Rusiya Misir yığmasını məğlub edərək  8/1 finala vəsiqə qazandı
Bu gün Dünya Çempionatına ev sahibliyi edən Rusiya millisi ikinci turda Misir yığması ilə qarşılaşıb. Sankt-Peterburqda keçirilən qarşılaşmanın birinci hissəsində Misir komandası güclü görünsə də, Rusiya yığması oyunun birinci hissəsinin ikinci yarısında təşəbbüsü ələ ala bilib. Lakin komandalar birinci hissəni qolsuz başa vurublar.
Alimlikdə və insanlıqda Xalıq Koroğlu nümunəsi


Hər bir şagirdin, tələbənin öz sevimli müəllimləri olur. Mən, nə az-nə çox, 23 il təhsil almışam.

On il orta məktəbdə Kəlbəcərdə, beş il Bakıda M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda, beş il Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda, üç il isə Rusiya Mədəniyyət, İncəsənət və Turizm Akademiyasında aspiranturada oxumuşam. Tələbəlik dövründə çoxsayda adlı-sanlı, çox savadlı, unudulmaz, hətta dünya miqyasında tanınan pedaqoqlar, alimlər mənə dərs deyib. O vaxt Ədəbiyyat institutunda Viktor Pozov, Lev Ozerov, Lev Oşanin, Yevgeni Dolmatovski, Andrey Dementyev, Stanislav Cimbinov, Lyusian Klimoviç, Feliks Kuznetsov, Yuri Kuznestov, Vladimir Qusev, Vladimir Smirnov, Larisa Vasilyeva, Yevgeniy Vinokurov, Aleksandr Vlasenko, Aza Taxo - Qodi, Xalıq Koroğlu, İqor Peçenev, Yevgeniy Sidorov, Aleksandr Baskakov və digərləri dərs deyirdilər. Həmin illərdə Ədəbiyyat İnstitutunda zəngin, qeyri-adi kitabların müəllifləri olan Mixail Yeryomin, Vladimir Smirnov, Sergey Bondi, Aza Taxo-Qodi, Sergey Artamanov, Çingiz Hüseynov, Mixail İşutin mühazirə oxuyurdular. Bizə dərs deyənlərin hamısı həqiqi akademiklər idi. Onların dərsinə girmək, onların dərsinə qulaq asmaq məsuliyyət idi.
НЕЗАБЫВАЕМАЯ ПОЕЗДКА- ФОТО
Конец весны и первый день лета стали незабываемыми для десяти воспитанников школы-интерната № 2 для детей лишенных родительской опеки. Интернат находится в поселке Мардакяны недалеко от Баку. Под руководством директора школы-интерната Диляры Мешадиевой и воспитателя Саяры Мамедовой группа воспитанников представляла Азербайджан среди бывших стран СНГ в праздничных мероприятиях, посвященных Международному дню защиты детей.
Moskvada  məhşur türk  müğənnilərinin konserti olacaq
Moskvada VIII dəfə Artistlər arasında keçirilən futbol üzrə Dünya Çempionatı "ART-Futbol" festivalı finala yaxınlaşır. İyunun 3-də başa çatacaq festivalda Türkiyənin məhşur sənətçilərindən ibarət futbol komandasının qatılması haqqında da saytımızda məlumat vermişdik. Furbol meydanını coşdura bilməsələr də, mahnıları ilə moskvalıları çoşduracaqlar. Moskvanın "Lokomotiv" futbol arenasında 6 türk müğənnisi paytaxt tamaşaçıları qarşısında konsert verəcək.

Halil Sezai bu arenadan "Usyanı" ilə hayqıracaq, Cem Kılıc "Nasil bir insansın" deyə aşkı ilə "yakacak", Burgahan Çayır "Kal Yanımda" deyə durduracaq, Deniz Cem "Git dedim olmadı" deyə sitəm edəcək , Mustafa K Öztürk "Azize"sı ile yaraları saracaq və Umut Zen "Allahu Allah" deyə sakitləşdirəcək mahnılarıyla müsiqi həyacanı yaşadacaqlar.

On milyonlarla pərəstişkarları olan Türkiyənin tanınmış müğənnilərinin konserti Moskvanın "Lokomotiv" stadionunda saat 19:00 da başlayır. Konsertə giriş pulsuzdur.


Yenises.ru
AzerRos ADR-in 100 illiyi ilə bağlı dəyirmi masa keçirdi
Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyi çərçivısində tədbirlər davam edir. Bu gün (dünən)Moskvada Azərbaycanlıların Federal Milli Mədəni Muxtariyyəti (AzərRoss) ADR-nın yubileyinə həsr olunmuş dəyirmi masa keçirtdi.

Dəyirmi masanın iştirakçıları arasında son günlər “Kafkazskie trio” (“Qafqaz üçlüyü”) filmnə görə ittihamlara məruz qalan tanınmış kinorejissor Rüstəm İbrahimbəyov da vardı. Yığıncağa bir az gec gəlib tez gedən kinorejissorun “baxılmamış” filminə “baxmasam da pisdir” prizmasından yanaşıb onun burada olmasına etiraz edən də tapıldı. Bu haqda bir azdan.
Azərbaycan Demokratik Cümhuriyyəti 100 yaşında
Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə

«Ey Gənclik! Sənin öhdəndə böyük bir vəzifə var! Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı və onu min müşkülatla yüksəldərək dedi ki, BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ! Əlbəttə sən onun bu ümidini qırmayacaq, Azəri türklərinin yanıqlı nəğmələrinə mövzu olmuş bu bayrağı bir daha o bina üzərinə dikəcək, bu yolda ya qazi, ya şəhid olacaqsan!».
Cansel Elçin: Mən kinoya gülmək üçün yox, düşünmək üçün getmək istəyirəm.
Onunla ünsiyyətdə olmaq bir ayrı zövqdür. Onun başardığının 100-dən birini belə başarmayıb ədasından paltarına sığmayanlar var. Bu insan isə sadə və səmimidir. Sanki sıradan biriymiş kimi danışır. Təvazökarcasına bunu başardımmı-deyə sormağa ürpənməz. Sənətinin fədaisi və olduğu kimi olan ADAM. Həyata baxışı da, filmə baxışı ilə eyni. Mən qurama -xəyal ürünləri deyilənlərindən deyil, rastalaşdığım və ya başqalarınn yaşadıqları hekayələrdən bir bütöv tablo yaratdım. O tabloda həyatımızda iz buraxmış sağalmaz yaraları əks etdirmək və hər kəsə göstərmək istəyirəm. Görsünlər və nəticə çıxarsınlar. Bəlkə o zaman yeni Hasanların doğulmaz -yeni faciələr yaşanmaz. O üzdən mən kinoya gülmək üçün yox, düşünmək üçün getmək istəyirəm. Moskvada kinosunun təqdimatında bunları dedi, bunları yaşatdı.

Cansel Elçinin  “Melekleri taşıyan adam”ı  Moskvada nümayiş olundu (eksklüziv)-VİDEO
Hindistan və Bolqarıstandan sonra “Melekleri taşıyan adam” Moskva seyrçilərinin qonağı oldu.
Moskvada keçirilən “Art Futbol” festivalı çərçivsində nümayiş olunacağı xəbər verilən “Melekleri taşıyan adam”ın premyerası Moskvanın “Yunost” kinoteatrında baş tutdu.
Moskvada  VIII Artistlər arasında futbol üzrə DÇ çərçivəsində  Türkiyə ilə Polşa komandaları qarşılaşacaq

Səhnədən meydana! Bu da oyundur, təbii ki, amma...

Türk sənət ulduzları futbol meydançasında. Moskvanın yaşıl futbol meydanlarında istedad deyil, futbol bacarığı sınanacaq. Türkiyəni yarışmada həm də futbolun "ən yaxşıları" olan məhşurlar təmsil edir. Onlar kimlrdir? Bir az sonra...
KİV Kalininqrad bölgəsini  NATO-nun  "ən pis kabusu" adlandırdı
National Interest nəşrinin müəllifinin fikrincə, "dişinə qədər silahlanmış" Kaliningrad bölgəsi NATO "ən pis kabusu"dur. Nəşr Rusiyanın təkcə Baltikdə flotunun Polşanın ümumi filotundan daha güclü olduğunu qeyd edib. Müəllif ona da diqqət çəkib ki, Kalininqrad bölgəsindəki rus raketləri və gəmiləri regionda ABŞ və Avropa əsgərlərinin manevr dairəsini məhdudlaşdırır.
ADSIZ ADAM
Bilmirəm jurnalist kimi sərtmi olmaq, cəsarətlimi olmaq, ya "düzələn deyil"-deyib olanlara müşahidəçi kimi qalmaqmı-hansını hansı yerdə işlətmək gərəkirdi? Mövlana deyirdi ki, İki şey ağıla nöqsan sayılır, yersiz susmaq ilə yersiz söz demək.
"Rossiya  Seqodnya" və "RIA Novosti Ukrayna"  Ukraynada  qapadıldı
"Rossiya Seqodnya" və "RIA Novosti Ukrayna" informasiya agentlikləri Kiyevin sanksiyalar siyahısına daxil edilib. Hazırda hər iki sayt Ukraynanın ərazisində bağıanıb. Bu barədə məlumat ölkənin prezidenti Petro Poroşenkonun saytında yerləşdirilib.
Putinin Merkelə  gül buketi bağışlamasını almanlar təhqir saydılar
Rusiya prezidenti Vladimir Putinin Soçi görüşməsindən əvvəl Almaniyanın kansleri Angela Merkelə bir dəstə ağ gül bağışlaması xarici mətbuatda birmənalı qarşılanmayıb. Almaniyanın "Bild" nəşrinin jurnalisti Rusiya prezidentinin bu jestini "Bu nəzakət deyil, gizli məna daşıyır"-deyə dəyərləndirib.

İsrailli jurnalsitlərə Türkiyənin Taksim meydanında hücum etdilər
İsrail televiziyasının "Reşet-13" kanalının İstanbula ezam olunmuş xəbər komandası Türkiyənin Taksim meydanında kütlələr tərəfindən döyülüb. Jurnalistlər İsrail ilə Türkiyə arasındakı böhranı işıqlandırmaq üçün İstanbula göndəriliblər. İsrail KİV-nın verdiyi məlumata görə jurnalistlərə hücum edənlər "İsrailliləri öldürməyə gəlmişik"-deyə bağırırlarmış.
Mənbə: Siyasətçi Yuri Kotler  Moskvada  evində ölü tapılıb
Moskvada siyasətçi evində ölü tapıldı. Yanında silahi və başından vurulmuş vəziyyətdə. Hadisəsinin motivi hələ məlum deyil.

Rusiyalı siyasətçi Yuri Kotler Moskvanın mərkəzində Böyük Nikitsk küçəsində yerləşən evdə ölü tapılıb. Bu barədə REN TV ona
yaxın olan mənbəyə istinadən məlumat verib.
Amerika mediası Krım körpüsünü partlatmağa çağırıb
В марте 2014 года в Крыму прошел референдум, по итогам которого полуостров стал территориальной частью России, а Севастополь — городом федерального значения.

Amerika mühafizəkar siyasi həftəlik mətbu orqanı olan "Washington Examiner" in müəllifi Tom Rogan Ukraynanı Krım körpüsünü bombalaya çağırması haqda RİA "Novosti" xəbər verib.
В Президент-Отеле состоится танцевальный спектакль «Связь времен и народов: стань частью танцевальной истории»

В Красном зале столичного Президент-Отеля 18 мая в 18-00 час. состоится показ спектакля «Связь времен и народов: стань частью танцевальной истории».
Mixail Leontiev Ermənistanın baş naziri Nikol Paşinyandan  üzr istədi
Mixail Leontiev Ermənistanın baş naziri Nikol Paşinyandan ölkədəki son hadisələrə dair sözlərinə görə üzr istədi
Tarix : 28-10-2012, 18:28
ACI TALEH (HEKAYƏ)
Hava qaralmışdı. Səmadan sanki qəm yağırdı. Hər yer iztirab, hər tərəf qorxunc bir intizar çəkirdi.
Səmayə -7 yaşlı qızı Əsmət, 5 yaşlı oğlu Əli ilə yenə də piyan ərinin yolunu gözləyirdi. Elə cəmi neçə gün öncə yenə evə içkili gəldiyindən yazıq Səmayəni qonum-qonşu güclə almışdı əri - Kərimin əlindən. Öldürəcəm səni deyirdi. – Məni kişi saymırsan sən, dədəni məndən üstün tutursan, onlara əyilmisən, deyib mətbəxdən götürdüyü çəngəl, bıçaqla həyətin ortasında az qala Səmayənin başını kəsirdi ki, qonşu Habil möhkəm bir yumruq ilişdirmiş, Kərim özündən getmişdi. Əsmət həmən gün atasının huşsuz başı üstündə nə qədər ağlamışdısa gözü hələ də şiş idi. O gündən Habilə salam da vermirdi qızcığaz...

Əli isə susqun uşaq idi. - İçinə qapalı. Heçnə etmir, dinmir, belə hallarda ancaq bacısına sarılıb için-için ağlayırdı. Keçən dəfə atası onu anasının üzünə tüpürməyə məcbur etdikdə uşaq sarsıntıdan ümumiyyətlə özündən getmişdi...

Səmayə Kərimə sevib gəlmişdi. Hətta kərimlə qaçmışdı. O üzdən bütün bu iztirablara özü dözməli idi –tək başına. Hər dəfə atası gilə gizlicə şikayət etdikdə, atası Qəzənfər kişi –“necə özbaşına iş tutmuşdunsa, indi də özün başına bir çarə qıl, mən saqqalımı söydürən deyiləm!” –deyə qışqır-bağır salıb qızı ağzını açdığına peşman edirdi...

Görənlər xəbər vermişdi ki, bu gün də Kərim içib, kəndin çayxanasında camaata “konsert” verir. Ona görə bu gecə də hansısa fəlakətin olacağını bilirdi Səmayə. Hər həyətin qapısı açıldıqda Əsmətin ayaqları əsirdi. Gələnin başqası olduğunu görən kimi - “ata deyil, anacan, ata deyil gələn.” –deyə sevinə-sevinə həyəcandan balaca sinəsində həbs etdiyi nəfəsi boşaldırdı...

Nəhayət həyətin darvazası açıldı. İki cavan uşaq qoluna girib Kərimi evə gətirmişdilər. Kərim qışqıra-qışqıra içəri girdi. – Hardadı arvadım, məni niyə qarşılamır? Niyə xoş gəldin demir?...Ay Səmayə, ay Səmayə! –deyə bağırmağa başladı. Bu dəfə lap çox içmişdi. Ayaq üstə dura bilmirdi. Gözləri qan qoymuşdu. Eləbil küçədə yüngülvari kimləsə dalaşmışdı da, dodağı partlamışdı.

Əsmət balaca əllərini qulaqlarına tutub, guya dərs oxuyurmuş kimi gözlərini birinci sinif kitabına zilləmişdi. Əli isə bağırtını eşidən kimi gözdən itmişdi.

Səmayə tez həyətə düşüb Kərimi qarşıladı. Qoluna girib evə saldı. Kərimə xoş gəlsin, dava-dalaşa başlamasın deyə yalandan gülümsəməyə başladı. - “Kərim, başına dönüm, qoy bir ayran düzəldim iç, halın biraz düəlsin.” –dedi.
-Dodağımı görürsən, partlayıb. Sənin üstündə bir əclafı öldürəcəkdim. Mənə deyir ki, o arvadın Səmayəyə yazığın gəlsin, içə bilmirsən içmə... O səni hardan tanıyır, Səmayə?!, de görüm, xalxın kişisi səni hardan tanıyır?! Doğrayacam səni! – deyə Kərim yenə bağırmağa başladı.
Əsməti yanına çağırdı. –Bura gəl, anasının qızı, bura gəl! Get mətbəxdə nə çəngəl, bıçaq, nə varsa hamısını gətir bura. Anan bu gecə hər şeyə etiraf etməlidir, deyə Əsməti belindən itələdi. Qız əvvəl yıxılıb sonra ayağa qalxdı, dizi sıyrılmışdı, amma hiss belə etmirdi. Mətbəxə girdi, şkafları ələk-vələk elədi. Bir dənə də nə çəngəl, nə də bıçaq yox idi. Bir anlıq sevincdən ürəyi şişdi. Otağa qayıdıb həvəslə – “atacan, çəngəl, bıçağımız qurtarıb, yoxdu!” –dedi.
Kərim – “məni ələ salmısan, ay itin qızı, rədd ol gözümün qarşısından, ay anasıfat! Oğlum gəlsin. Əli gəlsin yanıma!” –deyə hıçqıra-hıçqıra bağırdı.

Əli yox idi. Həyəcandan Səmayə belə bunu fərq etməmişdi. Birdən yerindən atıldı. Uşaq hardadı, ay Allah, dedi. Otaqlara baxdı, yox idi. “Əli, Əli, qorxma oğlum, ana qurban, hardasan?” -deyə ağlamağa başladı.

Əli əməlli başlı yoxa çıxmışdı. Kərim də ayağa qalxdı. Neyləmisən bu uşağı, hara göndərmisən? –deyə yenə Səmayəni günahlandırmağa başladı.
–“Vallah bayaq burda idi, sən gələn kimi yəqin qorxusundan harasa gizlənib.” –Səmayə dedi.

Evi, həyət-bacanı, hər yeri ələk-vələk elədilər. Əli yox idi. Sanki uşaq qorxudan əriyib buxarlanmışdı.
Səmayə elə ağlayırdı ki, artıq bütün qonum-qonşular da yığılmışdı. Hamı Əlini axtarırdı. Kərim də deməy olar ki, həyəcandan ayılmışdı. Əli isə yox idi ki, yox idi.
Əsmət qardaşı gizləndiyi yerdən çıxsın deyə həmişə üstündə dava etdikləri kuklanı ona verəcəyini vəd edirdi. – “Bundan sonra hər şey sənin olacaq, Əli, dəftərlərimi də sənə verəcəm, çıx çölə!” –deyə-deyə həvəslə Əlinin gizlənə biləcəyi yerləri bir-bir gəzirdi...

Bir xeyli vaxt keçdi. Hər yerdən ümüd üzülmüşdü. Artıq nənəsi, babası da, polis əmisi də, naxırçı dayısı da Əli gildə idi. Hamı mat-mat oturmuşdu. Hər yerə acı sükut çökmüşdü. Birdən cehiz otağından bir cingilti səsi gəldi. Sanki hardasa çəngəl-qaşıq töküldü. Səmayə “can, oğlum!” -deyib göz qırpımında ora qaçdı. Gəlinlik sandığının yanında bir çəngəl düşmüşdü. Təəccüb elədi. Özündən asılı olmayaraq sandığı açmağa başladı. Sandığı açdı. Gözləri bərəldi. “Əliiiiim!” –deyə nalə çəkib, huşdan getdi. Üzü üstə sandığın içinə düşdü. Hamı onun ardınca ora qaçdı. Səmayəni sandıqdan kənara çəkdilər. Budur, Əli. Rəngi ağ-appaq ağarmışdı. Sən demə mətbəxdəki bütün çəngəl-bıçaqları yığıb, qucaqlayıb sandıqda gizlənmişdi. Sandığa girdikdən sonra sandığın qıfılı düşüb ilişmişdi deyə nəfəsi daraldıqda qapısını açıb sandıqdan çıxa bilməmişdi. O, balaca canını sandıqdaca tapşırmışdı. Çəngəl-bıçaqları isə son nəfəsinə kimi qucaqlamış, yalnız canı çıxandan sonra onlar əlindən tökülmüşdü. Və o otaqdan gələn səs bu tökülən çəngəl-bıçaqların səsi idi.
Hamı şoka girmişdi...
Balaca Əli ölmüşdü, amma ölümü ilə o, bəlkə də anasını ölümdən qurtarmışdı...

“Ey iman gətirənlər, Şərab (içki) ...Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!” (Maidə, 90.)


İlqar Kamil




Baxış: 1509 | Bölmə: Yazarlar, İlqar Kamil
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ən çox oxunanlar
Yazarlar
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru