RUS ALİMLƏRİNİN XARİCİLƏRLƏ ÜNSİYYƏT QAYDALARI SƏRTLƏŞDİRİLİR
Rus ailmləri xarici həmkarlarları ilə elmi mübadilə aparmaq üçün xüsusi icazə almalı və bu prosesdə bütün danışıqlar qeydə alınıb ali təhsil və elm nazirliyinə təqdim edilməlidir. Bir sözlə alimlərin elmi -praktik konfransları, görüşləri tam nəzarətə götürülür.

Rusiya ali təhsil və elm nazirliyi rus elm adamlarının xarici həmkarları ilə əlaqə qaydalarını sərtləşdirən qanun hazırlayır. Sənədin surəti "Trotsk varınatı" ("Trotskiy varinat") qəzetində dərc olunub. Rusiya Elmlər Akademiyası texnika elmləri üzrə doktoru, professor Aleksandr Fradkovun bu əmrlə bağlı açıq etiraz məktubu da adıçəkilən qəzetdə yer alıb.

FACEBOOK  SƏSLI MESAJLARI GİZLİNCƏ DİNLƏYİRMİŞ
Bir həftə əvvələ qədər Facebook audio-faylları dinləyirmiş. Bunun da istifadəçi anlaşmasında razılaşdırıldığını deyib. Yəni istifadəçilərin bilgisi daxilində olduğu deyilir.

Bloomberg agentliyi Facebook kompaniyası istifadəçilərin səsli mesajlarını açmaq üçün buna yüzlərlə muzlu işçi cəlb etdiyi faktını açıqlayıb.

Anonim mənbə bildirib ki, korporasiyanın rəhbərliyi qarşısına səsli mesajların yer və zamanını gizli saxlamaqla audoi-faylların oxunması məsələsini qoyub. İşçilər bunun nəyə lazim olduğunu bilmədən təəccüblə dinləyiblər.
Mariya Zaxarova: Rusiyanın Qarabağın statusu haqqında fikri dəyişməzdir
Rusiya XİN yetkilisi Mariya Zaxarova bu fikri jurnalistlər üçün keçiridiyi bugüngü brifinqdə səsləndirib.

"Bizi Azərbaycan və Ermənistan münaqişə xəttində sakitliyin müşahidə olunması məmnun edir. Bununla yanaşı, tərəflərin müxtəlif yollarla bir-birini ittiham etməsi də narahatçılıq yaradır"-deyə Zaxarova qeyd edib.

Bu cür ritorikalar danışıqlar prosesində əlverişli şərtlərin formalaşdırılmasına və konfliktin həll olunmasında kompromiss variantlar axtarmağa imkan vermir- Rusiya xarici siyasət qurumundan qeyd ediblər.

"Rusiya Dağlıq Qarabağın son statusunun Azərbaycan və Ermənistan arasında danışıqlar yolu ilə müəyyən edilməsindən yanadır"-deyə XİN nümayəndəsi göstərib. Onu da əlavə edib ki, rəsmi Moskvanın mövqeyində heç bir dəyişiklik yoxdur.

Xarıtladaq ki, avqustun 7-də Ermənistan baş naziri Nikol Paşinyanın tanınmamış Dağlıq Qarabağ respublikası haqqında "Bura Ermənistandır"-deməsi Azərbaycan tərəfindən qəzəblə qarşılanıb.

Yenises.ru
Sabiq qırğız prezidenti Atambayevin rezidensiyasına basqın davam edir

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin rezidensiyasına basqında yaralananlar Dövlət Milli Təhlükəsizlik komitəsi əməkdaşlarının sayı artır. Almaz Atambayevi tutmaq üçün xüsusi əməliyyatda iştirak edən DTK əmdaşaları arasında yaralananların sayı 27 nəfərə çatdığı haqda RİA Novosti-yə komitənin mətbuat xidmətindən xəbər verilib.
Lukaşenkonun "oyunu" özünə baha başa gələ bilər
Lukaşenkonun Rusiyaya inteqrasiya məsələsini qarşı tərəfə təzyiq vasitəsinə çevirməsinə "Bulba Prestolov" Teleğram kanalı toxunub. Dni.ru iformasiya portalının Telegram kanala istnadən yazdığına görə Belorusiya prezidenti Aleksandr Lukaşenkonun başı üstündə qara buludlar dolaşır. Rusiya rəhbərliyi Batkanın şərtləri ilə inteqrasiyaya razı deyi-deyə ekspertlər xəbərdarlıq ediblər. Onların sözlərinə görə Rusiyada belorus liderinə kimsə güvənmir və onunla ünsiyyətdən qaçırlar.

Son zamanlar Belorusiyada qərbyönlü millətçilik baş qaldırıb-deyə "Bulba Prestolov "Telegram kanalın müəllifləri bildirirlər. Buna görə Rusiya Aleksandr Lukaşenko rejiminin maliyyələşdirilməsinin məqsədəuyğun olduğuna daha çox şübhə edirlər.
Rusiya XİN-dən ABŞ və Almaniyanın 3 avqust aksiyasını işıqlandırmasına   etiraz
RF Xarici işlər nazirliyinin ABŞ və Almaniyaya onların diplomatları və mediasının Rusiyanın daxili işiniə qarışması ilə bağlı rəsmi müracət göndərəcəyini qurumun nümayəndəsi Mariya Zaxarova "Bazar axşamı Vladimir Solovyevla" proqramında açıqlayıb. Bu avqustun 3-də Moskvada keçirilən icazəsiz mitinqin işıqlandırılması ilə əlaqəlidir.

Situasiyanı araşdırmağı xarici işlər nazirliyinin nümayəndəsi Mariya Zaxarova təklif edib.

"Mən düşünürəm ki, ABŞ rəhbərliyi onun diplomatlarının Rusiyanın daxili işinə qarışmalarına təəccüblənəcəklər"-deyə qeyd edib.

RUBRIKA: Belə də olur - SƏYYAR MAĞAR

Axşam aldığım xəbəri kənddən uzaqda yaşayan eloğlu ilə bölüşmək üçün zəng elədim:
--Salam, əmioğlu. Loxəbərlik olmasın, Məmmədəlinin ölümündən xəbərin var?
--Salam. Var, əmioğlu, var.
Moskvadakı icazəsiz mitinqdə 600 nəfər saxlanılıb
DİN-nin paytaxt rəhbərliyindən verilən məlumata görə avqustun 3-də Moskvada keçirilən icazəsiz aksiyada 1500 adam iştirak edib və onlardan 600 nəfərə yaxını saxlanılıb. Bu haqda RİA Novostinin məlumatında deyilir.
Moskvanın mərkəzində yanan binanın söndürülməsində 24 texnika və 2 vertolyotdan istifadə edilib
Bu gün səhər səhər saat 6:18 radələrində Moskvanın mərkəzində- Dubninsk küçəsi ev 41/4 ünvanında olan dördmərtəbəli binada yangın baş verib. Fövqəladə hallar nazirliyindən verilən məlumata görə yanğın 5 min kvadratmetr sahəni əhatə edib. Yanğını n söndürülməsində 80 nəfər yangınsöndürən, 24 texnika, o cümlədən 2 vertolyot iştirak edib. Xilasedicilər yanğının ətrafda yerləşən binalara və eləcəə də yaxınlıqdakı benzindoldurma məntəqəsinə keçməsi təhlükəsinin qarşısını almağa çalışıblar.
[right]Rusiya pasportu alan ukraynalılar sorğuya çəkilirlər
Ukraynanın hərbi prokuroru Anatoli Matios bəyan edib ki, Rusiya pasportu almaq üçün müraciət edən Donetsk və Luqansk vilayətinin sakinləri qurum tərəfindən sorğuya çağırılıb. O, bunu "Radio NV" -yə müsahibəsində söyləyib.

Hərbi prokuror müstəntiqlərin qanun çərçivəsində hərəkət etdiklərini qeyd edib. Matiosun sözlərinə görə hərbi prokurorluq baş verənlər haqqında tam təsəvvürə maikdir və Rusiya pasportu almaq üçün ərizə verən Ukrayna vətəndaşlarının şəxsiyyətini müəyyən etməklə məşğuldur.

ABŞ administrasiyasında Rusiyaya qarşı ikinici sanksiya  paketi hazırlanır
Birləşmiş Ştatlar Skripal işinə görə Rusiyaya qarşı ikinci sanksiya paketi hazırlayır. Bu haqda RİA Novostiyə ABŞ administrasiyasının nümayəndəsi məlumat verib.
Rusiya yığmasının azərbaycanlı oyunçusu Aleksandr Səmədov karyerasını başa  vurdu
35 yaşlı idmançı özünün bu qərarını İnstagram səhifəsindən açıqlayıb.

"Əziz dostllarım, yaxınlarım, azarkeşlərim! Futbolçu kimi özümün idman karyeramı başa vurmağın zamanı gəldi. Uzun illər sizin mənim yanımda olduğunuzu bilərək yaşadım, işlədim, oynadım,arzuladım, planlar qurdum. Sizin mənimlə və Rusiya futbolu ilə qürur duymağınız üçün qələbəyə nail olmağa çalışdım. Mən idmançı, futbolçu və şəxsiyyət kimi yetişmək istədim. Bu arzularım gerçəkləşdi. İstədiyimə çatdım! Mən xoşbəxtəm ki, siz hər zaman mənə inandınız, dəstəklədiz, həyəncanlandınız, irəli getmək, daha böyük uğurlar əldə etmək üçün güc verdiniz!"-deyə futbolçu yazıb.
Sobyanin icazəsiz mitində təxribat ola bilıcəyindən xəbər verib
Sobyanin xəbərdarlıq etdi. Mitinqi təşkil edənlərlər də, oara gələnlər də təxribat törətməyə hazırlaşırlar. Lakin bunun qarşısı alınacaq.

Bu günə təyin olunmuş icazəsiz mitinqində ciddi təxribat baş verəcəyi ehtimalından Moskva meri Sergey Sobyanin özünün Twitter səhifəsindən xəbər verib.


Vüqar Bayramov - Şairin dünyası qız qoxuludu!
Şairin dünyası qız qoxuludu!


Bu yay axşamında bahar havası,
Təbiət bu gecə yaz qoxuludu!
Hamının dilində şirin arzular,
Hamının dodağı söz qoxuludu!

Gözlər intizarda, qəlb həvəsdədi,
Hamı bir arzuda, bir nəfəsdədi.
Qulaqlar həsrətlə xırda səsdədi,
Həsrətin vüsalı naz qoxuludu!

Xəbəri titrətdi küləklər kimi,
Gəldi gecə yarı, mələklər kimi.
Muştuluq həvəsli ürəklər kimi,
Ocaq qoxuludu, köz qoxuludu!

Açıldı cığırım, izim dünyaya,
Qəlbimdən gələni yazım dünyaya.
Bu gecə göz açdı qızım dünyaya,
Şairin dünyası qız qoxuludu!


22.07.2018

Dünya mənim gözümdə bu baxışın boydadı.

Elə şirin baxırsan səddin, çəpərin yoxdur,
Sən elə bir duyğusan ölçün, qədərin yoxdur.
Səninlə gözəlləşib həyat xəbərin yoxdur,
Dünya mənim gözümdə bu baxışın boydadı.

Balalar gül doğulur, balalar çiçək olur,
Çirkin körpə görmədim, hamısı göyçək olur.
Bu məsum baxışında arzular gerçək olur,
Dünya mənim gözümdə bu baxışın boydadı.

Ömrümün hər saatı, dəqiqəsi, anısan,
Özünü çox sevərsən gözlərimdə tanısan!
Atanın gül qızısan,ürəyisən, canısan,
Dünya mənim gözümdə bu baxışın boydadı.

26.02.2019
Rusiya səfirliyi xəritədə Krımı Ukraynanınkı kimi göstərib
Rusiya səfriliyi Twitter səhifəsindəki paylaşımında Krımı xəritədə Ukrayna ərazisi kimi göstərdi. Ukrayna XİN-i də təşəkkür edərək davamını digər qurumlardan gözləyirik-deyə repost yazdı.

Rusiyanın Böyük Britaniyadakı səfriliyi Twitter səhifəsində Krımı Ukrayna əraizisi kimi göstərib.

Rusların yarısının əmək haqqı 35 min rubldan az imiş
Rosstat-ən məlumatlarına görə, böyük və orta müəssisələrdə işləyən rusların yarısı 34,335 rubldan az gəlir əldə edir. Nisbətən yüksək maaşı olan balıqçılardır.

Peskov Putinlə Zelenski arasındakı  telefon söhbətindən danışdı
Prezident seçilləndə təbrik etmədi, lakin prezident kimi qəbul edib telefonla danışdı. İlk cümləsi "Salam" olub-deyə yazır Rusiya mətbuatı. Salam verməkdə qeyri-adi nə olduğu anlaşılan deyil. Yəni "Alo" deməyibmi? Nə isə ki, prezidentlər arasında olan telefon söhbətini Peskov şərh edib.

Gürcüstan prezidentindən  Putinin sanksiyalara dair sözlərinə reaksiya
Zurabişvili Moskva ilə münasibətləri düzəltməyə hazırdır. Rusiyaya ilımlı mövqeyinin ölkəsində tənqidlə qarşlanacağına gəlincə "Kimsə mənə vətənpərvərlik öyrədə bilməz"-deyib.

Gürcüstan prezidenti Salome Zurabişvili rusiyalı həmkarı Vladimir Putinin Moskvanın Tiflisə qarşı sanksiyalar tətbiq etmək istəmədiyi bəyanatını alqışlayıb. Bu barədə Associated Press-ə müsahibəsində deyib.
Tarix : 17-02-2013, 23:02
NİFRƏTİMİZİ DAŞA DÖNDƏRMƏYƏK!
Əkrəm Əylislinin başıbəlalı “Daş yuxular” əsəri haqqında mətbuatda müxtəlif səpgili və saysız-hesabsız yazılara rast gəlmək olar. Bütün bu yazıları oxuyarkən “Artıq hər şey deyilib. Bu deyilənlərə daha nə əlavə edə bilərəm?” - deyə düşünürdüm. Eləcə də fevralın 16-da Millərlər evində təşkil olunan Azərbaycan Yazıçılar birliyinin Moskva bölməsinin 10 illik yubileyində bu haqda nə danışacağımı fikirləşirdim, nə deyil ki, təkrar olmasın.
Müxtəlif qəzetlərdən və saytlardan fikrimi soruşanlar da az olmamışdı. Deyilənləri təkrarlamamaq üçün susmağı üstün tuturdum. Bir şeyə də fikir vermişdim ki, imzasını tanıtmaq istəyən bəzi yazarların əlinə sanki fürsət düşmüş kimiydi. Özünü yada salmağın məqamıydı sanki... Bilən bilməyən, oxuyan oxumayan yazırdı...
Və elə bu zamanlarda, 525-ci qəzetin internet səhifəsində məşhur alim və çox hörmət bəslədiyim gözəl insan Tofiq Məliklinin məqaləsinə rast gəldim - “Əkrəm Əylisli və onun “Daş yuxuları”.
Təhqirdən uzaq olan bu mənalı yazını oxuduqdan sonra, “Drujba narodov” jurnalının vətəni olan Moskvada vətən həsrətiylə yaşayan bir şairə kimi, mən də öz fikrimi mütləq bildirməli olduğuma qərar verdim.

Ən qorxulu şey – xalqın nifrətidir. Vay o gündən ki, xalq yad düşmənə deyil, öz nümayəndəsinə nifrət etsin. Mən bunu heç kəsə arzulamaram. Və ən çıxılmaz durum – geriyə dönüşün olmamadığını bilməkdir. Ölüm belə bundan yaxşıdır.

Atalar deyib ki, insanın öz-özünə etdiyini el yığılsa da edə bilməz. Nə idi Əkrəm bəyi bu əsəri yazmağa vadar edən? O hər şeyin bu yerə gəlib çıxacağını bilmirdimi? Xalqın nifrətini qazanacağını, ondan üz döndəriləcəyini bilmirdimi? Məgər o, bəzi şairlərin hətta haqsız olaraqdan unudulmağa məhkum olunması, dərsliklərdən çıxarılması kimi acı ədəbi tarixləri unutmuşdumu? – hələ qalsın ki, qatı düşmənlərimizin əlinə fürsət verə biləcək biyabırçı bir əsəri yazan yazıçının gününün necə olacağı...
Məncə xeyir! Lakin bilərəkdən belə bir əsər yazmaq da nə demək idi? Doğrudanmı Vətənimizi qaçqınlar, köçgünlər yurduna çevirən, torpaqlarımızda at oynadın, qadınlarımızı, qızlarımızı əsir alan bir düşməni elə sevmək olar ki, onun şəninə belə bir “möhtəşəm” yazı yazılsın?

Əkrəm bəyin keçən ilin aprelində Musavat qəzetində yayımlanan müsahibəsi haqqında Elşad Paşasoyun məqaləsindən bir parçanı nəzərinizə çatdırmaq istəyirəm:

“Əkrəm Əylisli ötən ilin aprelindəki görüşümüzdə “Daş yuxular”ın anonsunu vermişdi. Demişdi ki, Qarabağ münaqişəsi ilə bağlı əsər üzərində işləyir, ancaq roman tezliklə tamamlanmayacaq, çünki yazdıqlarını hələlik yaxşı-yaxşı “bişirmək” niyyətindədir.
Düzü, o zaman yazılan əsərin bu şəkildə olacağını güman eləməmişdim. Ancaq yenə də dalağım sancmışdı, “bu mövqeyi, yanaşması ilə Əkrəm Əylisli olmaya Azərbaycanın Orxan Pamuku olmaq niyyətindədir”, deyə soruşmuşdum. O isə “Mən Orxan Pamuk olmaq istəsəydim, çoxdan olardım. Orxan Pamuk mənim üçün ədəbi avtoritet deyil”, - söyləmişdi. Əsərini Nobel mükafatına təqdim edib-etməyəcəyini soruşanda cavabı belə olmuşdu: “Deyirlər, o əsgər əsgər deyil ki, general olmaq istəməsin. Çox hörmət etdiyim yazıçıların aldığı mükafatdır. Adam istər ki, bunların sırasında özünün də adı olsun. Amma Nobel mükafatı milli maraqlara verilmir, bəşəri maraqlara verilir. Qarabağ mövzusunu bəşəri səviyyəyə qaldıra bilsəm, o halda... Mən o niyyəti qarşıma qoymamışam. Ancaq mənim yazacağım əsər hansısa mükafata layiq görüləcəksə, buna ancaq şad ola bilərəm”


Tarixdə qalmaq gözəl şeydir. Bəli, bunu hər kəs arzu edə bilər. Amma tarixin yaddaşında müxtəlif cür qalmaq olar: əqidəsi yolunda dərisi soyulan Nəsimi kimi, xalqını azad görmək istəyən Babək kimi, bayrağımızı uca tutan M.Ə. Rəsulzadə kimi, əsərlərində vicdanı bir insan kimi danışdıran, “sapı özümüzdən olan baltalar”-ı ifşa edən İsmayıl Şıxlı kimi, vətənə canını qurban etmiş Mübarizlərimiz kimi...
Lakin tarixin yaddaşında qatil, tiran, satqın kimi də yaşayan insanlar az deyil. Onlar da unudulmur. Belə unudulmamaq xoşbəxtlikdirmi? Əsla! Şöhrətə çatmaq üçün millətinin adını ləkələyəcəksənsə, bu ancaq bədbəxtlikdir!

“Daş yuxuların” sonuncü – dördüncü hissəsi belə bir epiqrafla başlayır: “Dоктор Aбасалиев утверждает, что, если бы зажгли всего по одной свече каждому убиенному армянину, сияние этих свеч было бы ярче света луны”.
Azərbaycanda desək: “Doktor Abbasəliyev təsdiq edir ki, hər bir öldürülmüş erməni üçün yalnız bir şam yandırılsa, onların parıltısı Ay işığından daha parlaq olardı”.

Bəs, yalnızca bircə Xocalını götürsək? Öldürülən qadınların, körpələrin, uşaqların, qocaların sayı qədər şam yandırsaq? Məncə bu parıltı Günəşi belə solğun qoyacaq dərəcədə parlaq olardı!
Əsərdə erməni kilsələrinin adı böyük ehtiram və ağrı-acıyla çəkilir. Bəs yandırılan, ucurdulan məsçidlərimiz! Kor qoyulan ocaqlarımız? Dağıdılan evlərimiz? Yağıya qismət olan ellərimiz, obalarımız?
Niyə bu dərdlərimizi yazmırıq? Niyə başımıza açılan oyunları isbat etməyə gələndə lal oluruq? Yeri deyil, zamanı deyil – deyirik? Anaların körpələrini öldürüb, onları it küçüklərini əmizdirməyə məcbur edən, uşaqları çarmıxa çəkib dərisini soyan, meyidlərə həqarət edən, kəsilmiş başlarla futbol oynayıb sonra murdarlayan bir “xalqın” haqqında yazmağa dəyərdimi? DƏYMƏZDİ!

Bu yaxın günlərdə, daha dəqiq desəm, fevral ayının 9-da Moskvada Millətlər evində məşhur özbək şairi və eləcə də bütün Türk dünyasının şairi və filosofu Əlişir Nəvainin doğum gününə həsr olunmuş gecədə idim. Burada bir çox ünlü adamlar: professor Məmməd İsmayıl, akademik Mixail Sinelnikov, O.F.Mustafin, V.V. Nemçinov, A.V. Yudaxin, akademik A.S. Malkarov, V. Hoffman və başqaları iştirak edirdilər.
Görüşdən sonra, söhbət zamanı mənə çox pis təsir edən bir hadisə ilə üzləşdim. Rus şairlərdən biri (adını çəkməyəcəm), vaxtı ilə Bəxtiyar Vahabzadənin şeirlərinin tərcüməçisi olduğunu qeyd etdi. Sevinməyə macal tapmamışdım ki, belə bir çümlə işlətdi: “ Sonralar mən Bəxtiyarın şeirlər kitabını tərcümə etməkdən imtina etdim. Səbəbi dəhşətli idi – ermənilərlə aranızda dava düşəndə o eyvana çıxıb camaatı erməni uşaqlarını eyvandan atmağa səsləyirmiş”.
Azərbaycanı təmsil edən biz iki nəfər – Məmməd müəllim və mən az qala dəli olduq bu iftiradan. Məmməd İsmayılın bunun belə olmadığını hər cəhdlə isbat etmək istəyirdi. Yaxşı ki, onun gətirdiyi dəlillər və gözəl nitq qabiliyyəti ümidlərimizi boşa çıxarmadı. Şairdə əvvəl bir qədər şübhə yaransa da, sonra Bəxtiyar Vahabzadənin belə bir iş etmədiyinə tam inandı. Hətta üzr də istədi. Ətrafdakılar isə, hər zamankı kimi “yeri deyil, zamanı deyil” deyirdilər. Bəli. hər zamankı sözlər... Qarşısı alınmaz haqqı susdurmaq cəhdləri, hər zamankı kimi... – “Yeri deyil! Zamanı deyil!” Nə zaman gəlməliydi bəs, o zaman? Harada idi bəs, o uyğun yer?
Budur ermənilərin və ermənipərəstlərin hər yerdə bizə qarşı apardığı təbliğatın nəticələri. Onlar bizim təkcə torpaqlarımızı deyil, hər şeyimizi əlimizdən almaq niyyətindədirlər: sərvətimizi, milli dəyərlərimizi, incəsənətimizi, ədəbiyyatımızı... Və buna da nədənsə nail olmağı bacarırlar müəyyən qədər...
Biz hələ ki, olmayan günahlarımızın cəzasını çəkirik. Biz hər zaman süfrənizi gələnlərin üzünə açıb son tikəmizi bölməyimizin cəzasını çəkirik.
Biz şəhidlər verə-verə hələ də torpaqları işğal altında olan bir xalqıq! Biz ürəyiyumşaqlıqdan bəlalara düçar olan bir xalqıq!
Biz ana-bacıları namusu əsirlikdə tapdanarkən, ali duyğularla silahlanıb qələbəyə doğru getməkdənsə, ibtidai sevinclərlə özümüzü ovudub elə hey şənlənirik, bayram edirik.
Biz öz zavallı köçgün xalqımıza “Yeraz” adı qoyub, sonra onun təssübünü çəkirik.
Mümkünsüz dərdik biz... Bu qədər təzad, bu qədər ikililik bizi dərddən-dərdə sürüyür. İndi də öz əlimizlə düşmənlərimizə bəhanə vermişik ki, özlərini daha da xoşbəxt hiss etsinlər. Onlar, başqa millət tərəfindən deyil, məhz azərbaycanlı yazar tərəfindən bu mövzuda yazılmış bu əsərdən öz xeyirlərinə, bizim isə əksimizə istifadə edəcəklər, var güclərilə.
Haqqımızı ala bilmədiyimiz bir halda, doğruluğumuzu dünyaya hələ də sübut edə bilmədiyimiz bir halda, onsuz da gərgin olan halımızı bir az da gərginləşdirdik, yaralı olan qəlbimizi daha da ağrıtdıq, hələ şəhid qanı qurumamış torpaqlarımızı sanki bir də itirdik...

Düzdür, vəhşilik bizə yaraşmır. Türk xalqı heç zaman vəhşi olmayıb. Hətta öz əsirlərinə belə humanist davranan bir millət indi bütün dünyanın diqqət mərkəzindədir. Nə etsək sübutla və AZƏRBAYCAN xalqına yaraşan müdrikliklə edək. Çünki biz – müdrik olmağı öyrənmirik, bu bizim qan yaddaşımızdadır.
Amma heç nəyi unutmayaq! Soyumayaq! Qollarımız boşalmasın! Düşmənlə əl tutuşub ardından söyməyək! Düşməni ocağımıza bir də yaxın qoymayaq!
Nifrətimizi daşa döndərməyək! Nifrətimizi qaynadaq! Qaynadaq ki, bəlkə sağalmayan yaralarımıza bir məlhəm kimi tökə bildik!

Əkrəm Əylislini yaddaşımda Azərbaycanın görkəmli nasiri, dramaturqu, tərcüməçisi, Azərbaycan Yazıçılar Birliyinin sabiq üzvü, Azərbaycan Respublikasının sabiq xalq yazıçısı, Azərbaycanın Əməkdar incəsənət xadimi kimi, uşaqlıqdan aludə olduğumuz “Gilas ağacı”, “Dağlara çən düşəndə”, “Kür qırağının meşələri”, “Bu kənddən bir qatar keçdi” kimi əsərlərin müəllifi kimi saxlamaq istəyirəm. “Daş yuxular” qoymur...
Heyif sizdən Əkrəm bəy! İnanmaq istəyirəm ki, zamanı geri qaytarmaq mümkün olsaydı bu addımı atmazdınız. Buna çox inanmaq istəyirəm!

Bir şairə olaraq ağrı-acı və giley dolu sözlərimi bu şeirimlə bitirirəm:

Bəzən ətək kəsən, bəzən əl tutan,
Sonuncu tikəni bölən də bizik!
Torpağı pay verən, düşmənə satan,
Torpağın qədrini bilən də bizik!

Özgəyə yol verib, özü - yol azan,
Gah quyudan çəkən, gah quyu qazan,
Misli görünməmiş tarixlər yazan,
Tarixi yaddaşdan silən də bizik!

Haqdan danışanı asırıq dardan,
Namusu qoruyub keçirik ardan.
Özü-öz halına baxıb kənardan
Ağlayanda bizik, gülən də bizik!

Yoxsuldan, yetimdən dayanıb gendə,
Kefi kök gəzirik çöldə, çəməndə...
Göylərə əl açıb, - dara düşəndə, -
Allahın yoluna gələn də bizik!


Təzadlar içində üzürük, nədən
Yola gedə bilmir bir başla bədən?
Vətəni tərk edib qürbətə gedən,
Vətənin yolunda ölən də bizik!


Afaq ŞIXLI
Moskva




Baxış: 1312 | Bölmə: Afaq Şıxlı
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ən çox oxunanlar
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru