Bəzənlər-Bənzərlər   və ya    Olanı Ölən etməyə tələsməyin!
Şəxsən tanımamışam. Kimimi, kimlərimi? Ədəbi ruhunu sevdiyimiz dahilərimizin çoxunu. "Xoşbəxtəm ki, sağlığında onu görmüşəm, tanımışam"-deyənlərə qibtə ilə baxdığım olub. Onun əsrində dünyaya gəlmədiyim üçün taleyi qınadığım da olub. İnsanıq, özümüzü qınayar, bəzən bəxtdən, taledən giley edərik. Bəzən özümüzü Everestin başına qoyar, bəzən Niaqara şəlaləsindən daha bərk gurlayarıq. Bəzən söyər-döyər, bəzən söydürər-döydürər, bəzən qışrırar-bağırar, bəzən də susarıq.


"Spartak"ın oyunçusu Şyurrle  "Beşiktaş"a keçir?
Türkiyənin Fanatik mətbu orqanının verdiyi məlumata görə Şyurrle ilə müqaviləsi bitdikdən sonra "Spartak" "Borussiya" komandasının oyunçusuna yenidən pul vermək fikrində deyil.

Moskvanın "Spartak" kulbunun yarımmüdafiəçisi Andre Şyurrlenin müqaviləsi bitir və onunla yenidən müqavilə bağlanması gözlənilmədiyindən alman futbolşusunu Türkiyənin "Beşiktaş" komandası almağı düşünür.

Türk mətbuatının verdiyi xəbərə görə "Spartak" yenidən futbolçu ilə anlaşma imzalamadığına görə "Beşiktaş"a keçəcək. Xəbərlə bağlı RBK "Spartak" klubunun mətbuat-xidmətinə sorğu göndərib. Sorğusu ilə bağlı "Spartak"dan hələ bir cavab gəlməyib.


"Borussiya" alman klubunun 29 yaşlı yarımmüdafiəçisini "Spartak" hazırkı mövsumun sonuna kimi kirayələməşdi. Dünya Çempionata-2014-də Almaniya yığmasının tərkibində oynayan futbolçü Rusiyada 18 matçda ioynayıb, iki qol vurub və dörd qolla bitən ötürmə verib.

YENİSES.RU
Azərbaycan diasporunun tanınmış rəhbəri  Sərraf Məmmədov vəfat edib
Ötən gecə Nijni Novqorod xəsətəxanalarının birində tibbi əməliyyatdan sonra İvanov şəhər dumasının deputatı Sərraf Əbülfət oğlu Məmmədov vəfat edib.

Azərbaycan diaspor təşkilatlarından birinin rəhbəri və eyni zamanda tanınmış iş adamı olan 55 yaşlı Sərraf Məmmədovun xərncəng xəstəliyindən əziyyət
çəkdiyi deyilir.
Ушел из жизни известный ивановский предприниматель и депутат Сарраф Мамедов
Сегодня ночью в больнице Нижнего Новгорода после операции скоропостижно скончался Сарраф Абильфатович Мамедов, предприниматель, депутат Ивановской городской думы от округа №10.

Сарраф Мамедов родился в 1965 году в Азербайджанской ССР. Служил в Советской армии в Ярославской области. Окончил Ивановский инженерно-строительный институт. Работал на кафедре «Технологии строительных материалов и изделий» ИИСИ, а затем в строительных организациях города. В июне 2008 года получил второе высшее образование по специальности «государственное и муниципальное управление».

Избирался депутатом Ивановской городской думы четвертого и пятого созывов, а в сентябре 2015 года жители избирательного округа №10 вновь доверили Саррафу Мамедову представлять их интересы в городском парламенте.

За свою депутатскую и общественную деятельность неоднократно отмечался благодарственными письмами и наградами руководителей области, города, общественных организаций.


Аллах рехмет елесин!
AntiNEKROLOQ

Bu yaxınlarda saytımızda Cəfər Sadıq həmkarı Aydın Canıyevə “Aydın, mənə nekroloq yaz” –deyə müraciət etmişdi. Aydın Canıyevin yazıya cavabı yubanmadı: “Yazdım, Ustad, yazdım! Sənin Sağlığında və Sənin Sağlığına yazdım!”

Tünzalə Vəliqızı
Harda qalmısınız, kəlbəcərlilər?

Harda qalmısınız, kəlbəcərlilər?-deyə fəryad edən Nəsib Nəbioğlunun harayına harayla

Xocalını fevraldan-fevrala, Kəlbəcəri apreldən-aprelə, Şuşanı maydan-maya xatırlaya-xatırlaya otuz ili verdik düşmənin səfasına. Harda qalmısınız, kəlbəcərlilər? Necə qalmısınız,neçə nəfər qalmısınız? Bilən varmı? Qayğınızı çəkən varmı? Qəm piyaləsini siznən birgə içən varmı? Xəyallarda siznən birgə Dəlidağa köçən varmı? Yaz gəlməmiş o əlçatmaz zirvələrə çixan, gədiklərdən keçən varmı? Şair Nəsib Nəbioğlunun yad diyarda nə çəkdiyini bilən varmı? İstisuda donan varmı? Qarlı dağda yanan varmı?

Cəfər Sadıq
AFAQ XANIMA HÜZNLƏ
Moskvada yaşayan tanınmış şairə, həkim, Azərbaycan və Rusiya Yazarlar birliklərinin üzvü, AYB Moskva bölməsinin katibi çox sevidiyim Afaq Şıxlının anası

MIRVARI XANIMIN
31 MART AZƏRBAYCANLILARIN SOYQIRIM GÜNÜ  ŞƏKİLLƏRDƏ
31 MART dünya azərbaycanlılarının soyqırım günüdür.

31 MART AZƏRBAYCANLILARIN SOYQIRIM GÜNÜ  ŞƏKİLLƏRDƏ
31 MART AZƏRBAYCANLILARIN SOYQIRIM GÜNÜ  ŞƏKİLLƏRDƏ
31 MART AZƏRBAYCANLILARIN SOYQIRIM GÜNÜ  ŞƏKİLLƏRDƏ
31 MART AZƏRBAYCANLILARIN SOYQIRIM GÜNÜ  ŞƏKİLLƏRDƏ
31 MART AZƏRBAYCANLILARIN SOYQIRIM GÜNÜ  ŞƏKİLLƏRDƏ
Çelyabinskdə  karantin zamanı balkondan "Katyuşa"  mahnısı oxudular
Koronovirusla mübarizə şərçivəsində özünütəcrid rejimində olan Çelyabinsk sakinlərini balkondan "Katyuşa" mahnısı səsləndirməyə vadar edib.

Çelyabinsklilərin bu hərəkəti barədə videoçarx "Podyem" Teleqram kanalında paylaşılıb.




Çelyabinskidə öznütəcrid rejimində olanlar balkona çıxaraq yüksək səslə yayılan "Katyuşa " mahnısına qulaq asıblar. Mahnı bitdikdək sonra çoxmərtəbəli evin sakinləri "musiqili gecə" təşkil edəni və "solisti" balkonlarından alqışlayıblar.

"Bu gün "Katyuşa"! Sabah "Juravli" mahnısı! Tezliklə evbəev musiqi yarışması başlayacağıq"-deyə müğənni bəyan edib. O deyib ki, kimsə qarşıdakı binadan onun çıxışını vodeoya çəkib və ümimi qrupda yerləşdirib.

YENİSES.RU
Samara vilayəti  Azərbaycanlıları Liqasından   koronovirusla mübarizə tədbirlərinə dəstək
Samarada hökümət orqanlarının COVİD-19-la mübarizə və təhlükəsizlik tədbirlərində birbaşa iştirak etmək məqsədiylə Azэrbaycan diaspor təşkilatı qərargah yaratdı.

Bütün dünyanı “ağuşuna” alımış, əsrin ən qlobal bəlası olan COVİD-19 vurusunun yayılmasının qarşısını almaqdan ötrü ölkə bütünlükdə səfərbər olub. Səhiyyə işçilərinin əməyini yüngülləşdirmək, insanların virusdan qorunması və özünü izolə məqsədiylə sabahdan Rusiyada komendat saatının tətbiq edilməsi gözlənilir. Bu tarixi situasiyada müşahidəçi qalmamaqdan ötrəri Samara vilayəti Azərbaycanlılaır Liqası virusla mübarizə kompaniyasına dəstək üçün xüsusi Qərargah yaradıblar.
Məcburi köçkün Şəfiqə nənə yaşlılara qayğısından dolayı Mehriban xanıma  təşəkkür etdi
[i]Nənə minnətdarlığı. Əslində sosial şəbəkələrdə Azərbaycanda COVİD-19-la mübarizə tədbirləri ilə bağlı fərqli fikirlər səslənir. Təqdiri tənqidinə qarışan bu məlumatlar sırasında çox sevdiyim yaşlı bir nənənin dediklərinə biganə qala bilmədim. Zəngilandan məcburi köçkün düşən (bu arada yardım qaçqınlara verilir-deyə sual verəndə, qaçqın yox, köçkünəm mən-dedi- red. T.V) Şəfiqə nənə -"mənə və timsalımda bu günlərdə yaşlılara xüsusi qayğı və diqqətini əsirgəməyən prezidentə və xanımına təşəkkürümün çatdırılmasını istərəm"-dedi.
RUSİYADA ÜMUMTƏHSİL OCAQIARI BAĞLANIR-
Koronavirusun yayılması təhlükəsi üzündən Rusiya məktəblərində tətil martın 23-dən 12-dək elan ediləcək. Bunu Rusiyanın təhsil naziri Sergey Kravtsov regional təhsil şöbələri ilə koordinasiya və qarşılıqlı işçi qrupunun ilk iclasında çıxışı zamanı deyib.


"23 martdan (Bazar ertəsi )- aprelin 12nə qədər məktəblərdə tətil elan ediləcək. Eyni zamanda, məktəblilər üçün məsafədən (distansiya) təhsilin təşkili üçün dəstək veriləcək- deyə onun sözlərindən RİA Novosti sitat gətirib.

Bundan əlavə, Rosobrnadzor rəhbərinin səlahiyyətlərini müvəqqəti icra edən Anzor Muzayev Vahid Dövlət İmtahanının EQE ) erkən keçirilməsi ən əsas məsələ olaraq vurğulanıb. Sifariş Rusiya Ədliyyə Nazirliyinə göndərildi. Martın 18-də təsdiqlənib bölgələrə göndəriləcəyi gözlənilir.

YENİSES.RU
Rusiya Belorusiya ilə sərhəddini qismən bağlayır
Koronovirusun yayəlması fonunda Rusiya Belorusiya ilə sərhəddini qismın bağlamağı qərara alıb. Bu barədə martın 16-da RF baş naziri Mixail Mişustin hökümətin opertiv yığıncağında bəyan eidb.

"Biz insanların yerləşdirirlməsi üçün Belorusiya ilə sərhədləri bağlamağı qərara aldıq və digər təhükəsizlik addımları atdıq. Bundan sonra da ilk növbədə koronovirusun kütləvi şəkildə yayılmaması, ölkəmizi yeni təhlükələrdən qorumaq və onun qarşısını almaq üçün mümkün tədbirlər həayata keçirməyə davam edəcəyik"-deyə baş nazirin sözlərindən TASS sitat gətirib.

Nairlər kabinetinin başçısı onu da bəyan edib ki, yaxın günlərdə ölkədə vəziyyətin inkişafı barədə vətəndaşların davamlı məlumatlandərəlmasından ötəri onlayn bildiriş sistemi qurulacaq.



YENİSES.RU
Rusiyada düyü, çəltik və konserv məhsullarına tələbat artıb
Koronovirus təhlükəsi Rusiyada insanları ərzaq ehtiyatı toplamağa başladıb. Lakin ərzaq qıtlığı olmayacağı da deyilir. Baxmayaraq ki, ayrı-ayrı yerlərdə insanlar vitrinləri boşaldırlar...)) Marketlərdən gələn xəbərlər isə fərqidir.
Piterdə Konstitusiya dəyişilkliyi əleyhinə piketdə 20-yə yaxın adam saxlanılıb
Senat meydanında yerləşən Konstitusiya Məhkəsməsinin qarşısında Konstitusiya dəyişikliyi əleyhinə çıxan 22 nəfər piket iştirakçısı polislər tərəfindən saxlanılıb.

Bir müddət əvvəl həmin yerdə "Otkrıtaya Rossiya" ictimai təşkilatının sədri Anastasiya Brakov və aktivist Andrey Davıdov Konstitusiya Məhkəməsi önünə gül qoyduqları üçün tutulmuşdular.

Xatırladaq ki, martın 14-də RF prezidenti Vladimir Putin özünün təklif etdiyi Konstitusiya dəyişiklik edilməsi haqqında qanunu imzalayıb. Söhbət bu qanunda ediləcək 46 dəyşiklikdən, o cümlədən Putinin prezidentlik müddətinin sıfırlanmasından gedir.


YENİSES.RU
Dərbənddə aksiyaçılar qədim məscidin qapısını sındırıblar
Dərbənd sakinləri icazəsiz aksiya zamanı Rusiyanın ən qədim Cümə məscidinin qapılarını sındırıblar. Bu haqda şəhər administrasiyasından məlumat verilir.

Mitinq Dərbənd Muzey-Qoruğunun rəhbərliyi tərəfindən muzeydə işləyirmiş kimi göstərilən lakin işə gəlməyən işçilərin işdən çıxarılmasına etiaz olaraq keçirilib. Muzeyin direktoru Viktor Çesnokov mitinqçilərin qarşısına çıxaraq onlara nə baş verdiyini izah etməyə çalışdı. Ancaq mitinqçilər buna məhəl qoymayaraq daha da qəzəblənib və millətçi şüarlar səsləndiriblər.
ПОСЛЕ НЕГО ОСТАНЕТСЯ МОРЕ…
К 80-и летию Вагифа Самедоглы

Мы часто слышим: На детях великих людей природа отдыхает.

В действительности нет такого природного закона.

Существует множество династий, где потомки даже талантливее предков. Есть музыкальные и писательские династии… Томас Манн, его брат Генрих Манн, и их дети. А Элизабет Манн Боргезе? Природа наделила ее способностями сразу в нескольких областях. Алексанр Дюма отец и Александр Дюма сын, Валентин и Павел Катаевы, Виктор и Денис Драгунские…

Если перенестись в Азербайджан, то один из ярких примеров – Народные поэты Азербайджана Расул Рза, Нигяр Рафибейли и их сын – народный писатель Азербайджана Анар…
MİŞUSTİN POLŞA VƏ NORVEÇLƏ SƏRHƏDLƏRİ BAĞLAYIR

RF höküməti Polşa və Norveçlə quru sərhədlərini bağlamağa qərar verdi. Səbəb dünyanı dolaşan bəla -koronovirusla bağlıdır. Baş nazir bu barədə tapşırıq verib. Rusiaynın Norveç və Polşa arasında quru yolu ilə olan keçid sərhədləri sabah-aprelin 15-dən qapanacaq. STOP!

Rusiyanın baş naziri Mixail Mişustin xarici vətəndaşalırn Polşa və Norveçdən keçməsini dayandırmaq haqqında tapşırıq verib. Məlumat bu gün hökümətin saytında dərc olunub.
Tarix : 10-11-2012, 18:25
NƏSƏ ÇATMIR...
“Pişiyin əli ətə çatmayanda deyər ət iylənib”.

Bir ara başlamışdım atalar sözləri haqda yazmağa, sonradan deyəsən pişik asqırdı, ya da nə bilim, mousumun (siçanımın) qabağına qara pişikmi çıxdı...daha yazmadım. Deyəcəksiz ki, bu kişi yenə başladı siçan-pişikdən yazmağa. Qardaş, neyniyim, ölkəsinin gündəmini “zoopark, zoosirk” söhbətləri bürüyən bir yazar bundan artıq necə yazsın? Amma deyəsən axı zooparkda siçan-pişik olmur, həə...? Nə isə... “Tiq-Tiq” xanım multfilmindəki soldöş pişik demişkən “yeri deyiil, hövsələn olsun...”

Hə, onu deyirdim, insan niyə qəmə-dərdə düşür? İnsan niyə gileylənir, niyə üsyan edir, nə vaxt ağlayır? O vaxt ki, nəyisə çatmır. Misal üçün anam deyərdi ki, mənim sənə öyrətmədiyim yeganə şey ağlamaqdı. Çünki doğulan kimi, hələ səni qucağıma almamış sən başladın ağlamağa.

Sonradan bildim ki, körpə doğularkən ona görə ağlayır ki, havası çatmır və bu ağlamaq onun üçün həyati məna kəsb edir. Ağlamasa pisdi, gərək ağlasın ki, ciyərlərinə hava dolsun. Hətta bəzən körpə - kişilik eləyib ağlamaq istəməyəndə (axı kişi ağlamaz deyirlər) yanının ətli yerinə bir şapalaq da vururlar ki, köppəyoğlu, ağla!

...Bir az böyüdüm, bu səfərki bəzi şeylərə boyum çatmadı. İnanırsız, əlim evin qapısının cəftəsinə çatmır deyə ağladığım günlərim olub mənim. Qardaş canı. Əlim çatdığım yerlərə də anam qoymazdı. Bəlkə də bu əlçatmazlıq səbəbindəndir ki, misal üçün, indi də hədsiz qənddan məhəbbətim var mənim...

Heç yadımdan çıxmaz, uşaq idik kənddə mağar toyları olardı. Varlısı, kasıbı hamı mağar toyu edərdi övladına. Fərqi yalnız bu olardı ki, varlı - balasının toyuna “aşıqçılardan” (musiqiçilərə belə deyərdik) başqa bir iki aktyor da gətizdirərdi. Millət də axışardı mağara. Basa-bas olardı. Hə, indi bax görüm bu balaca boyla necə baxırsan toya? Əli, Vəli, Pirvəli, birbirimizə qoşular, bir “fortuçka” tapıb toya baxmaq üçün mağarın dörd tərəfini dövrə vurardıq, amma çi fayda, tapa bilməzdik...Sabahkı gün məktəbdə həmin toya qoyduğumuz diaqnoz belə olardı: - Ayə, o nə toy idi, bir köpüklük toy olmadı. (yenə pişik-ət məsələsi)

Bir az daha böyüdüm...Sonralar pul çatışmazlığından əziyyət çəkməyə başladım. Hamı kimi...
Bob Marlinin özündən zindeyi-zəhləm getsə də, maraqlı bir sözü var onun, deyir: “Atam uşaqkən şərt kəsmişdi mənimlə; bütün dərslərimdən "5" ala bilseydim, mənə velosiped alacaqdı. Sırf bu üzdən bəzi dərslərimdən 4 alardım. Axı bilirdim, atamın velosiped almağa pulu çatmır.”

Mənim də buna oxşar hallarım olub. Elə böyükkən də. Yadımdadı, ev almağa imkanım çatmırdı deyə İsveçrədəki əhalinin böyük əksəriyyətinin kirayədə yaşaması məsələsi dilimdən düşmürdü. - Kirayəçilik də bir mədəniyyətdi, bu həmişə pulsuzluqdan qaynaqlanmır - deyirdim.

Amma öz aramızdı, hər şeyin pulla alınıb-satılması mümkün olan bir ölkədə pul çatışmazlığı bəlkə də yaxşı haldı. Təsəvvür edin hər kəsin kifayət qədər pulu olsaydı necə xaos yaranardı. Misal üçün, bir dəfə bir dost bəzi yazarların yazılarından çox əsəbləşmişdi deyə belə deyirdi: “Pulum olaydı, bəzi - pul xətrinə ağzına gələni yazan yazarları satın alıb tökərdim kür çayına.” Yəqin ki, hər şey aydın oldu...Allah qorusun...

Bəli. Sonrakı dönəmlərdə başlayır insanın hünəri çatmır. - Loru dildə desək, kişiliyi. Bəzi şeyləri görür, bilir, əmindi, qaranlıq heçnə yoxdu, hər şey ona çatır, yeganə çatmayan hünəri olur. Ağzına bir stəkan şollar suyu alıb susur...Bax, bəlkə də suyun aydınlıq olmayan yeganə yer buradı...

Həyat davam edir...Bir azdan anlayır ki, yox, mənim hətta insanlığım da çatmır. Dərdli birini görəndə “mənim nəyimə lazımdır”- deyib rahat ola bilir, üzülmür, sarsılmır.

Bəli, çatmır. Həmişə nəsə çatmır. Elə götürək müsəlmanı. Müsəlman niyə bu gündədir, sizcə? – Çünki, müsəlmanın müsəlmançılığı çatmır. Qardaş, gəlin etiraf edək də, çatmır. Bir dəfə demişdim:

Tələs ulu Haqqın dərgahında diz çökməyə,
dizlərin qocalır.
Səcdə zirvədir,
insan ora əyilmir, ucalır.

Bəli, adı müsəlman olsa da, müsəlmanın bu zirvəyə ucalmağa müsəlmanlığı çatmır. Bu da butulka deyil ki...nə isə...Yenə də multfilimdəki pişiyin o ğırıltılı səsi qulağımda cingildəyir: -Yeri deyil, hövsələn olsun...

Hə, yaxşı yadıma düşdü, bu arada deyim ki, bəzən insanın hövsələsi də çatmır. Bu da ağır dərddi. Bir çox ailələrə niyə dağılır sizcə? – hövsələsizlikdən. Məhəbbət həm də hövsələdir. Hövsələlər o qədər daralıb ki, ən adi bir anlaşmazlıq üzündən ailə dağılır, dostluqlar pozulur, insanlar tənhalaşır. Sonra da qüruru imkan vermir ki, desin, gəl dön geri ey yar, bu gözlər səni gözlər...Dön, Mənim – Sənim çatmır...Eh...Allah səbr versin.

Zaman keçir, keçir, keçir...insan qocalır, bu zaman bəlkə də hər şey var – boy var, pul var, insanlıq var, müsəlmançılıq var, səbr var, hövsələ də nə qədər desən var...bir sözlə, hər şey çatır amma onda da vaxt çatmır.
Hə, bax, bu, çarəsi olmayan yeganə çatışmazlığıdı insanın. Alnı qırışmış, əllər əsir, gözlərindəki bəlkə də son damcıları axıda-axıda belə zümzümə edir:

Ömür səssiz-səssiz, elə keçdi ki,
Ayaq səslərini duya bilmədim.
Qazancım çox oldu, ya itirdiyim..?
Vaxt edib onları saya bilmədim.

Gəzdim, dolandım mən, boş bivec – bivec
Qalmadı ömrümdə nə taqət, nə güc.
Sonda ayıldım ki, artıq gecdi, gec,
Heç nəyi yerinə qoya bilmədim...

PS. Bir dost köşələrimdən birinə yazmışdı ki, həmişə tənqid edirsiz amma çıxış yolu da göstərmək lazımdı axı...Haqlı idi o dəyərli oxucum. Onun üçün deyirəm: Gördüyünüz kimi, bütün problemlər ondan qaynaqlanır ki, nəyimizsə nəyəsə çatmır, demək, yeganə çarə -sözün hər anlamında böyüməkdi...




Baxış: 1890 | Bölmə: Yazarlar, İlqar Kamil
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yazarlar
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru