Peskov Petrov və Boşirov barədə sual-cavabın gözlənilməz olduğunu deyib
Kremlin sözçüçü Dmitri Peskovun sözlərinə görə Böyük Britaniyanın Skripal işində şübhəli bildiyi ruslar haqqıdna Vladivostok forumunda verilən sual və Putinin cavabı gözlənilməz i."Biz bu haqda heç nə bilmirdik"-deyə Rossiya-1 kanalına verdiyi müsahibsində deyib.

Rosqvardiyanın başçısı Navalnını duellə hədələdi

"Zabit ortamında" belə təhqirlərə duellə cavab verilir. Mən də səni duelə çağırır və səndən döyülmüş ət qiyməsi edəcəyimə söz verirəm. İylənmiş, çürük birisiniz. Zolotov Navalnını belə hədələdi.

Rosqvardiyanın başçısı Viktor Zolotov Korrupsiyaya qarşı mübarizə fondunu (FBK) rəhbəri Aleksey Navalnıya videomüraciət ünvanlayaraq onu hədələyib. Bununla o, müxalifətçinin Rosqvardiya döyüşçülərinə alınan qida məhsulları ilə bağlı apardığı araşdırmaya və onun şəxsinə qarşı işlədilmiş "təhqiredici" və "böhtan xarakterli" ittihamlara cavab verib.
Ermənistan Amerikanın pulu ilə tikilən biolaboratoriyanın qapısını  Rusiyaya açdı
«Ъ»-a müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsində Amerika vəsaiti ilə tikilən biolaboratoriyanı rus ekspertlərinin ziyarət etdiyi barədə məlumat verib.
Putin Sobyanini təbrik etdi

Rusiya prezidenti Vladimir Putin senytabrın 9-da keçirilən mer çekilərində Sergey Sobyanini qalib gəlməsi münasibətilə təbrik edib. Bu haqda TASS agentliyinin məlumatında deyilir.

Ukrayna mətbuatı Zaxarçenkonun ölmədiyindən şübhələnir
Ukrayna KIV-nin qondarma DNR-in başçısı Aleksandr Zaxarçenkonun ölümünün səhnələşdirildiyindən (tamaşa olduğundan) şübhləndiyi haqda Dni.ru qəzeti yazıb.
Dinlə bağlı  zarafat edəni həbs gözləyir

Səudiyyə Ərəbistanında dinlə bağlı zarafat edəni həbsə atmağı düşünürlər.
Moskva əyalətində qubernatorluğa namizədlə görüş zamanı atışma olub

"Yaşıllar alyansı" partiyasından Moskva vilayəti qubernatorluğuna namizəd olan Liliya Belova Sergiyev-Posad rayonunun Mexovo kəndində seçiciləri ilə gğrüç zamanı silahlı insident müşahidə olunub. Bu haqda TASS agentliyinə namizıdin qərargahından məlumat verilib.
İsveç siyasətçiləri "Şimal axını-2"-yə  qarşı
İsveçin parlament partiyalarının əksəriyyəti Rusiyanın "Şimal axını-2" qaz kəmərinin tikintisinin dayandırılmasını istəyir. Bu barədə Sveriges Radio radisotansiyası xəbər verib. İsveçli siyasətçilər bunua səbəb olaraq təhlükəsizlik və Avropa Şurasının yenilənən enerji mənbələrinin istehlak payının artırması məsələlərini önə sürürlər.
Məmməd İsmayıldan yeni poema - Sən məni dünyaya gətirdin, ana...
[i]Haçansa "Bircə ana-vətəndi, yerdə qalanı qürbət" misralarını yazmışdım. Qocalıqdandır, qürbətdəndir, bilmirəm, anam tez-tez yadıma düşür və düşdüyü anda da başlayıram balaca uşaq kimi hönkür-hönkür ağlamağa. O talesiz qadın bu dünyaya niyə gəlmişdi, gəlişinin məqsədi nəydi, nə gördü, nə yaşadı? Ömrün 22 yaşında dul qalan, saçının birini ağ, birini qara hörüb min zülm, zillətlə tək oğlunu böyüdən, sonunda da yeddi arzusundan birinə çatmadan dünyadan köçən bir ana düşünün. Bulaqlar başında, çaylar üstündə günəşli günlərdə, ayqaranlıq gecələrdə tək oğlu üçün göylərə əl açıb dualar edən, yerdə iki qabarlı əlindən, göydə Allahından başqa kimsəsi olmayan bu ananın, bu çilələrin əvəzində gördüyü nə oldu?
Britaniya prokurorluğu Skripalları zəhərləyənlərin adlarını  açıqladı
Rusiya Dövlət kəşfiyyat idarəsinin (QRU) sabiq polkovniki Sergey Skripal və qızı Yuliyanı zəhərləyərək həyatlarına qəsd edtmək istəyənlərin adı açıqlanıb. Bunlar Alkesandr Petrov və Ruslan Boşirovdur.SkyNews-ə bu məlumatı Britaniya prokurorluğuna istinadən yayıb.

Dağıstanda yüksək vəzifəli məmur saxlanıldı -VİDEO
O avtomobil yolunun bərpası üçün büdcədən ayrılan pulları mənimsəməkdə günahlandırılır.

Federal əhəmiyyətli avtomobil yolları idarəsi "Kaspi" Dağıstan filialının rəhbəri Məhəmmədrəsul Ömərov Maxaçqalada saxlanılıb. TASS-ıngüc sturukturlarından aldığı məlumata görə onun kabinetində axtarış aparılır.
Tanınmış ekstrasens Zirəddin Rzayev "Stop" layihəsində Azərbaycan şou-biznesinə qiymət verdi
Azərbaycan şou-biznesini ona baxanların psixologiyası və xarakteri tənzimləyir... Tanınmış ekstrasens Zirəddin Rzayev "Stop" layihəsində dediyindən bu qənaətə gəlmək olar.

Uzun aradan sonra Azərbaycana səfər edən tanınmış ekstarsens Zirəddin Rzayev Nail Naiboğlunun "Stop" layihəsinin qonağı olub. Şəxsi həyatı və fəaliyyəti ilə bağlı açıqlamalar verən ekstarsensə verilişin formatıma uygun olaraq Azərbaycan şou-biznesi, onun simalarına yönəlik suallar verilib.
Putin sentyabrın 7-də İrana işgüzar səfərə gedir
Sentyabrın 7-də Rusiya prezidenti Vladimir Putin Astana görüşlərində Suriya münaqişəsinin həllinin qarantı olan ölkə başçılarının üçüncü üçtərəfli görüşündə iştirak etmək üçün İran İslam Respublikasına işgüzar səfər edəcək. Bu barədə Kremlin mətbuat xidmətindən xəbər verilib.

Səfər çərçivəsində İran lideri Həsən Ruhani və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş planlaşdırılıb.

"Rusiya prezidenti ilə İran və Türkiyə liderləri arasındakı ikitərəfli görüşlər də planlaşdırılır" -deyə bəyanatda qeyd edilir.

Bundan əvvəl xəbər verilmişdi ki, sentyabrın 7-də Tehranda keçiriləcək zirvə toplantısında Rusiya, Türkiyə və İran prezidentləri Suriya münasişəsinin həllinin bütün aspektlərini, həmçinin kimyəvi silahlardan istifadə təxribatı məsəsləsini müzakirə etmək niyyətindədirlər.

Yenises.ru
Zaxarçenkonun dəfninə 120 mindən çox adam gəlib
Qətlə yetirilmiş Qondarma Dontesk Xalq Respublikasının başçısı Aleksandr Zaxarçenkonun dəfninə 120 mindən çox adamın qatıldığı barədə administrasiyanın nümayəndələri jurnalistlərə məlumat verib.
İosif Kobzonun dəfnində ölkənin birinci şəxsləri iştirak edib
Vladimir Putin və Dmitri Medvedev Kobzonun dəfn mərasimində iştirak etsələr də, çıxış etməyiblər. Prezident və baş nazir onun tabutuna gül qoyub, aiəsi və yaxınlarına başsağlığı verməklə kifayətləniblər.

Poroşenko Makkeynlə vida mərasimində onu Ukraynanın qəhrəmanı adlandırıb
Ukrayna prezidenti Petr Poroşenko Amerika senatı Jon Makkeyni Ukraynanın qəhrəmanı adlandırıb. Bu barədə prezidentin mətbuat xidmətinə isitinadən "Ukraynskaya pravda" xəbər verib.
Zaxarçenkonun  qətlində detallar
Onun qətlində açıq partlayıcı qurğudan istifadə edilib. Qondarma Donetsk Xalq Respublikası başçısının məsləhətçisi Aleksandr Kozakov bu barədə açıqlama verib. RİA Novostinin məlumatına belə deyilir.

Kozakovun sözlərinə görə Zaxarçenkonun qətlində istifadə edilən açıq partlayıcı qurğunun əsas iş prinsipi partlayış dalğası və yanğın doğurmaqdır. "Partlayış onlar kafenin içərisinə daxil olan anda meydana gəlib. Birinci mühafizəçi girib və o, dərhal ölüb. İkinci Aleksandr Vladimiroviç, daha sonra DNP-nin başqa bir mühfizəçısı, ardından Gəlir və vergilər naziri Aleksandr Timofeev içəri keçib"-deyə Kozakov bildirib.

Xatırladaq ki, avqustun 31-də axşam saatlarında Donetskin mərkəzindəki "Separ" restoranında partlayış baş verib, nəticədə Xalq demokratik respublikasının rəhbəri Aleksandr Zaxarçenko həlak olub. DNR-in Gəlir və vergilər naziri Aleksandr Timofeev isə ciddi şəkildə yaralanıb.

Yenises.ru



Putinin uşaqlıqda könlündən prezident olmaq keçməyib
Rusiya dövlət başçısı Vladimir Putin uşaqlıqda prezident olmağı arzu etmədiyini söyləyib. Bu haqda RİA Novosti xəbər verib.
Tarix : 8-10-2012, 19:39
ÜRƏKDƏN GƏLƏN SÖZLƏR...
Sevimli Türkiyəmizin Çanaqqala şəhərində yaşayan bir dost, bir şair, dadlı-duzlu qələm sahiblərindən olan Mustafa Berçin haqda yazmaya bilməzdim. Bu insanın sözləri onun qəlbinin duruluğunu, saflığını və Azərbaycanımıza olan məhəbbətini əks etdirir çünki.

Mustafa Berçin - 1959-cu ildə Malatya vilayətinin Akçatoprak kəndində anadan olub. Doğma kəndində orta məktəbi, Ankarada Ticarət və Turizm Ali Məktəbini, Çanaqqala 18 Mart Universitetini bitirib.
Bir müddət pedaqoji fəaliyyətlə məşğul olub.
Hazırda Ali Təhsil Akademiyasında inzibati işlə məşğuldu.
Həm də Akademi Şeir Dərnəyinin rəhbəridi.

Mən bu gözəl insanla əziz şairimiz Məmməd İsmayıl vasitəsilə, bu ilin 18 mart Dəniz Zəfəri günlərində iştirak edərkən tanış oldum. Mustafa bəy mənə iki kitabını hədiyyə etdi. Həmin günlərdə keçirilən şeir çölənlərində Şiir Akademiyasının diplomu ilə təltif olundum.

Aprel ayında Türkiyədə Avrasiya Yazarlar birliyinin üzvü seçilərkən bu istedadlı insanla görüşmək mənə bir daha nəsib oldu. Daha iki şeir və hekayələr kitabını mənə bağışladı Musfafa bəy.
"Ülkü ocaqları" tədbirində şəhidlərin anımı günü və ondan sontakı toplantıda, şairin həyat yoldaşı və iki gözəl övladı ilə də tanış oldum.
Həm gözəl şair, həm mehriban ata, həm də qayğıkeş həyat yoldaşı olmaq kimi bütün gözəl keyfiyyətləri özündə cəmləşdirən, şəxsiyyətinə dərin hörmət bəslədiyim Mustafa Berçinin şeirlərini Azəri türkcəsinə uyğunlaşdırıb xalqıma çatdırmağı özümə borc bilirəm.

Türk xalqı hər zaman istedadlar yetişdirib və hər zaman da yetişdirəcəkdir.
Qardaş eldə yaşayan qələm dostuma uğurlar arzulayıram!

Avrasiya Yazarlar Birliyinin üzvü
Afaq ŞIXLI. Moskva


ÜRƏKDƏN GƏLƏN SÖZLƏR...

AMAN XƏZƏR!

Çevirən: Afaq Şıxlı

Əsrarəngiz gecələrdə, Bakıda
Bədrlənmiş ay salamlar Xəzəri.
Ona bənzər gözlərinin rəngi də...
İşıq saçar ləpələrin üzəri.

Göy mavisi – Türküyümün nişanı,
Qırmızısı - şəhidimin al qanı.
Yaşıl rəngi təmsil edər İslamı.
Uzaq olsun bədxahların nəzəri.

Aman Xəzər, yaslı Xəzər, can Xəzər!
Sahilində dalğa-dalğa qəm gəzər...
Hüzünlüsən, bayrağından qan sızar!
Qalmayıbdı duaların kəsəri.

Qarabağda üfüqlərin qaralı...
Şair sinəm Xocalıdan yaralı!
Mustafa da düşüb sizdən aralı...
Zəfərədək od alacaq məzarı!

ƏLİNƏ DÜŞDÜ


Bir gözəl sevəndən, elimdən uzaq,
Sevdam aşıqların dilinə düşdü.
Aldı ürəyimi məndən Qarabağ,
Gözüm bir nazənin gəlinə düşdü.

Gözümdən uzaqdı, könlümə yaxın!
Bitməz ki, həsrəti... Qəm axın-axın!
Mənə tuş eylədi məhəbbət oxun,
Ahım kəmənd oldu, belinə düşdü.

Çağlama, ey Xəzər, dərdim oyanar!
Kükrəyib çoşaram - rüzgar dayanar.
Xarı bülbül desəm, ürəyim yanar
Vətənim yağılar əlinə düşdü.

Çıxıb Ağrı dağa dumana batsam,
O Cıdır düzündə, çöllərdə yatsam!
Tutarmı əlimi, yara uzatsam?
Günəşin səfəqi telinə düşdü.

Əriyib getsə də dağların qarı
Silmədi könlümdən qəmi, əfkarı…
Bu qanın, davanın iti rüzgarı
Qoca Şəhriyarın elinə düşdü!

Tutqun xəyallarım üfüqdə buzlar...
Qəlbim bu həsrətdən sızlar ha, sızlar!
Nədən kədərlidir elimdə qızlar?
Bəxtləri ayrılıq selinə düşdü?!

MƏNIM BULUDLARIM HÜZÜNLƏ DOLMUŞ


Mənim buludlarım hüzünlə dolmuş,
Göz yaşı axıdar qəm olan yerə.
Yığışıb sellənib ümmana dönmüş...
Nolardı, “sevirəm” desə bir kərə?!

Mənim buludlarım yoldaşdır yelə,
Bülbültək aşiqdir bir qızılgülə.
Sevən ürək üçün atəşdir çilə -
Yaxar bu dünyada, qoymaz məhşərə.

Mənim buludlarım susar, çağlamaz,
Sevdaya düşməyən, ürək dağlamaz.
Bozarar, qaralar, amma ağlamaz,
Baş əyməz zülümə, nə də qədərə.

Mənim buludlarım dağlara həmdəm,
Enməz düşsə belə qəm üstünə qəm.
Bu sevgim mirasdır sizlərə məndən,
Vəfasız kim olsa, düşsün kədərə.




Baxış: 1746 | Bölmə: Yazarlar, Afaq Şıxlı
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yazarlar
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru