RUS ALİMLƏRİNİN XARİCİLƏRLƏ ÜNSİYYƏT QAYDALARI SƏRTLƏŞDİRİLİR
Rus ailmləri xarici həmkarlarları ilə elmi mübadilə aparmaq üçün xüsusi icazə almalı və bu prosesdə bütün danışıqlar qeydə alınıb ali təhsil və elm nazirliyinə təqdim edilməlidir. Bir sözlə alimlərin elmi -praktik konfransları, görüşləri tam nəzarətə götürülür.

Rusiya ali təhsil və elm nazirliyi rus elm adamlarının xarici həmkarları ilə əlaqə qaydalarını sərtləşdirən qanun hazırlayır. Sənədin surəti "Trotsk varınatı" ("Trotskiy varinat") qəzetində dərc olunub. Rusiya Elmlər Akademiyası texnika elmləri üzrə doktoru, professor Aleksandr Fradkovun bu əmrlə bağlı açıq etiraz məktubu da adıçəkilən qəzetdə yer alıb.

FACEBOOK  SƏSLI MESAJLARI GİZLİNCƏ DİNLƏYİRMİŞ
Bir həftə əvvələ qədər Facebook audio-faylları dinləyirmiş. Bunun da istifadəçi anlaşmasında razılaşdırıldığını deyib. Yəni istifadəçilərin bilgisi daxilində olduğu deyilir.

Bloomberg agentliyi Facebook kompaniyası istifadəçilərin səsli mesajlarını açmaq üçün buna yüzlərlə muzlu işçi cəlb etdiyi faktını açıqlayıb.

Anonim mənbə bildirib ki, korporasiyanın rəhbərliyi qarşısına səsli mesajların yer və zamanını gizli saxlamaqla audoi-faylların oxunması məsələsini qoyub. İşçilər bunun nəyə lazim olduğunu bilmədən təəccüblə dinləyiblər.
Mariya Zaxarova: Rusiyanın Qarabağın statusu haqqında fikri dəyişməzdir
Rusiya XİN yetkilisi Mariya Zaxarova bu fikri jurnalistlər üçün keçiridiyi bugüngü brifinqdə səsləndirib.

"Bizi Azərbaycan və Ermənistan münaqişə xəttində sakitliyin müşahidə olunması məmnun edir. Bununla yanaşı, tərəflərin müxtəlif yollarla bir-birini ittiham etməsi də narahatçılıq yaradır"-deyə Zaxarova qeyd edib.

Bu cür ritorikalar danışıqlar prosesində əlverişli şərtlərin formalaşdırılmasına və konfliktin həll olunmasında kompromiss variantlar axtarmağa imkan vermir- Rusiya xarici siyasət qurumundan qeyd ediblər.

"Rusiya Dağlıq Qarabağın son statusunun Azərbaycan və Ermənistan arasında danışıqlar yolu ilə müəyyən edilməsindən yanadır"-deyə XİN nümayəndəsi göstərib. Onu da əlavə edib ki, rəsmi Moskvanın mövqeyində heç bir dəyişiklik yoxdur.

Xarıtladaq ki, avqustun 7-də Ermənistan baş naziri Nikol Paşinyanın tanınmamış Dağlıq Qarabağ respublikası haqqında "Bura Ermənistandır"-deməsi Azərbaycan tərəfindən qəzəblə qarşılanıb.

Yenises.ru
Sabiq qırğız prezidenti Atambayevin rezidensiyasına basqın davam edir

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin rezidensiyasına basqında yaralananlar Dövlət Milli Təhlükəsizlik komitəsi əməkdaşlarının sayı artır. Almaz Atambayevi tutmaq üçün xüsusi əməliyyatda iştirak edən DTK əmdaşaları arasında yaralananların sayı 27 nəfərə çatdığı haqda RİA Novosti-yə komitənin mətbuat xidmətindən xəbər verilib.
Lukaşenkonun "oyunu" özünə baha başa gələ bilər
Lukaşenkonun Rusiyaya inteqrasiya məsələsini qarşı tərəfə təzyiq vasitəsinə çevirməsinə "Bulba Prestolov" Teleğram kanalı toxunub. Dni.ru iformasiya portalının Telegram kanala istnadən yazdığına görə Belorusiya prezidenti Aleksandr Lukaşenkonun başı üstündə qara buludlar dolaşır. Rusiya rəhbərliyi Batkanın şərtləri ilə inteqrasiyaya razı deyi-deyə ekspertlər xəbərdarlıq ediblər. Onların sözlərinə görə Rusiyada belorus liderinə kimsə güvənmir və onunla ünsiyyətdən qaçırlar.

Son zamanlar Belorusiyada qərbyönlü millətçilik baş qaldırıb-deyə "Bulba Prestolov "Telegram kanalın müəllifləri bildirirlər. Buna görə Rusiya Aleksandr Lukaşenko rejiminin maliyyələşdirilməsinin məqsədəuyğun olduğuna daha çox şübhə edirlər.
Rusiya XİN-dən ABŞ və Almaniyanın 3 avqust aksiyasını işıqlandırmasına   etiraz
RF Xarici işlər nazirliyinin ABŞ və Almaniyaya onların diplomatları və mediasının Rusiyanın daxili işiniə qarışması ilə bağlı rəsmi müracət göndərəcəyini qurumun nümayəndəsi Mariya Zaxarova "Bazar axşamı Vladimir Solovyevla" proqramında açıqlayıb. Bu avqustun 3-də Moskvada keçirilən icazəsiz mitinqin işıqlandırılması ilə əlaqəlidir.

Situasiyanı araşdırmağı xarici işlər nazirliyinin nümayəndəsi Mariya Zaxarova təklif edib.

"Mən düşünürəm ki, ABŞ rəhbərliyi onun diplomatlarının Rusiyanın daxili işinə qarışmalarına təəccüblənəcəklər"-deyə qeyd edib.

RUBRIKA: Belə də olur - SƏYYAR MAĞAR

Axşam aldığım xəbəri kənddən uzaqda yaşayan eloğlu ilə bölüşmək üçün zəng elədim:
--Salam, əmioğlu. Loxəbərlik olmasın, Məmmədəlinin ölümündən xəbərin var?
--Salam. Var, əmioğlu, var.
Moskvadakı icazəsiz mitinqdə 600 nəfər saxlanılıb
DİN-nin paytaxt rəhbərliyindən verilən məlumata görə avqustun 3-də Moskvada keçirilən icazəsiz aksiyada 1500 adam iştirak edib və onlardan 600 nəfərə yaxını saxlanılıb. Bu haqda RİA Novostinin məlumatında deyilir.
Moskvanın mərkəzində yanan binanın söndürülməsində 24 texnika və 2 vertolyotdan istifadə edilib
Bu gün səhər səhər saat 6:18 radələrində Moskvanın mərkəzində- Dubninsk küçəsi ev 41/4 ünvanında olan dördmərtəbəli binada yangın baş verib. Fövqəladə hallar nazirliyindən verilən məlumata görə yanğın 5 min kvadratmetr sahəni əhatə edib. Yanğını n söndürülməsində 80 nəfər yangınsöndürən, 24 texnika, o cümlədən 2 vertolyot iştirak edib. Xilasedicilər yanğının ətrafda yerləşən binalara və eləcəə də yaxınlıqdakı benzindoldurma məntəqəsinə keçməsi təhlükəsinin qarşısını almağa çalışıblar.
[right]Rusiya pasportu alan ukraynalılar sorğuya çəkilirlər
Ukraynanın hərbi prokuroru Anatoli Matios bəyan edib ki, Rusiya pasportu almaq üçün müraciət edən Donetsk və Luqansk vilayətinin sakinləri qurum tərəfindən sorğuya çağırılıb. O, bunu "Radio NV" -yə müsahibəsində söyləyib.

Hərbi prokuror müstəntiqlərin qanun çərçivəsində hərəkət etdiklərini qeyd edib. Matiosun sözlərinə görə hərbi prokurorluq baş verənlər haqqında tam təsəvvürə maikdir və Rusiya pasportu almaq üçün ərizə verən Ukrayna vətəndaşlarının şəxsiyyətini müəyyən etməklə məşğuldur.

ABŞ administrasiyasında Rusiyaya qarşı ikinici sanksiya  paketi hazırlanır
Birləşmiş Ştatlar Skripal işinə görə Rusiyaya qarşı ikinci sanksiya paketi hazırlayır. Bu haqda RİA Novostiyə ABŞ administrasiyasının nümayəndəsi məlumat verib.
Rusiya yığmasının azərbaycanlı oyunçusu Aleksandr Səmədov karyerasını başa  vurdu
35 yaşlı idmançı özünün bu qərarını İnstagram səhifəsindən açıqlayıb.

"Əziz dostllarım, yaxınlarım, azarkeşlərim! Futbolçu kimi özümün idman karyeramı başa vurmağın zamanı gəldi. Uzun illər sizin mənim yanımda olduğunuzu bilərək yaşadım, işlədim, oynadım,arzuladım, planlar qurdum. Sizin mənimlə və Rusiya futbolu ilə qürur duymağınız üçün qələbəyə nail olmağa çalışdım. Mən idmançı, futbolçu və şəxsiyyət kimi yetişmək istədim. Bu arzularım gerçəkləşdi. İstədiyimə çatdım! Mən xoşbəxtəm ki, siz hər zaman mənə inandınız, dəstəklədiz, həyəncanlandınız, irəli getmək, daha böyük uğurlar əldə etmək üçün güc verdiniz!"-deyə futbolçu yazıb.
Sobyanin icazəsiz mitində təxribat ola bilıcəyindən xəbər verib
Sobyanin xəbərdarlıq etdi. Mitinqi təşkil edənlərlər də, oara gələnlər də təxribat törətməyə hazırlaşırlar. Lakin bunun qarşısı alınacaq.

Bu günə təyin olunmuş icazəsiz mitinqində ciddi təxribat baş verəcəyi ehtimalından Moskva meri Sergey Sobyanin özünün Twitter səhifəsindən xəbər verib.


Vüqar Bayramov - Şairin dünyası qız qoxuludu!
Şairin dünyası qız qoxuludu!


Bu yay axşamında bahar havası,
Təbiət bu gecə yaz qoxuludu!
Hamının dilində şirin arzular,
Hamının dodağı söz qoxuludu!

Gözlər intizarda, qəlb həvəsdədi,
Hamı bir arzuda, bir nəfəsdədi.
Qulaqlar həsrətlə xırda səsdədi,
Həsrətin vüsalı naz qoxuludu!

Xəbəri titrətdi küləklər kimi,
Gəldi gecə yarı, mələklər kimi.
Muştuluq həvəsli ürəklər kimi,
Ocaq qoxuludu, köz qoxuludu!

Açıldı cığırım, izim dünyaya,
Qəlbimdən gələni yazım dünyaya.
Bu gecə göz açdı qızım dünyaya,
Şairin dünyası qız qoxuludu!


22.07.2018

Dünya mənim gözümdə bu baxışın boydadı.

Elə şirin baxırsan səddin, çəpərin yoxdur,
Sən elə bir duyğusan ölçün, qədərin yoxdur.
Səninlə gözəlləşib həyat xəbərin yoxdur,
Dünya mənim gözümdə bu baxışın boydadı.

Balalar gül doğulur, balalar çiçək olur,
Çirkin körpə görmədim, hamısı göyçək olur.
Bu məsum baxışında arzular gerçək olur,
Dünya mənim gözümdə bu baxışın boydadı.

Ömrümün hər saatı, dəqiqəsi, anısan,
Özünü çox sevərsən gözlərimdə tanısan!
Atanın gül qızısan,ürəyisən, canısan,
Dünya mənim gözümdə bu baxışın boydadı.

26.02.2019
Rusiya səfirliyi xəritədə Krımı Ukraynanınkı kimi göstərib
Rusiya səfriliyi Twitter səhifəsindəki paylaşımında Krımı xəritədə Ukrayna ərazisi kimi göstərdi. Ukrayna XİN-i də təşəkkür edərək davamını digər qurumlardan gözləyirik-deyə repost yazdı.

Rusiyanın Böyük Britaniyadakı səfriliyi Twitter səhifəsində Krımı Ukrayna əraizisi kimi göstərib.

Rusların yarısının əmək haqqı 35 min rubldan az imiş
Rosstat-ən məlumatlarına görə, böyük və orta müəssisələrdə işləyən rusların yarısı 34,335 rubldan az gəlir əldə edir. Nisbətən yüksək maaşı olan balıqçılardır.

Peskov Putinlə Zelenski arasındakı  telefon söhbətindən danışdı
Prezident seçilləndə təbrik etmədi, lakin prezident kimi qəbul edib telefonla danışdı. İlk cümləsi "Salam" olub-deyə yazır Rusiya mətbuatı. Salam verməkdə qeyri-adi nə olduğu anlaşılan deyil. Yəni "Alo" deməyibmi? Nə isə ki, prezidentlər arasında olan telefon söhbətini Peskov şərh edib.

Gürcüstan prezidentindən  Putinin sanksiyalara dair sözlərinə reaksiya
Zurabişvili Moskva ilə münasibətləri düzəltməyə hazırdır. Rusiyaya ilımlı mövqeyinin ölkəsində tənqidlə qarşlanacağına gəlincə "Kimsə mənə vətənpərvərlik öyrədə bilməz"-deyib.

Gürcüstan prezidenti Salome Zurabişvili rusiyalı həmkarı Vladimir Putinin Moskvanın Tiflisə qarşı sanksiyalar tətbiq etmək istəmədiyi bəyanatını alqışlayıb. Bu barədə Associated Press-ə müsahibəsində deyib.
Tarix : 14-10-2012, 18:44
Danlama, Anla!   (Hekayə)
Yol çox uzun idi, qısaltmaq üçün körpüyə ehtiyac vardı. Nicat sinəsinin sol tərəfindəki – ürəyindəki qovluğu açdı. Yarımçıq qalmış şeri var idi:

Qələm nöktə qoya bilmir
Gedənlərin arxasından...


Bir az bu parçaya yeni misralar qatmaq üçün qurcalandı, alınmadı. Bütün ilham pəriləri “onun”la getmişdi...

Bu qovluğu bağladı. Beynindəki qovluğu vərəqləməyə başladı. – problemlər qovluğu. Deməli belə, Kamrana zəng etməliyəm, xəstədi. Qəzənfərin oğlunun toyudu, xərc yazdırmaq lazımdı. Evə kartof –soğan, 2 kq ət, bir qutu süd, 10 ədəd yumurta almalıyam, hamısı qurtarıb. Uşağa (balaca qardaşıma) çəkmə almalıyam, yağışlar başlayıb. Telefona şarj aləti almalıyam, itib. Özümə arvad almalıyam, vaxtım keçir...

Dərindən ah çəkib beyninin başqa küncündəki iş qovluğuna nəzər saldı. Bu həftəyə cəmi 3 köynək satılıb, 2 şalvar. Axı niyə belə zəifçilikdi? – düşünməyə başladı. Belə getsə bu ay da kisədən yeməli olacağam...

Şoferin – ay qardaş, düşməyəcəksən? –deməsi ilə Nicat fikirdən ayıldı. Son dayanacağa çatmışdılar. Bağışlayın, fikirə dalmışam – deyib sürətlə avtobusdan endi.

Bir xeyli piyada getməli idi. Addımlarını iri-iri ataraq yarı yeriş, yarı qaçış vəziyyətində irəliləməyə başladı. Işə tələsirdi. Səhər-səhər tezdən nə satdın, satdın. Satmadın yenə dilxorçuluq olacaq – düşüncələri onu daha da sürətləndirirdi...Aha, telefon... telefon zəng çalır. Heç yeridi? – gileylənə-gileylənə cavab verdi. Anası idi.

– Nicat, Sevincin (Nicatın xəstə bacısı idi) yenə halı dönüb, mama qurban, elə indicə huşunu itirdi...neynəyək, dərdli balam, neyləyək indi biz? – Ana ağlayırdı.

– Ana, ağlama, lütfən...bu saat gəlirəm...ana, təcili yardım çağırın bu saat gəlirəm. – telefonu söndürdü. Əsəbdən, qəmdən, kədərdən gözləri qıpqırmızı qızarmışdı. Boğazının damarları şişmişdi. Əks istiqamətə dönüb sürətlə yenicə düşdüyü dayanacağa tərəf qaçmağa başladı. Qarşıdan şaqqanaq çəkib gülə-gülə 3 qız, 3 oğlandan ibarət bir dəstə gəlirdi, yolu demək olar ki, kəsmişdilər. Nicat onların böyründən sürətlə sıyrılıb keçmək istəsə də bu cəhdi alınmadı. Çiyni lap solda dayanan qızın çiyninə dəyib qızı yerə yıxdı. Qız elə yıxıla-yıxıla – göydəcə göyçək ağzını açdı: Eşşək, tərbiyəsiz, qanacaqsız...Sənin anan-bacın yoxdu...? Nicat tələsik – Ay xanım, çox üzr istəyirəm, bilmədən oldu – deyib yoluna davam etmək istəyirdi ki, oğlanlar onun qarşısını kəsdilər.

– Ala, qaqulya, bu nə əskiklikdi elədin sən?
– Vallah bilmədən oldu. Uşaqlar, tələsirəmee...

Nicatın sözləri ağzında qaldı. Düz burnunun üstündən möhkəm bir yumruq dəydi. Müvazinətini itirib yerə yıxıldı. Özünə gələndə oğlanlar çoxdan aradan əkilmişdilər. Burnundan qan açılmışdı. Dəsmalı yox idi deyə qoltuq cibindən balaca nisyə dəftərini çıxarıb 1-2 vərəqini cırdı. Burnunun qanını təmizlədi. Ağlaya-ağlaya yoluna davam etdi. Təbii ki, ağlamağı burnunun ağrısından deyil, içinin ağrısından idi. Sevinc yadına düşdü. Gözlərini qıyıb səsini içində boğacaq tərzdə hönkürdü...

Burnunun qanını sildiyi kağızları əlində büküb saxlamışdı. Atmağa zibil qabı yox idi... Zəng...yenə zəng gəlirdi...Nicat özündən xəbərsiz halda əlindən o kağızı bir kənara tullayıb telefonunu cibindən çıxartdı. Rəşad idi. Həmişəki kimi gözəl bir misra istəyəcəkdi Nicatdan. Sevdiyi qızla görüşə gedəndə Rəşad həmişə belə edirdi. Nicat - mən nə hayda, sən nə hayda?- deyib telefonun “məşğul” düyməsini basdı. Qarşıdakı döngəyə çatanda bir qrup gənc əllərində mikrofon, kamera Nicatın qarşısını kəsdilər. – Biz “şəhərimizi təmiz saxlayaq” adlı monitorinq çəkiliş qrupundanıq. Sizi gördük, əlinizdəki çirkli kağızı (kağızı da götürmüşdülər, o yan-bu yanın kamera ilə lentə alırdılar) zibil qutusuna deyil, küçəyə tulladınız. Sizdən bu natəmiz hərəkətinizə açıqlama istəyirik. Nicatın elə bil başına qaynar su tökdülər.

– Ay allah, bunlar məni hardan tapdı? -əl çəkin məndən, deyib uzaqlaşmaq istədi. Bu zaman bayaqdan onların yanında dayanan iki PPX əməkdaşı yaxınlaşıb, Nicatın bayaq yerə atdığı kağızı ona göstərdilər.

- Vətəndaş, bu nə qandı? Bu kimin qanıdı? Niyə belə nigaransan? Hara tələsirsən, Kimdən qaçırsan? Burnuna nə olub? və s. avtomat kimi ard-arda suallar yağdırdırmağa başladılar. Nicat nə qədər yalvardısa, ay millət, ay qardaş, buraxıne məni, tələsirəm, xəstəm var...Kim idi ona inanan? PPX –nın əməkdaşları harasa zəng etdikdən sonra - bizimlə bölməyə gəlməlisən, deyib onun son ümüdünü də qırdılar. Nicatın bu dəfə ruhu itirdi müvazinətini. Yenildi. Təslim oldu. İki əlini də qabağa uzadıb bağırdı:

- Qandallayın məni!
Polislər bunu etiraf kimi qəbul edib tələsik Nicatın əllərini qandalladılar. Elə bu zaman Nicatın o köhnə telefonuna yenidən zəng gəldi. Telefonu götürmək istədi, amma əli bağlı idi. Polislər sanki sirli bir qətlin üstünü açırmışlar kimi Nicatın cibindən telefonu çıxarıb özləri açdılar. Xırıltılı, yorğun, donmuş və naümüd səslə danışan Nicatın anası idi: - oğlum, bacın öldü...

PS. Mühakimə etməyə tələsmə,
Əvvəl özünü 1-2 qram onun yerinə qoy, 2-3 sm onun addımlarıyla yeri, 3-4 dəfə onun yıxıldığı yerdə yıxıl, 4-5 kərə qalx, üstünü çırp, 5-6 dəfə yağışda islan, 6-7 dəfə palçığa bat, 7-8 dəfə xor baxışlar altında əzil, 8-9 dəfə ac qal...Bütün bunlardan sonra bax, gör səndə eyni ilə 10-un kimi etməzmiydin?!
Mühakimə etmə, qınama, danlama, anla!

Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan (və insanları zənn və ehtimal əsasında mühakimə etməkdən) çəkinin. Şübhəsiz ki, bəzi zənn və gümanlar (heç bir əsası olmayan zənnlər kimi) günahdır. (Əl-hücürat -12)




Baxış: 1300 | Bölmə: Yazarlar, İlqar Kamil
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ən çox oxunanlar
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru