SSRİ-nin dağılmasının "lokomotivi" olan Kravçuk Ukrayna müstəqilliyə səs verməyib- deyir
Müstəqillik aktınin qəbul olunmasına səs verənlər Rusiya ilə ittifaqa razılıq verdiklərini düşünürdülər-deyə Ukraynanın ilk prezidnti Leonid Kravçuk bəyan edib.
Kseniya Sobçak toyuna cənazə maşınında gəldi
Kseniya Sobçak ikinci nigahında "olumla-ölümü" bir araya gətdi

Belə ki, tanınmış və qalmaqallı teleaparıcı nigah evinə qara cənazə maşınında gəlib.

Tramp  G7-nin Rusiya barədə  məxfi məlumatını sızdırdı
Dünya "Böyük 7-lər"ə geri dönməyə can atmayan Rusiya haqqında müzakirərlərdə ikiyə bölünüb. Amerika lideri gizlilik pərdəsini qaldırıb.

RF-nın G7-yə dönməsi məsələsinin qızğın müzakirəsi fonunda Donald Tramp ola bilsin ki, təşkilatın növbəti sammitində Vladimir Putinin də dəvət olunacağını xəbər verib. Amerika liderinin sözlərindən Blumber agetliyi sitat gətirib. Eyni zamanda Peyter agentliyi də məlumat verib ki, G7-lərdə Moskva haqqında danışıqlar olduğunu Tramp təsdiq edib, lakin qeyd edib ki, Rusiyanın "Böyük yeddilərə" dönəcəyi haqqında bir şey deyə bilməz.

RUS ALİMLƏRİNİN XARİCİLƏRLƏ ÜNSİYYƏT QAYDALARI SƏRTLƏŞDİRİLİR
Rus ailmləri xarici həmkarlarları ilə elmi mübadilə aparmaq üçün xüsusi icazə almalı və bu prosesdə bütün danışıqlar qeydə alınıb ali təhsil və elm nazirliyinə təqdim edilməlidir. Bir sözlə alimlərin elmi -praktik konfransları, görüşləri tam nəzarətə götürülür.

Rusiya ali təhsil və elm nazirliyi rus elm adamlarının xarici həmkarları ilə əlaqə qaydalarını sərtləşdirən qanun hazırlayır. Sənədin surəti "Trotsk varınatı" ("Trotskiy varinat") qəzetində dərc olunub. Rusiya Elmlər Akademiyası texnika elmləri üzrə doktoru, professor Aleksandr Fradkovun bu əmrlə bağlı açıq etiraz məktubu da adıçəkilən qəzetdə yer alıb.

FACEBOOK  SƏSLI MESAJLARI GİZLİNCƏ DİNLƏYİRMİŞ
Bir həftə əvvələ qədər Facebook audio-faylları dinləyirmiş. Bunun da istifadəçi anlaşmasında razılaşdırıldığını deyib. Yəni istifadəçilərin bilgisi daxilində olduğu deyilir.

Bloomberg agentliyi Facebook kompaniyası istifadəçilərin səsli mesajlarını açmaq üçün buna yüzlərlə muzlu işçi cəlb etdiyi faktını açıqlayıb.

Anonim mənbə bildirib ki, korporasiyanın rəhbərliyi qarşısına səsli mesajların yer və zamanını gizli saxlamaqla audoi-faylların oxunması məsələsini qoyub. İşçilər bunun nəyə lazim olduğunu bilmədən təəccüblə dinləyiblər.
Mariya Zaxarova: Rusiyanın Qarabağın statusu haqqında fikri dəyişməzdir
Rusiya XİN yetkilisi Mariya Zaxarova bu fikri jurnalistlər üçün keçiridiyi bugüngü brifinqdə səsləndirib.

"Bizi Azərbaycan və Ermənistan münaqişə xəttində sakitliyin müşahidə olunması məmnun edir. Bununla yanaşı, tərəflərin müxtəlif yollarla bir-birini ittiham etməsi də narahatçılıq yaradır"-deyə Zaxarova qeyd edib.

Bu cür ritorikalar danışıqlar prosesində əlverişli şərtlərin formalaşdırılmasına və konfliktin həll olunmasında kompromiss variantlar axtarmağa imkan vermir- Rusiya xarici siyasət qurumundan qeyd ediblər.

"Rusiya Dağlıq Qarabağın son statusunun Azərbaycan və Ermənistan arasında danışıqlar yolu ilə müəyyən edilməsindən yanadır"-deyə XİN nümayəndəsi göstərib. Onu da əlavə edib ki, rəsmi Moskvanın mövqeyində heç bir dəyişiklik yoxdur.

Xarıtladaq ki, avqustun 7-də Ermənistan baş naziri Nikol Paşinyanın tanınmamış Dağlıq Qarabağ respublikası haqqında "Bura Ermənistandır"-deməsi Azərbaycan tərəfindən qəzəblə qarşılanıb.

Yenises.ru
Sabiq qırğız prezidenti Atambayevin rezidensiyasına basqın davam edir

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin rezidensiyasına basqında yaralananlar Dövlət Milli Təhlükəsizlik komitəsi əməkdaşlarının sayı artır. Almaz Atambayevi tutmaq üçün xüsusi əməliyyatda iştirak edən DTK əmdaşaları arasında yaralananların sayı 27 nəfərə çatdığı haqda RİA Novosti-yə komitənin mətbuat xidmətindən xəbər verilib.
Lukaşenkonun "oyunu" özünə baha başa gələ bilər
Lukaşenkonun Rusiyaya inteqrasiya məsələsini qarşı tərəfə təzyiq vasitəsinə çevirməsinə "Bulba Prestolov" Teleğram kanalı toxunub. Dni.ru iformasiya portalının Telegram kanala istnadən yazdığına görə Belorusiya prezidenti Aleksandr Lukaşenkonun başı üstündə qara buludlar dolaşır. Rusiya rəhbərliyi Batkanın şərtləri ilə inteqrasiyaya razı deyi-deyə ekspertlər xəbərdarlıq ediblər. Onların sözlərinə görə Rusiyada belorus liderinə kimsə güvənmir və onunla ünsiyyətdən qaçırlar.

Son zamanlar Belorusiyada qərbyönlü millətçilik baş qaldırıb-deyə "Bulba Prestolov "Telegram kanalın müəllifləri bildirirlər. Buna görə Rusiya Aleksandr Lukaşenko rejiminin maliyyələşdirilməsinin məqsədəuyğun olduğuna daha çox şübhə edirlər.
Rusiya XİN-dən ABŞ və Almaniyanın 3 avqust aksiyasını işıqlandırmasına   etiraz
RF Xarici işlər nazirliyinin ABŞ və Almaniyaya onların diplomatları və mediasının Rusiyanın daxili işiniə qarışması ilə bağlı rəsmi müracət göndərəcəyini qurumun nümayəndəsi Mariya Zaxarova "Bazar axşamı Vladimir Solovyevla" proqramında açıqlayıb. Bu avqustun 3-də Moskvada keçirilən icazəsiz mitinqin işıqlandırılması ilə əlaqəlidir.

Situasiyanı araşdırmağı xarici işlər nazirliyinin nümayəndəsi Mariya Zaxarova təklif edib.

"Mən düşünürəm ki, ABŞ rəhbərliyi onun diplomatlarının Rusiyanın daxili işinə qarışmalarına təəccüblənəcəklər"-deyə qeyd edib.

RUBRIKA: Belə də olur - SƏYYAR MAĞAR

Axşam aldığım xəbəri kənddən uzaqda yaşayan eloğlu ilə bölüşmək üçün zəng elədim:
--Salam, əmioğlu. Loxəbərlik olmasın, Məmmədəlinin ölümündən xəbərin var?
--Salam. Var, əmioğlu, var.
Moskvadakı icazəsiz mitinqdə 600 nəfər saxlanılıb
DİN-nin paytaxt rəhbərliyindən verilən məlumata görə avqustun 3-də Moskvada keçirilən icazəsiz aksiyada 1500 adam iştirak edib və onlardan 600 nəfərə yaxını saxlanılıb. Bu haqda RİA Novostinin məlumatında deyilir.
Moskvanın mərkəzində yanan binanın söndürülməsində 24 texnika və 2 vertolyotdan istifadə edilib
Bu gün səhər səhər saat 6:18 radələrində Moskvanın mərkəzində- Dubninsk küçəsi ev 41/4 ünvanında olan dördmərtəbəli binada yangın baş verib. Fövqəladə hallar nazirliyindən verilən məlumata görə yanğın 5 min kvadratmetr sahəni əhatə edib. Yanğını n söndürülməsində 80 nəfər yangınsöndürən, 24 texnika, o cümlədən 2 vertolyot iştirak edib. Xilasedicilər yanğının ətrafda yerləşən binalara və eləcəə də yaxınlıqdakı benzindoldurma məntəqəsinə keçməsi təhlükəsinin qarşısını almağa çalışıblar.
[right]Rusiya pasportu alan ukraynalılar sorğuya çəkilirlər
Ukraynanın hərbi prokuroru Anatoli Matios bəyan edib ki, Rusiya pasportu almaq üçün müraciət edən Donetsk və Luqansk vilayətinin sakinləri qurum tərəfindən sorğuya çağırılıb. O, bunu "Radio NV" -yə müsahibəsində söyləyib.

Hərbi prokuror müstəntiqlərin qanun çərçivəsində hərəkət etdiklərini qeyd edib. Matiosun sözlərinə görə hərbi prokurorluq baş verənlər haqqında tam təsəvvürə maikdir və Rusiya pasportu almaq üçün ərizə verən Ukrayna vətəndaşlarının şəxsiyyətini müəyyən etməklə məşğuldur.

ABŞ administrasiyasında Rusiyaya qarşı ikinici sanksiya  paketi hazırlanır
Birləşmiş Ştatlar Skripal işinə görə Rusiyaya qarşı ikinci sanksiya paketi hazırlayır. Bu haqda RİA Novostiyə ABŞ administrasiyasının nümayəndəsi məlumat verib.
Rusiya yığmasının azərbaycanlı oyunçusu Aleksandr Səmədov karyerasını başa  vurdu
35 yaşlı idmançı özünün bu qərarını İnstagram səhifəsindən açıqlayıb.

"Əziz dostllarım, yaxınlarım, azarkeşlərim! Futbolçu kimi özümün idman karyeramı başa vurmağın zamanı gəldi. Uzun illər sizin mənim yanımda olduğunuzu bilərək yaşadım, işlədim, oynadım,arzuladım, planlar qurdum. Sizin mənimlə və Rusiya futbolu ilə qürur duymağınız üçün qələbəyə nail olmağa çalışdım. Mən idmançı, futbolçu və şəxsiyyət kimi yetişmək istədim. Bu arzularım gerçəkləşdi. İstədiyimə çatdım! Mən xoşbəxtəm ki, siz hər zaman mənə inandınız, dəstəklədiz, həyəncanlandınız, irəli getmək, daha böyük uğurlar əldə etmək üçün güc verdiniz!"-deyə futbolçu yazıb.
Sobyanin icazəsiz mitində təxribat ola bilıcəyindən xəbər verib
Sobyanin xəbərdarlıq etdi. Mitinqi təşkil edənlərlər də, oara gələnlər də təxribat törətməyə hazırlaşırlar. Lakin bunun qarşısı alınacaq.

Bu günə təyin olunmuş icazəsiz mitinqində ciddi təxribat baş verəcəyi ehtimalından Moskva meri Sergey Sobyanin özünün Twitter səhifəsindən xəbər verib.


Vüqar Bayramov - Şairin dünyası qız qoxuludu!
Şairin dünyası qız qoxuludu!


Bu yay axşamında bahar havası,
Təbiət bu gecə yaz qoxuludu!
Hamının dilində şirin arzular,
Hamının dodağı söz qoxuludu!

Gözlər intizarda, qəlb həvəsdədi,
Hamı bir arzuda, bir nəfəsdədi.
Qulaqlar həsrətlə xırda səsdədi,
Həsrətin vüsalı naz qoxuludu!

Xəbəri titrətdi küləklər kimi,
Gəldi gecə yarı, mələklər kimi.
Muştuluq həvəsli ürəklər kimi,
Ocaq qoxuludu, köz qoxuludu!

Açıldı cığırım, izim dünyaya,
Qəlbimdən gələni yazım dünyaya.
Bu gecə göz açdı qızım dünyaya,
Şairin dünyası qız qoxuludu!


22.07.2018

Dünya mənim gözümdə bu baxışın boydadı.

Elə şirin baxırsan səddin, çəpərin yoxdur,
Sən elə bir duyğusan ölçün, qədərin yoxdur.
Səninlə gözəlləşib həyat xəbərin yoxdur,
Dünya mənim gözümdə bu baxışın boydadı.

Balalar gül doğulur, balalar çiçək olur,
Çirkin körpə görmədim, hamısı göyçək olur.
Bu məsum baxışında arzular gerçək olur,
Dünya mənim gözümdə bu baxışın boydadı.

Ömrümün hər saatı, dəqiqəsi, anısan,
Özünü çox sevərsən gözlərimdə tanısan!
Atanın gül qızısan,ürəyisən, canısan,
Dünya mənim gözümdə bu baxışın boydadı.

26.02.2019
Rusiya səfirliyi xəritədə Krımı Ukraynanınkı kimi göstərib
Rusiya səfriliyi Twitter səhifəsindəki paylaşımında Krımı xəritədə Ukrayna ərazisi kimi göstərdi. Ukrayna XİN-i də təşəkkür edərək davamını digər qurumlardan gözləyirik-deyə repost yazdı.

Rusiyanın Böyük Britaniyadakı səfriliyi Twitter səhifəsində Krımı Ukrayna əraizisi kimi göstərib.

Tarix : 16-10-2012, 20:48
SƏNIN OLMADIĞIN HƏR YER - QƏRIBLIK!  Sevimli şairimiz Məmməd İsmayılın   doğum gününə
Bu qədər geniş, anlaşılmaz, dəli-dolu dünyada zərurət yaranarsa, Yaradanın məsləhəti olarsa, iki əlçatmaz, ünyetməz qütbdə yaşayan insanlar belə rastlaşar, tanış olar. Lakin qismət deyilsə, hətta eyni küçədə qonşu olan iki nəfər ömür boyunca bir-birini tanımaya, görməyə bilər.

Zərurətdənmi bilmirəım, xoşbəxtlikdənmi bilmirəm, mənə - qarlı-boranlı Rusiyada yaşayan bir şairə, Günəşli, odlu-alovlu Türkiyədə yaşayan, orada yazıb yaradan, amma səsi-ünü dünyanın hər yerinə yayılan Məmməd İsmayıl ilə görüşmək nəsib oldu.

Nağıllarda, dirilik suyu içib ölməzliyə qovuşanlar kimi, əsil şeir qaynağından su içmiş bu insan elə sağlığındaykən ədəbi ölməzlik qazanmışlardandır. Və onunla yoldaş, dost olmaq, onun həyatının bir parçasına çevrilmək - bilavasitə canlı əfsanəylə qarşılaşmaq, sirli-sehrli aləmə toxunmaq deməkdir.

Yəqin ki, taleyimizdən narazı olan zamanlarda, yaşadıqlarımızın içərisində heç olmasa ən xoş, əz əziz olan bircə günü yada salıb şükürlər deməliyik. Və o günü bizə verən Allah, mütləq ki, bir daha təkrarlayacaqdır. Sadəcə ürəkdən və bütün varlığımızla istəməmiz yetər.

...2012-ci il, fevral ayı. Bu aydan üç gün: Məmməd İsmayılın Moskvaya gəlişi, çıxışları və gedişi... Bu gediş zamanı şəhər sanki boşalmışdı. Hər şey yenə də bum-buz, adi və söngün olmuşdu. “Bu nurani insanı bir daha yenə görə biləcəyəmmi?” - deyə düşünmüşdüm. Nə yaxşı ki, qismətimdə onu təkrar-təkrar görmək, onun həmsöhbəti, silahdaşı olmaq, şeir şölənlərində çiyin-çiyinə çıxış etməklər də varmış

Uşaqlıqdan bu dünyanın adamı deyildim mən. Təbiətimdə qəribəliklər vardı: dalğınlıq, gözlərimin tez-tez “yol çəkməsi”, saatlarla təkliyə qapılıb şeirlər yazmağım, bəzən də kətilin üzərinə çıxıb ən çox sevdiyim müğənni Zeynəb Xanlarovanın və Flora Kərimovanın repertuarlarından əzbərlədiyim mahnıları ifa edərək “konsert” verməyim... Təvazökarlıqdan uzaq da olsa, sanki xəmirim mahnıyla, sözlə yoğrulmuşdu. Əlbəttə ki, valideynlərim məndəki bu maraq və meylləri görməyə bilməzdilər. Beləcə də, 8 yaşım olanda məni musiqi məktəbinin fortopiano şöbəsinə və eləcə də, xor bölməsinə yazdırdılar.

...İllər keçirdi, mahnılarla böyüyürdüm. Öyrəndiyim, sevdiyim, gözəl müğənnimiz Flora Kərimovanın ifa etdiyi “Səndən xəbərsiz”, “Nəyinə gərək”, “Yaman darıxmışam səninçün, ana!” və s... kimi dillər əzbəri olan mahnıları sevə-sevə çalıb oxuduğum. O zaman mənə, bu mahnıların sözlərinin müəllifi ilə bir gün tanış olacağımı, onunla yanaşı addımlayacağımı desəydilər, təbii ki, inanmazdım. Çünki, söz və sənət dünyası - mənimçün bambaşqa bir dünya idi – qeyri-adi, əfsunlu...

Amma sən demə həyatda ola bilməyəcək heç nə yox imiş...
Məndən 30 il öncə dünyaya gəlməsinə baxmayaraq, eynilə mənim kimi düşünən, şeirin vurğunu və sevgilisi olan bir insan da varmış dünyada.

“Mən onsuz da bu dünyadan deyildim...
Öz özümü aldatmağı bacardım!”
- deyən, ədəbiyyatı, sənəti canından çox sevən, yaşamını, sakitliyini və gələcəyini yalnız Sözə qurban verə biləcək bir insan – Məmməd İsmayıl.

Gizli deyil ki, onun haqqında dəfələrlə yazmışam, amma hər dəfə deyiləcək yeni sözlərim var. Çünki bu insanın öz dünyasında, yüzlərlə sirri açılmamış, kəşf edilməmiş başqa dünyalar vardır. Çünki, bir insan, öz ətrafındakı yüzlərlə adamı xoşbəxt edə bilərmiş. Və qanı-qanından olmasa da, onun varlığı üçün hər gün yaradana şükür edərsənmiş.
Dediyi çümlələri, kəlmələri ardınca yazıb çatdırmaq olmur, hər biri bir atalar məsəli, bir aforizmdir onların. “Hər kəsin bir qayğısı var, mənim də qayğım - ədəbiyyatdır ”, “Ədəbiyyatını göstər, sənin kim olduğunu deyim”, - deyir o. “Hər axan suya çay deməzlər!” – deyir. Və nə qədər də haqlıdır!

Yazarların sayının sahildəki qum dənələrinin sayı qədər artdığı bu amansız dövrdə onun qələminin yeri bam-başqadır. Məmməd müəllim öz oxucularını heç vaxt intizarda qoymur. Elə təkcə bu il, onun Moskvada “Vmesto pisma”, Türkiyədə “Unuttuğun yerdeym” adlı şeirlər kitabı nəşr olunub. Yeni bir romanı və daha bir şeirlər toplusu da yaxın zamanlarda işıq üzü görəcək.

Məmməd İsmayıl şeirini sevmək – gözəl zövq və dərin düşüncə nişanəsidir. Paolo Koelyonun belə bir kəlamı yadıma düşür: Ürəyini ram edə bilən kəs, bütün dünyanı özünə tabe edə bilər”. Məmməd İsmayıl öz qəlbi ilə, ürəyi ilə tarazlığa gəlmiş, onu, sənətinə və ruhuna tabe etmiş bir insandır. Bu üzdən də, təkrarsız şairimizin oxucuları onun sənətinin heyranlarına çevrilmişlər.

Noyabrın 1-də əziz şairimizin 73 yaşı tamam olur, o isə gəncliyində olduğu kimi gümrah və ürəyi yaşamaq eşqi ilə doludur. Məmməd İsmayıl adına, dünyanın müxtəlif ölkələrindəki seir festivallarında, simpoziumlarda, sənət görüşlərində rast gəlirik. Qəzet və jurnallarda yeni-yeni şeirlərini, məqalələrini, başqa xalqların dilinə tərcümə olunmuş yazılarını, kitablarını oxuyuruq. Mükafatlarına və qazandığı uğurlara sevinirik. Bir sözlə, cəngavər kimi döyüşlərdən, yarışlardan gəlir səsi bu yenilməz və məğlubolmaz şairin. Qoy elə hər zaman belə olsun!

Məmməd İsmayıl dörd övlad atasıdır - gözəl, ağıllı, qürur duya biləcəyi qızları vardır və onlarla həmişə fəxr edir. Onların üçü ataları kimi və eləcə də mənim kimi qürbətdədirlər. Məktublaşmalarımızın birində rəfiqəm olan böyük qızı Gülzar belə yazmışdı: “Əzizim Afaq! Atamdan nigaranam, yaşlanır, bizsə ondan çox-çox uzaqlardayıq. Bu məni yaman narahat edir. Gecələr də telefonumu söndürmürəm. Bu yaşda hər zaman onun yanında olmaq, hər arzu-istəyini həyata keçirə bilmək istəyərdim..., aramızda isə bu qədər məsafə vardır”. “Əziz bacım! Məmməd müəllim hər birimizin atası, yaxını və əzizidir. Qəlbində Vətən məhəbbəti daşıyan bütün türk övladları onun balasıdır. O heç vaxt tək deyil!” – demişdim mən də. Və bu, doğrudan da belədir! Ona hər birimiz duaçıyıq. Telefon dəstəyindən onun mehriban səsinin həmişə gur və şən gəlməsi üçün, bir-birindən gözəl şeirlər yazması üçün və hər zaman bizimlə birgə olması üçün duaçıyıq. Harada olur olsun , Məmməd İsmayılın olduğu yer – Vətəndir, əzizdir, müqəddəsdir!

Çanaqqalası – Çənlibeli, qələmi – Misri qılınçı olan Ədəbiyyat Koroğlusuna, əziz dostuma, sirdaşıma, gözəl insana, təkrarsız şairə uzun ömür, can sağlığı, böyük sevgi və bitib-tükənməyən ölməz misralar diləyirəm!
Bundan daha layiqli kəlmələri100 illik yubileyində yazmağı həm ona, həm də özümə arzu edir və sözlərimi Məmməd müəllimə həsr etdiyim bir şeirlə bitirmək istəyirəm!

MƏMMƏD İSMAYILA

Ötüb neçə payız, keçib neçə yaz,
Unutmaq asanmış gözdən itəni...
Qəribdən savayı kimsə anlamaz
Necə özləmisən Ana Vətəni!

Məhəbbət payladın, qəmə qarışdın,
Duyğular içində duyğu payın var.
Getdin, qürbət ellə elə barışdın
Vətən həsəd çəkib səni arzular!

Səsini gətirsə bir qərib külək
Nigaran fikirlər durub dincələr.
Sözünün sehrindən titrəyər ürək,
Ruhlar o dünyadan qayıdıb gələr.

Bu qarı həsrətin ömrü minillik,
Qəhr olub nə qədər ümidlər sönüb.
Sənin olmadığın hər yer - qəriblik!
Sənin olduğun yer Vətənə dönüb!

Zəmanə dəyişər, səbr elə hələ,
Qismət əl uzadar gözdən itənə.
“Sellər” cuşa gələr, insanlar dilə,
Dönərsən sevdiyin Ana Vətənə!


12.10.12.
Avrasiya Yazarlar birliyinin üzvü Afaq Şıxlı
Moskva.




Baxış: 1955 | Bölmə: Yazarlar, Afaq Şıxlı
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru