В Москве скончался известный журналист Олег Мамедов
Российская и азербайджанская общественность понесла тяжелую утрату, 19 января 2018 - года в Москве на 69-м году жизни, после продолжительной болезни скончался известный журналист Олег Хокуматович Мамедов.
Zaxarçenko: Donbassın reinteqrasiyası hərbi vəziyyət tətbiq etməyə yönəlib

Ukrayna Radasında Donbassın reinteqrasiyası ilə bağlı qanunun qəbul edilməsinin ardından qondarma Donetsk Xalq Respublikasının başçısı Aleksandr Zaxarçenko bu qanunu şərh edib.
Qazaxıstandaт Rusiyaya gələn  avtobus yandı: 52 ölü FOTO-VIDEO

Adamlar avtobusda diri-diri yanıblar
ОБРАЩЕНИЕ К АЗЕРБАЙДЖАНЦАМ РОССИИ
Многоуважаемые соотечественники! Дорогие друзья!

Мы гордимся успехами друг друга и учимся взаимной поддержке!

Ни для кого не секрет, что наша многочисленная община на сегодняшний день так и не смогла превратить количество в качество. Потенциал, которым мы на самом деле обладаем, так и не выявлен в той достаточной степени, чтобы мы говорили о множественности и многогранности наших успешных достижений.
Yaşı 25-dən yuxarı olan qadınlar  daha "kişisiz" Səudiyyə Ərəbistanına gedə bilərlər
25 yaşından yuxarı olan qadınlar kişilərin müşaiyəti olmadan Səudiyyə Ərəbistanını ziyarət edə bilərlər. 25 yaşından aşağı başqa ölkə vətəndaşları hər zamankı kimi kişi müşaiyəti olmadan ölkəyə gələ bilməzlər. Bu haqda yerli Arab News qəzeti yazıb.
Putin seçkilərdə Amerikanın Navalnı üzərindən hesabını "boş şey" adlandırdı
Putin Navalnının adını çəkmədi. Onun prezident seçkilərinə buraxılmamasını təbbi hal adlandırdı. Və Amerikanın onun üzərindən hesab aparmasının da fiaskoya uğradığını dedi.
Putin prezidentliyə namizədlərin çox olmasını şərh edib
Dövlət başçısı postuna iddia edənlərin sayının çox olması ölkənin xeyrınədir. Bu barədə Rusiya prezidentliyinə namizəd Vladimir Putin "Komsomolskaya pravda"nın redaksiyasında jurnalistlərlə görüşü zamanı deyib.
Polşa Avropa Birliyindən çıxa bilər
Polşa Avropa Birliyindən maddi vəsait almazsa hökümət bu qurumu tərk etmək üçün ölçü götürə biləcəyi barədə Avropa Şurasının rəhbəri Donald Tusk bəyan edib. Bu haqda The Telegraph xəbər verib.

Tuskun sözlərinə görə "Haq və Ədalət" iqtidar partiyasının AB-nin üzvü olmasının faydası aldığı vəsaitlə bağlıdı. Onu ümumi bazar, hüquqi rejim və təhlükəsizlik zəmanəti maraqlandırmır.
ВЦИОМ: рейтинг КПРФ вырос до максимума после выдвижения Грудинина кандидатом в президенты
По результатам опроса Всероссийского центра изучения общественного мнения (ВЦИОМ), выдвижение директора предприятия «Совхоз имени Ленина» Павла Грудинина на выборы президента России положительно сказалось на электоральном рейтинге КПРФ. Он в последнюю неделю декабря достиг максимального значения за год – 11% (на неделе с 4 по 10 декабря рейтинг КПРФ составлял 7,6%).
Захарова: Москва может ответить на дискриминацию российских СМИ в Молдавии
Официальный представитель Министерства иностранных дел России Мария Захарова в четверг, 11 января, отреагировала на подписание спикером молдавского парламента Андрианом Канду закона об изменении Кодекса о телевидении и радио, несмотря на то, что президент Молдавии Игорь Додон дважды отклонял этот законопроект. Захарова назвала дискриминацией и нарушением норм демократического общества закон о запрете в Молдавии трансляции российских новостных и информационно-аналитических программ, сообщается на официальном сайте российского внешнеполитического ведомства.

«С сожалением приходится констатировать, что данный акт откровенной дискриминации российских средств массовой информации носит последовательный характер и является очередным антироссийским выпадом со стороны правящего парламентского большинства в Кишинёве», — заявила российский дипломат.

В Турции нашли «ключевого организатора» убийства посла Карлова
Полиция Турции арестовала подозреваемого, связанного с запрещенной в стране террористической группировкой ФЕТО, по подозрению в причастности к убийству российского посла Андрея Карлова, сообщает Daily Sabah.

Замначальника «Матросской тишины» уволили после скандала с «вип-камерами»

Одного из заместителей начальника «Матросской тишины» уволили после проверки, организованной прокуратурой и ФСИН из-за публикаций в прессе о «вип-номерах» в этом СИЗО. О существований таких камер ранее рассказали правозащитники
Замначальника московского следственного изолятора «Матросская тишина» уволили после прокурорской проверки сообщений о комфортабельных «вип-камерах» в СИЗО. Об этом РБК сообщили в пресс-службе ФСИН России.
İspaniya meyidxanasında ölünü yarmaq istərkən  dirilib

İspaniyanın şərqində meyidxananın işçiləri ölü topbasından "xorultu" səsi gəldiyini eşidiblər. Bu haqda The Local qəzeti yazıb.
В Москве создана Ассоциация национально-культурных средств массовой коммуникации
27 декабря в Москве состоялось учредительное собрание новой общественной организации – Ассоциация национально-культурных средств массовой коммуникаций (АНК СМК).

В мероприятии принимала участие инициативная группа — представители пресс-служб, коммерческих и некоммерческих организаций, общественных национальных объединений.
"Rosneft"in hüquq şöbəsinin  başçısı FTX (FSB) tərəfindən saxlanıldı
"Rosnefi"in hüquq şöbəsinin başçısı Feederal Təhlükəsizlik xidməti (FTX) tərəfindən saxlanılıb.
Rusların əksəriyyəti Sovet İttifaqının dağılmasına təəssüflənir

"Levada" sosial araşdırma mərkəzinin sorğusunun nəticələrinə görə rusların çoxu SSRİ-nin dağılması əleyhinədirlər. 58 faiz Nəhəng dövlətin parçalanmasına təəssüf edir.
Çeçenistan parlamentariləri İnstagramı tərk etdilər
Çeçenistan parlamentinin deputatları respublikanın başçısı Ramzan Kadırovun İnstagram səhifəsinin blok edilməsinə etiraz edərək sosial şəbəkəni tərk etməyi qərara alıblar. Çeçenistan parlamentinin spikeri Maqomed Daudov Kadırovun səhifəsinin blok edilməsindən xəbər tutan kimi dərhal öz akkauntunu bağlayıb. O, bildirib ki, Kadırovun səhifəsi açılmayana kimi bu şəbəkədən istifadə etməyəcək. qanunverici orqanın mətbuat katibinin RİA Novosti-yə verdiyi i məlumata görə deputat korpusu tam tərkibdə Daudovun təşəbbüsünü dəstəkləyiblər. Qeyd edək ki, Çeçenistan parlamentinin 41 deputatı var.
Rusiyada bloggerlər də  "Agent KİV-lər" siyahısına düşə bilərlər
Dövlət Dumasının vitse-prezidenti Petr Tolstoy bloggerlərin də "Agent-KİV-lər" haqqında qanuna əsasən o siyahısına düşə biləcəklərini bəyan edib. Onun sözlərinə görə söhbət xaricdən maaliyyələşən bloggerlərdən gedir.

"Əgər onlar (bloggerlər) KİV sayılırsa və xaricdən maaliyyə dəstəyi alırsa, prinsipcə biz bloggerlərə bu qanun kontekstində baxmırıq"-deyə Tolstoy bildirib.
Tarix : 21-03-2013, 21:42
BAYRAM AXŞAMI
(Bu gün əziz anamın doğum günüdü, onun yoxluğunun 4 yaşı var. Anamın ruhunu bu hekayəmlə təbrik edirəm!)

Şerimin son misralarını yazırdım:

Ürəyə etibar yoxdu,
özün öyrən döyünməyi...


Mən şair deyiləm, sadəcə arada cızma-qaralarım olurdu belə. Yazmaq bəzən insanı dincəldir axı...Dərindən bir ah çəkib ayağa qalxdım. Bahar gəlmişdi. Novruz günləri idi. Pəncərəni açdım. İlahi...çəkdim çəkə bildiyim qədər baharın təravətini ciyərlərimə. Quşların cəhcəhi günəşin şüaları fonunda çox ürəkaçan idi. Ağaclar çiçəkləmiş, hər yer yaşıllaşmışdı. Bir ətrafa boylandım; insanlar hərə bir tərəfə tələsirdi. Hamı axşama bayramı qeyd etməyə hazırlaşırdı. Yəqin ki, hamının evi bu axşam qonaqlı - qaralı olacaqdı. Bizim isə, ehhh..bizim heç kimimiz yox idi. Atamızı çoxdan itirmişdik. Anam, balaca bacım Şəlalə və kiçik qardaşım Səid bir yerdə yaşayırdıq. Anam bizi təkbaşına minbir zəhmət ilə böyütmüşdü. Indi isə özü ağır xəstə idi. Ona görə də cəmi 23 yaşı olan mən deməy olar ki, evin “ağsaqqqalı” olmuşdum. Nə isə...

Həyətə düşdüm. Məhləmizi bayram ab-havası bürümüşdü. Axı insanlar ildə cəmi bir dəfə belə ürəkdən sevinirdilər. Hamının gözü gülürdü. Hər kəs elə xoşbəxt idi ki bu gün...
Allah tərəfi, yaxşı qonşularımız var idi. Mehriban, istiqanlı və ürəkyanan insanlar idilər. İstər Sənubər xalagil, istər Heydər dayıgil bizi çox istəyirdilər. Axı yetim uşaqlar idik...
Üstəlik bu gün Sənubər xalanın oğlu Fərhad əsgərlikdən gəlmişdi. Ona görə qərarlaşmışdıq ki, axşam bayramı hamı birgə Sənubər xalagildə qeyd edək. Deyək, gülək, qoy Murovun şaxtasından ruhuna kimi donan uşağın könlü açılsın.

Sənubər xala təndirdən çıxardığı çörəkləri bir bağlamada başına qoyub evə aparırdı. Birdən bizə tərəf dönüb:
Ay Fərid uyy, axşam gəlirsiz dəə, xala qurban? Yadızdan çıxmasın a, Şəlişgili də gətir! –deyə səsləndi.
–Yaxşı, oldu, Sənubər xala, hökmən gələcəyik, dedim...

***
Hava artıq qaralmağa başlamışdı. Namaz vaxtı idi.
- “Şəliş, namazımızı qılaq, vaxtdı, hazırlaşın gedək!” –dedim. Şəlişdən bir səs çıxmadı. Yuxarı qalxdım. Anamın halı pisləşmişdi. Səid başı ilə anam işarə edərək, – “halı yenə dönüb.” –deyib, başını yellədi.
Şəliş isə ananın başı üstündə oturub, “anacan, keçəcək indi, biraz döz, keçəcək!” –deyə həm anaya, həm özünə təsəlli verirdi.

Anamın xəstəliyi ürəyindən idi. Nə qədər dava-dərman etmişdiksə heç bir xeyri yox idi. Yazıq arvad haçandı bu dərddən əzab çəkirdi. Nə bilim, bəlkədə dünyanın harasındasa onun dərdinin dərmanı var idi amma axı biz dünyanın bu küncündə idik...
Əlacsız-əlacsız anamın üzünə baxıb, uşaqlar, siz gedin, mən anamla qalacam, dedim.
“Elə şey olar, biz də getmirik” –deyə Səid və Şəliş gözümün içinə baxaraq dilləndilər. Göz-gözə gəldik Şəlişlə. Gözlərində bir nisgil var idi ki, bir anlada bilsəm...
Nə etmək olardı? Üçümüz də anamızın yanında əyləşib onu izləməyə başladıq. Həmişə bir anlıq belə ağrısı tutur, bir müddətdən sonra isə keçirdi. Dərmanını da atmışdı...

“Kiçik dərdlər dil-dil ötər
Böyük dərdlər lal olar!”


Bir müddət beləcə keçdi. Birdən anam gözünü açıb, təlaşla bizə baxdı, nəsə demək istəyirdi, deyə bilmirdi. Rəngi get-gedə ağarırdı. Belə heç olmamışdı...Şəliş gil ağlaşmağa başladı: ana, nə istəyirsən, anacan, danış! Nəhayət ki, anam dilini açdı:
“Balalarım...balalarım... mehriban olun...həmişə bir yerdə olun... birbirinizə dəstək olun...boğula-boğula danışırdı: -Fəridim, Şəlişimlə, Səidimi sənə tapşırıram...məndən bura qədər imiş!” –deyə xırıltılı səslə vəsiyyət edirmiş kimi danışıb, aram-aram gözlərini yumdu. Sinəsi şişməyə başladı. Nəfəsi getdi, qayıtmadı. Heyrət içində idik. Şəlişdən bir qışqırıq qalxdı: –Anaaaaaaaaa!
Səid isə “Fərid, qaqa, noldu anaya, noldu anaya?” –deyə hıçqıra hıçqıra ağlamağa başladı. Uşaq idi axı, ümüdü mənə gəlirdi...

Uşaqlar ana ölümünü anlamaz ki...

Şokda idim...Nə edəcəyimi bilmirdim...Bəli, deyəsən nəhayət ki, ən qorxduğumuz şey, həmişə yuxularda kabusunu gördüyümüz hadisə reallaşmışdı -Anamız canını tapşırmışdı.
Şəliş tələsik həyətə qaçmaq istədi ki, qonum-qonşuya xəbər versin. “Dayan, Şəliş, olmaz! Bu bayram axşamında heç kimi narahat etməyə haqqımız yoxdu, eşitdin?” –deyə boğula-boğula qışqırdım. – Qoy camaat bayramını eləsin. Onsuz da onlar bilsələr nə edəcəklər ki? Niyə bayramlarına haram qataq? Bizim dərdimizdi, özümüz çəkərik...
O, neçə dəfə heç olmasa Sənubər xalagilə xəbər vermək istəsə də mən buna əsla imkan vermədim. Qapıları arxadan kilidləyib evdə oturduq...
Şəliş asta-asta dodağının altında mızıldanırdı:

Anasız bu dünyamın
Nə dadı var, nə də tamı
İlahi, al hər şeyimi
Qaytar geri anamı!


Ana ölümü ən çox qız övladını çökdürürmüş, onda anladım. Bu ağrı Şəlişin simasında elə aydın görünürdü ki...

Bir xeyli vaxt keçdi. Biz də ağlayıb, sızlayıb az da olsa toxdamışdıq. Hələ anasızlığı çox da hiss etmirdik. Axı hələki o bizimlə idi.
Gecənin sükutunda qonşudakı bayram şənliyinin səsini aydın eşitmək olurdu. Vur çartlasın idi. Səslər, gülüşlər bir-birinə qarışmışdı. Istər-istəməz neçə il öncəki xoşbəxt bayramlarımız gəldi gözümün önünə; anamın məmnun siması, gülər gözləri canlandı varlığımda. Gözlərimdəki bir anlıq olan mutluluq sevinci anamın evin ortasındakı nəşinə sataşan kimi dondu. Amansız reallıq şirin xəyalların belini qırdı - Anasızlıq yenidən sardı canımı...

Artıq gecənin tən yarısı idi. Səssizlikdən məlum idi ki, şənlik də bitmişdi. Şəliş başını ananın sinəsinə qoyub yatmışdı. Səid də bir küncdə ananın bel ədyalına bürünüb yuxulamışdı.
Mən isə düşünürdüm. Gah anamla bağlı şirin xatirələri, gah da sabahkı dəfn mərasiminin problemləri haqda düşünürdüm...

***

Gecəni diri açdım. Günəş zalım bu sabah elə gecikirdi ki. Quşlar yenə də həmişəki kimi cəh-cəh vursalar da mənim qulağımda yeganə olan səs anamın sükutu idi.
Heydər dayının səsinə mən fikirdən, uşaqlar yuxudan dik atıldılar: – “Ay bala, ay Fərid, bayramdıyee, hələ yatmısız? Bayramınız mübarək olsun!” –deyə enerji dolu səslə bizi çağırırdı. Qapını açıb həyətə düşdüm. Şəliş qəfəsdən çıxmış quş balası kimi mənim böyrümdən sıyrılıb özünü bayıra atdı: – “Heydər dayı, anamız gecə öldü, anam öldüüü!” –deyə sanki gecədən indiyədək içində həbs etdiyi bağırtını çölə tökdü. Həyətdə samavar qaynadan Sənubər xala da bunu eşitdi. “caaan, Qərənfilim!” –deyə həyəcanla uzun tumanının ətəklərini əlinə yığıb bizə tərəf qaçdı...

***
Artıq bütün kəndə xəbər yayılmışdı. Hamı bizim həyətə toplaşmışdı.
Hər kəs bir nəfər kimi ağızdolusu bizim bu gecəki hərəkətimizdən danışırdı: – ürəyə bir bax e, heç kimi narahat etməyiblər ki, bayramaxşamları haram olmasın, afərin onlara, afərin belə böyükürəkli balalara! Allah analarına rəhmət eləsin!

O vaxtdan ürəyim ağrı tapdı. Əslində mən buna heç vaxt təəssüflənmədim, axı bu ağrı mənə anamın son yadigarı idi.

Onun qəbir daşına isə bu misraları yazdırdıq:

Bircə kəlmə, üçcə hərf
Dərin, çözülməz bir məna.
Desən mələk, desəm insan
Əlçatmaz bir imkan – ANA!



İlqar Kamil, Yaroslavl




Baxış: 1156 | Bölmə: Yazarlar, İlqar Kamil
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru