi qarşısına səsli mesajların yer və zamanını gizli saxlamaqla audoi-faylların oxunması məsələsini qoyub. İşçilər bunun nəyə lazim olduğunu bilmədən təəccüblə dinləyiblər.
Mariya Zaxarova: Rusiyanın Qarabağın statusu haqqında fikri dəyişməzdir
Rusiya XİN yetkilisi Mariya Zaxarova bu fikri jurnalistlər üçün keçiridiyi bugüngü brifinqdə səsləndirib.

"Bizi Azərbaycan və Ermənistan münaqişə xəttində sakitliyin müşahidə olunması məmnun edir. Bununla yanaşı, tərəflərin müxtəlif yollarla bir-birini ittiham etməsi də narahatçılıq yaradır"-deyə Zaxarova qeyd edib.

Bu cür ritorikalar danışıqlar prosesində əlverişli şərtlərin formalaşdırılmasına və konfliktin həll olunmasında kompromiss variantlar axtarmağa imkan vermir- Rusiya xarici siyasət qurumundan qeyd ediblər.

"Rusiya Dağlıq Qarabağın son statusunun Azərbaycan və Ermənistan arasında danışıqlar yolu ilə müəyyən edilməsindən yanadır"-deyə XİN nümayəndəsi göstərib. Onu da əlavə edib ki, rəsmi Moskvanın mövqeyində heç bir dəyişiklik yoxdur.

Xarıtladaq ki, avqustun 7-də Ermənistan baş naziri Nikol Paşinyanın tanınmamış Dağlıq Qarabağ respublikası haqqında "Bura Ermənistandır"-deməsi Azərbaycan tərəfindən qəzəblə qarşılanıb.

Yenises.ru
Sabiq qırğız prezidenti Atambayevin rezidensiyasına basqın davam edir

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin rezidensiyasına basqında yaralananlar Dövlət Milli Təhlükəsizlik komitəsi əməkdaşlarının sayı artır. Almaz Atambayevi tutmaq üçün xüsusi əməliyyatda iştirak edən DTK əmdaşaları arasında yaralananların sayı 27 nəfərə çatdığı haqda RİA Novosti-yə komitənin mətbuat xidmətindən xəbər verilib.
Lukaşenkonun "oyunu" özünə baha başa gələ bilər
Lukaşenkonun Rusiyaya inteqrasiya məsələsini qarşı tərəfə təzyiq vasitəsinə çevirməsinə "Bulba Prestolov" Teleğram kanalı toxunub. Dni.ru iformasiya portalının Telegram kanala istnadən yazdığına görə Belorusiya prezidenti Aleksandr Lukaşenkonun başı üstündə qara buludlar dolaşır. Rusiya rəhbərliyi Batkanın şərtləri ilə inteqrasiyaya razı deyi-deyə ekspertlər xəbərdarlıq ediblər. Onların sözlərinə görə Rusiyada belorus liderinə kimsə güvənmir və onunla ünsiyyətdən qaçırlar.

Son zamanlar Belorusiyada qərbyönlü millətçilik baş qaldırıb-deyə "Bulba Prestolov "Telegram kanalın müəllifləri bildirirlər. Buna görə Rusiya Aleksandr Lukaşenko rejiminin maliyyələşdirilməsinin məqsədəuyğun olduğuna daha çox şübhə edirlər.
Rusiya XİN-dən ABŞ və Almaniyanın 3 avqust aksiyasını işıqlandırmasına   etiraz
RF Xarici işlər nazirliyinin ABŞ və Almaniyaya onların diplomatları və mediasının Rusiyanın daxili işiniə qarışması ilə bağlı rəsmi müracət göndərəcəyini qurumun nümayəndəsi Mariya Zaxarova "Bazar axşamı Vladimir Solovyevla" proqramında açıqlayıb. Bu avqustun 3-də Moskvada keçirilən icazəsiz mitinqin işıqlandırılması ilə əlaqəlidir.

Situasiyanı araşdırmağı xarici işlər nazirliyinin nümayəndəsi Mariya Zaxarova təklif edib.

"Mən düşünürəm ki, ABŞ rəhbərliyi onun diplomatlarının Rusiyanın daxili işinə qarışmalarına təəccüblənəcəklər"-deyə qeyd edib.

RUBRIKA: Belə də olur - SƏYYAR MAĞAR

Axşam aldığım xəbəri kənddən uzaqda yaşayan eloğlu ilə bölüşmək üçün zəng elədim:
--Salam, əmioğlu. Loxəbərlik olmasın, Məmmədəlinin ölümündən xəbərin var?
--Salam. Var, əmioğlu, var.
Moskvadakı icazəsiz mitinqdə 600 nəfər saxlanılıb
DİN-nin paytaxt rəhbərliyindən verilən məlumata görə avqustun 3-də Moskvada keçirilən icazəsiz aksiyada 1500 adam iştirak edib və onlardan 600 nəfərə yaxını saxlanılıb. Bu haqda RİA Novostinin məlumatında deyilir.
Moskvanın mərkəzində yanan binanın söndürülməsində 24 texnika və 2 vertolyotdan istifadə edilib
Bu gün səhər səhər saat 6:18 radələrində Moskvanın mərkəzində- Dubninsk küçəsi ev 41/4 ünvanında olan dördmərtəbəli binada yangın baş verib. Fövqəladə hallar nazirliyindən verilən məlumata görə yanğın 5 min kvadratmetr sahəni əhatə edib. Yanğını n söndürülməsində 80 nəfər yangınsöndürən, 24 texnika, o cümlədən 2 vertolyot iştirak edib. Xilasedicilər yanğının ətrafda yerləşən binalara və eləcəə də yaxınlıqdakı benzindoldurma məntəqəsinə keçməsi təhlükəsinin qarşısını almağa çalışıblar.
[right]Rusiya pasportu alan ukraynalılar sorğuya çəkilirlər
Ukraynanın hərbi prokuroru Anatoli Matios bəyan edib ki, Rusiya pasportu almaq üçün müraciət edən Donetsk və Luqansk vilayətinin sakinləri qurum tərəfindən sorğuya çağırılıb. O, bunu "Radio NV" -yə müsahibəsində söyləyib.

Hərbi prokuror müstəntiqlərin qanun çərçivəsində hərəkət etdiklərini qeyd edib. Matiosun sözlərinə görə hərbi prokurorluq baş verənlər haqqında tam təsəvvürə maikdir və Rusiya pasportu almaq üçün ərizə verən Ukrayna vətəndaşlarının şəxsiyyətini müəyyən etməklə məşğuldur.

ABŞ administrasiyasında Rusiyaya qarşı ikinici sanksiya  paketi hazırlanır
Birləşmiş Ştatlar Skripal işinə görə Rusiyaya qarşı ikinci sanksiya paketi hazırlayır. Bu haqda RİA Novostiyə ABŞ administrasiyasının nümayəndəsi məlumat verib.
Rusiya yığmasının azərbaycanlı oyunçusu Aleksandr Səmədov karyerasını başa  vurdu
35 yaşlı idmançı özünün bu qərarını İnstagram səhifəsindən açıqlayıb.

"Əziz dostllarım, yaxınlarım, azarkeşlərim! Futbolçu kimi özümün idman karyeramı başa vurmağın zamanı gəldi. Uzun illər sizin mənim yanımda olduğunuzu bilərək yaşadım, işlədim, oynadım,arzuladım, planlar qurdum. Sizin mənimlə və Rusiya futbolu ilə qürur duymağınız üçün qələbəyə nail olmağa çalışdım. Mən idmançı, futbolçu və şəxsiyyət kimi yetişmək istədim. Bu arzularım gerçəkləşdi. İstədiyimə çatdım! Mən xoşbəxtəm ki, siz hər zaman mənə inandınız, dəstəklədiz, həyəncanlandınız, irəli getmək, daha böyük uğurlar əldə etmək üçün güc verdiniz!"-deyə futbolçu yazıb.
Sobyanin icazəsiz mitində təxribat ola bilıcəyindən xəbər verib
Sobyanin xəbərdarlıq etdi. Mitinqi təşkil edənlərlər də, oara gələnlər də təxribat törətməyə hazırlaşırlar. Lakin bunun qarşısı alınacaq.

Bu günə təyin olunmuş icazəsiz mitinqində ciddi təxribat baş verəcəyi ehtimalından Moskva meri Sergey Sobyanin özünün Twitter səhifəsindən xəbər verib.


Vüqar Bayramov - Şairin dünyası qız qoxuludu!
Şairin dünyası qız qoxuludu!


Bu yay axşamında bahar havası,
Təbiət bu gecə yaz qoxuludu!
Hamının dilində şirin arzular,
Hamının dodağı söz qoxuludu!

Gözlər intizarda, qəlb həvəsdədi,
Hamı bir arzuda, bir nəfəsdədi.
Qulaqlar həsrətlə xırda səsdədi,
Həsrətin vüsalı naz qoxuludu!

Xəbəri titrətdi küləklər kimi,
Gəldi gecə yarı, mələklər kimi.
Muştuluq həvəsli ürəklər kimi,
Ocaq qoxuludu, köz qoxuludu!

Açıldı cığırım, izim dünyaya,
Qəlbimdən gələni yazım dünyaya.
Bu gecə göz açdı qızım dünyaya,
Şairin dünyası qız qoxuludu!


22.07.2018

Dünya mənim gözümdə bu baxışın boydadı.

Elə şirin baxırsan səddin, çəpərin yoxdur,
Sən elə bir duyğusan ölçün, qədərin yoxdur.
Səninlə gözəlləşib həyat xəbərin yoxdur,
Dünya mənim gözümdə bu baxışın boydadı.

Balalar gül doğulur, balalar çiçək olur,
Çirkin körpə görmədim, hamısı göyçək olur.
Bu məsum baxışında arzular gerçək olur,
Dünya mənim gözümdə bu baxışın boydadı.

Ömrümün hər saatı, dəqiqəsi, anısan,
Özünü çox sevərsən gözlərimdə tanısan!
Atanın gül qızısan,ürəyisən, canısan,
Dünya mənim gözümdə bu baxışın boydadı.

26.02.2019
Rusiya səfirliyi xəritədə Krımı Ukraynanınkı kimi göstərib
Rusiya səfriliyi Twitter səhifəsindəki paylaşımında Krımı xəritədə Ukrayna ərazisi kimi göstərdi. Ukrayna XİN-i də təşəkkür edərək davamını digər qurumlardan gözləyirik-deyə repost yazdı.

Rusiyanın Böyük Britaniyadakı səfriliyi Twitter səhifəsində Krımı Ukrayna əraizisi kimi göstərib.

Rusların yarısının əmək haqqı 35 min rubldan az imiş
Rosstat-ən məlumatlarına görə, böyük və orta müəssisələrdə işləyən rusların yarısı 34,335 rubldan az gəlir əldə edir. Nisbətən yüksək maaşı olan balıqçılardır.

Peskov Putinlə Zelenski arasındakı  telefon söhbətindən danışdı
Prezident seçilləndə təbrik etmədi, lakin prezident kimi qəbul edib telefonla danışdı. İlk cümləsi "Salam" olub-deyə yazır Rusiya mətbuatı. Salam verməkdə qeyri-adi nə olduğu anlaşılan deyil. Yəni "Alo" deməyibmi? Nə isə ki, prezidentlər arasında olan telefon söhbətini Peskov şərh edib.

Tarix : 3-10-2012, 18:10
Nəyin qurbanıyıq?
Həyatımı mətbuata daşımayanlardanam deyəcəm. Amma mövzuya özümüzün hisslərimizdən yüzdə doxsan doqquz faiz qatırıq. Mən də istisna olmadığımı sanıram. Hətta altruistin belə “mən etdim” eqoizmini əməlinin, ya da yazısının altında qoyduğu imza təsdiqləyir. Ceyhun Musaoğlunun təbirincə desəm, “Balıq bilməz xaliq bilər” qaydaları çoxdan pozulub. Baxmayaraq ki, o, “el üçün agladım, gözümdən olmadım, demək, qaydanı pozmuşam”-demişdi mənimlə müsahibəsində. İndi “balıq bilsin, xaliq bilməsə də olar”- tendensiyasından yanaşma var. Yəni burada da qayda pozulub. Nəysə...

Ötən gün qardaş deyib sevdiyim bir jurnalist dostumla söhbət əsnasında qəribə bir anlaşılmazlıq yaşandı. “Moskva fəth olunmaq üçün çox böyükdür”- ifadəmə qarşılıq olaraq, “Moskvanın böyüklüyünü gözümə soxma”- dedi. Mən isə cavabımda: “mən kiçik olduğumu göstərmək istədim”-dedim. Doğrusu indi cümləni quranda dilimizin qrammatikasından daha çox məntqinə fikir verənlər, sözün xəbərin yanında işlənməsinin onun vurğusuna təsirinin fərqində deyillər. Bizim üçün vurğu səs tonunun yuksəlməsidir. Amma aşağı tonla da fikrin vurğusunu yüksəltmək olur. O dostum mənim vurğulamaq istədiyimi tərsindən anlamışdı. Moskvanın böyüklüyündə öz böyüklüyümü göstərmək istədiyim kimi. Qınamadım onu . Çünki...

Elə buradan mətləbə giriş edim.
İtə deyirlər:- “Niyə hürürsən?” Deyir:- “Qorxuduram”. Deyirlər: - “Bəs quyruğun niyə əsir?” Deyir: -“Çünki özüm də qorxuram”.

“Qatır Məmməd” filminə baxanlar bu ifadələri xatırlayırlar, yəqin ki. Əslində texnologiyanın ən yüksək imkanlara malik oldugü bir vaxtda kinomzun o əski filmlər səviyyəsində olmamasından da danışmaq olar. O filmlərdən ki, kino fondumuzun yaddaşına qızıl hərflərlə yazılıblar və onları bu gün də dönə-dönə izləyib, oradakı kəlam yüklü ifadələri xatırlamaqdan adam yorulmur.

Bəlkə də etik baxımdan o kinodan misal çəkdiyim, insanın yaltaqlığına və qorxaqlığına işarə olan bu “itə bənzətmə” doğru deyil. Şərəfinin dəyəri tutduğun yerin (vəzifənin) dəyərinə görə hesablandığı bir zamanda “aşağıdakının” “yuxarıdakını” bu dillə tənqid etməsinin baha başa gələcəyinə əmin olanda isə bunu gözə alıb özün quyruq bulayan roluna düşəcəyin kəskindir. Ona görə...

Hər şeydən sığortalanmağın məcburiyyətə dönüşdüyü dönəmdən keçdiyimiz üçün filmdən etdiyim o çıxarış da sadəcə onu xatırlamaq baxımından etdiyim olsun, deyim. Yerində olsa da, yersiz olduğunu birinci özüm təsdiqləyim deyirəm, “amma yeri var”-demədən də keçə bilmirəm.

Ortalıqda olan real gerçəkliklərin təzədən bir videoçarxda firlanmasına münasibət bildirmək də bildiyimizin təkrarıdır. Amma təkrarlar deyib özümüzlə bu günə gətirdiklərimiz nədənsə həmişə keyfiyyət deyilənin tərsi olub. Bəlkə də tərsindən anladığımız üçün onu özümüzlə bu günə daşımışıq.

Bizdə inkişaf “Əcnəbi göydə balonlarda gəzir” ironiyasından alığımız dərsin praktik nəticəsi olaraq özümüz göylərdə gedib əcnəbini ayağımıza gətirməklə sonuclanır. Bizdə irəliləyişimizin sərhəddi sadəcə böyük salonlarda “əcnəbi gözəllərin” ayağına pul səpib geridə qalmadığımızı nümayiş etdirməklə bitir. (Bəlkə çoxlarının bacara bilmədiyini bacara bilməkdir. Havayı pulları havaya səpənə isə inanın ki, o əcnəbi gülür-T.V).

Bizdə o qədər tərsliklər düz kimi sərgilənir ki, bəzən astarla üzünü belə ayırmaqda çətinlik çəkirsən. Cəmiyyətin tragikomik nəbzini tutmağı bacaranına, gülüş günündə olanına ağlayıb ona bəraət qazandıra bilirik. Çünki onun bu gününə bəraət qazandıran keçmişinin acı göz yaşlı etirafları var. Lakin elə ona oxşar ekrandan, efirdən deyil, həyatın içindən həyatına ağlayıb, göz yaşları ilə əl uzadıb dilənənin isə bəraəti yoxdur. Ona sadəcə acımasız və ikrahla baxmaq var. Çünki o həyatını düz yaşayıb, yanlışlıqdan qorunduğu üçün həyatın tərs silləsini yeməyə məhkum olduğunu bilmlir. Düz yaşayanlara hər yerdə qapılar bağlıdır. Səbəbi və günahı isə özündə, milyonları faciəsinə ağlada bilmək kimi oyunçuluq bacarığı olmamasındadır. Özündən küssün.

Deyirlər ən qorxulu şey, anlaya bilmədiyin şeydir. Bəlkə klassiklərimizin göstərdiyi bir əsrlik problemlərin bu gün aktual olması da bu səbəbdəndir. Onları anlaya bilməməyimiz səbəbindən.

Rus psixoloqu V. Sinelnikov “Özünü tanı” (“Poznay samoqo sebya”) kitabında deyir ki, pisliklə-haqsızlıqla mübarizə aparmayıb kənarda durmaq, onun içinə düşməkdir və sən mübarizənin yox, gücsüzlüyünün qurbanısan”.

Qorxudan və qorxan it timsallımı?




Baxış: 834 | Bölmə: Yazarlar, Tünzalə Vəliqızı
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru