RUS ALİMLƏRİNİN XARİCİLƏRLƏ ÜNSİYYƏT QAYDALARI SƏRTLƏŞDİRİLİR
Rus ailmləri xarici həmkarlarları ilə elmi mübadilə aparmaq üçün xüsusi icazə almalı və bu prosesdə bütün danışıqlar qeydə alınıb ali təhsil və elm nazirliyinə təqdim edilməlidir. Bir sözlə alimlərin elmi -praktik konfransları, görüşləri tam nəzarətə götürülür.

Rusiya ali təhsil və elm nazirliyi rus elm adamlarının xarici həmkarları ilə əlaqə qaydalarını sərtləşdirən qanun hazırlayır. Sənədin surəti "Trotsk varınatı" ("Trotskiy varinat") qəzetində dərc olunub. Rusiya Elmlər Akademiyası texnika elmləri üzrə doktoru, professor Aleksandr Fradkovun bu əmrlə bağlı açıq etiraz məktubu da adıçəkilən qəzetdə yer alıb.

FACEBOOK  SƏSLI MESAJLARI GİZLİNCƏ DİNLƏYİRMİŞ
Bir həftə əvvələ qədər Facebook audio-faylları dinləyirmiş. Bunun da istifadəçi anlaşmasında razılaşdırıldığını deyib. Yəni istifadəçilərin bilgisi daxilində olduğu deyilir.

Bloomberg agentliyi Facebook kompaniyası istifadəçilərin səsli mesajlarını açmaq üçün buna yüzlərlə muzlu işçi cəlb etdiyi faktını açıqlayıb.

Anonim mənbə bildirib ki, korporasiyanın rəhbərliyi qarşısına səsli mesajların yer və zamanını gizli saxlamaqla audoi-faylların oxunması məsələsini qoyub. İşçilər bunun nəyə lazim olduğunu bilmədən təəccüblə dinləyiblər.
Mariya Zaxarova: Rusiyanın Qarabağın statusu haqqında fikri dəyişməzdir
Rusiya XİN yetkilisi Mariya Zaxarova bu fikri jurnalistlər üçün keçiridiyi bugüngü brifinqdə səsləndirib.

"Bizi Azərbaycan və Ermənistan münaqişə xəttində sakitliyin müşahidə olunması məmnun edir. Bununla yanaşı, tərəflərin müxtəlif yollarla bir-birini ittiham etməsi də narahatçılıq yaradır"-deyə Zaxarova qeyd edib.

Bu cür ritorikalar danışıqlar prosesində əlverişli şərtlərin formalaşdırılmasına və konfliktin həll olunmasında kompromiss variantlar axtarmağa imkan vermir- Rusiya xarici siyasət qurumundan qeyd ediblər.

"Rusiya Dağlıq Qarabağın son statusunun Azərbaycan və Ermənistan arasında danışıqlar yolu ilə müəyyən edilməsindən yanadır"-deyə XİN nümayəndəsi göstərib. Onu da əlavə edib ki, rəsmi Moskvanın mövqeyində heç bir dəyişiklik yoxdur.

Xarıtladaq ki, avqustun 7-də Ermənistan baş naziri Nikol Paşinyanın tanınmamış Dağlıq Qarabağ respublikası haqqında "Bura Ermənistandır"-deməsi Azərbaycan tərəfindən qəzəblə qarşılanıb.

Yenises.ru
Sabiq qırğız prezidenti Atambayevin rezidensiyasına basqın davam edir

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin rezidensiyasına basqında yaralananlar Dövlət Milli Təhlükəsizlik komitəsi əməkdaşlarının sayı artır. Almaz Atambayevi tutmaq üçün xüsusi əməliyyatda iştirak edən DTK əmdaşaları arasında yaralananların sayı 27 nəfərə çatdığı haqda RİA Novosti-yə komitənin mətbuat xidmətindən xəbər verilib.
Lukaşenkonun "oyunu" özünə baha başa gələ bilər
Lukaşenkonun Rusiyaya inteqrasiya məsələsini qarşı tərəfə təzyiq vasitəsinə çevirməsinə "Bulba Prestolov" Teleğram kanalı toxunub. Dni.ru iformasiya portalının Telegram kanala istnadən yazdığına görə Belorusiya prezidenti Aleksandr Lukaşenkonun başı üstündə qara buludlar dolaşır. Rusiya rəhbərliyi Batkanın şərtləri ilə inteqrasiyaya razı deyi-deyə ekspertlər xəbərdarlıq ediblər. Onların sözlərinə görə Rusiyada belorus liderinə kimsə güvənmir və onunla ünsiyyətdən qaçırlar.

Son zamanlar Belorusiyada qərbyönlü millətçilik baş qaldırıb-deyə "Bulba Prestolov "Telegram kanalın müəllifləri bildirirlər. Buna görə Rusiya Aleksandr Lukaşenko rejiminin maliyyələşdirilməsinin məqsədəuyğun olduğuna daha çox şübhə edirlər.
Rusiya XİN-dən ABŞ və Almaniyanın 3 avqust aksiyasını işıqlandırmasına   etiraz
RF Xarici işlər nazirliyinin ABŞ və Almaniyaya onların diplomatları və mediasının Rusiyanın daxili işiniə qarışması ilə bağlı rəsmi müracət göndərəcəyini qurumun nümayəndəsi Mariya Zaxarova "Bazar axşamı Vladimir Solovyevla" proqramında açıqlayıb. Bu avqustun 3-də Moskvada keçirilən icazəsiz mitinqin işıqlandırılması ilə əlaqəlidir.

Situasiyanı araşdırmağı xarici işlər nazirliyinin nümayəndəsi Mariya Zaxarova təklif edib.

"Mən düşünürəm ki, ABŞ rəhbərliyi onun diplomatlarının Rusiyanın daxili işinə qarışmalarına təəccüblənəcəklər"-deyə qeyd edib.

RUBRIKA: Belə də olur - SƏYYAR MAĞAR

Axşam aldığım xəbəri kənddən uzaqda yaşayan eloğlu ilə bölüşmək üçün zəng elədim:
--Salam, əmioğlu. Loxəbərlik olmasın, Məmmədəlinin ölümündən xəbərin var?
--Salam. Var, əmioğlu, var.
Moskvadakı icazəsiz mitinqdə 600 nəfər saxlanılıb
DİN-nin paytaxt rəhbərliyindən verilən məlumata görə avqustun 3-də Moskvada keçirilən icazəsiz aksiyada 1500 adam iştirak edib və onlardan 600 nəfərə yaxını saxlanılıb. Bu haqda RİA Novostinin məlumatında deyilir.
Moskvanın mərkəzində yanan binanın söndürülməsində 24 texnika və 2 vertolyotdan istifadə edilib
Bu gün səhər səhər saat 6:18 radələrində Moskvanın mərkəzində- Dubninsk küçəsi ev 41/4 ünvanında olan dördmərtəbəli binada yangın baş verib. Fövqəladə hallar nazirliyindən verilən məlumata görə yanğın 5 min kvadratmetr sahəni əhatə edib. Yanğını n söndürülməsində 80 nəfər yangınsöndürən, 24 texnika, o cümlədən 2 vertolyot iştirak edib. Xilasedicilər yanğının ətrafda yerləşən binalara və eləcəə də yaxınlıqdakı benzindoldurma məntəqəsinə keçməsi təhlükəsinin qarşısını almağa çalışıblar.
[right]Rusiya pasportu alan ukraynalılar sorğuya çəkilirlər
Ukraynanın hərbi prokuroru Anatoli Matios bəyan edib ki, Rusiya pasportu almaq üçün müraciət edən Donetsk və Luqansk vilayətinin sakinləri qurum tərəfindən sorğuya çağırılıb. O, bunu "Radio NV" -yə müsahibəsində söyləyib.

Hərbi prokuror müstəntiqlərin qanun çərçivəsində hərəkət etdiklərini qeyd edib. Matiosun sözlərinə görə hərbi prokurorluq baş verənlər haqqında tam təsəvvürə maikdir və Rusiya pasportu almaq üçün ərizə verən Ukrayna vətəndaşlarının şəxsiyyətini müəyyən etməklə məşğuldur.

ABŞ administrasiyasında Rusiyaya qarşı ikinici sanksiya  paketi hazırlanır
Birləşmiş Ştatlar Skripal işinə görə Rusiyaya qarşı ikinci sanksiya paketi hazırlayır. Bu haqda RİA Novostiyə ABŞ administrasiyasının nümayəndəsi məlumat verib.
Rusiya yığmasının azərbaycanlı oyunçusu Aleksandr Səmədov karyerasını başa  vurdu
35 yaşlı idmançı özünün bu qərarını İnstagram səhifəsindən açıqlayıb.

"Əziz dostllarım, yaxınlarım, azarkeşlərim! Futbolçu kimi özümün idman karyeramı başa vurmağın zamanı gəldi. Uzun illər sizin mənim yanımda olduğunuzu bilərək yaşadım, işlədim, oynadım,arzuladım, planlar qurdum. Sizin mənimlə və Rusiya futbolu ilə qürur duymağınız üçün qələbəyə nail olmağa çalışdım. Mən idmançı, futbolçu və şəxsiyyət kimi yetişmək istədim. Bu arzularım gerçəkləşdi. İstədiyimə çatdım! Mən xoşbəxtəm ki, siz hər zaman mənə inandınız, dəstəklədiz, həyəncanlandınız, irəli getmək, daha böyük uğurlar əldə etmək üçün güc verdiniz!"-deyə futbolçu yazıb.
Sobyanin icazəsiz mitində təxribat ola bilıcəyindən xəbər verib
Sobyanin xəbərdarlıq etdi. Mitinqi təşkil edənlərlər də, oara gələnlər də təxribat törətməyə hazırlaşırlar. Lakin bunun qarşısı alınacaq.

Bu günə təyin olunmuş icazəsiz mitinqində ciddi təxribat baş verəcəyi ehtimalından Moskva meri Sergey Sobyanin özünün Twitter səhifəsindən xəbər verib.


Vüqar Bayramov - Şairin dünyası qız qoxuludu!
Şairin dünyası qız qoxuludu!


Bu yay axşamında bahar havası,
Təbiət bu gecə yaz qoxuludu!
Hamının dilində şirin arzular,
Hamının dodağı söz qoxuludu!

Gözlər intizarda, qəlb həvəsdədi,
Hamı bir arzuda, bir nəfəsdədi.
Qulaqlar həsrətlə xırda səsdədi,
Həsrətin vüsalı naz qoxuludu!

Xəbəri titrətdi küləklər kimi,
Gəldi gecə yarı, mələklər kimi.
Muştuluq həvəsli ürəklər kimi,
Ocaq qoxuludu, köz qoxuludu!

Açıldı cığırım, izim dünyaya,
Qəlbimdən gələni yazım dünyaya.
Bu gecə göz açdı qızım dünyaya,
Şairin dünyası qız qoxuludu!


22.07.2018

Dünya mənim gözümdə bu baxışın boydadı.

Elə şirin baxırsan səddin, çəpərin yoxdur,
Sən elə bir duyğusan ölçün, qədərin yoxdur.
Səninlə gözəlləşib həyat xəbərin yoxdur,
Dünya mənim gözümdə bu baxışın boydadı.

Balalar gül doğulur, balalar çiçək olur,
Çirkin körpə görmədim, hamısı göyçək olur.
Bu məsum baxışında arzular gerçək olur,
Dünya mənim gözümdə bu baxışın boydadı.

Ömrümün hər saatı, dəqiqəsi, anısan,
Özünü çox sevərsən gözlərimdə tanısan!
Atanın gül qızısan,ürəyisən, canısan,
Dünya mənim gözümdə bu baxışın boydadı.

26.02.2019
Rusiya səfirliyi xəritədə Krımı Ukraynanınkı kimi göstərib
Rusiya səfriliyi Twitter səhifəsindəki paylaşımında Krımı xəritədə Ukrayna ərazisi kimi göstərdi. Ukrayna XİN-i də təşəkkür edərək davamını digər qurumlardan gözləyirik-deyə repost yazdı.

Rusiyanın Böyük Britaniyadakı səfriliyi Twitter səhifəsində Krımı Ukrayna əraizisi kimi göstərib.

Rusların yarısının əmək haqqı 35 min rubldan az imiş
Rosstat-ən məlumatlarına görə, böyük və orta müəssisələrdə işləyən rusların yarısı 34,335 rubldan az gəlir əldə edir. Nisbətən yüksək maaşı olan balıqçılardır.

Peskov Putinlə Zelenski arasındakı  telefon söhbətindən danışdı
Prezident seçilləndə təbrik etmədi, lakin prezident kimi qəbul edib telefonla danışdı. İlk cümləsi "Salam" olub-deyə yazır Rusiya mətbuatı. Salam verməkdə qeyri-adi nə olduğu anlaşılan deyil. Yəni "Alo" deməyibmi? Nə isə ki, prezidentlər arasında olan telefon söhbətini Peskov şərh edib.

Gürcüstan prezidentindən  Putinin sanksiyalara dair sözlərinə reaksiya
Zurabişvili Moskva ilə münasibətləri düzəltməyə hazırdır. Rusiyaya ilımlı mövqeyinin ölkəsində tənqidlə qarşlanacağına gəlincə "Kimsə mənə vətənpərvərlik öyrədə bilməz"-deyib.

Gürcüstan prezidenti Salome Zurabişvili rusiyalı həmkarı Vladimir Putinin Moskvanın Tiflisə qarşı sanksiyalar tətbiq etmək istəmədiyi bəyanatını alqışlayıb. Bu barədə Associated Press-ə müsahibəsində deyib.
Tarix : 23-01-2013, 05:38
Əməliylə ayağa qaldıran   və ya …
“Qoy danışsınlar”ı susduran Müsəlman Qadını

O müsəlman qadını sarsılmaz inamı, əsl ana məhəbbəti və qırılmaz ümidi ilə dünyanın bu hisslərdən çox uzaq düşdüyü bir vaxtda bütün ekran başındakıları çaşdırdı.

O Türk anası İctimai palatanın üzvü Sergey Markovu: “Mən şok içindəyəm, söz tapa bilmirəm”-deyib aglatdı, Dövlət Dumasının deputatı Roman Xudyakovu “imkandan istifadə edib bu müqəddəs qadının əlini öpüm”-deyib qarşısında baş əydirdi.

Bütün bunlar Rusiyanın 1-ci kanalında efirə gedən "Pust qovoryat" ("Qoy danışsınlar") proqramında Müsəlman qadının rus gəncinə yardım etdiyini anladan verilişdə yaşandı.

Hadisənin təfərrüatına varmazdan deyim ki, maddiyyatın mənəviyyata əks təsirinin təsdiqi olaraq vara-dövlətə, şan-şöhrətə yaxınlaşdıqca mərhəmətdən, məhəbbətdən uzaqlaşan bir dünyada yaşayırıq.

“Qürbətdir” deyib qapılarımızın kilidini çoxaltdıqca, urəyimizin də qapılarını bizə ehtiyacı olanlara qapatmışıq. Hasarlarımızı insan boyundan uca etdikcə, insanı münasibətləri hasarlayıb aramıza süni sərhədlər çəkmişik.

Qardaş qardaşı, bacı bacını evindən qovub. “El-elə sığar, ev-evə yox”- misalını əlimizdə bayraq, dilimizdə şüar etmişik. Bəhanəmiz, bəraətimiz də imtahana hazırlıqsız tələbənin məğzindən xəbərsiz oğurluq konspekti kimi əlimizin altında hazır olub.

Amma bütün bəhanələrin bitdiyi məqam var. Ki onu sadə bir Türk qadını göstərdi. Göstərdi ki, insanlıq hələ ölməyib. Göstərdi ki, məhəbbətin, mərhəmətin doğması, yadı, dini, dili, milliyyəti, sərhəddi olmur!

- Siz əməliniz və şəxsi nümunənizlə çox-çox diplomatların, siyasətçilərin edə biləcəyindən çox etmisiniz! 4 il, hər gün kimsəsiz bir rus gəncinin qayğısını çəkmək gücü Sizdə haradandır?

Türkiyədə, Antalyanın Aksu rayonunda 2008-ci ildə avtoqəzaya düşən rus gənci himayəsinə götürüb doğma anası kimi baxan türk qadınından bəhs edən Rusiyanın 1-ci kanalının “Pust qovoryat” verilişində Andrey Malaxovun verdiyi bu suala Gülsüm Kabadayının cavabı bu oldu:

-Rəbbimdən…

O Gülsüm Kabadayı ki, “Möhtəşəm yüzil” serialında özününkü saydığı bir xristian qadın Hürrəmə rəğbət və qururla baxan bu millətə öz timsalında daha bir Türk Hürrəmini göstərib ayaqda alqışla qarşılatdı. Həm də hesabsız-kitabsız…

2008-ci ildə Antalyada maşının altında qalan gənclə Gülsüm Kabadayı xəstəxanada rastlaşıb. Həmin xəstəxanada yatan baldızına qulluq edın Gülsüm həkimlərin sag qalacağına az ümid etdikləri naməlum rus oğlanı Türkiyə hökümətinin razılığı ilə himayəsinə götürərək kirayədə yaşadığı evinə gətirib. Elə o gündən 3 oğul anası olan Gülsüm Kabadayı 4 ildir ki, duyğusuz və hərəkətsiz yad gəncə dogma balası kimi baxır, qayğısını çəkir. Öpə-öpə, laylasıyla oxşaya-oxşaya, əzizləyə-əzizləyə həm də. Övladları da ailənin yeni Ümidini qardaş qəbul ediblər. Hətta İslam məktəbində təhsil alan Mehmet Ali:- “onu doğma qardaşımdam daha çox sevirəm. Çünki qardaşımın kimsəyə ehtiyacı yoxdur, Ümidin isə bu sevgiyə daha çox ehtiyacı var"-deyir.

Kiçik oğlu isə anasına deyib ki, ana, bizim əlimiz, ayagımız var, hərəkət edə bilirik. Amma Ümid abimdə bunlar yoxdur. Onun sənə daha çox ehtiyacı var.

Özü mərhəmətli olmaqla yanaşı, belə övladlar yetişdirən Ana qarşısında səcdə etməyib də nə edəsən?
Varlılıqdan kasıblığa həyatın hər üzünü görüb taledən şillə yeyən Gülsüm Kabadayı adını Ümid qoyduğu o şikəst gəncə minnətdardır. Niyəmi? Tanrı ona yaxşılıq etmək imkanını verdiyinə görə.

Öz doğma ata-anasına baxmaqdan usanan, taqətdən düşəndə onu qocalar evinə aparanlar, nəinki şikəst hətta sağlam övladından imtina edən analar varkən, adını-ünvanını bilmədiyi, dini, dili ayrı birinə yorulmadan, usanmadan baxan qadın-Ananın məhz "cənnət ayaqları altındadır". Hansı ki, o verilişdə bu ifadəni Gülsüm Kabadayı Ümidi doğan ana və bütün analar haqqında dedi.

Türkiyənin kasıb bir əyalətində sadə bir həyat yaşayan qadının dediklərindən artıq nə deyə, nə yaza bilərəm ki…

Gülsüm Kabadayı : “Mən çox zəngin idim. Mal- mülk Rəbbimindir, özü vermişdi, geri də aldı. Sonra müflisləşdik, kasıb olduq. Allah bizə verdiyi maddi varı alıb əvəzində Ümidi verdi. Ümid kimilərə kömək etmək xoşbəxtliyini bəxş etdi. Bundan böyük nə ola bilər ki?!”

İçindəki inam, qəbindəki mərhəmət, ölməyən ümidinlə hər kəsi ayaga qaldıra bilərsən! Əməlinlə dininə görə ayrı-seçkilik salıb, səni ikinci sort kimi qəbul edənlərin fikrində dönüş yaradıb, qarşında səcdə etdirə, əlini öpürə bilərsən. Budur, həqiqi məhəbbətin gücü!

Tünzalə Vəliqızı, Moskva




Baxış: 1455 | Bölmə: Yazarlar, Tünzalə Vəliqızı
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ən çox oxunanlar
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru